Quranda Peyğəmbərimizin Gözəl Əxlaqı

Peyğəmbərimizin (s) çox gözəl əxlaqa malik olduğunu Allah Quranda bildirmiş və belə buyurmuşdur:

«Nun! And olsun qələmə və yazdıqlarına ki, sən Rəbbinin neməti sayəsində divanə deyilsən! Və, həqiqətən, səni tükənmək bilməyən mükafat gözləyir! Doğrudan da, sən böyük bir əxlaq sahibisən! Hansınızın divanə olduğunu tezliklə sən də görəcəksən, onlar da görəcəklər! Həqiqətən, sənin Rəbbin öz yolundan çıxanları da, doğru yolda olanları da ən gözəl ta¬nıyandır!» («Qələm» surəsi, 1-7)

Allah bu ayədə Peyğəmbərimiz (s) üçün tükənməyəcək mukafat olduğunu bildirmişdir. Bu, Hz.Muhəmmədin (s) həmişə gözəl əxlaqlı olduğunu, heç vaxt təqvadan ayrılmadığını göstərən məlumatdır.

landscape

Who could do greater wrong than someone who is reminded of the Signs of his Lord and then turns away from them, forgetting all that he has done before? We have placed covers on their hearts, preventing them from understanding it, and heaviness in their ears. Though you call them to guidance,
they will nonetheless never be guided.
(Surat al-Kahf: 57)

Peyğəmbərimizin (s) də «İmanın kamilliyi gözəl əxlaqla olanıdır»4 sözlərində ifadə etdiyi kimi, imanın ən vacib əlamətlərindən biri gözəl əxlaqdır. Buna görə də gözəl əxlaqın ən gözəl nümunələrini öyrənmək və yerinə yetirmək vacib ibadətdir.

Bu fəsildə Peyğəmbərimizin Quranda bəhs edilən gözəl əxlaq xüsusiyyətlərindən bəzilərinə yer ayıracağıq.

Peyğəmbərimiz (s) Ancaq Ona Vəhy Olunana Tabe Olmuşdu

Peyğəmbərimizin (s) Quranda dəfələrlə qeyd edilən ən mühüm xüsusiyyətlərindən biri ancaq Allahın göndərdiyinə tabe olması, insanların qınağından çəkinmədən sadəcə Allahın bildirdiklərini etməsidir. Hətta eyni dövrdə yaşayan müşriklər və başqa dinlərin mənsubları Peyğəmbərimizdən (s) öz

mənfəətlərinə uyğun hökmlər gətirməsini istəmişdilər. Bu adamlar həm say, həm də güc baxımından üstün vəziyyətdə olmalarına baxmayaraq, Peyğəmbərimiz (s) Quranı və Allahın hökmlərini həmişə həssaslıq və qətiyyətlə qorumuşdur. Bir ayədə Allah Peyğəmbərimizin (s) bu adamların təkidlərinə necə cavab verdiyini bizə belə xəbər verir:

«Onlara ayələrimiz açı-Qaydın oxunduğu zaman Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər: "Bundan ayrı bir Quran gətir və ya onu dəyişdir!" - deyərlər. Onlara de: "Mən onu özbaşına dəyişmərəm. Mən ancaq mənə gələn vəhyə tabe oluram. Əgər Rəbbimə asi ol¬sam, böyük günün əzabından qorxuram". De: "Əgər Allah istəsəydi, mən onu sizə oxumazdım və Allah da onu sizə bildirməzdi. Mən ondan qabaq sizin aranızda ömür sürmüşəm. Məgər dərk etmirsinizmi?"» («Yunus» surəsi, 15-16)

landscape

Those are Allah's Signs which We recite to you with truth.
You are indeed one of the Messengers.
(Surat al-Baqara:252)

Allah Peyğəmbərimizi (s) tayfasının bu hərəkətlərinə görə bir çox ayəsi ilə xəbərdar etmişdir. Məsələn, «Maidə» surəsində belə buyurulur:

«(Ya Muhəmməd!) Biz sənə haqq olaraq, özündən əvvəlki kitabı təsdiq edən və onu qoruyan olaraq endirdik. Sən onların arasında Allahın nazil etdiyi ilə hökm et. Sənə gələn haqdan ayrılıb onların nəfslərinin istədiyinə uyma. Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi vahid bir ümmət edərdi. Lakin bu, Allahın verdikləri ilə si¬zi imtahan etməsi üçündür. Elə isə yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın. Ha¬mınızın axır dönüşü Allahadır. Aranızda ixtilaf doğuran məsələlər barəsində sizə xəbər verəcəkdir! O halda onların arasında Allahın nazil etdiyi kitabla hökm et. Onların nəfslərinin istədiyinə uyma. Allahın sənə nazil etdiyinin bir qismindən səni tovlayıb yayındıra biləcəklərindən ehtiyat edib özünü onlardan gözlə. Əgər onlar (bu hökmlərdən) üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Doğrudan da, in¬sanların çoxu fasiqlərdir!» («Maidə» surəsi, 48-49

Hamid Aytac. A calligraphic inscription in the celi thuluth script

Hamid Aytac. A calligraphic inscription in the celi thuluth script. In a hadith, the Prophet (saas) stated that the best people are those who are useful to others.'

Peyğəmbərimiz (s) də Allahın ona göndərdiyindən başqasına tabe olmayacağını böyük qətiyyətlə qövmünə bildirmişdir. Peyğəmbərimizin (s) bu üstün əxlaqını xəbər verən bir ayə belədir:

«De: "Mən sizə demirəm ki, mənim yanımda Allahın xəzinələri vardır. Mən qeybi bilmirəm və sizə də demirəm ki, mən mələyəm. Mən yalnız özümə gələn vəhyə tabe oluram". De: "Kor görənlə bir olarmı? Məgər düşünmürsünüz?"» («Ənam» surəsi, 50)

Peyğəmbərimiz (s) Allahın yolunda nümayiş etdirdiyi qətiyyəti və iradəsi ilə haqq dini ən gözəl və ən düzgün tərzdə insanlara çatdırmışdır. İnsanların əksəriyyəti ilə müqayisə etdikdə Peyğəmbərimizin (s) bu üstünlüyü daha yaxşı başa düşülə bilər. Əksər adamlar keçmişdə olduğu kimi, dövrümüzdə də ehtiraslara, zəifliklərə, mənfi həvəslərə malikdirlər. Bəziləri də dini qəbul etmələrinə baxmayaraq bu zəifliklərinə məğlub olurlar. Acizliklərindən və ehtiraslarından uzaqlaşmağın əvəzinə dinin hökmlərindən güzəştə gedirlər. Məsələn, dostlarının, yoldaşlarının, qohum-əqrəbalarının «nə deycəklərindən» çəkinərək dinin bəzi hökmlərini yerinə yetirməzlər, yaxud dinə uyğun olmayan bəzi vərdişlərini buraxmazlar. Buna görə də dini öz mənfəətlərinə görə izah edər, onlara uyğun gələn hökmlərini qəbul edər, digərlərini görməkdən yayınırlar.

Peyğəmbərimiz (s) isə bu cür adamların istəklərinə görə heç vaxt güzəştə getməmiş, Allahın göndərdiyində heç bir dəyişiklik etməyərək, heç kimin mənfəətini nəzərə almayaraq, ancaq Allahdan qorxub çəkinərək Quranı insanlara çatdırmışdır. Allah Peyğəmbərimizin (s) bu təqva xüsusiyyətini Quranda belə bildirir:

«Batmaqda olan ulduza and olsun ki, Sizin yoldaşınız (peyğəmbər) nə haqq yoldan sapmış, nə də azmışdır! O, kefi istəyəni (havadan) danışmır. Bu, ancaq nazil olan bir vəhydir. Onu (Quranı) çox qüvvətli olan (Cəbrail) öyrətdi» («Nəcm» surəsi, 1-5).

«Bilin ki, aranızda Allahın Peyğəmbəri vardır. Əgər o, bir çox işlərdə sizə uysaydı, siz əziyyət çəkərdiniz. Lakin Allah sizə imanı sevdirmiş, onu ürəklərinizdə süsləmiş, küfrə, itaətdən çıxmağa və asi olmağa qarşı sizdə nifrət oyatmışdır. Məhz belələri doğru yolda olanlardır!» («Hucurat» surəsi, 7)

landscape

Hamid Aytac. A calligraphic inscription in the celi thuluth script. In a hadith, the Prophet (saas) stated that the best people are those who are useful to others.'Who could do greater wrong than those who invent lies against Allah? Such people will be arrayed before their Lord and the witnesses will say, "Those are the ones who lied against their Lord." Yes indeed! Allah's curse is on the wrongdoers.
(Surah Hud: 18)

Peyğəmbərimizin (s) Bütün Aləmlərə Nümunə Olan Təvəkkülü

Quranda Peyğəmbərimiz (s) haqqında bəhs edilən hadisələrdə onun təvəkkülü və Allaha necə təslim olduğu çox aydın tərzdə görünür. Məsələn, Peyğəmbərimizin (s) Məkkədən çıxandan sonra yoldaşı ilə birlikdə gizləndiyi bir mağaradakı sözləri təvəkkülünün ən gözəl nümunələrindən biridir. Ayədə belə bildirilir:

«Əgər siz ona kömək etməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər onu (Məkkədən) iki nəfərdən biri olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna: "Qəm yemə, Allah bizimlədir!" - dediyi zaman göstərmişdi. O vaxt Allah ona bir arxayınlıq nazil etmiş, onu sizin görmədiyiniz əsgərlərlə müdafiə etmiş, inkar edənlərin sözünü alçaltmışdı. Yalnız Allahın sözü ucadır. Allah yenilməz qüvvət, hikmət sahibidir!» («Tövbə» surəsi, 40)

Peyğəmbərimiz (s) hansı şəraitdə və vəziyyətdə olmasından asılı olmayaraq, həmişə Allaha təslim olmuş, Onun yaratdığı hər şeydə xeyir və gözəllik olduğunu bilmişdir. Quranda Peyğəmbərimizə (s) xalqına söyləməsi bildirilən bu sözlər də həmin təvəkkülün bir nümunəsidir:

«Sənə bir yaxşılıq nəsib olsa, onların halı pis olar. Sənə bir müsibət üz versə: "Biz tədbirimizi qabaqcadan görmüşük!" - deyər və sevincək halda dönüb gedərlər. De: "Allahın bizim üçün yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Bu¬na görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!"» («Tövbə» surəsi, 50-51)

Peyğəmbərimiz (s) təvəkkülü ilə bütün müsəlmanlara nümunə olmuş və insanın Allahdan gələn hər hansı bir şeyi dəyişdirməyə gücünün çatmayacağını belə xatırlatmışdır: «Bir nəfsə təqdir edilən şey mütləq olur».4

«Bir şey istəyəndə Allahdan istə. Yardım tələb edəcəksənsə, Allahdan yardım gözlə. Çünki bəndələr Allahın yazmadığı bir məsələdə sənə xeyir vermək üçün bir yerə yığışsalar, bu xeyri əmələ gətirməyə gücləri çatmaz. Allahın yazmadığı bir zərəri sənə vermək üçün birlikdə iş görsələr, buna da müvəffəq ola bilməzlər».5 Peyğəmbərimizin (s) sünnəsinə tabe olan möminlər də müsibət kimi görünən hadisələri onun kimi təvəkküllə qarşılamalı, hər şeydə xeyir və gözəllik olduğuna iman gətirməlidirlər. Bunu da yaddan çıxarmamaq lazımdır ki, Allahın ən təqvalı bəndələrindən biri olan Peyğəmbərimiz Hz.Muhəmməd (s) çox böyük çətinliklərlə və şiddətli hadisələrlə sınanmışdır.

calligraphic inscription

Haci Nazif Bey. A verse from the Qur'an: "Do not consider Allah to be unaware of what the wrongdoers perpetrate..." ( Surah Ibrahim: 42)

Hər şeydən əvvəl təbliğat apardığı xalqın arasında ona hər cür çətinlik törətməyə hazır olan adamlar var idi: İkiüzlü davranaraq Peyğəmbərimizə (s) tələ qurmağa çalışanlar, dədə-babalarının dinini dəyişdirməyi qəbul etməyən müşriklər, peyğəmbərdən öz nəfslərinə uyğun ayə gətirmələrini istəyənlər, Peyğəmbərimizi (s) öldürmək, sürgün etmək və ya həbs etmək arzusunda olanlar və daha bir çoxları davamlı olaraq Peyğəmbərimizə (s) çətinlik törətməyə çalışmışdılar.

Peyğəmbərimiz (s) inkar edənlərin bu cür davranışlarına həmişə səbir etmiş, böyük qətiyyətlə Allahın dinini təbliğ etmiş və müsəlmanları təhlükələrdən qoruyaraq onları Quranla tərbiyələndirmişdir. Onun bu əzmkarlığının, nailiyyətinin və cəsarətinin əsasında Allaha olan güclü imanı, təvəkkülü və təslimiyyəti dayanır. Peyğəmbərimiz (s) mağarada olduğu kimi hər vəziyyətdə Allahın onunla birlikdə olduğunu bilmiş, hər hadisəni Allahın yaratdığına və Rəbbimizin hər şeyi ən gözəl və ən xeyirli tərzdə nəticələndirəcəyinə iman gətirmişdir. Peyğəmbərimizin (s) bu hədisi onun hər şeydə xeyir görən təvəkkülünə misaldır:

«İnanan insanın vəziyyəti nə dərəcə heyrətamizdir. Çünki hər işi onun üçün xeyirdir. Bu vəziyyət təkcə möminə məxsusdur, başqasına deyil. Ona razı qalacağı bir şey gəlsə, şükür edər. Bu xeyirdir. Bir ziyan gəlsə, səbir edər. Bu da xeyirdir».6 Peyğəmbərimiz bu inamı ilə hadisələr qarşısında əlindən gələn bütün səyləri göstərmiş, ancaq nəticənin həmişə Allaha aid olduğunu bilərək Ona arxalanıb güvənmişdir. Allah peyğəmbərinin bu gözəl təvəkkülü qarşısında onu həmişə güclü və müvəffəq etmişdir.

Allah Peyğəmbərimizi (s) çətinlik törədənlərə qarşı təvəkkül etməsini bildirmişdir və Peyğəmbərimiz (s) də həyatı boyunca Rəbbimizin bu əmrinə uyğun olaraq davranmışdır. Ayədə belə buyurulur:

«Onlar: "İtaət edirik!" - deyir, lakin sənin yanından çıxıb getdikləri zaman onların bir qismi dediyinin əksinə fikirləşir. Allah onların qaranlıqlarda qurduqlarını yazır. Sən onlar¬dan üz çevir və Allaha təvəkkül et! Allahın vəkil olması kifayət edər!» («Nisə» surəsi, 81)

Mövzu ilə bağlı başqa bir ayədə belə buyurulur:

«Əgər onlar səninlə mübahisə edərlərsə, belə de: "Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm". Kitab verilmiş şəxslərə və savadsızlara de: "Siz də təslim oldunuzmu?" Əgər təslim olarlarsa, doğru yola yönəlmiş olarlar, yox, əgər üz döndərərlərsə, sənin vəzifən ancaq (haqqı) tətbiq etməkdir. Allah, şübhəsiz ki, bəndələrini görəndir!» («Ali-İmran» surəsi, 20)

Peyğəmbərimiz (s) isə təvəkkül edənlərin necə qarşılıq görəcəklərini belə bir misalla bildirmişdir: «Siz Allaha haqqı ilə təvəkkül etsəniz, quşlar kimi ruziləndirilərsiniz. Onlar ac gedər, tox qayıdarlar».7

Möminlər üçün ən gözəl nümunə Peyğəmbərimizin (s) sözləri və davranışlarıdır. Buna görə də hər hansı bir çətinliklə, nəfsinin xoşlamadığı bir vəziyyətlə üzləşən hər mömin Quran ayələrini, hər şeyi yaradanın Allah olduğunu fikirləşərək Peyğəmbərimizin təvəkkülünü nümunə götürməli, hər hadisədə Allahın yaratdığı taleyə təslim olduğunu bildirməlidir.

Peyğəmbərimiz (s) Insanlardan Heç Bir Mənfəət Gözləməmiş, Ancaq Allahın Razılığını Arzulamışdır

İslam dininin əsas xüsusiyyətlərindən biri insanın həyatını Allah qorxusu üzərində inşa etməsi və bütün ibadətlərini də ancaq Allahın razılığını, mərhəmətini və cənnətini qazanmaq üçün etməsidir. Allah bir ayədə möminlərə: «De: "Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!» («Ənam» surəsi, 162) şəklində buyurur.

Quranda «Tövbə edənlər, özlərini islah edib düzəldənlər, Allahdan möhkəm yapışanlar və Allah qarşısında dinini təmizləyənlər müstəsnadır. Çünki onlar möminlərlə bərabərdirlər. Möminlərə isə Allah böyük mükafat verəcəkdir!» («Nisə» surəsi, 146) ayəsi ilə inananlara dini, ancaq Allah üçün, başqa heç bir məqsəd güdmədən yaşamaları əmr edilmişdir. Bir adamın Allaha möhkəm bağlanması, Allahdan başqa tanrı olmadığını bilərək həyatını ancaq Onu razı salmağa həsr etməsi və hər nə olursa-olsun, Allaha olan sədaqətindən əl çəkməməsi həmin adamın ixlaslı, səmimi olduğunu göstərir.

İxlaslı, səmimi bir mömin etdiyi xeyirxah işlərində və ya oruc tutmaq, gündəlik namazları qılmaq, zəkat vermək kimi fərz olan ibadətlərində Allahdan başqa heç kimin sevgisini, razılığını, tərifini, marağını və könlünü almağa çalışmaz. İxlaslı möminlərə ən gözəl nümunə Hz.Muhəmməd (s) və başqa peyğəmbərlərdir.

Peyğəmbərimiz (s) ancaq Allahın razılığını nəzərə almış, heç bir mənfəət və ya dünyəvi qazanc fikirləşmədən, həyatı boyunca Allahın razılığını, mərhəmətini və cənnətini qazanmaq üçün səy göstərmişdir.

«De: "Mən buna görə sizdən heç bir əcr (mükafat) istəmirəm. Və mən özümdən bir şey uydurub deyənlərdən də deyiləm!» («Sad» surəsi, 86)

«De: "Mən sizdən heç bir muzd (mükafat) istəmirəm, o sizin olsun. Mənim mükafatım ancaq Allaha aiddir. O, hər şeyə şahiddir!"» («Səba» surəsi, 47)

landscape

Then We sent Our Messengers one after another, at intervals. Each time its Messenger came to a community they called him a liar so We made them follow one another too and turned them into myths and legends. Away with the people who do not believe!
(Surat al-Muminun: 44)

Peyğəmbərimizin (s) Çətinliklər Qarşısında Gözəl Səbri

Hz.Muhəmməd (s) peyğəmbərliyi boyunca əvvəl də bildirildiyi kimi, müxtəlif çətinliklərlə üzləşmişdir. Haqq dini təbliğ etdiyi xalqının arasından çıxan inkarçılar və müşriklər ona qarşı çox nalayiq sözlər söyləmişlər, hətta sehrbaz və dəli adlandırmışlar, bəziləri isə hətta Peyğəm- bərimizi (s) öldürmək belə istəmiş və bunun üçün planlar qurmuşdular. Buna baxmayaraq, Peyğəmbərimiz (s) hər mədəniyyətdən və xarakterdən olan insanları tərbiyələndirməyə, onlara Quranı, dolayısı ilə gözəl əxlaqı, gözəl davranışı öyrətməyə çalışmışdır.

Quran ayələrində bildirildiyi kimi, bəzi adamlar əsas nəzakət qaydalarından da xəbərləri olmadığı üçün Peyğəmbərimiz (s) kimi incə dərrakəli, çox tərbiyəli bir insana əziyyət verə biləcəklərini fikirləşməmişdilər. Peyğəmbərimiz (s) isə bütün bunlara qarşı böyük səbir göstərmiş, hər vəziyyətdə Allaha üz tutaraq Allahın köməyini istəmiş və möminlərə də səbri və təvəkkülü tövsiyə etmişdir.

Allah Quranın müxtəlif ayələrində Peyğəmbərimizə (s) inkar edənlərin sözlərinə qarşı səbirli olmasını belə tövsiyə edir:

«Artıq onların dediklərinə səbir et. Gün doğmamışdan əvvəl, batmamışdan əvvəl Rəbbini təqdis edib şəninə təriflər de!» («Qaf» surəsi, 39)

«Onların sözləri səni kədərləndirməsin. Yenilməz izzət (qüvvət) bütövlükdə yalnız Allaha məxsusdur. O, eşidəndir, biləndir!» («Yunus» surəsi, 65)

«Doğrusu, Biz onların sözlərindən sənin ürəyinin qısıldığını bilirik!» («Hicr» surəsi, 97)

«Onların: "Heç olmasa, ona bir xəzinə endiriləydi və ya onunla birlikdə bir mələk gələydi!" - demələrindən dolayı, ürəyin qısılıb sənə gələn vəhyin bir hissəsini tərk edəcəksən? Sən ancaq xəbərdar edən bir peyğəmbərsən. Allah isə hər şeyə vəkildir!» («Hud» surəsi, 12)

Peyğəmbərimizin (s) nələrə səbir göstərərək üstün əxlaq nümayiş etdirdiyini fikirləşən möminlər üzləşdikləri hər bir hadisədə onu özlərinə nümunə götürməlidirlər. İstəklərinə əks olan ən xırda bir hadisədə ümidsizliyə qapılanlar, sadə bir etiraza dözümsüzlük nümayiş etdirənlər, Allahın dinini təbliğ etməkdən əl çəkənlər, ya da ticarətdə işləri istədikləri kimi getməyəndə narahat olanlar bu davranışlarının Allahın Kitabına və Peyğəmbərimizin (s) sünnəsinə uyğun olmadığını bilməlidirlər. İman gətirənlər hər hadisədə səbirli davranaraq, Allahı vəkil tutub Ona şükür edərək, Peyğəmbərimiz (s) kimi gözəl əxlaqa uyğun hərəkət etməli və Rəbbimizin razılığına, mərhəmətinə və cənnətinə ümid etməlidir.

landscape

Charles Robertson, Mathaf Gallery, London

When guidance came to the people nothing prevented them from believing and asking for forgiveness from their Lord but the fact that the pattern of previous peoples did not happen to them or that the punishment did not appear before their eyes.
(Surat al-Kahf: 55)

Peyğəmbərimiz (s) Yanındakılarla Həmişə Xoşrəftar Olmuşdur

calligraphi

From the G. Mesara collection. A verse from the Qur'an in Esma-i Nebi calligraphic style: "We have only sent you as a mercy to all the worlds." (Surat al-Anbiya': 107)

Əvvəl də bildirildiyi kimi, Peyğəmbərimizın (s) yanında hər cür xasiyyətli, müxtəlif fikirli insanlar var idi. Ancaq Peyğəmbərimiz (s) həyatı boyunca hamısı ilə bir-bir maraqlanmış, hər birinin qüsurlarını və xətalarını düzəltmək üçün onları xəbərdar etmiş, təmizliklərindən imanlarına kimi onları hər məsələdə maarifləndirməyə və tərbiyələndirməyə çalışmışdır. Onun bu mərhəmətli, dözümlü, anlayışlı və səbirli davranışı əksər insanların ürəklərinin dinə isinməsinə və Peyğəmbərimizə (s) böyük səmimiyyətlə və sevgi ilə bağlanmalarına səbəb olmuşdur. Allah Peyğəmbərimizin (s) ətrafındakılara göstərdiyi bu gözəl davranışını Quranda belə bildirir:

«Allahın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsay¬dın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün bağışlanmaq dilə... » («Ali-İmran» surəsi, 159)

Allah başqa bir ayədə isə Peyğəmbərimizə (s) ətrafındakılarla necə davranmalı olduğunu belə buyurmuşdur:

«Biz onların nə dediklərini çox gözəl bilirik. Sən onlara zor edən (onları zorla imana gətirən) deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver!» («Qaf» surəsi, 45)

Peyğəmbərimiz (s) ətrafındakılara dini zorla, məcbur edərək, yaxud şərt qoşaraq qəbul etdirməyə çalışmamış, hər cür şəraitdə gözəlliklə çatdırmışdır.

Peyğəmbərimiz (s) güclü vicdanı ilə ümmətinə hər cəhəti ilə sahib çıxmış, hər məsələdə onların xilaskarı olmuşdur. Bu xüsusiyyətlərinə görə Peyğəmbərimiz (s) Quranın müxtəlif ayələrində «sahibiniz» (dostunuz, yoldaşınız) olaraq qeyd edilir.8

Peyğəmbərimizin (s) bu vicdanlı davranışını təqdir edib başa düşən möminlər də onu özlərinə hamıdan daha çox yaxın görmüşlər və onu öz nəfslərindən daha çox üstün tutmuşlar. Bir ayədə Allah bunu belə bildirir:

«Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. Onun övrətləri onların anaları¬dır... » («Əhzab» surəsi, 6)

Böyük müsəlman alimlərindən biri hədis alimlərinin bir yerə yığdığı məlumatlarla Peyğəmbərimizin ətrafındakılara qarşı davranışını belə xülasə etmişdir:

«...Yanında oturanların hamısına gözəl sifətindən nəsibini verir, iltifat edərdi. Buna görə də hüzurundakıların hər biri Peyğəmbərin (s) yanında özündən daha dəyərlisinin olmadığı fikrinə qapılırdı. Bəli, onun oturuşu, qulaq asması, sözləri, gözəl lətifələri və təvəccühü həmişə

ətrafındakılar üçün idi. Bununla yanaşı, onun məclisi həya, ədəb, təvazökarlıq və əmin-amanlıq məclisi idi.

...Onlara ikram və ürəklərini xoş etmək üçün səhabələrini ləqəbləri ilə çağırır, ləqəbi olmayanlara ləqəb taparaq onunla səslənərdi.

