Hər insana və ya hər xalqa edilən təbliğin bir sonu var. Allah kitabları və elçiləri vasitəsilə və ya mömin bəndələrini vəsiləyə çevirərək insanlara öyüd verir. İnsanlar Allahın varlığını və birliyini qəbul etməyə, Rəbbimiz, Yaradanımız və əsl Mövlamız olan Allaha itaət etməyə dəvət edilirlər. Bu təbliğ uzun illər sürə bilər. Ancaq Allah dərgahında təbliğin də müəyyən edilmiş bir sonu var. İnkar etməyə davam edənlərə bu sonla bərabər artıq əzab gəlir. Dünya əzabı ilə başlayan bu əzab tam şəkildə cəhənnəmdə sonsuza qədər davam edir. :
Firon və ətrafı da təbliğə uzun illər müqavimət göstərib əzaba məhkum olmuşlar. Allaha üsyan edib peyğəmbəri dəlilikdə və yalançılıqda suçlamışlar. İnkar etdikləri üçün Allah onlara alçaldıcı bir aqibət hazırlamışdır.
Bu əzabın əvvəlində Allah əsasən Hz.Musaya İsrail oğullarını Misirdən çıxarmağı əmr etmişdi:
“(Sonra) Musaya belə vəhy etdik: Bəndələrimlə birlikdə gecə yola çıx. Siz şübhəsiz ki, təqib ediləcəksiniz!”“ (“Şüəra” surəsi, 52).
Hz.Musa xalqı ilə birgə Misiri Allahın buyurduğu kimi gizlicə tərk etdi. Firon İsrail oğullarının Misiri tərk etməsini qəbul edə bilməzdi. O, özünü onların rəbbi hesab edirdi. Özünü bütün İsrail oğullarının sahibi kimi görürdü. Həmçinin qullarının getməsi ilə bütün iş-gücünü, onun ardınca isə etibarını da itirəcəkdi. Buna görə əsgərlərini toplayaraq İsrail oğullarını tutmaq üçün onların arxasınca düşdü:
The scene in which the Prophet Moses (pbuh) parts the sea with his staff portrayed in the movie Ten Commandments. |
“Firon şəhərlərə yığanlar göndərdi. O belə deyirdi: “Şübhəsiz ki, bunlar kiçik bir tayfadır! Onlar bizi qəzəbləndirmişlər. Biz isə qüvvətli bir camaatıq!”
Nəhayət, Biz onları bağlardan və bulaqlardan çıxartdıq, xəzinələrdən və gözəl yerdən kənar etdik. O yerlərdən onları beləcə çıxartdıq və İsrail oğullarını oralara varis etdik. Firon və əsgərləri günəş doğduqda onların arxasınca düşdülər” (“Şüəra” surəsi, 53-60).
İsrail oğulları Firon və adamları onları yaxalamasın deyə Misirdən uzaqlaşarkən bir dəniz sahilinə gəldilər. Bu arada da Firon və əsgərləri onların görə biləcəkləri məsafəyə çatdılar. Fironun və əsgərlərinin onlara doğru yaxınlaşdığını gördükdə Hz.Musanın xalqında təlaş və ümidsizlik başladı. Firon və əsgərləri çox yaxın bir məsafədə idi və ilk baxışda qaçacaq bir yerləri yox idi. Yaxalandıqlarını düşündülər:
“İki dəstə bir-biri ilə qarşılaşdığı zaman Musanın camaatı dedi: “Artıq yaxalandıq!”“ (“Şüəra” surəsi, 61).
Elə bu anda Hz.Musa bütün möminlərə nümunə olacaq bir davranış göstərdi. Allahın onunla və möminlərlə bərabər olduğunu və onlara mütləq bir çıxış yolu göstərəcəyini ümidsizliyə qapılmış xalqına xatırlatdı:
Bundan sonra Hz.Musa Allahdan aldığı “əsanla dənizə vur” (“Şüəra” surəsi, 63) vəhyinə görə, əsasını dənizə vurdu. Allah dənizi möcüzəvi şəkildə iki yerə ayırdı və aradan quru yol saldı. İsrail oğulları dərhal bu yola girdilər. Firon və əsgərləri isə o qədər azğın idilər ki, açılan yoldan keçib İsrail oğullarını yaxalamağı düşündülər. Ortada aşkar bir möcüzə var idi. Allahın Hz.Musaya və onunla birlikdə iman edənlərə olan dəstəyi aydın idi. Ancaq əvvəlki möcüzələr kimi bu da Fironun iman etməsinə kömək etmədi. Ağıllarını tamam itirmiş Firon və əsgərləri İsrail oğullarının dərhal ardınca dənizə açılan quru yola girdilər. Ancaq İsrail oğulları bu yoldan çıxıb sahilə çatdıqda sular ani şəkildə örtülməyə başladı. Firon və onu özlərinə tanrı və rəbb qəbul edən bütün ordusu da bu möcüzə ilə birlikdə boğulub getdi. Firon son anda tövbə etmək istədi, amma bu tövbəsi qəbul edilmədi. Bu hadisələr haqda Allah “Yunus” surəsində belə xəbər verir:
“İsrail oğullarını dənizdən keçirtdik. Firon və əsgərləri zalimcəsinə və düşməncəsinə onların arxasınca düşdülər. Firon batacağı anda: “İsrail oğullarının inandıqlarından başqa tanrı olmadığına iman gətirdim. Mən artıq təslim olanlardanam!” - dedi. İndimi? Halbuki əvvəlcə qarşı çıxmış və fitnə-fəsad törədənlərdən olmuşdun! Səndən sonrakılara bir ibrət olsun deyə, bu gün səni xilas edəcəyik. Həqiqətən, insanların çoxusu ayələrimizdən xəbərsizdir!” (“Yunus” surəsi, 90-92).
