Hz. Süleyman'ın Yüksək Əxlaqı

Kitabın bura qədər olan bölmələrində Allahın Hz.Süleymana verdiyi müxtəlif elmlərdən, möhtəşəm səltənətindən və güclü ordusundan bəhs etdik. Hz.Süleymanın Quranda göstərilən ən önəmli xüsusiyyətlərindən biri isə heç şübhəsiz ki, sahib olduğu yüksək əxlaqıdır. O, həyatı boyu insanları Allahın razı olacağı din əxlaqını yaşamağa dəvət etmiş, eyni zamanda özü də dərin imanı və gözəl əxlaqı ilə bütün insanlara nümunə olmuşdu.

Hər İşində Allaha Üz Tuturdu

“...Nə gözəl bəndə! O daim Allaha sığınan bir kimsə idi” (“Sad” surəsi, 30)

Hz.Süleymanın həyatı ilə bağlı olan Quran ayələrində ən çox diqqətçəkən mövzulardan biri onun gördüyü bütün işlərdə həmişə Allaha üz tutması, Ona dua etməsi və hər istədiyini Allaha açmasıdır.

birds

Hz.Süleyman bütpərəstliyin geniş yayıldığı bir dövrdə yaşamış, ancaq heç vaxt heç bir şeyi Allaha şərik qoşmamışdı. Sadəcə Allahın rizasını gözləmiş və Allahın dininin hakim olması üçün heç bir insanın və varlığın əmrini gözləmədən sədaqətlə yaşamışdır. Bütlərə inanan Səba ölkəsini imana dəvət edərkən də onları Allaha təslim olmağa dəvət etmiş, Günəşə səcdə etməkdən imtina etmələrini istəmişdi.

“And olsun ki, Biz Süleymanı imtahana çəkdik. Taxtının üstünə bir cəsəd atdıq. Sonra o qayıtdı: “Ey Rəbbim! Məni bağışla və mənə elə bir mülk ver ki, məndən sonra heç kəs nail ola bilməsin. Həqiqətən, Sən böyük ehsan sahibisən!” (“Sad” surəsi, 34-35).

Hz.Süleyman hər hansı bir çətinliklə, əzabla, ya da bir nemətlə qarşılaşdıqda dərhal Allaha üz tuturdu. Hər sözündə Allahı anır, hər qərarını Allahın adını anaraq verirdi. Allah Hz.Süleymanı müxtəlif yollarla sınağa çəkmiş, o da buna həmişə çox gözəl bir əxlaqla cavab vermişdi. Məsələn, yuxarıdakı ayədə də göstərildiyi kimi, Hz.Süleymanın sınandığı vaxt ilk düşündüyü şey Allaha dua etmək, Onun bağışlayan olmasına və rəhmətinə sığınmaq olmuşdu.

“...Bu, Rəbbimin lütfündəndir. Məni imtahana çəkməyi üçündür ki, görək şükr edəcəyəm, yoxsa nankor olacağam! Kim şükr etsə, yalnız özü üçün şükr edər; kim nankor olsa, həqiqətən, Rəbbim möhtac deyildir, kərəm sahibidir!” (“Nəml” surəsi, 40).

Hz.Süleyman sadəcə çətin vaxtlarında deyil, hər hansı bir zəfər və uğur əldə etdikdə də eyni əxlaq göstərmiş, daim təvazökar və Allaha möhtac bir bəndə olduğunu anlamışdır. Əldə etdiyi bütün uğurların Allah tərəfindən bir sınaq olduğunun fərqinə varmışdı. Yuxarıdakı ayədə də bildirildiyi kimi, uğurları qarşısında çox təvazökar bir davranış göstərmişdi. Bu sədaqətli qarşılıq onun hər növ uğurunun da hər növ çətinlik kimi Allah tərəfindən sınaq olduğunu bilməsinin bir nəticəsidir.

seascape

“De: “Həqiqətən, nemət Allahın əlindədir və onu istədiyi şəxsə bəxş edər...”