Əsəbiləşməkdən çox uzaq və bir şeyə dərhal razılıq verən idi. İnsanlara qarşı onların ən mərhəmətlisi idi. Çünki insanların ən xeyirlisi insanlara xeyri dəyən, insanların ən faydalısı da onlara faydalı olandır».9

Peyğəmbərimizin (s) ətrafındakıları dinə bağlayan və ürəklərini imana isindirən insan sevgisi, incə düşüncəsi və şəfqəti bütün müsəlmanların önəmlə üzərində durmalı olduqları əxlaq üstünlüyüdür.

landscape

... Allah chooses those of His Messengers whom He wills.
So believe in Allah and His Messengers.
If you believe and do your duty you will have an immense reward.
(Surah Al 'Imran: 179)

But if they turn away, say, "Allah is enough for me.
There is no god but Him. I have put my trust in Him.
He is the Lord of the Mighty Throne."
(Surat at-Tawba: 129)

Peyğəmbərimizin (s) Bəşərə Nümunə Olan Ədaləti

Allah Quranda möminlərə «Ədalətdən möhkəm yapışan Allah şahidi olun! İstər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin!» («Nisə» surəsi, 135) tərzində buyurur. Peyğəmbərimiz Hz. Muhəmməd (s) həm müsəlmanların arasında verdiyi hökmlər, həm də başqa din, dil, irq və xalqlardan olan insanlara qarşı ədalətli və xoş rəftar davranışı, həm də Allahın ayəsində bildirdiyi imkanlı, imkansız fərqi qoymadan hamıya bərabər davranması ilə bütün insanlar üçün çox böyük nümunədir.

Allah bir ayəsində Elçisinə belə buyurur:

«Onlar yalana qulaq asanlar və haram yeyənlərdir. Əgər yanına gəlsələr, aralarında hökm et və ya onlardan üz çevir. Əgər onlardan üz döndərsən, sənə heç bir zərər verə bilməzlər. Əgər aralarında hökm etsən, ədalətlə hökm et. Allah ədalət sahiblərini sevər!» («Maidə» surəsi, 42)

Peyğəmbərimiz (s) çox çətin bir tayfanın arasında da Allahın əmrinə tabe olmuş və heç vaxt ədalətdən güzəştə getməmişdir. Həmişə «Rəbbim ədaləti əmr etdi...» («Əraf» surəsi, 29), - deyərək hər dövrdə bütün insanlara nümunə olmuşdur.

Hz.Muhəmmədin (s) peyğəmbərliyi dövründə adil davranışının şahidi olduğumuz çoxlu sayda hadisələr baş vermişdir. Peyğəmbərimizin (s) yaşadığı ərazidə müxtəlif din, dil, irq və qəbiləyə mənsub insanlar birlikdə yaşayırdılar. Bu tayfaların, xalqların birlikdə firavan və əmin-amanlıqda yaşamaları, aralarına fitnə salmağa çalışanların təsirsiz hala salınmaları çox çətin idi. Ən sadə bir sözdən və ya hərəkətdən dərhal sonra bir qrup digərinə qarşı əsəbiləşib hücum edə bilirdi. Ancaq Peyğəmbərimizin (s) ədaləti müsəlmanlara olduğu qədər bu cəmiyyətlər üçün də firavanlıq və əmin-amanlıq mənbəyi olmuşdur. «Səadət əsri» dövründə Ərəbistan yarımadasında xristian, yəhudi, bütpərəst fərqi qoymadan hamıya adil davranılmışdır. Peyğəmbərimiz (s) Allahın «Dində məcburiyyət yoxdur... » («Bəqərə» surəsi, 256) ayəsinə tabe olaraq hamıya haqq dini çatdırmış, lakin seçim etmək mövzusunda sərbəst buraxmışdır.

Allah Peyğəmbərimizə (s) başqa bir ayəsində də müxtəlif dinlərə mənsub olan insanlara qarşı necə ədalət və tolerant olması lazım olduğunu belə bildirmişdir:

«Buna görə də sən dəvət et və sənə əmr edildiyi kimi səbatlı ol. Onların nəfslərindən gələn istəklərə uyma və de: "Mən Allahın nazil etdiyi kitaba inandım. Mənə sizin aranızda ədalətlə hökm etmək əmr olunmuşdur. Allah bizim də Rəbbimizdir, sizin də Rəbbiniz. Bizim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aiddir. Bizimlə sizin aranızda heç bir mübahisə yoxdur. Allah hamımızı bir yerə toplayacaqdır. Axır dönüş də yalnız Onadır!"» («Şura» surəsi, 15)

Peyğəmbərimiz (s) Quran əxlaqına tabe olaraq nümayiş etdirdiyi bu gözəl davranışı bu gün müxtəlif dinlərdən olan insanların bir-birilərinə qarşı davranışları mövzusunda nümunə olmalıdır.

Peyğəmbərimizin (s) ədaləti müxtəlif irqlərdən olan insanlar arasında da tolerantlığı formalaşdırmışdır. Peyğəmbərimiz (s) əksər çıxışlarında, hətta «Vida xütbəsi»ndə də irqlərə görə bir üstünlük olmayacağını, Allahın ayədə xəbər verdiyi kimi «üstünlüyün təqvaya görə olacağını» bildirmişdir. Ayədə belə buyurulur:

«Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız (irq və ya tayfa ilə deyil) Allahdan ən çox qorxanınızdır. Həqiqətən, Allah biləndir, xəbərdardır» («Hucurat» surəsi, 13)

landscape

We never sent any Messengers before you who did not eat food and walk in the market-place. But We have made some of you a trial for others to see if you will be steadfast? Your Lord sees everything.
(Surat al-Furqan: 20)

Peyğəmbərimiz (s) isə iki ayrı hədisində belə buyurmuşdur:

«Ey insanlar! Hamınız Adəmin övladlarısınız. Adəm isə torpaqdan yaradılmışdır. İnsanlar irqləri ilə fəxr etməkdən əl çəkməlidirlər».10

«Sizin bu nəsil-nəcabətiniz heç kimə üstünlük və təkəbbürlük göstərməyə səbəb olan məsələ deyil. (Ey insanlar!) Hamınız Adəmin övladlarısınız. Hamınız bir ölçünün daxilindəki bir-birinə bərabər buğda dənələri kimisiniz... Halbuki heç kimin başqasına din və təqva istisna olmaqla, üstünlüyü yoxdur. Adamın pis olması üçün başqalarını təhqir etməsi, özündən aşağı görməsi, paxıl, pis xasiyyətli, həddini aşması kifayət edər».11 Peyğəmbərimiz (s) Vida xütbəsində də müsəlmanlara belə buyurmuşdur:

«Nəsil-nəcabətlə fəxr edilməz. Ərəblər ərəb olduqlarına görə ərəb olmayanlardan (əcəmilərdən), ərəb olmayanlar da əcəmi olduqlarına görə ərəblərdən üstün sayılmazlar. Çünki Allah dərgahında ən üstün olanınız ona qarşı gəlməkdən ən çox çəkinənizdir (ən təqvalınızdır)».12 Ərəbistan yarımadasının cənub bölgəsindəki xristian Nəcran xalqı ilə bağlanan müqavilə də Peyğəmbərimizin ədalətinin çox gözəl bariz nümunəsidir. Bu müqavilənin maddələrindən biri belədir: «Nəcranlıların və məiyyətindəkilərin canları, malları, dinləri, var-dövlətləri, ailələri, kilsələri və malik olduqları hər şey Allahın və Allahın elçisinin himayəsi altına alınacaqdır».13

 A callighraphic inscription

Haci Nazif Bey. A verse from the Qur'an: "... [Allah commands you] When you judge between people, to judge with justice. (Surat an-Nisa': 58)

Peyğəmbərimizin (s) xristian, yəhudi və müşriklərlə imzaladığı Mədinə müqaviləsi də çox vacib ədalət nümunəsidir. Müxtəlif etiqadlara malik olan qruplar arasında ədalətin təmin edilməsi və hər qrupun mənfəətlərinin nəzərə alınması üçün hazırlanan bu müqavilə sayəsində illərlə bir-birilərinə düşmənçilik bəsləyən xalqlara, qruplara sülh gətirilmişdir. Mədinə müqaviləsinin ən bariz xüsusiyyətlərindən biri də etiqad azadlığının təmin edilməsidir. Bu mövzu ilə bağlı maddə belədir:

«Bəni Əuf yəhudiləri möminlərlə bərabər eyni ümmətdirlər. Yəhudilərin dinləri özlərinə, müsəlmanların dinləri də özlərinədir».14

Mədinə müqaviləsinin 16-cı maddəsində isə «Bizə tabe olan yəhudilər heç bir haqsızlığa məruz qalmadan və düşmənləri ilə də köməkləşmədən, köməyimizə və dəstəyimizə haqq qazanacaqlar»15, - deyə bildirilmişdir. Peyğəmbərimizdən (s) sonra səhabələri Peyğəmbərimizin (s) müqaviləyə yazdırdığı bu hökmə sadiq qalmışlar və eyni hökmü bərbər, buddist, brahman və başqa etiqada malik olan insanlarla münasibətdə də tətbiq etmişdilər.16

Səadət dövrünün sülh, əmin-amanlıq və firavanlıq şəraitində olmasının ən vacib səbəblərindən biri də Quran əxlaqına tabe olan Peyğəmbərimizin (s) ədalətli davranışıdır.

Peyğəmbərimizin (s) ədaləti müsəlman olmayan insanlarda da arxayınlıq hissi yaratmış, hətta müşrik olan insanlardan da Peyğəmbərimizin (s) himayəsinə daxil olmaq istəyənlər olmuşdur. Allah Quranda müşriklərin bu tələblərini bildirmiş, həmçinin Peyğəmbərimizə (s) bu adamlara qarşı necə davranmalı olduğunu da vəhy etmişdir:

«Əgər müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını dinləsin. Son¬ra onu əmin olduğu yerə çatdır... » («Tövbə» surəsi, 6)

«...Onlar sizinlə doğru-düzgün davrandıqca (əhdi pozmadıqca), siz də onlarla doğru-düzgün dolanın. Həqiqətən, Allah müttəqiləri (xəyanətdən, əhdi pozmaqdan çəkinənləri) sevər!» («Tövbə» surəsi, 7)

Hazırda dünyanın hər tərəfində baş verən iğtişaşların, döyüşlərin yeganə həlli Quran əxlaqına tabe olmaq və Peyğəmbərimiz (s) kimi, din, dil və irqi ayrıseçkiliyə yol vermədən heç vaxt ədalətdən uzaqlaşmamaqdır.

Peyğəmbərimizə (s) Itaət Edən Allaha Itaət Edər

Allah bütün insanları göndərdiyi elçilərinə tabe olmağa və onlara itaət etməyə dəvət etmişdir. Bəşər dünyası buna görə məsuliyyət daşıyır. Elçilər Allahın əmrlərini yerinə yetirən, insanlara Allahın vəhyini çatdıran, hal və hərəkətləri, sözləri ilə, qısası, həyatları və yaşam tərzləri ilə insanlara Allahın ən razı qalacağı insan modelini və həyatın necə yaşanmalı olduğunu göstərən mübarək insanlardır. Allah Quranda elçilərinə tabe olanların xilas olacaqlarını bildirmişdir. Buna görə də Peyğəmbərimizə (s) itaət vacib bir ibadətdir. Allah itaət mövzusunun əhəmiyyətini Quranda belə xəbər verir:

«Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə, göndərdik. Onlar özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər» («Nisə» surəsi, 64).

«Allaha və Peyğəmbərə itaət edənlər Allahın nemətlər verdiyi nəbilər, siddiqlər, şəhidlər və salehlərlə bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!» («Nisə» surəsi, 69)

Quranın əksər ayələrində isə peyğəmbərlərə itaət edənlərin, əslində, Allaha itaət etmiş olduqları bildirilir. Elçilərə üsyan edənlər isə, həqiqətən, Allaha qarşı gəlmişlər. Bu ayələrdən bəziləri belədir:

«Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur. Kim üz döndərsə (qoy döndərsin)! Biz ki səni onların üzərində gözətçi olmağa göndərməmişik» («Nisə» surəsi, 80)

«Sənə beyət edənlər, şübhəsiz ki, Allaha beyət etmiş olurlar. Allahın əli onların əllərinin üstündədir. Kim əhdini pozsa, ancaq öz əleyhinə pozmuş olar. Kim Allahla etdiyi əhdi yerinə yetirsə, Allah ona böyük mükafat verər!» («Fəth» surəsi, 10)

landscape

I have put my trust in Allah, my Lord and your Lord. There is
no creature He does not hold by the forelock.
My Lord is on a Straight Path. 
(Surah Hud: 56)

Your Lord is the Ever-Forgiving, the Possessor of Mercy. If He had taken them to task for what they have earned, He would have hastened their punishment. Instead, they have a promised appointment and they will not find any refuge from it.
(Surat al-Kahf: 58)

Peyğəmbərimiz (s) də hədislərində itaətin əhəmiyyətini xatırlatmış və belə buyurmuşdur:

«Hər kim mənə itaət edərsə, şübhəsiz ki, Allaha etmiş sayılır. Hər kim də mənə üsyan edərsə, əlbəttə, Allaha üsyan etmişdir».17

Allah Quranda Peyğəmbərimizin (s) möminlər üçün himayədar və rəhbər olduğunu bildirir. Buna görə də müsəlmanlar hər məsələdə Peyğəmbərimizlə (s) məsləhətləşir, onun fikrini öyrənərək, razılığını alaraq bir işə başlayardılar. Həmçinin aralarında ixtilaf olan mövzuların həllini tapa bilməyəndə, yaxud ümmətin təhlükəsizliyi, səhiyyəsi, iqtisadi vəziyyəti ilə bağlı bir xəbər öyrənən kimi bunları da dərhal Peyğəmbərimizə (s) çatdırır və ondan ən xeyirli və etibarlı cavabını və ya bununla bağlı həll yollarını öyrənərək icra edərdilər.

