Bura qədər yer verdiyimiz ayələrdən göründüyü kimi, Quranda Hz.Musadan bir çox yerdə çox geniş şəkildə söz açılmışdır. Buna görə Hz.Musanın həyatı möminlər üçün çox gözəl nəsihət və xatırlatmalarla doludur. Bunlardan bəzilərini kitab boyunca Hz.Musanın anadan olmasından etibarən incələdik.
Bu dərsləri bir daha nəticə çıxarmaq üçün düşünsək, bir insanın həyatındakı qədərin mütləq hakimiyyətini və mömin saleh bandələr üçün qədərin mütləq gözəlliyi ilə qarşılaşarıq.
Hz.Musa ilə bağlı ayələrdən çıxarmalı olduğumuz dərslərin bir qismini belə təsnif edə bilərik:
Hz.Musanın anadan olanda peyğəmbər olacağı və aparacağı mübarizə taleyində məlum idi. Bunlar hətta o, anadan olmamışdan əvvəl də məlum idi. Biz də özümüzə baxdığımızda bəlli bir tale üzərində yaşadığımızı dərk edirik. Bu tale bizim üçün ən yaxşı olanıdır. Bu taleyi bizə Yaradanımız və Rəbbimiz olan Uca Allah hazırlayıb. O, sonsuz elm və mərhəmət sahibidir. Buna görə biz özümüz üçün yaradılan taleyə razı olmalı, nə olursa olsun yaşadığımız hadisələrin bu tale çərçivəsində Rəbbimiz tərəfindən yazıldığını düşünüb sevinclə qarşılamalıyıq.
Kitabın əvvəlində Hz.Musanın öz tərəfdarlarından olan bir kişinin tərəfini saxlayıb birini yanlışlıqla öldürməsindən bəhs etmişdik. Burada öz tərəfindən (ailəsindən, qəbiləsindən, xalqından və s.) olan insanın tərəfini saxlamağın yanlışlığı vurğulanır. İnsanların üstünlüyünü təmin edən amil hansısa bir ailəyə, qəbiləyə və ya xalqa mənsub olmaları deyil, haqlı olmalarıdır. Bu səbəblə də ortada bizim hərəkətlərimizi nizamlayacaq hər şeyin fövqündə bir ədalət anlayışı və hissi olmalıdır.
Hz.Musa qissəsində ən çox təvəkkül anlayışı işlənir. Hz.Musanın emosional şəxs olmasına baxmayaraq Allah onu təvəkküllü olma istiqamətində xəbərdar edərək maarifləndirmişdi. Musa peyğəmbər həyatı boyunca qarşılaşdığı hadisələrdə Allaha mütləq güvənməyin gərəkliliyini və Onun hər şeyə hakim olduğunu öyrənmişdi. Bu əsnada etdiyi xətaları tövbə edib düzəltmişdi.
Allaha güvənmək, Ona təvəkkül etmək üçün Allahı yaxşıca tanımaq və Onu lazımınca təqdir etmək gərəkdir. Allahın sifətlərini düşündükdə Onun bütün həyatın Yaradıcısı olduğu, canı alan olduğu, mütləq güc sahibi olduğu, hər şeyi əhatə etdiyi, “ol” deməsi ilə hər şeyin olduğu, mülkün mütləq və yeganə sahibi olduğu, mərhəmət sahibi olduğu, dualara əvəz verən olduğu, dilədiyinə hidayəti verəcəyi çox rahat başa düşülür. Bütün işlər Allaha dönəcəkdir. Əgər Yaradanımızı daha yaxşı tanıyıb Onun qüdrətini lazımınca təqdir etsək, söykəniləcək, güvəniləcək və təvəkkül ediləcək tək varlığın Allah olduğunu başa düşə bilərik.
Qarun qissəsində müfəssəl şəkildə gördüyümüz kimi, insan öləndə qoyub getdiyi mal-mülk ona heç vaxt bir fayda gətirməz. Hətta o mallar onlar Allahın razılığını qazanmaq üçün işlənmirsə, dünya və axirət əzabının artmasına səbəb olar. Var-dövlət heç vaxt qibtə vəsiləsi də olmamalıdır. Çünki Allah istədiyinə ruzini genişlədib yayar, istədiyindən də kəsər. Allah rizası üçün istifadə edilmədikcə insanın çox var-dövlətinin olması ona heç bir fayda vermədiyi kimi, Allahın rizasına uyan insanların malının az olması da onlar üçün bir itki deyil. Buna görə də dünyadakı mal, mülk, zənginlik kədər və ya öyünmə qaynağı olmamalı, yalnız Allahın rizasına uyğun yaşamaq və təqva ölçü olaraq əsas götürülməlidir.
Kitab boyunca nümunələrini gördüyümüz kimi, İsrail oğulları Hz.Musa gəldikdə onun gətirdiyi dini qəbul etdilər, amma təsiri altına düşdükləri cahilliyə mədəniyyətindən də uzaqlaşmadılar. Əksinə, cahilliyə məntiqinin haqq dinə gətirməyə çalışdılar. Bu, bütün insanların çox diqqət etməli olduğu bir məsələdir. İnsan düşüncə və inancının inkişafı zamanı bəzi yanlış şeyləri də qəbul edə bilər. Ya da dinlə sonradan tanış olub bir sıra qədim düşüncələri ola bilər.
Hz.Musa qissəsində də xalq bütə sitayiş edən insanları görüncə cahilliyə düşüncəsindən tam təmizlənmədiyi və imanı çox zəif olduğu üçün bütpərəstlərə rəğbət göstərib onlar kimi olmaq istəmişdi. Bu nümunə bizə insanın keçmiş düşüncə və ya inanclarını davam etdirə bilməkdəki tək ölçüsünün Quran olmasının lazımlılığını göstərir. Belə edildikdə səhv inanc və düşüncələr təmizlənəcək və insanlar gerçək Quran əxlaqına yiyələnəcəklər.
Hz.Musa qissəsində bir cəmiyyət içindəki münafiqləri və onların verə biləcəkləri ziyanları da görürük. Münafiq davranışı kimi Samiri bizə bir çox vacib özəllikləri göstərir.
Münafiqlər möminlərin içindən çıxır. Hz.Musanın dövründə də Samiri İsrail oğullarının arasından çıxmışdı. Münafiqlər fitnə-fəsad törətmək üçün xalqın ən zəif anını gözləyirlər. Uğura nail olacaqlarını hiss etdikdə hərəkətə gəlirlər. İnsanların zəifliyindən istifadə edib onları azdırmağa çalışırlar. Bunu edərkən yoldan döndərdikləri insanların nəfslərinə xitab edirlər. Onların xoşuna gələcək söz və vədlərdən istifadə edirlər. Doğrudan Allahı və dini inkar etməklə ortaya çıxmazlar, əksinə, inanclı olduqları, hətta dini hamıdan daha yaxşı bildikləri və insanlara yardımçı olacaqları iddiası ilə yola çıxırlar. Münafiqlər mövzusunda diqqət edilməsi çox vacib olan bir məsələ də təkbaşına bütün xalqı təsirləndirə bilmələridir. Samiri də özündə bütün bu xüsusiyyətləri ehtiva edən tarixi bir münafiqdir.
Hz.Musa ilə bağlı ayələrə baxanda onun mübarizəsində xalqının böyük yer tutduğu görünür. Bu xalqın əsas xarakterində kobudluq, bütpərəst düşüncə, peyğəmbərə üsyan var. Allahın onlara verdiyi peyğəmbərlərə, kitablara və müxtəlif nemətlərə layiq olmayan xalq bu səbəblə bu şərəf və nemətlərdən məhrum edilmişdir. Bu da bütün möminlər üçün bir ibrət dərsidir.
Bu qissədə əsas bir baxış bucağı anladılar: insanın təfsilat düşkünlüyü... Dinin asan, açıq və yalın halına baxmayaraq insanlar onu çətinləşdirməyə, təfərrüatlarla boğmağa, əsl vacib olan məqamlarından çıxarmağa çalışırlar. Halbuki Allah haqq dinin Hz.İbrahimin dini kimi asan olduğunu açıqlayır. Təfsilat istəyinin əslində insanları çətinliyə düçar etdiyi və onların Allahın istəklərindən uzaqlaşmasına səbəb ola biləcəyi göstərilir.
Bu qissədə bizə hadisələrin görünən tərəfindən başqa bir gerçəyin ola biləcəyi anladılır. Bu, Allah dərgahından verilən xüsusi bir elmdir. Bizim zahiri görünüşü ilə pis kimi gördüyümüz şeylərin əslində pis olmaya biləcəyi, əksinə, çox fərqli bir görüntüsünün ola biləcəyi misallarla açıqlanır.
Nəticədə möminlərə nümunə kimi qalan ən böyük dərs də Hz.Musa və Hz.Harunun imanları və gözəl əxlaqlarıdır. Hər ikisi də kitab verilən İslam peyğəmbərləridir. Hz.Musanın mübarizəsi bəlkə də minlərlə il əvvəl olub. Lakin göstərdiyi davranışlar, söylədiyi sözlər bizim üçün hələ də gözəl bir nümunədir. Allah onu Özü üçün seçmiş, onunla söhbət etmiş, sözlərini insanlara çatdırsın deyə onu elçi olaraq göndərmişdir. Allah hər iki mübarək insandan Quranda belə bəhs edir:
Musaya və Haruna salam olsun!” Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq! Şübhəsiz ki, onların hər ikisi Bizim mömin bəndələrimizdən idi” (“Saffat” surəsi, 119-122).
Allah onlardan və başqa elçilərindən razı olmuşdur. Rəbbimiz elçilərinin həyatını daha yaxşı qavramağı və onlar kimi razı olunan bəndələrdən olmağı bizə də nəsib etsin.
"Onlar dedilər: “Sən pak və müqəddəssən! |