An ancient Egyptian fresco depicting Pharaoh's soldiers in a parade. |
Fironun ölməzdən öncə son anda iman gətirib tövbə etmək istəməsi və Allahın bunu qəbul etməməsi bütün insanlara dərs olmalı olan çox vacib bir məsələdir. Allah insanlara ömürləri boyunca dünyada olmalarının məqsədini düşünmək, qulluq etmələrinin lazımlılığını anlamaq və necə qulluq edəcəklərini öyrənmək üçün lazımi qədər zaman və imkan verir. Elçilər, haqq kitabları və möminlər insanlara Allahın əmr və nəsihətlərini çatdırırlar. Bu nəsihətləri dinləmək və tövbə etmək üçün də lazımi qədər vaxt var. Ancaq əgər insan bütün fürsətləri qaçırır və ölümlə üz-üzə gəldiyi anda tövbə etməyə qalxırsa, bu tövbənin - Allahın istəyindən başqa - bir qiyməti olmayacaq. Çünki insan ölüm anında axirətin varlığını və yaxınlığını hiss etməklə yanaşı ölüm mələklərini qarşısında görərək bu qəti gerçəyə şahid olur. Bu nöqtdə artıq heç kəsin inkar etməsi mümkün deyil.
Ən qiymətlisi insanın daha öncədən dünya həyatında ikən, yəni imtahan şəraiti sürərkən öz vicdan və səmimiyyəti ilə iman gətirməsidir. Firon imtahan şəraiti boyunca ancaq kobud və alçaq bir xarakter nümayiş etmiş, Allaha qarşı çirkincəsinə təkəbbür etməyə qalxmış və buna görə ölüm anındakı qorxunun təsiri ilə qəbul etdiyi iman da ona bir fayda verməmişdi.
Bu gerçək gənclik illəri boyunca öz aləmində “gününü gün etməyə” çalışan və dini yalnız qocalıq illərinə saxlayan insanlar üçün də çox vacib bir xəbərdarlıqdır. Dinin heç bir şəkildə təxirə salınması olmaz. Təxirə salmaq istəyənlər təxirə sala-sala sonunda “son ana” çatırlar ki, artıq bu andakı iman və tövbələrinin - Allahın diləməsindən başqa - bir dəyəri olmayacaq. Allah bu həqiqəti bizə belə bildirir:
Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: “Mən indi tövbə etdim” - deyənlərin və kafir olaraq ölənlərin:
tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq!” (“Nisa” surəsi, 17-18).
Ölüm anında “mən indi tövbə etdim” deyən Firon bu tövbə ilə nə özünə, nə də özü ilə birlikdə səhv yola çəkdiyi ətrafına heç bir fayda gətirmədi. Allah Fironun və əhatəsinin cəhənnəmdəki vəziyyəti haqda belə xəbər verir:
Hz.Musaya qarşı çıxan, ona və yanındakı möminlərə zülm etməyə çalışan Fironun və əhatəsinin çəkəcəyi bu ən şiddətli əzabı Allahın izni ilə axirətdə görəcəyik. Hamımız dua etməliyik ki, Fironun yaşayacağı bu dəhşətli əzabı onunla eyni bir yerdə deyil, Allahın saleh bəndələri ilə birlikdə cənnətdən seyr edək.
"Today We will preserve your body so you can be a Sign for people who come after you. Surely many people are heedless of Our Signs." (Surah Yunus: 92) This large picture shows the mummy of Pharaoh Ramses II retrieved from his tomb. Several sources suggest he may have been Pharaoh referred to in the Qur'an as reigning in the time of the Prophet Moses (pbuh). How was it possible that the mummy of Pharaoh, who was supposed to have drowned in the sea, was found in a tomb? Most probably, after his drowning, his dead body had drifted ashore and was then found by the Egyptians and placed in his tomb. The picture above shows the procession of Egyptians carrying the dead Pharaoh to its tomb. |