Hz. Süleyman'la Hz. Zülqərneyn Arasındakı Oxşarlıqlar

Dünyada böyük bir hakimiyyət qurduğu Quranda bildirilən digər bir müsəlman lider də Hz.Zülqərneyndir. Hz.Süleymanın həyatı ilə Hz.Zülqərneynin həyatı arasında bir çox oxşarlıqlar var.

Yer Üzündə İqtidar Sahibi Olmaları

views of the river

“Biz Davuda Süleymanı bəxş etdik. Nə gözəl bəndə! O daim Allaha sığınan bir kimsə idi” (“Sad” surəsi, 30).

Allah Hz.Zülqərneynə də eynilə Hz.Süleymanda olduğu kimi “onu da yer üzərində möhkəmləndirib qüvvətləndirdiyini və hər şey verdiyini” (“Kəhf” surəsi, 84) bildirmişdir.

Ayədəki “möhkəmləndirmək” ifadəsi ilə həm iqtİsadi, həm hərbi, həm də siyasi baxımdan güclü bir iqtidarın vacibliyinə diqqət çəkmiş ola bilər. Hz.Süleymanın bu gücü nəticəsində şərqdən qərbə böyük bir coğrafiyaya sahib olmuş, nizam vermiş bir liderdir (Hz.Zülqərneyn haqqında ətraflı məlumat üçün bax: “Kəhf” surəsindən axırzamana işarələr”, Harun Yəhya, 2001, Kültür nəşriyyatı).

Ağıllı Və İmanlı Liderlər Olmaları

Quranda Hz.Zülqərneynə “hər şeydən bir yol (səbəb)” (“Kəhf” surəsi, 54) verildiyi bildirilir. Bu ifadə ilə Hz.Zülqərneynin fərasətli, bəsirətli, ağıllı, hər şeyə çarə tapan bir lider olduğuna işarə edilir. Quranda Hz.Süleyman da cinlərin, şeytanların istiqamət verməsindən tutmuş dövlət idarəçiliyinə qədər hər mövzuda üstünlükləri göstərilən bir peyğəmbərdir.

Kitab boyu anlatdığımız kimi Hz.Zülqərneyn də Hz.Süleyman kimi çox güclü və bütün dünyaya səs salmış bir dövlətin başındadır. Quranda digər tayfaların ondan kömək və dolaşıq işlərinə çarə istədikləri xəbər verilir. İdarəçiliyi altında olmayan cəmiyyətlər belə onu “yer üzündə qarışıqlığın və fitnənin qarşısını alan bir insan” kimi görməkdə, böhran içində yaşayan xalqlar ona müraciət etməkdədirlər. “Kəhf” surəsindəki “iki səddin önündə, heç bir sözü anlamayan” şəklində tanıdılan bir qövmün ondan yardım istədiyi belə bildirilir:

“Onlar dedilər: “Ey Zülqərneyn! Yəcuc - Məcuc bu ərazidə fitnə-fəsad törədirlər. Bizimlə onlar arasında bir sədd çəkmək üçün sənə müəyyən məbləğ versək olarmı?”“ (“Kəhf” surəsi, 94).

Üstün Hərbi Gücləri

military

Kitabın əvvəlki fəsillərində ətraflı şəkildə bildirdiyimiz kimi, Hz.Süleymanın çox güclü ordusu vardı. “Nəml” surəsində bu şəkildə bildirilir:

“Durma, onların yanına qayıt! And olsun ki, gücləri çatmayacaq bir ordu ilə üstlərinə gedib onları öz yurdundan zəlil və xar vəziyyətdə çıxardarıq!” (“Nəml” surəsi, 37).

Hz.Zülqərneynin də Hz.Süleyman kimi çox böyük bir hərbi gücə malik olduğunu yenə “Kəhf” surəsindəki bəzi ayələrdən anlayırıq:

“...Biz ona belə buyurduq: “Ya Zülqərneyn! Sən onlara əzab da verə bilərsən, onlarla yaxşı rəftar da edə bilərsən!” O belə cavab verdi: “Zülm edənə əzab verəcəyik, Sonra o, Rəbbinin hüzuruna qaytarılacaq. Rəbbi də ona görünməmiş bir azab verəcəkdir!” (“Kəhf” surəsi, 86-87).

