Hz.Yusifin Zindan Günləri

Hz.Yusif və Zindandakı Yoldaşları

Ayələrdə Hz.Yusiflə birlikdə iki gəncin də zindana salınmasından bəhs edilir. Yuxarıdakı şəkildə həbsdəki bu iki gənc təsvir edilmişdir

Quranda Hz.Yusiflə birlikdə iki gəncin də zindana salındığı və bu cavanların Hz.Yusifdən yuxularının yozumunu soruşduqları bildirilir:

"Onunla birlikdə iki cavan oğlan da zindana atıldı. Onlardan biri dedi: "Mən yuxuda gördüm ki, şərab sıxıram". Digəri isə belə dedi: "Mən gördüm ki, başımın üstündə çörək aparıram, quşlar da ondan yeyir. Gəl bu yuxunu bizə yoz. Biz həqiqətən sənin yaxşı adamlardan olduğunu görürük!" ("Yusif" surəsi, 12/36)

Yuxarıda da qeyd etdiyimiz kimi, Allah Hz.Yusifə sözlərin yozumunu öyrətmişdi. Buna görə də zindan yoldaşları yuxularının yozumunu ondan soruşmuşdular. Ancaq bir məsələ diqqəti cəlb edir: Hz.Yusifin belə bir elmə və hikmətə sahib olduğunu necə bilmişdilər?

Ayənin ardındakı ifadə bu sualın cavabını da göstərir. Zindandakılar Hz.Yusifi "yaxşı adamlardan oldu¬ğunu" gördüklərini söyləyirlər. Bu isə Hz.Yusifin zindanda qaldığı müddət ərzində nümunəvi bir mömin davranışı nümayiş etdirdiyini və bunun da ətrafındakı insanlara təsir etdiyini göstərir. Aydındır ki, Hz.Yusifin hərəkətləri, üslubu və üzü "etibarlılıq sifəti"ni təcəlla etdirmişdir, yəni insanlara güvən vermişdir. Həqiqətən də bir insanın təkcə üzünün ifadəsi də saleh bir müsəlman olduğunu ətrafa hiss etdirə bilər. Allah da Quranda möminlərdən bəhs edərkən "Onların əlaməti üzlərində olan səcdə nişanəsidir" ("Fəth" surəsi, 48/29) deyə buyurur. Burada nəzərdə tutulan "səcdə nişanəsi" ümumiyyətlə aydın olduğu kimi, uzun müddət səcdə etməkdən sonra meydana gələn fiziki bir nişanə deyil, insanın üzünə hakim olan "iman nuru"dur. Ən doğrusunu Allah bilir.

joseph friend dream joseph friend_dream

Bu qədim Misir şəkilləri Yusif peyğəmbərlə birlikdə zindanda olan iki nəfərin yuxularını göstərir. Üstdəki şəkildə özünü yuxuda şərab sıxarkən, aşağıda isə başının üstündə çörək daşıyarkən quşun ondan yediyini görən gənc təsvir təsvir edilmişdir.

Hz.Yusifin zindanda nümayiş etdirdiyi bu əxlaq möminin mühüm bir xüsusiyyətini bizə göstərir: mömin həmişə, hər yerdə eyni dərəcədə gözəl əxlaqdadır. Çünki möminlər Allahın razılığını qazanmaq üçün yaşayırlar. Zindanda, evdə olarkən, yolda gedərkən, masasının üstündə bir şey yazarkən, yemək yeyərkən, televizora baxarkən - hər an Allah insanın yanındadır. Onu əhatə etmişdir. Danışdığı hər şeydən, ürəyindən keçənlərdən həmişə xəbərdardır. Buna görə də möminlərin davranışı və əxlaqı olduqları yerlərə görə qətiyyən dəyişməz. Həmişə eyni üstün əxlaqlı və vicdanlı mömin xasiyyətlərini göstərərlər.

