Hz.Musa Tur dağındakı alovun yanına getdikdə çox böyük bir həqiqətlə üz-üzə gəldi. Allah Hz.Musaya bir kolluqdan səsləndi və ona vəhy etdi. Allah bu ilk vəhyi Quranda belə xəbər verir:
“(Musa) odun yanına gəlib çatdıqda vadinin sağ tərəfində olan mübarək yerdəki ağacdan belə bir nida gəldi: “Ya Musa! Aləmlərin Rəbbi olan Allah Mənəm!” (“Qəsəs” surəsi, 30).
“Odun yanına yetişdikdə belə bir nida gəldi: “Ya Musa! Mən, həqiqətən, sənin Rəbbinəm. Ayaqqabılarını çıxart, çünki sən müqəddəs vadidə - Tuvadasan! Mən səni seçdim. Vəhy olunanı dinlə! Mən, həqiqətən, Allaham. Məndən başqa heç bir tanrı yoxdur. Mənə ibadət et və Məni anmaq üçün namaz qıl!” (“Taha” surəsi, 11-14).
Bu, Hz.Musanın aldığı ilk vəhydir və artıq o, Allahın elçisidir. Allah onu elçi seçdiyini bildirmişdi. Allah ona bir ağacdan səslənərək insanın dünyada nail ola biləcəyi ən şərəfli məqamla şərəfləndirmişdi.
Tur dağında həyata keçən bu hadisədə diqqət edilməli vacib bir məqam var: Allahın Hz.Musa ilə danışması... Allah bir ağacdan Hz.Musaya səslənmişdi. Allah Hz.Musaya onunla danışa biləcək qədər yaxındır. Əslində Allah hər kəsə onunla danışacaq qədər yaxındır. Məsələn, siz bu yazılanları oxuyarkən də Allah sizə ən yaxındır. Sizinlə danışacaq, sizin səsinizi eşidəcək və sizə də Öz səsini eşitdirəcək qədər yaxındır. Allah bizə bizim hər danışığımızı eşidəcək qədər yaxındır. Hətta biz pıçıldasaq belə O, bizi eşidir. Bu həqiqəti Allah Quranda “...Biz ona şah damarından da yaxınıq” (“Qaf” surəsi, 16) ayəsi ilə xəbər verir. Allah Hz.Musaya Özünü tanıdıb onun Rəbbi olduğunu söylədikdən sonra ondan əsasını xəbər aldı:
Şübhəsiz ki, Hz.Musanın əlindəkinin əsa olduğunu Allah bilir. Lakin Hz.Musanı maarifləndirmək və ona Öz gücünü göstərmək üçün əsasını atmasını istəmişdi:
“Əsanı at! (Musa əsasını yerə atdı). O, əsanın ilan kimi qıvrıldığını gördükdə dönüb qaçdı, heç dala da baxmadı...” (“Nəml” surəsi, 10).
Hz.Musa həmişə işlətdiyi əsasının bir ilana döndüyünü görəndə ayələrdə də bildirildiyi kimi, qorxmuşdu. Ancaq Allah bu hadisə ilə birlikdə Hz.Musanı maarifləndirmiş, ona təslimiyyət və Özündən başqa bir şeydən qorxmamağı öyrətmişdi:
“(Allah) buyurdu: “Tut onu, qorxma. Biz onu qaytarıb əvvəlki şəklinə salacağıq!” (“Taha” surəsi, 21).
Hz.Musa ayədə bildirilən əmrə uyğun olaraq əsasını geri almışdı. Həmçinin bu əsa az sonra Firona qarşı işlədəcəyi bir möcüzə olacaqdı. Allah bunun ardınca Hz.Musaya ikinci bir möcüzəni də vermişdi:
Hz.Musanın ikinci möcüzəsi isə ayədə xəbər verildiyi kimi, əlinin ağappaq olmasıdır. Musa peyğəmbər bir-birinin ardınca gələn bu hadisələrə görə həyəcana və ayənin ifadəsi ilə desək, dəhşətə qapılmışdı. Ancaq Allah ona özünü ələ almağı və bu möcüzələrlə Fironun yanına getməsini əmr etmişdi: