“(Süleyman dua edib) dedi: “Ey Rəbbim! Məni bağışla və mənə elə bir mülk ver ki, məndən sonra heç kəs nail ola bilməsin. Həqiqətən, Sən böyük ehsan sahibisən!”(“Sad” surəsi, 35)
Allah Hz.Süleymanın yuxarıdakı ayədə xəbər verilən duasının müqabilində onu Öz dərgahından çox böyük nemətlərlə və üstün elmlərlə dəstəkləmiş, ona heç kimin əlinin çatmayacağı bir mülk, böyük bir səltənət, oxşarı olmayan bir hakimiyyət vermişdi. Hz.Süleymanın həyatından bəzi hissələrin qeyd edildiyi ayələrdə bu zənginlikdən, güc və iqtidardan, sahib olduğu elmlərdən istifadə qaydaları ətraflı şəkildə göstərilir.
“Biz onu (məsələnin hökmünü) dərhal Süleymana anlatdıq. Və onların hər birinə hökm və elm verdik...” (“Ənbiya” surəsi, 79)
Peyğəmbərlərin həyatını öyrəndiyimiz zaman onların verdikləri qərarlarda, müxtəlif işlərində, danışıqlarında Allahın onlara bəxş etdiyi üstün bir elmin gətirdiyi ağıl və hikmət açıq şəkildə ortaya çıxır. Hz.Süleymanın özü də hökm və elm verilmiş bir peyğəmbərdir. O, yaşadığı müddətdə eynilə atası Hz.Davud kimi “haqq ilə hökm etmiş” (“Sad” surəsi, 26), qarşısına çıxan hər növ çətinliyi ədalətlə həll etmişdi.
“Davudu və Süleymanı da yad et! O zaman ki, onlar bir tayfanın qoyunlarının girib xarab etdiyi bir əkin sahəsi haqqında hökm verirdilər və Biz də onların hökmünə şahid idik” (“Ənbiya” surəsi, 78).
Ədalət sisteminin uğurla davam etdirilməsi üçün hər şeydən əvvəl adil rəhbərlərə, ədalətlə hökm edən iman sahibi insanlara ehtiyac var. Allahın “Yunus” surəsində də bildirdiyi kimi, Hz.Süleymanın dövrü də bu ədalət anlayışının sözün əsl mənasında yaşandığı bir dövrdür: “Hər ümmətin bir peyğəmbəri vardır. Onlara peyğəmbər gəldiyi zaman aralarında ədalətlə hökm olunar və onlara zülm edilməz!” (“Yunus” surəsi, 47). Ayələrdən Hz.Süleymanın dövründə adil bir mühakimə sisteminin olduğu bilinir. Münaqişələrə nəzər salıb ədalətlə hökm verən adamlar Hz.Süleyman və Hz.Davuddur.
Hüdhüd adlı quşun lazım olan vaxtda itib yox olması və Hz.Süleymanın bu mövzuda söylədiyi söz bu baxımdan diqqətçəkicidir:
“Sonra quşları yoxlayıb dedi: “Hüdhüdü niyə görmürəm? Yoxsa o burada yoxdur? And olsun ki, ona şiddətli bir əzab verər, ya da tutub boğazını üzərəm. Yaxud da o aşkar bir dəlil gətirsin!”“ (“Nəml” surəsi, 20-21).
Hz.Süleymanın adil davranışının bir nümunəsi Hüdhüdün itməsindən sonra etdiyi bir hərəkətdir. Hz.Süleyman əvvəlcə Hüdhüdün özünü müdafiə etməsinə fürsət vermiş, onu diqqətlə dinləmiş, onu ani bir qərarla cəzalandırmamışdı. Onun açıq bir dəlil gətirməsini gözləmişdi.
"Məgər göylərdə və yerdə olanların, qanadlarını açıb uçan quşların Allahı təqdis edib şəninə təriflər dediklərini görmüsənmi? Allah onlardan hər birinin duasını, şükr-sənasını bilir. Allah onların nə etdiklərini biləndir!” ("Nur” surəsi, 41) “Biz onu dərhal Süleymana anlatdıq. Və onların hər birinə hökm və elm verdik. Biz dağları və quşları Davudla birlikdə təqdis edib tərifləsinlər deyə ona ram etdik. Bunları Biz etmişdik” (“Ənbiya” surəsi, 79) |
Hafiz Osman, Sülüs Nəsih Qitə, XVII əsr, “Səmanın Rəbbinə təvəkkül etdik, qəzanın səbəblərinə təslim olduq” yazılıb. |
God taught Prophet Solomon (pbuh) to speak the language of birds, and because of this, he formed an army squadron composed of birds. Thus, he established a relationship with them that allowed him to command them as he wished. Fully aware that this ability was the result of God's mercy, he explained to his people that this knowledge came from God and was not the result of his own effort. In this way, he clearly expressed his submission to, and need for, God.
“Ey insanlar! Bizə quş dili öyrədildi və hər şeydən verildi. Bu, həqiqətən, açıq-aşkar bir lütfdür!” (“Nəml” surəsi, 16).
Hz.Süleyman qissəsindəki bu məlumatdan bəzi mühüm nəticələr çıxır:
* Quşların digər insanların duya bilmədiyi xüsusi bir dalğa boyunda özlərinə xas bir danışıqları var. Hz.Süleymana bu xüsusi dalğadakı danışığı anlaya biləcək bir elm verilmişdi. Bu, texnoloji bir imkanla da ola bilər.
