Fironun Səhv Məntiqi

Hz.Musa Tur dağında Allahın vəhyi ilə böyük bir elmə sahib olmuş və Allah onu əsasən iki məsələdə maarifləndirmişdi: qədər və təvəkkül. Artıq Hz.Musa bütün həyatının bir tale əsasında var olduğunu və ora bir taleyə görə gəldiyini bilir, bir də Firondan qorxmamağı və Allaha təvəkkül etməyin lazım olduğunu qəti anlayır. Çünki Allah onunladır, onu görür və onun köməkçisidir. Bu məntiqlə hərəkət edən Hz.Musa və Hz.Harun Qurandakı ifadə ilə desək, “günahkar bir xalq” olan Fironun və ətrafındakıların yanına getdilər:

Pharaoh's picture, moses

Pharaoh's rule was based on oppression and cruelty, for which he was proud. The relief above depicts Pharaoh crushing his opponents' skulls.

“Onlardan sonra Musanı və Harunu Firona və camaatına açıq möcüzələrlə peyğəmbər göndərdik. Lakin onlar (iman gətirməyi) özlərinə sığışdırmadılar və günahkar bir tayfa oldular” (“Yunus” surəsi, 75).

Hz.Musa ilə Firon arasında olan söhbətlər Quranda verilir. Fironun bu söhbətlərdəki sual-cavabına baxsaq, onun çox yanlış düşüncəli olduğu gözə çarpar. Fironun ifadələrindən görünür ki, o, Hz.Musaya qulaq asmaq əvəzinə onu alçaltmağa və böhtan atmağa çalışır. Bu işdə Firon bəzən ətrafındakılardan kömək almağa çalışır, bəzən də ətrafındakıları öz yanlış məntiqinə inandırmağa səy göstərir. Hz.Musanın Fironla olan dialoqu belədir:

“(Firon:) “Elədə Rəbbiniz kimdir, ya Musa?” - deyə soruşdu. (Musa) belə cavab verdi: “Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da ona doğru yolu göstərəndir!” (Firon) soruşdu: “Bəs əvvəlki nəsillərin halı necədir?” (Musa) belə cavab verdi: “Onlara dair bilik yalnız Rəbbimin dərgahında olan bir kitabdadır. Rəbbim xəta etməz və unutmaz!” O ki, yer üzünü sizin üçün döşəmiş, orada sizin üçün yollar salmış, göydən yağmur yağdırmışdır. Biz o yağmurla növbənöv bitkilərdən cütlər yetişdirmişik. Yeyin, həm də heyvanlarınızı otarın. Həqiqətən, bunda ağıl sahibləri üçün əlamətlər vardır! Sizi də ondan yaratdıq. Sizi ora qaytaracaq və bir daha oradan çıxardacağıq” (“Taha” surəsi, 49-55).

Hz.Musa Firona və əhatəsindəkilərə bu açıq təbliği edincə onlar bunu ağıl və vicdanla dəyərləndirmək əvəzinə atalarından qalan batil dini ilə dəyərləndirdi. Onların dininə görə, Firon tanrıdır və bu batil dinə mənsub olanlar Allahın varlığını qəbul etmirlər:

“Musa açıq-aşkar ayələrimizlə (Firon əhlinin) yanına gəldikdə onlar: “Bu uydurulmuş sehrdən başqa bir şey deyildir. Biz öz ulu babalarımızdan bu barədə heç bir şey eşitməmişik!” -dedilər” (“Qəsəs” surəsi, 36).

Bu ayədən də anlaşıldığı kimi, Firon xalqı Hz.Musanın Allahın varlığını və birliyini anlatmasındakı məqsədin onların atalarının dinini dəyişdirərək gücü əlinə almaqdan ibarət olduğunu düşündü. Çünki Fironun və çevrəsinin öz dinlərindən qaynaqlanan bəzi imtiyazları vardı. Bu din dəyişsəydi, Firon bütün gücünü itirəcəkdi. Hz.Musaya və onun gətirdiyi dinə də bu nöqteyi-nəzərdən baxır, düşünürdülər ki, Firon və ətrafı xalqı necə əzirsə, bu dəfə də sistem dəyişəcək, hər şey tam tərsinə olacaq. Fironun və xalqının Hz.Musa ilə Hz.Haruna verdiyi aşağıdakı cavab bu səthi baxış bucağının açıq ifadəsidir:

“Onlar: “Bizi atalarımızın tapındığı dindən döndərmək, özünüz də yer üzündə böyüklük etmək üçünmü gəldiniz? Biz sizə iman gətirən deyilik!” - dedilər” (“Yunus” surəsi, 78).

