Hz.Yusifin Yeni Həyatı

Hz.Yusifin Quyudan Xilas Olması

Hz.Yusifin quyudan necə xilas olması bu ayədə bildirilir:

"Nəhayət, bir dəstə müsafir gəlib suçularını göndərdilər. Suçu qabını quyuya salan kimi: "Müjdə! Bu, bir oğlandır!" -dedi. Onlar satlıq bir şey kimi gizlədib saxladılar. Allah onların nələr etdiyini biləndir!" ("Yusif" surəsi, 12/19)

Hz.Yusifin quyuya atıldığı an da, quyudan qurtulduğu vaxt da əslində həmişə taleyinə yazılmış hadisələr baş verir. Heç bir şey taleyinə yazılandan fərqli şəkildə gerçəkləşə bilməz. Buna görə də Hz.Yusif quyuya atılandan sonra ora hansı karvanın gələcəyi və gedəcəyi yer, karvandakıların necə insanlar olması Hz.Yusif hələ anadan olmamışdan əvvəl Allahın dərgahında məlum idi. Bu mühüm həqiqəti dərk edən möminlər bu¬na görə də başlarına gələn hadisələr qarşısında çox təvəkküllüdür.

caravancaravan's watergatherers pulling Prophet Yusuf out of the wellEgypt map
caravan's watergatherers pulling Prophet Yusuf

Şəkillərdə Misirə tərəf gedən karvanlar görünür. Xəritədə isə həmin dövrdəki karvanların yolu göstərilmişdir. Ortadakı şəkildə karvanın suçuları Hz.Yusifi quyudan çıxarırlar.

Yuxarıdakı ayədən aydın olduğuna görə, Hz.Yusifi quyuda tapan və onu qurtaran karvan onu sata biləcəyini fikirləşərək bundan bir ticari qazanc məqsədi güdmüşdülər. Çünki həmin dövrdə Misir və ətrafında quldarlıq quruluşu mövcud idi. İnsanlar qul ticarəti ilə məşğul olurdular. Xüsusilə də uşaqları alıb-satırdılar. Karvandakıların Hz.Yusifi tapanda bir-birini müjdələməsinin səbəbi də bu idi. Buna görə Hz.Yusifə gəlirli bir şey kimi baxmaları da təbiidir. Ayənin davamında ona elə də əhəmiyyət vermədikləri və ucuz qiymətə satdıqları bildirilir:

joseph soldegypt slaveryegypt tablet

Üst tərəfdə soldakı şəkildə Hz.Yusifin qul kimi ucuz qiymətə satıldığı təsvir edilmişdir. Üst tərəfdə sağdakı şəkildə isə Qədim Misirdəki qulların işləri ilə bağlı məlumat verilir.

"Onu ucuz bir qiymətə - bir neçə dirhəmə satdılar və tamah göstərmədilər" ("Yusif" surəsi, 12/20)

Aşağıda Yusif peyğəmbərin dövrünə aid Misirdəki bir qul bazarının günümüzə qalan qalıqlarıdır. Yan¬da isə Hz.Yusiflə bağlı bir kinoda canlandırılan qul bazarı görünür.

egypt slavingegypt slavingegypt slave_market

"Onu ucuz bir qiymətə - bir neçə dirhəmə satdılar və tamah göstərmədilər" ("Yusif" surəsi, 12/20)

Əslində bunun belə olması da çox hikmətlidir. Çünki əgər ona dəyər versəydilər, onun seçkin bir insan ol¬duğunu, peyğəmbər olduğunu bilsəydilər, bəlkə də ona pislik etmək, ziyan vurmaq istəyərdilər. Bundan xə¬

bər tutan digər inkarçılar da Hz.Yusifə zərər vura bilərdilər. Hz.Yusifə əhəmiyyət verməyərək bir qul, kölə kimi satmaları, ondan maddi qazanc əldə etmək istəmələri onun üçün çox xeyirli olmuşdu.

Hz.Yusif hekayətindəki bu hikmət inkarçıların ənənəvi bir davranışını göstərir. Belə ki, inkarçıların möminləri dəyərsiz görməsinin, əhəmiyyətsiz və təsirsiz insanlar kimi qəbul etməsinin də möminlər üçün əslində böyük faydasının olmasına bir işarədir.

ancient egyptEgypt from the time of Prophet Yusuf (as)

Solda Hz.Yusifin dövründə Misirin ətrafında yerləşən möhtəşəm binalardan nümunələr var. Sağ səhifədəki tarixi divar şəklində isə həmin dövrün gündəlik həyatı təsvir edilmişdir.