Hz.Zülqərneyn yer üzündə qarışıqlıq salan inkarçı toplumları əzaba düçar edir, onların insanlara zülm etməsinə izn vermir. Bunu da böyük hərbi gücü sayəsində həyata keçirir.əBu ayələrdən belə anlaşılır ki, dünyaya hakim olacaq bir dövlətin çox böyük hərbi gücü olmalıdır.

Ədalətlə Hökm Etmələri

Hz.Süleymanın adil idarəçiliyini əvvəlki səhifələrdə açıq izah etdik. Hz.Zülqərneynin də çox ədalətli, haqqa niyyətli olduğunu Qurandakı qissədən görürük. Hz.Zülqərneynin ondan ədalətsizliyə qarşı yardım istəyən bir xalqa o anda yardım etməsi bunun dəlillərindəndir. Hər iki qissədə adil bir rəhbərə diqqət çəkilməsi də bunu göstərir. Dünyanın dörd bir yanında təhlükəsizliyi, asayişi, ədaləti qoruya bilmək üçün əsgər və polis gücü ilə yanaşı çox güclü bir hüquq sistemi də böyük əhəmiyyət kəsb edir.

izzet efendi

Kazasker Mustafa Izzət əfəndinin cəli sülüs zərəndud lövhəsi, “Ali-Imran” surəsi, 8-ci ayə: “Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə şəkk-şübhə salma! Bizə Öz tərəfindən bir mərhəmət bəxş et, çünki Sən, həqiqətən, bəxş edənsən!”

Hədiyyə Qəbul Etməmələri

Hz.Süleymanın Səba məlikəsinin göndərdiyi hədiyyəni qəbul etmədiyini və hədiyyələri gətirən elçilərlə çox hikmətli bir cavab verdiyini qeyd etmişdik. Hz.Süleymanın cavabı bu şəkildədir:

“(Elçibaşı Bəlqisin göndərdiyi hədiyyə ilə) Süleymanın yanına gəldikdə o dedi: “Siz mənə mal-dövlətləmi yardım edirsiniz? Allahın mənə verdiyi sizə verdiyindən daha yaxşıdır. Amma siz öz hədiyyələrinizlə sevinirsiniz” (“Nəml” surəsi, 36).

Hz.Zülqərneyn də göstərdiyi kömək qarşısında ona vergi vermək istəyən bu şəxsə eyni cavabı vermişdi:

“O dedi: “Rəbbimin mənə verdiyi daha yaxşıdır...” (“Kəhf” surəsi, 95).

Hədiyyəni qəbul etməyib bu təklifi irəli sürən şəxslərə bütün mülkün yeganə sahibinin Allah olduğunu xatırlatmaları onların səmimi bir müsəlman olmasının daha bir sübutudur. Bu nümunələr hər müsəlman lider üçün bir nəsihətdir.

seyh ali bedevi

Şeyx Əli Bədəvinin cəli sülüs lövhəsi, “Zumər” surəsi, 53-cü ayə: “Ey Mənim özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!”.

 

forest views

“(Allah) sizi onların yerlərinə, yurdlarına və mallarına, üstəlik də ayağınız dəyməyən bir yerə varis etdi. Allah hər şeyə qadirdir!” (“Əhzab” surəsi, 27).

“Sizə verilən hər hansı bir şey fani dünya malıdır. Allah yanında olan isə daha yaxşı və daha baqidir. O kəslər üçün ki, iman gətirib öz Rəbbinə təvəkkül edərlər” (“Şura” surəsi, 36).

