Hz. İsa (ə.s) Allahın Oğlu Deyil, Allahın Peyğəmbəridir

132 səhifə.

Həzrəti İsanın gətirdiyi din, "Allaha, Onu tək ilah qəbul edərək iman gətirməyi tələb edən haqq din"dir. Lakin bu mübarək insanın təbliğ etdiyi şeylər, onun Allah Qatına alınmasından sonra, əslindən uzaqlaşdırılmış, həqiqi İsəviliyin yerində isə, "təslis və kəffarə kimi" batil fəlsəfələri əsas götürən yeni bir inanc yaradılmışdır və bu inanc insanlara "heç düşünmədən, sorğu-sual etmədən, araşdırmadan" qəbul edilməli olan "mütləq qanun" kimi təqdim edilmişdir.

Lakin insanlar məclislərdə "səs çoxluğuyla" qəbul edilən bu yanlış inancları artıq sorğu-sual etməyə başlayıblar. Keçmişdə təslis inancı haqqında şübhələrini dilə gətirənlər, inkvizisiya məhkəmələrinə çıxarılır, ölüm cəzasına məhkum edildiyi halda, artıq bu mübahisələr cinayət olmaqdan kənara çıxmışdır. Əsrlər boyunca barəsində danışılmayan, müzakirə aparılmayan təslis inancının, xristianların müqəddəs mətnlərində mövcud olmadığı, bu inancın hz. İsadan 3 əsr sonra xristianlığa daxil olduğu hər mühitdə dilə gətirilməyə başlanılmışdır.

Bu kitabda, həm xristian qaynaqları, həm də Quran ayələri əsasında həqiqi xristianlığın, tövhid inancını əsas götürən, hənif (Allahın vahid olduğuna iman edən) bir din olduğu göstərilir. Məqsədimiz, Allahın bir çox Quran ayəsində bildirdiyi; "yaxşılığı əmr edib, pislikdən çəkindirmək" əmrinin tələbini yerinə yetirmək və sağlamfikirli İsəvilərin həqiqətləri görmələrinə köməkçi olmaqdır. Xahişimiz isə, bütün İsəvilərin bu yanılmanı görmələri və tövhid inancına uyğun gəlməyən bütün yanlış inanclardan tamamilə imtina etmələridir.


Hz. İsa (ə.s) Allahın Oğlu Deyil, Allahın Peyğəmbəridir

Kitabın məzmunu

Kitabdan Başlıqlar və Fəsillər