Hüceyrənin fövqəladə hekayəsini araşdırmadan əvvəl, təkamülün yanlış məntiqi üzərində dayanmaqda fayda var. Təkamül, bir yalandır və diqqətlə uydurulmuş hər yalan kimi, o da ziddiyyətli məntiqə malikdir. Əslində, tamamilə saxta ssenarilərdən və göz boyamalardan ibarət olan, bu "təkamül məntiqi"ni bir nümunə ilə, izah edə bilərik.
Uzaqdan idarə olunan oyuncaq bir maşın təsəvvür edək. Onu uzaqdan idarə edən insanın da, bir yerdə gizləndiyini fərz edək. Bu maşını hərəkət halında müşahidə edən başqa bir kimsə, maşının pultunu və bu pultu işlədən insanı görə bilmədiyi üçün, təkcə maşının hərəkətləri ilə təmasda olacaq. Bu müşahidəçi hadisəni izlədikcə maşının çox ağıllı hərəkətlər etdiyini görər. Maşın hərəkət etdiyi yola görə istiqamət dəyişdirir və şüurlu manevrlər edir.
Bu məqamda müşahidəçi, yalnız və yalnız gördüyü şeylərə inanmağı prinsip qəbul edən biridirsə, təkcə müşahidə etdiyi dünyanı real qəbul edər. Özünün görə bilmədiyi, çata bilmədiyi başqa bir aləm ola biləcəyini rədd edər. Özünün müşahidə edə bilmədiyi bir aləmdə ağıl sahibi bir insan olduğunu və maşının onun əmri ilə, hərəkət etdiyini qəbul etməz. Artıq bu vəziyyətdə tək edəcəyi şey, maşının müxtəlif təsadüflər nəticəsində ağıllı davranma qabiliyyəti meydana gətirdiyini qəbul etmək, özünü və ətrafını da buna inandırmağa çalışmaqdır.
Sıra, ağıllı təməl tapa bilmədiyi bu "fikrini" heç olmasa elmilik pərdəsi altında dəstəkləyəcək uydurma nəzəriyyələr meydana gətirməyə gəlmişdir. Bir qədər təxəyyül gücü ilə, bu problemi də həll edər: Maşını meydana gətirən atomlar, hər nə qədər qeyri-mümkün kimi görünsə də, "təsadüflər nəticəsində", belə mürəkkəb bir quruluş meydana gətirəcək şəkildə birləşibdirlər. Bu atomlar təsadüfən bu qədər mürəkkəb və mənalı şəkildə birləşdikdə isə, düşünmək, qərar vermək, öz-özünə şüurlu hərəkətlər edə bilmək kimi mücərrəd xüsusiyyətlər də qazanmışdırlar. Beləliklə də, maşına izah gətirən bir "nəzəriyyə" ortaya atılmış olar.
Bu "elm adamı", qısa müddət ərzində özü kimi düşünən başqa insanlar da tapar. Bunlar birlikdə, işi yaxşı şəkildə böyüdüb bu mövzuda müəyyən "tədqiqat sahəsi" və yeni bir "elm" meydana gətirərlər. Sonra isə, maşının hərəkətlərini elmi cəhətdən araşdırar və müxtəlif formullar meydana gətirərlər. Maşının, qarşısına bir döngə çıxdıqda sürətini nə qədər azaltdığını, hansı bucaq altında döndüyünü, hansı şərtlərdə nə qədər sürət qazandığını, hansı vəziyyətlərdə yavaşladığını və ya dayandığını, nə vaxt geri getdiyini və bunlar kimi bir çox xüsusiyyətlərini həssas ölçmə və hesablama işləriylə düstur halına gətirərlər. Bu mürəkkəb hesablamalar və düsturları əks etdirən təfərrüatlı bir kitab da yazılar.
Lakin əsil problem, maşının öz-özünə belə mükəmməl işlər görə bilən vəziyyətə necə gəldiyini açıqlamaqdır. Halbuki həmin bu "elm adamları" tərəfindən aparılan təhlil və tədqiqatların heç biri bu sualı cavablandıra bilməmişdir. Maşının texniki xüsusiyyət və incəlikləri barəsində bir çox şey müəyyənləşdiriblər. Həmçinin, hər keçən gün daha da irəliləyirlər. Lakin hadisənin təməli barəsində ən kiçik bir irəliləyiş əldə oluna bilməmişdir. Əldə ilk günkündən daha artıq məlumat yoxdur; maşını kimin meydana gətirdiyi və onun necə "şüurlu" hərəkətlər etdiyi, hələ də bir sirrdir.
Buna baxmayaraq, bu çatışmazlığı məharətlə gizlədərlər. Hər şeydən əvvəl, bu sualın gündəmə gəlməsinə mümkün qədər mane olmağa çalışarlar. Gündəmə gəldikdə isə, öz aləmlərində çox "elmi" bir izah verərlər; bəlkə bu gün bu mövzuda əldə heç nə yoxdur, lakin elm gələcəkdə bütün bunların cavabını tapacaq.