Daim Allaha Üz Tutmaları

Hz.Süleymanın gözəl əxlaq nümunələrinin qeyd edildiyi hissədə onun hər an Allaha üz tutub sədaqətli bir qul olduğunu ayələrdə açıqlamışdıq. Süleyman peyğəmbər hər hansı bir uğur əldə edib zəfər qazananda yaxud da Allahdan ona bir nemət veriləndə dərhal Allaha üz tutub Onu anır və bütün gücün Allaha aid olduğunu zikr edir. Hz.Zülqərneyn də eynilə onun kimi gözəl əxlaq sahibidir. Sözügedən qövmü qorumaq üçün çəkdiyi səddin təsirli olması üçün Allahı belə zikr edir:

“Artıq nə aşa bildilər, nə də onu dəlib keçə bildilər. O (Zülqərneyn) dedi: “Bu Rəbbimdən bəxş edilən bir mərhəmətdir. Rəbbimin təyin etdiyi vaxt gəldikdə isə onu yerlə yeksan edəcəkdir. Rəbbimin vədi haqdır!”“ (“Kəhf” surəsi, 97-98).

Cinlərə Hökm Etmələri

Məlumdur ki, Peyğəmbərimiz (s.ə.v.) keçmişdə yer üzündə böyük hakimiyyət qurmuş iki liderin Hz.Süleyman və Hz.Zülqərneyn olduqlarını bildirmişdir. Bu halda Hz.Süleyman dövründə olduğu kimi Hz.Zülqərneyn dövründə də cinlər üzərində bir hakimiyyət qurulmasından danışmaq olar. İnsanların özlərinə qarşı Hz.Zülqərneydən kömək istədikləri Yəcuc və Məcuc adlı qövmün də bir cin dəstəsi olma ehtimalı ola bilər. Bu iki qissədə və xüsusilə də Hz.Süleymanla bağlı danışılanlardan cinlər mövzusundan çox geniş bəhs edilməsi çox güman ki, axırzamana da işarələr verir. Allah axırzamanda cinləri və şeytanları insanların xidmətinə verəcək ola bilər (Ən doğrusunu Allah bilir).

Qətran Və Ya Ərimiş Mis Mədənindən İstifadə Etmələri

copper

Ayədə “aynəl qıtri” ifadəsi ilə əridilmiş mis və ya qətranın Hz.Süleymanın və Hz.Zülqərneynin əmrinə verildiyi bildirilir. Şəkillərdə mis və qətrandan istifadə ilə bağlı nümunələr görünür.

Hz.Zülqərneyn Yəcuc və Məcucu ayədə “aynəl qıtri” kimi keçən bir maddədən istifadə edərək sədd tikməklə təsirsiz hala gətirmişdi:

“Mənə dəmir parçaları gətirin!” O iki dağın arasını bərabərləşdirən kimi; “(Körükləri) üfürün!” - dedi. (Zülqərneyn dəmiri) od halına salınca: “Mənə ərimiş mis gətirin, onun üstünə tökün!” - dedi” (“Kəhf” surəsi, 96).

“Aynəl kitri” kəlməsinin mənası “ərimiş mis mədəni” ilə yanaşı “qətran” mənasına da gəlir. Quranda Hz.Zülqərneynin istifadə etdiyi “aynəl kitri”nin Hz.Süleymanın da əmrinə verildiyi belə bildirilir:

“Süleymana da küləyi ram etdik. O səhərdən günortaya qədər bir aylıq yol, günortadan axşama qədər də bir aylıq yol gedirdi. Onun üçün mis mədənini sel kimi əridib axıtdıq. Cinlərin bir qismi Rəbbinin izni ilə onun yanında işləyirdi. Onlardan hər kəs əmrimizdən çıxırdİsa, ona cəhənnəm odunun əzabından daddırardıq” (“Səba” surəsi, 12).

Həm Hz.Zülqərneynin, həm də Hz.Süleymanı “aynəl qıtri”dən istifadə etməsi diqqətçəkici bir oxşarlıqdır. Hz.Süleyman bu maddənin köməyi ilə öz dövründəki cinlər və şeytanlar üzərində hakimiyyət qurmuş ola bilər. “Aynəl qıtri” kimi qeyd edilən bu maddənin qətran olmaq ehtimalı var. Qətran

“Köynəkləri qətrandan olacaq...” (“İbrahim” surəsi, 50) ayə ilə bildirildiyi kimi, cəhənnəmdə də olan bir maddədir.

Ayədə Hz.Süleymanın əmrinə verilən bu maddədən bəhs edildikdən sonra cinlərin də ona xidmət etdiyindən söz açılması diqqətçəkicidir. Hz.Süleyman da, Hz.Zülqərneyn də cinləri nəzarət altında saxlamaq üçün bu maddədən istifadə etmiş ola bilərlər. Bu maddənin cinlərə təsir edən bir tərəfi ola bilər (Ən doğrusunu Allah bilir).

battery

Axırzamana Aid Müjdələr

Hz.Süleyman və Hz.Zülqərneynin yaşadıqları dövrlərdə olan bu dünya hakimiyyəti bütün müsəlmanlar üçün böyük bir müjdədir. Çünki bu qissələrdə axırzamana aid mühüm işarələr var.

flowers

Allahın sərhədlərini ciddi bir şəkildə qoruyan, İslam əxlaqını dünyada hakim əxlaqa çevirmək üçün səy göstərən və heç bir çətinlik qarşısında qorxmayan müsəlmanlar bütün dövrlərdə qalib gələcəklər. Allahın köməyi və dəstəyi mütləq onların yanında olacaq.

Hz.Süleyman və Hz.Zülqərneyn yuxarıda saydığımız xüsusiyyətlərinin dünyadakı əvəzini güclü bir hakimiyyətlə (və əlbəttə ki, Allahın bir çox mənəvi lütfü ilə) almışlar. Axırzamanda eyni hakimiyyət Allahın köməyi ilə mütləq gerçəkləşəcək. Bu, Allahın iman gətirənlərə bir vədidir. Bu hakimiyyəti gerçəkləşdirəcək olanlar isə Peyğəmbərimizin (s.ə.v.) müxtəlif hədislərində də qeyd edildiyi kimi, sözügedən yüksək xüsusiyyətləri əsrlərdir özündə cəmləşdirən şərəfli türk milləti olacaq.

Üç qitəyə nizam vermiş Osmanlı Imperatorluğunun varisi olan türk milləti İslam əxlaqını bütün dünya üzərində hakim əxlaqa çevirəcək və dünya xalqlarının həsrətini çəkdiyi rahatlıq, sülh və sevgi dolu bir dünyanı mütləq quracaq. Ədalətli, mərhəmətli, sədaqətli və inanc sahibi olan böyük türk milləti bu işin öhdəsindən layiqincə gələcək.

views of the river

“Sonra sizin üçün onunla xurma və üzüm bağları yaratdıq. Sizin üçün orada bir çox meyvələr vardır ki, onlardan yeyirsiniz” (“Muminun” surəsi, 19).

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Həzrəti Süleyman
  • Hz. Süleyman'a Verilən Üstün Elm və Nemətlər
  • Hz. Süleyman'ın Möhtəşəm Hakimiyyəti və Güclü Ordusu
  • Hz. Süleyman'ın Yüksək Əxlaqı
  • Harut və Marut
  • Hz. Süleyman və Səba Məlikəsi
  • Hz. Süleyman'ın Vəfatı
  • Hz. Süleyman'ın Əmrindəki Cinlər və Heyvanlar
  • Hz. Süleyman'la Hz. Zülqərneyn Arasındakı Oxşarlıqlar
  • Quran'da Tərif Edilən İki Müxtəlif İdarəçilik
  • Səba Xalqının Məruz Qaldığı Aqibət
  • Əhdi-Ətiqdə Hz. Süleyman
  • Hz. Süleyman, Hz. Zülqərneyn və Mehdi Oxşarlıqları
  • Nəticə
  • Quran'da Cinlər
  • Quran'da Şeytan