Giriş:
Maddənin Fövqündəki Şüur və Materiyanin İflasi

Materialist fəlsəfənin yayılmasından əvvəl elm dünyası Allahın kainatı və içindəki varlıqları yoxdan yaratdığını və hər an qüdrəti altında saxladığını qəbul edirdi. Materializm isə əvvəlcə Allahın təbiət üzərindəki daimi hökmranlığını rədd etdi. "Materiya" olaraq bilinən fəlsəfi baxış kainatdakı və təbiətdəki bütün sistemlərin öz-özünə işləyən bir maşın kimi olduğu iddiasıyla ortaya çıxdı. Materiyanın XVIII əsrdəki qabaqcıl nümayəndələrindən biri də Fransız Pierre Simon de Laplacedir. Laplace, Günəş sisteminin hərəkətini ümumdünya cazibə qanunu ilə açıqlamış və nəzəriyyəsini sorğulayan İmperator Napoleona verdiyi cavabda böyük bir yanılmaya düşərək kainatın işləyişinin Allahın idarəsində olduğunu inkar etmişdi.

tavuskuşu

... Göklerde ve yerde zerre ağırlığınca hiçbir şey O'ndan uzak (saklı) kalmaz. Bundan daha küçük olanı da, daha büyük olanı da, istisnasız, mutlaka apaçık bir kitapta (yazılı)dır."
(Sebe Suresi, 3)

XIX əsrdə isə bu yanılmalar daha da böyüdü: Kainatın və canlıların yalnız işləyişinin deyil, mənşəyinin də mütləq təbiət qanunları ilə açıqlana biləcəyi yalanı yayıldı. Yəni Allahın kainat və təbiət üzərindəki hakimiyyəti rədd edildiyi kimi, ilk yaradılış da rədd edildi. Bu rədd etmənin qabaqcılı isə, ortaya atdığı təkamül nəzəriyyəsi ilə canlıların təbiət qanunlarının və təsadüflərin əsəri olduqlarını irəli sürən Çarlz Darvin idi. XIX əsrdə bir tərəfdən də kainatın sonsuzdan bəri var olduğunu və mütləq təbiət qanunları və təsadüflərlə işlədiyini müdafiə edən "sonsuz kainat modeli" hakim oldu. XX əsrə gəldikdə materialistlər hər şeyi öz nəzəriyyələrinə görə açıqladıqlarını hesab edirdilər.

dünya küre

"Onlar, ayakta iken, otururken, yan yatarken Allah'ı zikrederler ve göklerin ve yerin yaratılışı konusunda düşünürler. (Ve derler ki:) "Rabbimiz, Sen bunu boşuna yaratmadın. Sen pek Yücesin, bizi ateşin azabından koru."
(Al-i İmran Suresi, 191)

Halbuki, XX əsr heç gözləmədikləri şəkildə irəlilədi. Bir-birinin ardınca gələn elmi kəşflər, həm astrofizika, həm də biologiya sahələrində kainatın və canlıların yaradıldığını isbat etdi. Bir tərəfdən darvinizmin tezisləri bir-bir çökərkən, digər tərəfdən də kainatın yoxdan yaradıldığını göstərən Böyük Partlayış (Big Bang) nəzəriyyəsi və maddi dünyada böyük bir tarazlıq və "həssas nizam" (fine tuning) olduğunu göstərən kəşflər materializm iddialarının əsassızlığını bir daha göstərdi.

dergiler

Günümüzde, materyalizmin ve onun sözde bilimsel dayanağı olan Darwinizm'in Geçersizliği, bilimsel olarak ortaya konmuş durumdadır. Bilimsel yayınların başlıkları da, evreni Allah'ın yarattığı gerçeğini yansıtmaktadır: Fred Hoyle, The Intelligent Universe (Akıllı Evren); "Science Finds God" (Bilim Allah'ı Buluyor), Newsweek; "Evolution is Dead" (Evrim Öldü), New Scientist...

Bəhsi keçən iki əhəmiyyətli mövzu, yəni darvinizmin elmi çöküşü ilə kainatın yoxdan yaradılışı və "həssas nizamı" son 20-30 il ərzində bir çox elm adamı və ya elmi əsərlərin müəllifiləri tərəfindən gündəmə gətirildi.