Burada diqqəti cəlb edən başqa bir məsələ də var. Məlum olduğu kimi, Yusif peyğəmbər fövqəladə gözəlliyi ilə tanıdılan bir peyğəmbərdir. Lakin göründüyü kimi, qul tacirlərinin əlinə düşəndə bu gözəlliyi diqqəti cəlb etməmişdi. Onun nə dərəcədə qiymətli insan olduğunu da başa düşməmişdilər. Onu tapanlar ancaq "bir uşaq" deyə onu təqdim etmiş və tanıtmışdılar. Şübhəsiz ki, həmin dövrdə Allah onun gözəlliyini bir hikmətə və xeyirə uyğun olaraq gizlətmişdi. Bu, Allahın ona başqa bir yardımıdır, onu bir başqa cür qorumasıdır.

Qul tacirləri tərəfindən tapılan Yusif peyğəmbər Quranda bildirildiyinə görə, misirli bir adama satılmışdı. Bu ayədə belə xəbər verilir:

ancient egypt daily life

A mural depicting scenes from the daily life of the time.

"Misirdə satın alan öz zövcəsinə belə dedi: "Ona hörmət et (yaxşı bax) Ola bilsin ki, bizə fayda versin və ya onu oğulluğa götürək!" Beləliklə, Yusifi o yerdə (Misirdə) yerləşdirdik, həm də ona sözləri yozmağı öyrətdik. Allah Öz işində qalibdir, lakin insanların əksəriyyəti bunu bilməz!" ("Yusif" surəsi, 12/21)

Allah Hz.Yusifi onu satın alan misirlinin əli ilə qorumuş, ona gözəl baxılmasını və böyüməsini təmin etmişdir. Bununla da onu Misirdə yerləşdirmişdir. Onu satın alan insan Hz.Yusifi xanımına əmanət edərkən onun haqqında şəfqətli və mərhəmətli bir davranış tərzi sərgiləmiş, ona yaxşı baxılmasını tövsiyə etmişdi. Hətta Hz.Yusifdən özlərinə fayda gələcəyini də ümid etmiş və onu oğulluğa götürməyi də düşünmüşdü. Əslində bu da Allahın Yusif peyğəmbərə kömək və dəstəyinin, şəfqət və mərhəmətinin bir dəlilidir. Quyuya atılanda bir çox təhlükələrlə qarşılaşdığı halda Allah onu qurtarmış, onu Misirdə rahat olacağı yaxşı bir yerdə yerləşdirmişdi. Bütün bunlar Allahın onun üzərindəki nemətləridir.

Bundan başqa, Allah Hz.Yusifə Öz dərgahından bir elm bəxş edərək ona sözlərin yozumunu öyrətmişdir. Şübhəsiz ki, bu, Allahın istədiyi bəndələrinə nemət olaraq verdiyi çox böyük bir qabiliyyət və lütfdür. Bir ayədə Allah bu məsələ ilə bağlı bunları bildirir:

"Allah istədiyi şəxsə hikmət bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir verilmişdir..." ("Bəqərə" surəsi, 2/269)

Yetkinlik Yaşına Çatanda İftiraya Məruz Qalması

potiphar wife

Quranın ifadəsi ilə desək, Yusif peyğəmbərdən "murad almaq" istəyən Misir hökmdarının xanımını göstərən bir təsvir.

Beləliklə, Hz.Yusif misirli Əzizin yanında yaşamağa başlayır. Allah ona sözlərin yozumunu öyrətməklə yanaşı yetkinlik yaşına çatanda hökm və elm də verir. Ayədə qeyd edilən "hökmdə" məqsəd "hakim olmaq, Allahın kitabına uyğun və ədalətli qərar verə bilmək" xüsusiyyətidir. Elm isə kitabın bilgisi, ya da əsas bilgi deyə biləcəyimiz hər şeyin astarının, pərdəarxasının fərqində olmaq bilgisi ola bilər. Ən doğrusunu Allah bi¬lir.

