Giriş

Təkamül nəzəriyyəsi ingilis təbiətşünas alim Çarlz Darvin tərəfindən 19-cu əsrin ortalarında ortaya atıldı. O dövrün bu günlə müqayisədə ən nəzərə çarpan xüsusiyyəti isə, elm və texnologiya səviyyəsinin olduqca aşağı olması idi. 19-cu əsrin elm adamları sadə laboratoriyalarda, olduqca primitiv vəsaitlərlə işləyirdi. İşlətdikləri vəsaitlərlə bakteriyaların varlığını görmələri qeyri-mümkün idi. Orta əsrlərdən bəri hökm sürən bir çox batil inanc, elm adamlarını hələ də öz təsiri altında saxlayırdı.

Bu batil inanclardan biri, canlıların təməldə sadə quruluşa sahib olduğu düşüncəsi idi. Qədim yunan alimi Aristotelə qədər gedib çıxan bu inanca görə, həyat bəzi cansız maddələrin yaş mühitdə təsadüfən yan-yana gəlmələriylə öz-özünə yaranmağa başlaya bilirdi.

Darvin, nəzəriyyəsini meydana gətirərkən bu inanca, yəni canlıların təməldə sadə quruluşa sahib olduğu düşüncəsinə inanırdı. Darvinin nəzəriyyəsini mənimsəyən və müdafiə edən digər bioloqlar da eynilə bu cür düşündü. Məsələn, darvinizmin Almaniyadakı ən böyük dəstəkçisi olan Ernst Hekkel, o dövrün mikroskoplarında yalnız tünd bir ləkə kimi görünən canlı hüceyrənin çox sadə quruluşa sahib olduğunu düşünürdü. Hətta bir yazısında hüceyrə barədə açıq şəkildə: "jele dolu sadə şarcıq" ifadəsini işlətmişdi.

Təkamül nəzəriyyəsi bu və bənzəri fərziyyələr üzərinə quruldu. Nəzəriyyəni ortaya atan Hekkel, Darvin və ya Haksli kimi adlar, canlıların çox sadə quruluşa sahib olduğunu və dolayısilə bu sadə quruluşun təsadüflərlə öz-özünə meydana gələ biləcəyini düşünürdülər. Lakin yanılırdılar.

Darvindən dövrümüzə qədər keçən bir əsr yarım ərzində, elm və texnologiyada nəhəng addımlar atıldı. Elm adamları, Hekkelin "jele dolu sadə şarcıq" dediyi hüceyrənin əslində necə bir quruluşa sahib olduğunu kəşf etdilər və hüceyrənin heç də əvvəllər güman edildiyi kimi sadə olmadığını heyrətə gələrək gördülər. Hüceyrənin içində Darvinin vaxtında xəyal belə edilə bilməyəcək qədər kompleks bir sistem olduğu ortaya çıxdı.

Məşhur molekulyar bioloq professor Mişel Denton (Michael Denton), hüceyrənin necə bir quruluşa sahib olduğunu izah etmək üçün belə bir bənzətmə edir:

"Molekulyar biologiya tərəfindən ortaya çıxarılan həyat həqiqətini qavraya bilmək üçün, bir hüceyrəni təxminən 1 milyard dəfə böyütməliyik. Belə olan halda hüceyrə, Nyu-York və ya London kimi böyük bir şəhəri tutacaq ölçüdə nəhəng bir kosmik gəmiyə bənzəyəcək. Hüceyrəyə yaxınlaşıb onu araşdırdığımızda, üzərindəki milyonlarla kiçik qapıyla qarşılaşarıq və əgər bu qapıların hər hansı birindən içəri girsək, fövqəladə texnologiya və bizi təəccübləndirəcək mürəkkəbliklə üz-üzə gələrik.." (Michael Denton, Evolution: A Theory in Crisis. London: Burnett Books, 1985, səh. 242)

Bu kitabda da nəhəng bir kosmik gəmidən olduqca mürəkkəb olan və möcüzəvi sistemlərə sahib, miniatür bir şah əsər olan hüceyrədəki yaradılış möcüzələri tanıdılacaq. Hüceyrə içindəki orqanoidlərin və hüceyrədə ifraz olunan fermentlərin, zülalların və digər bütün maddələrin, özlərindən gözlənilməyəcək şüurlu hərəkətləri göstəriləcək. İnsan orqanizmindəki təxminən yüz trilyon hüceyrənin hər birində göstərilən üstün ağıl və məlumatla əlaqədar nümunələr qeyd olunacaq; bütün bunların şüursuz təsadüflərin deyil, Allahın əsəri olduğu yenidən xatırladılacaq.

Əslində hər yerdə Allahın yaratma dəlilləri, Onun üstün gücü, ağlı və sənəti əks olunur. İnsan gözünü hara çevirsə, Allahın yaratması ilə qarşılaşar və Onu ucaldaraq təqdis edər.

Bu kitabda xüsusilə hüceyrə üzərində dayanılmasının səbəblərindən biri canlıların təsadüfən meydana gəldiyini iddia edərək, Allahı inkar edənlərə həqiqətləri yenidən göstərməkdir. Canlılar təsadüfən meydana gələ bilməyəcək qədər mürəkkəb və incə xüsusiyyətlərə malik olub, üstün Ağıl və Güc tərəfindən yaradıldıqları açıq-aydındır. Bu kitabın digər bir məqsədi də Allahın yaratmasındakı üstünlükdən danışaraq Onun ucalığını təqdis etməkdir.

Ağıllı Dizayn, Yəni Yaradılış

Allahın yaratmaq üçün dizayn etməyə ehtiyacı yoxdur

Kitabın bəzi yerlərində işlədilən 'dizayn' ifadəsinin doğru başa düşülməsi əhəmiyyətlidir. Allahın mükəmməl dizayn yaratmış olması, Rəbbimizin əvvəlcə plan qurduğu daha sonra yaratdığı mənasını verməz. Bilinməlidir ki, yerlərin və göylərin Rəbbi olan Allahın yaratmaq üçün hər hansı 'dizayn' etməyə ehtiyacı yoxdur. Allahın dizayn etməsi və yaratması eyni anda olar. Allah bu cür nöqsanlardan uzaqdır.

Allahın, bir şeyin və ya bir işin olmasını istədiyi vaxt, onun olması üçün yalnızca "Ol!" deməsi kifayətdir. Ayələrdə belə buyurulur:

Bir şeyi dilədiyi zaman, Onun əmri yalnızca: "Ol" deməsidir; o da dərhal olar. (Yasin surəsi, 82)

Göyləri və yeri (nümunəsiz olaraq) yaradan Odur. O, bir işin olmasına qərar versə, ona yalnızca "Ol" deyər, o da dərhal olar. (Bəqərə surəsi, 117)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Hüceyrədəki Şüur (01-10)
  • Hüceyrədəki Şüur (11-20)
  • Hüceyrədəki Şüur (21-30)
  • Hüceyrədəki Şüur (31-40)
  • Hüceyrədəki Şüur (41-50)
  • Təkamül Yalanı