1970-ci illərdə meydana çıxan "İnsani Prinsip" (Anthropic Principle) anlayışını gündəmə gətirən fiziklər və astronomlar kainatın təsadüflər yığını olmadığını, əksinə hər təfərrüatda insan həyatını diqqətə alan fövqəladə bir dizayn və nizamlama olduğunu göstərdilər. Bu mövzuları daha əvvəlki fəaliyyətlərimizdə biz də ətraflı şəkildə araşdırmışdıq. (Baxın. Harun Yəhya, Kainatın Yaradılışı, Araşdırma Nəşriyyat; Harun Yahya, Möcüzələr zənciri, Araşdırma Nəşriyyat)

Bütün bunlar kainatın və canlıların mənşəyi ilə bağlı məsələlərdir. Yəni XIX əsrə hakim olan darvinizmi və ya "sonsuz kainat modeli"ni rədd etməyə yönəlmiş bir irəliləyişdir. Kainatın və canlıların işləyişi mövzusundakı materialist fikrin, yəni "materiya"nın rəddi isə hələ bu cür açıq bir şəkildə ortaya qoyulmamışdır.

Halbuki, elmi kəşflər bu rəddi mümkün və hətta lazımlı edən çox əhəmiyyətli nəticələr ortaya qoyur. Kainatın və canlıların yalnız mənşəyinin deyil, işləyişinin də materialist bir məntiqlə açıqlanmasının mümkün olmadığı ortaya çıxır.

Molekulyar Biologiyanın Göstərdikləri

dna

DNA'nın kompleks yapısı, içerdiği hayati ve yüksek kapasitedeki bilgiyle, canlılığın oluşumunu tesadüflerle açıklamak isteyenleri, çaresizliğe sürüklemektedir.

XX əsrdə təkamül nəzəriyyəsinə yönəlmiş ən böyük zərbə molekulyar biologiyadan gəldi. Elm adamlarına görə, canlılığın ən əsas bölməsi olan hüceyrə, "reduksionizm kompleks" quruluşdakı molekulyar maşınlarla dolu idi. Bu maşınların mənşəyini darvinizmin kor mexanizmləri ilə, yəni təbii seleksiya və mutasiya ilə açıqlamaq isə qeyri-mümkün idi.

Artıq dövrümüzdə molekulyar biologiyanın darvinizmin iddialarını çürütdüyü bilinir və nəzəriyyəni sorğulayan bir çox molekulyar bioloq tərəfindən də əhatəli olaraq açıqlanır. Ancaq çox vaxt gözdən yayınan bir nöqtə var ki, o da hüceyrə içindəki "molekulyar maşınların" və digər fövqəladəliklərin təkcə mənşələrinin deyil, eyni zamanda işləyişlərinin də təsadüflər və təbiət qanunları ilə izah edilə bilməməsidir.

Nə demək istədiyimizi bir nümunə ilə açıqlayaq. Hüceyrənin məlumat bankı olan DNT-ni düşünək. DNT hər hüceyrənin sahib olduğu çox uzun bir molekul zənciridir və bu zəncir üzərində o hüceyrənin -və hüceyrənin aid olduğu orqanizmin- bütün fiziki və kimyəvi quruluşunun məlumatı şifrələnmiş vəziyyətdədir. Ancaq hüceyrənin içində belə bir məlumat bankı olması tək başına bir şey ifadə etməz. Bu məlumat bankının istifadə olunması da çox əhəmiyyətlidir. Yəni içindəki məlumatların lazım olduğu şəkildə oxunması və əldə edilən məlumata görə istehsalın həyata keçirilməsi lazımdır.

Hüceyrədə vəzifə yerinə yetirən və adına "ferment" deyilən molekulyar maşınların bir qismi bununla vəzifələndirilmişdir. Bunlar, ehtiyac duyulan zülalların istehsalı üçün lazımlı məlumatı DNT-nin uzun zənciri üzərində "tapar" və sonra da bunu "oxuya bilmək" üçün spiralvari şəkildə bir nərdivan olan DNT-ni açıb ikiyə ayırarlar. DNT-nin lazımlı bölgəsindəki məlumatın surətini çıxarar, bu əsnada lazımlı olmayan qisimləri keçmək üçün DNT-ni bükərlər. Bütün bu oxuma qurtardıqda isə, DNT-ni yenidən bağlayıb əvvəlki vəziyyətinə gətirərlər. Bütün bu qeyri-adi əməliyyatları saniyənin mində biri qədər heyrət verici bir sürətlə yerinə yetirərlər. Bədəninizdəki hər hüceyrədə saniyədə təxminən iki min yeni zülal istehsal olunur.(1)

Fermentlərin yerinə yetirdikəri bu işlər -ki, DNT-nin köçürülməsi onların çox saydakı vəzifəsindən yalnız biridir- həqiqətən çox heyrət vericidir. Amma bunları müşahidə edən molekulyar bioloqların çoxu heyrətlənməməyə alışmışlar. Bu səbəbdən fermentlərin bu cür kompleks işləri necə bacardığını onlardan soruşsanız, böyük ehtimalla "hüceyrənin içindəki kimyəvi reaksiyalar, fiziki təsirlər bunu tələb edir" deyəcəklər. Bu iddiaya görə, natrium və xloridin yan-yana gəldiklərində birləşib natrium xlorid (duz) halına gəlmələri nə qədər təbii bir hadisədirsə, yəni kimyəvi təsirdən ibarətdirsə, fermentlərin işləri də kimyəvi təsirdən ibarətdir.

üç boyutlu zar

Hücre zarını oluşturan moleküller ne kimya, ne fizik ne de biyoloji eğitimi almamış olmalarına rağmen, potasyumu, sodyumu, glikozu, suyu vs. molekül yapılarından tanıyabilecek üstün bir yeteneğe sahiptirler. Hücrenin içine hangi maddenin, ne kadar alınacağına ya da dışarı atılacağına buna göre karar verirler. Süzdükleri hiç bir madde rasgele seçilmez. Eğer hücre içine giriş çıkışlar tesadüfen yapılıyor olsaydı, bu şuursuz maddeler doğru molekülü bulana kadar bedenimizin sağlıklı bir şekilde varlığını sürdürmesi mümkün olmazdı. Ancak hücre zarını oluşturan moleküller kendilerini yaratan Allah'ın ilhamıyla hareket eder ve görevlerini kusursuz olarak yerine getirirler.

Halbuki, bu cavab səhvdir. Çünki hüceyrənin içindəki əməliyyatların əhəmiyyətli bir hissəsi, kimyəvi və fiziki təsirlərdən qaynaqlanmayan, "şüurlu" hərəkətlərdir. Bunu ən yaxşı ortaya qoyan nümunələrin bir qismi də, hüceyrənin nüvəsində deyil -bu kitabın mövzusu olan- pərdəsində ortaya çıxar. Hüceyrə membranı, içəridə nəyə ehtiyac duyulduğunu sanki "bilir" və hüceyrə xaricindəki materialları bu ehtiyaca görə qəbul və ya rədd edir. Buradakı fövqəladəliyi fərq edənlərdən biri, İsrailli biofizik Gerald Schroederdir. Dünyanın ən qabaqcıl bir neçə universitetindən biri olan MIT-də (Massachussetts Institute of Technology) fizika təhsili almış, uzun illər biologiya üzrə çalışmış, elmi məqalələri bir çox elm jurnalında nəşr olunmuş, atom üzərində aparılan işlərdə rol alan Schroeder belə yazar:

uzay hücre

Hücreye giriş çıkışlar, ileri teknolojiyle donanmış güvenlik sistemlerinden çok daha hassas denetimler sonucu gerçekleşir. Hücre zarı hücre içine aldığı ve hücre dışına bıraktığı maddelerin geçişini cinsine, fayda ve zararına, miktarına, büyüklüğüne vs. göre kusursuz bir titizlikle ayarlar. Öyle ki bugün bilim adamları, hücre zarının bu seçici-geçirgen özelliğinden hayranlıkla söz etmektedirler.

Hər bir hüceyrənin girişi pis maddələri çöldə qoyub, yaxşı maddələri içəri alan və çölə çıxarılmalı olan şeyləri, yəni tullantı məhsullarını və emal edilən faydalı şeyləri çölə çıxardan bir membran tərəfindən tutulur. Amma nəyin içəri girib, nəyin çölə çıxacağını kim, ya da nə təyin edir?