“...Allah rəhməti ilə genişdir. O, hər şeyi biləndir!” Allah Öz nemətini istədiyi şəxsə aid edər. Allah böyük kərəm sahibidir!” (“Ali-Imran” surəsi, 73-74)

“O vaxtı yadınıza gətirin ki, Allah peyğəmbərlərdən: “Sizə verdiyim kitab və bilikdən sonra, sizdə olanı təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz”, - deyə əhd almış və onlara: “Bunu təsdiq edib, ağır olan əhdimi qəbul etdinizmi? - demişdi. Onlar da: “Təsdiq etdik!” - deyə cavab vermişdilər. Allah: “Elə isə şahid olun! Mən də sizinlə bərabər şahidlərdənəm”, - deyə buyurmuşdu!” (“Ali-Imran” surəsi, 81).

Həmişə Allaha Şükr Edən Bir Bəndə İdi

“Siz ey Davud ailəsi! Şükranlıqla itaət edin! Bəndələrimdən şükr edəni azdır!” (“Səba” surəsi, 13).

Allah Hz.Davud kimi Hz.Süleymana da əvvəllər heç kimsəyə verilməmiş nemətlər bəxş etmiş, ona Allaha şükr etməsi üçün bir çox şeylər lütf etmişdi. Hz.Süleyman bu nemətlər üçün hər zaman şükr etmiş, təvazökar və sədaqətli davranmış, hər işində Allaha üz tutmuşdu. Çünki daha öncə də qeyd etdiyimiz kimi, o, bütün nemətlərin və üstün cəhətlərin Allah dərgahından gələn bir sınaq olduğunu, bu nemətlərə verəcəyi cavabla hesab günündə qarşılaşacağını bilən və bütün bunlara görə davranan bir bəndədir.

“Ey Rəbbim! Mənə və ata-anama ehsan buyurduğun nemətə şükr etmək, Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham ver! Və məni Öz mərhəmətinlə saleh bəndələrinin zümrəsinə daxil et!” (“Nəml” surəsi, 19).

Hz.Süleymanın qarışqaların öz aralarındakı danışığını eşitdikdən sonra tez Allaha üz tutması və dua etməsi ayədə bildirilmişdir. O, özünə verilən nemətlər qarşısında həmişə bunların həqiqi sahibinin Rəbbimiz olduğunu bilmiş, bütün davranış və sözləri ilə hədəfinin Allahın rizasını qazanmaq olduğunu göstərmişdir.

Allah onun bu səmimi və sədaqətli əxlaqının qarşılığını çox gözəl şəkildə vermiş və onu “Həqiqətən, o, dərgahımıza yaxın olacaq və onun qayıdıb gələcəyi yer də gözəl olacaqdır” (“Sad” surəsi, 40) ayəsi ilə müjdələmişdi. Bir digər ayədə isə onu və atası Hz.Davudu “mömin bəndələrinin çoxundan üstün tutduğunu” (“Nəml” surəsi, 15) bildirmişdi.

Həmçinin Hz.Süleyman dişi qarışqaların qarışqa dəstəsinə olan qayğısını gördükdə dərhal ata-anasını xatırlamışdı. Bu, insana ana və ata vasitəsilə gələn nemətlərə (uşaqlığından ona baxılması, böyüməsi, tərbiyəsi kimi) qarşılıq olaraq bunların əsl sahibi olan Allaha şükr etməsinin vacibliyini göstərən mühüm bir dərsdir.

views of the river

“İman gətirib yaxşı işlər görənlərin mənzili isə Firdovs cənnətləri olacaqdır!” (“Kəhf” surəsi, 107)

Hz.Süleymanın Heyvanlara Olan Sevgisi

“Axşamüstü ona cins, çapar atlar göstərildiyi zaman o dedi: “Mən gözəlliyi (bu atları) Rəbbimin zikrindən dolayı sevirəm. Nəhayət, qeyb olub gizləndi” (“Sad” surəsi, 31-32).

