Yusif Peyğəmbərin Uşaqlığı

Uşaq İkən Gördüyü Yuxu

Yusif peyğəmbər uşaq ikən bir yuxu gördü. Yuxusunun yozumunu atasından soruşdu. Atası Yəqub peyğəmbər isə onun yuxusunu yozdu və onu gözəl xəbərlərlə müjdələdi. Ancaq bununla yanaşı ona yuxusunu digər qardaşlarına danışmaması barədə də xəbərdarlıq etdi. Bu hadisə Quranda belə qeyd edilir:

"Bir zaman Yusif atasına demişdi: "Atacan! Mən on bir ulduz və Günəşlə Ayı gördüm. Gördüm ki, onlar mənə səcdə edirlər". Atası dedi: "Can oğul! Yuxunu qardaşlarına danışma, yoxsa sənə bir hiylə qurarlar. Çünki şeytan insanın açıq-aşkar düşmənidir. Rəbbin səni seçib üstün tutacaq, sənə yuxu yozmağı öyrədəcək, bundan əvvəl babaların İbrahimə və İshaqa nemətini tamamlayıb verdiyi kimi sənə və Yəqub nəslinə də tamamlayıb verəcək. Həqiqətən Rəbbin biləndir, hikmət sahibidir!" ("Yusif" surəsi, 12/4-6)

Prophet Yusuf dream

Hz.Yusif yuxuda on bir ulduz, Günəş və Ayı ona səcdə edərkən görür. Yandaki tabloda bu yuxu təsvir edilmişdir.

Yusif peyğəmbər yuxusunu atasına danışanda atasının bunu qardaşlarına bildirməməsi məsələsində ona xəbərdarlıq etməsinin səbəbi qardaşlarının təhlükəsizliyə təminat verməyən etibarsız davranışı idi. Yəqub peyğəmbər elm sahibi, fərasətli bir insan olduğu üçün oğlanlarının fitnə-fəsad törətməyə meylli olan xasiyyətini və qısqanclığını bilirdi. Onları çox yaxşı tanıdığı üçün Hz.Yusifə tələ qura biləcəklərini də zənn edirdi. Buna görə də Hz.Yəqub şeytanın düşmənçiliyinə diqqət çəkmiş və Hz.Yusifin təmkinli olmasını məsləhət görmüşdü.

Müsəlmanlar bu hekayətdən bu dərsi çıxarmalıdır ki, dini məsələlərdə iradəli hərəkət etməyən fitnəkar və münafiq xarakterli insanların yanında diqqətli hərəkət etmək, müsəlmanlarla bağlı ola biləcək gözəl xəbərləri belə adamlara danışmamaq lazımdır. Çünki möminlərin nemətə qovuşması, inkişaf etməsi, güclənməsi, yaxşı bir səviyyəyə gəlməsi səmimi dindarları çox sevindirir. Ancaq ürəyində xəstəlik olan, münafiq xarakterli insanları çox narahat edir. Bu cür insanlar dinin və möminlərin mənfəətini istəməyəcəkləri üçün onların inkişaf etməsinin qarşısını almaq istəyirlər. Buna nail olmaq üçün hətta möminlərə düşmən olan in¬

sanlarla birgə də çalışırlar. Münafiq xarakterli insanların bu davranışını Allah bir ayədə belə xəbər vermişdir:

"Sənə bir yaxşılıq nəsib olsa, onların halı pis olar. Sənə bir müsibət üz versə: "Biz tədbirimizi qabaqcadan görmüşük!" - deyər və sevincək halda dönüb gedərlər" ("Tövbə" surəsi, 9/50)

Buna görə də müsəlmanlarla bağlı gözəl və xeyirli hadisələr həyata keçməmişdən əvvəl bu cür insanlara danışılmamalıdır. Bu cür şəxslərə qarşı təmkinli hərəkət etmək lazımdır. Atasının Hz.Yusifə etdiyi xəbərdarlıq da bu məsələyə dair aydın bir nümunədir.