* Süleyman peyğəmbər quşların bu fərqli dalğalardakı səsli rabitəsini anlaması sayəsində onlara müxtəlif əmrlər vermiş, quşlar da onun bu əmrlərini yerinə yetirmiş ola bilərlər (Ən doğrusunu Allah bilir).
* Hz.Süleyman quşlardan bəzən xəbər aparmaqda, bəzən elə məlumat toplamaqda istifadə etmiş və bu şəkildə çox mühüm nəticələr əldə etmişdi. Bu elm onun digər ölkələrlə əlaqəsini asanlaşdırmış, əlçatmaz bölgələrə rahatlıqla getməsinə imkan vermişdi (Ən doğrusunu Allah bilir).
* Bu ayə ilə ola bilsin ki, axırzamanda oxşarı istifadə ediləcək yüksək bir texnologiyanın varlığına diqqət çəkilir. Bu qissədə sözügedən quşlarla bizim tanıdığımız adi quşlara deyil, bu gün istifadə olunan pilotsuz təyyarələrə işarə edilməsi ehtimalı da var.
* Bunlardan başqa, Hz.Süleyman digər ölkələr və düşmənləri haqqında kəşfiyyat məlumatı əldə etmək üçün quşlara ötürücü cihaz yerləşdirmiş, bu şəkildə həm təsvir, həm də səs yazısı əldə etmiş, beləliklə də bunlardan ölkəsinin idarəçiliyində müxtəlif şəkildə istifadə etmiş də ola bilər.
Quşların səs telləri yoxdur. Səs çıxarmaq üçün bir quşun səs qutusu boyunca titrəyişlər göndərilir. Bu səs qutusuna nə qədər çox əzələ bağlıdırsa, bir o qədər çox səs çıxara bilir. Məsələn, bülbüllərin çox sayda əzələsi var və onlar bir çox fərqli səslər çıxara bilirlər.1 Xüsusilə meşələr, otlaqlar və bataqlıqlar kimi bitkilərin görüşə əngəl törətdiyi yerlərdə əlaqə quşlar üçün çox mühümdür. Quşlar mahnı oxumaq, qışqırmaq, müxtəlif səslər çıxarmaqla əlaqə qururlar. Hər növün özünə xas mahnısı yaxud mahnıları var. Hətta bəzi quşların bir dyujindən çox fiti və mahnısı var. Bəzi quşlar da digər növlərin mahnılarını yaxud da insanları yamsılaya bilirlər.2 “...Hələ sizin bilmədiyiniz neçə-neçə şeylər də yaradır” (“Nəhl” surəsi, 8) |
* Hz.Süleymanın cinlər və şeytanlar üzərində böyük bir hakimiyyətinin olduğu məlumdur. Allah “Səba” və “Ənbiya” surələrində bununla bağlı belə buyurur:
“...Cinlərin bir qismi Rəbbinin izni ilə onun yanında işləyirdi.... “ (“Səba” surəsi, 12).
“...Biz şeytanlardan qəvvaslıq edənləri və başqa işlər görənləri də onun ixtiyarına verdik...” (“Ənbiya” surəsi, 82).
Bu baxımdan düşündükdə quşlardan da çox quş görkəmindəki cinlərdən meydana gələn bir ordu ola bilər.
* Başqa bir ehtimal da var ki, ayədə sözügedən quşlar cinlər tərəfindən idarə edilir. Və Süleyman peyğəmbər də cinlər vasitəsilə quşlara istədiyi bütün işləri gördürmüş ola bilər.
* Quran Allahın qiyamət gününə qədər bütün insanlar üçün keçərli saydığı Kitabdır. Buna görə Hz.Süleyman qissəsindəki hadisələrin bəziləri axırzamanda da yaşana bilər. Bu ayələr Allahın cinləri və şeytanları axırzamanda da insanların xidmətinə verəcəyinə işarə ola bilər. Yenə bu qissədə işarə edilərək diqqətin yönəldildiyi yüksək texnologiyadan axırzamandakı insanların da çox geniş şəkildə istifadə edəcəyinə diqqətimizi çəkmiş ola bilər (Ən doğrusunu Allah bilir).
Pilotsuz Təyyarə Texnologiyası |
Pilotsuz təyyarə texnologiyası gündən-günə inkişaf edir. Ölkəmizdəki IHD (Insansız Hava Daşımaları) adlı bu yeni texnologiya hər ölkənin müdafiə layihələrində ön sıralarda yer alır. Amerika Hava Qüvvələri bu baxımdan iki mühüm proqram irəli sürüb. UAV (Unmanned Aerial Vehicle - Insansız Hava Daşımaları) və UCAV (Uninhabited Combat Air Vehicle - Insansız Hərbi Hava Daşımaları) adlandırılan bu iki proqram yaxın gələcəkdə pilotsuz təyyarələrin çox önəm qazanacağını ortaya qoyur. Bu yeni texnologiyanı “yeni bir çağ” kimi təqdim edən Amerika Hava Qüvvələrinin səlahiyyətli şəxsləri sözügedən texnologiyanın pilotlu təyyarələrlə müqayisədə çox böyük üstünlüklərinin olduğunu söyləyirlər. Həm yerdən idarə edilən, həm də proqramlaşdırılaraq istifadə edilə bilən bu vasitələrin bəzi üstünlükləri bunlardır: * İnsanın həyatı ilə risk edilmir. Hər hansı bir itki vermədən kəşfiyyat aparmaq və müharibə etmək mümkündür; * Pilotsuz təyyarələrin ölçüsü kiçik olduğu üçün maddi baxımdan da sərfəlidir; * Ölçülərinə və malik olduqları texnologiyaya görə düşmən radarları tərəfindən müəyyən edilmə ehtimalları daha az olur. Məsələn, NASA-da həyata keçirilən X-36 proqramı uzunluğu 5-6 metr, çəkisi isə təxminən 600 kq olan təyyarələrin istehsalını nəzərdə tutur. Bu təyyarələr komanda mərkəzində simulyatorla işləyən pilot tərəfindən idarə olunur. Hücumlara qarşı tədbir də vasitədəki kameralardan ötürülən təsvirlərə görə yerdəki pilot tərəfindən idarə edilir; * Ölçüləri səbəbi ilə və pilotsuz olduqları üçün yüksək manevr qabiliyyətinə malikdirlər; * Sahib olduqları rəngli və infraruj kameraların köməyi ilə əlçatmaz bölgələrdən belə kəşfiyyat xəbərləri ala bilirlər. Bu qeydlər peyk vasitəsilə qİsa müddət ərzində idarə mərkəzinə çatdırıla bilər; * Araşdırmalara görə, pilotlu bir təyyarədə uçuş saatlarının 80 faizi pilotun təlimi, 20 faizi isə iş məqsədi olduğu halda insansız təyyarələrdən 100 faiz iş məqsədilə istifadə olunur. Bunun həm zaman, həm də maddi baxımdan böyük faydası var. Bu üstünlüklər pilotsuz təyyarələrin seçilməsi üçün ağıla ilk gələn səbəblərdir. Yuxarıda adını çəkdiyimiz layihələr hamısı hələ tam həyata keçirilməyib. Ancaq bu layihələr şübhəsiz ki, yaxın gələcəkdə təyyarə texnologiyasında layiq olduğu yeri tutacaq.3 |
Quşların Öz Aralarındakı Rabitə Dili | |
Quşların öz aralarında xüsusi bir rabitə dili var və bunun üçün səslərindən ustalıqla istifadə edirlər. Quşlar müəyyən səs dalğalarından - UV-A dalğa boyu - istifadə edərək əlaqə qurur. Bizim eşitmədiyimiz səs dalğalarında danışdıqları üçün biz bunları qavraya bilmirik. Quşlar balalarını, ata-analarını, cütlərini bu səslərlə tanıyır, sürülərinin toplanmasını təmin edir, bir-birini təhlükədən xəbərdar edirlər. Onlar rabitə dalğalarını dəyişib çox sürətlə məlumat daşıya bilirlər.4 Ultrasonik və transonik adlandırılan səslər normal insanın eşitməsi üçün lazım olan səs dalğalarıdır. Bir sıra quş, həşərat və ya gəmirici, yarasa, it, pişik kimi məməlilər bu yüksək dalğaları duyub onlarla rabitə qurur. İnsanlar isə bu səsləri eşidə və bu səbəbdən onlar arasındakı əlaqəni anlaya bilmir. Ancaq ayələrdən də gördüyümüz kimi, Allah Hz.Süleymana bu səsləri qəbul edəcək və anlaya biləcək bir elm və texnologiya vermiş ola bilər.5 |
Kəşfiyyat Və Xəbərləşmə Cihazlarından İstifadə Edilməsi | |
Bu gün mikrokameraların köməyi ilə kəşfiyyat məqsədli təsvir yaratma çox asanlaşıb. Əvvəllər yalnız kəşfiyyat qurumları tərəfindən istifadə edilən və texnologiyası ictimaiyyətdən gizlədilən mikrokameraları bu gün hər istəyən satın ala bilər. Qalstuk, qol saatı, stolüstü lampa və ya saat, qələm, eynək, qələmyonan, kitab, alışqan, papaq, kiçik radio, oyuncaq, səsləmə aləti, telefon, duman detektorları, bitkinin altı kimi yerlərə yerləşdirilə bilən mikrokameralar sayəsində heç kim bilmədən görüntü əldə edilir. Hər gün bir az da kiçilən bu kameraların ölçüləri 2 millimetrlə bir neçə santimetr arasındadır.7 Eyni mikrokameraları yuxarıda sadaladıqlarımızla yanaşı heyvanların üzərinə də yerləşdirmək mümkündür. Bu mikrokameraların bir çox xüsusiyyətləri var. Məsələn, bir mikro yazı aləti ilə əldə edilən görüntülər normal bir yazı aləti ilə qeyd edilənlə eyni keyfiyyətdədir. Batareya ilə işləyən bu kameralarla ağ-qara yaxud da rəngli çəkiliş aparmaq mümkündür. Bəzi kameralar fasiləsiz çəkiliş apararkən digərləri də şəraitə uyğun olaraq avtomatik dönərək hərəkət edir. Batareya ilə işləyən bu mikrokameralar saatlarla çəkiliş apara bilir. İnfraqırmızı kameralar isə təqribən 150 metrlik bir sahəni zülmət qaranlıqda qeyd edə bilir.8 Kəşfiyyat məqsədli gizli dinləmə cihazlarına ingiliscə “vuq” (“böcək”) deyilir. Bu “böcək”lər bir sahəyə yerləşdiriləndə əlaqəni əngəlləyən və ya məlumatı bir sahədən digərinə ötürən cihazlardır. Bu cihazları dinləyən şəxs hədəfdən bir neçə yüz metr uzaqda ola bilər. Bu dinləmə cihazlarının istehsalı, satışı və tətbiqi ABŞ-da milyardlarla dollarlıq bir sənayeni təşkil edir.9 Böyük cinayətlərin araşdırılmasında, telefonların dinlənilməsində bu cihazlardan geniş istifadə edilir. “Böcək” adlı dinləmə cihazlarının bir neçə növü var. Ultrasonik olanları səsi normaldan yüksəyə qaldırır. Daha sonra bu siqnal normal səs dalğasına çevrilir. |
“Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi basıb əzməsinlər!”“ (“Nəml” surəsi, 18).
Yuxarıdakı ayə belə izah edilə bilər.
* Dişi qarışqa vadiyə gələnlərin Hz.Süleymanın ordusu olduğunu anlamaqdadır. Burada çox şüurlu bir tanıma var. Bu vadidə olan qarışqaların öz aralarında danışması, ətraflarında baş verən hadisələri tam olaraq bilməsi fərqli bir cəmiyyət olacaqlarına işarə ola bilər. Bu şüurlu davranış sözügedən canlıların cin olma ehtimalını ağıla gətirir (Ən doğrusunu Allah bilir).
* Qeyd etmək lazımdır ki, burada hər hansı qarışqadan bəhs edilmir. “Qarışqa vadisi” deyilən xüsusi bir yerə və qarışqalara diqqət çəkilir. Bu da sözügedən canlıların cin olma ehtimalını qüvvətləndirir:
“(Süleyman qarışqanın) bu sözündən gülümsəyib dedi: “Ey Rəbbim! Mənə mənim özümə və ata-anama ehsan buyurduğun nemətə şükr etmək, Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham ver! Və məni Öz mərhəmətinlə saleh bəndələrinin zümrəsinə daxil et!”“ (“Nəml” surəsi, 19).
“Göylərdə və yerdə olan canlılar, hətta mələklər belə heç bir təkəbbür göstərmədən Allaha səcdə edərlər! Onlar öz üstündə olan Rəbbindən qorxar və özlərinə buyurulanları edərlər!” (“Nəhl” surəsi, 49-50) 1950-ci illərdə Amerika akademiklərinin elm və təcrübələrini bir araya gətirib dünya bazarına girmək istəyi ilə yaradılan və 4000 km-lik bir sahəni tutan Silikon vadisi Kaliforniyadakı Stenford Universitetinin rəhbərliyi ilə qurulub. Burada dünyanın dörd bir yanında elm, informasiya və yüksək texnologiya üzərində işləyən 8000 şirkət toplanıb. 300.000-ə yaxın yüksək ixtİsaslı kadr, alim, mühəndis və tədqiqatçı yüksək texnoloji məhsulların inkişaf etdirilməsi üçün burada çalışır, texnologiya sahəsində baş verən inkişafın böyük bir hissəsi burada həyata keçirilir.10 |
* Hz.Süleymanın qarışqaların öz aralarındakı danışığını eşitməsində də axırzamanda kompüter texnologiyasında əldə ediləcək irəliləyişlərə yönəlik bəzi diqqətçəkici işarələrin olması mümkündür.
* Müasir dövrdə “Silikon vadisi” termini texnologiya dünyasının mərkəzini ifadə edir. Hz.Süleyman qissəsində də bir qarışqa vadisindən bəhs edilməsi son dərəcə diqqətəlayiqdir. Allah bu ayə ilə bəlkə də axırzamanda yaşanacaq yüksək bir texnologiyaya diqqət çəkir.
* Onu da qeyd etmək lazımdır ki, hal-hazırda qarışqalardan və bəzi həşəratlardan yüksək texnologiya sahəsində geniş istifadə edilir. Bu canlıların nümunə olaraq götürülməsi yolu ilə istehsal edilən robot layihələri müdafiə sənayesindən texnologiya sahəsinə qədər və başqa bir çox yerlərdə xidmət göstərir. Ayədə bu inkişafa da işarə edilə bilər.
