Quran'da Cinlər

Kitabın əvvəlki fəsillərində cinlərin Hz.Süleymanın əmrinə verilməsinin onun üçün Allahdan böyük bir dəstək olduğunu qeyd etdik. Bu yerdə Quranda cinlər haqqında verilən məlumatlara toxunaq.

Quranda cinlərin oddan yaradıldığı bildirilir. Müvafiq ayələr bu şəkildədir:

mountain

“Göylərin və yerin qeybini bilmək ancaq Allaha məxsusdur” (“Nəhl” surəsi, 77).

“Siz məhz Allahın hüzuruna qayıdacaqsınız. O, hər şeyə qadirdir!” (“Hud” surəsi, 4).

“Cannı da tüstüsüz (təmiz) oddan O xəlq etdi” (“Rəhman” surəsi, 15).

“Can tayfasını daha öncə tüstüsüz oddan xəlq etmişdik” (“Hicr” surəsi, 27).

paradise

“Göylərdə və yerdə nə varsa, Allahı təqdis edib şəninə təriflər deyər. Hökm Onundur, həmd-səna da Ona məxsusdur, O, hər şeyə qadirdir! Sizi yaradan Odur. Kiminiz kafirsiniz, kiminiz mömin. Allah nə etdiklərinizi görəndir!” (“Təğabün” surəsi, 1-2).

O, göyləri və yeri haqq-ədalətlə xəlq etdi, sizə surət verdi, surətlərinizi də gözəl yaratdı. Axır dönüş də Onun hüzurunadır! O, göylərdə və yerdə olanları da, sizin gizlində və aşkarda nə etdiyinizi də bilir. Allah ürəklərdə olanları biləndir!” (“Təğabün” surəsi, 3-4).

Quran ayələri öyrəniləndə cinlərin də eynilə insan cəmiyyətləri kimi bir həyatının olduğu görünür. Ayələrdə cinlərin də gəlib-getmiş ümmətlərinin olmasından bəhs edilir. Onların da soyları və ataları var (“Əraf” surəsi, 38; “Kəhf” surəsi, 50). Cinlər insanlardan daha fərqli bir ölçü və çərçivədə yaşayır, ancaq insanları görə, onların danışığını dinləyə bilir.

Cinlərdən ifrit Hz.Süleymana o, hələ yerindən qalxmadan Səba məlikəsinin taxtını gətirə biləcəyini söyləmiş və “...Mən bu işi görmə yə çox qüvvətliyəm, etibarlıyam!” (“Nəml” surəsi, 39) deyə bildirmişdir. Bu ifadə ilə onun bir yerdən digər bir yerə çox böyük bir sürətlə hərəkət etməsinə, bir maddəni başqa yerə apara bilməsinə işarə edilmiş ola bilər.

Allah cinləri yaratmasının məqsədini “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” ayəsi ilə bildirmişdir (“Zariyat” surəsi, 56). Onlar da elçilər və elçilərə endirilən Kitablar vasitəsilə xəbərdar olunub qorxudulur, dünyada necə davranacaqları ilə sınanır, ibadət və itaət edir, bunun nəticəsində də Allahdan bir əvəz alırlar. Allah “Ənam” surəsində bu şəkildə bildirir:

“Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi söyləyən və bu gününüzün gəlib çatacağı barədə sizə xəbərdarlıq edən peyğəmbərlər gəlmədimi? Onlar deyəcəklər: “Biz öz əleyhimizə şahidik!” Dünya həyatı onları aldatdı və onlar kafir olduqları barədə öz əleyhlərinə şəhadət verdilər” (“Ənam” surəsi, 130).

hell

“Allah dərgahından olanı və Onun göndərdiklərini təbliğ etməkdən başqa (heç bir şey gəlməz). Allaha və Onun Peyğəmbərinə asi olanları cəhənnəm odu gözləyir. Onlar orada həmişəlik qalacaqlar!” (“Cin” surəsi, 23).

“Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar aldatmaq məqsədilə bir-birinə təmtəraqlı sözlər təlqin edərlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları yalanlarla birlikdə boşla getsinlər!” (“Ənam” surəsi, 112).

“Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım! Mən onlardan ruzi istəmirəm, Mən onlardan Məni yedirtmələrini də istəmirəm! Şübhəsiz ki, ruzi verən də, qüvvət sahibi də, yenilməz olan da Allahdır!” (“Zariyat” surəsi, 56-58).

Ayədə də bildirildiyi kimi, cinlərlə insanların imtahanı bir-birinə çox bənzəyir. Onların da bəziləri dünya həyatının müvəqqəti bəzəklərinə aldanır, xəbərdar edildikləri halda hidayət yolundan uzaqlaşırlar. Yenə də Quran ayələrindən cinlərin peyğəmbərlərin təbliğini dinlədikləri, Quran oxunarkən ona qulaq asdıqları və öyrəndikləri ilə öz qövmlərini xəbərdar etdikləri anlaşılır. Cinlərin Hz.Məhəmmədin (s.ə.v.) təbliğini dinləməsi “Əhqaf” surəsində belə xəbər verilir:

“Onu da xatırla ki, bir zaman bir dəstə cini Quranı dinləmək üçün sənin yanına göndərmişdik. Onlar onu dinləməyə hazır olduqda (bir-birinə): “Qulaq asın!” - dedilər və (Quran oxunub) qurtardıqdan sonra qorxudanlar sifətilə öz qövmlərinin yanına qayıtdılar. Onlar dedilər: “Ey qövmümüz! Biz Musadan sonra nazil edilmiş, özündən əvvəlkiləri təsdiq edən, haqqa və düz yola yönəldən bir kitab dinlədik!” (“Əhqaf” surəsi, 29-30).

Allah bir çox ayəsində cinlərə və insanlara birlikdə xitab edir, müxtəlif öyüdlər verir, onları cəhənnəm əzabı ilə qorxudur. “Əraf” surəsinin 38-ci ayəsində Allah “Sizdən əvvəl gəlib getmiş cin və insan tayfaları ilə birlikdə cəhənnəmə girin...” şəklində buyurur (“Əraf” surəsi, 38). Hz.Məhəmmədə (s.ə.v.) bir hidayət rəhbəri kimi nazil edilmiş Quranı yalanlayan cin və insan tayfalarının vəziyyəti isə “İsra” surəsində belə bildirilir:

“De: “Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər”“ (“İsra” surəsi, 88).

Allahın cinlərə və insanlara birlikdə xitab etdiyi ayələrdən bəziləri bu şəkildədir:

“Belələri özlərindən əvvəl gəlib getmiş cinlərdən və insanlardan ibarət ümmətlərlə birlikdə haqlarında əzab sözünün gerçəkləşdiyi kimsələrdir. Onlar, doğrudan da, ziyana uğrayanlardır!” (“Əhqaf” surəsi, 18).

“Biz cinlərdən və insanlardan bir çoxunu cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!” (“Əraf” surəsi, 179).

İman Gətirən Cinlər Və İnkarçı Cinlər

Ayələrdə cinlərdən bir qisminin Allaha iman edib hidayət yoluna gəlməsindən bəhs edilərkən bir qisminin də üsyankar və inkarçı olduğu bildirilir. Müsəlman cinlər Quran oxunarkən onu dinləyirlər:

“De: “Mənə vəhy olundu ki, bir dəstə cin dedilər: “Biz çox qəribə bir Quran eşitdik. O, haqq yolu göstərir. Biz ona iman gətirdik və biz bir daha heç kəsi Rəbbimizə şərik qoşmayacağıq. Həqiqətən, Rəbbimizin cəlalı çox ucadır. O Özünə nə bir zövcə götürmüşdür, nə də bir uşaq!” (“Cin” surəsi, 1-3).

Cinlərin bir hissəsi Allahı təsdiq edib ucaldan, Ona heç kimi ortaq qoşmayan müsəlmanlardır. Onlar Qurana qarşı böyük bir heyranlıq duymaqda, Allahın əmr və tövsiyələrinə əməl etməkdədir. Onlar öz aralarında iman etməyən cinlərin olduğunu bilir və bu durumu belə ifadə edirlər:

“Doğrusu, bizim səfehimiz Allah barəsində tamamilə yalan söyləyirmiş. Biz elə güman edirdik ki, nə insan, nə də cin tayfası Allah barəsində yalan danışmaz” (“Cin” surəsi, 4-5).

Cinlər öz aralarında bir çox müxtəlif qruplardan yaranmışlar. Bəziləri səmimi müsəlman, bəziləri kafir, bəziləri Allaha qarşı yalan söyləyənlərdir. İman edən cinlər “Cin” surəsinin davamında cinlərin ümumi vəziyyəti haqqında bu məlumatları verirlər:

“Şübhəsiz ki, aramızda əməlİsaleh olanlar da var, olmayanlar da. Biz müxtəlif firqələrə ayrılmışıq. Biz anladıq ki, yerdə də olsaq, (göyə də) qaçsaq, Allahdan canımızı qurtara bilmərik. Doğrusu, biz hidayət yolunu göstərəni dinlədiyimiz zaman ona iman gətirdik...” (“Cin” surəsi, 11-13).

Cinlər də eynilə insanlar kimi Allahın Kitabı ilə cavabdeh sayılan varlıqlardır. Onlar da bütün etdiklərinə görə Allaha hesab verəcək və etdiklərinin əvəzini heç bir haqsızlığa düçar olmadan görəcəklər. İman edən cinlər Allahdan gözəl bir qarşılıqla müjdələnmişlər:

“...Kim Rəbbinə iman gətirsə, nə əskilməsindən, nə də haqsızlığa məruz qalmaqdan qorxar. Şübhəsiz ki, aramızda müsəlmanlar da var, (haqq yoldan) çıxanlar da. Müsəlman olanlar haqq yolu axtarıb tapanlardır” (“Cin” surəsi, 13-14).

A calligraphic inscriptions

Taxta lövhə: Həsən Əfəndi, hicri 1325 (m.1907) istifli sülüs xətlə “Allah hər şeyi bilir və eşidir” yazılıb.

Allahın varlığını inkar edib Ona qarşı üsyana qalxanların və zülm edənlərin aqibəti bu şəkildədir:

“(Haqq yoldan) çıxanlar isə cəhənnəm üçün odun olacaqlar” (“Cin” surəsi, 15).

“...Mən cəhənnəmi (Allahı inkar edən) bütün cinlər və insanlarla dolduracağam!” (“Hud” surəsi, 119).

Cinlərlə İnsanların Görüşməsi

A calligraphic inscription

Ömər Vəsfi Əfəndinin cəli sülüs lövhəsi, “Sad” surəsinin 50-ci ayəsi. “Ədn cənnətləri: qapılar onlara açılmışdır” yazılıb.

Ayələrdən Allahın diləməsi ilə cinlərlə insanların görüşə biləcəkləri, hətta cinlərin insanların əmrinə itaət edəcəkləri anlaşılır. Allah Hz.Süleymanın əmrinə cinləri vermiş, Hz.Süleyman onlardan müxtəlif işlərində istifadə etmişdi. Burada vurğulanması gərəkli olan mühüm bir mövzu da insanların cinlərlə nə şəkildə görüşə biləcəyidir. Nə qədər tam aydın olmasa da bu gün “cin çağırma” insanlar arasında geniş yayılmış bir üsuldur. İnsanların çoxu həyatında bir və ya bir neçə dəfə cin çağırıb. Bu, xüsusilə də gənclər arasında çox tətbiq edilən bir üsuldur. Bəziləri buna “qəlb çağırma”, bəziləri “ruh çağırma” kimi adlar versə də əslində belə mühitdə gələnlərin hamısı cinlərdir (Bəzi hallarda da cin olmamasına baxmayaraq insanlar özlərini buna inandırırlar).

Ancaq bu cinlərin çoxu iman gətirməmiş dinsiz cinlərdir. Dinsiz cinlərin bunu etməkdə məqsədi isə çox güman ki, insanları aldatmaq və onların vaxtının boş keçməsinə səbəb olmaqdır. İnsanlar da bu cinlərə aldanaraq özlərinin bir qazanc mənbəyi qura biləcəyini, qeybə dair xəbərlər ala biləcəyini zənn edirlər. Ancaq cinlərin - Allah diləmədikcə - insanlara qeybdən xəbər verməsi mümkün deyil. Həmçinin “...O yerə yıxıldıqda cinlərə bəlli oldu ki, əgər onlar qeybi bilsəydilər, alçaldıçı əzab içində qalmazdılar” (“Səba” surəsi, 14) ayəsində xəbər verildiyi kimi, Hz.Süleymanın ölümündən sonradan xəbərdar olmaları bunun bir dəlilidir. Bir də unutmaq olmaz ki, “Nəml” surəsinin 65-ci ayəsində bildirildiyi kimi: “Allahdan başqa göylərdə və yerdə olan heç kəs qeybi bilməz!” (“Nəml” surəsi, 65).

Cinləri Allaha Şərik Qoşanlar

A calligraphic inscription

Tarixli, dairəvi medal içinə istifli cəli bəzəkli xətt. “Ya Məhəmməd Əleyhissəlam və dörd küncdə dörd xəlifənin adı” yazılıb, 22 əyar qızıldan istifadə edilib və rokoko üslubundadır.

Bəzi insanlar cinlərin özlərinə aid bir güclərinin olmasına inanır. Halbuki bu, çox böyük bir yanlışlıqdır. Çünki cinləri Yaradan Allahdır və onların özlərinə aid heç bir gücü yoxdur. Allah istəməsə, onların hər hansı bir insana zərər və ya fayda verməsi mümkün deyil. Ancaq buna baxmayaraq insanların bir qismi cinlərdən imdad umub onları vəli qəbul edər:

“Cinləri (Allah) yaratdığı halda, onları Allaha şərik qoşdular, bilmədən Onun üçün oğullar və qızlar uydurub düzəltdilər. Allah isə onların Ona aid etdikləri sifətlərdən uzaqdır və yüksəkdə durur” (“Ənam” surəsi, 100).

Bir Quran ayəsində Allah insanların cinlərlə münasibət qurmaq məqsədi ilə yollarından sapmasından belə xəbər verir:

“Həqiqətən, bəzi insanlar bir para cinlərə pənah aparır, bununla da onların təkəbbürünü artırırdılar” (“Cin” surəsi, 6).

Mələklər də bir ayədə bəzi insanların cinlərə ibadət etdiyini bildirir:

“(Mələklər:) “Sən pak və müqəddəssən. Bizim ixtiyar sahibimiz onlar deyil, Sənsən! Xeyr, onlar cinlərə ibadət edirdilər. Əksəriyyəti onlara iman gətirmişdi”, - deyə cavab verəcəklər” (“Səba” surəsi, 41).

İnsanların cinləri Allaha şərik qoşmasının və onlardan yardım istəməsinin ən başlıca səbəblərindən biri onların qeybi bildiklərini düşünməsidir. Ancaq bu, çox böyük bir yanlışlıqdır. Çünki Allah ayədə cinlərin qeybə dair heç bir məlumata sahib olmadığını bildirir (“Səba” surəsi, 14).

Ayələrdə cinlərin insanlar üçün bir yolgöstərən olmadığı, hətta insanları doğru yoldan azdırmaq üçün onlara bəzəkli sözlər pıçıldadıqları bildirilir. Ancaq unutmaq olmaz ki, cinlərin Allah istəməsə, insanlar üzərində təsiri mümkün deyil. Onları Allah Yaratmışdır və onlar da kainatdakı bütün canlılar kimi Allahın əmri ilə hərəkət etməkdədir:

A calligraphic inscription

Yəsarizadə (Mustafa Izzət) (1770-1849). h.1258. Cəli Təliq xətlə mavi üzərinə zərəndut lövhə. Kənarı qızıl rokoko bəzəkli “Barək Allah-ü Təala” (“Allah bərəkət etsin”) yazılıb.

“Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar aldatmaq məqsədilə bir-birinə təmtəraqlı sözlər təlqin edərlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları yalanlarla birlikdə boşla getsinlər!” (“Ənam” surəsi, 112).

Allah həm insanları yolundan azdıran cinləri, həm də cinləri Allaha şərik qoşanları bu etdiklərinin əvəzində sonsuz cəhənnəm əzabı ilə cəzalandıracaq. Bu dünyada cinlərin bəzəkli sözlərinə inananlar axirətdə çox böyük bir səhv etdiklərini anlayacaqlar. Çünki o gün bütün şərik qoşduqları onlardan uzaqlaşacaq, Allahın qarşısında tək, yalnız olduqlarını anlayacaqlar. Etdiklərinin əvəzi olaraq cəhənnəm əzabını gördükdə isə bu şəkildə yalvaracaqlar:

“Kafir olanlar deyəcəklər: “Ey Rəbbimiz! Cinlərdən və insanlardan bizi azdıranları bizə göstər ki, onları ayaqlarımız altına salaq pay mal olsunlar!”“ (“Fussilət” surəsi, 29).

Digər bir ayədə alovun onlar üçün müddətsiz bir qonaq evi olması bu şəkildə bildirilir:

“(Allah insanları və cinləri) toplayacağı gün belə buyuracaq: “Ey cin tayfası, artıq insanların bir çoxunu yoldan çıxartdınız”. Onların insanlardan olan dostları deyəcəklər: “Ey Rəbbimiz! Biz bir-birimizdən bəhrələndik və bizim üçün müəyyən etdiyin əcəlimiz gəlib çatdı!” (Allah) buyuracaq: “Sizin düşəcəyiniz yer atəşdir. Allahın istədiyi istisna olmaqla, siz orada həmişəlik qalacaqsınız!” Şübhəsiz ki, Rəbbin hikmət, elm sahibidir!” (“Ənam” surəsi, 128).