Bu, Allahın Quranda möminlərə əmr etdiyi çox mühüm bir əxlaqdır. Məsələn, Allah bir ayədə bütün xəbərlərin peyğəmbərə və ya onun özünə vəkil təyin etdiyi şəxslərə çatdırılmasını əmr edir. Ayədə belə buyurulur:

«Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə dərhal onu yayarlar. Halbuki əgər bunu Peyğəmbərə və ya özlərindən olan əmr sahiblərinə demiş olsaydılar, əlbəttə, həmin xəbəri onun mahiyyətinə varan şəxslər bilərdilər. Əgər Allahın lütfü üzərinizdə olmasaydı, şübhəsiz ki, az bir qisminiz müstəsna olmaqla, şeytana uyardınız» («Nisə» surəsi, 83).

Bu, əlbəttə, çox sayda xeyri və hikməti olan bir əmrdir. Hər şeydən əvvəl Peyğəmbərimizin (s) hər əmri və hökmü Allahın himayəsindədir. Dolayısı ilə verdiyi qərarlar həmişə xeyirli olur. Həmçinin Peyğəmbərimiz (s) ümmətin ən ağıllı və hikmətli şəxsidir. İnsanlar təbii olaraq hər işində işin əhli olan, daha ağıllı və vicdanlı, çox etibar etdiyi, arxayın olduğu şəxslə məsləhətləşmək, bir xəbəri nəticə çıxarmaq üçün onunla bölüşmək istəyirlər.

Peyğəmbərimizin (s) bütün bu xüsusiyyətləri ilə yanaşı, xəbərlərin hamısının bir nəfərdə yığılmasının hikmətlərindən biri də bu xəbərlərin birləşməsindən daha məntiqli və dəqiq nəticələr çıxarmasıdır. Allah başqa bir ayəsində isə möminlərin öz aralarındakı mübahisələrdə Peyğəmbərimizi (s) hakim tutmalarını bildirmişdir. Bu cür ixtilafların dərhal Peyğəmbərimizə (s) çatdırılması Allahın əmridir və bu ağla, vicdana və ədəbə uyğun olandır. Həmçinin Peyğəmbərimizin (s) verdiyi hökmə ürəkdən və heç bir tərəddüdə yer vermədən itaət etmək çox vacibdir. Onun verdiyi qərar həmin insanın mənfəəti ilə ziddiyyət təşkil etsə də, həqiqətən, iman gətirənlər bu vəziyyətdən heç vaxt inciməz və dərhal razı olaraq peyğəmbərin hökmünə itaət edərlər. Allah bu vacib itaət məsələsini Quranda belə bildirmişdir:

«Amma, xeyr! Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, iman gətirmiş olmazlar» («Nisə» surəsi, 65)

Peyğəmbərimizin (s) bütün qərarlarının həmişə Allahın mühafizəsində olduğunu dərk edə bilməyən bəzi zəif imanlı ya da ikiüzlü adamlar Peyğəmbərimizin (s) hər məsələdən xəbərdar olaraq məlumatlandırılmasına etiraz etmiş və bununla bağlı fitnə salmağa çalışmışdılar. Bu vəziyyətin bildirildiyi ayə belədir:

«Peyğəmbəri incidib: "O (hamını dinləyən, hər sözü eşidib inanan) bir qulaqdır", - deyənlər də var. De: "O qulaq sizin üçün bir nemətdir, Allaha da inanır, möminlərə də. O sizdən iman gətirənlər üçün rəhmətdir. Allahın Rəsuluna əziyyət verənləri isə şiddətli bir əzab gözləyir!"» («Tövbə» surəsi, 61)

Bu adamlar imanın əsasını dərk edə bilmədikləri və Peyğəmbərimizi (s) təqdir edib tanıya bilmədikləri üçün onun hər şeydən xəbərdar olmasını cahiliyyə zehniyyəti ilə dəyərləndirmişdilər. Çünki cahil insanlar malik olduqları məlumatları xeyir, gözəllik, insanların yaxşılığı və əmin-amanlığı üçün istifadə etməzlər. Onlar bunu ancaq qeybət və fitnə üçün işlədir, insanların aralarını vurmağa, məkrli planlar qurmağa çalışırlar. Halbuki Peyğəmbərimiz (s) ona gələn hər xəbərlə həm müsəlmanların, həm də himayəsi altında olan başqa insanların təhlükəsizliyini, sağlamlığını, əmin-amanlığını təmin etmiş, ehtimal olunan təhlükələrin qarşısını alaraq möminlərə qarşı qurulan məkrli planları pozmuş, imanı zəif olanları müəyyən edərək belələrinin imanlarını gücləndirəcək tədbirlər almış, möminləri zəiflədəcək, həvəslərini azaldacaq bütün ehtimalların qarşısını kəsmiş, möminlərə gözəllik və xeyir gətirəcək müxtəlif üsullar müəyyənləşdirmişdir. Buna görə də Allah ayələrdə onun «bir xeyir qulağı» olduğunu bildirmişdir. Peyğəmbərimizin (s) hər sözü, hər qərarı, hər tədbiri möminlərə və əslində, bütün bəşərə xeyir və gözəllik gətirmişdir.

landscape

The Messenger believes in what has been sent down to him from his Lord, and so do the believers. Each one believes in Allah and His angels and His Books and His Messengers. “We hear and we obey. Forgive us, our Lord! You are our journey’s end.”
(Surat al-Baqara: 285)

Peyğəmbərimiz (s) Insanların Vicdanlarına Təsir Edəcək Tərzdə, Hikmətlə Xəbərdar Edərək Mənfiliklərdən Çəkindirmişdir

Quran Peyğəmbərimizə (s) vəhy ediləndən etibarən o, həyatı boyunca insanları Allahın dininə dəvət etmiş, onlara düzgün yolu göstərərək rəhbərlik etmişdir. Quranın bir ayəsində Peyğəmbərimizin (s) belə xitab etməsi bildirilir:

«De: "Bu mənim yolumdur. Mən və mənə tabe olanlar açı-Qaşkar bir dəlillə Allaha ça¬ğırırıq. Allah pak və müqəddəsdir. Mən isə müşriklərdən deyiləm!"» («Yusuf» surəsi, 108)

Quran ayələrindən də aydın olduğu kimi, Peyğəmbərimiz (s) insanları xəbərdar edib qorxudarkən, onlara Quranı, gözəl əxlaqı öyrədərkən çoxlu çətinliklərlə üzləşmişdir. Hamı hidayət əhli olmadığı üçün paxıllığından, kinindən, hirsindən Peyğəmbərimizə (s) çətinlik törədənlər, söylədiyi sözü qavraya bilməyənlər, başa düşdüyü halda özünü qanmazlığa vuran, Peyğəmbərimizin (s) dediklərinə «inandım» dediyi halda, əslində inanmayaraq ikiüzlü hərəkət edənlər və bu cür əxlaqsızlıq göstərənlər olmuşdur. Peyğəmbərimiz (s) bütün bunlara baxmayaraq, dini çatdırmağa qətiyyətlə davam etmişdir. Bu adamların davranışları bir ayədə belə bildirilir:

«...Siz kitabın hamısına inanırsınız. Onlar sizinlə görüşdükləri zaman: "Biz də inandıq", - deyirlər. Xəlvətdə olduqda isə sizə qarşı qəzəblərindən barmaqlarını gəmirirlər. De: "Acığınızdan ölün!" Əlbəttə, Allah ürəklərdə olanları biləndir» («Ali-İmran» surəsi, 119)

landscape

Say: “I have only been ordered to worship Allah and not to associate anything with Him I summon to Him and to Him I will return.”
(Surat ar-Ra’d: 36)

Peyğəmbərimizin (s) münafiqlərə qarşı davranışı və qətiyyəti isə ayədə belə buyurulur:

«Kitab verdiklərimiz sənə nazil etdiyimizə sevinirlər. (Müsəlmanların əleyhində birləşən) firqələr də vardır ki, onun bir qismini inkar edirlər. De: "Mənə Allaha ibadət etmək, Ona şərik qoşmamaq əmr olunmuşdur. Mən Ona dəvət edirəm və mənim axır dönüşüm də yal¬nız Onadır!"» («Rəd» surəsi, 36)

Peyğəmbərimiz (s) münafiqlərə xəbərdarlıq etməyə davam etmiş, dinə və özünə qarşı düşmənçilik bəsləmələrinə baxmayaraq, bəlkə əl çəkərlər və hidayətə gələrlər deyə onlara dini ən təsirli tərzdə çatdırmışdır. Münafiqlərin Peyğəmbərimizin (s) dediklərinə qarşı göstərdikləri isə «Nisə» surəsində belə xəbər verilir:

«Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmürsənmi? Onlar Tağutun hüzurunda mühakimə olunmaq istəyirlər. Halbuki onlara inan¬mamaları əmr olunmuşdur. Şeytan isə onları çox uzaq olan zəlalətə sürükləmək istər. Onlara: "Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin!" - deyildiyi zaman, münafiqlərin səndən büsbütün üz döndərdiklərini görərsən» («Nisə» surəsi, 60-61).

landscape

Say: “This is my way. I call to Allah with inner sight,
I and all who follow me. Glory be to Allah!
I am not of those who associate others with Him!”
(Surah Yusuf: 108)

Münafiqlərin bu ikiüzlü davranışlarına baxmayaraq Peyğəmbərimiz (s) onlara nəsihət vermiş, onların vicdanlarına təsir edərək həqiqəti görmələrinə səbəb olacaq tərzdə onlarla danışmışdır. Bir ayədə belə buyurulur:

«Onlar elə şəxslərdir ki, Allah onların ürəklərindəkini bilir. Sən onlardan üz çevir, onlara öyüd ver və onlara özləri haqqında təsirli söz de!» («Nisə» surəsi, 63)

Ona düşmən olan insanlara nəsihət etmək, səhvlərini açı-Qaşkar söyləyərək onları düz yola çağırmaq, əlbəttə, ağır məsuliyyətdir. Ancaq Peyğəmbərimiz (s) kimi Allaha arxalanıb güvənən, hidayəti verənin Allah olduğunu bilən, insanlardan deyil, ancaq Allahdan qorxub çəkinən bir insan üçün, hər işdə olduğu kimi, bunda da Allahın yardımı və asanlıqları vardır.

Allah Quranın əksər ayələrində azğınlıq edən insanları düz yola qaytarmaq, onları təmizləmək və onlara ayələrini öyrətmək üçün elçilərini göndərdiyini bildirir. Əvvəlki səhifədə də qeyd edildiyi kimi, Peyğəmbərimiz (s) Allahın ona verdiyi bu məsuliyyəti böyük səbr, şövq və qətiyyətlə həyatı boyunca davam etdirmişdir. Vəfatına çox az vaxtın qaldığı bir ərəfədə, «Vida xütbəsi»ndə də müsəlmanları maarifləndirməyə və onlara nəsihət verməyə davam etmişdir.

Allahın Peyğəmbərimizə (s) verdiyi bu gözəl məsuliyyətlər ayələrdə belə xəbər verilir:

A callighraphic inscription in celi ta'liq script

Sami Efendi (1838-1912). A callighraphic inscription in celi ta'liq script. Qalam-i Kibar (apothegm), "The primary requirement for wisdom is fear of Allah."

«Həmçinin sizə ayələrimizi oxumaq, sizi təmizləmək, Kitabı, hikməti və bilmədiklərinizi öyrətmək üçün sizə öz içərinizdən bir peyğəmbər göndərdik» («Bəqərə» surəsi, 151).

«Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə ayələri oxuyan, onları təmizləyən, onlara Kitabı və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki bundan əvvəl onlar açı-Qaydın zəlalət içərisində idilər» («Ali-İmran» surəsi, 164).

«Ümmilərə özlərindən peyğəmbər göndərən Odur. Əvvəllər haqq yoldan açı-Qaşkar azsalar da, onlara ayələrini oxuyar, onları təmizləyər, onlara Kitabı və hikməti öyrədər» («Cümə» surəsi, 2).

Allah bir ayəsində Peyğəmbərimizin (s) nəsihətlərinin, tövsiyələrinin, xatırlatmalarının və xəbərdarlıqlarının inananlar üçün «həyat verən, dirildən şeylər» olduğunu bildirir. Ayədə belə buyurulur:

«Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin. Bilin ki, Allah insanla onun qəlbi arasına girər və siz axırda Onun hüzuruna cəm ediləcəksiniz!» («Ənfal» surəsi, 24)

Buna görə Peyğəmbərimizin (s) dəvəti və nəsihətləri hər hansı adi bir adamın çağırışı kimi deyil. Bu dəvətə tabe olmaq insanın dünyada və axirətdə qurtuluşu, xilası deməkdir. Peyğəmbərimizin (s) hər çağırışında insanı mənfiliklərdən, zülmdən, ümidsizlikdən, əzabdan xilas edəcək hikmətlər var. Peyğəmbərimizin (s) hər tövsiyəsində Allahın ilhamı və himayəsi olduğu üçün səmimi bir müsəlman bu nəsihətlərə ürəkdən təslim olaraq hidayət tapar.

