Hz.Musa əvvəlcə Firona qarşı mübarizə apardı. Onun xalqı, yəni İsrail oğulları Hz.Musadan əvvəl kölə olaraq sıxıntı içində yaşayırdılar. Bu səbəblə də Hz.Musa bir imkan yaradan kimi Misiri xalq olaraq tərk etdi. Ancaq bu, onların hamısının səmimi olaraq iman etdiyi anlamına gəlmirdi. Aralarında iman etmədikləri halda xalq psixologiyası ilə hərəkət edən insanlar da var idi. Böyük bir qismi ehtimalən Hz.Musanı onları zülmdən qurtaran bir siyasi lider kimi görürdü. Buna görə də haqq dinə tabe olmaq əvəzinə fürsət tapdıqca həmişə qədim bütpərəst dinlərinə dönməyə çalışırdılar. Bu səbəblə də hər fürsətdə Hz.Musa ilə mübarizə edib, onun gətirdiyi haqq dindən dönməyə çalışıblar.
Allah əvvəlcə İsrail oğullarını on iki ayrı cəmiyyət olaraq Hz.Musaya böldürdü:
İsrail oğullarının böyük bir qismi imanı qəlblərinə tam yerləşdirə bilməmişdi. Hətta bir dəfə Hz.Musadan Allahı onlara göstərməsini istəmişdilər. Yaxşıcə ədəbsizlik edərək əgər göstərməsə, ona inanmayacaqlarını söylədilər:
Bu kafir xalqın müəyyən bir özəlliyi davamlı olaraq tamahkar və nankor bir ruh halında olması idi. Allah onları aclıqdan qurtarmaq üçün möcüzəvi bir qida bəxş etmişdi. Quranda “qüdrət halvası və bildirçin” kimi bildirilən bu yemək Allahın ikramı olsa da İsrail oğulları bir müddət sonra bundan gileylənməyə başladılar:
“Üstünüzə buludla kölgə saldıq və: “Ruzi olaraq verdiyimiz halal şeylərdən yeyin!” - deyərək sizə qüdrət halvası və bildirçin göndərdik. Onlar isə Bizə deyil, ancaq özlərinə zülm etmiş oldular” (“Bəqərə” surəsi, 57).
“Xatırlayın ki, siz: “Ya Musa! Biz eyni təama heç vaxt dözməyəcəyik! Rəbbinə dua et ki, bizim üçün torpağın bitirdiyi şeylərdən -tərəvəzindən, sarımsağından, mərciməyindən və soğanından yetirsin!” - dediniz. “Siz xeyirli olan şeyləri bu cür alçaq şeylərlə dəyişdirmək istəyirsiniz? O halda şəhərlərdən birinə gedin, istədiyinizi orada taparsınız!” - demişdi. Onlara zəlillik, miskinlik damğası vuruldu və Allahın qəzəbinə düçar oldular. Bu onların Allahın ayələrini inkar etdiklərinə və peyğəmbərləri haqsız yerə öldürdüklərinə görə idi. Bu onların asi olduqlarına və həddi aşdıqlarına görə idi” (“Bəqərə” surəsi, 61).
Burada Hz.Musanın xalqının nankor hərəkətlərindən daha biri açıq göründü.
Hz.Musanın xalqı haqq dini gerçəkdən qavraya bilməmişdi. Daha əvvəl də diqqət yetirdiyimiz kimi, peyğəmbərlərinə Allah rizası üçün deyil, ehtimal ki, onu güclü və qərarlı bir lider kimi gördükləri üçün itaət edirdilər.
Həmçinin həmişə onlara gələn dini dəyişdirərək onu öz nəfslərinə və qədim dinlərinə uyğunlaşdırmağa çalışdılar. Dinin asan və təmiz yönünü görməyib, onu qarışıq və çətin hala gətirib özlərinə bütlər düzəltməyə, Allaha yönəlməyi çətinləşdirib bunu ayinləşdirməyə və arada bütləri vasitə etməyə çalışdılar.
İsrail oğullarının dinlərini çətinləşdirməyə çalışan bu qəribə məntiq ən açıq şəkildə “Bəqərə” surəsindəki bir qissədə izah edilir. Bu qissədə Allah İsrail oğullarına bir buzov kəsməyi əmr etmişdi. İstənilən şey sadəcə bir buzovun qurban edilməsidir və Hz.Musa da bunu xalqına bildirir. İsrail oğulları isə bu çox aydın və asanlıqla icra edilə biləcək əmri çətinləşdirir. Allah onlardan sadəcə bir buzov kəsmələrini istəyir, onlar isə dinin çətin və qarışıq olmasının lazımlılığını düşünərək onlardan istənilmədiyi halda xırdalıqlarla məşğul olurlar. Lazımsız və vacib olmayan xırdalıqlarla məşğul olarkən aralarındakı Allahın elçisinə “Bizi lağa qoyursan” deyə biləcək qədər də irəli gedirlər:
Yuxarıdakı qissədə də izah olunduğu kimi, Hz.Musanın xalqı Allahın əmrini yerinə yetirməkdə daima çətinlik törətdilər: hazırladıqları xırdalıqlar səbəbi ilə bu əmr haradasa icraolunmaz hala gələnə qədər təsbitləməyi qəbul etdilər. Əslində istənilən şey çox asandı: sadəcə bir buzov kəsməli idilər.
Bu gün yəhudi dininə nəzər salanda buzov qissəsində qeyd edilən xırdaçı yəhudi məntiqinin daha da artaraq davam etdiyini görmək mümkündür. Yəhudilərin dini kitabı olan Təlmudda ibadətlər və ya gündəlik yaşam haqqında ən ağlagəlməz təfsilatlar yer alır. Məsələn, bir heyvanın südünün necə sağılacağından tutmuş yandırılan bir tütsünün dumanından necə istifadə ediləcəyinə qədər saysız mövzuda heç bir dini anlam daşımayan təfərrüat yer alır. Yəhudilikdə bir insanın dindarlığının ölçüsü də bu təfsilatları nə qədər tətbiq etdiyinə görə dəyişir. Bunun əvəzinə dindarlığın təməli olan Allaha və axirətə iman məsələsi tamamən unudulur. Yəhudi dini yerinə yetirilməsi lazım olan bir qayda-qanun toplusu halına gəlib və onun Allah qorxusu, Allah rizası, Allah sevgisi kimi imani əsasları itib.
İsrail oğulları Misirdən çıxdıqdan sonra Allah onlara yurd olaraq bir torpaq vəd etmişdi. Bu səfər əsnasında Hz.Musaya etdiklərini və onu saldıqları çətinlikləri əvvəlki səhifələrdə bildirdik. Vəd edilmiş torpaqlara gələndə də çətinlik yaratmağa davam etdilər:
Onlar dedilər: “Ya Musa, orada nəhəng adamlar vardır. Onlar oradan çıxmayınca biz ora girməyəcəyik. Əgər onlar oradan çıxsalar, biz ora daxil olarıq”“ (“Maidə” surəsi, 20-22).
Allah onlara dəfələrlə kömək etmişdi. Onları sudan keçirərək Firondan qurtarmış və bu torpaqları onlara vermişdi. Oradakı əzazil xalqla dava edəcəkləri təqdirdə mütləq qalib gələcəklərini vəd etmişdi. Onlar Allaha təvəkkül etməli və elçisinə tabe olmalı idilər. Ancaq Hz.Musanın xəbərdarlıqlarına qarşı çıxdılar, qorxduqlarına görə ora girmədilər. Qorxanlardan sadəcə iki kişi Allaha təvəkkül etməyin və oraya girməyin lazım olduğunu söylədi:
İsrail oğulları bu xəbərdarlıqlara baxmayaraq Allahın elçisinə qarşı çıxıb ona sayğısızcasına səsləndilər:
Hz.Musanın xalqının azğınlığı artıq əməlli-başlı artmışdı. Onlar peyğəmbərlərinin heç bir sözünü dinləməyəcək, açıqca qarşı çıxacaq hala gəlmişdilər. Bundan sonra Musa peyğəmbər Rəbbimizə yalvarıb onu və qardaşı Hz.Harunu bu üsyankar xalqdan ayırmasını istədi:
Yuxarıdakı ayələrdən də göründüyü kimi, Allaha və elçisinə etdikləri bu üsyankarlıqdan sonra o bölgə düz qırx il İsrail oğullarına haram oldu və ora girə bilmədilər.
Hz.Musa ömrü boyunca Rəbbimizin risalətini təbliğ etməyə çalışdı. Xalqını bütlərdən ayırıb ona həqiqi dini anlatmaq üçün güc sərf etdi. Onun məqsədi Allahın razılığını qazanmaq üçün insanları xəbərdar edərək onları cəhənnəm əzabından qurtarmaq idi. Bunun üçün Fironla mübarizə apardı, öz xalqının yanlış inancını dəyişdirməyə çalışdı. Bunları edərkən həm Firondan və ətrafından, həm də öz xalqından əziyyət gördü. Ancaq Hz.Musa hər şeyi ilə Allah üçün yaşayan seçilmiş bir bəndədir və Rəbbimiz onu Fironun da, öz xalqının da sıxıntı və bəlalarından xilas etdi.
Peyğəmbərlərinin yolu ilə getməyən, onlara əmanət edilmiş dindən üz çevirən və “sən və Rəbbin get, ikiniz savaşın” deyərək nankorluq edən İsrail oğulları bütün möminlər üçün bir ibrət vəsiləsidir. Allah bütün insanları peyğəmbərindən üz çevirmiş İsrail oğulları kimi olmaması üçün belə xəbərdar edir: