Hz.Yusifin yaşaması ilə bağlı məlumatın və bunun sübutu olaraq köynəyinin Hz.Yəquba çatması ilə birlikdə Hz.Yusifin qardaşlarının illərdir gizlətdiyi yalan da ortaya çıxdı. Onlar atalarına Hz.Yusifin qurd tərəfindən parçalandığını söyləmişdilər. Halbuki Hz.Yusif hazırda yaşayır. Bu həqiqətin aşkarlanması ilə birlikdə uşaqları Hz.Yəqubdan onların adından bağışlanmalarını diləməyini istəmişdilər:
"Oğlanları ona: "Ata! Bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz doğrudan da günah¬ kar olmuşuq!" -dedilər. Yəqub dedi: "Mən Rəbbimdən sizin bağışlanmağınızı diləyəcəyəm. O, həqiqətən bağışlayandır, rəhm edəndir!"" ("Yusif" surəsi, 12/97-98)
Diqqətlə baxsaq, Hz.Yəqub o an deyil, "sizin bağışlanmağınızı diləyəcəyəm" deyərək bunu sonra edəcəyini bildirir. Əcəba, Hz.Yəqub nəyə görə bunu sonraya saxlamışdı? Bunun da bir hikməti ola bilər. Həmçinin Yəqub peyğəmbərin bununla onların bundan sonrakı hal və hərəkətlərinin dəyişib-dəyişmədiyini görmək istəməsi də əsas səbəblərdən biri ola bilər. Onların həqiqətən də səhvlərindən peşman olduqlarına, səmimi olduqlarına müəyyən bir müddət ərzində baxaraq müəyyən qənaət hasil etmək də olmuş ola bilər. Buna görə də bu qənaətlə birlikdə onlar üçün dua edəcəyi başa düşülə bilər. Ən doğrusunu Allah bilir.
Ayənin axırında da bildirildiyi kimi, Yəqub peyğəmbər Allahın bağışlayan və rəhm edən sifətlərinin ol-masını onların yadına salmışdır. Bunu Allahdan bağışlanmalarına ümid etmələri, yenidən Allaha dönmələri üçün edir.
Hadisələrin gedişatı Quranda belə bildirilir:
"Onlar Yusifin hüzuruna daxil olduqda o, ata-anasını bağrına basıb: "İnşallah, əmin olaraq Misirə daxil olun!" - dedi" ("Yusif" surəsi, 12/99)
Hz.Yusif ailəsi ilə qarşılaşanda ilk etdiyi iş onları bağrına basmaq və onların əmin-amanlıq içində olduqlarını xatırlatmaq olmuşdur. Bu ayədən də aydın olur ki, sarılmaq insanın səmimi sevgisinin gözəl bir ifadəsidir. Etibarlılıq və güvən içində olduqlarını xatırlatmaq da qarşı tərəfin nigarançılığına son qoymaq üçün işlədilən incə düşüncənin bir ifadəsidir. Uzun yoldan gələn, bir çox sistemə şahid olan bu insanlar üçün əmin bir şəraitdə olduqlarını bilmək çox sevindirici haldır. Bu, möminlərin nümunə götürməsi lazım olan bir davranışdır. Gələn qonağa, əcnəbiyə və ya qonaq saxlanılan insanlara güvənlikdə olduğunu söyləmək onları ra¬hat etdiyi üçün bu, Quranda ayrıca diqqət çəkilən bir gözəllikdir.