Artıq "maşının öz-özünə meydana gəldiyini" iddia edən bu nəzəriyyə o qədər irəliləmişdir ki, o, həmin bu elm adamlarının karyeralarının təməlinə çevrilmişdir. Buna görə də, nə bahasına olursa olsun bu nəzəriyyələrini inanılacaq vəziyyətə gətirmək üçün, mübarizə apararlar. İnsanların ağlını başqa düşüncələrin qarışdırmaması və nəzəriyyənin etibarlılığına kölgə düşməməsi üçün, lazım gəlsə hiylə və yalanlara da müraciət ediləcək. Nə də olsa belə "hünər tələb edən" bir məqsədə nail olmaq üçün, bu cür saxtakarlıqlar xoş qarşılanmalıdır.
Yazdıqları kitabların üslubu elə məharətlə tənzimlənər ki, maşının texniki xüsusiyyətləri barəsində əldə olunan bəzi doğru təsbitlər, kiçik illüziyalar və söz oyunlarıyla maşının necə meydana gəldiyi və necə "ağıl sahibi" olduğu sualını da, cavablandırırmış kimi bir təəssürat yaradılar. Onsuz da, əsil məqsəd də budur. Maşının meydana gəlməsi barəsində ortaya atılan "təsadüf" cəfəngiyatı bu mürəkkəb düstur və hesablamaların arasına daxil edilərək, sanki bunların da elmi etibarlılığı varmış təəssüratı yaradılar. Nəticədə, doğru lakin həqiqəti əks etdirməyən düsturlar arasına ideologiyaya çevrilmiş saxta və çürük bir nəzəriyyə, hünərli göz boyama sənəti ilə yerləşdirilər. Beləliklə də, həmin bu nəzəriyyənin iddia etdiyi yalanların elmi cəhətdən də sübut edildiyi görünüşü yaradılar. Həmçinin özündən olduqca əmin, yuxarıdan aşağı baxan və güvən təlqin edən bir üslubdan istifadə edilməsinə də xüsusi diqqət göstərilər.
Artıq hər hansı yalan üçün, bir dəfə sağlam təməl yaradılan kimi, bu yalan əsasında sonsuz fantaziyalar meydana gətirmək və saxta ssenarilər yazmaq təxəyyül gücünə qalmışdır. Beləliklə, maşın artıq çoxdan "təkamül prosesindəki" yerinə yerləşdirilmiş və bu möcüzəvi varlığın "möcüzəvi təsadüflər zənciri" nəticəsində meydana gəldiyi də elan edilmişdir. Əlbəttə ki, bir də maşına latınca bir ad verilər; "elmilik" boyasını yaxşı şəkildə qatılaşdırmaq üçün.
Bunu ifadə etməliyik ki, elmin, maşının hərəkətləri ilə əlaqədar müəyyənləşdirdiyi bütün şeylər, bütün hesablamalar doğru ola bilər. Lakin bunların təməlinə, kökünə yerləşdirdiyi məntiq, yəni maşının öz-özünə meydana gəlib, ağıllı qərarlar verərək hərəkət etdiyi iddiası, hələ ən başdan əsasını itirmiş bir məntiqdir. Lakin xalqın böyük əksəriyyəti bu incə keçidləri görə bilməz. Çox qısa izahlar belə onların ən ağılsız iddialara inanmalarına kafi olar. Çünki ortada böyük elm adamları var. Əlbəttə, onlar özlərindən daha yaxşı düşünmüşdürlər və daha çox şey bilirlər. Buna görə də, söylədikləri hər şey doğrudur. Onlar necə bilinməsini, necə düşünülməsini söyləyirlərsə elə edilməlidir. Təhsil səviyyəsi daha yüksək olan bir insan, bu yalanların arxasındakı elmilik saxtakarlığını ortaya çıxartsa, bu zaman da fərqli hədə-qorxu üsullarına əl atılar. Bunlar psixoloji üsullardır.
İnsanların şüur altına təsir edib istənilən istiqamətdə hərəkət etmələrini təmin edəcək psixoloji təzyiq və təlqin üsulları, nəzəriyyəni müdafiə etmə planının ən mühüm hissəsini meydana gətirər. Haqqında bəhs etdiyimiz "elm adamları"nın nəzəriyyəsini mənimsəmək və müdafiə etmək, müasirlik, elmilik, qabaqcıllıq kimi geniş yayılmış məhfumlarla eyni tutular. Bunlara etiraz etmək, qarşı çıxmaq isə, mövhumatçılıq, mürtəcelik, qeyri-müasirlik kimi xoşagəlməz və alçaldıcı məhfumlarla eyni tutular. Beləliklə də, bu məhfumlarla qaralanmağa, damğalanmağa cəsarət edə bilməyəcək geniş bir kütlənin yerli-yersiz reaksiya verib problem meydana gətirməsinin də qarşısı alınmış olar. Nəticədə, çəkinmədən qurulmuş hiylələri, uydurulmuş yalanları, məharətlə yazılmış xəyal məhsulu ssenariləri, sonsuz fantaziyaları, göz boyama, aldatma və illüziyaları, sosial-psixoloji təzyiq, şüur altı istiqamətləndirmə və müxtəlif beyin zəhərləmə üsullarıyla (lazımi media və akademik dəstək də təmin edilərək) təsirli bir təlqin mexanizmi yaradılmışdır. İnsanların bir çoxu da bu təlqinin təsiri altına girərlər.