Hüceyrəyə girişi təmin edən çox sayda qapı bunu ancaq açılmaları və içəri girişə icazə vermələri lazım olduğuna dair siqnal aldıqları zaman edərlər. Bu qapılardan bəziləri membran üzərindəki gərginlik fərqliliklərindəki yüngül dəyişmələrə görə açılır və bağlanır. Bəziləri də molekulyar bir açar gəlib bunların kilidini açdıqda açılır və beləcə başqa bir molekulun içəri girməsi təmin edilir. Əgər zülal istehsalında ehtiyac duyulan təməl elementlərin inşa edilməsinə dair bir çağırış varsa, bu işarə içəridən gəlir; bir sinir hüceyrəsinin yanındakı bir hüceyrəni hərəkətə keçirməsi lazımdırsa, lazımlı işarə çöldən gəlir. Bir membranın qapısının açılması işarəsinin verilməsi, çox sayda əməliyyatın birləşməsi ilə meydana gələr... Amma bu mesaj daşıyıcıları bu ağılı haradan əldə edirlər? Biologiyadakı əsas elementlər olan karbon, azot, oksigen, hidrogen, kükürd və fosforun nə vaxtdan bəri özlərinə aid bir düşüncələri var... Bunlar sadəcə, molekulları meydana gətirmək üçün bir yerə gəlmiş atomlardır. Yaxşı, bu atomlar qapı gözətçiləri olma cəsarətini özlərində necə tapa bilirlər? (2)

teknoloji hücre

Darwinistler, hücrenin tesadüf eseri kendiliğinden oluşabileceği iddiasıyla ortaya çıktılar. Ancak hücrenin yapısı öylesine komplekstir ki, tesadüfen oluşmak bir yana, tüm çabalarına ve gelişmiş imkanlarına rağmen, hücre benzeri bir yapıyı taklit dahi edemezler. Yaptıkları çalışmalarla -beklentilerinin tersine- hücredeki bilinçli tasarımı gözler önüne sererler.

Schroeder, bu əhəmiyyətli məqamlara toxunduqdan sonra, özünün də aldığı materialist əsaslı təhsilin səhv cəhətlərini belə açıqlayır:

Hüceyrə membranının dizaynı kəskin bir zəkanın məhsuludur... Mənə bütün bunları edənin təbiət olduğu öyrədilmişdi. Amma bu "öz işini görən təbiət" məntiqində ciddi bir problem var... suyun olduğu mühitlərdə bunlar (hüceyrə membranını təşkil edən lipidlər və fosfolipidlər) təbəqələr və hətta kürələr meydana gətirmək üçün bir yerə gələ bilərlər. Amma bir kürə ilə bir hüceyrəni bir-birindən ayıran əsas bir şey vardır: Bu məlumat hüceyrə membranında nəzarət altında keçişi təmin edən qapıları yaratmaq üçün lazımlı olan zülal və molekulların izlədiyi plandır.(3)

Göründüyü kimi Schroeder, XVIII əsrdən bu yana elm dünyasına hakim olan "öz işini görən təbiət" məntiqini yanlış görür. Və Schroeder, hüceyrə membranının mütləq təbiət qanunları ilə çalışdığı və işlədiyi iddiasının -ki, bu materialist elmin qəti bir ehkamıdır- səhv olduğunu müdafiə edir.

Schroederin bu mövzuda verdiyi şərh isə, həyatı təşkil edən molekulların "şüurlu" davrandıqlarıdır:

Atomdan insana, hər zərrəcik, mövcud olan hər bir şey, içərisində məlumat və şüurlu ağıl daşıyır... Mənim bu kitabda üzləşəcəyim tapmaca bu olacaq: Bu şüur harada ortaya çıxar? Bütün maddələri meydana gətirən təməl parçacıqlar arasında qarşılıqlı təsiri idarə edən təbiət qanunları buna dair heç bir kiçik əlamət verməz.(4)

Burada diqqət edilməli olan çox əhəmiyyətli bir fərqlilik var: Maddənin içində bir şüur müşahidə edilir, ancaq bu şüurun maddənin özündən qaynaqlanması mümkün deyil. Bunu ən açıq şəkildə canlı və cansız maddələri müqayisə edərək görə bilərik. Canlı maddədə, məsələn, bir hüceyrədə açıqca şüur sərgilənərkən, cansız maddədə eyni şüur yoxdur. Halbuki, hüceyrəni meydana gətirən zülallar da, yolda ayağımıza dəyən bir daşı meydana gətirən molekullar da atomların bir yerə yığılması ilə meydana gələr. Yəni əsasən tərkibləri eynidir. Amma daşdakı molekullarda heç bir şüurlu hərəkət müşahidə edilmədiyi halda hüceyrədəki molekullarda təəccüblü bir şüur müşahidə edilər. (Bundan əlavə təbiətdəki cansız maddələrin canlı orqanizmlərə çevrilə biləcəyi -ki, bu təkamül nəzəriyyəsinin iddiasıdır- heç bir zaman müşahidə edilməmişdir.) Gerald Schroeder də buna diqqət çəkər və orqanizmlərdəki molekullarda şüurun ortaya çıxdığını vurğulayar:

Bioloji bir hüceyrəninki ilə natrium xloridin kimyəvi tərkibi eynidir, hər şey üçün etibarlı olan tək bir qaydalar məcmusu vardır. Amma qaydaları mexaniki olaraq təqib edən natrium xloridin əksinə olaraq həyat, bir şəkildə ağıla, məlumata qovuşmuş və bunun sayəsində də ətrafından enerji almağı, bu enerjini özü çıxarmağı və bu enerjiylə də bioloji hüceyrənin mənalı kompleksliyini inşa edib qorumağı bacarmışdır... Karbon və daha bir neçə elementin birləşməsindən meydana gələn bu qaydaların bu qədər "ağıllı" davranmasına imkan verən şeyin nə olduğu hələ də sirdir.(5)

mikroskop beyin hücreleri

Hücre içinde bilinç ve akıl gerektiren sayısız faaliyet gerçekleşir. Bu faaliyetleri elektron mikroskobu altında inceleyen bir bilim adamı, kendisini meydana getiren trilyonlarca hücrenin bu hayati faaliyetlerini ne takip eder, ne denetler ne de bunlarla ilgili bir talimat verir.

Maddesel dünyada ortaya çıkan bilinç, maddenin kendisine ait bir özellik değil, orada "sergilenen" bir özelliktir. Beynimizde algıları yorumlayan, kendisine gelen sinyalleri anlamlı hale getiren beyin hücrelerindeki bilinç de hücrelerin kendisine ait değildir. Hücrede sergilenen akıl ve bilinç bizlere Allah'ın varlığının sayısız delillerinden birini göstermektedir.

Əslində burada bir sirr deyil, qəti bir həqiqət vardır. Maddi dünyada ortaya çıxan şüur, maddənin özünə aid bir xüsusiyyət deyil, orada "sərgilənən" bir xüsusiyyətdir. Bunun mənası isə budur: Maddi dünyada ortaya çıxan qüsursuz şüur, Allahın varlığının dəlillərini elmi cəhətdən göstərir. Bədənimizi təşkil edən molekullar, Allahın ilhamı ilə özlərindən gözlənilməyəcək ağıl nümayişləri sərgiləyərək, əslində özlərini yaradan Uca Allahın sonsuz ağlını bizə bir daha göstərir.

Allah bütün kainatı yoxdan yaratmışdır və yaratdığı kainatı, bu kainatdakı canlı-cansız bütün varlıqları hər an nəzarəti altında tutur.

Rəbbimizin bizlərə yol göstərici olaraq endirdiyi Quranda, Allahın hər şeyi sonsuz ağlı ilə əhatə etdiyi bu şəkildə bildirilir:

Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz. (Talaq surəsi, 12)

... Elə bir canlı yoxdur ki, Allah onun kəkilindən tutmuş olmasın... (Hud surəsi, 56)

Kainatı Əhatə Edən Şüur Allaha Aiddir

Məhz bəzi dəlillərini bu kitabda da araşdıracağımız kimi, XVIII və XIX əsrlərdə materiya və digər materialist anlayışlarla yola çıxan elm dünyası, bu nəzəriyyələr uğruna o qədər səydən sonra, kainatın və canlıların yoxdan yaradıldığı və hər an nəzarət altında tutulduqları həqiqətiylə qarşı-qarşıya gəlmiş vəziyyətdədir.

