Qandaki Həyati Seçim

Qanın həyati xüsusiyyətlərindən biri tərkibində olan zülallardır. Bədənin hər nöqtəsinə çatan damar sistemi sayəsində qanın içindəki zülallar da bədəndə ehtiyac duyulan hər bölgəyə çatmaq imkanına sahib olar. Məsələn, hemoqlobin adındakı zülal qandakı oksigeni toxumalara daşıyarkən, transferin adlı zülal isə qanda olan dəmiri daşıyar. İmmunoqlobulinlər bakteriya və viruslara qarşı bədəni qoruyan zülallardır. Fibrinogen və trombin qanın laxtalanmasını təmin edər. İnsulin bədəndəki şəkərin miqdarını tənzimləyən bir zülal növüdür. Hamısı bir-birindən əhəmiyyətli olan bu zülallar qan vasitəsilə aidiyyatı toxumalara çatdırılar.

nehir kenarı

"Hemoglobin sisteminin işlevindeki kusursuzluk en basit şekliyle hayret vericidir ve bu hassas ustalığı tanıyan herkes için hayranlık kaynağıdır." Michael Denton

bilim adamları

Kan hücreleri, eğitimli kimyagerlerden, biyologlardan çok daha kusursuz bir şekilde analiz yapar ve hücrelerin ihtiyaç duyduğu maddeleri, büyük bir titizlikle vücudun her noktasına ulaştırırlar. Şuursuz kan hücrelerinin hayati önem taşıyan böyle bir kararı kendilerinin alması kuşkusuz mümkün değildir. Bu karar onlara Yüce Rabbimiz'in ilhamıdır.

Digər tərəfdən qandakı daşıyıcı zülallardan biri olan albumin, xolesterin kimi yağları, hormonları, zəhərli öd kisəsi maddəsini və pensilin kimi dərmanları özünə bağlayar. Daha sonra qanla birlikdə bədəndə gəzərək, topladığı zəhərləri zərərsiz hala gətirilməsi üçün qaraciyərdə buraxar; qida maddələrini və hormonları isə lazım olduqları yerlərə aparar. Albumin kimi atomlardan meydana gəlmiş, heç bir biliyi və ya şüuru olmayan bir molekul necə olur ki, yağları, zəhərləri, dərmanları, qida maddələrini bir-birindən ayırd edə bilir? Bundan əlavə, necə olur ki, qaraciyəri, ödü, mədəni tanıyıb, daşıdığı maddələri çaşmadan, yanılmadan, heç səhv etmədən hər səfərində doğru yerə və ehtiyac nisbətində buraxa bilir? Qanda daşınan zəhərli maddələri, dərman və qida maddələrini mikroskopda görsəniz -tibb təhsiliniz yoxdursa- bunları bir-birindən ayıra bilməzsiniz. Hansı orqana hansının nə qədər miqdarda buraxılmalı olduğunu isə qətiyyən təsbit edə bilməzsiniz.

Bir çox insanın, xüsusi bir təhsil almadıqca bilmədikləri bu məlumatları şüursuz atomların birləşməsindən ibarət olan albumin molekulu bilir və ilk insandan bu yana bütün insanların bədənində vəzifəsini qüsursuz yerinə yetirir. Şübhəsiz bir “atom birliyi”nin belə bir şüur göstərə bilməsi, Allahın sonsuz qüdrəti və elmi ilə mümkün olur.

Hemoqlobinin Oksigen Seçimi

hemoglobin molekülü

Resimde görülen hemoglobin molekülü bilim adamlarının hayranlıkla bahsettiği vücuda oksijen taşımak için tasarlanmış çok özel bir yapıya sahiptir: "... oksijen taşıyan bir molekülü en baştan tasarlamak istesek, kaçınılmaz olarak hemoglobine çok benzeyen bir molekülü... tercih etmek durumunda kalırız... deliller hemoglobinin bizim gibi metabolizma olarak aktif hava soluyan canlılar için en ideal ve tek solunum pigmenti olduğu olasılığını desteklemektedir... Hemoglobin sisteminin işlevindeki kusursuzluk en basit şekliyle hayret vericidir ve bu hassas ustalığı tanıyan herkes için hayranlık kaynağıdır." (Michael J. Denton, Nature's Destiny, The Free Press, 1998, s. 202)

Qandakı qırmızı qan hüceyrələrində olan hemoqlobin adlı zülalın ən əhəmiyyətli xüsusiyyəti oksigen atomlarını tutma bacarığıdır. Hemoqlobin qandakı milyonlarla molekul içindən xüsusilə oksigen molekullarını seçər və onları tutar. Ancaq buradakı tutma adi bir vəziyyət deyil. Çünki oksigen molekuluna bağlanan bir molekul oksidləşər və fəaliyyət göstərə bilməyəcək vəziyyətə düşər. Bu səbəblə, hemoqlobin çox xüsusi bir bacarıqla oksigen molekuluna heç toxunmadan, onu sanki bir maşa ilə tutar. Hemoqlobinin bu bacarığı yaradılışın açıq dəlillərindən biridir.