Ayələrdən də göründüyü kimi, Hz.Süleyman duruşlarındakı və qaçışlarındakı gözəllik və ustalıqları ilə seyrçilərə böyük zövq verən bu heyvanları sevmək üçün xüsusi bir vaxt ayırmaqdadır. Və bu əsnada Allahı anaraq Onun böyüklüyünə inanmaqdadır. Bu, nümunəvi bir möminin davranışıdır: imanlı bir şəxs gördüyü gözəlliklər və bu gözəlliklərin ruhuna təsiri qarşısında Allahı zikr edər. Bu, möminlərin Allaha olan sonsuz sevgilərinin nəticəsində yaranan bir təsirlənmədir.

horseviews of the river

“Sizin minməyinizdən ötrü, həm də zinət üçün atı, qatırı və uzunqulağı O yaratdı...” (“Nəhl” surəsi, 8)

Din əxlaqının gözəlliklərindən uzaq olan insanların çoxu özünə qapalı, ətrafındakı hadisələrə və varlıqlara qarşı diqqətsiz, xoşagəlməz xarakterli olurlar. Ancaq Hz.Süleymanın davranışından göründüyü kimi, müsəlman ətrafındakı gözəlliklərə qarşı son dərəcə diqqətli, gözəllik, estetika və sənətdən zövq alan incə düşüncəli bir insandır. O, Allahın verdiyi nemətlərin fərqindədir və bunlardan zövq alıb şükür etməyi bilir. Allah “De: “Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram buyurmuşdur?” De: “Bunlar dünyada iman gətirənlər üçündür, qiyamət günündə isə yalnız möminlərə məxsusdur...” (“Əraf” surəsi, 32) ayəsi ilə dünyadakı nemətlərin əslində müsəlmanlar üçün yaradıldığını xəbər verir.

“Onları mənə qaytarın!” Sonra onların qıçlarını və boyunlarını sığallamaca başladı” (“Sad” surəsi, 33).

Hz.Süleyman içində keçirdiyi sevgini həm sözlə ifadə etməkdə, həm də əməli şəkildə göstərir. Burada Hz.Süleymanın sevgisini ifadə etmə gücünü açıq şəkildə görürük. Ümumiyyətlə, insanlar içlərindəki sevgi-məhəbbət hisslərini hər zaman doğru və gözəl şəkildə ifadə edə bilməzlər. Hətta çox vaxt bundan çəkinirlər. İnsanın bir varlığa qarşı duyduğu məhəbbəti olduğu kimi göstərə bilməsi Allahın verdiyi xüsusi bir qabiliyyətdir. Allah ayələrində bu qabiliyyəti salih qullarından olan Hz.Yəhyaya verdiyini belə bildirir:

gazelle

“(Yəhya dünyaya gəldikdən sonra ona dedik:) “Ey Yəhya! Kitabdan bərk yapış!. Biz uşaq ikən ona hikmət verdik. Biz həm də ona Öz dərgahımızdan bir mərhəmət və paklıq bəxş etdik. O, müttəqi idi” (“Məryəm” surəsi, 12-13).

* Quranda Hz.Süleymanın atlarla birlikdə başqa heyvanlara da eyni sevgini göstərməsinə dair nümunələr verilir. Bu heyvanlardan biri qarışqalardır. Hz.Süleymanın qoşunu ilə birgə gəldiyini görən bir dişi qarışqa qarışqa dəstəsinə yuvalarına girmələrini, əks təqdirdə Hz.Süleymanın və qoşununun “özləri də bilmədən” onlara zərər verə biləcəyini söyləmişdi. Dişi qarışqanın danışığında “özləri də bilmədən” ifadəsindən istifadə etməsi Süleyman peyğəmbərin hətta müharibə vəziyyətində belə qarışqalara zərər verməyəcək qədər yüksək mərhəmətinə diqqəti yönəldir.