Halbuki Fironun və ətrafının “yer üzündə böyüklük etmək üçünmü gəldiniz?” kimi ittihamları qeyri-səmimi bir iftira idi. Hz.Musa Misirə hakim olmağı yox, sadəcə Fironun İsrail oğullarını onunla göndərməsini istəyirdi. Hz.Musanın tələbi qul kimi istifadə edilən və davamlı işgəncələrə məruz qalan İsrail oğullarının sərbəst buraxılması və onların Misirdən getməsinə icazə verilməsi idi:

“Musa dedi: “Ey Firon! Mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm!
Mən Allah barəsində yalnız haqqı deməyə borcluyam. Mən sizə Rəbbinizdən bir möcüzə ilə gəlmişəm. İndi İsrail oğullarını mənimlə bərabər göndər!”“ (“Əraf” surəsi, 104-105).

Ancaq bu tələbə heç bir şəkildə yanaşmayan Firon Hz.Musaya qarşı müxtəlif üsullara əl atdı. Bunlardan biri qarşı tərəfi emosionallığa təhrik etmək idi. Hz.Musanın onun sarayında böyüdüyünü xatırladan Firon bununla həm Hz.Musanı özünə borclu çıxarıb onun üstünə minnət qoymağa, həm də əhatəsindəki insanların yanında onu alçaltmağa çalışdı. Həmçinin Hz.Musanın əvvəl səhvən öldürdüyü adam məsələsini də gündəmə gətirməklə onu çətin vəziyyətə salmağa çalışdı. Hz.Musanın bütün bunlara verdiyi cavab isə taleyə tam təslim və razı olan nümunəvi bir mömin cavabıdır:

“(Musa Harunla Fironun yanına gedib bu sözləri deyəndən sonra Firon) dedi: “Biz səni körpə uşaqkən yanımıza alıb böyütmədikmi? Sən illərcə yanımızda qalmadınmı? Axırda elədiyini də elədin. Sən nankorun birisən!” (Musa) dedi: “Mən onu edərkən cahillərdən idim. Buna görə də sizdən qorxub qaçdım. Sonra Rəbbim mənə hikmət ehsan buyurdu və məni şəriət sahibi olan peyğəmbərlərdən etdi” (“Şüəra” surəsi, 18-21).

Söhbətin davamında Hz.Musa saraya gəlməsinin və orada böyüdülməsinin ona Fironun lütfü olmadığını, əksinə, buna zülm səbəbilə məcbur qaldığını izah edir:

slaves, the Israelites, constructiont

An ancient Egyptian figure depicting theIsrael under Pharaoh's rule of the children of Israel under Pharaoh's rule.

“Boynuma minnət qoyduğun bu nemət də İsrail oğullarını qul etdiyinə görədir” (“Şüəra” surəsi, 22).

Hz.Musa əvvəl Firondan və ətrafından qorxduğunu söyləsə də Allahın onu xəbərdar etməsi və onunla bərabər olduğunu xatırlatması sayəsində qorxusuz və tam açıq şəkildə Firona təbliğini etdi. Firon Hz.Musadan ilk olaraq Rəbbimizi soruşdu:

“Firon dedi: “Aləmlərin Rəbbi nədir?”:

(Musa:) “Əgər yəqin inanacaqsınızsa, O, göylərin, yerin və onların arasında olanların Rəbbidir!” - deyə cavab verdi.

(Firon) ətrafındakılara: “Eşitdinizmi?” - dedi.

(Musa) dedi: “O sizin də, ulu babalarınızın da Rəbbidir!”“ (“Şüəra” surəsi, 23-26).

Burada Hz.Musa Fironun sualına cavab verərkən atalarının dininin keçmədiyini də onlara başa saldı. Çünki onların ataları da azğınlıq içində idi. Keçmişdəki atalarının da Rəbbi Allah idi. Həmçinin Firon bu gerçəyə cavab verə bilməyincə Hz.Musaya iftira atmağa və hədələməyə çalışdı:

“(Firon:) “Sizə göndərilmiş peyğəmbər, şübhəsiz ki, divanədir!” - dedi.