Bu, Allahın Yusif peyğəmbəri seçməsinin və onu əxlaq yönündən nemətləndirməsinin bir təzahürüdür. Bu həqiqətdən Quranda belə bəhs edilir:

"Ən yetkin dövrünə çatdıqda ona hikmət və elm verdik. Biz yaxşı işlər görənləri belə mükafatlandırırıq!" ("Yusif" surəsi, 12/22)

Ancaq Hz.Yusif yetkinlik çağına gələndə evində qaldığı qadın, yəni Əzizin xanımı Hz.Yusifdən ayənin ifadəsi ilə desək, "murad almaq" istədi. Bunun üçün hər cür şəraiti hazırlamışdı. Qapıları bağladı və Hz.Yusifə uyğun olmayan bir arzusunu gerçəkləşdirmək istədi. Hz.Yusifin burada verdiyi cavab iffətli bir möminin nümunəvi davranışıdır.

Xüsusilə ayədə xəbər verildiyi kimi, o da qadını arzulasa da belə haram bir hərəkət etməkdən imtina edərək Allaha sığınmışdır. Allahın rizasına zidd olan belə çirkin bir hərəkətə qətiyyən qol qoymamışdır. Həmin vəziyyətdə də vəfalı və gözəl davranış nümayiş etdirmiş, qadına Əzizi xatırlatmışdır. Ərinin ona yaxşı baxdığını və onu razı saldığını yadına salmışdır. Qadına zalımların qurtulmayacağını dərhal deyərək bunun əzazil bir davranış olacağını söyləmişdir. Bütün bunlar ayələrdə bu cür xəbər verilir:

"Evində olduğu qadın tovlayıb yoldan çıxarmaq istədi və qapıları bağlayaraq: "Di, gəlsənə!" - dedi. Yusif isə: "Mən Allaha sığınıram. Axı o (sənin ərin), mənim ağamdır. O, mənə yaxşı baxır. Həqiqətən zülm edənlər nicat tapmazlar!" - deyə cavab verdi. Doğrudan da ona meyl salmışdı. Əgər Rəbbinin dəlilini görməsəydi, ona meyl edərdi. Biz pisliyi və biabırçılığı ondan sovuşdurmaq üçün belə etdik. O, həqiqətən Bizim sadiq bəndələrimizdəndir!" ("Yusif" surəsi, 12/23-24)

Bu ayədən də aydın olduğu kimi, Hz.Yusif zinanın Allah dərgahında haram edildiyini bilir. Buna görə də harama yaxınlaşmamış və qadından qaçmağa çalışmışdır.

Allahın Hz.Yusif üçün işlətdiyi "o da ona meyl salmışdı" ifadəsi bizə imtahanın mühüm bir sirrini öyrədir: bir möminin nəfsinin dinin haram buyurduğu şeylərə meyl etməsi mümkündür. Əsas məsələ möminin bu istəyə boyun əyməməsi və Allahın sərhədlərini aşmamaq üçün iradəli hərəkət etməsidir. Əgər nəfsin istəkləri olmasaydı, onda imtahan da olmazdı. Hadisələrin gedişatı ayədə belə bildirilir:

"Hər ikisi qapıya tərəf qaçdı. Qadın onun köynəyini arxadan cırdı. Onlar qapının ağzında ağası ilə rastlaşdılar. Qadın dedi: "Sənin ailənə pislik etmək istəyənin cəzası yalnız zindana salınmaq, ya da şiddətli bir əzaba düçar edilməkdir!" ("Yusif" surəsi, 12/25)

Bu hadisədən sonra Yusif peyğəmbərin hər mənada iffətli, zinadan çəkinən davranışlarına baxmayaraq qadın hirsinə görə Hz.Yusifə böhtan atmışdı. Vəzir olan ərinə Yusif peyğəmbərin ona pis niyyətlə yaxınlaşdığını söyləmiş, ən pisi isə günahsız yerə zindana atılması yaxud da çətin işgəncə ilə əzab verilməsi kimi iki variantdan biri ilə cəzalandırılmasını tələb etmişdi. Bu vəziyyət qadının Allahın xofundan məhrum və zalım bir xarakterə sahib olmasının aşkar təzahürüdür. Ancaq iftira atıb onun haqsız yerə cəzalandırılmasını istəməsi də zalımlığının başqa bir sübutudur.

Hz.Yusif isə onun bu iddialarına belə cavab vermişdi:

joseph and potiphar wife

Bu şəkildə Hz.Yusifin öz nəfsinin arzusunu yerinə yetirməyi təklif edən qadına qarşı namuslu hərəkəti təvir edilir. Qadın Yusif peyğəmbərin köynəyini arxadan dartıb cırır.