Mini Texnologiyalardakı Son İnkişaf: Robot Qarışqa Ordusu |
Qarışqaların nümunə götürülməsi yolu ilə inkişaf etdirilən layihələrin ən məşhuru müxtəlif ölkələrdə bir-birindən asılı olmadan aparılan “Robot qarışqa ordusu layihəsi”dir. Məsələn, Virciniya Politexnik Institutu və Virciniya Dövlət Universiteti tərəfindən aparılan bir araşdırma kiçik, ucuz və sadə robotların inkişaf etdirilməsi məqsədini güdür. Məqsəd hamısı fiziki baxımdan bir-birinin bənzəri olan bu robotlardan bir robot ordusu qurmaqdır. Layihə qurucuları bu robotların işləmə prinsiplərini bu şəkildə açıqlayır: “Qrup şəklində hərəkət etmələri, koordinasiya içində, bir dəstə halında fiziki işləri yerinə yetirmələri və ortaq qərar vermələri”. Bu robot ordularının bütün texniki və elektrik sistemləri bir qarışqa toplumunun davranışının nəzərdə tutulması yolu ilə planlaşdırılmışdır. Öz cinslərindən olan həşərat cütlərinə bənzədiklərinə görə onlara “qarışqa ordusu robotlar” deyilir. “Qarışqa ordusu robot” sistemi ilk başlanğıcda bir “material daşıma sistemi” kimi layihələndirilib. Bu ssenariyə görə, bir çox kiçik robota cisimləri əlbir şəkildə qaldırıb onları nəql etmək işi tapşırılacaqdı. Daha sonra onlardan müxtəlif işlərdə də istifadə edilməsinə qərar verildi. Mövzu ilə əlaqədar bir verilişdə bu robotlardan nə məqsədlə istifadə ediləcəyi bu şəkildə tərif edilmişdir: “Nüvə və təhlükəli maddənin təmizlənməsi, mədənçilik (materialı çıxarma və xilasetmə), mina təmizləmə, xəbərləşmə və keşik çəkmə, planet səthlərinin öyrənilməsi və qazıntılar”.11 Qarışqa robot texnologiyası sahəsində mütəxəssis olan Israel A.Vaqner tərəfindən İsrail parlamentinə təqdim edilmiş bir raportda isə qarışqa robot layihələri aşağıdakı şəkildə göstərilir: “Qarışqa-robotlar ortaq bir hədəfə çatmaq üçün planlaşdırılmış fiziki varlıqlardır. Bunların çox məhdud enerji qaynağından yararlandığı və fəaliyyət sahələrində bir çox izlər qoyaraq əlaqə qurduğu görünür. İşlərin bu robotlar arasında bölgüsü ya mərkəzi nəzarətçi və digər nümayəndələrə təlimat göndərən bir şəxs tərəfindən həyata keçirilə, ya da şəxslərin əvvəlcədən itaət etməsi şərtilə verilən bir işin tamamlanması da təmin edilə bilir. Üçüncü bir yol isə iş əsnasında bu işbirliyinin qabaqcadan qərar vermədən təbii şəkildə ortaya çıxmasıdır. Bunların istifadə məqsədi tədqiqat, xəritə çəkmə, bir evin təməlini təmizləmə, naməlum bir planeti kəşf etmə və ya bir mina sahəsini təmizləmə ola bilər”.12 Bu nümunələrdən də göründüyü kimi, qarışqaların ictimai həyatı müasir dövrdə bir çox layihələrin təməlini təşkil etməkdə və qarışqaların köməyi ilə qurulan robot texnologiyaları insanlara böyük fayda verməkdədir. Elə bu səbəblə də Hz.Süleyman qissəsində qarışqalara və onların olduğu vadiyə diqqət çəkilməsi son dərəcə mühümdür. Allah bu ayə ilə diqqəti bəlkə də Hz.Süleyman dövründəki texnoloji inkişafa cəlb edir. Məsələn, ayələrdə işlədilən “qarışqalar” ifadəsi ilə robotlardan təşkil edilmiş bir orduya işarə edilə bilər. Hz.Süleyman onun əmrinə tabe olan cinlərin və şeytanların köməyi ilə çox yüksək texnologiyaya sahib robotlardan ibarət bir ordu qurub onları müxtəlif vəzifələrlə görəvləndirmiş ola bilər. Ayələrdə xüsusilə axırzamanda robot texnologiyasında əldə ediləcək irəliləyişlərə, robotların insan həyatında mühüm bir rol oynayacağına, bir çox ağır işləri görüb onların həyatını rahat edəcəyinə işarə edilir. Şübhəsiz ki, ən doğru olanı Allah bilir. |
Today, many countries including the United States and Denmark use wind turbines to provide electricity. These turbines, by which scientists have estimated that as much as 10 percent of the world’s electricity could be provided by the middle of the twenty-first century, offer a cheap and productive alternative to fuel-driven generators. |
“Əmrilə bərəkət verdiyimiz yerə doğru şiddətlə əsən küləyi də Süleymana biz ram etdik. Biz hər şeyi bilənik!” (“Ənbiya” surəsi, 81).
* Allah küləyi Hz.Süleymanın əmrinə vermiş və ondan müxtəlif işlərində bir vasitə olaraq istifadə etməsinə imkan yaratmışdır. Bu ifadə ilə Hz.Süleyman dövründə və eyni şəkildə axırzamanda texnologiyada külək enerjisindən istifadəyə işarə edilə bilər.
* Hz.Süleymanın əmrinə “fırtına şəklindəki küləyin” verildiyini bildirməklə axırzamanda inkişaf edəcək yüksək təyyarə texnologiyasına diqqət çəkilmiş ola bilər.
“Süleymana da küləyi ram etdik. O səhərdən günortaya qədər bir aylıq yol, günortadan axşama qədər də bir aylıq yol gedirdi...” (“Səba” surəsi, 12).
* Ayədə yer alan “səhərdən günortaya qədər bir aylıq yol, günortadan axşama qədər də bir aylıq yol” ifadəsi ilə Hz.Süleymanın müxtəlif bölgələr arasında sürətli bir şəkildə hərəkət etdiyinə diqqət çəkilmiş ola bilər.
* Hz.Süleyman öz dövründə indiki təyyarə texnologiyasına bənzər bir texnologiyadan istifadə edib küləklə hərəkət edən vasitələr meydana gətirmiş və bunların vasitəsilə uzaq məsafələri qİsa zamanda qət etmiş ola bilər. Şübhəsiz ki, ən doğrusunu Allah bilir.
1. Lift 6. weight | |
Təyyarələrin qanadları təzyiq fərqi təşkil edib nəqletmə işini həyata keçirəcək şəkildə planlaşdırılıb. Uçuş qanadların ətrafında havanın hərəkət etməsi nəticəsində mümkün olur. Təyyarənin ağırlığına bərabər bir daşıma qüvvəsi ilə təkərlər yerdən aralanır və təyyarə havaya qalxır. Bu daşıma qüvvəsi bu şəkildə ortaya çıxır. Normal halda hava dalğalar şəklində yumşaq bir axına malikdir. Ancaq qanadın hərəkəti ilə birlikdə havanın axını da dəyişir. Hava bölünür və qanadın ətrafından keçir. Qanadın üst tərəfi donqar bir profilə malikdir. Bəzi fiziki qanunlara görə, qanadın üstündən keçən hava sürətlənir və bu hava qanadın altındakı havadan daha az təzyiq əmələ gətirir. Başqa sözlə, altdakı hava qanadı daha çox yuxarı qaldırdığı halda üstdəki hava onu bir qədər az aşağı sıxır. Bu təzyiq nisbəti təyyarənin altdan yuxarıya tərəf itələnməsinə və yuxarı çəkilməsinə yol açır. Bu vəziyyətdə təyyarə cazibə qüvvəsini dəf edir və onun havada qalması üçün daşıma qüvvəsi yaranır. Və təyyarə havaya qalxır. Təyyarə havaya qarşı hərəkət halında ikən yaranan qüvvəyə aerodinamik qüvvə deyilir. Təyyarənin çəkisi, yəni yerin cazibə qüvvəsi bir kütlə qüvvəsidir. Aerodinamik qüvvə isə təyyarənin ətrafındakı hava ilə təmasda olduğu hissələrdə yaranır. Bu qüvvənin səthə dik olan hissəsinə “təzyiq”, səthə toxunan hissəsinə isə “sürtünmə qüvvəsi” deyilir. Ümumi aerodinamik qüvvənin təyyarənin hərəkət yönünə dik və yuxarı tərəf olan hissəsinə “daşıma”, təyyarənin hərəkətinə paralel və geriyə tərəf olan hissəsinə isə “yan qüvvə” deyilir. Təyyarənin şaquli haldakı üfüqi uçuşuna daşıma qüvvəsi yerin cazibə qüvvəsinə zidd təsir edir. Bu iki qüvvə bərabər olanda təyyarə havada sabit şəkildə uça bilir. |
“...Onun üçün mis mədənini sel kimi əridib axıtdıq...” (“Səba” surəsi, 12)
XXI əsrdə təyyarələr XX əsrdəkilərə nisbətən çox inkişaf etmiş bir texnologiyaya sahib olacaqlar. Təyyarə şirkətləri ən çox 800 sərnişin daşıya biləcək və səsdən iki dəfə sürətli hərəkət edə bilən təyyarələrin XXI əsrin ilk yarısında insanların xidmətinə veriləcəyini bildirirlər. Məqsəd çox uzun məsafələri sərfəli və tez bir şəkildə qət etməkdir. |
“(Çətinliklərə) səbr etdikləri və ayələrimizə ürəkdən inandıqları üçün Biz onlardan əmrimizlə haqq yolu göstərən rəhbərlər təyin etmişdik” (“Səcdə” surəsi, 24) “Səba” surəsinin 12-ci ayəsində gedən “aynəl ketri” ifadəsi ərimiş mis kimi qəbul edilsə, bununla bugünkü elektrik sənayesinə işarə edildiyi ehtimal olunur. İstiliyi və elektriki ən yaxşı ötürən metallardan biri olan mis yüksək texnologiyanın başlıca maddələrindən biridir. |
Allahın Hz.Süleymanın əmrinə verdiyi böyük nemətlərdən biri də “ərimiş mis mədənidir”. Bu ayəni fərqli şəkillərdə izah etmək mümkündür.
Hz.Süleyman sərəncamında olan şeytan və cinlərdən istifadə edərək ərimiş misdən həm dekorativ, həm də istifadəyə yararlı iri qablar, qazanlar və heykəllər düzəltdirmiş ola bilər. Həmçinin bu qab, qazan və heykəllər ayələrdə qeyd edilir (“Səba” surəsi, 13).
* Ərimiş misdən istifadə ilə Hz.Süleyman dövründə elektriklə işləyən yüksək bir texnologiyanın varlığına da işarə olunur. Bildiyimiz kimi, mis elektriki və istiliyi ən yaxşı ötürən metallardan biridir və bu səbəbdən elektrik sənayesinin təməlini təşkil edir. Dünyada istehsal edilən misin mühüm bir hissəsindən elektrik sənayesində istifadə edilir.
* Hz.Süleyman dövründə çox miqdarda istehsal edilən elektrik inşaat və rabitə kimi bir çox sahələrdə istifadə edilmiş ola bilər. Ayədəki “sel kimi axıtdıq” ifadəsi də buna işarə ola bilər (Ən doğrusunu Allah bilir).
* Bəzi tədqiqatçılar ayədəki “aynəl qıtri” ifadəsini neft kimi izah edir. Müasir dövrdə neft yüksək texnologiyanın ən başlıca xammalıdır. Hz.Süleyman da neftdən öz dövrünün texnologiyasında çox geniş şəkildə istifadə etmiş ola bilər (Şübhəsiz ki, ən doğrusunu Allah bilir).
“Biz Davuda və Süleymana elm verdik. Onlar dedilər: “Bizi Öz mömin bəndələrinin çoxundan üstün tutan Allaha həmd olsun!”“(“Nəml” surəsi, 15)
|
Bu gün dənizin altındakı yataqlar neft axtarışlarının mühüm bir hissəsini təşkil edir. Platformalar vasitəsilə açılan quyular üçün yüzlərlə metr dərinliyə enirlər. |
“...Cinlərin bir qismi Rəbbinin izni ilə onun yanında işləyirdi. Onlardan hər kəs əmrimizdən çıxırdİsa, ona cəhənnəm odunun əzabından daddırardıq” (“Səba” surəsi, 12)
Allahın Hz.Süleymana bəxş etdiyi digər bir nemət də bir sıra şeytan və cinləri ona xidmətçi verməsidir. Hz.Süleyman əmrinə verilən cin və şeytanlara ordusunda, sənət işlərində və inşaat fəaliyyətində müxtəlif işlər verərək onlardan faydalanmışdı.
“Biz küləyi ona ram etdik. Külək onun əmri ilə istədiyi yerə rahatca gedirdi. Şeytanlardan olan hər bir bənnanı və qəvvası da ona tabe etdirdik” (“Sad” surəsi, 36-37)
Şeytanların Hz.Süleymanın əmrinə verilməsi ona Allah tərəfindən çox böyük bir lütfdür. Çünki şeytan yer üzünün bir çox elminə və dünyada baş verən hadisələrin gizli və ya açıq bilgilərinə sahib bir varlıqdır. Belə bir elmə sahib olan varlığı öz əmrində saxlamaq Hz.Süleymanın həm digər ölkələrlə əlaqə saxlamasını, həm də öz ölkəsini idarə etmək işini asanlaşdırmış ola bilər.
“Biz şeytanlardan qəvvaslıq edənləri və başqa işlər görənləri də onun ixtiyarına verdik. Biz onların üstündə göz olurduq” (“Ənbiya” surəsi, 82)
* Hz.Süleyman bu dalğıc şeytanları çox müxtəlif işlərlə vəzifələndirmiş ola bilər. Şeytanlar kəşfiyyat və ya hərbi xarakterli vəzifələr ala bildikləri kimi elmi vəzifələri də yerinə yetirmiş ola bilərlər. Məsələn, Hz.Süleyman onlardan dəniz altındakı zənginliklərin aşkarlanaraq bu xəzinələrin insanların xidmətinə verilməsi üçün lazımi araşdırmaların aparılması kimi işlərdə istifadə etmiş ola bilər.
* Bu ayədən belə qərara gəlmək olar ki, sadəcə torpağın üstünün deyil, dənizin altının da işlənməsinin əhəmiyyəti anlaşılır. Ancaq dənizin altındakı qızıl, neft kimi qiymətli faydalı qazıntıların çıxarılıb işlənməsi, onların insanlara faydalı və yararlı olacaq hala gətirilməsi üçün yüksək bir texnologiya lazımdır. Keçmişdə şeytanlar Hz.Süleymana bu texniki dəstəyi və insan gücünü təmin etmiş ola bilərlər.
* Axır zamanda isə dəniz altındakı zənginliklərin üzə çıxarılması Allahın insanların xidmətinə verdiyi müasir texniki alətlərin, vasitələrin və dənizaltı cihazların sayəsində daha da asanlaşmaqdadır. Ayədə bu istiqamətdə bir işarənin olması ehtimal edilir.
“Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?! Səni şaşqın vəziyyətdə tapıb yol göstərmədimi?! Səni yoxsul ikən tapıb dövlətli etmədimi?!” (“Duha” surəsi, 6-8) “Təzə ət (balıq əti) yeməyiniz, taxdığınız bəzək şeylərini çıxartmağınız üçün dənizi də sizə ram edən Odur. Nemətindən ruzi axtarmağınız üçün sən gəmilərin onu yara-yara üzüb getdiyini görürsən. Bəlkə, şükr edəsiniz!” (“Nəhl” surəsi, 14) |
* Qeyd etmək lazımdır ki, ayədə əlavə olaraq dəniz altında olan inci, mərcan kimi bəzək əşyalarının və digər nemətlərin qiymətləndirilməsinə də diqqət çəkilmiş ola bilər (Şübhəsiz ki, ən doğrusunu Allah bilir).
* Əvvəlki səhifədəki ayənin sonunda Allah “Biz onların üstündə göz olurduq” (“Ənbiya” surəsi, 82) şəklində bildirir. Bu ayə ilə Hz.Süleymanın əmrində olub dənizin dərinliklərində vəzifəsini yerinə yetirən dalğıc şeytanların göylərin və yerin Rəbbi olan Allahın nəzarəti altında olduğu bir daha xatırladılır. Allah şeytanların Hz.Süleymana üsyan etməsinə heç bir şəkildə imkan verməyəcək bir gücü də Özündən bir rəhmət olaraq peyğəmbərinə bəxş etmişdir.
