Hz. Süleyman'ın Vəfatı

stick

“Sonra (Süleymanın) ölümünü hökm etdiyimmz zaman onun öldüyünü onlara ancaq əsasını yeyən bir ağac qurdu xəbər verdi. O yerə yıxıldıqda cinlərə bəlli oldu ki, əgər onlar qeybi bilsəydilər, alçaldıçı əzab içində qalmazdılar” (“Səba” surəsi, 14).

Bir çox peyğəmbərin ölümü haqqında Quranda çox az məlumat verildiyi halda Hz.Süleymanın vəfatı haqqında çox önəmli olan bəzi açıqlamalar var. Ayələrdən bəlli olduğu kimi, Hz.Süleyman öldüyü vaxt ətrafında cinlər varmış. Çox güman ki, bu cinlər Hz.Süleyman tərəfindən onlara verilən vəzifələri başa çatdırmaq üçün çalışırdılar. Ancaq cinlər onun ölümünü hiss etmədikləri üçün işləməyə davam etdilər. Bu ayədə cinlərin qeybi bilmədiyinə diqqət çəkilir. Əgər qeybi bilsəydilər, şübhəsiz ki, Hz.Süleymanın ölümünü də qabaqcadan bilərdilər. Çünki ayədə “alçaldıcı bir əzab” kəlməsi ilə vurğulandığına görə cinlər çox ağır və yorucu bir iş görməkdədirlər.

Bu işi görmələrinin ən başlıca səbəbi isə Hz.Süleymandan qorxmaları idi. Əgər qeybi bilib Hz.Süleymanın öldüyünü duysalar, işlərini yarımçıq qoya bilərdilər. Ancaq onlar Hz.Süleyman yerə yıxılana qədər onun ölümünü bilmədilər.

Bu ayə ilə bağlı bunu da bildirmək lazımdır: ayədəki “ağac qurdu” ifadəsinin ərəbcə qarşılığı “dəbbətul-ərz”dir. Dabbə sözünün mənası “heyvan, canlı”dır. Bu kəlmə “dəbbə” kökündən törəmiş bir isimdir. “Dəbbə” yavaş yerimə, dəbələnmə deməkdir. Heyvanlar və həşəratlar haqqında işlədilir. “Ərz” sözü isə “yer” mənasındadır. Ümumiyyətlə, bu ayədə adı keçən “dəbbətul-ərzi” sözü ağac qurdu mənası ilə yanaşı hər hansı bir heyvan olaraq da nəzərdən keçirilə bilər.

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Həzrəti Süleyman
  • Hz. Süleyman'a Verilən Üstün Elm və Nemətlər
  • Hz. Süleyman'ın Möhtəşəm Hakimiyyəti və Güclü Ordusu
  • Hz. Süleyman'ın Yüksək Əxlaqı
  • Harut və Marut
  • Hz. Süleyman və Səba Məlikəsi
  • Hz. Süleyman'ın Vəfatı
  • Hz. Süleyman'ın Əmrindəki Cinlər və Heyvanlar
  • Hz. Süleyman'la Hz. Zülqərneyn Arasındakı Oxşarlıqlar
  • Quran'da Tərif Edilən İki Müxtəlif İdarəçilik
  • Səba Xalqının Məruz Qaldığı Aqibət
  • Əhdi-Ətiqdə Hz. Süleyman
  • Hz. Süleyman, Hz. Zülqərneyn və Mehdi Oxşarlıqları
  • Nəticə
  • Quran'da Cinlər
  • Quran'da Şeytan