Hz.Yusifin həbsxana yoldaşları da onu məhz buna görə etibarlı və yaxşı bir insan kimi qəbul etmiş, bu məqsədlə yuxularının yozumunu da ondan soruşmuşdular. Hz.Yusif də onların sualına cavab vermişdi. Ancaq aşağıdakı ayədən də aydın olacağı kimi, bunu edərkən çox məntiqli hərəkət etmişdi. Söhbətin gedişatını özü istədiyi kimi istiqamətləndirmiş, onların maraqlandığı mövzulardan əvvəl daha mühüm saydığı məsələlərdən bəhs etmişdi:

"Belə cavab verdi: "Yeyəcəyiniz təam gəlməmişdən əvvəl mən onun mənasını sizə xəbər verərəm. Bu, Rəbbimin mənə öyrətdiyi elmlərdəndir. Mən Allaha inanmayan və axirəti də inkar eləyən bir tayfanın dinini tərk etdim! Mən ata-babalarım İbrahim, İshaq və Yəqubun dininə tabe oldum. Bizə heç bir şeyi Allaha şərik qoşmaq yaraşmaz. Bu, Allahın bizə və insanlara bəxş etdiyi nemətdir, lakin insanların əksəriyyəti şükr etməz! Ey mənim iki zindan yoldaşım! Ayrı-ayrı tanrılar daha yaxşıdır yoxsa bir olan, qadir olan Allah?! Allahdan qeyri ibadət etdikləriniz sizin və atalarınızın (özünüzdən uydurub) qoyduğunuz adlardan başqa bir şey deyildir. Allah isə onlara heç bir dəlil nazil etməmişdir. Hökm ancaq Allahındır. O, sizə yalnız Onun Özünə ibadət etmənizi buyurmuşdur. Doğru din budur, lakin insanların əksəriyyəti bu həqiqəti bilməz!" ("Yusif" surəsi, 12/37-40)

dream hieroglyph

O dövrdə Misir və Mesopotamiyadakı yuxu yozmaq elmi ilə bağlı çalışmaları və kitabları göstərən daş oymaları.

Ayədən də göründüyü kimi, Hz.Yusif onlara şirk sisteminin pisliyini və tövhidi anlatmışdır. İçində yaşadıqları cahiliyyə sisteminin mənasızlığından onlara bəhs etmiş və onlara ancaq Allaha qul olmasını nəsihət etmişdi.

Hz.Yusif bunu onlara başa salarkən özündən əvvəlki peyğəmbərlərdən də misallar gətirmişdi. Onların hamısının eyni haqq din üzərində olduğunu xatırlatmışdı.

Bundan əlavə, qarşısındakı insanların fikirləşməsinə səbəb olacaq suallar vermişdi. Məsələn, "Ayrı-ayrı tanrılar daha yaxşıdır yoxsa bir olan, qadir olan Allah?" deyə soruşaraq Allahın həm də cəza verən, qəhr edən sifətlərini onların yadına salmışdı. Bununla həm düşünmələrini, həm də Allahdan qorxmalarını onlara təlqin etməyə çalışmışdı.

Sitayiş etdikləri bütləri onların yadlarına salmış, bu bütlərin batil olduğunu, onların gerçək şəkildə mövcud olmasına dair heç bir dəlilin olmadığını, atalarından qalan saxta tanrılar olduğunu bildirmişdi. Onlara Allahdan başqa tanrılara sitayiş etməyin haram olduğunu açıqlamış, insanların əksəriyyətinin bunları bilmədiyini söyləmiş və onları düzgün olan dinə dəvət etmişdi.

Hz.Yusifin bu metodu müsəlmanların dini insanlara çatdırarkən istifadə edə biləcəyi çox mühüm metoddur. Onların bu mövzuda danışmasını fürsət bilərək əvvəlcə onlara danışmaq istədiklərini söyləmiş, sonra da onların suallarına cavab vermişdi. Yalnız bütün bunlar qurtaranda onların soruşduğu suallara cavab verərək yuxularının yozumunu söyləmişdi:

Hz.Yusifin zindan yoldaşlarından birinin xəyali heykəli.

"Ey iki zindan yoldaşım! Sizin biriniz yenə ağasına şərab içirdəcək, digəriniz isə edam olunacaq, quşlar da onun başından yeyəcəklər. Haqqında soruşduğunuz iş belə həll edilmişdir!" Bu iki nəfərdən nicat tapacağını yəqin etdiyi kimsəyə dedi: "Ağanın yanında məni də yada sal!" Lakin şey¬tan ona ağasının yanında yada salmağı unutdurdu və buna görə də Yusif bir neçə il zindanda qaldı" ("Yusif" surəsi, 12/41-42)

İkinci ayəyə diqqətlə baxsaq, Hz.Yusifin yenə çox ağıllı hərəkət etdiyi aydın olur. Onlara yuxularının yozumundan bəhs edəndən sonra zindan yoldaşlarının azadlığa çıxarılacaq olanına zindandan çıxandan sonra onu ağasının yadına salmağını söyləmişdi. Beləliklə, zindandan çıxa bilmək üçün məntiqli bir metoda əl atmışdı. Lakin Hz.Yusif bunun sadəcə olaraq bir tədbir olduğunu və Allah istəməsə, həbsdən azadlığa çıxa bilməyəcəyini də bilirdi.