(Musa) dedi: “Əgər düşünə bilirsinizsə, anlayın ki O, şərqin, qərbin və onların ikisinin arasında olanların Rəbbidir!”

(Firon:) “Əgər məndən başqa tanrı qəbul etsən, səni mütləq dustaq edəcəyəm!” - dedi” (“Şüəra” surəsi, 27-29).

Yuxarıdakı ayələrdən də göründüyü kimi, Hz.Musa güclü dəlil və sözlərlə Fironu çətin vəziyyətə saldıqda Firon ona dəlilik iftirası atmışdı. Fironun bunu əhatəsinə söyləməkdə əsl məqsədi Hz.Musanın onlara olan təsirini əngəlləməkdir. Hz.Musanın doğru və təsirli sözləri Fironu qəzəbləndirmişdi. Buna görə Firon qaba xarakterini bir daha nümayiş etdirmiş, əgər Hz.Musa bu təbliğini davam etdirərsə və onu tanrı kimi qəbul etməzsə, onu həbs edəcəyi ilə hədələmişdi.

Hz.Musa isə bunun cavabında onda elçiliyinin əlaməti olan sənədlərin, dəlillərin olduğunu söylədi və Allahın ona verdiyi iki möcüzəni Firona göstərdi:

“(Musa) dedi: “Əgər sənə açıq-aşkar bir şey gətirsəm necə?”

Firon:) “Əgər doğru deyirsənsə, di onu gətir!” - dedi.

(Musa) əsasını atan kimi, o dərhal açıq-aşkar bir əjdaha oldu. Sonra əlini çıxarar-çıxartmaz o, baxanlara ağappaq göründü” (“Şüəra” surəsi, 30-33).

Hz.Musanın vasitəsilə Allahın iki böyük möcüzəsini görən Firon və ətrafı eşitdikləri sözlərə və gördükləri möcüzələrə baxmayaraq bunların bir sehr vasitəsilə edildiyini düşündülər. Bu fikri bir-birinə də təlqin edərək bu möcüzələrdən təsirlənmələrinə mane olmağa çalışdılar:

Pharaoh_slaves

A figure illustrating Pharaoh ruling among the slaves brought to him.

“(Firon) ətrafındakılara dedi: “Şübhəsiz ki, bu, çox bilikli bir sehrbazdır! O öz sehri ilə sizi yurdunuzdan çıxartmaq istəyir. Nə buyurursunuz?”“ (“Şüəra” surəsi, 34-35).

Buradakı məntiq inkarçıların ümumi məntiqidir. Qurandaki bir çox qissədə bu cür insanlar və təpkilər anladılıb, bu yanlış məntiq gözlər önünə sərilib. Ataların dininə kor-koranə bağlanmağa, dəlilləri gördükləri halda rədd etməyə davam edən bu düşüncə sadəcə Fironun və ətrafının göstərdiyi bir hərəkət deyil. Tarix boyunca inkarçılar özlərinə yalnız bu şəkildə çıxış yolu axtarmışlar. Təkəbbür göstərənlərin bu nöqteyi-nəzəri Quranda belə bildirilir:

“Yer üzündə haqsız yerə təkəbbürlük edənləri ayələrimi anlamaqdan yayındıracağam. Onlar nə möcüzə görsələr, ona inanmazlar. Onlar haqq yolu görsələr, onu qəbul etməz, azğınlıq yolunu görsələr onu özlərinə yol seçərlər...” (“Əraf” surəsi, 146).

Firon və ətrafı düz yol ola-ola onu mənimsəmək əvəzinə inkarçılığı seçir və azğınlıq yolunu mənimsəyirdi. Onlara göstərilən möcüzələrə baxmayaraq Hz.Musa ilə mübarizəyə girişməyə qərar verdilər. Buna görə də “sehrbazlıq”da təqsirləndirdikləri Hz.Musaya özlərinə uyğun rəqiblər axtarmağa başladılar:

“Onlar dedilər: “Onu qardaşı ilə birlikdə saxla və şəhərlərə (sehrbazları) yığan adamlar göndər ki, nə qədər bilikli sehrbaz varsa, hamısını tutub gətirsinlər!”“ (“Əraf” surəsi, 111-112).