* Hz.Süleymanın həyatına dair nümunələrin qeyd edildiyi bu ayədə müsəlmanlar üçün heyvan sevgisinin önəminə də işarə edilir. Çünki iman edən bir insan Allahın yaratdığı canlılardakı dərin hikmətləri, yaradılış gözəlliklərini daha yaxşı qavrayıb dərk edə bilir. Həmçinin heyvanlardakı ibrətlərin müfəssəl şəkildə izah edildiyi “Nəhl” surəsində “Onlarda (heyvanlarda) sizin üçün bir gözəllik var” (“Nəhl” surəsi, 6) buyrularaq bu həqiqətə diqqət çəkilir. Hz.Süleymanda gördüyümüz heyvana olan sevgisi də Allahın bu qüsursuz yaradıcılıq qüdrətinə duyulan heyranlığın ifadələrindən biridir.

* Quranda heyvanların insanlara faydalı olan tərəflərindən biri kimi təhlükəsizliyi qorumaq olduğu xəbəri verilir. Məsələn, itlərdən sahiblərinin təhlükəsizliyini təmin etmək məqsədilə istifadə edilməsinə dair işarələr var. “Kəhf” surəsinin 18-ci ayəsində Əshabi-Kəhfin itlərindən bəhs edilir. Daha bir neçə ayədə də heyvan sevgisi və heyvanlardakı yaradılış dəlillərinin incələnməsi təşviq edilir.

Hz.Süleymanın Allah Rizası Üçün Mala Sevgi Duyması

mahmud celaleddin

Mahmud Cəlaləddin. Cəli sülüs xətti, “Allahım, məni ən gözəl şəkildə ruziləndir, əxlaq və insaniyyət tərəfindən bəyənilən, günahkar olmayan yaxşı əməllər nəsib et” yazılır.

“...Mən gözəlliyi (malı) Rəbbimin zikrindən dolayı sevirəm...” (“Sad” surəsi, 32).

Ayədən də göründüyü kimi, Hz.Süleyman sahib olduğu qiymətli malları düşünüb Allahı vəsf yolu ilə ucaltmış, mal-dövlətə olan sevgisinin qaynağının Allahı zikr etmək olduğunu vurğulamışdı. Buradakı mənanı dərindən düşünmək lazımdır. Quranın digər ayələrində mal-dövlət sevgisinin insanları yolundan sapdıra biləcəyindən xəbər verilir. Məsələn, “Adiyat” surəsində belə buyurulur: “İnsan öz Rəbbinə qarşı çox nankordur. Və o özü də buna şahiddir. Həqiqətən, insan var-dövlətə çox hərisdir!” (“Adiyat” surəsi, 6-8). Mal-mülk sevgisi insanların çoxunun qəlbini kobudlaşdırır və onları dindən uzaqlaşdırır, çünki əllərindəki mal-dövləti özlərinin bir qazancı zənn edir, buna görə də təkəbbür və “müstağniyət” (Allaha möhtac olduğunu unutma) duyur və daha çox mal-dövlət əldə etmək hərisliyinə qapılırlar. Allaha qulluq etmək üçün yaşamaq əvəzinə mal-dövlət yığmaq üçün yaşayırlar. Bu səbəbdən hər bir müsəlmanın mal-mülk hərisliyindən uzaq durması lazımdır.

