Hüceyrǝ Membranındaki Möcüzǝ

131 səhifə.

Hüceyrə içinə alınan xammallar, hüceyrə içində müxtəlif molekulların istehsalı üçün istifadə edilərkən, tullantılar hüceyrə xaricinə göndərilər ya da hüceyrə içində məhv edilirlər. Hamısı bu sırada enerji səbəbindən müxtəlif qida maddələrinə ehtiyac duyar.Necə ki, bir fabrikdə istehsal zamanı istifadə ediləcək xammallar içəriyə alınır, lazım olduğunda saxlanılır və istehsaldan sonrakı tullantılar da fabrik xaricinə göndərilir və ya məhv edilirsə, hüceyrədə də çox mürəkkəb bir istehsal, saxlama və təmizlənmə sistemi işləyər. İnsan bədənini meydana gətirən 100 trilyona qədər hüceyrə, heç dayanmadan və yorulub ara vermədən saysız fəaliyyət həyata keçirir.

Bu əhəmiyyətli məsuliyyət incəcik bir membran tərəfindən yerinə yetirilir. Çünki bu cür möhkəm tutulan təhlükəsizlik tədbirləri sayəsində, hüceyrəyə çöldən girə biləcək hər hansı bir virus, bakteriya və ya zəhərli maddənin zərər vermə riskinin qarşısı alınmış olar. Hüceyrə girişində bu materialların doğruluğunun sınaqdan keçirilməsi, təsdiq edilməsi həyati dərəcədə əhəmiyyət daşıyır. Yalnız içəri girməsində heç bir qorxu görülməyən maddələr üçün hər zaman açıq tutulan qapılar vardır.Hüceyrə içinə alınması təhlükəli olma ehtimalı olan digər maddələr isə, barmaq izi nəzarətini xatırladan bir dəqiqliklə ələyirlər. Bu maddələr daha əvvəldən tanınır kimi, hüceyrə membranında şəxsiyyət təsbitinə tabe tutulurlar. Hüceyrə içinə girən maddələr təsadüfi içəri alınmaz. Digər tərəfdən, fabrikə alınacaq xammalların texniki xüsusiyyətlərinin şərtlərinə görə təyin olunması kimi, hüceyrə də içinə alacağı maddələr üçün xüsusi ön şərtlərə nəzarət edər.

Hər bir hüceyrə Allahın əmri ilə bizim üçün vəzifələrini qüsursuz yerinə yetirir. İnsanın göstərə bilmədiyi belə bir şüurun hüceyrə membranında ortaya çıxması, bu şüurun əslində hüceyrədən deyil, onu yaradan Allahın elmindən qaynaqlandığını göstərir. İnsanın nəinki belə bir seçmə əməliyyatı etməsi, hətta bədənində belə fövqəladə bir əməliyyatın edildiyini belə fərq etməsi mümkün deyil. Bədənimizi meydana gətirən trilyonlarla hüceyrənin hər biri bu şüurla hərəkət edər və hər hüceyrə membranı da özünə düşən iş bölümündə bu həssas seçki mexanizmini icra edər.

 


Hüceyrǝ Membranındaki Möcüzǝ

Kitabın məzmunu

Kitabdan Başlıqlar və Fəsillər