Müsibətlər Dövrü və Fironun Ağılsızlığı

Allah inkarçılığını davam etdirən Firona və xalqına bir-birinin ardınca müxtəlif bəlalar göndərdi. Əvvəlcə Misirdə böyük bir quraqlıq dövrü başladı. Su Misir üçün son dərəcə əhəmiyyətli idi. Quraqlıq onların həyatını da təhdid edirdi. Buna görə əldə edilən bütün kənd təsərrüfatı məhsullarında xeyli azalma və qıtlıq baş verdi:

“Biz Firon əhlini qıtlığa, quraqlığa və məhsul çatışmazlığına məruz qoyduq ki, bəlkə, düşünüb ibrət alsınlar!” (“Əraf” surəsi, 130).

Pharaoh

One of the calamities inflicted by Allah on Pharaoh and his people was a "famine." Above is an ancient Egyptian fresco depicting Egyptians suffering from hunger.

Bu ayədən göründüyü kimi, qıtlıq dövrü uzun illər sürdü. Yəni Hz.Musa sehrbazlarla mübarizəsindən sonra daha bir neçə il Misirdə qalıb burada Allahın dinini tanıtdı. Bu dövrdə Allah Hz.Musadan xalqına rahat ibadət edə bilməsi üçün evlər tikməyi istədi. Bununla da möminlər həmişə birlikdə olacaqdılar:

“Musaya və qardaşına: “Camaatınız üçün Misirdə evlər tikdirib onları qiblə edin, namaz qılın və möminləri müjdələyin!” -deyə vəhy etdik” (“Yunus” surəsi, 87).

Hz.Musa və ona ibadət edənlər burada ibadətlərini yerinə yetirir, Allahı anırdılar. Misirlilər isə hələ cəhalət və ağılsızlıq içində qalaraq bir-birini didməyə davam edir, başlarına gələn bəlaların səbəbinin isə Hz.Musa və möminlər olduğunu düşünürdülər:

“Onlara bolluq qismət olduğu zaman: “Bu bizim haqqımızdır” -deyər, bir pislik üz verdikdə isə bunu Musadan və yanındakılardan görərdilər. Agah olun ki, onların başına gələn uğursuzluq Allahdandır, lakin onların əksəriyyəti bilməz!” (“Əraf” surəsi, 131).

Fəlakətlər bütün məmləkəti bürümüşdü. Buna baxmayaraq Firon və yaxın ətrafı öz azğın çoxtanrılı sistemlərinə, bütpərəst inanclarına, yəni “atalarının dininə” elə qatı bir təəssüblə bağlanmışdılar ki, bundan dönməyi heç bir şəkildə düşünmürdülər. Hz.Musanın gətirdiyi iki möcüzə, yəni əlinin ağappaq olması və əsasının ilana dönməsi də onları batil inancından döndərməmişdi. Hətta başqa möcüzə də gətirsə, onu qəbul etməyəcəklərini və ona inanmayacaqlarını söyləyirdilər:

disasters

The disasters that befell Pharaoh's people are also referred in ancient Egyptian sources.
On the left is an excerpt from the famous Ipuwer Papyrus (Chapter 2, pages 5-6): "Plague is throughout the land. Blood is everywhere…"

“(Firon tayfası Musaya) dedi: “Sən bizi ovsunlamaq üçün nə möcüzə gətirsən də, yenə sənə iman gətirən deyilik!”“ (“Əraf” surəsi, 132).

Bu davranışlarının müqabilində Allah onlara dünyada da bir əzab daddırmaq üçün ayənin ifadəsi ilə desək, “ayrı-ayrı möcüzələr” (“Əraf” surəsi, 133), yəni fəlakətlər yolladı. Bunlardan ən birincisi yuxarıda da qeyd etdiyimiz kimi, quraqlıq və əldə edilən məhsulların bu səbəbdən azalması idi.

Misirlilər təsərrüfat sistemlərini Nil çayına əsasən qurmuşdular və təbii şərtlərin dəyişməsi bunun sayəsində onları narahat etmirdi. Misir torpaqlarına yağış yağmasa da Nil çayı Afrikanın içərilərindən gələrək ən isti mövsümlərdə də bol su gətirirdi. Ancaq Firon və yaxın ətrafı Allaha təkəbbür göstərdikləri və Onun peyğəmbərini tanımadıqları üçün onlara gözlənilməyən bir fəlakət olan quraqlıq gəldi. Bu quraqlıq öz xalqına “Firon öz qövmünə müraciət edib dedi: “Ey qövmüm! Məgər Misir səltənəti, altımdan axıb gedən bu çaylar mənim deyilmi?! Məgər görmürsünüzmü?!” (“Zuxruf” surəsi, 51) deyə səslənən Fironu da ən açıq şəkildə təkzib edirdi.

Ancaq ayədə də bildirildiyi kimi, inkarçı xalq “nəsihət alıb düşünmələri” lazım ikən bu olayları Hz.Musanın və İsrail oğullarının gətirdiyi bir uğursuzluq kimi qəbul etdi. Onlar batil inanclarına və atalarının dininə görə belə bir düşüncəyə qapılmışdılar. Bu səbəbdən də böyük sıxıntı çəkməyə məhkum oldular. Ancaq başlarına gələnlər bununla məhdudlaşmadı. Bu, hələ başlanğıc idi. Allah onlara bir sıra fəlakətlər göndərdi. Bu fəlakətlər Quranda belə bildirilir:

“Biz ayrı-ayrı möcüzələr üzrə onlara tufan, çəyirtkə və həşərat, qurbağa və qan göndərdik. Onlar yenə də (iman gətirməyi) özlərinə sığışdırmayıb kafir bir tayfa oldular” (“Əraf” surəsi, 133).

Onlar isə bu əzaba baxmayaraq inkarçılıqda davam etdilər. Hətta bu əzabın onlara inkar etdiklərinə görə Allahdan gəldiyini bildikdə belə inkarçılıqda davam etdilər. Firon və yaxın əhatəsi Hz.Musanı və dolayısı ilə Allahı (Allahı bütün nöqsanlardan uzaq tuturuq) aldatmaq istədi. Bir-birinin ardınca qorxulu bəlalara məruz qaldıqda isə Hz.Musanı çağırıb onları bu bəlalardan qurtarmasını istədilər:

“Onlara əzab gəldikdə dedilər: “Ya Musa! səninlə olan əhdi hörmətinə bizim üçün Rəbbinə dua et. Əgər bu əzabı bizdən götürsə, biz, hökmən, sənə iman gətirəcək və İsrail oğullarını səninlə birlikdə göndərəcəyik”. Elə ki əzabı bir müddətə onlardan götürdük, dərhal əhdi pozdular” (“Əraf” surəsi, 134-135).
grasshopper dry soil

So We sent down on them floods, locusts, lice, frogs and blood, Signs, clear and distinct...
(Surat al-A'raf: 133)

Diqqət edilirsə, inkarçı xalqın işlətdiyi sözlər şeytanın inkarına bənzəyir. Şeytan Allahın varlığını bilsə də Ona itaəti rədd etmişdi. Fironun xalqı isə bəlaları “Musanın Rəbbi” kimi tanıdığı Allahın verdiyini anlamasına rəğmən Allaha və elçisinə itaəti rədd etmişdi. Onlar Allahın varlığını anlayıb dərk etdilər, ancaq təkəbbürləri, inadcıllıqları və atalarının dininə kor-koranə bağlılıqları ucbatından inkarçılıqlarını davam etdirdilər.

Hz.Musa isə uzun müddət xalqını xəbərdar etmiş, onlara dini anlatmışdı. Allahın dəlili olan bir çox möcüzə göstərmişdi. Allah bu inkarçı xalqı bəlkə düz yola dönərlər deyə müsibətlərlə qorxutmuş, lakin heç biri öz bütpərəst dinini buraxıb onları Yaradan gerçək Rəbbimiz olan Allaha tərəf dönməmişdi. Allah Quranda Hz.Musanın Firona hər şeyi anlatdığını, onun isə var gücü ilə peyğəmbərə qarşı çıxdığını belə xəbər verir:

“Musanın hekayətində də bir ibrət dərsi vardır. O zaman Biz onu Fironun yanına açıq-aşkar bir dəlillər göndərmişdik. O, bütün əyanları ilə birlikdə üz döndərib: “Bu sehrbazdır, yaxud da dəlidir!” - demişdi” (“Zariyat” surəsi, 38-39).

Hz.Musa bu cür qatı inkarın qarşısında Rəbbimizə bu inkarçı xalqa əzab verməsi üçün dua etdi:

“Musa dedi: “Ey Rəbbimiz! Sən Firona və əyan-əşrafına dünyada zinət və mal-dövlət ehsan etdin! Ey Rəbbimiz! Sənin yolundan azdırmaq üçün verdin. Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et və ürəklərini möhürlə ki, şiddətli əzabı görməyincə iman gətirməsinlər!” (Allah) buyurdu: “Hər ikinizin duasını qəbul etdim. Siz sabitqədəm olun və cahillərin yoluna uymayın!” (“Yunus” surəsi, 88-89).

Allah Hz.Musanın bu duasına qəbul etmişdir. Onlara edilən bütün xəbərdarlıqlara qarşı haqq dinə gəlməyən Firon və yaxın əhatəsi “acı əzabla” qarşılaşaraq malları ilə birlikdə yerin altına gömüldülər.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Fironun Misir Hakimiyyəti və İsrail Oğullarının Vəziyyəti
  • Hz. Musa'nın Anadan Olması
  • Hz. Musanın Misirdən Qaçışı
  • Mədyənə Gedişi və Orada Qalması
  • Tuva Vadisinə Gəlməsi və İlk Vəhy
  • Allahın Hz. Musa İlə Danışması
  • Hz. Musa'nın Hz. Harun'u Özünə Köməkçi Kimi İstəməsi
  • Hz. Musa Qissəsi və Taleyin Sirri
  • Firona Edilən Təbliğ və İstifadə Ediləcək Üslub
  • Fironun Səhv Məntiqi
  • Signs to the End Times from the Story of the Prophet Moses (pbuh)
  • Quranda Misir Hökmdarlarının Adı
  • Hz. Musa'nın Sehrbazlarla Mübarizəsi
  • Sehrbazların İman Gətirməsi
  • Saraydakı Mömin İnsan və Mübahisələr
  • Quranda Qeyd Edilən “Haman” Kəlməsi Qədim Misir Yazılı Abidələrində də Yer Alır
  • İsrail Oğullarının Nankorluğu
  • Müsibətlər Dövrü və Fironun Ağılsızlığı
  • Hz. Musa'nın və Xalqının Misiri Tərk Etməsi və Fironun Suda Boğulması
  • Qarunun Təkəbbür Göstərməsi və Cəzalandırılması
  • Hz. Musa'nın Xalqının Yolunu Azaraq Buzova Sitayiş Etməsi
  • Yəhudi Xalqının Azğın Hərəkətləri
  • Hz. Musa və Elm Sahibi Olan İnsan
  • Nəticə