Bütün kainat, Allahın sonsuz elminin dəlillərindən ibarətdir. Elm, təbiətin incəliklərini araşdırdıqca bu ağılın müxtəlif təcəllilərini ortaya çıxarır. Bu ağılı maddəyə aid etmək (yəni maddənin öz məhsulu və ya xüsusiyyəti kimi göstərmək) üçün iki əsrdir həyata keçirilən səy müvəffəqiyyətsizliklə nəticələnmişdir. Darvin, Laplace, Freyd ya da Engels; bütün materialistlərin yanılmış olduğu ortaya çıxır.

hücre uzay

Evrendeki her detay bir plan ve düzen dahilindedir. İsterseniz dev teleskoplarla evrendeki sistemleri, isterseniz elektron mikroskobuyla hücredeki kompleks faaliyetleri inceleyin, her yerde kusursuzluk, düzen ve ahenk hakimdir. Özel ve bilinçli olarak yaratılmış olan tüm detaylar, her noktada açıkça Allah'ın varlığını göstermektedir ve bizlere Rabbimiz'in sonsuz ilmini tanıtmaktadır.

Bu kitabda bir hüceyrənin içində yaşanan hadisələrin, bundan 30-40 il əvvəl xəyal belə edilə bilməyəcək qədər kompleks, planlı və "ağıllı" olduğunu araşdıracağıq. Əsla unudulmamalı olan bir həqiqət var ki, o da bəhs edəcəyimiz molekulların heç birində etdikləri "ağıllı" işləri planlaşdıracaq və icra edəcək bir ağılın olmadığıdır. Ortada, bu molekullar üzərində sərgilənən misilsiz bir ağıl var, amma bu ağılın qaynağı maddənin özünə aid deyil. Eyni üstün ağıl, Böyük Partlayışın (Big Bang) ardınca meydana gələn fövqəladə həssas tarazlığın, nəhəng ulduzların içindəki nüvə reaksiyalarının və ya elementlərin həyat üçün ən ideal olan quruluşlarında da ortaya çıxır. Schroederin dediyi kimi, "tək bir şüur, ümumbəşəri bir hikmət kainatı əhatə etmiş vəziyyətdədir". (6)

Kainatı əhatə edən bu şüur, Uca Allahın sonsuz elmi və ağlıdır. Bir Quran ayəsində bildirildiyi kimi:

Sizin məbudunuz yalnız Özündən başqa heç bir məbud olmayan Allahdır. O, elm ilə hər şeyi əhatə edir. (Taha surəsi, 98)

Iqtıbaslar

1. Gerald L. Schroeder, Tanrı'nın Saklı Yüzü, çev. Ahmet Ergenç, Gelenek Yayınları, İstanbul, 2003, səh. 68.

2. Gerald L. Schroeder, Tanrı'nın Saklı Yüzü, çev. Ahmet Ergenç, Gelenek Yayınları, İstanbul, 2003, ss. 68-69.

3. Gerald L. Schroeder, Tanrı'nın Saklı Yüzü, çev. Ahmet Ergenç, Gelenek Yayınları, İstanbul, 2003, ss. 70-71.

4. Gerald L. Schroeder, Tanrı'nın Saklı Yüzü, çev. Ahmet Ergenç, Gelenek Yayınları, İstanbul, 2003, səh. 11.

5. Gerald L. Schroeder, Tanrı'nın Saklı Yüzü, çev. Ahmet Ergenç, Gelenek Yayınları, İstanbul, 2003, səh. 65..

6. Gerald Schroeder, The Hidden Face of God, Touchstone, New York, 2001, səh. xi.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Ön Söz
  • Giriş: Maddənin Fövqündəki Şüur Vhttp://yonetim2.harunyahya.com/book/add.chapter/book_id/238031v
  • Bədənimizi Əhatə Edən Miniatür Fabrik: Hüceyrə
  • Hücrenin Kompleks Yapısı Tesadüflerle Açıklanamaz
  • Hüceyrə Membraninin Quruluşundaki Üstün Dizayn
  • Hüceyrə Membranindaki Kompleks Daşima Sistemləri
  • Hüceyrə Membranindaki Zülal Kanallarinin Seçib-Keçirməsi
  • Sinir Hüceyrələrindəki Seçicilik
  • Hüceyrələr Arasindaki Məlumat Hərəkətində Siqnal Seçimi
  • Müdafiə Sistemi Hüceyrələrindəki Seçim
  • Qandaki Həyati Seçim
  • Hüceyrə Membranindaki Dizaynin Çox Hüceyrəlilik Baximindan Əhəmiyyəti
  • Bədəndə Seçilən Maddələrin Həssas Tarazliği
  • Hüceyrə Membrani Təkamül Nəzəriyyəsinin İddialarini Etibarsiz Edir
  • Nəticə: Allah Elmi İlə Hər Yeri Əhatə Edəndir
  • Təkamül Yalani
  • Sözlük