Halbuki ağlını işlədən hər insan, özünü bu sehrin təsirindən xilas edə bilər. Onun gözündə, maşının hərəkətlərini izah etmək üçün, meydana gətirilən bu görkəmli nəzəriyyə, tək mənasıyla axmaqlıqdır. Çünki maşını idarə edən biri var və o təkcə özünə verilən əmrə görə hərəkət edir. Bunu görməyin yolu isə, elm deyil, ağıl və şüurdur. Elm bir qədər əvvəl ifadə etdiyimiz kimi, təkcə maşının hərəkətlərini araşdırar. Bu araşdırmanı bitirdikdən sonra isə, elmin işi bitər. Çünki elm bir yol göstərici deyil, yalnız bir vasitədir. Maşında ağıl olmadığını, təkcə böyük bir ağlın onda əks olunduğunu anlamağın yolu isə, ağıl və vicdandır.
Məhz bu xüsusiyyətlərdən məhrum olan bir insan, istənilən sayda universitetdən məzun olsa da, akademik karyeranın zirvəsinə çatsa da və həyatını elmə həsr etmiş olsa da, bu qədər açıq bir həqiqəti görə bilməyəcək qədər gülünc və yazıq vəziyyətə düşər. Hadisələrə dolayı yollardan izahlar tapmaq naminə bütün ömrünü hədər edər.
Bu, başını qaldırmadığı üçün Günəşi görə bilməyən və Yerin necə işıqlanıb necə qaraldığını tapmaq üçün, bütün yer üzünü gəzərək, ömrü boyu bu mövzuda minlərlə əsassız nəzəriyyə meydana gətirən bir insanın vəziyyətinə bənzəyər. Bu insan nə qədər ağıllıdırsa, bir o qədər çox və mürəkkəb nəzəriyyələr meydana gətirəcək. İşığın mənbəyini izah etmək üçün, yer üzündəki cisimlər və davam edən hadisələr arasında fövqəladə dərəcədə təfərrüatlı əlaqələr quracaq. Lakin ağıl sahibi olmadığı üçün, səmadakı Günəşin varlığından əsla xəbərdar ola bilməyəcək və bu qədər açıq bir həqiqəti görə bilməyəcək.
İçində yaşadığımız bütün kainatın və bu kainatın bütün hissələrinin Allah tərəfindən yaradıldığını və Onun tərəfindən təşkil edildiyini anlaya bilməyən bir insanın vəziyyəti də bundan fərqsizdir.
Bəs bu insanlar niyə bu qədər açıq və konkret bir həqiqəti qavraya bilməzlər?
Bu sirr bizə Quranda bildirilir: İçində yaşadığımız kainatın əsil mahiyyətini qavramaq üçün zəka kafi deyil. Bunun üçün zəka ilə yanaşı "ağıl" da olmalıdır. Bir insan təkcə ağıl sahibi olduqda zəkanın tapdığı şeylərdən düzgün və sağlam nəticələr çıxarda bilər və təməl həqiqətlərə çata bilər. Zəka beynin bir funksiyasıdır. Halbuki, Quranda bildirildiyinə görə ağıl, qəlbin bir funksiyasıdır. Əgər bir insanın qəlbi "paslanmış"dırsa, ağlını işlədə bilməz və dolayısilə görə bildiyi şeylərdən Allaha çatmağı bacara bilməz. Quranda, qəlbləri "paslanmış", yəni vicdan və sağlamdüşüncədən məhrum olmuş bu insanlardan belə bəhs edilir:
Yoxsa onlar elə güman edirlər ki, dirildilməyəcəklər? Özü də böyük bir gündə. O gündə ki, insanlar aləmlərin Rəbbi üçün qalxacaqlar. (Mutaffifin surəsi, 4-6)
Lakin bunu, “həddini aşan, təcavüzkar”, günahkardan başqa, heç kəs yalan hesab etməz. Ayələrimiz ona oxunduğu zaman: “Keçmişdəkilərin nağıllarıdır!” dedi. Əsla, Xeyr! Onların qazandıqları qəlblərini paslandırmışdır. Xeyr, həqiqətən onlarla Rəbbi arasına pərdə çəkilərək məhrum ediliblər! (Mutaffifin surəsi, 10-15)