Üsyan Edən Cinlərin Alacağı Əvəz

sword

“Rəhman” surəsində cin və insan cəmiyyətlərinin Allahın ilhamı ilə hərəkət edən aciz varlıqlar olduğu xatırladılır. Allahın ayələrini inkar edib üsyana qalxdıqları təqdirdə heç bir uğur əldə edə bilməyəcəkləri, çünki yerlərin də, göylərin də tək hakiminin aləmlərin Rəbbi olan Allah olduğu bildirilir:

“Ey cin və insan tayfası! Əgər göylərin və yerin ətrafından kənara çıxa bilərsinizsə, çıxın. Siz ancaq qüvvətlə çıxa bilərsiniz!” (“Rəhman” surəsi, 33).

Belə bir cəhddə olanların görəcəyi əvəz isə “Sizin üstünüzə tüstüsüz alov və alovsuz tüstü göndəriləcək və siz bir-birinizə kömək də edə bilməyəcəksiniz” (“Rəhman” surəsi, 35) ayəsi ilə bildirilir. Həmçinin müsəlman cinlər vu həqiqəti bilir və “Biz anladıq ki, yerdə də olsaq, (göyə də) qaçsaq, Allahdan canımızı qurtara bilmərik” (“Cin” surəsi, 12) ayəsində də göstərildiyi kimi, acizliklərini başa düşürlər. Eyni ayələrin davamında üsyan edən cin və insanların axırının cəhənnəm olduğu bildirilir:

“Göy ayrılıb dağ edilmiş yağ kimi qıpqırmızı olduğu zaman halınız necə olacaq?! Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?! O gün nə bir insan, nə də bir cin günahı barəsində sorğu-sual olunmayacaqdır! Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?! Günahkarlar üzlərindən tanınacaq, kəkillərindən və ayaqlarından tutulub yaxalanacaqlar. Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?! (Onlara belə deyiləcəkdir:) “Bu, günahkarların yalan hesab etdikləri Cəhənnəmdir!”“ (“Rəhman” surəsi, 37-43).

Bu fəsildə cinlərin müxtəlif xüsusiyyətlərindən danışdıq. İnsanlarla eyni məsuliyyət daşıdıqlarını, amma xəlq edilən olaraq müxtəlif özəlliklərinin olduğunu Quran ayələri ilə açıqladıq. Şübhəsiz ki, insanlardan fərqli bu varlıqlara hakim olmaq ancaq çox güclü bir imanın qarşılığında Allahın verdiyi bir dövlətdir. Hz.Süleyman Allahın bu neməti ilə mükafatlandırdığı əzm sahibi bir peyğəmbərdir. Allah Hz.Süleymana rəhmət etmiş və ona dünyada çox az quluna nəsib etdiyi böyük bir hakimiyyət vermişdi.

hell

“(Allah) buyuracaq: “Sizdən əvvəl gəlib getmiş cin və insan tayfaları ilə birlikdə cəhənnəmə girin!”“ (“Əraf” surəsi, 38).

Həqiqətən, Şeytan sizin düşməninizdir, onu düşmən tutun...” (“Fatir” surəsi, 6).

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Həzrəti Süleyman
  • Hz. Süleyman'a Verilən Üstün Elm və Nemətlər
  • Hz. Süleyman'ın Möhtəşəm Hakimiyyəti və Güclü Ordusu
  • Hz. Süleyman'ın Yüksək Əxlaqı
  • Harut və Marut
  • Hz. Süleyman və Səba Məlikəsi
  • Hz. Süleyman'ın Vəfatı
  • Hz. Süleyman'ın Əmrindəki Cinlər və Heyvanlar
  • Hz. Süleyman'la Hz. Zülqərneyn Arasındakı Oxşarlıqlar
  • Quran'da Tərif Edilən İki Müxtəlif İdarəçilik
  • Səba Xalqının Məruz Qaldığı Aqibət
  • Əhdi-Ətiqdə Hz. Süleyman
  • Hz. Süleyman, Hz. Zülqərneyn və Mehdi Oxşarlıqları
  • Nəticə
  • Quran'da Cinlər
  • Quran'da Şeytan