Qardaşlarinin Hz.Yusifə Qurduğu Tələ

Yəqub peyğəmbər Hz.Yusifə xəbərdarlıq etməklə haqlı iş görürdü. Çünki qardaşları onu və kiçik qardaşlarını atalarına qısqanırdılar. İçlərindəki bu şiddətli qısqanclıq onları Hz.Yusifə tələ qurmağa səbəb oldu. Bu da Hz.Yusifin qardaşlarının İslam əxlaqından uzaq olmasının və onların mömin xarakteri nümayiş etdirməməsinin başqa bir nümunəsidir. Onların qurduğu bu tələdən və Yusif peyğəmbərə qarşı etdikləri hərəkətlərindən Quranda belə bəhs edilir:

"Bir zaman belə demişdilər: "Biz bir dəstə olduğumuz halda Yusif və onun qardaşı atamıza da-ha əzizdirlər. Həqiqətən atamız açıq-aşkar səhv edir! Yusifi öldürün və ya bir yerə atın ki, atanız mehrini yalnız sizə salsın. Ondan sonra isə əməlisaleh bir camaat olarsınız!" ("Yusif" surəsi, 12/8-9)

Prophet Ya'qub (as) and his children

Hz.Yəqubu və oğlanlarını təsvir edən şəkil. Qardaşlarının Hz.Yusifə tələ qurmasının əsas səbəbi qısqanclıqdır. Onları bu qısqanclığa atalarının Hz.Yusifi və qardaşını daha çox sevdiyini fikirləşmələri aparmışdır.

Ayələrdən də aydın olduğu kimi, qardaşlarının Hz.Yusifə tələ qurmasının ən böyük səbəbi qısqanclıq idi. Atalarının Hz.Yusifi və qardaşını onlardan daha çox sevdiyini fikirləşmələri onların bu qısqanclığına gətirib çıxarmışdı. Onlar ancaq özlərinə sevgi bəslənməsini istəyirdilər. Onların say etibarilə çox olmalarına və bir-birini dəstəkləməsinə görə sevgiyə daha çox layiq olduqlarını düşünürdülər. Əlbəttə ki, bu, çox böyük məntiqsizlikdir. Çünki Qurana görə, möminlərin bir-birini sevməsinin yeganə ölçüsü təqvadır. Kim təqva yönündən üstündürsə, kim Allahdan çox qorxur və Onun qoyduğu sərhədləri çox diqqətlə qoruyrsa, möminlər təbii olaraq ən çox həmin adamı sevərlər. Möminlərin sevgi anlayışı bu şəkildədir. Aydındır ki, Yəqub peyğəmbər də oğlanlarına sevgi bəsləyərkən bunu ölçü olaraq qəbul etmişdi. Hz.Yusif də digər qardaşlarından daha çox təqvalı və gözəl əxlaqlı olduğu üçün atasının onu digərlərinə görə çox sevməsi təbiidir. Lakin Hz.Yəqubun digər oğlanları bu düşüncəyə sahib olmadığı üçün atalarının Hz.Yusifə və kiçik qardaşlarına olan sevgisini də başa düşməmişdilər. Bu da onların xarakterinin dinə uyğun olmadığını göstərən mühüm bir misaldır.

Onların diqqət çəkən başqa bir mənfi cəhəti də atalarına münasibətdə yol verdikləri hörmətsiz üslublarıdır. Ataları seçilmiş bir peyğəmbər, üstün ağıl və qavrayış sahibi olsa da onlar atalarının Hz.Yusifə və qardaşına olan sevgisinə görə atalarının "açıq-aşkar səhv etdiyini" iddia edirdilər. Bir peyğəmbərə qarşı belə qeyri-etik bir üslubdan istifadə etmələri də onların imanının zəifliyini göstərir. Ancaq imanlarının zəif olduğunu, hətta münafiq xarakterli olduqlarını başa düşmək üçün daha güclü bir dəlil var: Hz.Yusifi öldürmək istəmələri...

Allahdan qorxan, axirətdə hesab verəcəyinə inanan, Allahın onu hər an eşitdiyini və gördüyünü bilən bir insanın Allahın haram qıldığı belə bir hərəkətə yol verməyəcəyi, bunu hətta ağlından da keçirməyəcəyi çox aydın məsələdir. Ancaq bu insanlar atalarının onları sevməsinə çalışmaq, ya da qısqanclıq hisslərini boğmaq üçün çarəni Hz.Yusifi öldürməkdə yaxud da bir yerə atıb onu tərk etməkdə görmüşdülər.

Öldürmək onsuz da haramdır. Ancaq kiçik yaşda bir uşağı başqa bir yerə atmaq da çox vicdansız bir hərə¬ kətdir. Bunu etməyi düşünə bilən insanlarda vicdan, mərhəmət kimi hisslərin olmadığı çox aydın məsələdir. Göründüyü kimi, Hz.Yusifin qardaşları mərhəmətsiz və zalımdır. Həm də məntiqləri pozuqdur. Hz.Yusifə belə bir pislik edərək haram iş tutandan sonra hələ "əməlisaleh" olmağa ümid edirlər. Əlbəttə ki, bir insan pis iş görəndən sonra səmimi olaraq Allahdan bağışlanmasını istəyərsə, düzəlməyi və əməlisalehlərdən ol¬mağa ümid edə bilər. Ancaq bu insanlar əməllərinin səhv olduğunu bilərək əvvəlcə edib sonra da salehlərdən olmağı planlaşdırırlar. Bu, onların sağlam mühakimə qabiliyyətinə və mömin xarakterinə sahib olmamasının başqa bir dəlilidir. Ayənin axırında isə Allahın ən çətin anında Hz.Yusifə kömək etdiyi, arala¬rından birinə onu öldürməyin əvəzinə quyuya atmaq fikrini təlqin etdiyi xəbər verilir:

Prophet Yusuf's brothers

Yusif peyğəmbərin qardaşlarını göstərən başqa şəkil. Qardaşlarının Hz.Yusifə qarşı qısqanclığı o dərəcədə şiddətlidir ki, kiçik yaşda olmasına baxmayaraq ona yazıqları gəlmədən quyuya atmışdılar.

"Bir başqası belə dedi: "Yusifi öldürməyin, onu bir quyunun dibinə atın. Əgər belə etsəniz, yol keçənlərdən biri onu götürər"" ("Yusif" surəsi, 12/10)

Onların Hz.Yusiflə bağlı istədikləri planları hazırlamasına və hər cür tələ qurmasına baxmayaraq Yusif peyğəmbər Allahın onun üçün müəyyən etdiyi taleyi (qədəri) yaşayırdı. Heç kim onun üçün müəyyən edil¬miş taledən kənara çıxa bilməz. Allah Hz.Yusif hələ anadan olmamışdan əvvəl ona bu taleyi müəyyənləşdirmişdi. Yusif peyğəmbər də bu taleyi eynilə yaşadı.

Bir məsələni də xatırlatmaq lazımdır ki, Hz.Yusifin ölümünə mane olan, onu quyuya atmaq fikrini ortaya ataraq yaşamağını təmin edən qardaşı deyil, Allahdır. Allah istəməsəydi, qardaşı onu quyuya atmaq fikrini ağlına gətirə və belə bir fikir irəli sürə bilməzdi. Ancaq Hz.Yusifin taleyində əvvəlcə öldürülməsinin planlaşdırılması, sonra da bu fikirdən daşınaraq quyuya atılması vardır. Buna görə də qardaşı belə bir fikrə gəlmişdi. Yoxsa xalq arasındakı yanlış tale anlayışında olduğu kimi taleyin dəyişməsi kimi bir vəziyyət qətiyyən olmamışdır. Yusif peyğəmbərin taleyi bütün bu incəlik və təfərrüatları ilə birlikdə yaradılmışdır. Qardaşlarının onu öldürməməsi də onların pozulmuş bir planıdır. Ancaq o planı da lap əvvəldən pozulmuş şəkildə ya¬radan Allahdır.

Həmçinin Allah bu planı o, hələ uşaq yaşda ikən gördüyü yuxu vasitəsi ilə Hz.Yusifə bildirmişdi. Hz.Yusifin həyatı da Allahın bildirdiyi bu yuxunu təsdiq edəcək şəkildə cərəyan etdi. Allah bəzən istədiyi bəndələrinə bu cür qeybi xəbər verə bilər. Peyğəmbərimiz Hz.Muhəmmədə (s.ə.v.) Məkkəni fəth edib orada möminlərlə birlikdə əmin-amanlıq içində həcc edəcəyini bir yuxu vasitəsi ilə bildirmişdir. Bununla bağlı olan ayədə belə buyrulur:

