Bəzi insanlar bu kitabı gördüklərində, kitabın mövzusunun onları çox maraqlandırmadığını düşünə bilərlər. Öz-özlərinə, kiçik bir böcək haqqında yazılmış kitabın, həm onlara çox şey ifadə etməyəcəyini, həm də içində olduqları "böyük temp" səbəbiylə bu cür kitaba ayıracaq zamanları olmadığını söyləyə bilərlər.
Buna qarşı, eyni kəslər, bəlkə də iqtisadiyyatla ya da siyasətlə əlaqədar araşdırma kitabını ya da bir romanı daha cazibədar və daha "faydalı" görə bilərlər. Ya da "həyatda müvəffəqiyyətli olma sənəti" növündən kitabların onlara daha çox faydalı olacağını düşünərlər.
Halbuki həqiqət bu ki, hal-hazırda əlinizdə tutduğunuz kitab onu oxuyan şəxslərə, indiyə qədər oxuduğunuz bir çox kitabdan daha çox "faydalı" olacaq, ona daha çox qatqı təmin edəcək. Çünki bu kitab, hörümçək deyilən kiçik heyvanın xüsusiyyətlərini sadalamaq üçün yazılmış biologiya kitabı deyil. Kitab, kiçik bir canlı olan hörümçəyi mövzu edər lakin yönəltdiyi gerçək və verdiyi mesaj çox böyükdür. Çünki hörümçək mövzusu, bir böcək cinsi haqqında kitab yazmış olmaq üçün deyil, daha çox böyük və həyati həqiqətə işarə etmək üçün ələ alınmışdır.
Bir açar kimi... Açar tək başına əhəmiyyətsiz kimi görünən alətdir. Onu daha əvvəl heç açar görməmiş, açar ilə kilid arasındakı əlaqədən xəbəri olmayan bir insana versəniz, əlindəki şeyi mənasız və işə yaramaz metal parçası olaraq görəcəkdir. Halbuki bəzən bir açar, açdığı kilidin arxasındakı şeyə görə, dünyanın ən əhəmiyyətli şeylərdən biri ola bilər.
Bu kitab da, hörümçəyi tək başına mövzu olaraq ələ almaq məqsədi ilə deyil, onu bir "açar" olaraq istifadə etmək üçün yazılmışdır. Bu açarın açdığı kilidin arxasındakı gerçək isə, bir insan üçün bütün həyatı boyunca qarşılaşa biləcəyi ən böyük həqiqətdir.
Həqiqət budur; insan və içində yaşadığı kainat, ən incə nöqtəsinə qədər Allah tərəfindən yaradılmışdır və Onun varlığını göstərmək, Onu ucaltmaq üçün vardırlar. Bundan ötəri da, bu kainatın içindən çəkilib alınacaq tək bir parça, məsələn tək bir bitki ya da tək bir heyvan haqqında düşünmək, insanı bütün bir kainatın mənasını qavramağa yaxınlaşdıra bilər. Tək bir canlı, kainatın mənasını qavramağa yarayan bir "açar" ola bilər.
Hörümçəklərin çox az kimsə tərəfindən bilinən təəccüblü və heyranlıq verici xüsusiyyətlərini izah edən və bunu edərkən həmişə "necə" və "nə üçün" suallarını soruşan kitab, bu məqsəd üçün yazılmışdır. Və sırf bu məqsəd səbəbiylə də, indiyə qədər oxuduğunuz bir çox kitabdan daha əhəmiyyətlidir.