Peyğəmbərlər Tarixi

Peyğəmbərlər tarixinə nəzər yetirəndə bir həqiqətlə qarşılaşırıq: peyğəmbərlərin əksəriyyəti eyni nəsildən gəlir. Bu məsələ Quranda bir çox yerdə xəbər verilir:

"Bunlar Adəmin və Nuhla gəmiyə mindirdiyimiz adamların nəslindən, İbrahimin, İsrailin (Yəqubun) nəslindən seçib haqq yola yönəltdiyimiz və Allahın nemət bəxş etdiyi peyğəmbərlərdəndir..." ("Məryəm" surəsi, 19/58)

Ayənin ifadəsindən də aydın olduğu kimi, onlara peyğəmbərlik verilən bu üstün insanlar Allah tərəfindən xüsusi olaraq seçilən və düzgün yola salınan insanlardır. Allahın bir insanı seçməsi əlbəttə ki, çox böyük şərəfdir. Buna görə də peyğəmbərlər həm Allah tərəfindən seçildiklərinə, həm də sahib olduqları gözəl əxlaqa görə çox dəyərli insanlardır.

İlk peyğəmbər olan Hz.Adəmdən sonra Quranda adı qeyd edilən peyğəmbər Hz.Nuhdur. Məlum olduğu kimi, Hz.Nuh Allahın varlığını, birliyini inkarçı bir qövmə anlatmaq üçün çox səbr və iradə nümayiş etdirmişdir. Qövmünün inkarçılıqda israr etməsindən sonra Allah böyük bir tufan yaradaraq onları suda boğmuşdur. Təkcə Hz.Nuh və onunla birlikdə iman gətirənlər qurtulmuş, Allahın vəhyinə uyğun olaraq hazırladıqları gəmi sayəsində tufandan qorunmuşdular. Allah Quranda Hz.Nuhdan fəxrlə bəhs edir:

"Bütün aləmlər içərisində Nuha salam olsun! Həqiqətən Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq! Şübhəsiz ki, o, Bizim mömin bəndələrimizdən idi!" ("Saffat" surəsi, 37/79-81)

Başqa bir ayədə isə Hz.Nuhun nəslinin "baqi" qaldığı, yəni yer üzündə kəsilmədən davam etdiyini Allah belə bildirir:

"Həqiqətən Nuh Bizə dua etmiş, onun duası necə də gözəl qəbul olunmuşdu! Biz onu və ailəsini böyük fəlakətdən qurtardıq. Məhz onun nəslini baqi etdik" ("Saffat" surəsi, 37/75-77)

Hz.Nuhdan sonra nəsillər gəlib keçib. İnsanlar yenə azğınlaşaraq Allahdan üz çevirib bütlərə sitayiş etməyə başlamışdılar. Bu dövrdə Allah yenidən insanları Haqq Dinə, gerçək Rəbbimiz olan Allaha dəvət etməsi üçün Hz.İbrahimi peyğəmbərliklə vəzifələndirmişdir. Hz.İbrahim Hz.Nuhun yer üzündə "baqi" qalan nəslindəndir. Quranda Allah "Həqiqətən İbrahim də onun (Nuhun) bir qolundandır" ("Saffat" surəsi, 37/83) şəklində buyurur.

Hz.İbrahim Allahın təriflədiyi çox saleh və mübarək bir insandır. Belə ki, Allah onu Özünə "dost tutmuşdur". Bir ayədə Allah belə buyurur:

"Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən, İbrahimin hənif dininə tabe olan şəxsdən din etibarilə daha gözəl kim ola bilər? Həqiqətən Allah İbrahimi dost tutmuşdur!" ("Nisa" surəsi,4/125)

Hz.İbrahim yenə Quranda bildirildiyi kimi:

"Həlim xasiyyətli, yalvarıb-yaxaran və özünü tamamilə Allaha təslim etmiş bir zat idi" ("Hud" surəsi, 11/75)

"Allaha müti, batildən haqqa tapınan bir imam idi. O, heç vaxt müşriklərdən olmamışdı" ("Nəhl" surəsi, 16/120)

"O, Allahın nemətlərinə şükr edən idi. Allah da onu seçdi və düz yola yönəltdi" ("Nəhl" surəsi, 16/121)

"Allah İbrahim övladına kitabı, hikməti və onlara böyük mülk bəxş etdi" ("Nisa" surəsi, 4/54) "Nəslindən bir çoxunu peyğəmbərliyə çatdırdı" ("Ənam" surəsi, 6/84)

"Çox vəfalı idi" ("Nəcm" surəsi, 53/37)

Hz.İbrahimlə birlikdə arasıkəsilməz peyğəmbərlər silsiləsi də başlamışdır. Hz.İbrahim inkarçılara qarşı səmimi və əzmkar təbliğat vəzifəsini yerinə yetirsə də ətrafındakı insanların əksəriyyəti (Hz.İbrahimin qohumu olan Hz.Lut istisna olmaqla) onun təbliğatına müsbət cavab verməmişdilər. Bundan sonra Hz.İbrahim Allahdan ona varis olacaq və Allahın dinini yer üzündə təmsil etməyə davam edəcək saleh bir mömin istəmişdir. Allah Hz.İbrahimin duasına bir möcüzə ilə cavab vermişdir. Özünün çox yaşlı, xanımının da sonsuz olmasına rəğmən onun saleh bir övladı olacağı müjdələnmişdir. Bununla da Hz.İbrahim Hz.İshaqın atası olmuşdur. Hz.İshaq da Allah tərəfindən seçilmiş, iman, ağıl və təqva sahibi olan bir peyğəmbərdir. Hz.İshaq da bir müddət sonra bir övlad sahibi olmuşdur. Adını Yaqub qoymuşdur. Hər ikisi də Hz.İbrahim üçün Allahın bir hədiyyəsi olmuşdur:

"Onların Allahdan başqa tapındıqları bütləri tərk edib getdiyi zaman Biz ona İshaqla (nəvəsi) Yəqubu bəxş etdik və onların hər ikisini peyğəmbər etdik" ("Məryəm" surəsi, 19/49)

"Biz ona İshaqı və Yəqubu bəxş etdik, peyğəmbərliyi və kitabı onun nəslinə əta etdik, dünyada onun mükafatını verdik. O, axirətdə də mütləq salehlərdən olacaqdır!" ("Ənkəbut" surəsi, 29/27)

Hz.İbrahimin başqa bir oğlu isə Hz.İsmayıldır. Hər ikisi birlikdə insanlar üçün inşa edilən ilk "ev", yəni ibadət məkanı olan Kəbəni inşa etmişdir. Bu vaxt etdikləri dua Quranda belə bildirilir:

"Onu da yadına sal ki, İbrahim və İsmayıl evin bünövrəsini ucaltdıqları zaman: "Ey Rəbbimiz! Bizdən qəbul et, Sən doğrudan da eşidənsən, bilənsən!" deyə dua etdilər. "Ey Rəbbimiz! Bizim hər ikimizi Sənə itaətkar, nəslimizdən yetişənləri Sənə təslim olan ümmət et, bizə əməllərimizi göstər, tövbəmizi qəbul et! Həqiqətən Sən tövbələri qəbul edənsən, mərhəmətlisən!" ("Bəqərə" surəsi, 2/127-128)

Allah bu duanı qəbul etmiş və Hz.İbrahimin nəslindən Allaha təslim olan bir ümmət yaratmışdar. Hz.İbrahimin oğlanları, nəvələri və onların uşaqları aralarında peyğəmbərlər olan və bütpərəstlərin dolu olduğu bir şəraitdə Allaha iman gətirib Onun hökmlərinə uyğun olaraq yaşamış mübarək insanlardır. Hz.Musa, Hz.Harun, Hz.Davud, Hz.Süleyman, Hz.Əyyub, Hz.Yunus kimi daha neçə-neçə peyğəmbərlər də yenə Hz.İbrahimin nəslindən gələn hidayət əhli, saleh, kamil insanlardır. Allah peyğəmbərlər nəsli ilə bağlı belə buyurur:

"Biz İshaqı və Yəqubu ona əta etdik. Onların hər birini hidayətə çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Zəkəriyyəni, Yəhyanı, İsanı, İlyası da hidayətə çatdırdıq. Onların hamısı əməlisalehlərdən idi. Biz həmçinin İsmayılı, Elyası, Yunu¬su və Lııtıı da hidayətə qovuşdurduq və onları aləmlərdən üstün tutduq. Biz onların atalarından, nəsillərindən və qardaşlarından da onları seçdik və düz yola yönəltdik. Bu, Allahın haqq yolu¬dur. Bəndələrindən istədiyini ona yönəldir. Əgər onlar şərik qoşsaydılar, etdikləri əməllər puça çıxardı. Onlar Bizim kitab, hökm və peyğəmbərlik verdiyimiz kimsələrdir. Əgər bunlar bu dəlilləri dansalar, Biz onlara həmin dəlilləri inkar etməyəcək bir zümrə gətirərik. Onlar Allahın doğ¬ru yola yönəltdiyi kimsələrdir... " ("Ənam" surəsi, 6/84-90)

koran

Many verses in the Qur'an speak of the Prophet Ibrahim (as), the Prophet Ya'qub (as) and the Prophet Yusuf (as). Sura 14 bears the name 'Ibrahim,' and Sura 12 "Yusuf."

Hz.İbrahim oğlanlarına Allaha iman gətirməyi vəsiyyət etmişdir. Bu vəsiyyət onun nəvəsi olan Hz.Yəqub tərəfindən də təkrar edilmişdir. Bunları Allah Quranda belə xəbər verir:

"Rəbbi İbrahimə: "Təslim ol!" dedikdə, o: "Aləmlərin Rəbbinə təslim oldum!" - deyə cavab vermişdi. İbrahim və Yəqub bunu öz oğlanlarına vəsiyyət edib: "Ey oğlanlarım, həqiqətən Allah sizin üçün din seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz!" Yoxsa Yəqubun ölümü yetişdikdə siz onun yanında idiniz?! O: "Məndən sonra nəyə ibadət edəcəksiniz?" - deyə oğlanların¬dan soruşduğu zaman onlar: "Sənin Allahına və ataların - İbrahimin, İsmayılın və İshaqın Allahı olan tək Allaha təslim olacağıq" - dedilər. Onlar bir camaat idilər ki, keçib getdilər. Onların etdikləri əməllər özlərinə, sizin etdiyiniz əməllər isə sizə aiddir. Onların əməlləri barədə sizdən sorğu-sual olunmaz" ("Bəqərə" surəsi, 2/131-134)

Hz.İbrahimin nəslindən gəlmək həmin insanın mütləq hidayətə gələcəyi mənasına gəlmir. Bu nəsildə peyğəmbərlər, saleh insanlar, vəlilər olduğu kimi dini dərk edə bilməyən və hidayətdə olmayanlar da var idi. Bu gerçək də Quranda bildirilmişdir. Məsələn, Allah Hz.İbrahimin və onun oğlu Hz.İshaqın nəslindən belə bəhs edir:

"Biz ona və İshaqa bərəkət verdik. Onların hər ikisinin nəslindən yaxşı işlər görən də var, açıq-aşkar özünə zülm edən də!" ("Saffat" surəsi, 37/113)

Əlbəttə, peyğəmbərlər seçilmiş, üstün insanlardır. Ancaq sonrakı səhifələrdə də şahidi olacağınız kimi eyni nəsildən gəldikləri, eyni seçilmiş insanların nəvələri, qardaşları, oğlanları, ataları və ya xanımları olduqları halda aralarından Allahın istəyinin əksinə hərəkət edən, Onun qoyduğu sərhədləri tapdayan və dinə müxalifətdə dayanan insanlar da çıxır. Allah bu vəziyyəti başqa bir ayədə belə açıqlayır:

"And olsun ki, Biz Nuhu və İbrahimi peyğəmbər göndərdik, peyğəmbərliyi və kitabı onların nəslinə verdik. Onlardan doğru yolda olan da vardır, çoxu isə fasiqlərdir!" ("Hədid" surəsi, 57/26)

Peyğəmbər nəslindən olmalarına baxmayaraq fasiqlik edənlər arasında Hz.Yəqubun bir qism oğlanları da var. Allah Quranda Hz.Yəqubdan dəfələrlə bəhs edir. Onun səmimi, güclü, bəsirətli, seçilmiş və xeyirli bir insan olduğu qeyd edilir. Ayələrdə Yəqub peyğəmbərin üstün xüsusiyyətlərini Allah belə xəbər verir:

"Qüvvət və bəsirət sahibi olan bəndələrimiz İbrahimi, İshaqı və Yəqubu da yad et! Biz yurdu anmaq xislətini onlara məxsus elədik. Şübhəsiz ki, onlar dərgahımızda seçilmiş ən yaxşı kimsələr dəndir!" ("Sad" surəsi, 38/45-47)

"Biz ona İshaqı, üstəlik Yəqubu da bəxş edib onların hamısını saleh kimsələr etdik. Biz onları əmrimizlə doğru yola gətirən imamlar etdik. Biz onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər" ("Ənbiya" surəsi, 21/72-73)

Bundan başqa, Allah Hz.Yəqubun elm sahibi bir insan olduğunu, ona məxsus bir elm verildiyini "Yusif"' surəsindəki ayələrdə belə bildirir:

"...Şübhəsiz ki, Yəqub ona öyrətdiyimiz üçün bir elm sahibi idi. Lakin insanların əksəriyyəti bilməz!" ("Yusif" surəsi, 12/68)

"Yəqub: "Məgər sizə demədimmi ki, mən Allahdan sizin bilmədiklərinizi bilirəm!" - söylə¬di" ("Yusif" surəsi, 12/96)

Hz.Yəqubun oğlanlarından biri Hz.Yusifdir. Hz.Yəqubun övladlarına öyrətdiyi imanı və gözəl əxlaqı ən yaxşı dərk edən və qavrayan da o olmuşdur. Bunu Hz.Yusifin Quranda Allahın xəbər verdiyi sözlərindən də görmək olar:

"Mən ata-babalarım İbrahim, İshaq və Yəqubun dininə tabe oldum. Bizə heç bir şeyi Allaha şərik qoşmaq yaraşmaz. Bu, Allahın bizə və insanlara bəxş etdiyi nemətdir, lakin insanların əksəriyyəti şükr etməz!" ("Yusif" surəsi, 12/38)

Hz.Yusifin hər qardaşı onun kimi deyildi. Ona yaxın olan kiçik qardaşından başqa digər qardaşları həqiqi imanı dərk edə bilməmiş, öz lovğalıqlarına və təkəbbürlərinə əsir olmuşdular. Onlar Allahın qoyduğu sərhədləri tapdalayan insanlar idi. Bu qardaşları Hz.Yusifə qarşı çox zalımcasına bir hiylə hazırlamışdılar. Kita¬bın bundan sonrakı səhifələrində Hz.Yusifə qarşı qurulan bu hiylədən, bundan sonra cərəyan edən hadisələrdən və Hz.Yusifin bütün bunlara münasibətdə göstərdiyi nümunəvi davranışdan bəhs ediləcək.

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Peyğəmbərlər Tarixi
  • Yusif Peyğəmbərin Uşaqlığı
  • Hz.Yusifin Yeni Həyatı
  • Hz.Yusifin Zindan Günləri
  • Hz. Yusifin Misirdə İdarəçilik Dövrü
  • Hz.Yusifin Yuxusunun Gerçəkləşməsi
  • Nəticə