Ancaq Hz.Süleyman qissəsi bizə müsəlmanın mal-mülkə qafil insanlardan daha fərqli baxacağını və bu şüuru əldə etdikdən sonra mal-mülkə sahib olmağın ona Allahı anması üçün bir vəsilə olacağını göstərir. Nəzərdə tutulan şüur bütün mal-mülkün Allaha aid olduğunu, Onun göndərdiyini və yenə Onun istəyi ilə gedəcəyini bilir. Bunu bilən müsəlman ona mal-mülk veriləndə bundan lovğalanmaz və ya təkəbbürlənməz. “Mallar əlimdən gedəcək” qorxusuna da düşməz. Allahın verdiyi bütün imkanlara şükr edər və bu imkanlardan Allah rizası üçün Onun yolunda istifadə edər. Allah insana böyük bir mülk, dövlət və iqtidar nəsib edəndə də bunların hamısını bir nemət və imtahan vəsiləsi kimi görər, Allaha olan sevgi, hörmət və qorxusu daha da artar.

views of the river

“Rəhmanın Öz bəndələrinə vəd etdiyi və onların görmədiyi Ədn cənnətlərinə. Onun vədi mütləq yerinə yetəcəkdir” (“Məryəm” surəsi, 61).

Bu səbəbdəndir ki, Allaha könüldən bağlı olan salih möminlər onlara mal-mülklə iqtidar əmanət edilməsi üçün ən əziz insanlardır. Bunlardan birisi olan Hz.Süleyman kimsəyə nəsib olmayan bir iqtidarı əlində tutmasına baxmayaraq içində hər zaman sonsuz Allah sevgisi olmuş və bütün imkanları ilə Onun dininə xidmət etmişdi.

Bu ayədən mal-dövlət sevgisinin o, əgər Allah rizası üçün olarsa, məqbul olduğu anlaşılır. Əldə olunan zənginliklər Allahın rizasını qazanacaq işlərdə, Allahın sonsuz qüdrətini zikr etməkdə istifadə edilərsə, Allahın bunlardan razı qalması umulur.

“Ey Rəbbim! Məni bağışla və mənə elə bir mülk ver ki, məndən sonra heç kəs nail ola bilməsin. Həqiqətən, Sən böyük ehsan sahibisən!” (“Sad” surəsi, 35).

* Hz.Süleyman mal-dövləti Allah rizası üçün sevir və onun yolunda xərcləməsi üçün Allahdan özünə böyük bir mülk nəsib etməsini istəyir. Bu ayələrlə müsəlmanların da Allah yolunda xərcləmək üçün həyatda bənzəri olmayan bir zənginlik və mülk istəyəcəklərinə işarə edilir.

* Ayələrdən də göründüyü kimi, müsəlmanlar zənginliyə, möhtəşəm mülklərə, heyranlıq oyadan sənət əsərlərinə sahib ola bilərlər. Məlumdur ki, müsəlman dövlətlər tarix boyu gözqamaşdırıcı sənət əsərləri ortaya qoymuş, zənginlikləri və gücləri ilə bütün dünyaya səs salmışlar. Əsrlər boyu İslamın bayraqdarı olan Osmanlı Imperatorluğu buna ən açıq nümunədir. Bu böyük imperatorluqdan miras qalan əsərlər hələ də üç qitənin dörd bir yanını bəzəməkdədir.

* İman edənlərin sahib olduğu bu zənginliyin hikmətlərindən biri də insanların ürəklərinin İslama bağlanmasında əsərlərin böyük bir rol oynamasıdır. Onların sahib olduğu gözəl mülklər din əxlaqından uzaq olan və maddi dəyərlərə çox önəm verən insanlara ilk anda psixoloji təsir etmiş və onlarda dinə maraq yaratmışdı. Qarşıdakı fəsillərdə də görəcəyimiz kimi, bu, Hz.Süleymanın da Səba məlikəsinin İslamı qəbul etməsi üçün yararlandığı üsullardan biridir.

Hz.Süleymana Verilən Xüsusi Bir Elmə İşarə

“Biz Davuda və Süleymana elm verdik. Onlar dedilər: “Bizi Öz mömin bəndələrinin çoxundan üstün tutan Allaha həmd olsun!” Süleyman Davuda vərəsə oldu və dedi: “Ey insanlar! Bizə quş dili öyrədildi və hər şeydən verildi. Bu, həqiqətən, açıq-aşkar bir lütfdür!”“ (“Nəml” surəsi, 15-16).