“Qeybin açarları Allahın yanındadır. Onları ancaq O bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, Allah onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın!”.(“Ənam” surəsi,59) “Onun üçün nə istəsə - uca qəsrlər, heykəllər, böyük hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən iri qazanlar düzəldirdilər...” (“Səba” surəsi, 13) |
Sənət əsərlərinin Hz.Süleymanın təlimatı və rəhbərliyi ilə cin və şeytanlar tərəfindən yaradıldığı yuxarıdakı ayədən anlaşılır. Hz.Süleymanın şəxsən öz tərifləri ilə çox möhtəşəm sənət əsərləri yaratması onun çox güclü bir estetik və sənət anlayışına malik olduğuna diqqət çəkir.
“Və (həmişə) Rəbbinin sənə olan nemətiindən söhbət aç!”(“Duha” surəsi, 11) |
“Sənin ad-sanını ucaltmadıqmı?!” (“İnşirah” surəsi, 4). “Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!” (“İnşirah” surəsi, 5). |
Hz.Süleyman Allahın ona verdiyi bütün gücdən və mülkdən Allahın dinini ən gözəl şəkildə təmsil və təbliğ etmək, Rəbbimizin bənzərsiz və görkəmli səltənətinin hər kəs tərəfindən anlaşılmasına səbəb olmaq və bu yolla din əxlaqını yaymaq üçün istifadə etmişdir. İnsanlar Allaha iman gətirmələri üçün gələn dəvətə onun bu zəka, elm və sənət gücü qarşısında asan şəkildə təslim olmuşdular. Hz.Süleyman Allaha olan bağlılığının əvəzini ən gözəl şəkildə almış və bütün dünyada tanınan çox böyük bir hakimiyyət əldə etmişdi. Min illərdən bəri Hz.Süleymanın gücü və iqtidarı bir çox insanın gözünü qamaşdırmış, müxtəlif romanlara, rəsm əsərlərinə, filmlərə mövzu olmuşdur.
“Biz sizi vuruşda qorumaq üçün zireh sənətini öyrətdik. Artıq şükr edərmisiniz?” (“Ənbiya” surəsi, 80) |
Bu fəsil boyunca Hz.Süleymana verilən üstün elmlərdən və müxtəlif nemətlərdən bəhs etdik. Ancaq bu mövzuda xüsusilə vurğulanması lazım olan bir məsələ var. Ayələrdə bütün bu nemətləri verənin, elmləri anladanın və bütün hadisələri törədənin əslində aləmlərin Rəbbi olan Allah olduğu göstərilir. Hz.Süleymanın gördüyü bütün işlər Allahın istəyi və məsləhəti ilə gerçəkləşir. Məsələn, Allah ayəsində “Biz məsələnin hökmünü Süleymana anlatdıq” şəklində buyurur (“Ənbiya” surəsi, 79). Heç bir insanın Allah istəmədikcə heç bir hikmətin fərqində olmayacağı, hökm verə bilməyəcəyi bu ayədən başa düşülür. Bir insanın bir hadisəni öz qüdrəti ilə dərk etməsi, fikir yürüdüb hökm verməsi qətiyyən mümkün deyil. Çünki hökmü verən Allahdır. O, hökm və hikmət sahibi olandır. Qərarı verən şəxs isə ancaq bir icraçıdır. Allah dilədiyi üçün o qərarı verə bilir.
“Geniş, uzun zirehlər düzəlt, toxuduğun zaman ölçüyə riayət et! Və yaxşı işlər görün. Həqiqətən, Mən sizin etdiyiniz əməlləri görürəm!” (“Səba” surəsi, 11). |
Allah Hz.Süleymanın ordusunu cinlərlə və quşlarla təmin etmiş, ona yer üzündə çox güclü bir iqtidar vermişdi. Onun ordusunun qarşısına heç bir ölkə çıxa bilmir, çıxsalar belə məğlub olurdular. Allah “Ənbiya” surəsinin 80-ci ayəsində bildirdiyi kimi, Hz.Süleymana çətin vuruşlarda əsgərlərini qorumaq üçün zireh toxumaq sənətini öyrətmişdir. Bu zirehlər, dəmir papaqlar və müxtəlif vasitələr onun ordusunun daha da məğlubedilməz etmişdir. |
Eyni ayənin davamında dağların və quşların Hz.Süleymanın atası Hz.Davudla birlikdə boyun əydikləri müəyyən edildikdən sonra “Bunları Biz etmişdik” (“Ənbiya” surəsi, 79) şəklində bildirilir. Hz.Davuda geyim sənətini öyrədən, küləyə boyun əydirən, ərimiş misi Hz.Süleymanın əmrinə verən Allahdır. Allah “Ənbiya” surəsinin 81-ci ayəsində “Biz hər şeyi bilənik!” şəklində buyurmaqdadır (“Ənbiya” surəsi, 81).
Allah diləmədikcə heç bir insanın bir elmə sahib olması mümkün deyil. İnsan illər boyu oxuduğu və ya öyrəndiyi biliklər nəticəsində özünü elmli bir insan hesab edə bilər. Ancaq elmi verənin Allah olduğunu əsla unutmamaq lazımdır. Çünki bir insanın hər hansı bir elmə sahib olması Allahın o insana bəlli bir həddə bir elm verməsinin nəticəsidir. Mələklərin “Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. Hər şeyi bilən Sən. Hikmət sahibi Sənsən” (“Bəqərə” surəsi, 32) şəklindəki sözləri bu həqiqəti açıq şəkildə ifadə edir.