"And olsun ki, Allah-Təala Öz Peyğəmbərinin röyasının çin olduğunu təsdiq etdi. Siz inşal¬lah, əmin-amanlıqla, başınızı qırxdırmış, qısaltmış halda və qorxmadan Məscidül-Hərama daxil olacaqsınız. Allah sizin bilmədiklərinizi bilir. O, bundan əlavə tezliklə bir qələbə də bəxşedəcəkdir" ("Fəth" surəsi, 48/27)

Allahın qeybi xəbər verməsinin və hadisələrin də bu cür həyata keçməsinin sirri bizim üçün "qeyb" olan hər şeyin Allah dərgahında əzəldən müəyyən edilmiş, yaşanmış və bitmiş olmasıdır. Qeyb insanlar üçün var. Zamandan və məkandan uzaq olan Allah isə hər şeyi yaradan və biləndir. Bütün zamanı və tarixi də bircə an¬da yaratmışdır.

Hekayətin sonrasında Hz.Yusifin yaşadığı hadisələri incələyərkən də bu həqiqət yaddan çıxarılmamalıdır. Yaşanan hər şey Allahın istədiyi şəkildə meydana gəlir. Hər birində də möminlər üçün xeyir və gözəlliklər var. Yaşanan və səbr göstərilən hər bir çətinliyin ardından Allah dünyada firavanlıq və nemət, axirətdə

isə savab və mükafat verir. Dolayısı ilə kölələşdirmək, həbsə düşmək, böhtana məruz qalmaq kimi kənardan "şər" kimi görünən hadisələr möminlər üçün xeyirli olur.

Hz.Yusifin Qardaşlarının Şeytani Planları

Allah Quranda Hz.Yəqubun oğlanlarının öz aralarında Hz.Yusifə qarşı şeytani plan hazırladığını və bunu tətbiq etməyə başladığını xəbər verir. Planlarını həyata keçirmək üçün əvvəlcə atalarından Hz.Yusifi onlar¬la birlikdə göndərməsi üçün icazə istədilər. Atalarının onlara güvənmədiyini bildikləri üçün onu razı salma¬ğa çalışdılar:

"Onlar dedilər: "Ata! Biz Yusifin xeyirxahları olduğumuz halda sən nə üçün onu bizə etibar etmirsən? Sabah onu bizimlə birlikdə göndər, qoy oynayıb əylənsin, gözü-könlü açılsın. Biz onu mütləq qoruyacağıq!" ("Yusif" surəsi, 12/11-12)

Prophet Yusuf's brothers, well

Yusif peyğəmbəri quyuya atan qardaşları quyunun başındadır. Onu quyunun dərinliklərinə salarkən onları gözləyən aqibətdən bixəbər idilər. Halbuki hər şey Allahın müəyyənləşdirdiyi bir alın yazısına uyğun cərəyan edir.

Ayənin ifadəsindən də aydın olduğu kimi, ataları Hz.Yusifi göndərmək istəməmişdi. Hətta onlara güvənmədiyini hiss etdirmişdi ki, oğlanları da tez özlərini müdafiə etməyə çalışmışdılar. Hz.Yusifin yaxşılığını istədiklərini söyləmişdilər. Hz.Yusifi öldürməyi və ya quyunun dərinliklərinə atmağı planlaşdırarkən belə bir yalanı çox asanlıqla söyləmələri isə onların münafiq xarakterli insanların asanlıqla yalan danışdığına sübutdur. Onların yalançılığı bununla da başa çatmamışdır. Atalarına Hz.Yusifi gəzməsi, oynaması üçün aparmaq istədiklərini söyləmişdilər. Üstəlik onu qoruyacaqlarına söz vermişdilər. Diqqət edilməli olan başqa bir məsələ isə münafiq xarakterli insanların həmişə özlərini yaxşı niyyətli göstərməyə çalışmaq səyləridir. Hz.Yusifin yaxşılığını istədiklərini söyləmələri və guya onun rahatlığını fikirləşdiklərini göstərməyə çalışmaları şeytani xarakterlərinin bir parçasıdır. Ancaq Yəqub peyğəmbər fərasətli və bəsirətli bir insan olduğu üçün onların etibarsızlığını və pis xarakterini asanlıqla sezmişdi.

"Dedi: "Onu aparmağınız məni çox məyus edər. Qorxuram ki, onu qurd yeyə, siz də xəbər tutmayasınız!" Onlar: "Biz güclü bir dəstə ola-ola qurd onu yesə, onda biz aciz olarıq ki!"-deyə cavab verdilər" ("Yusif" surəsi, 12/13-14)

Yəqub peyğəmbər oğlanlarına etibar etmədiyi və onların Hz.Yusifə pislik edə biləcəklərini təxmin etdiyi üçün bu etimadsızlığını açıq-aşkar söylədi. Onların Hz.Yusifə bir pislik edəndən sonra da yalan və bəhanə ilə qarşısına çıxacaqlarını təxmin etmişdi. Onlar isə bu fikrə qətiyyətlə qarşı çıxdılar. Belə bir şeyin ola bilməyəcəyini atalarına qəbul etdirməyə çalışdılar. Bu da münafiq xarakterli insanların çətin vəziyyətə düşəndə istifadə etdiyi bir üsuldur. Həmçinin qissənin ardında onların sözlərində səmimi olmadıqları aydın olur:

"Onlar axşamüstü ağlaya-ağlaya atalarının yanına gəldilər. Və dedilər: "Ata! Biz bir-birimizlə yarışmaq üçün getmişdik və Yusifi şeylərimizin yanında qoymuşduq. Bir də xəbər tutduq ki, qurd onu yemişdir. İndi biz doğru danışsaq da sən bizə inanmayacaqsan!" ("Yusif" surəsi,12/16-17)

Prophet Yusuf's bloody shirt

Bu şəkildə Hz.Yusifin qardaşları ataları Yəqub peyğəmbərə Hz.Yusifi qurdun yediyini söyləyərkən və saxta dəlil olaraq da qanlı köynəyini təqdim edərkən görünür.

Göründüyü kimi, hadisələr tamamilə Yəqub peyğəmbərin gözlədiyi şəkildə inkişaf etmişdi. Hz.Yusifin qardaşlarının davranışı atalarının onlardan şübhələnməsinin səbəbsiz olmadığını göstərir. Ağlayaraq gəlmələri də onların mənfi davranışının bir təzahürüdür. Həmçinin belə aciz bir hərəkət mömin insanın etməyəcəyi hərəkətdir. Möminlər hər şeydə bir xeyir və hikmət olduğunu bildikləri üçün başlarına nə gəlirsə-gəlsin yenə də ağlamaq və dərdlənmək kimi bir acizliyə məruz qalmazlar. Hz.Yusifin qardaşlarının ağlaması münafiq xarakterli insanların edəcəyi növdən olan bir ağlamaqdır. Göz yaşından silah kimi istifadə edərək qarşı tə¬

rəfi öz yalanlarına inandırmağa çalışmaq münafiqlərin şeytani üsullarından biridir. Bununla özlərini yazıq vəziyyətə salıb aciz kimi göstərməyə çalışırlar. Etibarlı insanlar olmadıqları halda özlərini etibarlı insan cildinə salmağa səy göstərirlər. Bu hər dövrdəki münafiq xarakterli insanların dəyişməyən xüsusiyyətidir. Həmçinin Hz.Yusifin qardaşları da kiçik bir uşağı quyunun dərinliklərinə atarkən heç bir vicdan əzabı çəkməmişlər. Ancaq bu hərəkətlərinin cavabını vermək məsələsində ağlayaraq atalarının yanına gəliblər. Qeyri-səmimi olmaları və etdiklərini ört-basdır etmək istədikləri çox aydındır.

Hz.Yusiflə bağlı uydurduqları yalana diqqətlə baxsaq, bu da Yəqub peyğəmbərin onlara söylədiyi narahatlığıdır. Oğlanları eynilə atalarının onlara qorxduğu məsələni bəhanə olaraq gətirmişdilər. Baş verən bu vəziyyət möminlər üçün əhəmiyyətli bir təcrübədir. Diqqətlə baxsaq, əvvəlki dialoqda Hz.Yəqub qorxu və narahatlığını açıq şəkildə bildirmiş və Hz.Yusifi bir qurdun yeməsindən çəkindiyini söyləmişdi. Münafiq xarakterli oğlanları isə onun bu əndişəsindən istifadə etmişdi. Hz.Yusifi quyuya atandan sonra atalarına eyni ya¬lanı söyləmişdilər. Bununla da atalarının onlara inanacağını fikirləşirdilər.

Prophet Yusuf's shirt

Hz.Yusif haqqında çəkilmiş bir filmdə özlərini etibarlı göstərməyə çalışan qardaşları Hz.Yusifin ya-landan qana bulaşdırdıqları köynəyi ilə birlikdə.

Möminlərin bu qissədən almalı olduğu dərs münafiq xarakterli insanların yanında ehtiyatlanma, narahatlıq və qorxu hissləri, qayğıları barədə səmimi bir şəkildə danışmamaqdır. Çünki bu nümunədən də gördüyümüz kimi, münafiqlər möminlərin bu səmimi sözlərindən onlara qarşı istifadə edə bilərlər. Ayənin ardından da məlum olduğu kimi, onlar da atalarının onlara əslində inanmadığını bilirdi. Bu vəziyyət təkcə Hz.Yusifin qardaşlarına deyil, bütün münafiq xarakterli insanlara aid bir psixologiyadır: möminlərə tələ quranlar həmişə bir günahkarlıq ruhu və ovqatı içində olurlar. Öz pislikləri tez-tez ağıllarına gəlir, bunu hətta dilə də gətirirlər. "Bizə inanmayacaqsan, amma həqiqəti deyirik" kimi adi bir insanın müraciət etməyəcəyi şəkildəki ifadələrlə də özlərinə olan etibarsızlığı açıq-aşkar ortaya çıxarırlar. Bu, onların mömin əxlaqı və xarakteri nümayiş etdirməməsindən qaynaqlanır. Allah Quranda münafiqlərin bu süni və mübaliğəli sözləri ilə bağlı bir nümunəni belə bildirir:

"Münafiqlər sənin yanına gəldikləri zaman: "Biz sənin doğrudan da Allahın Peyğəmbəri oldu¬ğuna şəhadət veririk!" -deyirlər. Allah sənin Onun həqiqi Peyğəmbəri olduğunu bilir. Allah həm də münafiqlərin xalis yalançı olduqlarına şəhadət verir. Onlar andlarını özlərinə sipər edib Allah yolundan döndərirlər. Həqiqətən onların törətdikləri əməllər necə də pisdir!" ("Münafiqun" surəsi, 63/1-2)

Göründüyü kimi, münafiqlər "andlarını özlərinə sipər edirlər", yəni yalandan and içərək bunu özlərinə bir müdafiə mexanizmi düzəltməyə çalışırlar. Möminlər zatən bir-birinin sözlərinə inanır, heç vaxt şübhə etmirlər. Münafiqlər isə möminləri aldatdıqlarını zənn etsələr də heç vaxt möminlərə zərər verə bilməzlər. Allah onların bu vəziyyətini bir ayədə belə bildirir:

"İnsanlar içərisində elələri də var ki, iman gətirmədikləri halda: "Biz Allaha və qiyamət gününə iman gətirdik" deyirlər. Onlar elə güman edirlər ki, Allahı və möminləri aldadırlar. Bilmirlər ki, əslində ancaq özlərini aldadırlar. Onların ürəyində mərəz var. Allah onların mərəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar!" ("Bəqərə" surəsi,2/8-10)

Hz.Yusifin Qardaşlarinin Saxta Dəlil Gətirməsi

Hz.Yusifin qardaşları da əslində inandırıcı olmadıqlarını bilirlər. Buna görə də onları inandırıcı və etibarlı edəcəyini düşündükləri saxta bir dəlil tapdılar. Hz.Yusifin köynəyinə qan sürtərək atalarına vermişdilər. Bu

hadisə müsəlmanlara qarşı tələ quran insanların saxta dəlillərdən istifadə edərək qəsd qura biləcəklərinə da¬ir bir işarədir. Bu üsula qarşı çəkinmək, şüurlu olmaq və "Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirsə, dərhal yoxlayın... " ("Hucurat" surəsi, 49/6) hökmünə uyğun olaraq gətirilən "dəlil"i ətraflı araşdırmaq lazımdır. Ancaq Yəqub peyğəmbər onlara qətiyyən inanmadı. Onların fənd işlətdiklərini dərhal başa düşdü. Bunun onlar tərəfindən düzülüb-qoşulmuş uydurma bir yalan olduğunu ifadə etdi:

"Onlar köynəyinin üstünə yalandan bir qan (ləkəsi yaxıb) gətirmişdilər. Dedi: "Xeyr, sizin öz nəfsiniz sizi bu işə sövq etmişdir..." ("Yusif" surəsi, 12/18)

Prophet Yusuf's shirtProphet Yusuf's shirtjoseProphet Yusuf's shirt

Hz.Yusifin qardaşlarının üstünə yalandan qan sürtərək atalarına gətirdiyi köynək tarixi rəsmlərdə bu cür təsvir edilir.

Hz.Yəqub oğlanlarına "nəfsiniz sizi bu işə sövq etmişdir..." deyərkən insanın nəfsinə uyduğu təqdirdə çox pis işlər edə biləcəyinə, nəfsinin insanı aldada biləcəyinə və bütün bu pisliklərin nəfsə tabe olmaqdan qaynaqlandığına diqqət çəkmişdir. Bu, möminlərin də üstündə düşünməsi mütləq vacib olan bir həqiqətdir. Çünki nəfs insanı pisliklərə sürüyür. İnsan hər an ayıq və diqqətli olmalı, nəfsinin istəklərinə deyil, vicdanının səsinə qulaq asıb ona tabe olmalıdır. Bundan başqa, bu ayədən aydın olan digər bir hikmət isə münafiq xarakterli insanların öz nəfslərinin təsiri və nəzarəti altında hərəkət etməsidir.

Burada ən diqqətçəkici məsələlərdən biri də Yəqub peyğəmbərin təvəkküllə hərəkət etməsidir. Bu dav-ranış möminlərin hər an, hər vəziyyətdə ancaq Allaha arxalanıb güvənməsini və səbr etməsini göstərən mühüm bir nümunədir. Çünki göründüyü kimi əslində Yəqub peyğəmbər oğlanlarının Hz.Yusifə bir fənd işlətdiklərinin fərqindədir. Ancaq özü çox mötədil şəkildə, təmkinlə və səbrlə davranaraq Allahdan kömək istəyir. Əzazil oğlanlarına dediyi bu söz onun saleh, kamil və mübarək bir insan olduğunu bir daha göstərir:

"...Mənə yalnız gözəl səbr gərəkdir. Dediklərinizdən ötrü ancaq Allahdan kömək diləmək lazım-dır!" ("Yusif" surəsi, 12/18)

Yusif Peyğəmbərin Quyuya Atılması

Hz.Yusifin başına gələn hadisələri oxuyarkən yaddan çıxarılmamalı olan çox mühüm bir məsələ var: Hz.Yusif bu hadisələrə məruz qalarkən Allahın hər an yanında olduğunu, onu da, fənd işlədən qardaşlarını da eşitdiyini və gördüyünü bilirdi. Allah Hz.Yusifə belə vəhy etmişdir:

"Onu götürüb apararkən quyuya atmaq üçün sözü bir yerə qoydular. Biz: "Sən onlara özlərinin bu işi barəsində heç gözləmədikləri halda xəbər verəcəksən!" - deyə vəhy etdik" ("Yusif" surəsi, 12/15)

Yuxarıdakı ayədə iki məsələ də diqqəti cəlb edir: birincisi, qardaşları Hz.Yusifi quyuya atarkən birlikdə hərəkət etdilər. Bəlkə də bununla hamısının məsuliyyət daşıdıqlarını fikirləmişdilər. Halbuki bu, çox təhlükəli məntiqdir. Əksinə, onların bu davranışı hamısının eyni vicdansızlığa şərik olmasının sübutudur. Arala¬rından vicdanlı bir nəfər də çıxmadı.

Bu vəziyyətin işarə etdiyi başqa bir nəticə isə münafiqlərin möminlər əleyhinə birlikdə hərəkət edə biləcəyi, toplu üsyan hərəkətlərini başlamağa əlverişli bir topluluq olmalarıdır. Bundan başqa, yuxarıdakı ayədə Yusif peyğəmbərin ən çətin vəziyyətində Allahın vəhy yolu ilə ona kömək etdiyi də görünür. Üstəlik Allah Hz.Yusifə gələcəkdən xəbər vermişdir. Bu isə bir möcüzədir. Yusif peyğəmbər yönündən baxılanda isə çox böyük bir nemətdir. Çünki tam quyuya atılmaq üzrə ikən Allahdan vəhy almaq və Allahın vədi ilə qarşılaşmaq əslində onun üçün ola biləcək ən böyük kömək və dəstəkdir. Yəni Hz.Yusif quyuya atıldığı an qardaşlarının hiyləsinin üstünün açılacağını Allahın xəbər verməsi ilə bilirdi. Allahın vədinə olan etibarına görə təvəkküllü və sevincli idi. Ancaq bunu da yaddan çıxarmamaq lazımdır ki, səmimi bir mömin ona vəhy gəl¬

seven wheat

"Zindana gəlib dedi: "Yusif! Ey doğru danışan adam, bizim üçün bir yoz görək! Yeddi arıq inək yeddi kök inəyi yeyir. Yeddi yaşıl sünbül, yeddi də quru sünbül. Bəlkə mən adamların yanına düzgün cavabla qayıda bilim, bəlkə onlar da bilsinlər!"" ("Yusifi' surəsi, 12/46)

məsə belə hər cür çətinlik və sıxıntıda Allaha təvəkkül edər və yaşadığı hər şeydən razı olar. Çünki Allah Quranda: "Allah heç vaxt kafirlərə möminlərin əleyhinə olan bir yol göstərməz!" ("Nisa" surəsi, 4/141)

ayəsi ilə həmişə möminlərin yanında olduğunu xəbər vermişdir. Allahın bu vədinə qəti şəkildə iman gətirən bir insan inkarçıların və münafiqlərin hiylələrinə görə heç vaxt heç bir narahatlıq və qorxu hissinə qapılmaz.

Hz.Yusifin də üstünlüyü malik olduğu əxlaqı və Allaha təslim olması ilə bağlıdır. Hz.Yusif hələ kiçik bir uşaq olmasına baxmayaraq çox yetkin insan idi. Kiçik bir uşağın quyuya atılmasını yaxşı anlamaq lazımdır. Ayədə onun quyunun dərinliklərinə atılmasından bəhs edilir. Şübhəsiz ki, Hz.Yusifin atıldığı yer qaranlıq bir məkandır. Ölüm təhlükəsinin olduğu, başqaları tərəfindən eşidilib-eşidilməyəcəyi də qətiyyən bilinmədiyi təhlükəli yerdir. Bundan əlavə, insanların onu necə tapacağı və həmin insanların da yaxşı və ya pis ola¬cağı bilinmir. Bu vəziyyətdə təvəkküllü olmayan insan çox çətinlik çəkər. Halbuki Hz.Yusif bütün bunlara baxmayaraq çox təvəkküllü və səbrlidir. Bunlar onun üstün əxlaqının təzahürüdür. Böyüyəndə seçilmiş bir insan olacağı kiçik yaşda belə bir imtahana məruz qalmasından da məlumdur. Çünki bu ancaq təqva sahibi, Allaha könüldən bağlı və təvəkküllü insanların müvəffəq ola biləcəyi bir imtahandır.

desert

Hz.Yusif uşaq ikən qardaşları tərəfindən səhrada dərin bir quyuya atılmışdı. Üstəlik çox təhlükəli olan bu şəraitdən xilas olub-olmayacağı da məlum deyildi. Buna baxmayaraq Hz.Yusif çox təvəkküllü və səbirli hərəkət edərək möminə yaraşan bir əxlaq nümayiş etdirmişdir.

Əslində içində olduğu vəziyyət zahirən baxılanda Hz.Yusif üçün olduqca mənfidir. Çətin sınağa məruz qalmışdır. Lakin Allah Hz.Yusifə "Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!" ("İnşirah" surəsi, 94/5) ayəsinə uyğun olaraq kömək etmişdir. Onu rahatlandıracaq, ona sevinc və təhlükəsizlik verəcək bir müjdə vəhy etmişdir.

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Peyğəmbərlər Tarixi
  • Yusif Peyğəmbərin Uşaqlığı
  • Hz.Yusifin Yeni Həyatı
  • Hz.Yusifin Zindan Günləri
  • Hz. Yusifin Misirdə İdarəçilik Dövrü
  • Hz.Yusifin Yuxusunun Gerçəkləşməsi
  • Nəticə