Həmçinin ayənin sonundan da məlum olduğu kimi, şeytan Hz.Yusifi həmin adama unutdurmuşdu. Hz.Yusif də yenidən uzun illər zindanda qalmışdı. Ancaq Yusif peyğəmbər bunun ən xeyirli nəticə olduğunu bilir¬di. Bu, əslində insana səbr etdirən bir imtahandır. Şübhəsiz ki, uzun illər zindanda qalmaq, hətta yaddan çıxmaq əksər insanlar üçün çətindir. Halbuki Hz.Yusif əxlaqının və imanının üstünlüyünü burada da göstərmiş, başına gələnləri təvəkküllə qarşılamışdı.

pharaon dream interpreter

O dövrün hökmdarı bir gün gördüyü yuxunun yozulmasını istəyir. Bunun üçün ölkədəki ən tanınmış kahinlərə və bilicilərə müraciət olunur. Üstdə bu hadisənin bir təsviri verilmişdir.

Hz.Yusifə Qurulan Tələnin Üstünün Açılması

Hz.Yusif ayənin ifadəsi ilə desək, daha "bir neçə il" zindanda qalmışdır. Ancaq bir gün hökmdar gördüyü yuxunun yoxulmasını tələb etmişdi. Buna görə ölkədəki ən tanınmış kahinlərə və müdrik insanlara müraciət edilmişdi. Ancaq hamısı hökmdarın yuxusunun qarmaqarışıq xəyallar olduğunu söyləmiş və yuxunu yoza bilməmişdilər. Lakin bir müddət sonra Hz.Yusifin zindandakı yoldaşlarından biri olan və xilas olan adamın ya¬dına Hz.Yusif düşdü:

"Hökmdar belə dedi: "Mən yuxuda yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl və yeddi quru sünbül gördüm. Ey əyanlar! Əgər yuxu yoza bilirsinizsə, mənim bu yuxumu yozun!" Onlar: "Qarmaqarışıq yuxulardır. Biz yuxuların yozumunu bilmirik!" deyə cavab verdilər. Zindandakı iki oğlandan xilas olan bir neçə müddətdən sonra Yusifi xatırlayıb dedi: "Mən sizə onun yozumunu xəbər verərəm. Bircə məni (Yusifin yanına) göndərin!"" ("Yusif" surəsi, 12/43-45)

Göründüyü kimi, hadisələr tamamilə gözlənilməz şəkildə inkişaf edir, beləliklə də illərlə zindanda yad¬dan çıxarılan Yusif peyğəmbər yada düşürdü. Əslində alın yazısında Yusif peyğəmbərin ancaq uzun illərdən sonra bu səbəblə yada düşəcəyi yazılmış, buna görə də hadisələr buna uyğun olaraq cərəyan etmişdi. Hökmdara o qarmaşıq kimi görünən yuxunu göstərən, onun bu yuxusunun yozumu ilə maraqlanmasını ilham edən,

ancient egypt tablet the ruler's dream

Ölkənin ən tanınmış kahin və bilicilərinin hökmdarın yuxusunu yoza bilməməsindən sonra Hz.Yusifin zindan yoldaşlarından xilas olan adamın yadına Hz.Yusif düşmüşdü. Sahibinə Hz.Yusiflə görüşmək üçün zindana getməyi təklif etmişdi. Yandakı daş oymada bu hadisə təsvir edilmişdir.

heç kimin bu yuxunu yoza bilməsinə icazə verməyən, zindan yoldaşının yadına Hz.Yusifi salan məhz Allahdır. Allah hər şeyi əvvəlcədən alın yazısında qeyd edib planlaşdırmışdır. Bu hadisələrin davamı Quranda belə anladılır:

"Zindana gəlib dedi: "Yusif! Ey doğru danışan adam, bizim üçün bir yoz görək! Yeddi arıq inək yeddi kök inəyi yeyir. Yeddi yaşıl sünbül, yeddi də quru sünbül. Bəlkə mən adamların yanına qayıda bilim; bəlkə onlar da bilsinlər!"" ("Yusif" surəsi, 12/46)

Zindan yoldaşının Hz.Yusifə müraciəti çox maraqlıdır: "Ey doğru danışan adam"... Bu ifadədən Hz.Yusifin mömin xarakterinin və gözəl əxlaqının insanlar tərəfindən asanlıqla bilindiyini başa düşürük. Hər peyğəmbər kimi Yusif peyğəmbərin də qarşısındakı insanlara güvən verən, etibarlı olduğunu göstərən bir halı vardı. Zindan yoldaşı da onun bu yönünü, onun doğru sözlü və etibarlı olduğunu bilərək onun yanına gəlmiş, Hz.Yusifdən hökmdarın yuxusunun yozumunu istəmişdi. Yusif peyğəmbər də ona yuxunu belə yozmuşdu:

egypt, the ruler's dream egypt, the ruler's dream

"Hökmdar belə dedi: "Mən yuxuda yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl və yeddi quru sünbül gördüm"" ("Yusif" surəsi, 12/43)

"Belə cavab verdi: "Yeddi il adətiniz üzrə əkin. Yediyiniz az bir miqdar istisna olmaqla qalan biçdiyinizi isə sünbüldə saxlayın. Sonra bunun ardınca yeddi il quraqlıq olacaq. Onda əvvəlcədən həmin illər üçün tədarük etdiyinizi yeyər, yalnız az bir miqdar saxlayarsınız. Daha sonra insan-ların bol yağış görəcəyi bir il gələcək. Onda da adamlar şirəsini sıxacaqlar"" ("Yusif" surəsi, 12/47-49)

Hökmdar Hz.Yusifin yuxunu yozduğunu öyrənən kimi onu yanına çağırmışdı. Hökmdarın göndərdiyi elçi bu məqsədlə Hz.Yusifin yanına gələndə Yusif peyğəmbər bunu tez qəbul etməyin əvəzinə yenə çox ağıllı hərəkət etmişdi. Haqsız olaraq zindanda yatdığının, böhtan atıldığının bilinməsi və həqiqətləri ortaya çıxması üçün elçinin məcələni yenidən araşdırılmasını təmin edə bilmək üçün bəzi suallarla yenidən hökmdarın yanına göndərmişdi. Əllərini kəsən qadınların danışdırılmasını istəmişdi. Çünki onlar Hz.Yusifin günahsız olduğunu və Əzizin xanımının namussuzluğuna şahid olmuşdular. Onların hamısı öz gözləri ilə buna şahid idilər. Lakin bundan əvvəl onların şahid kimi dindirilməsi üçün əlverişli imkan olmamışdı. Buna görə də Hz.Yusif bu fürsəti yaxşı dəyərləndirdi. Bu hadisə ayədə belə xəbər verilir:

"Hökmdar: "Onu mənim yanıma gətirin!" - dedi. Elçi Yusifin yanına gəldikdə o: "Ağanın ya¬nına qayıdıb soruş ki, əllərini kəsən o qadınların məqsədi nə idi? Həqiqətən Rəbbim onların məkrini biləndir!"" ("Yusif" surəsi, 12/50)

Hz.Yusifin bu sualından sonra hökmdar qadınları yığaraq hadisənin necə baş verdiyini soruşmuşdu:

"Hökmdar soruşdu: "Yusifi tovlayıb yoldan çıxarmaq istəməkdə məqsədiniz nə idi? Qadınlar: "Allah eləməsin! Biz onun barəsində pis bir şey bilmirik!" - deyə cavab verdilər. Vəzirin xanımı dedi: "Artıq indi həqiqət bəlli oldu. Yusifi tovlayıb yoldan çıxarmaq istəyən mən idim. O, şübhəsiz, doğru danışanlardandır!"" ("Yusif" surəsi, 12/51)

egypt, the ruler's dream egypt, the ruler's dream

Misir hökmdarının Hz.Yusif tərəfindən yozulan yuxusu müxtəlif xristian mənbələrində bu cür təsvir edilir.

Beləliklə, illər ötəndən sonra da olsa həqiqətlər ortaya çıxmışdı. Qadınların Hz.Yusifə qarşı tələ qurduğu, qadının çirkin təklifinin əvəzində Hz.Yusifin namuslu hərəkət etdiyi aydın oldu. Hz.Yusifin günahsız olma¬sı gün kimi aydın olsa da onun illərlə zindanda qalması bir əksiklik deyil. Onun yaşadığı hər an Allah dərgahında planlaşdırılmışdı. Bu plan çox böyük mərhəmətdir. Onun həmçinin çox xeyri olmuşdu. Zindanda qalmaq Hz.Yusifin mənəvi olaraq təliminə, dərinləşməsinə və yetişməsinə səbəb olmuşdu. Gözəl davrandığına görə də Allaha daha da yaxınlaşmışdı. Dünyadakı həyatda yaşanan bu cür çətinlik və sıxıntılar insanın axirəti üçün gözəl bir əcirdir. Allah dünyadakı çətinliklərin qarşılığında səbr edən, ən çətin vəziyyətlərdə də Allahdan razı olan, Ona şükr edən bəndələrinə axirətdə gözəl bir həyat və razılığını vəd etmişdir.

Hz.Yusif zindanda olarkən bir başqa xeyirli məsələ də baş vermişdir. Allah Misirdəki şəraiti onun iqtidara gəlməsi üçün hazırlamışdır. Hadisələrin gedişatına baxanda qadınların həqiqəti etiraf etməsindən sonra Hz.Yusifin vasitəsi ilə bunları söylədiyi görünür:

"Yusif dedi: "Bu etiraf etdirməyim ona görədir ki, vəzir evdə olmadıqda mənim ona xəyanət etmədiyimi və Allahın xainlərin hiylələrinə yol vermədiyini bilsin! Mən özümü təmizə çıxarmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla nəfs pis işlər görməyi əmr edər. Həqiqətən Rəbbim bağışlayandır, rəhm edəndir!"" ("Yusif" surəsi, 12/52-53)

pharaohpharaoh

Dövrün Misir hökmdarını göstərən təsvirlər.

Burada diqqəti cəlb edən məsələ Hz.Yusifin yenə ətrafındakılara Allahı xatırlatmasıdır. Allahın xəyanətkarların hiyləgər fəndlərini uğura düçar etmədiyini söyləməklə əslində daxilən bu hadisəni aşkarlayanın Al¬lah olduğunu da söyləyir. Bu isə mühüm bir məsələdir. Çünki Hz.Yusifin başına gələn hadisə və böhtanların aydınlaşması ancaq Allahın izni ilə baş vermişdir. Hökmdar və insanlar həqiqəti Allahın istədiyi vaxt və Allahın istədiyi şəkildə öyrənmişdilər. Allahın təqdir etdiyi alın yazısı əsla dəyişməz. Bu hadisələrin baş verməsi ən xeyirli və ən gözəldir.

Lakin Yusif peyğəmbərin yuxarıdakı axırıncı ayədəki sözləri də çox əhəmiyyətlidir. Yusif peyğəmbər haqlı olması ortada olsa da, ona böhtan atılsa da, buna görə uzun illər zindanda qalsa və Allahın ona peyğəmbərlik verərək ucaltdığı bir insan olsa da nəfsini təmizə çıxarmaqdan çəkinmişdir. Həm də bununla birlikdə çox vacib bir həqiqəti açıqlamışdır: "Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla nəfs pis işlər görməyi əmr etməsi..." Bu, bütün möminlərin həyatlarının hər anında diqqətli olması vacib olan bir vəziyyətdir. Çünki hər insanın nəfsi var. İnsanlar da həyatları boyu hər an imtahandan keçirlər. Bəzən insanın nəfsi ilə vicdanı qarşı-qarşıya qalır. İnsan nəticədə ikisindən birinin təlqininə uyub ona tabe olur. Möminlər çox etina ilə on¬ları Allahın razılığını qazanmağa çağıran vicdanlarının səsinə qulaq asarlar. Digər insanlar isə nəfslərinin istəklərinə uyğun olaraq yaşayarlar. Mömin bir qəflətə qapılıb nəfsinə tabe olarsa, buna görə tövbə etməli və nəfsinin pisliklərinə qarşı daha diqqətli davranmalıdır. Çünki Hz.Yusifin sözləri ilə desək, Allahın Quranda xəbər verdiyi kimi, nəfs həmişə pisliyi əmr edir.

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Peyğəmbərlər Tarixi
  • Yusif Peyğəmbərin Uşaqlığı
  • Hz.Yusifin Yeni Həyatı
  • Hz.Yusifin Zindan Günləri
  • Hz. Yusifin Misirdə İdarəçilik Dövrü
  • Hz.Yusifin Yuxusunun Gerçəkləşməsi
  • Nəticə