Siz bu yazını oxuyarkən orqanizminizdə milyonlarla əməliyyat aparılır. Bu əməliyyatlar vasitəsilə orqanizminizin hansı hissəsində hansı hüceyrələrin nəyə ehtiyac duyduqları, hansı vəzifələri etməli olduqları müəyyənləşdirilir, hüceyrələrin ehtiyaclarını ödəyəcək tədbirlər alınır və hüceyrələrə nə etməli olduqları ayrı-ayrılıqda bildirilir. Orqanizminizdəki 100 trilyon hüceyrə mükəmməl rabitə əlaqəsi sistemi sayəsində sizin bütün ehtiyaclarınızı sizə hiss etdirmədən təmin edir. Bu mükəmməl rabitə əlaqəsi isə hormonlar sayəsində reallaşır.
Əlinizdəki kitabda hormonların araşdırılmasının səbəblərindən biri canlıların cansız maddələrdən təsadüflər nəticəsində meydana gəlməsinin qətiyyən mümkün olmadığını göstərməkdir.
Darvinistlər və materialistlər, Allahın varlığına inanmazlar və canlıların, təsadüflər nəticəsində, cansız maddələrdən, öz-özlərinə meydana gəldiklərini iddia edirlər. Lakin təkcə hormonlar və hüceyrələr arasındakı rabitə əlaqəsi belə, canlılarda nə qədər fövqəladə sistemlərin olduğunu və bunların təsadüfən meydana gəlməsinin qeyri-mümkün olduğunu göstərmək baxımından kifayətdir.
Kitabın ikinci məqsədi isə, Allahın varlığına iman edənlərə, Allahın yaratmasındakı mükəmməlliyi yenidən nümunələriylə göstərmək və bu vəsilə ilə Onu ən gözəl adlarıyla ucaltmaqdır.