Hz. Musa'nın Hz. Harun'u Özünə Köməkçi Kimi İstəməsi

Hz.Musanın Allahdan vəhy aldığı zaman verdiyi cavablar onun səmimiyyətinə dair nümunələrlə doludur. Hz.Musa qorxduğunu, çəkindiyini, özünə tam güvənmədiyini Allaha çox səmimi bir şəkildə söyləmiş və Ondan kömək istəmişdi. Məsələn, bir misirlini öldürdüyünü, onların da cavab olaraq onu öldürəcəklərindən narahat olduğunu söyləmişdi. Hz.Musanın başqa bir narahatçılığı da özünü yaxşı ifadə edə bilməyəcəyini düşünməsidir. Səlis nitqinin olmadığını düşünürdü və Firona yaxşı xitab edə bilməyəcəyinə görə narahat idi. Buna görə daha səlis danışa bilən qardaşı Hz.Harunun özünə köməkçi kimi verilməsini istəmişdi:

“Dedi: “Ey Rəbbim! Mən onlardan bir nəfəri öldürmüşəm, qorxuram ki, onlar da məni öldürələr.
Qardaşım Harunun dili mənimkindən bəlağətlidir.
Onu da mənimlə dediklərimi təsdiqləyəcək bir köməkçi göndər. Onların məni yalançı hesab edəcəklərindən qorxuram!”“ (“Qəsəs” surəsi, 33-34).

“Qardaşım Harunu!: Onunla arxamı möhkəmləndir.
Onu işimə ortaq et ki, Səni çox təqdis edib şəninə təriflər deyək. və Səni çox zikr edək” (“Taha” surəsi, 30-34).

Hz.Musanın Hz.Harunu köməkçi kimi istəməsinin digər bir səbəbi də yuxarıdakı ayədən də göründüyü kimi, Allahı çoxlu zikr edə bilməkdir. Hz.Musa iki nəfər olsalar Allahı daha çox anacaqlarını düşünmüşdü. Həqiqətən də möminlərin bərabər olması bir-birini mənən dəstəkləməsi, qəflətdən qoruması baxımından çox vacibdir və buna görə Quranda möminlərin bərabər olması haqda bir çox ayələrdə nəsihətlər verilir. Möminlərin Hz.Musa ilə bağlı bu qissədən özləri üçün çıxarmalı olduğu dərslərdən biri də budur.

Allah Hz.Musanın istəklərini qəbul etmişdi. Ona həm təbliğat aparmaqda, həm də güc baxımından dəstəkləmək üçün Hz.Harunu köməkçi kimi verdiyini bildirmişdi:

“(Allah) buyurdu: “Sənin arxanı qardaşınla möhkəmləndirəcək, ikinizə də dəlil verəcəyik. Onlar ayələrimiz sayəsində sizə heç bir pislik edə bilməyəcəklər. Siz də, sizə tabe olanlar da mütləq qalib gələcəksiniz!”“ (“Qəsəs” surəsi, 35).

Allah eyni hadisə haqda başqa ayələrdə də xəbər verir:

“(Musa) dedi: “Ey Rəbbim! köksümü açıb genişlət; Işimi yüngülləşdir; Dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar! və mənə öz ailəmdən bir vəzir ver” (“Taha” surəsi, 25-29).

“Sən, şübhəsiz ki, Bizi görürsən! (Allah) buyurdu: “Dilədiyin sənə verildi, ya Musa!”“ (“Taha” surəsi, 35-36).

Hz.Musanın istəklərinə baxarkən onun tam şəxsi zəifliklərini və istəklərini Allaha çox səmimi bir şəkildə açıqladığını, bunlara görə Allaha dua edib kömək istədiyini görürük. Hz.Musanın duasındakı bu səmimiyyət bütün insanlara nümunədir. İnsan Allaha bütün səmimiyyəti ilə, acizliyini bilərək və Allahın hər şeyi Öz nəzarətində saxladığını nəzərə alaraq dua etməlidi. Allah hər şeyi bildiyinə, insanın başına gələn hər hadisəyə şahid olduğuna, insanın ağlından keçən hər şeydən xəbərdar olduğuna görə insanın Allahdan bir şeyi gizləməsinə, bunu ört-basdır etməyə çalışmasına gərək yoxdur.

Xülasə, hər bir insan Allaha dünyada heç bir insana yaxın olmadığı qədər səmimi və içdən gələn bir şəkildə yönəlməlidir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Fironun Misir Hakimiyyəti və İsrail Oğullarının Vəziyyəti
  • Hz. Musa'nın Anadan Olması
  • Hz. Musanın Misirdən Qaçışı
  • Mədyənə Gedişi və Orada Qalması
  • Tuva Vadisinə Gəlməsi və İlk Vəhy
  • Allahın Hz. Musa İlə Danışması
  • Hz. Musa'nın Hz. Harun'u Özünə Köməkçi Kimi İstəməsi
  • Hz. Musa Qissəsi və Taleyin Sirri
  • Firona Edilən Təbliğ və İstifadə Ediləcək Üslub
  • Fironun Səhv Məntiqi
  • Signs to the End Times from the Story of the Prophet Moses (pbuh)
  • Quranda Misir Hökmdarlarının Adı
  • Hz. Musa'nın Sehrbazlarla Mübarizəsi
  • Sehrbazların İman Gətirməsi
  • Saraydakı Mömin İnsan və Mübahisələr
  • Quranda Qeyd Edilən “Haman” Kəlməsi Qədim Misir Yazılı Abidələrində də Yer Alır
  • İsrail Oğullarının Nankorluğu
  • Müsibətlər Dövrü və Fironun Ağılsızlığı
  • Hz. Musa'nın və Xalqının Misiri Tərk Etməsi və Fironun Suda Boğulması
  • Qarunun Təkəbbür Göstərməsi və Cəzalandırılması
  • Hz. Musa'nın Xalqının Yolunu Azaraq Buzova Sitayiş Etməsi
  • Yəhudi Xalqının Azğın Hərəkətləri
  • Hz. Musa və Elm Sahibi Olan İnsan
  • Nəticə