Firon Hz.Musanın göstərdiyi möcüzələrin sehr hiyləsi olduğunu iddia edirdi. Bu möcüzələri öz sehrbazları vasitəsilə aradan qaldıra biləcəyini düşünürdü. Bununla da o, Hz.Musaya qalib gələcək və daha etibarlı bir mövqe tutacaqdı. Firon Hz.Musanı və qardaşı Hz.Harunu asanlıqla öldürə bilərdi, lakin öz ətrafının tövsiyəsinə qulaq asdı. Bu, ona daha cazibədar gəldi. O, daha böyük və davamlı qalibiyyət əldə edəcəyini düşündü. Əslində Allah onları böyük bir məğlubiyyətə və həlaka doğru yaxınlaşdırırdı. Həm də özlərinin ən çox güvəndikləri yerdən.

Qalib gələcəklərinə o qədər əmin idilər ki, görüş yerinin və vaxtının da Hz.Musa tərəfindən seçilməsinə icazə verdilər:

“(Firon) dedi: “Ya Musa! Sən sehrinlə bizi öz torpağımızdan qovub çıxartmağa gəlmisən? Elədə biz sənə eyni ilə onun kimi bir sehr göstərəcəyik. Bizimlə öz aranda bir vaxt təyin et. Nə biz, nə də sən vədimizə xilaf çıxmayaq. Bu əlverişli bir yerdə olsun!” (Musa) dedi: “Sizə verilən vədə sizin bayram gününüz və camaatın toplaşacağı günorta vaxtıdır!”“ (“Taha” surəsi, 57-59).

Hz.Musa ayədəki “vaxt təyini” üçün bayram günündə insanların bir yerə toplanacağı bir zaman seçmişdi. Çünki o, bütün insanların bu görüşə şahid olmasını istəyirdi. Bu isə olduqca ağıllı bir seçim idi: bununla da insanlar Hz.Musanın təbliğinə və Fironun və onun sehrbazlarının məğlub olmasına şahid ola biləcəkdi. Bu görüş zamanını Firon da qəbul etdi:

“Firon dönüb getdi, nəhayət, bütün hiylə vasitələrini yığıb gəldi. Musa onlara dedi: “Vay sizin halınıza! Allaha iftira yaxmayın, yoxsa O sizi əzabla məhv edər. İftira yaxan naümid olar”. Onlar öz aralarında öz işləri barədə mübahisə edir və xəlvətcə pıçıldaşırdılar. Onlar dedilər: “Bu ikisi, əlbəttə, sehrbazdır. Onlar öz sehrləri ilə sizi yurdunuzdan qovub çıxartmaq və sizin ən gözəl dininizi yox etmək istəyirlər. Ona görə də bütün hiylə vasitələrinizi toplayın, sonra da səf-səf gəlin. Bu gün qalib gələn nicat tapacaqdır!”“ (“Taha” surəsi, 60-64).

"İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır."
(Nahl Suresi, 125).

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Fironun Misir Hakimiyyəti və İsrail Oğullarının Vəziyyəti
  • Hz. Musa'nın Anadan Olması
  • Hz. Musanın Misirdən Qaçışı
  • Mədyənə Gedişi və Orada Qalması
  • Tuva Vadisinə Gəlməsi və İlk Vəhy
  • Allahın Hz. Musa İlə Danışması
  • Hz. Musa'nın Hz. Harun'u Özünə Köməkçi Kimi İstəməsi
  • Hz. Musa Qissəsi və Taleyin Sirri
  • Firona Edilən Təbliğ və İstifadə Ediləcək Üslub
  • Fironun Səhv Məntiqi
  • Signs to the End Times from the Story of the Prophet Moses (pbuh)
  • Quranda Misir Hökmdarlarının Adı
  • Hz. Musa'nın Sehrbazlarla Mübarizəsi
  • Sehrbazların İman Gətirməsi
  • Saraydakı Mömin İnsan və Mübahisələr
  • Quranda Qeyd Edilən “Haman” Kəlməsi Qədim Misir Yazılı Abidələrində də Yer Alır
  • İsrail Oğullarının Nankorluğu
  • Müsibətlər Dövrü və Fironun Ağılsızlığı
  • Hz. Musa'nın və Xalqının Misiri Tərk Etməsi və Fironun Suda Boğulması
  • Qarunun Təkəbbür Göstərməsi və Cəzalandırılması
  • Hz. Musa'nın Xalqının Yolunu Azaraq Buzova Sitayiş Etməsi
  • Yəhudi Xalqının Azğın Hərəkətləri
  • Hz. Musa və Elm Sahibi Olan İnsan
  • Nəticə