Kitabın əvvəlki hissəsində Hz.Süleyman qissəsindən axır zamana aid müxtəlif işarələrə toxunduq və axır zamanda, “Qızıl əsr”də İslam əxlaqının dünyada hakim olmasının Hadi simasını daşıyan bir şəxsi-mənəvinin (Mehdi) vasitəsilə olacağını bildirdik.
Peyğəmbər əfəndimizdən (s.ə.v.) rəvayət edilən hədislərdə axır zamandan və “Qızıl əsr”in əlamətlərində xəbər verilir. Gündəlik həyatımızda qarşılaşdığımız hadisələri bu əlamətlərlə müqayisə edəndə isə axır zamanın içində yaşadığımız dövr olduğunu göstərən və eyni zamanda “Qızıl əsr”in gəlişini müjdələyən bir çox işarə görməkdəyik.
Mehmed Nuri (Beşiktaşlı). Hicri 1364 tarixli sülüs xətt. Qurandan bir ayə yazılıb: “Allah hər şeyi eşidir və bilir”. |
Hədislərdə axır zamanın başlanğıcı fitnələrin çoxaldığı, savaş və qarşıdurmaların artdığı, dünyada çox böyük bir əxlaqsızlığın baş qaldırdığı, din əxlaqından uzaqlaşıldığı bir xaos dövrü kimi təsvir edilir. Sözügedən dövrdə bütün dünyada təbii fəlakətlər olacaq, kasıblıq heç bir dövrdə olmadığı qədər artacaq, cinayətlər və soyqırımılar bir-birini əvəz edəcək. Ancaq bu, axır zamanın sadəcə olaraq ilkin mərhələsidir; ikinci mərhələdə Allah Mehdini səbəb salaraq insanları bu xaosdan qurtaracaq.
Əlbəttə, burada sayılan bütün hadisələr tarixdə bir neçə dəfə yaşanmışdır. Bəşəriyyət tarix boyu dəfələrlə müharibə, təbii fəlakət və ya zəlzələ görmüşdür. Əxlaqi degenerasiya hər dövrdə müxtəlif cəmiyyətdə baş vermiş, kasıblıq və aclıq bütün dünyada yaşanmışdır. Axır zaman əlamətlərini bu hadisələrdən ayıran fərq isə bu əlamətlərin hamısının eyni dövrdə, bir-birinin ardınca və hədislərdə göstərildiyi şəkildə gerçəkləşməsidir. Burada bunu da müjdələməliyik ki, Peyğəmbərimizin (s.ə.v.) hədislərində göstərilən bu böyük xaos sadəcə müvəqqəti bir dövrdə yaşanacaq və “Qızıl əsr”in başlanması ilə bu dövrün sonu gələcək.
“Qızıl əsr” müharibələrin və savaşların sona çatdığı, insana böyük bəlalar gətirən dinsiz ideologiyaların tarixin qaranlıqlarına gömüldüyü və dünyanın bolluq, bərəkət və ədalətlə coşub-daşdığı bir dövr olacaq. İslam əxlaqı bütün dünyaya yayılacaq, insanlar axın-axın dinə meyl edəcəklər. İslam əxlaqının bu böyük hakimiyyəti - əvvəl də vurğuladığımız kimi - Peyğəmbər əfəndimizin (s.ə.v.) bəzi hədislərində Hz.Süleyman və Hz.Zülqərneynin dünya hakimiyyətlərinə bənzədilərək tərif edilmişdir. Bunlardan bəziləri belədir:
1945-ci ildən davam edən ikiqütblü dünya sistemi SSRI-nin süqutu ilə ortadan qalxdı. Bu, eyni zamanda yeni bir dünya sisteminin də başlanğıcı sayılır. |
“Bütün yer üzünün mələyi dörd dənədir. Onların ikisi - Zülqərney və Süleyman möminlərdən, digər ikisi - Nəmrud və Buhtunnəsr kafirlərdəndir. Yerə beşinci olaraq əhli beytimdən biri sahib olacaq. Yəni Mehdi” (Məktubati Rəbbani, 2/1163).
Qarşıdakı bölümlərdə axır zamanda olduğumuzu və eyni zamanda da gözəl “Qızıl əsr” dövrünün çox yaxın olduğunu göstərən əlamətlərdən bəzi nümunələr veriləcək. (Axırzaman əlamətləri ilə bağlı ətraflı məlumat üçün “Qiyamət əlamətləri”, “Qızıl əsr”, ““Qızıl əsr” və Dəbbətül-Ərz” adlı kitablarımıza baxa bilərsiniz).
“Sistemlərin dəyişdiyi bu dövrdə Mehdi adlı bir adam gələcək...” (Kitabul bürhan fi əlamət-il Məhdiyil axırzaman, səh.14).
Bu hədisdə Peyğəmbər əfəndimiz (s.ə.v.) Mehdinin “sistemlərin dəyişdiyi” bir dövrdə gələcəyini bildirmişdi. Bu hədisdə işarə edilən “sistem dəyişikliyi”nin XX əsrdə bütün dünyada hakim olan və əsrin sonlarına doğru süqut edən kommunist rejimi olması ehtimal edilir.
Berlin divarının 1989-cu ildə yıxılması kommunizmin yıxılmasının bir simvolu olaraq görülür. Kommunist ideologiyasının ən mühüm liderlərindən sayılan Leninin uca heykəllərinin yıxılıb xalq tərəfindən parça-parça edilməsi isə hədisdə bildirilən sistem dəyişikliyinin açıq sübutlarından biridir. |
XX əsrə damğasını vuran qanlı müharibələrin və soyqırımların ən böyük səbəblərindən biri materialist fəlsəfənin məhsulu olan kommunist ideologiyasının hakimiyyətidir. Bu ideologiya Avropadan Asiyaya, Cənubi Amerikadan Afrikaya qədər dünyanın böyük bir hissəsinə təsir etmiş, bir çox ölkələr illərlə kommunist rejimləri tərəfindən idarə edilmiş və kommunist təşkilatlar tərəfindən hədəfə alınmışdır. 1990-cı ilə qədər davam edən “soyuq müharibə”nin nəticəsinə soyqırımların səbəbi kommunizm olmuşdur.
Kommunist rejimləri digər ölkələrlə savaşaraq ideologiyalarını zorla yaymaqla yanaşı çox geniş kütlələri edam edərək bir çox soyqırımlar törətmiş, düşərgələrdəki ağır şərtlər və qıtlıqlar kimi üsullarla öz xalqlarına da böyük zülmlər vermişdir.
Tarixçilərin qənaətinə görə, kommunistlər XX əsr boyu 120 milyon insanın ölümünə səbəb olmuşdur. Bunların çoxu müharibə zamanı cəbhədə ölən əsgərlər deyil, kommunist dövlətlərin öz xalqının içindən öldürdüyü vətəndaşlardır. On minlərlə kişi, qadın, yaşlı, uşaq sadəcə kommunist rejimlərinin qatı vəhşilikləri üzündən həyatını itirmişdir. Bundan əlavə milyonlarla insan kommunistlərin zülmünə düçar olmuş, bu səbəbdən məcburən köçürülmüş, əllərindən malları, tarlaları alınmış və hər an öldürülmə, günahsız yerə tutulma və zülm görmə qorxusu altında yaşamışlar.
Ancaq çox güclü və sarsılmaz kimi tanınan bu ideologiyaya malik rejimlər XX əsrin sonlarına doğru yavaş-yavaş dağılmağa, güclərini itirməyə başladılar. Bu süqutun ən açıq rəmzi 1989-cu ildə Berlin divarının yıxılmasıdır. İki ildən sonra dünyanın ən böyük və güclü kommunist dövləti olan Sovetlər Birliyi yıxılmış və Şərq Bloku tamamilə parçalanmışdı. Afrikadan Hind-Çinə qədər bir coğrafiyada fərqli kommunist rejimləri bir-birinin ardınca süqut etmiş, 1945-ci ildən etibarən dünyanın sabit beynəlxalq sistemi olan “ikiqütblü dünya düzəni” ortadan qalxmış, siyasi şərhçilərin dediyi kimi, yeni bir dünya düzəni qurulmuşdur. Hədisdə bildirilən “sistem dəyişikliyi” hər kəsi çaşdıran bu hadisə ilə həyata keçmişdir.
Bu gün isə - istər kommunizmin, istərsə də onunla eyni fikrə malik digər bir totalitar sistem olan faşizmin - son ideya və siyasi qalıqları da yox olmaqda, dünya bu qanlı ideologiyalardan tamamilə təmizlənməkdədir. İslam əxlaqının dünyaya yayılması ilə bu sistemlərin bütün dünyaya gətirdiyi zülm, kədər qaranlıq və yoxsulluq yer üzündən sözün əsl mənasında silinəcək, insanlar gözəlliyə, zənginliyə, rifah və rahatlığa qovuşacaqlar. Allah çətinliklərin, qaranlıqların, müharibə və soyqırımların ardınca rəhmətinin və böyüklüyünün bir nümunəsi olaraq insanlara bənzərsiz nemətlərini verəcək.
The Syrian foreign minister says, "There is nothing going on in Syria." Assad's forces have begun oppressing the people. |
“Axır zamanda ümmətimin başına sultanlarından şiddətli bəlalar gəlir, belə ki, yerlər müsəlmanlara dar gəlir” (Kitab-ül bürhan fi əlamət-il Mehdiyy-il axır zaman, səh.12).
Bu hədis Mehdi gəlməzdən qabaq bəzi müsəlman ölkələrində din əxlaqından uzaq, zalım və qəddar xarakterli və ya bacarıqsız insanların iqtidarda olacağına işarə edir. Həqiqətən də bu gün İslam dünyasının bir hissəsində iqtidarda olan rəhbərlər müsəlman xalqa əziyyət verməkdə, mürtəce və despot rejimləri ilə insanları əzməkdədir. Bir qismində isə aqil olmayan rəhbərlər üzündən xalq müxtəlif bəlalara məruz qalır. İraq, Liviya, Suriya, Somali, Efiopiya, Əfqanıstan, Tunis və Cibuti kimi ölkələr başda olmaqla müsəlmanlar ölkəni idarə edən liderlər tərəfindən müxtəlif təzyiq və çətinliklərə məruz qalır. Müsəlmanların dini sərbəst şəkildə yaşaması və dini ibadətləri icra etməsi əngəllənir, iqtİsadi çətinliklər həyatı ağırlaşdırır. Bu ölkələrin bəzilərində baş verən hadisələrə nümunələr bunlardır.
İranla müharibədə 3 milyonluq əhalisinin təqribən 1 milyonunu itirən İraqda faşist diktator Səddam Hüseyn xalqına ağlagəlməz işgəncələr və zülm vermişdir. İraq müsəlmanları 2003-cü ilin martına qədər Səddamın faşist idarəçiliyi altında əzilməkdə, onun ağılsız siyasəti üzündən beynəlxalq blokadalara məruz qalmaqda idi.
1979-cu ildə sovet Rusiyası tərəfindən işğal edildiyi gündən bəri Əfqanıstanda qərarsızlıq və özbaşınalıq hakim olmuş, həqiqi İslamı heç bir şəkildə təmsil etməyən iqtidarlar çox qəddar, despotik və xoşagəlməz bir sistem qurmuşdular.
Afrikanın ən kiçik ölkələrindən olan Cibutidə 1977-1991-ci illər arasında 2 minə yaxın müsəlmanın qətlə yetirilməsi, 7 min insanın səbəbsiz yerə tutulub işgəncə verilməsi bir rejim tərəfindən həyata keçirilirdi.
Somalidə 1969-cu ildən 1991-ci ilə qədər təqribən 20 il birbaşa müsəlmanları hədəfə alan general-leytenant Məhəmməd Siad Biarenin liderliyində despotik bir rejim quruldu.
1- Hafiz Əsad iqtidarda olduğu 30 ildə çox böyük soyqırımlar gerçəkləşdirdi. Bunlardan biri də Hama şəhərində bir gündə 40 min müsəlmanın vəhşicəsinə öldürülməsidir. 2- Turkey, February 15, 1982 3- Əfqanıstanda 10 il davam edən Qırmızı Ordu işğalı özündən sonra on minlərlə ölü, bir o qədər də şikəst qoydu. Sovetlərin geri çəkilməsindən sonra başlayan daxili toqquşmalar isə ölkəni böyük bir xaosa sürüklədi |
Tunis 31 il Həbib Burqibanın diktator rejimi altında idarə olundu. Özünü “ömürlük prezident” elan edən Burqiba iqtidarda olduğu müddətdə müsəlman xalqını təzyiq altında saxladı.
Suriyalı müsəlmanlar Hafiz Əsədin 30 illik diktatorluğunda müxtəlif işgəncələrə məruz qaldılar. Qadınlara təcavüz edildiyi, kişilərə hər cür işgəncələrin verildiyi soyqırımlarda bəzi şəhərlər tamamilə aradan götürüldü.
1- Evrensel, March 13, 2001 2- İraq lideri Səddam Hüseyn uzun illər idi ki, həm öz xalqına, həm də qonşu ölkələrdəki müsəlmanlara qarşı böyük bir təzyiq və zülm siyasəti yürütməkdə idi. 3- Həbib Burqiba iqtidarı boyu müsəlman Tunis xalqına müxtəlif zülmlər etmişdir. 4- Somalidə iqtidara gələn rəhbərlərin ən mühüm işi İslama qarşı çıxmalarıdır. Somalidə Siad Barre dövründə başlayan vətəndaş müharibəsi hələ də davam etməkdədir. |
“Tozlu-dumanlı, qaranlıq bir fitnə görünəcək, bunu digərləri əvəz edəcək” (Kitab-ül bürhan fi əlamət-il Mehdiyy-il axır zaman, səh.26).
Bu hədisdə isə Mehdinin zühurundan əvvəl tozlu-dumanlı, qaranlıq bir fitnənin görüləcəyindən söz gedir. “Fitnə” - “insanın ağıl və qəlbini birbaşa haqdan və həqiqətdən uzaqlaşdıracaq şey, savaş, qarışıqlıq, dava, ixtilaf” kimi mənaları olan bir kəlmədir. - 15. Hədisdə bir fitnənin arxasınca toz-dumanın qalxacağı bildirilir. Üstəlik bu fitnənin “qaranlıq” kimi səciyyələndirilməsini onun haradan gəldiyi məlum olmayan, gözlənilməz bir hadisə olduğuna işarə kimi qəbul etmək olar.
Bu perspektivdən baxdıqda sözügedən hədisin 2001-ci il sentyabrın 11-də ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində meydana gələn, dünya tarixinin ən böyük terror hadisəsi kimi xarakterizə edilən basqına işarə etməsi ehtimal olunur. Televizor ekranlarından və qəzetlərdən də göründüyü kimi, bu iki böyük terror hadisəsindən sonra ətrafı böyük bir toz buludu və duman bürümüşdü.
Nyu-Yorkdakı Ümumdünya Ticarət Mərkəzinə və Vaşinqtonda Pentaqon binasına çırpılan təyyarələrin yanacağının səbəb olduğu partlayışlar nəticəsində böyük bir duman yaranmış və bu duman bütün şəhərdən və hətta uzaq ətrafdan görünəcək qədər yüksələrək yayılmışdı. Partlayışlar nəticəsində dağılan binalar isə böyük bir toz buluduna səbəb olmuş, hətta ətrafdakı insanların üst-başı da tamamilə tozla örtülmüşdü.
Bu hadisə həm dünya tarixinin ən böyük terror hücumlarından biri olması, həm də digər əlamətlərlə yaxın dövrdə baş verməsi və üstəlik hədisdə edilən tərifəbənzər xüsusiyyətlər daşıması ilə çox önəmlidir. Ümumiyyətlə, minlərlə məsum insanın ölümünə və yaralanmasına gətirib çıxaran insanlıq tarixinin bu ən böyük terror hadisəsi hədisdə xəbər verilən və Mehdinin zühurunun bir əlaməti kimi bildirilən “tozlu, dumanlı, qaranlıq fitnə” ola bilər.
Milliyet, September 12, 2001 |
Hadisə bildirilən “tozlu-dumanlı, qaranlıq fitnə” şəkillərdən göründüyü kimi, 11 sentyabr terror hücumunun açıq nümunələrindəndir. |
“Mehdidən əvvəl geniş soyqırımların baş verəcəyi böyük bir fitnə görüləcəkdir” (Əl-Qavlul müxtəsər fi əlamətil Mehdiyyil müntəzər, s.37).
Peyğəmbərimizin (s.ə.v.) Mehdinin zühuru ilə bağlı bildirdiyi hədislərin böyük bir qismi Mehdi gəlməzdən əvvəl dünyada qarışıqlıq və təhlükəsizliyin hakim olacağı üzərində qurulub. Müharibələr və qarşıdurmalarla yanaşı kütləvi soyqırımların olacağı da bu dövrün özünəməxsusluqları arasındadır. Onu da qeyd edək ki, hədisdə soyqırımların geniş yayılacağına, yəni bütün dünya səviyyəsində yaşanacağına diqqət çəkilir.
Amnesty Internationalın raportlarına görə, Səddam Hüseyn Hələbçədə 5000 dinc vətəndaşı öldürtdürmüş, minlərlə insan isə bu hadisələrdə itkin düşmüşdür. |
Ötən əsrdə iki böyük dünya müharibəsi olmuş və sırf bu müharibələrdə 65 milyon insan həyatını itirmişdir. XX əsr boyu siyasi səbəblərlə qətlə yetirilmiş vətəndaşların sayının 180 milyonu keçdiyi güman edilir. Bu, əvvəlki əsrlərlə müqayisədə fövqəladə dərəcədə böyük bir rəqəmdir. Həqiqətdə XX əsrədək dünyadakı müharibələr çox vaxt bir cəbhə savaşı şəklində olur, yəni müəyyən bir xətt üzərində mübarizə aparan ordular arasında baş verirdi. Ancaq XX əsrdən silah texnikası və bununla yanaşı inkişaf etdirilən hərbi strategiyalar “tam yekun savaş” anlayışını ortaya çıxarmış, müharibələr sadəcə cəbhədəki əsgərləri deyil, cəbhə arxasındakı vətəndaşları da hədəfə almışdı. Şəhərlərin bombalanması, kimyəvi, bioloji və nüvə silahları, soyqırım, kütləvi həbs düşərgələri kimi anlayışlar sadəcə XX əsrə xasdır.
Sözügedən vəhşiliklər sürməkdə, hal-hazırda bütün dünyada qanlı müharibələr davam etməkdədir. Bu müharibələrin ortaq xüsusiyyətləri isə onların yuxarıdakı hədisdə bildirildiyi kimi, kütləvi soyqırımların yaşandığı müharibələr olmasıdır. Bir yandan kütləvi qırğın silahlarından istifadə edilməsi, digər yandan da müharibəyə, qan tökməyə sövq edən ideoloqların hökmranlığı soyqırımların çox geniş yayılmasına səbəb olur.
Səddam Hüseynin Hələbçədə törətdiyi soyqırımdan görüntülər. |
Yaxın tarixə baxdıqda xeyli sayda insanın həyatını itirdiyi bir çox qətliam nümunələrini görmək mümkündür. Məsələn, Yuqoslaviya müharibəsi tarixə daha çox dinc əhalinin hədəf seçildiyi, qadın, uşaq, yaşlı demədən minlərlə insanın qətlə yetirildiyi bir müharibə kimi düşmüşdür. Müharibədən sonra aşkarlanan məzarlar isə soyqırımı faktlarını aşkara çıxaran geniş bir sübutdur.
1940-cı illərdən bəri Fələstin xalqına qarşı aparılan digər bir “etnik təmizləmə” əməliyyatı isə daha uzunmüddətli bir soyqırımı siyasətidir. Bu siyasətin Sabra və Şatilla soyqırımları kimi nümunələri yaşanan dəhşətli hadisələrin miqyasını göstərir.
Afrika qitəsində də tez-tez müxtəlif etnik qruplar arasında şiddətli qarşıdurmalar yaranır və minlərlə insanın həyatına son qoyur. 1997-ci ilin yazında beş böyük ölkəni - Zair, Ruanda, Uqanda, Burundi və Tanzaniyanı əhatə edən bir müharibə iki böyük qəbilə - Hutu və Tutsi qəbilələri arasında baş verdi. Bu etnik müharibədə yarım milyona yaxın insan həyatını itirdi. On minlərlə insan meşələrdə aclıq, yoxsulluq, yoluxucu xəstəliklərlə mübarizə apardı və çox böyük bir qismi öldü. Kiçik uşaqlar və südəmər körpələr sırf başqa bir qəbilədən olduqları üçün vəhşicəsinə öldürüldülər.
“Günahsız insanlar öldürülənə qədər Mehdi ortaya çıxmayacaq və bu vəhşiliklərə yerdəkilər və göydəkilər artıq dözə bilməyəcək bir hala gəldikdə zühur edəcəkdir” (Əl-Kəvlul müxtəsər fi əlamət-il Mehdiy-il müntəzər, səh.37).
Mehdinin zühuru ilə bağlı hədislərdə soyqırımların yayılacağından bəhs edilərkən bu savaşların dinc insanları hədəf seçəcəyinə xüsusi diqqət çəkilir. Əvvəllər də vurğuladığımız kimi, bu gün demək olar ki, bütün müharibələrdə başlıca hədəf dinc sakinlərdir. Müharibələr əsasən dinc xalqa qarşı yönəldilməkdə, çox vaxt uşaqlar, yaşlılar və qadınlar qətlə yetirilməkdədir. Xüsusilə də özlərini müdafiə etmək imkanı olmayan bu insanların hədəf seçilməsi müharibədə həyatını itirənlərin sayının böyük olmasına səbəb olur.
1- Yuqoslaviyada bütün insanların gözü qarşısında böyük bir soyqırım yaşandı və başa çatdı. Ancaq hələ də tapılmaqda olan məzarlar soyqırımın miqyasını ortaya qoyur.
2- Çeçenistan torpaqlarında illərdir davam edəən vuruşmalarda minlərlə günahsız insan həyatını itirdi. Bir çox insanlar da köçkün vəziyyətinə düşdülər. Bunların çoxu isə yollarda həyatını itirdi (solda). 3- Hutu və Tutsi adlı qəbilələrin etnik münaqişəsi 500.000 ölü ilə nəticələndi və Zair, Uqanda, Ruanda, Burundi və Tanzaniyaya çox pis təsir göstərdi (solda). 4- XX əsrin ikinci yarısı boyu İsrail rəhbərliyinin içindəki sionistlər müdafiəsiz Fələstin xalqına qarşı dəhşətli bir soyqırımı törətdi. Minlərlə insanın olduğu Səbra və Şatilla qətliamı bunlardan sadəcə biri idi. Bu zülm və təzyiq bu gün də çox sürətlə davam edir (yuxarıda). |
Müharibələrdə və ya müxtəlif qarşıdurmalar zamanı gerçəkləşdirilən soyqırımlarla yanaşı xüsusilə də son illərdə qarşımıza çıxan terror əməlləri də xalqın kütləvi şəkildə məhv edilməsi ilə nəticələnir. Terrorizmin məqsədi xalq arasında qorxu və dəhşət yaymaq olduğundan bu növ basqınların hədəfi də əsasən dinc əhalidir. Terrorçular ticarət mərkəzləri, restoranlar, kafelər, məktəblər kimi müdafiəsiz qadınların, gənclərin və uşaqların olduğu yerləri hədəf seçdiyi üçün dünyanın müxtəlif ölkələrində bir çox insan həyatını itirməkdədir.
Bütün dünyada həyata keçirilən terrorist hücumlarda, bombalamalarda və müharibələrdə hədəf olaraq hər zaman günahsız insanlar seçilir. |
“Heç bir yerin ondan kənar qalmayacağı bir fitnə zühur edəcək, bu fitnə qaldığı yerdən başqa hər tərəfə yayılacaq” (Əl-Qavlul müxtəsər fi əlamət-il Mehdiyy-il müntəzər, səh.21-22).
Yuxarıdakı hədisdə dünyaya fasiləsiz şəkildə yayılan və uzun müddət davam edən bir fitnədən danışılır. “Fitnə” sözü qeyd etdiyimiz kimi, “müharibə, qarışıqlıq, ixtilaf, dava” deməkdir. Sözün bu mənalarını düşündükdə görünür ki, hədisdə də ifadə edildiyi kimi, “xüsusilə də son bir əsrdir qaldığı yerdən dərhal başqa bir tərəfə yayılan” müharibələr, daxili qarşıdurmalar bütün dünyada sonu gəlmədən davam edir. Xüsusilə də arxada qoyduğumuz XX əsr “Müharibələr əsri” kimi xatırladılır. Yaşadığımız XXI əsr isə müharibə və terror əməlləri ilə başlamışdır və hələ də dünyanın dörd bir yanında davam etməkdədir.
Year-by-Year Death Toll |
Əvvəl də qeyd etdiyimiz kimi, XX əsr müharibələrində 180 milyona yaxın insan həyatını itirdi. Bəşəriyyət tarixində ilk dəfə bir əsr ərzində bu qədər insan müharibələr üzündən həyatını itirmiş oldu. Yenə də XX əsrdə hər biri ən azı 6000 insanın ölümünə səbəb olan 165 müharibə və münaqişə meydana gəldi.17.
Son 25 ildə dünyanın hansı bölgələrində müharibə və daxili qarşıdurmaların olması məsələsini nəzərdən keçirəndə dünyanın bir yerdə bitib digərində başlayan fitnələrdən qurtula bilmədiyini görmək mümkündür. Bosniya-Herseqovina, Kosovo, Albaniya, Bolqarıstan, İran, İraq, Əfqanıstan, Çeçenistan, Fələstin, İsrail, Şimali Koreya, Kamboca, Şərqi Türküstan, Efiopiya, Somali, Yəmən, Uqanda, Əlcəzair, Ruanda, Mozambik, Anqola, Konqo, Liberiya, Burundi, Sudan, Livan, Argentina, Şimali İrlandiya, Salvador, Nikaraqua son 25 ildə müharibələrin və daxili qarşıdurmaların olduğu ölkələrdən sadəcə bəziləridir.
* Deaths Per Million | 1- over 10.000 | 3- 100 to 1.000 |
XX əsrdə baş vermiş müharibə və müxtəlif vuruşmalardakı ölüm nisbətlərini göstərən tablolar. Yuxarıda 1950-1975-ci illərdə dünyanın müxtəlif yerlərində ölən insanların sayı göstərilir. Aşağıdakı tabloda isə 1975-2000-ci illər arasında dünyada ölən insanların bölgələrə görə sayı göstərilir.16 |
1- Hədisdə axır zamanın başlanğıcında bir-birini əvəzləyən fitnələrdən söz gedir. Hədisdə də qeyd edildiyi kimi, XX əsr bitib-tükənməz vuruşmaların və soyqırımların yaşandığı bir əsr idi. |
Dünyada müharibələr və toqquşmalar çoxdur, ancaq XX əsrdə meydana gələn müharibələr və soyqırımlar bütün dünya tarixində baş verənlərdən bir çox xüsusiyyətləri ilə seçilir. Qeyd edildiyi kimi, bu müharibələrdə ölənlərin sayı bütün müharibələrdə ölənlərin sayından çoxdur. Üstəlik, tarix boyu müharibələr həmişə bir zonada baş vermiş, bir yerdən digərinə sıçrayaraq bütün dünyaya yayılmamışdı. XX əsrdə isə bu toqquşmalar bütün dünyanı bürümüşdür. Ötən əsrdə müharibə və ya toqquşma görməmiş, terror hadisələrini yaşamamış bircə ölkə belə yox kimidir.
XX əsr müharibələrini digərlərindən fərqləndirən bir başqa cəhət də güclü silahlardan istifadə edilməsidir. Bu əsrdə xüsusilə də nüvə və kimyəvi silahlardan istifadə edilməsi ilə çox dəhşətli soyqırımlar törədilmiş, sadəcə o müharibəni görən nəsillər deyil, sonrakı bir və ya bir neçə nəsil də böyük zərər görmüşdür. Bunların başında 1945-ci ildə Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılan atom bombaları gəlir.
İndi də bioloji müharibə ən böyük təhlükələrdən biri kimi görülür. Həmçinin 11 sentyabr terror hücumlarından sonra ABŞ-da bəzi ünvanlara məktublarla göndərilən şarbon bakteriyası buna bir nümunədir və indidən bir çox insanın ölümünə səbəb olmuşdur.
Nəticə olaraq deyək ki, hədisdə sözügedən və dünyanın bir çox yerinə yayılan fitnənin XX əsrdə başlayan və XXI əsrdə də davam edən müharibələr, toqquşmalar, qarşıdurmalar və terror hadisələrinin olması ehtimalı çox yüksəkdir. Bütün bunlar “Qızıl əsr”in yaxınlaşmasının və axır zamanın yaşanmaqda olmasının əlamətləri ola bilər.
“İnsanların ümidsiz olduğu və “Heç Mehdi-filan yoxmuş” dediyi vaxt Allah Mehdini göndərir...” (Kitab-ül bürhan əlamət-il Mehdiyy-il axır zaman, səh.55).
Yuxarıdakı hədisdə “Qızıl əsr”in əlamətlərindən birinin insanların “Mehdinin gəlməyəcəyinə görə” bir ümidsizliyə qapılması olduğu bildirilir.
Axır zamanda müharibələr, aclıq, ədalətsizlik, əxlaqi tənəzzül və müxtəlif yoluxucu xəstəliklər içində yaşayan insanlar bütün bu mənfiliklərin ortadan götürüləcəyinə dair inanclarını itirir. Müsəlmanlar arasında bir çox insanlar “Qızıl əsr”in başlayıb İslam əxlaqının dünyaya hakim olacağı istiqamətindəki ümidlərini itirir və fitnələrin çoxalaraq davam edəcəyinə inanır.
Həmçinin bu gün də belə insanlara tez-tez rast gəlinir. Peyğəmbər əfəndimizin (s.ə.v.) Mehdinin gəlişi və “Qızıl əsr”də yaşanacaq gözəlliklərə aid çoxlu hədisi olsa da bir çox insanlar belə bir dövrün olmayacağını zənn edir. Elə bunun özü də axır zaman əlamətlərindən biridir. “Qızıl əsr” bu ümidsizliyin insanlar arasında geniş yayıldığı bir vaxtda Allahın insanlara olan rəhməti sayəsində başlayacaq.
“Yoxsullar çoxalacaq” (Ölüm-qiyamət-axirət və axır zaman əlamətləri, səh.455).
“Aclıq və bahalıq mümkün qədər çox yayılacaq” (Ölüm-qiyamət-axirət və axır zaman əlamətləri, səh.440).
Bu gün qəzet səhifəsindən əskik olmayan aclıq və yoxsulluq xəbərləri hədislərdə bildirilən axır zaman əlamətlərindəndir. XXI əsrdə yenə bütün dünya aclıq və yoxsulluqla mübarizə aparmaqdadır. Bu hal Allahın izni ilə “Qızıl əsr”in başlanması ilə bitəcək. |
Peyğəmbər əfəndimizin (s.ə.v.) Mehdidən əvvəl yaşanacaq aclıq və yoxsulluqla bağlı yuxarıdakı hədislərinə bənzər daha bir neçə hədisi var. Şübhəsiz ki, tarix boyu aclıq və səfalət həmişə olmuşdur. Ancaq axır zamanda yoxsulluq bütün dünyada sürətli bir şəkildə artacaq.
Bu gün dünyanın hər yerində yemək-içməkdən məhrum, sağlam şərtlər altında yaşamayan, sığınacaq yeri olmayan insanlar var. Bu hal Afrika, Asiya, Cənubi Amerika başda olmaqla Amerika və Avropa ölkələrində də geniş şəkildə davam edir. İnsanların az bir qismi çox böyük bir rahatlıq və rifah içində yaşayarkən milyonlarla insan yoxsulluqdan əziyyət çəkir. 2000-ci il ərəfəsində yazılan bir məqalədə dünyadakı vəziyyət bu şəkildə açıqlanır:
“Yeni bir ilə addım atarkən hər gün yoxsulluqla bağlı səbəblər üzündən 35000 uşağın həyatını itirdiyi bir dünya ilə qarşı-qarşıya gəlirik. Bu da hər 2,5 saniyədə bir uşağın öldüyünü göstərir. Elə bir dünya ilə qarşılaşırıq ki, yoxsulluqla yaşayan insanların sayı hər gün artır və axır vaxtda bu rəqəm 1,5 milyarddır. Bu da Çinin əhalisinin sayında artıq, Avropa Birliyi ölkələrinin ümumi əhalisinin dörd qatına bərabərdir.
...Yaşadığımız dünyada varlı ilə kasıb arasındakı fərq çox sürətlə artır. Birləşmiş Millətlər Təşkilatının rəqəmlərinə görə, 1960-cı ildə dünyada ən varlı adamların 20 faizinin ən kasıb adamların 20 faizinin var-dövlətinin 30 qatına sahibdir. Daha sonrakı 37 il ərzində zənginlər irəlilədi və 1997-ci ildə bu rəqəm, yəni ən kasıb 20 faizin 74 qatına yüksəldi.
Peyğəmbərimizin (s.ə.v.) axır zamanı təsvir edən hədislərində ən çox üzərində durduğu mövzulardan biri də aclığın, yoxsulluğun bütün dünyanı bürüməsidir. Ancaq “Qızıl əsr”də bu qaranlıq dövr başa çatacaq və Allahın vədi gerçəkləşəcək, yaşadığımız əsr aydınlıq əsri olacaq. |
Dünyanın ən varlı üç ailəsinin sərvəti toplandıqda ən az inkişaf etmiş ölkələrdəki 600 milyon insanın illik gəlirlərindən daha çox edir. Bununla yanaşı dünyanın ən kasıb 80 ölkəsindən çoxunun adambaşına illik gəliri 10 il əvvəlkinə nisbətən aşağıdır”.18
Axır zamanın ən başlıca əlamətlərindən biri də “Qızıl əsr”in bolluq və bərəkətli illərindən əvvəl çox şiddətli aclıq və qıtlığın yaşanacağıdır. Bu dövrdə insanlar quru çörəyə möhtac olacaq, aclıq üzündən ölümlər artacaq. Ancaq “Qızıl əsr” dövrünün başlanması ilə insanlar Allahdan bir rəhmət olaraq yer üzündə görünməmiş bir zənginlik və bolluqla qarşılaşacaqlar. |
“Qızıl əsr”in başlaması ilə birlikdə bütün bu çətinliklər də ortadan qalxacaq. Aclıq, yoxsulluq və səfalət yerini bolluğa, bərəkətə və zənginliyə verəcək. O dövrdə ehtiyac və yoxsulluq içində heç bir insan qalmayacaq, din Allahın Quranda buyurduğu kimi yaşanacaq və insanlar “Mallarında da dilənçinin və (abrına qısılıb dilənməyən) yoxsulun haqqı (payı) var idi” (“Zariyat” surəsi, 19) ayəsində də göstərildiyi kimi, mallarını ehtiyacı olanlara paylayacaqlar. Onsuz da İslam əxlaqının hökm sürdüyü bir cəmiyyətdə bəzi insanların varlı, bəzi insanların isə kasıb olması mümkün deyil. Çünki əgər bir insan iman edirsə, Allahın “O yoxsulu yedirtməyə rəğbət oyatmırdı. Bu gün bax burda onun yaxın bir dostu yoxdur” (“Haqqə” surəsi, 34-35) ayəsində bildirildiyi hala düşməkdən qorxar. Bu da cəmiyyətdə böyük bir ictimai ədalət, rifah və bərəkətin olmasına səbəb olur.
“İnsanlar 95-ci ilə qədər malik olacaq, yəni işləri yaxşı gedəcək, 97 və ya 99-cu ildə mülkləri zail olacaq...” (Əl-Qavlul müxtəsər fi əlamət-il Mehdiyy-il müntəzər, səh.54).
Bu hədisdə “Qızıl əsr”dən əvvəlki iqtİsadi vəziyyətlə bağlı daha geniş və müfəssəl məlumatlar verilir.
1 - The Black Sea | 6 - Jordan |
Xəritədə görünən Hicazin solundakı ölkələr Şam bölgəsi kimi tanınır. |
Hədisdəki “95-ci il” ifadəsi ilə 1995-ci ilə işarə edilməsi ehtimal olunur. 1995-ci il insanların nisbətən daha yaxşı yaşadıqları həyat şərtlərinin çox ağırlaşmadığı bir dövrdür. Həmçinin hədisdə bu il içində “İşlərin yaxşı gedəcəyi” xəbər verilir. Yəni bu dövrdə insanlar müəyyən bir gəlirə sahibdir və hələ zəngindir. Ancaq 1997-1999-cu illər iqtİsadiyyatın çox zəiflədiyi, kasıbçılığın artdığı bir dövrdür. Bu illər arasında malın və mülkün dəyəri qalmayacaq. Qarşılaşdığımız Argentina nümunəsindən də göründüyü kimi, bu hadisə həyata keçmişdir və hələ də şiddətlə davam etməkdədir.
“Ondan əvvəl Şam və Misir məlikələri öldürüləcəkdir...” (Əl-Qavlul müxtəsər fi əlamət-il Mehdiyy-il müntəzər, səh.49).
Bu hədisdə Mehdinin gəlişindən qabaq Şam və Misir rəhbərlərinin öldürəcəklərinə diqqət çəkilir.
Misirin yaxın tarixini öyrəndikdə hədisdə deyildiyi kimi, bir “məliyin” öldürüldüyü görünür: 1970-ci ildə Misirin rəhbəri olan və 11 il iqtidarda qalan Ənvər Sədat.
Ənvər Sədat 1981-ci ildə bir rəsmi parad zamanı müxaliflər tərəfindən sui-qəsd nəticəsində həyatını itirdi. Misir tarixində öldürülənlərdən digərləri də 1910-cu ildə sui-qəsdə məruz qalan baş nazir Butros Qali, 1945-ci ildə öldürülən Misir baş naziri Əhməd Mahər Paşa, 1948-ci ildə yenə bir sui-qəsd nəticəsində öldürülən Misir baş naziri Mahmud Nukraşi Paşadır.
Şam sözü isə yalnız Suriyadakı Şam şəhəri üçün deyilmir. “Şam” sözünün ərəbcə mənası “sol” anlamına gəlir və qədimdən Hicaz bölgəsinin (Məkkə və Mədinə şəhərlərinin yerləşdiyi bölgə) sol tərəfində qalan ölkələri ifadə edir. - 19. Şam bölgəsi rəhbərlərindən də çoxu sui-qəsdə məruz qalıb. Bunlardan bəziləri aşağıdakılardır:
1920-ci ildə öldürülən Suriyanın keçmiş prezidenti Səlah əl-Din Bitar;
1921-ci ildə öldürülən Suriya prezidenti Drubi Paşa;
1949-cu ildə sui-qəsdə məruz qalan Suriya prezidenti Mühsin əl-Bərazi;
1951-ci ildə öldürülən İordaniya kralı Abdullah;
1982-ci ildə bomba partladılması yolu ilə sui-qəsdə məruz qalan Livanın falangist lideri Bəşir Cəmayel... - 20.
Əvvəlki səhifələrdə axır zamanda Mehdinin zühurundan əvvəl görüləcək əlamətlərin bəzilərinə toxunduq. Bununla yanaşı Peyğəmbərimizin (s.ə.v.) hədislərində qiyamətin xırda əlamətləri kimi sayılan və qiyamətdən əvvəlki dövrdə, yəni axır zamanın başlanğıcında yaşanacaq hədislər var. Bu əlamətlər “Qızıl əsr”dən əvvəl həyata keçəcəyi üçün eyni zamanda Mehdinin zühurunun əlamətləri kimi görünür.
1- 1951-ci ildə Məscid-i Əqsada ibadət edərkən sui-qəsdə məruz qalan Iordaniya kralı Abdullah. 2- Ənvər Sədat 1981-ci ildə rəsmi bir parad zamanı müxaliflər tərəfindən hazırlanmış bir sui-qəsd nəticəsində həyatını itirmişdir. 3-bYan tərəfdə sui-qəsd zamanı çəkilmiş bir rəsm. 4-Yuxarıda Sədata sui-qəsdlə bağlı “The New Üork Times” qəzetinin xəbəri.</p> |
Qarşıdakı səhifələrdə qiyamətin bu kiçik əlamətlərinin bəzilərindən danışılır. Peyğəmbərimizdən (s.ə.v.) bizə çatan bu məlumatlar öyrəniləndə onlardan hər birinin indiki cəmiyyətdə yaşandığı görünəcək. Ancaq unutmaq olmaz ki, ilk baxışda xoşagəlməz görünən bu hadisələr əslində bolluq, bərəkət, sülh, xoşbəxtlik, təhlükəsizlik dolu bir çağın başlayacağının müjdələridir. Bütün bu hadisələrdən sonra Allah bütün insanlar üçün gözəl bir çağ açacaq. Bu, Allahın vədidir. Allah Quranda möminləri belə müjdələyir:
“(Sizi hələ) sevdiyiniz başqa bir şey də - Allah dərgahından kömək və yaxın qələbə gözləyir. Möminlərə müjdə ver!” (“Səff” surəsi, 13).
“Əmanətin qənimət, zəkatın da (altından çətinliklə çıxılacaq) bir borc kimi qəbul edilməsi...” (Qiyamət əlamətləri, səh.139).
“Böyüyə hörmət, kiçiyə mərhəmət götürüləcək. Zina uşaqları çoxalacaq. O qədər ki, kişi küçənin ortasında qadınla zina edəcək” (Qiyamət əlamətləri, səh.140).
“Dünyanın xarab olmuş yerlərinin abadlaşdırılması, abad edilmiş yerlərin təxribi qiyamətin şərt və əlamətlərindəndir” (Qiyamət əlamətləri, səh.138).
“Gözəl şəhərlər xarab ediləndə, əmanətə xəyanət ediləndə qiyamətlə sənin aranda iki barmaq arası qədər məsafə qalmış deməkdir” (Qiyamət əlamətləri, səh.143).
(Solda) 1923-cü ildə 8,3 bal gücündə zəlzələdən dağılan Tokio şəhəri. (Aşağıda) Bu gün Tokio şəhərinin yenidən inşa edilmiş halı. (Solda) 1923-cü ildə 8,3 bal gücündə zəlzələdən dağılan Tokio şəhəri. (Aşağıda) Bu gün Tokio şəhərinin yenidən inşa edilmiş halı. (Yan tərəfdə) 1991-ci ildə Andreu qasırğası ilə bir hissəsi məhv olan Mayami şəhəri. (Yuxarıda) Mayami şəhərinin indiki vəziyyəti. ( Aşağıda) 1906-cı ildə San-Fransiskoda baş vermiş zəlzələ 3000 adamın ölümünə və şəhərin böyük bir qisminin yanmasına səbəb oldu. (Kənarda) San-Fransiskonun indiki vəziyyəti. |
“İnsan qardaşını öldürməyincə qiyamət qopmaz” (Qiyamət əlamətləri, səh.141).
Çağdaş dövrdə şəhərlərin bir çoxu çoxmərtəbəli binalardan, göydələnlərdən ibarətdir. Hədisdə bildirilən hadisə tam şəkildə gerçəkləşmişdir. |
“Hər kəsin az qazancından şikayətlənməsi... Zənginlərin var-dövlətlərinə görə hörmət görməsi” (Qiyamət əlamətləri, səh.146).
Zairdə Hutu və Tutsi qəbilələri arasında vuruşmalar davam edir. Bu vuruşmalar xüsusilə çoxlu uşağın ölümünə səbəb olmuşdur. |
“İşlərin kasad getməsi. Hər kəs “sata bilmirəm, ala bilmirəm, qazana bilmirəm!” deyə şikayətlənəcək” (Qiyamət əlamətləri, səh.152).
Bu gün işsizlik, gəlirlərin azalması, insanların özlərini təmin edə bilməməsi bir çox ölkələrdə geniş şəkildə yaşanan problemdir. |
“Liderlərinizi öldürmədikcə, dünyanızda pisləriniz varis olmadıqca qiyamət qopmaz” (Qiyamət əlamətləri, səh.141).
1- 20th Chronicle, s.127 | 3- 20th Chronicle, s.335 |
Yaxın keçmişdə bir çox liderlər öldürülmüşdür. Bunlardan bəziləri ABŞ prezidenti C.F.Kennedi, Isveçin baş naziri Ulof Palme, Yuqoslaviyanın kralı I Aleksandr, Pakistanın dövlət başçısı Ziya Ül-Həqqdir. |
Bura qədər verilən hədislərdən də göründüyü kimi, axır zaman əlamətlərinin bir-birinin ardınca həyata keçməsi dünyada yaşanacaq “Qızıl əsr”i müjdələyir.
“Qızıl əsr” eynilə Hz.Süleyman dönəmində olduğu kimi zənginliyin, əzəmətin, gözəlliklərin, sülhün, rifahın, asayişin yaşandığı, Quran əxlaqının geniş yayılması ilə dünya üzərində cənnətə bənzər bir həyatın davam etdiyi bir dövr olacaq. Şübhəsiz ki, bu, dünya tarixinin son mərhələsi üçün Allahın böyük bir müjdəsi və lütfüdür. Allah bu müjdəni iman gətirən qullarına Quranda da vermişdir. Ayədə belə deyilir:
“Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, onlar üçün onların Allahın Özü bəyəndiyi dinini möhkəmləndirəcəyini və onların qorxusunu sonra əmin-amanlıqla əvəz edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, əsl fasiqlərdir!” (“Nur” surəsi, 55).
“De: “Haqq gəldi, batil yox oldu. Çünki batil yoxluğa məhkumdur!”“ (“İsra” surəsi, 81). “...Biz batili haqla rədd edərik və o da onu yox edər...” (“Ənbiya” surəsi, 18). |
Kitabın əvvəlki fəsillərində Hz.Süleymanın bütün insanlara nümunə olan əxlaqı və həyatı haqqında ətraflı danışdıq. Allaha olan səmimiyyətindən, hər işində Ona üz tutmasından, cəsarətindən, ədalətli qərar və hökmlərindən, bağışlayan, nəzakətli, qonaqpərvər, sülhpərvər olmasından və əsl xarakterindən bəhs etdik. Bunlarla yanaşı dövləti idarə etməsindən, kəşfiyyat və diplomatiya sahəsindəki uğurlarından, abadlıq işlərindən və sənətkarlıq fəaliyyətindən müxtəlif nümunələr göstərdik. Eyni şəkildə Hz.Zülqərneynlə Hz.Süleyman arasındakı oxşarlıqlardan danışaraq Hz.Zülqərneynin də Quranda vəsf edilən salih qullardan olduğunu anlatdıq.
Kitabda verilən bütün məlumatlar Hz.Süleymanın insanların hətta ağıllarına belə gətirmədiyi və bilmədiyi sənət və elm sahəsindəki işlərini ortaya qoyur. O, yaşadığı müddətdə bir çox sahələrdə fövqəladə tərəqqinin yaşanmasına səbəbkar olmuş güclü bir hökmdar, Allahın dəyərli bir elçisidir. Hz.Zülqərneyn də yenə öz dövründə dünyada hakimiyyət qurmuş, çox yüksək elmi ilə cəmiyyəti idarə etmiş bir rəhbər olmuşdur.
Hz.Süleyman və Hz.Zülqərneyn qissələrini öyrəndiyimiz zaman diqqətimizi çəkən digər bir mövzu da axır zamana aid verilən işarələrdir. Peyğəmbərimizin (s.ə.v.) hədislərindən də göründüyü kimi, “Qızıl əsr” də eynilə Hz.Süleyman və Hz.Zülqərneyn dövrlərində olduğu kimi elm, sənət, texnologiya kimi sahələrdə fövqəladə tərəqqinin yaşanacağı bir dövr olacaq. Hz.Süleyman və Hz.Zülqərneyn dövrləri keçmişdə yaşanıb, “Qızıl əsr” dövrü isə gələcəkdə yaşanacaq. Ancaq üçü də Allahın bizə bildirdiyi gerçək xəbərlərdir.
Mehdilik Hz.Süleymanın və Hz.Zülqərneynin yüksək əxlaqının axır zamanda yenidən, daha fərqli və geniş bir şəkildə həyata keçməsidir. Hz.Süleymanın və Hz.Zülqərneynin şəxs-i mənəviləri, məntiqləri, ruhları, ictimai baxışları axır zamanda özünü göstərəcək.
Hz.Süleyman, Hz.Zülqərneyn və Mehdi dövrləri İslamın gözəl əxlaqının dünyada geniş şəkildə yayılması və tətbiqidir. Hər üçü də Allahın bəyəndiyi dövrlərdir. Quranda və Peyğəmbərimizin (s.ə.v.) hədislərində bildirilən Buhtunasr, Nəmrud və Firon dövrləri isə şeytanın və imansızlığın hakim olduğu dövrlərdir. Bu dövrlərdən sonra Allah İslam əxlaqını necə hakim etdisə, axır zamanda, yəni dünyanın son mərhələsində də Rəbbimiz İslam əxlaqının hakim olduğu bir dövrü qullarına göstərəcək. Bax, bu, “Qızıl əsr”dir.
Bu çağ Hz.Süleyman və Hz.Zülqərneyn dövrlərinin özünü daha geniş şəkildə büruzə verməsidir. Başqa sözlə desək, Mehdilik xoşbəxtlik, sevgi, dostluq, vəfa, sülh, fədakarlıq, insanpərvərlik, qayğıkeşlik kimi xüsusiyyətlərin dünyaya hakim olmasıdır.
Hz.Süleyman və Hz.Zülqərneynlə “Qızıl əsr” dövrü arasındakı oxşarlıqlardan bəziləri belədir.
Əvvəl də qeyd etdiyimiz kimi, Hz.Süleyman və Hz.Zülqərneyn İslam əxlaqını dünyada bərqərar etmişdilər. Onlar çox geniş bir coğrafiyaya hökm etmiş, çox güclü bir orduya sahib olmuşdular və bu baxımdan onların dövrü ilə “Qızıl əsr” arasında böyük oxşarlıqlar nəzərə çarpır.
“Qızıl əsr” dövrü də İslam əxlaqının bütün dünyaya hakim olacağı, insanların axın-axın müsəlman olacaqları, inkarçı ideyaların yer üzündən silinəcəyi, dinin Peyğəmbərimizin (s.ə.v.) vaxtındakı kimi yaşanacağı bir dövrdür. “Qızıl əsr” dövründəki hakimiyyət bəzi hədislərdə belə tərif edilir:
“Mehdi şərqlə qərb arasındakı hər yeri fəth edər” (Əl-Qavlul müxtəsər fi əlamət-il Mehdiyy-il müntəzər, səh.56).
Kitabın əvvəlində Allahın Hz.Süleymana müxtəlif elmlər lütf etməsindən bəhs etdik. O, Allahın istəyi ilə cinlərə və şeytanlara hökm etmiş, quşlarla danışmış, qarışqaların öz aralarındakı danışıqlarını duya bilmiş, külək və mis mədəni onun hökmünə verilmişdi. Bunların hər biri Hz.Süleymanı digər insanlardan ayıran möcüzəvi xüsusiyyətlərdir. Hz.Zülqərneyn üçün Quranda “Belə idi. Biz hələ onun yanında daha nələr olduğunu da bilirik” (“Kəhf” surəsi, 91) şəklində bildirilir. Buradan da göründüyü kimi, o, Allahın elm verdiyi qullarındandır.
Mehdi də eynilə bu iki mübarək insan kimi xüsusi elmlərə sahib olacaqdır. Taşköprülüzadə Əhməd Əfəndi “Mövzuatul ulum” adlı əsərində (11/246) Mehdinin cifr elminə vaqif olacağını qeyd etmişdir. Digər bir hədisdə isə Mehdi haqqında bu məlumat verilir:
“O, heç kimin bilmədiyi gizli bir vəziyyətə bələdçi olduğu üçün ona Mehdi deyilmişdir” (Kitab-ül bürhan fi əlamət-il Mehdiyy-il axır zaman, səh.77).
Peyğəmbərimiz (s.ə.v.) Mehdinin eynilə Hz.Süleyman kimi heyvanların dilini biləcəyini və yenə eynilə onun kimi cinlər üzərində hakimiyyətə malik olacağını bildirmişdir:
“O, (Mehdi) doğrulanmış, quş və bütün heyvanların dillərini bilən birisidir. Onun üçün ədaləti bütün insanlar və cinlər tərəfindən cari olacaqdır” (Qiyamət əlamətləri, səh.188).
Quran ayələrindən öyrəndiyimiz kimi, Hz.Süleyman və Hz.Zülqərneyn dövrlərində elm və texnologiya sahəsində çox böyük irəliləyişlər olmuşdu. “Qızıl əsr”i təsvir edən hədislərə nəzər saldıqca da buna oxşar vəziyyətlə qarşılaşırıq.
“Qızıl əsr”də elm, texnologiya, rabitə və tibb sahəsində böyük tərəqqi olacaq. Yeni əldə edilən hər şey insanların xidmətinə veriləcək və beləliklə, dünyanın dörd bir yanında yaşayan insanların həyatı asanlaşacaq. Hədislərdə bu mövzuya aid işarələrdən biri belədir:
“...İnsan əlindəki qamçıya danışacaq...” (Qiyamət əlamətləri, səh.152).
Bəlkə də bu hədisdə gündəlik həyatımızda rabitə vasitəsi olan cib telefonuna işarə olunur (Ən doğrusunu Allah bilir).
Hədislərdə “Qızıl əsr”dəki texniki tərəqqiyə dair digər diqqətçəkici və önəmli işarə isə belədir:
“İnsanlar bir ölçək buğda əkdikdə əvəzində yeddi yüz ölçək tapacaq, insan bir neçə toxum atacaq, 700 ovuc hasil edəcəkdir... Çox yağış yağmasına baxmayaraq bir damcısı belə boşa getməyəcək” (Qiyamət əlamətləri, səh.164).
Bu hədislə texnologiyanın bir məhsulu olan maşınlar vasitəsilə müasir kənd təsərrüfatına diqqət çəkilmiş ola bilər. Bildiyimiz kimi, əvvəllər tarlaların əkilməsi və əldə edilən əkin məhsullarının yığılması üçün çox vaxt və güc tələb edilirdi. Ancaq texnologiyadakı tərəqqi kənd təsərrüfatı sahəsində çox böyük dəyişikliklərə səbəb olmuş, bu yeni müxtəlif maşınlar istər əkini, istərsə də biçini asanlaşdırmışdır. Bununla yanaşı toxum növlərinin yaxşılaşdırılması istehsalda çox böyük irəliləyişə səbəb olmuşdur. Və texnologiya inkişaf etdikcə yeni üsullar təkmilləşdirilir və məhsuldarlıq artır.
Axırzamanla bağlı hədislərdə bu dövrdə yaşanacaq tərəqqiyə də işarə edilir. Bu gün modern texnologiya ilə kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsi bu işarələrdən biridir. |
Mehdi dövründə bu sahədə çox böyük inkişaf olacaq, təsərrüfatla məşğul olan insanların həyatı asanlaşacaq (“Qızıl əsr”də yaşanacaq elmi-texniki tərəqqiyə dair ətraflı məlumat üçün bax: “Qızıl əsr”, Harun Yəhya, Vural Yayınçılıq, 1999).
“And olsun ki, peyğəmbər bəndələrimiz haqqında əvvəlcədən bu sözümüz deyilmişdi: “Onlar mütləq qalib gələcəklər. Bizim əskərlərimiz labüd olaraq zəfər çalacaqlar!”“ (“Saffat” surəsi, 171-173). |
Bu gün təsərrüfat sahəsində əldə edilən nailiyyətlə çöllər də yaşıllaşdırılmaqda və məhsuldar hala gətirilməkdədir. |
Quranda Hz.Süleymanın heyvanlarla qayğı, şəfqət və sevgi dolu davranışına dair bəzi məlumatlar verilir. Əvvəlki fəsillərdə onun qarışqalara zərər verməkdən belə çəkindiyindən, atlara olan sevgisindən danışmışdıq.
“Qızıl əsr” mərhələsində də heyvanlara olan sevgi təşviq ediləcək. Peyğəmbərimizin (s.ə.v.) hədislərində bu dövrdə hər növ heyvanı izləmək və sevə bilmək üçün şərait yaradılacağından xəbər verilir. Bu mövzudakı hədislərdən bəzisi belədir:
“İlanlar uşaqlarla, inəklər aslanlarla keçinə biləcək...” (Əl-Qavlul müxtəsər fi əlamət-il Mehdiyy-il müntəzər, səh.64).
Yuxarıdakı hədislərdən də göründüyü kimi, “Qızıl əsr”lə Hz.Süleyman dövrü arasındakı digər bir diqqətçəkici bənzərlik də heyvanlar üzərindəki hakimiyyətdir. Hz.Süleyman quşlar başda olmaqla müxtəlif canlılar üzərində necə hakimiyyət qurmuşdusa, “Qızıl əsr” dövründə də heyvanların üzərində yırtıcı heyvanların insanlara zərər verməsinin əngəllənəcəyi şəkildə bir hakimiyyət olacaq.
Hz.Süleymanın qonşu ölkələrlə olan münasibətlərində xeyirxah, bağışlayan, sülhpərvər olduğunu əvvəl də vurğulamışdıq. O, problemləri diplomatik yolla həll etməyə üstünlük verməkdə və demokratik üsullar tətbiq etməkdədir. Hz.Süleyman yaşadığı dövrdə çox yüksək bir mədəniyyət bərqərar etmiş və hakimiyyətində də diplomatiyaya, sənətə və mədəniyyətə diqqət yetirmişdi. Çox güclü, qarşısıalınmaz ordulara sahib olsa da hərbi gücündən istifadə etməmişdi. Hz.Zülqərneyn isə ətrafındakı xalqlar tərəfindən “yer üzündə əxlaqsızlığın və fitnənin qarşısına alan insan” kimi tanınmış, insanlara sülh və rahatlıq gətirən bir lider olmuşdur. Hz.Süleyman və Hz.Zülqərneyn dövrləri bu baxımdan “Qızıl əsr” dövrünə çox bənzəyir.
“Qızıl əsr”də də insanlar öz istəkləri ilə müsəlman olacaq, heç bir münaqişəyə səbəb olmadan İslam əxlaqı bütün dünyaya hakim olacaq. Bu mərhələni təsvir edən hədislər bunlardır:
“Mehdi Peyğəmbərin yolu ilə gedəcək, yatan insanı oyandırmayacaq, qan da axıtmayacaqdır” (Qiyamət əlamətləri, səh.163).
Hədislərdən də göründüyü kimi, Mehdi İslam əxlaqını bütün dünyaya sülh yolu ilə hakim edəcək, müharibə və toqquşmalardan qaçacaqdır. Mehdinin gedəcəyi yol bütün dünya miqyasında yüksək bir mədəniyyətlə insanları İslam əxlaqına cəlb etməsi olacaq. Bu mərhələdə Allahın rizası ilə aşağıdakı ayələr özünü göstərəcəkdir:
“Allahın köməyi və zəfər gəldiyi zaman; insanların dəstə-dəstə Allahın dininə daxil olduqlarını gördüyün zaman Rəbbini həmd-səna ilə təqdis et və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!” (“Nəsr” surəsi, 1-3).
Hz.Süleyman verdiyi ağıllı və sürətli qərarlarla bütün möminlər üçün gözəl bir örnəkdir. Səba ölkəsini iman etməyə dəvət etmək üçün yazdığı məktub onun təbliğ gücünü göstərərkən elm sahibi bir insanın vasitəsilə Səba məlikəsinin taxtını gətirtməsi sürətli qərar verməsini açıqlayır. Hz.Zülqərneynin Yəcuc və Məcuc adlı qövmün tərbiyəsizliyinin qarşısını almaq üçün dərhal qiyamətə qədər yıxılmayacaq güclü bir sədd tikməsi də onun gücünün və ağlının bir nümayişidir. “Qızıl əsr” də bu baxımdan Hz.Süleyman və Hz.Zülqərneyn dövrünə çox böyük oxşarlıq göstərəcək.
“Qızıl əsr” dövründə insanlar dəstə-dəstə İslama üz tutacaq, bunun üçün çox geniş əhatəli və sürətli işlər görəcəklər. Cəmiyyətlər bir-birinin arxasınca İslam əxlaqını mənimsəyəcək, əks fikirdə olanlar ortadan qalxacaq, hər növ zülm sistemi tarixin qaranlıqlarında məhv olub gedəcək. Bu mövzu ilə bağlı böyük İslam alimi Muhyiddin Ərəbi bunları bildirmişdir:
“Allah ona (Mehdiyə) o qədər güc verəcək ki, bir gecənin içində zülmü və əhlini ortadan qaldıracaq, dini iqamə edəcək, İslamı canlandıracaq, əhəmiyyətsiz bir hala gəldikdən sonra ona yenidən qiymət qazandıracaq, ölümündən sonra onu dirildəcək... Əsrində cahil, zülmkar və qorxaq olan bir adam sonra dərhal alim, cəsur və mərd olacaq... Dini Rəsulullahın (s.ə.v.) zamanında olduğu kimi eynilə tətbiq edəcək...” (Muhyiddin Ərəbi əl-Əndəlüsu, Fütuhat-ül Məkkiyə, Bab 66; Qiyamət əlamətləri, səh.186).
“Allahın köməyi və zəfər gəldiyi zaman; Insanların dəstə-dəstə Allahın dininə daxil olduqlarını gördüyün zaman Rəbbini həmd-səna ilə təqdis et və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!” (“Nəsr” surəsi, 1-3). |
Hz.Süleymanın abadlıq işlərinə göstərdiyi diqqətdən kitabın əvvəlində geniş danışmışıq. O, əmri altında işləyən bina ustası cinlərdən və şeytanlardan yararlanaraq qalalar, heykəllər, çanaqlar və qazanlar düzəltdirmişdi. Onun görkəmli sarayını görən hamı - başda Səba məlikəsi olmaqla - heyran qalmışdılar. Hz.Zülqərneynin çəkdiyi səddin tikintisində isə Allahın diləməsindən başqa yıxılmayacaq qədər güclü olan bir texnikadan istifadə edilmişdir.
“Allah: “And olsun ki, Mən və peyğəmbərlərim qalib gələcəyik!” - deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüdrət, qüvvət sahibidir!” (“Mucadələ” surəsi, 21). |
Peyğəmbər əfəndimizin (s.ə.v.) hədislərində “Qızıl əsr”də də abadlaşdırma işlərinə böyük önəm veriləcəyinə diqqət çəkilir. Bu dövrdə şəhərlərə rahatlıq və sülhlə yanaşı üstün bir mədəniyyət də gətiriləcəkdir. Bu hədislərdən biri belədir:
“Mehdi Konstantiniyyə və digər yerlərin abadlığına çalışır” (Əl-Qavlul müxtəsər fi əlamət-il Mehdiyy-il müntəzər, səh.40).
Hz.Süleyman sahib olduğu zənginliklərdən Allahın dinini anlatmaq və İslam əxlaqını dünyada yaymaq üçün çox gözəl şəkildə istifadə etmişdi. Fəth etdiyi ölkələrdə yaşayan insanları ilk olaraq Allaha iman etməyə və təslim olmağa dəvət etmişdi. Səba ölkəsinə göndərdiyi İslama dəvət məktubu bu mövzuda çox mühüm bir sübutdur. “...Rəbbimin mənə verdiyi daha yaxşıdır...” (“Kəhf” surəsi, 95) ayəsindən də gördüyümüz kimi, Hz.Zülqərneyn də Allahın neməti ilə sağlam bir iqtidara sahibdir. Və bu böyük gücdən dünyada əxlaqsızlığı əngəlləmək üçün istifadə etmişdir.
“Qızıl əsr” mərhələsində də insanlar çox böyük bir zənginliyə, sülhə və rahatlığa qovuşacaqlar. Mehdi dünyanın bütün zənginliyindən Allahın dinini hakim qılmaq üçün yararlanacaq, fəth etdiyi ölkələrdə gözəl əxlaqı və sülhü əsas götürəcəkdir. Onun tayı-bərabəri olmayan bu üsulları insanların ürəyinin İslam əxlaqına qarşı yumşalmasına səbəb olacaq və İslam əxlaqı çox qİsa müddət ərzində bütün dünyaya hakim olacaqdır. Bu mövzudakı hədislərdən bəziləri bu şəkildədir:
“...Biətdən əvvəl insanlar dəstə-dəstə ona axın edəcəklər və ora gedən hər kəs ondan bərəkət qazanacaqdır” (Əl Kəvlul müxtəsər fi əlamət-il Mehdiyy-il müntəzər, səh.25).
“De: “Ey mülkün sahibi olan Allah! Sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan...” (“Ali-Imran” surəsi, 26). “...Yer üzü Allahındır. Bəndələrindən istədiyini onun varisi edər. Aqibət müttəqilərindir!” (“Əraf” surəsi, 128). |
Ayələrdən Hz.Süleyman dövründə çox böyük bir zənginliyin yaşandığı və insanların xoş həyat sürdüyü anlaşılır. Hz.Süleymanın sarayı son dərəcə əzəmətli və gözəldir, çox böyük orduları vardır və bütün dünyaya hakim olmuşdur. “Qızıl əsr” də öz bolluq və bərəkəti ilə Hz.Süleyman dövrünə çox böyük bir bənzərlik göstərəcəkdir. İnsanlara bütün istədikləri sayılmadan, çox-çox veriləcək, havadakı quşlar belə Mehdinin xilafətindən razı olacaqdır. Peyğəmbər əfəndimizin (s.ə.v.) “Qızıl əsr”dəki bolluğu, bərəkəti və rahat şəraiti təsvir edən bəzi müfəssəl açıqlamaları belədir:
“...Ümmətin onun zamanında yaxşı və pisin bənzəri ilə nemətləndiyi bir nemətlə nemətlənəcək, səma üzəriinə bol yağış yağdıracaq, ərz bitkisindən heç bir şey saxlamayacaqdır” (Kitab-ül bürhan fi əlamət-il Mehdiyy-il axır zaman, s.9).
“...Səma yağışını endirəcək, yer bərəkətini çıxaracaq, ümmətim onun zamanında əvvəllər görünməmiş bir şəkildə rahatlığa çatacaqdır” (Kitab-ül bürhan fi əlamət-il Mehdiyy-il axır zaman, səh.9).
“Məhəmməd ümmətinin könlü zənginliklə dolacaqdır” (Əl Kəvlul müxtəsər fi əlamət-il Mehdiyy-il müntəzər, səh.20).
“Göydən çoxlu rəhmət yağacaq, yerlərdə bərəkət artacaq, bütün dəfinələri tapacaq” (Qiyamət əlamətləri, səh.164).
“Sonra da Allahın neməti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər və Allahın razılığını qazanmış oldular. Həqiqətən, Allah böyük mərhəmət sahibidir” (“Ali-Imran” surəsi, 174). |
Hz.Süleyman xoşməramlı bir hakimiyyətə malikdir və onun demokratik yollarla hərəkət etməsi diqqəti çəkməkdədir. Eyni vəziyyəti “Qızıl əsr” üçün də söyləyə bilərik.
İslam əxlaqının bütün dünyaya hakim olduğu “Qızıl əsr” dövründə də xoşməramlı və sülh dolu bir dünya bərqərar olacaqdır. İnsanlara şəfqət, qayğı və mərhəmət göstəriləcək, bütün dindən olan insanlar xoşbəxt və təhlükəsiz yaşayacaqdır. Dünya zənginlikləri insanlar arasında bərabər bölünəcək, yer üzündə kasıblıq və yoxsulluq aradan götürüləcək. Bu mövzu ilə bağlı bəzi hədislər belədir:
“Hz.Mehdi o qədər mərhəmətli olacaqdır ki, dövründə nə bir insan yuxusundan oyandırılacaq, nə də burnu qanayacaqdır” (Əl-Qavlul müxtəsər fi əlamət-il Mehdiyy-il müntəzər, səh.44).
“O (Mehdi), ərzə sahib olur və ondan əvvəlki təzyiq və zülmlə olan ərzi ədalətlə əvəz edir. Sizdən ona kim çatarsa, qar üstündə sürünəcək olsa belə ona qoşulsun, çünki o, Mehdidir” (Kitab-ül bürhan fi əlamət-il Mehdiyy-il axır zaman, səh.14).
“...Onun dövründə yaxşı insanların yaxşılığı artacaq, pislərə qarşı belə yaxşılıq edilər” (Kitab-ül bürhan fi əlamət-il Mehdiyy-il axır zaman, səh.17).
“Bütün ölkələr ona qapılarını açacaqlar... Yer üzündə təhlükəsizlik və sükut hakim olacaq” (Qiyamət əlamətləri, səh.164).
Hicri 1280 tarixli cəli sülüs xətt. “Hikmətlərin ən böyüyü Allah qorxusudur” yazılıb. |