Sehrbazların İman Gətirməsi

Hz.Musa ilə sehrbazların qarşılaşması Firon, sehrbazlar və tamaşaçı xalq üçün gözlənilməz bir nəticə ilə bitdi. Qalib gələcəklərinə əmin və qürurlu olan sehrbazlar məğlub oldular. Bu məğlubiyyət açıq şəkildə bütün Misir xalqının gözü önündə oldu. Bunun sehrbazlara çox böyük təsiri oldu. Sehrbazların etdikləri bir göz aldanması idi. Bunun gerçək olmadığını sehrbazlar özləri çox yaxşı bilirdilər. Hazırladıqlarını göstərir, hiylə ilə insanları inandırır və özlərinin və dolayısı ilə Firon sisteminin ilahi bir özəlliyi varmış kimi göstərirdilər. Ancaq digər tərəfdə çox fərqli vəziyyət idi. Bu, bir illüzya, ya da göz aldanması deyildi. Həqiqətən Hz.Musanın əsası onların göstərilərini udmuşdu. Sehrbazlar bunun gerçək bir möcüzə, Allahın varlığının və Onun Hz.Musaya olan dəstəyinin bir dəlili olduğunu anladılar və dərhal iman gətirdilər:

“Onlar (hamı birlikdə) səcdəyə qapanıb dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə - Musanın və Harunun Rəbbinə!”“ (“Əraf” surəsi, 120-122).

Bir anda hər şey tərsinə dönmüşdü. Qalib gələcəyinə son dərəcə əmin olan və xalqın qarşısında Hz.Musaya qarşı mübarizəyə girişən Firon alçaldı və sehrbazları da Hz.Musaya iman gətirdilər. Firon sehrbazları iman gətirməsini əvvəlcə qəbul edə bilmədi. Çünki azğınların inancına görə, Firon hər şeyin (insanların da) sahibi idi və iman gətirmək üçün insanlara onun icazə verməli olduğunu zənn edirdi:

“Firon dedi: “Mən sizə izn vermədən əvvəl siz ona iman gətirdiniz?” Bu, şübhəsiz ki, əhalisini çıxartmaq məqsədilə şəhərdə qurduğunuz bir hiylədir. Gördüyünüz işlərə görə başınıza nə oyun açacağımı biləcəksiniz!” (“Əraf” surəsi, 123).

Qəddarlıqla hökm edən Firon dərhal səhv məntiqi ilə haqlı çıxmağa çalışdı. Ortada böyük bir möcüzə var idi. Sehrbazlar yenilərək Hz.Musaya iman gətirdilər. Firon isə bu möcüzəni görüb iman gətirməkdənsə əksinə, özünün də yalan olduğunu bildiyi saxta izahlar verdi və ssenarilər qurdu. Onun iddiasına görə, sehrbazlarla Hz.Musa bərabər hərəkət edib Misirdə hakim olmaq üçün belə bir şey hazırlamış, hətta sehri də Hz.Musadan öyrənmişdilər:

“...O, həqiqətdə sizə sehr öyrədən böyüyünüzdür...” (“Taha” surəsi, 71).

Firon Allahın açıq ayələrini, möcüzəsini görsə də dirənib onlara qarşı çıxırdı. Şübhəsiz, bu, ən dəyişməz inkarçı məntiqlərindən biridir. İnkarçılıqda israr edən insanlar ən açıq möcüzəni görsələr də onu saxta adlandıracaq bir ruh halında olurlar. Öz inkarlarını düzgün göstərmək üçün hər cür məntiqdənkənar yola əl atarlar. Fironun göstərdiyi qəti inadcıllıq Allahın varlığını, birliyini, dinin haqq olduğunu qəbul etmək istəməyən saysız-hesabsız inkarçıda da hər dövrdə və hər cəmiyyətdə görünür.

Ancaq Firon bu inadcıllığın onu xilas etməyəcəyini bilirdi. Sehrbazların məğlub olması və sonra da iman gətirməsi səbəbi ilə onların xalqın arasındakı nüfuzu sarsılmışdı. Fironun bu vəziyyəti düzəltməsi və cəmiyyətə təzyiqini hansısa bir şəkildə davam etdirməsi lazım idi. Buna görə zülmə əl atdı və iman gətirən sehrbazları işgəncə ilə öldürməklə təhdid etdi. Ancaq sehrbazlar Allahın ayəsinin gerçək olduğunu açıqca gördülər və tamamilə Ona tərəf yönəldilər. Bu zaman iman gətirən sehrbazların qərarlı sözlərinə Quranda bir neçə yerdə yer verilir:

“Mən də sizin əl-ayağınızı çarpaz kəsdirib xurma ağaclarının kötüklərindən asacağam. Onda hansımızın əzabının daha şiddətli və daha sürəkli olduğunu biləcəksiniz! (Sehrbazlar) dedilər: “Biz heç vaxt səni bizə gələn bu açıq möcüzələrdən və bizi yaradandan üstün tutmayacağıq. İndi nə hökm edəcəksənsə, et. Sən ancaq bu dünyada hökm edə bilərsən! Biz, həqiqətən, Rəbbimizə iman gətirdik ki, O bizi günahlarımıza və sənin bizi məcbur etdiyin sehrə görə bağışlasın. Allah daha xeyirli və daha baqidir!” (“Taha” surəsi, 71- 73).

“Dedilər: “Zərəri yoxdur, biz öz Rəbbimizə tərəf dönəcəyik! Biz ilk iman gətirənlər olduğumuza görə Rəbbimizin xətalarımızı bağışlayacağına ümid edirik!”“ (“Şüəra” surəsi, 50-51).

Ayələrdə də xəbər verildiyi kimi, iman gətirən bu insanlar Fironun təhdidləri qarşısında iradə göstərib ona boyun əymədilər. Çünki onlar artıq anlamışdılar ki, öldürsələr də hər şeyi Yaradan, hər şeyin Rəbbi olan, üstün və güclü olan Allaha dönəcəklər. Əvvəlki inkarlarını və dinin əleyhinə olan hərəkətlərini Rəbbimizin bağışlayacağını ummuşdular. Çünki Allah çox bağışlayan və əsirgəməyəndir.

Bu hadisədən sonra Firon öz ətrafına göstərdiyi təzyiqi artırdı. Xalqı bacardığı qədər sındırmağa və çökdürməyə çalışdı. Fironun bu təzyiqi səbəbi ilə Hz.Musanın xalqının arasında sadəcə gənclərdən yaranan bir qrupdan əlavə heç kəs iman gətirmədi. Sehrbazların göstərdiyi səmimiyyət və cəsarət bəhs edilən mömin gənclərdən başqa xalqın əksəriyyəti tərəfindən göstərilmədi. Allah bu həqiqət haqda Quranda belə xəbər verir:

“Fironun və əyanlarının bəlası qorxusundan Musaya öz qövmündən yalnız kiçik bir dəstə iman gətirdi. Çünki Firon o yerdə hakim idi. O, həddi aşmışdı” (“Yunus” surəsi, 83).

Hz.Musaya iman gətirənlərin arasında şəxsən Fironun xanımı da var idi. Fironla birlikdə bir çox dünyəvi nemətlər içində yaşayan bu şərəfli xanım Allaha iman gətirərək həm bu nemətləri tərk etməyi, həm də Firon tərəfindən şiddətli bir bəlaya düşməyi gözünün qabağına almışdı. Bu isə şübhəsiz ki, çox səmimi və dərin bir imanın göstəricisidir. Həmçinin Allah Quranda Fironun xanımını da nümunəvi bir mömin qadın kimi Hz.Məryəmlə bərabər tutur:

“Allah iman gətirənlərə isə Fironun zövcəsini misal çəkdi. O zaman o: “Ey Rəbbim! Mənim üçün Öz dərgahında - cənnətdə bir ev tik, Məni Firondan və onun əməlindən qurtar. Məni zalim qövmdən xilas et!” - demişdi” (“Təhrim” surəsi, 11).

Fironun xanımının bu səmimi imanı Quranda da bildirildiyi kimi, şübhəsiz ki, bütün müsəlmanlara gözəl bir nümunədir. Bu saleh mömin dünyaya qarşı bütün mənfi istəklərdən sıyrılıb gerçək həyatın axirət olduğunu anlamışdı. Qısamüddətli dünya mənfəətlərini - onlar nə qədər möhtəşəm görünsələr də - sonsuz cənnət nemətlərinə dəyişməmişdi. O, Allahdan cənnətdə bir sığınacaq istəmişdi. Əlbəttə, bu səmimi dua və axirətə könüldən yönəlmiş xarakter hər müsəlmanın sahiblənməli olduğu bir xarakterdir.

flowers

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Fironun Misir Hakimiyyəti və İsrail Oğullarının Vəziyyəti
  • Hz. Musa'nın Anadan Olması
  • Hz. Musanın Misirdən Qaçışı
  • Mədyənə Gedişi və Orada Qalması
  • Tuva Vadisinə Gəlməsi və İlk Vəhy
  • Allahın Hz. Musa İlə Danışması
  • Hz. Musa'nın Hz. Harun'u Özünə Köməkçi Kimi İstəməsi
  • Hz. Musa Qissəsi və Taleyin Sirri
  • Firona Edilən Təbliğ və İstifadə Ediləcək Üslub
  • Fironun Səhv Məntiqi
  • Signs to the End Times from the Story of the Prophet Moses (pbuh)
  • Quranda Misir Hökmdarlarının Adı
  • Hz. Musa'nın Sehrbazlarla Mübarizəsi
  • Sehrbazların İman Gətirməsi
  • Saraydakı Mömin İnsan və Mübahisələr
  • Quranda Qeyd Edilən “Haman” Kəlməsi Qədim Misir Yazılı Abidələrində də Yer Alır
  • İsrail Oğullarının Nankorluğu
  • Müsibətlər Dövrü və Fironun Ağılsızlığı
  • Hz. Musa'nın və Xalqının Misiri Tərk Etməsi və Fironun Suda Boğulması
  • Qarunun Təkəbbür Göstərməsi və Cəzalandırılması
  • Hz. Musa'nın Xalqının Yolunu Azaraq Buzova Sitayiş Etməsi
  • Yəhudi Xalqının Azğın Hərəkətləri
  • Hz. Musa və Elm Sahibi Olan İnsan
  • Nəticə