"(Yusif) dedi: "O, məni tövlayıb yoldan çıxarmaq istədi!" Bir şahid belə şəhadət verdi: "Əgər köynəyi öndən cırılmışsa, qadın doğru deyir, o isə yalançılardandır. Yox, əgər onun köynəyi arxadan cırılıbsa, qadın yalan deyir, o (Yusif) isə doğru danışanlardandır"" ("Yusif" surəsi, 12/26-27)

Bu vəziyyətdə qadının Hz.Yusifin köynəyini arxadan cırması əslində Yusif peyğəmbərin qapıya tərəf qaçmasının, qadının isə onu qovmasının dəlilidir. Ayədə də bildirildiyinə görə, Hz.Yusifin doğruluğu sübut olunmuşdur:

"Onun köynəyinin arxadan cırıldığını gördükdə dedi: "Bu, sizin məkrlərinizdəndir. Doğrudan da sizin məkriniz böyükdür!" Ey Yusif! Sən bu işi açıb-ağartma. Sən də (ey qadın), günahı¬na görə bağışlanmanı dilə. Çünki sən həqiqətən günah edənlərdənsən" ("Yusif" surəsi,12/28-29)

Əziz Hz.Yusifin haqlı olduğunu vicdanlı şəkildə başa düşmüş və bunun xanımının bir məkri olduğunu söyləmişdi. Yuxarıdakı ayələrdə qeyd edilən dialoqlar Əzizin xanımı ilə müqayisədə daha vicdanlı olmasının

dəlilidir. Lakin hadisə bununla bitməmişdir. Quranda hadisələrin sonrakı inkişafından belə bəhs edilir:

"Şəhərdəki qadınlar dedilər: "Vəzirin övrəti cavanı tovlayıb yoldan çıxarmaq istəyir. Məhəbbəti onun bağrını qan etmişdir. Biz onun açıq-aşkar yoldan çıxdığını görürük" ("Yusif" surəsi, 12/30)

Ayədən də aydın olur ki, bu xəbər şəhərdəki qadınlar arasında da yayılmışdı. Ayədə diqqətin qadınlara yönəldilməsi cahiliyyə əxlaqını mənimsəmiş qadınları qeybətcil və ya fitnəkar xarakteri sahib olmasını göstərmək məqsədi də daşıya bilər. Ən doğrusunu Allah bilir.

Şəhərdəki qadınlar bu hadisədən sonra öz aralarında vəzirin xanımını qınamış, günahkarın Hz.Yusif deyil, vəzirin xanımı olduğunu başa düşmüşdülər. Əzizin xanımı camaatın onun haqqında mənfi fikirdə olmasından və bu məsələni danışmasından narahat oldu. Həmçinin Allahın razılığını deyil, insanların razılığını qazanmağı qarşılarına məqsəd qoyan insanlar camaatın nəzərində alçalmaqdan, onların haqqında mənfi bir imic formalaşmasından çox çəkinirlər. Xəlvət etdikləri günahlarını insanların bilməsi Allahdan qorxmayan bu tip insanların ən çox çəkindiyi hadisələrdəndir. Əzizin xanımının da narahat olduğu məsələ bu idi.

Əzizin xanımı onun haqqında söz-söhbət gəzdiyini başa düşəndə bunu edən qadınlara qarşı bir plan hazırladı. Burada məqsədi onun Hz.Yusifdən öz mənfi istəyini gerçəkləşdirmək arzusunda guya haqlı oldu¬ğunu göstərməsi idi. Çünki Yusif peyğəmbər fövqəladə gözəl bir insan idi. Həmçinin digər qadınlar Hz.Yusifin gözəlliyi qarşısında heyrətə düşmüşdülər:

"Qadın gizli dedi-qodularını eşitdikdə onlara xəbər göndərib ziyafətə dəvət etdi, onlar üçün gözəl bir məclis düzəltdi. Onların hər birinə bir bıçaq verdi, sonra Yusifə: "Onların qarşısına çıx!" - deyə əmr etdi. Qadınlar Yusifi gördükdə onu həddindən artıq təriflədilər və əllərini kəsdilər. Onlar: "Aman Allah! Bu ki, bəşər deyildir. Bu, ancaq əziz olan bir mələkdir!" - dedilər" ("Yusif" surəsi, 12/31)

Yuxarıdakı ayədən də göründüyü kimi, Hz.Yusifin gözəlliyi bu qadınlara Allahı xatırlatdı. Onlar da bu fövqəladə gözəllik qarşısında Allaha həmd etdilər.