Hemoqlobin dörd fərqli zülalın birləşməsindən meydana gəlir və bu dörd zülalda dəmir atomu daşıyan xüsusi hissələr vardır. Dəmir atomlarını daşıyan hissələr "hem qrupları" olaraq adlandırılır. Məhz bu hem qruplarındakı dəmir atomu hemoqlobində oksigenin tutulduğu xüsusi maşalardır. Hər hem qrupu bir oksigen tuta bilir.(64) Hem qruplarının təmas etmədən, dəmiri bir maşa kimi istifadə edərək oksigeni tutub toxumalara aparıb buraxmaları üçün molekulun içində xüsusi bükülmələr və bucaqlar da mövcuddur. Bəhsi keçən xüsusi bağlanma zamanı bu bucaqlar müəyyən nisbətlərdə dəyişər. 65

İlk hem qrupu oksigeni tutduqdan sonra hemoqlobinin quruluşunda dəyişikliklər olur və bu digər hem qruplarının oksigeni tutmasını dəfələrlə asanlaşdırır.66 Bu tutma əməliyyatında hemoqlobin əgər oksigenlə birbaşa birləşsə, yəni oksidləşərsə, "methemoqlobinemia" olaraq bilinən bir xəstəlik meydana gələr.67 Bu xəstəlik dərinin rəngini itirərək maviyə doğru çevrilməsinə, nəfəs darlığına və selikli qişanın zəifləməsinə səbəb olur.

Ancaq hemoqlobin molekulunun xüsusi quruluşu sayəsində bu molekullar bədənimizdəki təxminən 100 trilyon hüceyrəyə gündə 600 litr oksigeni nizamlı olaraq daşıyarlar.68 Hemoqlobinin oksigendən zərər görəcəyini bilərək, özünə tədbir alması, quruluşunda xüsusi bir tənzimləmə etməsi və bunu bədənin bütün hüceyrələrinə daşımalı olduğunu bilməsi qeyri-mümkündür. Bəhsi keçən molekul şüursuz atom yığınından başqa bir şey deyil. Ancaq hər şeyin məlumatına sahib, hər şeyin Yaradıcısı olan Rəbbimiz hemoqlobin molekulunu oksigenin mənfi təsirlərindən qorunacaq şəkildə yaratmış, bizə yaradılışdakı incəlikləri göstərmişdir. Dünyaca məşhur mikrobioloq Michael Denton, Nature’s Destiny (Təbiətin qədəri) adlı kitabında hemoqlobinlərin qüsursuz quruluşlarından belə bəhs edir:

hemoglobin molekülü

1. Heme
2. Porfirin

3. Fe+2
4. O2

Hemoglobinin oksijene bağlandığında zarar göreceğini bilmesi, buna karşı tedbir alması, Allah'ın ilmiyle her yeri sarıp kuşattığının bir göstergesidir…

Hemoglobin molekülü oksijeni hücrelere taşırken ona tam olarak bağlanmaz, oksijeni tıpkı bir maşa ile tutar gibi bir ucundan yakalar. Çünkü oksijen, bağlandığı molekülleri adeta zehirleyerek tüm işlevlerini yitirmesine neden olur. Hemoglobin, oksijenin bu tehlikesini ortadan kaldırabilmek için çok özel bir yöntem uygulamaktadır. Ancak bir molekülün, ne tehlikeyi fark edecek şuuru, ne de tedbir alacak aklı vardır. Tüm bu detaylar bizlere Rabbimiz'in üstün ilmini sergilemektedir.