Bu ayələrdə Hz.Davuda və Hz.Süleymana verilən xüsusi bir elmdən xəbər verilir. Ayənin davamı olaraq bu elmin “açıq-aşkar bir üstünlük” olduğunun bildirilməsi isə heç kimin bilmədiyi üstün bir elmə vaqif olduqlarına bir işarə ola bilər.

“And olsun ki, Biz Süleymanı imtahana çəkdik. Taxtının üstünə bir cəsəd atdıq. Sonra o əvvəlki vəziyyəitinə qayıtdı” (“Sad” surəsi, 34).

* Hz.Süleymanın taxtının üstünə qoyulan bir cəsədlə imtahan edilməsi yuxarıda sözügedən elmlə bağlı bir möcüzə ola bilər. Allah Hz.Süleymanı metafizik bir şəkildə, bütün canlıların yaşadığı maddə ölçüsündən çıxarıb ruh aləminə salmış ola bilər. Bu aləmdə maddə ortadan qalxmış, Hz.Süleyman taxtın da, taxtın üstündəki cəsədin də maddi varlıqlar olmayıb bir xəyaldan ibarət olduğunu anlamış ola bilər. Ruh aləmindən çıxıb yenidən maddə şəklinə keçdikdə isə bədəni ilə qovuşmuş əvvəlki halına dönmüş ola bilər.

* Hz.Süleyman bu səfəri əsnasında bədəninin xaricinə çıxmış və dolayısı ilə öz bədənini bir cəsəd olaraq görmüş, bunun nəticəsində də dünya həyatının dəyərsizliyini və insanın nə qədər aciz olduğunu fərq etmiş ola bilər. Dünyanın bir neçə onillik içində sonunun gələcəyini, insanın həyatda dəyər verdiyi pul, mal-mülk, zənginlik və bütün gözəlliklərin bir xəyaldan ibarət olduğunu dərk etmiş ola bilər.

* Dünya həyatının dəyərsizliyini anlayan Hz.Süleyman mülkü Allah yolunda və İslamın mənfəəti uğrunda xərcləməyin önəmini qavramış ola bilər. Həmçinin bu səfərdən dərhal sonra Hz.Süleyman Allaha özünə böyük bir mülk istəməsi üçün dua edir.

views of the river views of the river

“Sonra da Allahın neməti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər və Allahın razılığını qazanmış oldular. Həqiqətən, Allah böyük mərhəmət sahibidir” (“Ali-Imran” surəsi, 174).

“Müşriklərin xoşuna gəlməsə də, onu bütün dinlərin fövqündə etmək üçün Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!” (“Tövbə” surəsi, 33).

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Həzrəti Süleyman
  • Hz. Süleyman'a Verilən Üstün Elm və Nemətlər
  • Hz. Süleyman'ın Möhtəşəm Hakimiyyəti və Güclü Ordusu
  • Hz. Süleyman'ın Yüksək Əxlaqı
  • Harut və Marut
  • Hz. Süleyman və Səba Məlikəsi
  • Hz. Süleyman'ın Vəfatı
  • Hz. Süleyman'ın Əmrindəki Cinlər və Heyvanlar
  • Hz. Süleyman'la Hz. Zülqərneyn Arasındakı Oxşarlıqlar
  • Quran'da Tərif Edilən İki Müxtəlif İdarəçilik
  • Səba Xalqının Məruz Qaldığı Aqibət
  • Əhdi-Ətiqdə Hz. Süleyman
  • Hz. Süleyman, Hz. Zülqərneyn və Mehdi Oxşarlıqları
  • Nəticə
  • Quran'da Cinlər
  • Quran'da Şeytan