Hz.Yusifin qonaqpərvərliyi və incə düşüncəli olması təkcə bunlarla məhdudlaşmır. Ayədə Hz.Yusifin ata-anasına göstərdiyi sevgi belə xəbər verilir:
"Ata-anasını öz taxtının üstünə qaldırdı. Onlar hamısı ona təzim edib əyildilər... " ("Yusif" surəsi, 12/100)
Hz.Yusifin ata-anasını taxtına çıxarıb oturtması gözəl bir hörmət əlamətidir. Onlar yaş etibarilə ondan böyükdür. Atası həm də Allahın elm baxımından gücləndirdiyi bir peyğəmbər idi. Hz.Yusifin bu sevimli və ehtiramlı hərəkətinə qarşı onlar da təvəzökarlıq göstərdilər (Ayədə ailəsinin Hz.Yusifə səcdə etdiyi ifadə edilir. Bu, həmin dövrün adət-ənənəsində bir hörmət ifadəsi olmalıdır. Bu səcdənin "sitayiş etmək" ki¬mi bir mənası əlbəttə ki, yoxdur)
Diqqət edilirsə, ata-anası Hz.Yusif onların uşağı olsa və yaşca da ondan böyük olsalar da çox böyük təvazökarlıqla qarşılıq vermişdilər. Cahiliyyə insanları arasında isə belə vəziyyətlərdə təkəbbür, lovğalıq və qürur ortaya çıxır, hər iki tərəf səmimi və daxildən gələn bir hörmət etməkdən çəkinir. Xüsusilə də cahiliyyə cəmiyyətlərindəki insanlar özlərindən yaşca kiçik olan bir insanın qarşısında əyilmək kimi bir sayğı ifadəsindən qətiyyətlə uzaq dayanırlar. Halbuki Hz.Yusifin və ailəsinin göstərdiyi bu davranış hörmətə, sevgiyə və təvazökarlığa əsaslanır. Bu, bir mömin ailəsinin necə olmasının lazım gəldiyini də göstərir. Belə bir vəziyyətdə Hz.Yusif keçmişdə başına gələn bütün hadisələrin bir yozumunu etmiş və Allahın qüsursuz işləyən planını açıqlamışdır:
"Dedi: "Ata can! Bu, əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu həqiqətə çevirdi. O, mə¬nə yaxşılıq etdi, çünki məni zindandan qurtardı. Şeytan mənimlə qardaşlarımın arasını vurduqdan sonra sizi çöldən gətirdi. Həqiqətən Rəbbim istədiyinə qarşı lütfkardır. O, doğrudan da biləndir, hikmət sahibidir!"" ("Yusif" surəsi, 12/100)
Xatırladaq ki, Hz.Yusif yuxusunda on bir ulduz, Günəş və Ayı ona səcdə edərkən görmüşdü. Uzun illərdən sonra anasının, atasının və qardaşlarının onun olduğu yer etibarilə ona sayğı göstərmələri, ona hörmətlərinin bir ifadəsi olaraq səcdə etmələri, xüsusilə də qardaşlarının ona möhtac vəziyyətdə yanına gəlməsi bu yuxunun bir yozumudur.
Diqqət edilirsə, Hz.Yusif bütün bunları izah edərkən Allahı yad edir və Onu mədh edib uca olduğunu bil¬dirir. Həmin zamana qədər onun və ailəsinin yaşadığı bütün hadisələrin Allah tərəfindən hazırlanmış bir pla¬na görə gerçəkləşdiyini açıqlayır. Bu, hər mömində olmalı olan nümunəvi fikir və nitq formasıdır.
Burada diqqəti cəlb edən bir məsələ də Hz.Yusifin hər şeyin gözəl tərəfini görməsi, hər şeyi xeyirlə yozmasıdır. Məsələn, o, Allahın ona yaxşılıq etdiyini və zindandan xilas etdiyini söyləmişdir. Bu da tam mənası ilə möminə yaraşan bir davranışdır, onun hadisələrə müsbət və gözəl gözlə baxmasının sübutudur. Hz.Yusif həmişə Allahın tərəfində olduğunu, Allahın etdiyi hər şeydən razı qaldığını göstərən bir üslubdan istifadə edir, mənfi ya da Allaha qarşı hörmətdə qüsur ola biləcək hər cür üslubdan və hərəkətdən də uzaq dayanır. Allahın "istədiyi hər şeyi çox incə tədbir gördüyünü, Onun bilən, hökm və hikmət sahibi olduğunu" söyləməsi də bunun bir əlamətidir. Hz.Yusifin bu cəhəti bütün möminlər üçün ən gözəl nümunələrdəndir.