Yüksək metabolik səviyyəsi olan orqanizmlər üçün təsirli bir oksigen daşıma sistemi lazımdır. Bu səbəblə, hemoqlobin kimi xüsusiyyətlərə sahib bir molekul, orqanizm üçün son dərəcə əhəmiyyətlidir. Hemoqlobinin yerinə başqa alternativlər ola bilərmi? Bilinən oksigen daşıyan sistemlərin heç biri hemoqlobinin oksigen daşımadakı fəaliyyətinə yaxınlaşa bilməmişlər. Ernest Baldwin “Məməlilərin hemoqlobinləri bu baxımdan ən bacarıqlı tənəffüs zülallarıdır” şərhini verir...69

M. Dentonun da yuxarıdakı sətirlərdə ifadə etdiyi kimi, hemoqlobinin bu daşıma forması ola biləcək ən ideal daşıma formasıdır. Bir molekul yığınının orqanizm kimi qaranlıq, öz ölçüləri ilə müqayisədə isə son dərəcə böyük bir yerin içində, oksigen molekulunu digər molekullardan ayırd etməsi, ona ən uyğun şəkildə bağlana bilməsi, Uca Allahın sonsuz elminin dəlillərindən birini ortaya qoyur.

Hüceyrələrin seçici olaraq bir-birlərinə yapışmaları hüceyrənin ən əhəmiyyətli xüsusiyyətlərindən biridir. Mövzunun mütəxəssislərindən bioloq John P. Trinkausa görə, "hüceyrələrin bir-birləriylə yapışmaları çox hüceyrəliliyin təməlidir. Birdən çox hüceyrədən ibarət olan bütün canlıların quruluşu və funksiyaları hüceyrələrinin bir-birlərinə və hüceyrə xarici maddələrə möhkəmcə yapışmalarına bağlıdır". 70

Hüceyrələrin ətraflarındakı hüceyrələrə seçici olaraq yapışmaları da hüceyrə membranının sahib olduğu xüsusiyyətlərə bağlıdır. Bu baxımdan ikiqat fosfolipid hüceyrə membranı hüceyrənin axıcılıq, sıxlıq, elektrik hadisələri kimi həyatı mümkün edən xüsusiyyətlərinə ən uyğun quruluşdur. Hüceyrə membranının quruluşundakı mükəmməlliklə yanaşı, membranda reallaşan hadisələrin şüur və ağıl tələb etməsi də son dərəcə düşündürücüdür. Şüursuz molekulların bir yerə yığışması ilə yaranan bir hüceyrə membranı, digər bir hüceyrəni necə tanıyar, bir orqan yaratmaq üçün ona yapışmalı olduğunu haradan bilər və bunu necə edə bilər? Hüceyrənin bu xüsusiyyəti də Rəbbimizin canlılar üzərindəki hakimiyyətinin nümunələrindəndir.

Iqtıbaslar

64. Helena Curtis, N. Sue Barnes, Biology, Worth Publishers, Inc, New York, 1989, səh. 51.

65. Prof. Dr. Engin Gözükara, Biyokimya, Nobel Tıp Kitap Evleri, 1997, 3-cü nəşr, cild 1, səh. 176.

66. Albert L. Lehninger, David L. Nelson, Michael M. Cox, Principles of Biochemistry, 2-ci nəşr, Worth Publishers, New York, səh. 189.

67. http://www.britannica.com/bcom/eb/article/7/0,5716,53637+1+52330,00.html?

query=methemoglobinemia

68. Albert L. Lehninger, David L. Nelson, Michael M. Cox, Principles of Biochemistry, 2-ci nəşr, Worth Publishers, New York, səh. 188.

69. Michael Denton, Nature's Destiny, Free Press, New York, ss. 201-202.

70. J. P. Trinkaus, Cells into Organs, Prentice-Hall, Englewood Cliffs, NJ, 1984, səh. 69.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Ön Söz
  • Giriş: Maddənin Fövqündəki Şüur Vhttp://yonetim2.harunyahya.com/book/add.chapter/book_id/238031v
  • Bədənimizi Əhatə Edən Miniatür Fabrik: Hüceyrə
  • Hücrenin Kompleks Yapısı Tesadüflerle Açıklanamaz
  • Hüceyrə Membraninin Quruluşundaki Üstün Dizayn
  • Hüceyrə Membranindaki Kompleks Daşima Sistemləri
  • Hüceyrə Membranindaki Zülal Kanallarinin Seçib-Keçirməsi
  • Sinir Hüceyrələrindəki Seçicilik
  • Hüceyrələr Arasindaki Məlumat Hərəkətində Siqnal Seçimi
  • Müdafiə Sistemi Hüceyrələrindəki Seçim
  • Qandaki Həyati Seçim
  • Hüceyrə Membranindaki Dizaynin Çox Hüceyrəlilik Baximindan Əhəmiyyəti
  • Bədəndə Seçilən Maddələrin Həssas Tarazliği
  • Hüceyrə Membrani Təkamül Nəzəriyyəsinin İddialarini Etibarsiz Edir
  • Nəticə: Allah Elmi İlə Hər Yeri Əhatə Edəndir
  • Təkamül Yalani
  • Sözlük