Hz. Musanın Misirdən Qaçışı

map of ancient egypt

Map of ancient Egypt.

Allah Quranda Hz.Musa ilə bağlı belə bir hadisəni xəbər verir:

“(Musa) şəhərə əhalisi xəbərsizkən girdi. Orada iki nəfərin vuruşduğunu gördü. Onlardan biri öz adamlarından, digəri isə düşmənlərindən idi. (Musanın) adamlarından olan kəs düşməninə qarşı ondan imdad istədi. Musa onu vurub öldürdü və dedi: “Bu, Şeytan əməlindəndir. Həqiqətən, o, azdıran, açıq-aşkar bir düşməndir!”“ (“Qəsəs” surəsi, 15).

Bu hadisədə Hz.Musa öz tərəfdarlarından birinin qovğasına şahid olur. Kimin haqlı, kimin haqsız olduğuna fikir vermədən öz tərəfdarlarının yanında durur. Digər tərəfdəki insana yumruq vuraraq onu istəmədən öldürür. Hz.Musa böyük səhv etdiyini başa düşür. Bu hadisədə Allah bizə bir dərs verir və bir insanı haqsız olmasına baxmayaraq yalnız öz tərəfdarı olduğu üçün dəstəkləməyin yanlışlığını öyrədir. Hz.Musa öz tərəfdarlarından olanı üstün tutmağını “şeytan işi” adlandırır.

Burada tənqid edilən üslub həqiqətən də tarix boyunca bəşəriyyətə kin və müharibə gətirmişdir və gətirməkdə davam edir. İnsanların haqqa və ədalətə görə deyil, hansı şəkildə olursa olsun öz ailəsini, əşirətini, xalqını, tərəfdarlarını və ya irqini haqlı çıxarmağa yönəlmiş səyləri tarixdəki zülm və çatışmazlıqların ən böyük səbəbidir.

Hz.Musa şeytanın insana verməyə çalışdığı bu pis hissin bir zülm olduğunu vicdanı ilə dərhal anlamış, şeytanın hiyləsi ilə etdiyi bu səhvə görə tövbə edib Allaha sığınmışdı. Qissənin davamında Hz.Musanın bu nümunəvi və vicdanlı davranışı haqda belə bəhs edilir:

“Dedi: “Ey Rəbbim! Şübhəsiz ki, mən özüm-özümə zülm etdim. Buna görə məni bağışla!” (Allah Musanı) bağışladı. Həqiqətən, O, bağışlayandır, rəhm edəndir! (Musa) dedi: “Ey Rəbbim! Mənə bəxş etdiyin nemət haqqı mən əsla günahkarlara arxa olmayacağam!”“ (“Qəsəs” surəsi, 16-17).

Hz.Musa işlətdiyi xətanı, bir insanı sadəcə öz tərəfdarlarından olduğu üçün qoruduğunu, ancaq əslində ədalətli hərəkət etmədiyini başa düşmüşdü. Lakin tərəfkeşlik Misirdə də hakim idi. Hz.Musa onlardan birini bilmədən öldürmüşdü. İndi onlar öz irqlərini dəstəkləmək üçün Hz.Musanın öldürülməsini istəyə bilərdilər. Bu ehtimal onu qorxutmuşdu:

“Beləliklə, qorxaraq səhəri şəhərdə nigaranlıq içində qarşıladı. Dünən ondan imdad diləyən kəs fəryad çəkib yenə onu köməyə çağırır. Musa ona dedi: “Sən, doğrudan da, açıq-aşkar bir azğınsan!”“ (“Qəsəs” surəsi, 18).

Beləliklə, Hz.Musa ilə Fironun xalqı arasında ikitirəlik başladı. Hz.Musa özünə Firon və ətrafı tərəfindən bir zərər gələcəyi qorxusu ilə gecəni keçirdi. Gündüz isə yuxarıdakı ayələrdə bildirilən hadisələr gerçəkləşdi. Bir gün əvvəl kömək etdiyi insan yenə başqa biri ilə bağlı Hz.Musadan kömək istədi. Çünki ayənin ifadəsi ilə desək, Hz.Musa onun tərəfdarlarından idi və eyni bir gün əvvəl etdiyi kimi o gün də ona yardım edəcəyini fikirləşirdi. Lakin Hz.Musa eyni səhvi bir daha təkrarlamadı. Öz tərəfdarlarından olan adamın səhv olduğunu bildiyi üçün ona kömək etmədi. Əsl günahkar olan bu insan isə tez Hz.Musanın əleyhinə çıxıb onu tənqid etdi. Onu tənqid edərkən bir gün əvvəl ona kömək göstərərək səhvən adam öldürməsi faktından da Hz.Musa əleyhinə bir dəlil kimi istifadə etdi:

“Onların hər ikisinin düşməni yaxalamaq istədikdə dedi: “Ya Musa! Sən dünən birini vurub öldürdüyün kimi, məni də öldürmək istəyirsən? Sən yer üzündə ancaq bir zalim olmaq istəyirsən! Sən xeyirxahlıq edənlərdən olmaq istəmirsən!”“ (“Qəsəs” surəsi, 19).

Hz.Musa bir misirlini səhvən öldürmüş bir insanın vəziyyətində idi. Firon və öndə gedənlər Hz.Musanın cəzalandırılmasını və hətta öldürülməsini müzakirə etməyə başladılar. Bu söhbəti eşidən bir insan Hz.Musanın yanına gələrək onu bu haqda xəbərdar etdi. Öldürülməkdən qorxan Hz.Musa şəhərdən ayrılıb Misirdən uzaqlaşdı:

“Şəhərin kənarından bir nəfər çaparaq gəlib dedi: “Ya Musa! Əyan-əşraf səni öldürmək barəsində məsləhət-məşvərət edirlər. Elə bu saat çıx get. Mən, həqiqətən, sənin xeyirxahlarındanam!” (Musa) qorxu içində göz qoya-qoya oradan çıxıb: “Ey Rəbbim! Məni bu zalim tayfanın əlindən qurtar!” - dedi” (“Qəsəs” surəsi, 20-21).

Hz.Musanın həyatı ilə bağlı bu həqiqətlər bizə onun xasiyyəti haqda da xəbər verir. Ayələrdə Hz.Musanın şəxsiyyəti haqda məlumatlar verilir və onun həyəcan doğuran bir duruma sahib olduğu aydın olur. Dalaşan iki nəfərdən dərhal tərəfdarının tərəfini saxlamış, digərini isə yumruqla öldürmüş, öldürülməkdən qorxaraq Misirdən çıxmışdı. Bunları edərkən Hz.Musanın həmişə həyəcanlı olduğu aydın olur. Lakin daha sonra Hz.Musa Allahın onunla danışması və onu nəsihətləndirməsi ilə Allahdan başqa heç kəsdən qorxmamağı və əsl mənada Allaha təvəkkül etməyi öyrənmişdi. Bu, Allahın bir insanın xarakterini inkişaf etdirməsinin və onu yetkinləşdirməsinin gözəl bir nümunəsidir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Fironun Misir Hakimiyyəti və İsrail Oğullarının Vəziyyəti
  • Hz. Musa'nın Anadan Olması
  • Hz. Musanın Misirdən Qaçışı
  • Mədyənə Gedişi və Orada Qalması
  • Tuva Vadisinə Gəlməsi və İlk Vəhy
  • Allahın Hz. Musa İlə Danışması
  • Hz. Musa'nın Hz. Harun'u Özünə Köməkçi Kimi İstəməsi
  • Hz. Musa Qissəsi və Taleyin Sirri
  • Firona Edilən Təbliğ və İstifadə Ediləcək Üslub
  • Fironun Səhv Məntiqi
  • Signs to the End Times from the Story of the Prophet Moses (pbuh)
  • Quranda Misir Hökmdarlarının Adı
  • Hz. Musa'nın Sehrbazlarla Mübarizəsi
  • Sehrbazların İman Gətirməsi
  • Saraydakı Mömin İnsan və Mübahisələr
  • Quranda Qeyd Edilən “Haman” Kəlməsi Qədim Misir Yazılı Abidələrində də Yer Alır
  • İsrail Oğullarının Nankorluğu
  • Müsibətlər Dövrü və Fironun Ağılsızlığı
  • Hz. Musa'nın və Xalqının Misiri Tərk Etməsi və Fironun Suda Boğulması
  • Qarunun Təkəbbür Göstərməsi və Cəzalandırılması
  • Hz. Musa'nın Xalqının Yolunu Azaraq Buzova Sitayiş Etməsi
  • Yəhudi Xalqının Azğın Hərəkətləri
  • Hz. Musa və Elm Sahibi Olan İnsan
  • Nəticə