Qadınlar onun gözəlliyini fövqəlbəşər bir gözəllik kimi yozmuş, hətta mələk olduğunu da iddia etmişdilər. Yadınızdadırsa, Hz.Yusif kiçik yaşlarında ikən Allah onun cəlbedici gözəlliyini insanlardan gizlətmiş, bununla da onu insanların zərərindən qorumuşdu. Lakin vaxt ötüb Hz.Yusif yetkinlik dövrünə çatanda onun gözəlliyi hamının diqqətini özünə cəlb etməyə başlamışdı. Şübhəsiz, bu təfərrüatların hər birində mühüm hikmətlər gizlənir. Hadisənin gedişatında olayların bu cür cərəyan etdiyi xəbər verilir:

"Qadın belə dedi: "Bu, məni qınadığınız. Mən onun olmaq istədim, o isə imtina etdi. Əgər əmrimi yerinə yetirməsə, sözsüz ki, zindana atılacaq və zillətə düşənlərdən olacaq!"" ("Yusif" surəsi, 12/32)

Aydın olduğu kimi, qadın əslində özünün günahkar olduğunu, Hz.Yusifin isə namusunu qorumaq istədiyini etiraf etmişdi. Ancaq insan izdihamının gözü qarşısında eyni çirkin təklifini təkrar etmiş, Hz.Yusifə istəyini yerinə yetirməyi əmr etmiş, hətta dediklərini etmədiyi təqdirdə Hz.Yusifi zindana atdırmaqla qorxutmuşdur. Elə bundan da qadının nə dərəcədə zalım və çirkin bir əxlaq sahibi olduğu aydın olur. Qadın bəlkə də Misirdəki mövqeyinə, zənginliyinə və bəlkə də Hz.Yusifin onun qulu olmasına güvənərək onu haram iş tutmağa məcbur edirdi. Bu çox namussuz bir təklifdir. Əzizin xanımı heç kimdən çəkinməyərək hər kəsin gözü qarşısında bu çirkin təklifini təkrar etmişdir. Bu, onun həm dinsizliyinin, həm də onu seyr edən qadınların dini həyat məsələsində nə qədər etinasız olmalarının dəlilidir. Çünki heç bir mömin qadın harama əsla qol qoymayacağı kimi heç biri də bu cür əxlaqsızlığa seyrçi qalmaz. Qissədə haqqında bəhs edilən bu qadınlar vəzirin xanımının təhdidlərinə qarşı da səslərini çıxarmır və onun etdiyi çirkinliklərə göz yumurlar.

Quranda misirli Əzizin də aşkar dəlilləri gördüyü halda Hz.Yusifin zindana atılmasına etiraz səsini çıxarmadığı, xanımının da eynilə Yusif peyğəmbərin zindanda qalmasına göz yumduğu xəbər verilmişdir.

Buradan da aydın olduğu kimi, mömin olmayan insanlar həmişə öz məsləkdaş və tərəfdarlarının yanında olurlar. Tələ qurularkən də seyr edib səslərini çıxarmırlar. Həmçinin yuxarıdakı ayədə şəhərdəki qadınların da hiyləyə şərik olub susmağa üstünlük verməsinin şahidi oluruq. Hətta Əzizin xanımı etiraf etsə də oradakılardan heç biri Hz.Yusifi müdafiə etməmişdir. Hamısı heç bir günahı olmayan, çox gözəl əxlaqa malik bir in¬sanın zindana atılmasını sadəcə seyr etmişdi.

Burada diqqəti cəlb edən başqa bir məsələ isə Hz.Yusifin səmimiyyətidir. Belə bir şəraitdə dərhal Allaha sığınmış və çox səmimi olaraq düşüncələrini Allaha söyləyərək Ondan kömək istəmişdir. Hz.Yusifin üslu¬bunda çox böyük bir səmimiyyət və ixlas hakimdir:

"Yusif dedi: "Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən xoşdur. Əgər onların hiyləsini məndən dəf etməsən, mən onlara meyl edər və cahillərdən olaram". Rəbbi duasını qəbul buyurub qadınların məkrindən qurtardı. Həqiqətən O, eşidəndir, biləndir!" ("Yusif" surəsi, 12/33-34)

Hadisənin bu hissəsində ən diqqətçəkici ünsür də şübhəsiz ki, qadınların hiylə qurmağa daha meylli və əlverişli olmasıdır. Xüsusilə möminlərin bu tipli məsələlərdə cahiliyyə qadınlarına qarşı diqqətli olması la¬zımdır. Çünki onlar haram-halal kimi məsələlərə etinasız olduğu və Allahın qoyduğu sərhədlərə qarşı da heç bir məsuliyyət daşımadığı müxtəlif səbəblərə görə - bəzən qürurlarına, bəzən nəfslərinə tabe ol-maları, bəzən də möminlərə mane olmaq üçün - mömin kişilərə qarşı bu cür hiylələr qura bilərlər. Ancaq bunu da qeyd etməliyik ki, burada nəzərdə tutulanlar üstün qadınlar deyil, Allah xofundan məhrum cahiliyyə qadınlarıdır.

Hz.Yusifin Haqsiz Yerə Zindana Atilmasi

ancient_egypt_prison

Bütün dəlillər günahsız olduğunu göstərdiyi halda Yusif peyğəmbər uzun illər zindanda qalmaq məcburiyyətində qalmışdı. Yuxarıdakı şəkildə həmin dövrün Misir zindanları göstərilir.

Əvvəlki səhifələrdə də qeyd etdiyimiz kimi, Əzizin xanımı Hz.Yusifdən mənfi istəyini yerinə yetirmək istəyənin elə özü olduğunu şəhərdəki qadınların gözləri qarşısında qəbul etmiş, Hz.Yusifin isə onun bu təklifini rədd etdiyini etiraf etmişdi. Əziz də eyni qənaətdə idi. Xanımına Allahdan bağışlanmasını istəməsini söyləyərək onun günahkarlardan olduğunu yadına salmışdı. Yəni bu hadisənin şahidi olanların və ya onu eşidənlərin hamısı Hz.Yusifin günahsız olduğunu, əsl günahkarın isə qadın olduğunu bilirdi. Ancaq bütün bun¬lara baxmayaraq onlar vicdansız bir qərar vermiş, Hz.Yusifi zindana atmışdılar:

"Yusifin günahsız olduğunu sübut edən dəlilləri gördükləri halda yenə də onu bir müddət zinda-na salmaq qərarına gəldilər" ("Yusif" surəsi, 12/35)

Burada ən diqqətçəkici məsələ bir insanı günahsız olduğu halda həbsə atmalarıdır. Buradan da aydın olur ki, olayın baş verdiyi cəmiyyətdə haqlının deyil, güclünün üstün tutulduğu batil bir sistem hakim idi. Üstəlik qanuna görə günahkar olmadığı, dəlillər günahsız olduğunu aşkar göstərdiyi halda bir insanı zindana sala bilmələri istədikləri təqdirdə öz mənfəətlərinə uyğun olaraq istifadə edə biləcəkləri bir hüquq sisteminin mövcud olduğunu göstərir.

Həqiqətən də bu, Allahın dəyişməyən qanunudur: möminlər, xüsusilə də Allahın elçiləri mütləq inkarçılar tərəfindən həbsə atılır və onlara mane olmağa çalışırlar. Eyni vəziyyət Peyğəmbərimiz Muhəmmədin (s.ə.v.) dövründə də baş vermişdi. Allah bu həqiqəti belə xəbər verir:

"Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək yaxud da çıxarıb qovmaq üçün sənə qarşı hiylə qururdular. Allah da onların bu hiyləsinə qarşı tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır!" ("Ənfal" surəsi, 8/30)

Göründüyü kimi, hər dövrdə, hər əsrdə müsəlmanların və Allahın elçilərinin məruz qaldığı bu vəziyyət Hz.Yusifdə də təcəlla etmişdir. Əgər Hz.Yusif müsəlman olmasaydı və onların batil sistemlərinə, pozulmuş əxlaqına boyu əyən biri olsaydı, ona qarşı bu cür hərəkət etməyəcəkdilər. Günah iş görsə də görməməzliyə vuracaqdılar. Ancaq onun tərtəmiz bir müsəlman olması və Allahın razılığını, əmr və qadağalarını hər şeydən üstün tutması ona qarşı düşmənçilik etmələrinə səbəb olmuşdu. Quranın əksər ayələrində də bildirildiyi kimi, dindən uzaq qalan insanlar saleh möminlərə qarşı həmişə oxşar düşmənçilik hissi bəsləmişlər.

Hz.Yusifin bu cür haqsız yerə zindana salınması həmin dövrdə Misirdə ədalətsiz bir sistemin mövcud ol¬duğunu göstərdiyi kimi cəmiyyətdə həm də əxlaqi yöndən pozğunluğun yaşandığına işarə edir.

"Tədbirin Hamisi Allaha Aiddir"

Bura qədər bəhs etdiyimiz hadisələr zahiri olaraq Hz.Yusifin yaşadığı "müsibətlər" olaraq dəyərləndirilə bilər. Halbuki hadisələrin pərdəarxasına baxanda görünür ki, bütün bunları edən, bu hadisələri təşkil edən Allahdır. Əvvəl də qeyd etdiyimiz kimi, bu hadisələr Hz.Yusifin müəyyən edilmiş taleyinin bir hissəsidir və onun üçün çox xeyirlidir. Həmçinin haqsız yerə zindana salınmaq kimi bir imtahanı yaşayan, bu şərtlər içində də Allaha təvəkküllü və sadiq olan bir insan təqva sahibi insan deməkdir. Belə bir şəxsin Allahın sevgisi¬ni və razılığını qazanacağı isə aydın məsələdir. Buna görə də Hz.Yusifin zindana atılması onun yönündən bir şər və ya qüsur deyil, əksinə, xeyir və gözəllikdir.

Bundan başqa, bu qissədə iman gətirməyənlərin və ya münafiqlərin bir yerə yığışaraq möminlərin əleyhinə hiylə işlətməsi də diqqəti cəlb edir. Ancaq bu insanlar - əvvəl də qeyd etdiyimiz kimi - möminlərə heç vaxt zərər vura bilməzlər. Onların qurduğu hiylələrə qarşı Allah dərgahında onların özlərinə qarşı qurulmuş tələ var. Bu insanlar tələ qurarkən Allah onların bütün danışıqlarını, qərarlarını, içlərindən keçirdiklərini ən incə təfərrüatına qədər bilir və eşidir. Hətta möminlərə tələ quracaqları onlar dünyaya gəlməmişdən də milyonlarla il əvvəl talelərində qeyd edilmişdir. Allah həmçinin onların hiylələrini pozan hadisələri də müəyyən etmişdir. Dolayısı ilə möminlərə qarşı qurulan hər tələ əslində bəri başdan pozulmuş şəkildə meydana gəlir. Allah Quranda bu sirri belə açıqlayır:

"Onlardan əvvəlkilər də tələ qururdular. Bütün hiylələrin cəzasını ancaq Allah verəcəkdir. Al¬lah hər kəsin nə qazandığını bilir. Kafirlər axirət yurdunun kimin olacağını biləcəklər!" ("Rəd" surəsi, 13/42)

"Hiylə qurdular. Onların hiyləsi Allah dərgahında məlumdur. Onların hiyləsi ilə dağlar yerindən oynayan deyil! Onların hiyləsi dağları yerindən oynatsa belə yenə də Allahın dini qarşısında acizdir! Allahın peyğəmbərlərə verdiyi vədə xilaf çıxacağını sanma! Həqiqətən Allah yenilməz qüvvət, intiqam sahibidir!" ("İbrahim" surəsi, 46-47)

Buna görə də möminlər belə bir tələ ilə qarşılaşanda təvəkküllü olur və Allaha güvənirlər. Bu tələnin əslində pozulduğunu bilirlər. Buna görə də məruz qaldıqları hiylə nə qədər şiddətli olsa da onlar sakit və mötədil yolla gedənlərdir. Bu da Allaha və Onun ayələrinə olan etiqad və güvənlərindəndir. Mömin olmayan, dindən uzaq həyat sürən insanların bu sevincli ruh halətinə sahib olması isə mümkün deyil.

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Peyğəmbərlər Tarixi
  • Yusif Peyğəmbərin Uşaqlığı
  • Hz.Yusifin Yeni Həyatı
  • Hz.Yusifin Zindan Günləri
  • Hz. Yusifin Misirdə İdarəçilik Dövrü
  • Hz.Yusifin Yuxusunun Gerçəkləşməsi
  • Nəticə