Bir çox insana görə hüceyrə mövzusu biologiya və ya qismən də kimyanın maraq dairəsinə daxildir. Buna görə də, insan hüceyrəsi ilə əlaqədar bir kitab, ancaq bir biologiya və ya kimya kitabı olmalıdır. Halbuki əlinizdə tutduğunuz kitab əsla bir kimya və ya biologiya kitabı deyil. Məqsəd, oxucunun mövzu barəsindəki elmi təcrübəsini artırmaq, ona bioloji təfərrüatlar öyrətmək də deyil.
Bu kitab, təkamülçü elm adamları tərəfindən gizlədilməyə çalışılan həqiqətləri göstərir və hüceyrədəki möcüzələrdən bəhs edir. İçində minlərlə cildlik bir ensiklopediya qədər məlumat saxlayan hüceyrənin öz-özünə və təsadüfən əmələ gəlmədiyi və (mövcud olan digər hər şey kimi) sonsuz güc və ağıl sahibi olan uca Allah tərəfindən yaradıldığı ortaya çıxır.