Peyğəmbərimizin (s) bizə gəlib çatan sözlərində onun möminlərə verdiyi gözəl öyüdlər də var. Bunlardan biri səhabələrindən Muaza verdiyi nəsihətdir. Peyğəmbərimizin (s) ona belə dediyi xəbər verilir:

«Muaz! Sənə Allahdan qorxmağını, sözün düzünü danışmağını, sözünün üstündə durmağını, əmanəti yerinə yetirməyini, xəyanətdən uzaq qalmağını, qonşunun haqqını qorumağını, yetimə yazığının gəlməyini, şirin sözlü olmağını, çox salam verməyini, işin yaxşısını etməyini, çox tamahkar olmamağını, imana sarılmağını, Quranı dərindən başa düşməyini, axirət sevgisini, hesabdan qorxmağını, təvazökar olmağını tövsiyə edirəm.

Muaz! Sənə hikmətli şəxsləri təhqir etməyi, düzdanışana yalan deməyi, günahkara boyun əyməyi, ədalətli hökmdara üsyan etməyi, dünyada fəsad çıxarmağı qadağan edirəm.

Muaz! Sənə hər daşın, ağacın və divarın yanında, harada olmağından asılı olmayaraq, Allahdan qorxmağını, etdiyin hər günahdan sonra gizlisinə gizli, aşkarına da aşkar tövbə etməyini tövsiyə edirəm».18

Peyğəmbərimiz (s) yaxınlarını və müsəlmanları belə tərbiyələndirmiş, maarifləndirmiş və onları həmişə gözəl xasiyyətli olmağa dəvət etmişdir.

landscape

Allah is the Protector of those who believe.
He brings them out of the darkness into the light.
But those who disbelieve have false gods as protectors.
They take them from the light into the darkness.
Those are the Companions of the Fire remaining
in it timelessly, for ever.
(Surat al-Baqara: 257)

Has the news of those who came before them not reached them - the people of Noah and ‘Ad and Thamud, and the people of Abraham and the inhabitants of Madyan and the overturned cities?
Their Messengers brought them the Clear Signs.
Allah did not wrong them; rather they wronged themselves.
(Surat at-Tawba: 70)

Do people imagine that they will be left to say, “We believe,” and will not be tested? We tested those before them so that Allah would know the truthful and would know the liars. Or do those who do bad actions imagine they can outstrip Us? How bad their judgement is!
(Surat al-Ankabut: 2-4)

Peyğəmbərimiz (s) Danışıqlarında Həmişə Allahı Yad Edərdi

Peyğəmbərimiz (s) Allahın «Allahı uca tut!» («İsra» surəsi, 111) ayəsi ilə bildirdiyi əmrinə uyğun olaraq bir mövzudan bəhs edərkən, möminlərə nəsihət edərkən, insanlara səslənərkən və ya dua edərkən həmişə Rəbbimizi ən uca və ən gözəl adları ilə yad edər, Onun gücünü, aliliyini və ucalığını qeyd edərdi. Allah Peyğəmbərimizə (s) insanlara necə səslənməli olduğunu bu ayələrlə bildirmişdir:

«De: "Ey mülkün sahibi olan Allahım! Sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan. Xeyir yalnız Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən! Gecəni gündüzə, gündüzü isə gecəyə qatarsan. Ölüdən diri, diridən isə ölü çıxararsan. İstədiyin şəxsə saysız-hesabsız ruzi verərsən"» («Ali-İmran» surəsi, 26-27).

«De: "Ürəklərinizdəkini gizli də saxlasanız, aşkara da çıxartsanız, Allah onu bilir. Çünki O, göylərdə və yerdə nə varsa, hamısını bilir. Allah hər şeyə qadirdir!» («Ali-İmran» surəsi, 29)

landscape

As for those who look forward to meeting Allah, Allah’s appointed time is certainly coming. He is the All-Hearing, the All-Knowing.
(Surat al-Ankabut: 5)

Whoever strives only strives for (the benefit of) himself.
Allah is Rich Beyond Need of any being.
(Surat al-Ankabut: 6)

«De: "Hökm ancaq Allahındır. Haqqı yalnız O bəyan edər. O (haqla batili) ayırd edənlərin ən yaxşısıdır!» («Ənam» surəsi, 57)

«De: "Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm. Göylərin və ye¬rin hökmü Onundur, Ondan başqa heç bir tanrı yoxdur. O dirildir və öldürür. Buna görə də Allaha, eləcə də Onun Allaha və Allahın sözlərinə inanan və ümmi peyğəmbər olan Rəsuluna iman gətirin və ona tabe olun ki, doğru yolu tapa biləsiniz!"» («Əraf» surəsi, 158)

«De: "Əgər Rəbbimin sözlərini yazmaq üçün dərya mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik, yenə də Rəbbimin sözləri tükənməzdən öncə onlar tükənərdi!"» («Kəhf» surəsi, 109)

«De: "O Allah birdir. Allah möhtac deyildir! O nə doğmuş, nə də doğulmuşdur! Onun heç bir tayı-bərabəri də yoxdur!"» («İxlas» surəsi, 1-4)

Calligraphy reading Masha'Allah

Hüseyin Kutlu. Calligraphy reading ‘Masha'Allah.'

Peyğəmbərimiz (s) hər hansı bir müsəlmana nəsihət edərkən də əvvəlcə ona Allahın aliliyini xatırlatmış və belə demişdir:

"Allahdan başqa tanrı yoxdur. O təkdir, şəriki yoxdur. Yerin və səmanın mülkü Ona məxsusdur. Bütün həmd-səna Onadır, O hər şeyə qadirdir», - de... Qovulmuş şeytandan Allaha sığın".19

Peyğəmbərimizin (s) hər hal-əhvalını, əxlaqını və təqvasını nümunə götürən, Qurana və Peyğəmbərimizin (s) yoluna tabe olan hər möminin danışığı da insanlara Allahı, Onun gücünü və böyüklüyünü xatırladan, həmişə Allaha dəvət edən, insanlara Allahı sevdirən və Ondan qorxub çəkinmələrinə səbəb olan bir tərzdə olmalıdır. Möminin hər danışığında Allahı unutmadığı, həmişə Rəbbimizə üz tutduğu aydın olmalıdır.

Peyğəmbərimiz (s) həmişə inananlara Allahı sevmələrini və onu da Allahı sevdikləri üçün sevmələrini nəsihət etmişdir. Bir hədisdə belə bildirilir:

«Sizə verdiyi nemətlərindən ötrü Allahı sevin, məni də Allah məni sevdiyi üçün sevin».20

Peyğəmbərimiz (s) «Müjdələyən» İdi

Allah «Ey Peyğəmbər! Həqiqətən, Biz səni bir şahid, bir müjdəçi və bir qorxudan kimi göndərdik!» («Əhzab» surəsi, 45) ayəsində Peyğəmbərimizin (s) müjdələyən və xəbərdar edən olduğunu bildirir. Peyğəmbərimiz (s) insanları həm cəhənnəm əzabından xəbərdar edərək qorxutmuş, həm də onları dünyada yaxşıların həmişə qalib olacağını, axirətdə isə sonsuz cənnət həyatı ilə müjdələmişdir. Peyğəmbərimizin (s) bu xüsusiyyəti Quran ayələrində belə bildirilir:

«Biz səni haqq ilə müjdə verməyə və qorxutmağa göndərdik. Cəhənnəm əhli barəsində isə sən sorğu-suala tutulmayacaqsan» («Bəqərə» surəsi, 119).

«Biz (Quranı) haqq olaraq nazil etdik, o da haqq olaraq nazil oldu. Səni də yalnız müjdə verən və qorxudan sifəti ilə göndərdik» («İsra» surəsi, 105).

«Şübhəsiz ki, bu (Quran) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir! Onu Cəbrail endirdi. Qorxudan peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə (nazil etdi)» («Şuəra» surəsi, 192-194).

«Biz səni bütün insanlara müjdə verən, qorxudan bir peyğəmbər göndərdik. Lakin insanla¬rın əksəriyyəti bilmir!» («Səba» surəsi, 28)

Peyğəmbərimizi (s) nümunə götürərək onun yoluna tabe olanlar da onun kimi insanları xəbərdar edən və onlara müjdələr verən şəxslər olmalıdır. Həmçinin Peyğəmbərimiz (s) də ümmətinə müjdə verənlərdən olmalarını belə buyurmuşdur:

«Asanlaşdırın, çətinləşdirməyin. Müjdələyin, nifrət etdirməyin. Bir-birinizlə yaxşı davranın, ixtilafa düşməyin».21

Müjdə verməklə Peyğəmbərimiz möminlərin həvəslərini və həyəcanlarını artırır, etdikləri saleh əməllərdə daha qətiyyətli və müvəffəq olmalarına səbəb olurdu. Etdiyi işin əvəzinin cənnətdə gözəllik olaraq alacağına ümid edən adam, əlbəttə, işini monotonluq içində, vərdişkar olaraq, yaxud məcbur qalaraq edən şəxsdən daha fərqli əhval-ruhiyyədə olacaqdır. Allah buna görə Peyğəmbərimizə (s): «Möminləri də hazırlayıb təşviq et!» («Nisə» surəsi, 84) tərzində buyurmuşdur.

Allah başqa bir ayədə isə «Möminlərə Allah tərəfindən böyük bir mükafat bəxş ediləcəyi ilə müjdə ver!» («Əhzab» surəsi, 47) şəklində bildirir. Allahın əmrinə və Peyğəmbərimizin (s) yoluna tabe olan hər bir möminin bütün müsəlmanları müjdələmək və onları həvəsləndirmək cavabdehliyi var. Mənfi çıxışlar etmək, asan olan işləri çətin kimi göstərib möminləri bezdirməyə çalışmaq, gözəllikləri, Allahın Quranda verdiyi müjdələri unutduraraq müsəlmanları qəflətə aparmaq müsəlmana yaraşan davranış deyil. Quran əxlaqına uyğun olan, Peyğəmbərimiz (s) kimi, Allahın müsəlmanlara vəd etdiyi gözəllikləri tez-tez xatırlamaq və onları həmişə canlı və həvəsli saxlamaqdır.

Peyğəmbərimizə (s) müjdələməsi üçün əmr edilən məsələlərdən biri Allahın günahları bağışlaması ilə bağlıdır:

«De: "Ey Mənim özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!» («Zumər» surəsi, 53)

«Ayələrimizə iman gətirənlər yanına gəldikdə onlara de: "Sizə salam olsun! Rəbbiniz Özünə rəhmli olmağı yazmışdır ki, sizlərdən hər kəs pis iş görsə, sonra tövbə edib düzəlsə, bilsin ki, Allah bağışlayandır, rəhm edəndir!"» («Ənam» surəsi, 54)

Başqa bir müjdəli məsələ isə cənnətdir:

«Söylə: "Sizə bunlardan daha yaxşısını xəbər verimmi? Allahdan qorxub pis əməldən çəkinənlər üçün Rəbbi yanında altından çaylar axan cənnətlər vardır ki, orada əbədi qalacaqlar. Onlardan ötrü orada pak olan zövcələr və Allah rizası (razılığı, hüsn-rəğbəti) vardır. Allah, həqiqətən, bəndələrini görəndir!» («Ali-İmran» surəsi, 15)

landscape

Give the good news to those who believe and do right actions that they will have Gardens with rivers flowing under them.
When they are given fruit there as provision, they will say,
“This is what we were given before.” But they were only given a simulation of it. They will have there spouses of perfect purity and will remain there timelessly, for ever.
(Surat al-Baqara: 25)

Peyğəmbərimiz (s) Xalqına Onun Da Bir Insan Olduğunu Xatırlatmışdır

İnkar edənlərin əsas xüsusiyyətlərindən biri qürurlarıdır. Bu təkəbbürləri ucbatından Allahın elçilərinə itaət etməyi rədd etmişlər və itaət etməmək üçün müxtəlif bəhanələr gətirmişlər. Bu bəhanələrdən biri isə elçilərə ancaq fövqəlbəşər bir məxluq olsalar, itaət edəcəklərini demələridir. Aləmlərə rəhmət olaraq göndərilən Peyğəmbərimiz (s) isə xalqına onun Allahın bir bəndəsi, qulu olduğunu, bəhanə gətirənlərin iddialarının yersiz olduğunu və qurtuluş üçün üzlərini Allaha tutmalarını söyləmişdir. Bununla bağlı olan Quran ayələrində Allah Peyğəmbərimizə belə deməsini əmr etmişdir:

«De: "Mən də sizin kimi ancaq bir insanam. Mənə vəhy olunur ki, sizin tanrınız yalnız bir olan Allahdır. Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!"» («Kəhf» surəsi, 110)

«De: "Əgər yer üzündə (siz insanlar kimi) arxayın gəzib dolaşanlar mələklər olsaydı, sözsüz ki, onlara bir mələk peyğəmbər göndərərdik!" De: "Mənimlə sizin aranızda təkcə Allahın şahid olması kifayət edir. Şübhəsiz ki, O, bəndələrindən xəbərdardır, görəndir!"» («İsra» surəsi, 95-96)

landscape

Be patient. But your patience is only by Allah. Do not be grieved by them and do not be constricted by the plots they hatch. Allah is with those who do their duty and with those who are good-doers.
(Surat an-Nahl: 127-128)

Peyğəmbərimiz (s) xalqına onun özünə də müsəlman olmaq və Allaha itaət etmək əmr olunduğunu və onun ancaq xəbərdar etmək üçün məsuliyyət daşıdığını, inkar edənlərin davranışlarına cavabdeh olmadığını da bildirmişdir. Bunu xəbər verən ayələr belədir:

«(De:) "Mənə ancaq bu şəhərin Rəbbinə ibadət etmək əmr olunmuşdur. Elə bir şəhər ki, onu müqəddəs tutmuşdur. Hər şey yalnız Onundur. Mənə müsəlman olmaq əmr edilmişdir! Və mənə Quran oxumaq buyurulmuşdur!" Hər kəs doğru yolda olsa, yalnız özü üçün doğru yolda olmuş olar. Hər kəs doğru yoldan çıxsa, (ona) de: "Mən yalnız qorxudan peyğəmbərlərdənəm!" Və de: "Həmd olsun Allaha! O Öz ayələrini sizə göstərəcək, siz də onları görüb tanıyacaqsınız. Rəbbin etdiyiniz əməllərdən əsla xəbərsiz deyildir!"» («Nəml» surəsi, 91-93)

landscape

If something good happens to you it galls them. If something bad strikes you, they rejoice at it. But if you are steadfast and do your duty, their scheming will not harm you in any way.
Allah encompasses what they do.
(Surah Al ‘Imran: 120)

When a Sign comes to them, they say, We will not believe until we have been given the same as the Messengers of Allah were given.’ Allah knows best where to place His Message. Debasement in the Sight of Allah and a severe punishment will strike those who did wrong for the plots that they concocted.
(Surat al-An’am: 124)

Peyğəmbərimiz (s) Müsəlmanlardan Çətinlikləri Aradan Qaldırmışdır

Peyğəmbərimiz (s) yuxarıda sadalanan xüsusiyyətləri ilə möminlərin üstündən yükü qaldırmış, onların fikirləşərək öyrənə bilməyəcəkləri və ya çətinliklə yerinə yetirəcəkləri işlərdə onlara yol göstərmişdir. Bununla yanaşı, insanların bəziləri özlərinə zülm etməyə, çətinlik yaratmağa, özlərindən qaydalar çıxarıb bunlara tabe olduqları təqdirdə xilas olacaqlarına inanmağa çox inanırlar. Bəşər tarixi boyunca dinlərin təhrif edilməsinin arxasında dayanan səbəblərdən biri də insanların bu xüsusiyyətidir. Bəzi cəmiyyətlər də dində olmayan qaydalar uyduraraq bunlara əməl etdiklərinə görə təqvalı olacaqlarına özlərini və başqalarını inandırmışlar. Peyğəmbərimizin (s) ən mühüm xüsusiyyətlərindən biri isə insanların üzərindən öz əlləri ilə əmələ gətirdikləri çətinlikləri aradan qaldırmaqdır. Allah bir ayədə Peyğəmbərimizin (s) bu xüsusiyyətini belə bildirir:

«O kəslər ki, əllərindəki Tövratda və İncildə yazıldığını gördükləri rəsula - ümmi peyğəmbərə tabe olurlar. (O peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz nemətləri halal, murdar şeyləri haram edər, onların ağır yükünü yüngülləşdi¬ ər və üstlərindəki buxovları açar (çətin hökmləri götürər). Ona iman gətirən, yardım göstərən və onunla endirilmiş nurun ardınca gedənlər - məhz onlar nicat tapanlardır!"» («Əraf» surəsi, 157)

Ayədə bildirilən «ağır yük» və «zəncirlər» çətinliklər mənasındadır.

Peyğəmbərimiz (s) isə həm yaşayışı ilə onlara nümunə olmuş, həm də ayədə bildirildiyi kimi, onları yaxşılığa dəvət edib, pisliklərdən çəkindirərək insanların özlərinə yaratdıqları çətinlikləri ləğv etmişdir.

Peyğəmbərimizin (s) ən gözəl nümunə olduğu mövzulardan biri də təqvası, yəni ancaq Allahın razılığını nəzərə alan davranışıdır. Peyğəmbərimiz (s) ancaq Allahdan qorxub çəkindiyi və heç vaxt insanların nəfslərinə tabe olmadığı üçün həmişə ən doğru yolda olmuşdur. Quran əxlaqının bu xüsusiyyəti insan üçün böyük asanlıq və gözəllikdir. İnsanları razı salmağa, özünü onlara bəyəndirməyə çalışan, həm Allahın, həm də insanların razılığını axtararaq, təqdir və təriflərinin ardınca qaçan insanlar üçün həmişə etdikləri iş böyük bir ağırlıqdır. Belə adamlar həm ürəklərindən gəldiyi kimi səmimi, müstəqil fikirləşib davrana bilməzlər, həm də hər insanı eyni anda razı sala bilməyəcəkləri üçün də axtardıqları tərifi və təqdiri də tapa bilməzlər. Ən xırda bir səhv ucbatından panikaya qapılar, gözünə girməyə çalışdıqları adamların narazı olduqlarını görəndə, onların hörmətini və güvənini itirmək qorxusunu daşıyarlar. Halbuki, ancaq Allahın razılığını nəzərə alan, ancaq Allahdan qorxub çəkinən müsəlmanlar heç vaxt müvəffəq ola bilməyəcəkləri, onlara dünyada və axirətdə sıxıntı, itki gətirəcək yükün altına girməzlər. Heç vaxt insanların razılığını, nə fikirləşdiklərini, ayıb bilib qınamaları kimi məsələləri hesaba qatmazlar. Buna görə də həmişə rahat və sevinclidirlər. Bir səhvləri olanda da bunun hesabını ancaq Allaha verəcəklərini, sadəcə Allahdan bağışlanmalarını istəməli olduqlarını bildikləri üçün yenə bir sıxıntı və narahatçılıq içində olmazlar.

Peyğəmbərimiz həm sözləri, həm də hal və hərəkətləri ilə möminlərə səmimi yaşamağı öyrətmiş, bütün insanlar üçün ağır yük olan «insanların razılığını nəzərə almağı» onların üstündən götürmüşdür. Əlbəttə, bu, Peyğəmbərimizin (s) inananların üzərindən qaldırdığı çətinliklərdən ancaq biridir. Hz.Muhəmməd (s) bununla dünyada və axirətdə xeyir, gözəllik gətirəcək bir çox mövzuda bütün müsəlmanlara nümunə olmuşdur.

Allah səmimi bir adamla Allaha şərik və tay qoşanın eyni olmayacağını ayələrdə belə bildirir:

«Allah bir məsəl çəkir: "Bir adamın bir-biri ilə çəkişən bir neçə şərikli ağası var. Başqa bir adamın da yalnız bir ağası var. Onların hər ikisi vəziyyətcə eyni ola bilərmi?! Həmd ancaq Allaha məxsusdur, lakin onların əksəriyyəti bilməz!» («Zumər» surəsi, 29)

landscape

...The Messenger commanding them to do right and forbidding them to do wrong, permitting them good things and forbidding them bad things, relieving them of their heavy loads
and the chains which were around them...
(Surat al-A’raf: 157)

Or did you suppose that you would be left without Allah knowing those of you who have struggled and who have not taken anyone as their intimate friends besides Allah and
His Messenger and the believers? Allah is aware of what you do.
(Surat at-Tawba: 16)

Peyğəmbərimizin (s) möminlərin üzərindən qaldırdığı yeganə çətinlik şirk (şərik) qoşmaq deyil. Peyğəmbərimiz (s) insanlara çətin gələn, onlara sıxıntı yaradan hər cür çətinliyi qaldırmış, onları ən asan və ən gözəl olana dəvət etmiş və hər şeyin həlli yollarını göstərmişdir. Buna görə də Peyğəmbərimizin yoluna tabe olanlar rahat və asan həyat yaşayarlar. Peyğəmbərimizin (s) bu mövzudakı hədislərindən bəziləri belədir:

«...Sən tam bir imanla Allahın razılığını qazanmağa gücün çatdığı qədər çalış, əgər buna gücün çatmasa, xoşuna gəlməyən şeydə səbir elə. Çünki səbirdə çox xeyir var. Bunu da bil ki, kömək səbirlə birlikdə gəlir, qurtuluş da sıxıntı ilə gəlir. Çətinlikdə də asanlıq var. Bir çətinlik iki asanlığa heç vaxt qələbə çalmayacaqdır».22

«Çətinlik gəlib bu qayanın içinə girsə, mütləq asanlıq ardınca gəlib içəri daxil olar və oradan çətinliyi çıxarar».23

Peyğəmbərimiz Möminləri Çox Istəyirdi, Onlara Qarşı Çox Mərhəmətli Idi

Peyğəmbərimiz çox səmimi, şəfqətli, mərhəmətli, sevgi ilə dolu bir insan idi. Dostlarının, yaxınlarının, ona tabe olan bütün möminlərin maddi-mənəvi, hər cür problemi ilə maraqlanır, onların sağlamlıqları, təhlükəsizlikləri, sevincləri üçün bütün tədbirləri alır, onlara qoruyucu qanadlarını sərir, həmişə imanlarını və təqvalarını gücləndirərək axirət həyatını fikirləşirdi. Peyğəmbərimizin (s) bütün bəşərə nümunə olan gözəl xüsusiyyətləri ayələrdə belə bildirilir:

«Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizi çox istəyir, möminlərə şəfqətlidir, mərhəmətlidir!» («Tövbə» surəsi, 128)

«Sənə tabe olan möminləri qanadın altına al!» («Şuəra» surəsi, 215)

Peyğəmbərimizin (s) tərbiyələndirdiyi möminlər də onun gözəl xüsusiyyətlərini özlərinə nümunə götürdükləri üçün, Quranda da bəhs edildiyi kimi, bütün bəşərə misal olan fədakarlıqlar, şəfqətli və mərhəmətli davranışlar nümayiş etdirmişlər. Bir ayədə möminlərin bir-biri üçün etdikləri fədakarlıq belə bildirilir:

«Onlardan əvvəl yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. Nəfsinin xəsisliyindən qorunub saxlanılan kimsələr - məhz onlar nicat tapıb səadətə qovuşanlardır!» («Həşr» surəsi, 9)

landscape

Those who perform good actions will receive better than them
and will be safe that Day from fear.
(Surat an-Naml: 89)

Those who perform bad actions will be flung head first into Fire:
“Are you being repaid for anything other than what you did?”
(Surat an-Naml: 90)

Peyğəmbərimizin (s) tərbiyələndirdiyi və Quran ayələrinə ürəkdən bağlı olan möminlər əsirlərinə qarşı da mərhəmətli davranmışlar. Onların bu əxlaq xüsusiyyətləri ayələrdə belə bildirilir:

«Onlar öz iştahaları çəkdiyi halda, yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. (Və belə deyərlər:) "Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən nə bir mükafat, nə də bir təşəkkür istəyirik. Həqiqətən, biz Rəbbimizdən, çox sərt (müdhiş), çətin gündən qorxuruq!"» («İnsan» surəsi, 8-10)

Peyğəmbərimiz (s) səhabələrinə də mərhəmətli olmalarını xatırlatmış və onlara ən gözəl nümunə olmuşdur:

«Mərhəmət edin ki, mərhəmət ediləsiniz. Bağışlayın ki, bağışlanasınız. Əfsuslar olsun, söz gəzdirənlərə, günahlarına qəsdən davam edib bağışlanmalarını istəməyənlərə...»24 «Mərhəmət etməyənə mərhəmət edilməz».25

«Allah mərhəmətli və şəfqətlidir, mərhəməti sevər və mərhəmətin əvəzində verdiyini başqa heç bir şeylə verməz».26

Peyğəmbərimizin (s) Möminlərin Bağışlanmalarını Istəməsi və Dua Etməsi

Peyğəmbərimizin (s) möminlərə olan sevgisinin və istəyinin nəticəsi olaraq onların xətaları üçün Allahdan bağışlanmalarını arzulamışdır. Allahın Peyğəmbərimizə (s) bu mövzudakı əmrləri isə belədir:

«Ey Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqları, oğurluq və zina etməyəcəkləri, övladlarını öldürməyəcəkləri, özgə kişilərdən olan uşaqlarını yalandan ərlərinə isnad etməyəcəkləri və heç bir yaxşı işdə sənin əleyhinə çıxmayacaqları barədə sənə beyət etmək üçün yanına gəldikləri zaman onların beyətini qəbul et və Allahdan onların ba¬ğışlanmasını dilə. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!» («Mumtəhinə» surəsi, 12)

«Bil ki, Allahdan başqa heç bir tanrı yoxdur. Həm öz günahlarının, həm də mömin kişilərin və qadınların bağışlanmasını dilə. Allah gəzib dolandığınız yeri də, dayanıb-duracağınız yeri də bilir!» («Muhəmməd» surəsi, 19)

«...Əgər onlar bəzi işləri üçün səndən izn istəsələr, onlardan özün istədiyinə izn ver və on¬lar üçün Allahdan bağışlanma dilə. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!» («Nur» surəsi, 62)

landscape

Those who do good will have the best and more! Neither dust nor debasement will darken their faces. They are the Companions of the Garden, remaining in it timelessly, for ever.
(Surah Yunus:26)

Allah «Tövbə» surəsində isə Peyğəmbərimizə (s) möminlər üçün dua etməsini belə bildirir:

«...Onlardan ötrü dua et, çünki sənin duan onlar üçün bir arxayınçılıqdır. Allah eşidəndir, biləndir» («Tövbə» surəsi, 103)

Ayədə bildirildiyi kimi, Peyğəmbərimizin (s) duası möminlər üçün rahatçılığa və sevincə səbəb olur. Bunu yaddan çıxarmamaq lazımdır ki, ürəyə sakitçilik və rahatlıq verən ancaq Allahdır. Allah möminlərin dostu, qoruyucusu kimi vəkil təyin etdiyi peyğəmbərinin duasını möminlərin rahatlığı üçün səbəb edir. Rəbbimizin şəfqəti, mərhəməti, möminləri bağışlaması və qoruması Peyğəmbərimizin (s) əxlaqında artıqlaması ilə özünü büruzə verir.

Peyğəmbərimiz (s) bir sözündə möminlərə dua haqqında vacib bir məqamı belə xatırlatmışdır: «Duanın qəbul ediləcəyindən arxayın olaraq Allaha dua edin».27

Peyğəmbərimizin (s) Müsəlmanların Mənfəəti Üçün Aldığı Sədəqələr Onların Təmizlənməsinə Səbəb Olmuşdur

quran

Allah «Tövbə» surəsinin 103-cü ayəsinin əvvəlində «Onların mallarından sədəqə al, bunun¬la onları təmizləmiş, pak etmiş olarsan... » şəklində buyurur. Yəni Allah çox sevimli bəndəsi olan Peyğəmbərimizin (s) müsəlmanların mənfəəti üçün aldığı sədəqələri vəsilə edərək möminləri təmizləyib paklandıracağını bildirir. Peyğəmbərimiz (s) Allahın elçisidir və hər sözündə, davranışında Rəbbimizin əmrlərinə və göstərdiyi yola tabe olur. Peyğəmbərimizin (s) gözəl əxlaqının və üstün dav¬ranışının mənbəyi onun şərik qoşmadan, başqa yol göstərən və tanrı axtarmadan, həmişə Allaha üz tutmasıdır. Allahın ona buyurduğu hər əmri yerinə yetirdiyi üçün, bütün aləmlərə nümunə, bənzərsiz gözəllikdə bir əxlaq və davranış qazanır.

Bu həqiqət bütün müsəlmanlar üçün rəhbər olmalı və inananlar ancaq Allahın vəhyi olan Qurana tabe olaraq və Peyğəmbərimizin (s) öyrətdiyi gözəl əxlaqı yaşayaraq bütün aləmlərə nümunəvi davranış və əxlaq göstərməlidirlər.

landscape

We made everything on the earth adornment for it so that
We could test them to see whose actions are the best.
(Surat al-Kahf: 7)

Peyğəmbərimiz (s) Möminlərlə Məsləhətləşərdi

Peyğəmbərimiz (s) Allahın əmrinə tabe olaraq möminlərlə məsləhətləşər, onların fikirlərini eşidərdi. Bu haqda əmr edilən ayə belədir:

«...Artıq sən onları əfv et, onlar üçün bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevər!» («Ali-İmran» surəsi, 159)

Peyğəmbərimiz (s) möminlərin də fikirlərini eşidəndən sonra qərarını verər və nəticəsi üçün Allaha təvəkkül edərdi. Yaddan çıxarılmamalı olan çox vacib bir həqiqət alınan qərarların hamısının Allahın dərgahında əvvəlcədən məlum olmasıdır. Allah taledə hər qərarı, hər qərarın nəticəsini müəyyənləşdirmişdir. Bir mövzu haqqındakı məsləhət, məşvərət və sonra mövzunu bir hökmə və ya nəticəyə bağlamaq isə möminlər üçün bir ibadətdir. Peyğəmbərimiz (s) bu həqiqəti bilərək möminlərlə məsləhətləşmiş, qərarını vermiş, ancaq qərarın nəticəsi üçün Allaha güvənərək, Allahın ən xeyirli nəticəni yaradacağını bilmişdir.

Məsləhətləşmək möminlər üçün də gözəl və xeyirli nəticələr gətirə biləcək davranışdır. Hər şeydən əvvəl məsləhət alan şəxs təvazökar davranaraq gözəl əxlaq nümayiş etdirir. Məsələn, Peyğəmbərimiz (s) ümmətinin arasında ən ağıllı, ən bəsirətli və ən fərasətli şəxsdir. Buna baxmayaraq ətrafındakılarla məsləhətləşməsi, onların fikirlərini öyrənməsi, onların bir məsələ ilə bağlı təklif etdikləri həll yolları barəsində onlardan soruşması onun nə qədər təvazökar bir insan olduğunu göstərir.

landscape

Those who produce a good action will receive ten like it. But those who produce a bad action will only be repaid with its equivalent and they will not be wronged.
(Surat al-An’am: 160)

Everything in the heavens and everything in the earth belongs to Allah so that He can repay those who do evil for what they did and repay those who do good with the Very Best.
(Surat an-Najm: 31)

Möminlər də hər məsələdə təvazökarlıq göstərərək «bunu məndən yaxşı heç kim bilməz» deməyərək, başqa adamlarla məsləhətləşəndə bunun xeyir və gözəlliklərini bir çox tərəfdən görəcəklərdir. Beləliklə, Peyğəmbərimizin bir davranışını tətbiq edərək ona oxşayacaqlar, möminlərə göstərdikləri təvazökarlığa və hörmətə görə də Allahın və möminlərin sevgisini qazanacaqlar. Bütün bunlarla yanaşı, ağıllarını bəyənmək kimi bir bəladan uzaq dayanmış olacaqlar. Bundan başqa, Allah Quranda: «...Hər biləndən üstün bir bilən vardır!» («Yusuf» surəsi, 76) şəklində bildirir. Dolayısı ilə insan təkcə öz ağlına arxalanmayaraq, başqalarının ağlından, fikirlərindən və biliklərindən faydalananda, daha çox yaxşı nəticələr əldə edə bilər. Tək ağılın yerinə məsləhətləşdiyi şəxslərin sayı qədər, məsələn, 10 ağla malik olur. Peyğəmbərimiz (s) möminlərə bir-biriləri ilə məsləhətləşmələrini belə xatırlatmışdır:

«Hər kim bir işə girişmək istəyərək, həmin məsələdə bir müsəlman ilə məsləhətləşərsə, Allah onu ən düz işlərdə müvəffəq edər».28

Allahın Quranda insanlar üçün göstərdiyi hər yol və Peyğəmbərimizin (s) göstərdiyi hər davranış bizim üçün ən xeyirlisi və ən gözəlidir. Məsləhətləşmək bunlardan biridir. Buna görə də Allahın əmrlərini çox yaxşı bilmək və Peyğəmbərimizi çox yaxşı tanımaq, ibadətlərimizi ən gözəl tərzdə yerinə yetirmək və ən gözəl əxlaqa malik olmaq çox vacibdir.

landscape

You do not engage in any matter or recite any of the Qur’an or do any action without Our witnessing you while you are occupied with it. Not even the smallest speck eludes your Lord,
either on earth or in heaven…
(Surah Yunus: 61)

... Say: “So what do you think?    If Allah desires harm for me, can those you call upon besides Allah remove His harm? Or if He desires mercy for me, can they withhold His mercy?” Say: “Allah is enough for me. All those who truly trust put their trust in Him.”
(Surat az-Zumar: 38)

Allah Peyğəmbərimizə Şan və Şərəf Vermişdir

«Sənin şan-şöhrətini ucaltmadıqmı?!» («İnşirah» surəsi, 4)

Yuxarıdakı ayədə də bildirildiyi kimi, Peyğəmbərimiz (s) Allahın icazəsi ilə həm yaşadığı dövrdə, həm də vəfatından sonra bütün insanlar tərəfindən tanınmışdır. Vəfatından 1400 il sonra da bütün dünya tərəfindən tanınır və bilinir. 1400 ildir ki, milyarddan çox insan Peyğəmbərimizə (s) sevgi və hörmətlə bağlanmış, onu görmədiyi halda, ona çox yaxın olmuş, cənnətdə onunla sonsuza kimi birlikdə olmaq üçün dua etmiş və edirlər.

Allah Quranda Peyğəmbərimiz (s) haqqında belə buyurur:

«Bu (Quran) çox möhtərəm bir elçinin sözüdür!» («Haqqa» surəsi, 40)

Allah Quranda Hz.Nuh, Hz.İlyas, Hz.Musa və Hz.Harun kimi bir çox peyğəmbərlərin də xeyirli və şərəfli adları olduğunu bildirir. İnsanların əksəriyyəti həyatları boyunca ad-san ardınca qaçarlar. Bunun üçün ehtirasla çalışır, müvəqqəti olan dünya nemətlərinə hərisliklə bağlanırlar. Ya da təkəbbürlənərək azğınlaşırlar. Şan-şöhrət ardınca qaçarkən qürurlarını və şərəflərini də itirirlər.

Halbuki ad-san bir insana ancaq Allah dərgahından verilir. Allah bir insana şərəfin Quran əxlaqının yaşanması ilə gəldiyini bildirir. Bir ayədə belə buyurulur:

«Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar korlanıb gedərdi. Xeyr, Biz onlar üçün şan-şərəf gətirdik, onlar isə özlərinə edilən şərəflərindən üz döndərirlər» («Muminun» surəsi, 71).

Bir insanın dünya həyatında şərəfli və qürurlu həyat yaşamasının yeganə yolu Allahın vəhyi olan Qurana və Peyğəmbərimizin (s) üstün əxlaqına tabe olmasıdır. Bundan başqa, bir yolun seçilməsi isə insanlara dünyada da, axirətdə də itkidən başqa bir şey gətirməyəcəyi aşkar və qəti bir həqiqətdir.

Peyğəmbərimizin (s) Incə Düşüncəli və Nəzakətli Olması

Mahmud Celaleddin. A calligraphic inscription

Mahmud Celaleddin. A calligraphic inscription in the celi thuluth script containing an Arabic couplet reading "Muhammad is a man, but not like all men. He is as a ruby among stones."

Peyğəmbərimizin (s) dövründə onun ətrafında olan bəzi adamların mədəniyyət və nəzakət səviyyələri aşağı idi. Belə adamların dərin qavrayışa malik olmadıqları, narahatçılıq yaradacaq davranışları nəzərə almadıqları bəzi ayələrdən məlum olur. Məsələn, evlərin qabaq qapılarından deyil, arxa qapılarından girdikləri, Peyğəmbərimizin (s) evinə yemək vaxtında gəldikləri, uzun-uzadı danışaraq Peyğəmbərimizin vaxtını aldıqları ayələrdə bildirilir. Peyğəmbərimiz Hz.Muhəmməd (s) isə çox nəzakətli, dərin düşüncəli, səbirli, həmin insanlara mülayim davranan, səmimi və çox mədəni bir insan idi. Ətrafındakı insanların narahatçılıq törədən davranışlarını həmişə gözəlliklə xəbərdar etmiş, onların ürəklərini ələ almış, böyük səbir və əməklə onları tərbiyələndirmişdir. Bu əxlaqı ilə də bütün möminlərə çox gözəl nümunə olmuşdur.

Sonsuz mərhəmət və şəfqət sahibi olan Rəbbimiz Peyğəmbərimizə (s) bu mövzuda da kömək etmiş, onu ayələri ilə dəstəkləmişdir. Bununla bağlı ayələrdən biri belədir:

«Ey iman gətirənlər! Peyğəmbərin evlərinə sizə yeməyə icazə verilmədən (yeməyə dəvət olunmadan) girib onun bişməsini gözləməyin. Lakin dəvət olunduqda gedin və (yeməyinizi) yedikdən sonra (orada bir-birinizlə) söhbətə qapılmayıb dağılın. Bu, Peyğəmbərə əziyyət verir, amma o sizdən utanırdı. Lakin Allah doğru sözdən çəkinməz» («Əhzab» surəsi, 53).

Səhabələrin bir çox rəvayətlərində də Peyğəmbərimizin nəzakətli, dərin düşüncəli davranışlarına misallar verilir. Peyğəmbərimiz həm peyğəmbər, həm də dövlət başçısı olduğuna görə, hər səviyyədən olan insanlarla ünsiyyətdə idi. Dövlət və qəbilə başçılarından imkanlı adamlara, kasıb, zəif, heç kimi olmayan yetimlərdən qadın və uşaqlara kimi hamı ilə görüşürdü. Bir-birindən tamamilə fərqli sosial quruluşlara, yaşayış tərzinə, xasiyyətlərə, vərdişlərə malik olan adamlarla hər sahədə dialoq qurmuş, hamısının könlünü almış, hər birinə qarşı nəzakətli, anlayışlı, səbirli və gözəl davranış göstərmişdir.

Peyğəmbərimizin ətrafındakı yaxın səhabələrinin bildirdiyi hadisələrdən də aydın olduğu kimi, Peyğəmbərimiz «çox nəzakətli, təmiz, incə, mədəni və dərin düşüncəli» idi. Ədəb, tərbiyə və nəzakət qaydalarını ən gözəl və ən ideal formada yerinə yetirirdi.

Peyğəmbərimizin həyat yoldaşlarından biri (r): «Rəsulullahdan daha gözəl əxlaqa malik heç kim yoxdur. Səhabələrindən və ailəsindən hər hansı biri onu çağıranda «Buyurun!» deyə cavab verərdi. Buna görə də Allah ona «Sən ali əxlaq üzərindəsən» buyurmuşdur», - deyərək Peyğəmbərimizdə gördüyü gözəl əxlaqı çatdırmışdır.

Peyğəmbərimizin evində yetişən və illərlə ona xidmət edən Ənəs Peyğəmbərimizin (s) bənzərsiz nəzakətini belə bildirmişdir:

«Ondan bir şey soruşana diqqətlə qulaq asar, sualı soruşan adam yanından uzaqlaşmayana kimi onu tərk etməzdi. Bir adam Rəsulullahla əlini uzadıb salamlaşarsa, qarşısındakı adam əlini çəkməmiş Allah Rəsulu əlini çəkməzdi. Bir adamla qarşılaşanda da, qarşısındakı adam dönüb getməyənə kimi Rəsulullah üzünü döndərməzdi. Qarşısında oturan adama heç vaxt ayaqlarını uzatmazdı. Rastlaşdığı adama əvvəlcə özü salam verərdi. Səhabələri ilə görüşməyə əvvəlcə özü başlayardı». 29

«Səhabələrinə gözəl ləqəblər qoyardı. Hz.Əliyə «Əbu Turab» ləqəbini qoymuşdu. Onlara şərəf qazandırmaq üçün xoşlarına gələn adla çağırardı».

«Heç kimin sözünü kəsməzdi. Danışığını yarıda qoymazdı. Danışdığı adam sözünü qurtarmamış, yaxud getmək üzərə ayağa qalxmamış söhbətinə davam edərdi».

«Rəsulullaha on il xidmət etdim. Vallahi, mənə «uf» da demədi. Gec yerinə yetirdiyim və ya etmədiyim bir əmrinə görə məni tənbeh etmədiyi kimi, ailəsindən tənbeh edən olsa, onlara da: «Ona dəyməyin. Bu işi etməsi təqdir edilmiş olsaydı, edərdi», - buyurardı». «Bir gün bir iş üçün bir yerə getməyimi əmr etdi. Yanından ayrılandan sonra məhəllədəki uşaqların oyun oynadığını gördüm və onlara baxmağa başladım. Birdən arxadan kimsə iki əli ilə başımı tutdu. Dönəndə gördüm ki, Allah Rəsuludur. Gülürdü. Mənə: «Ənəsim, sənə dediyim yerə getdin?», - dedi.

«Xeyr, hələ getməmişəm, indi gedəcəyəm», - dedim».

«Mən ona illərlə xidmət etdim. Allaha and olsun, bir dəfə olsun, etdiyim bir iş üçün «Nə üçün etdin?», etmədiyim bir iş üçün «Niyə etmədin?» dediyini xatırlamıram».30 Peyğəmbərimiz (s) həyatı boyunca minlərlə insanı tərbiyələndirmiş, dini, gözəl əxlaqı bilməyən insanların gözəl davranan, dərin düşünən, fədakar, üstün əxlaqlı insanlar olmalarına səbəb olmuşdur.

Özündən sonra da sözləri, davranışı və əxlaqı ilə milyonlarla insanın təlim-tərbiyəsinə səbəb olan Peyğəmbərimiz (s) çox xeyirli yol göstərəndir və tərbiyəçidir.

landscape

Say, ‘O Allah! Master of the Kingdom! You give sovereignty to whoever You will You take sovereignty from whoever You will. You exalt whoever You will You abase whoever You will.
All good is in Your hands. You have power over all things.
(Surah Al’Imran: 26)

And there are others who say, ‘Our Lord, give us good in the world, and good in the hereafter, and safeguard us from the punishment of the Fire.’ They will have a good share from what they have earned. Allah is swift at reckoning.
(Surat al-Baqara: 201-202)

Allah Həmişə Peyğəmbərimizi (s) Qorumuşdur

Tezhip decoration

Hafiz Halil Efendi. Tezhip decoration. Verses from Surat al-Fatiha: 1-7: "Praise be to Allah, the Lord of all the worlds, the All-Merciful, the Most Merciful, the King of the Day of Judgement. You alone we worship. You alone we ask for help. Guide us on the Straight Path, the Path of those You have blessed, not of those with anger on them, nor of the misguided."

Allah Peyğəmbərimizin (s) və bütün möminlərin himayədarı və qoruyucusudur. Allah həmişə Peyğəmbərimizə (s) kömək etmiş, onun üçün çətinlikləri asanlaşdırmış, yolunu açmış, onu maddi-mənəvi cəhətdən gücləndirmiş, saleh möminlərlə dəstək vermiş, düşmənlərinin isə bəsirətlərini bağlayaraq, güclərini almış, məkrli planlarını pozaraq Peyğəmbərimizə (s) zərər vermələrinə mane olmuşdur. Allah «Tövbə» surəsində Peyğəmbərimi- zə (s) kömək etdiyini belə bildirir:

«Əgər siz ona (peyğəmbərə) kömək etməsəniz, Allah ona kömək göstərmişdir... » («Tövbə» surəsi, 40)

Ayədə bildirildiyi kimi, Peyğəmbərimiz (s) heç vaxt başqalarına möhtac olmamış, Allah ona həmişə kömək etmişdir. Buna görə də Peyğəmbərimizin (s) yanında olan heç kimi etdiyi xidmət və ya yardımlarına görə Peyğəmbərimizi minnət altında qoya bilməz. Çünki Peyğəmbərimizə (s) kömək edən Allahdır və kömək edən adam olmasaydı da, Allah başqa bir şəxsi, mələkləri, yaxud cinləri vəsilə edib Peyğəmbərimiz Hz.Muhəmmədə (s) kömək edərdi.

Allah başqa bir ayəsində isə Peyğəmbərimizə (s) insanlardan çəkinməyərək böyük cəsarətlə haqq olaraq bildiyi dini təbliğ etməsini buyurmuş və onu qoruyacağını vəd etmişdir. Ayədə belə buyurulur:

«Ey Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et. Əgər bunu etməsən, Onun elçiliyini yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah ka¬fir camaatı düz yola yönəlt- məz!» («Maidə» surəsi, 67)

Allahın gücünü, hadisələrin astarını dərk edə bilməyən dar fikirli inkarçılar, Peyğəmbərimizə (s) qalib gələcəklərini, onu qorxudacaqlarını və ya təsirsiz qoya biləcəklərini güman etmişlər və buna görə də həmişə məkrli planlar qurmuşdular. Bu adamlar Allahın Peyğəmbərimizi (s) qoruduğunu bilmir və bunu dərk etmirdilər. Özlərini Peyğəmbərimizdən (s) üstün və güclü olduqlarını güman etmişdilər. Ancaq Allah onların bir yerə yığışaraq qurduqları çox təfərrüatlı planlarını, hiylələrini öz əleyhlərinə çevirmişdir. Heç bir planları işə yaramamışdır. Bir yerə yığışaraq hiylələrini planlaşdırarkən, Allahın onları gördüyünü, eşitdiyini, ürəklərindən keçənləri oxuduğunu başa düşməyən, Peyğəmbərimizdən (s) gizlətsələr də, Allahdan gizlədə bilməyəcəklərini qavramayan, Peyğəmbərimizin (s) bütün qüdrətin sahibi olan Allahın sevimli bəndəsi və dostu olduğunu fikirləşməyən bu insanlar üçün Allah Quranda belə bildirir:

«Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da çıxardıb qovmaq üçün sənə qarşı hiylə qururdular. Allah da (onların bu hiyləsinə qarşı) tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır!» («Ənfal» surəsi, 30)

The Muayyad Mosque by David Roberts

The Muayyad Mosque by David Roberts.

Allah başqa bir ayəsində isə Peyğəmbərimizə (s) heç kimin zərər verə bilməyəcəyini, Allahın, Cəbrailin və saleh möminlərin onun dostu, köməkçisi, dəstəkçisi olduğunu belə xəbər verir:

«Əgər ikiniz də Allaha tövbə etsəniz (çox yaxşı olar). Çünki qəlbləriniz (onun barəsində bir qədər qeyri-səmimiliyə, günaha) meyl etdi. Əgər ona qarşı bir-birinizə kömək etsəniz, bilin ki, onun mövlası (dostu, hamisi) Allah, yardım göstərənləri isə Cəbrail, əməlisaleh möminlər və bundan sonra da mələklərdir» («Təhrim» surəsi, 4).

Allah «Duha» surəsində isə Peyğəmbərimizə (s) olan yardımlarını və nemətlərini belə bildirmişdir:

«Rəbbin səni nə tərk etdi, nə də sənə acığı tutdu. Şübhəsiz ki, axır sənin üçün əvvəldən (axirət dünyadan) daha xeyirlidir! Həqiqətən, Rəbbin sənə bəxş edəcək və sən razı olacaqsan! Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?! Səni şaşqın vəziyyətdə tapıb yol göstərmədimi?! Səni yoxsul ikən tapıb dövlətli etmədimi?!» («Duha» surəsi, 3-8)

Peyğəmbərimiz (s) hər işində, ən çətin vaxtlarında da Allahın ona kömək edəcəyini bilərək təvəkkül etmiş, qorxmamış və nigarançılıq keçirməmişdir. Yanındakı möminlərə də Allahın onlarla birlikdə olduğunu, hər şeyi görüb eşitdiyini söyləmiş, onların da rahat və əmin-amanlıq içində yaşamalarına səbəb olmuşdur.

Peyğəmbərimizi nümunə götürərək onun yolu ilə gedənlər də Allahın mərhəmətindən və köməyindən heç vaxt ümidlərini üzməməli, Allahın razılığına, mərhəmətinə və cənnətinə layiq olacaqlarına ümid edərək xeyirlərdə yarışdıqları vaxt kəsiyində Allahın həmişə onların yanında olduğunu bilməlidirlər. Allah bir ayəsində möminlərə belə vəd edir:

«...Allah Ona (dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!» («Həcc» surəsi, 40)

Peyğəmbərimiz (s) Təmizliyə Əhəmiyyət Verirdi

The Kaid Bey Mosque

 

The religion in the sight of Allah is Islam. Those given the Book only differed after knowledge had come to them, envying one another. As for those who reject Allah’s Signs, Allah is swift at reckoning.
(Surah Al ‘Imran: 19)

The Kaid Bey Mosque in Cairo by Louis-Claude Mouchot.

Ürək və əxlaq təmizliyi qədər bədən, geyim, məkan və yeyilən yeməklərin təmizliyi də müsəlmanlardan tələb olunan xüsusiyyətlərdir. Hər bir müsəlmanın saçları, əli, üzü, bədəninin hər yeri həmişə tərtəmiz olmalıdır. Paltarları da həmişə təmiz, səliqəli və düzgün olmalıdır. İşlədiyi və ya yaşadığı yerlər də həmişə səliqə-səhmanlı, təmiz, gözəl ətirli, havalı və fərəh verən olmalıdır. Möminlərin bu xüsusiyyətlərinə ən gözəl nümunə yenə Peyğəmbərimizdir (s). Allah bir surədə

Peyğəmbərimizə (s) belə buyurmuşdur:

«Ey örtünüb bürünən! Qalx qorxut! Öz Rəbbini uca tut! Paltarını təmizlə! Pis şeylərdən uzaqlaş!» («Muddəssir» surəsi, 1-5)

Allah Quranda möminlərə təmiz olan şeylərdən yemələrini bildirmiş, Peyğəmbərimizə (s) də təmiz olan şeylərin halal olduğunu möminlərə bildirməsini əmr etmişdir:

«Ey peyğəmbərlər! Təmiz və yaxşı nemətlərdən yeyin... » («Muminun» surəsi, 51)

«Səndən hansı şeylərin halal edildiyini soruşurlar. De: "Bütün pak nemətlər sizə halal buyurulmuşdur. Allahın sizə öyrətdiyi ilə təlim edib əhilləşdirdiyiniz yırtıcı heyvanların ovladıqları da sizə halaldır. Onların sizin üçün tutub gətirdiklərindən yeyin və ona görə Allahın adını çəkin. Allahdan qorxun. Şübhəsiz ki, Allah tezliklə ha-QQhesab çəkəndir!» («Maidə» surəsi, 4)

Peyğəmbərimiz (s) bir hədisində də möminlərə təmiz olmağı belə nəsihət vermişdir:

«Müsəlmançılıq təmizdir, kirsizdir. Siz də təmiz olun, təmizlənin. Çünki cənnətə təmizlər daxil olar».31

Peyğəmbərimizin (s) Duaları

Quranda Peyğəmbərimizin (s) gecə dua üçün qalxdığı bildirilir:

«Allahın bəndəsi (Muhəmməd əleyhissəlam) qalxıb Ona ibadət edəndə onlar az qalmışdı ki, bir-birinin üstünə minələr. De: "Mən ancaq öz Rəbbimə ibadət edirəm və heç kəsi Ona şərik qoşmuram!"» («Cin» surəsi, 19-20)

Quranın bir çox ayəsində Peyğəmbərimizin (s) dualarından bəhs edilir. Peyğəmbərimiz (s) dualarında Allahı sifətləri ilə anaraq Onu ucaltmışdır. Peyğəmbərimizin (s) Quranda bildirilən dualarından biri belədir:

«De: "Ey mülkün sahibi olan Allahım! Sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan. Xeyir yalnız Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən!» («Ali-İmran» surəsi, 26)

Peyğəmbərimiz (s) də bütün peyğəmbərlərdə olduğu kimi insan və cin düşmənlərinin təhdidi və təzyiqləri ilə üz-üzə gəlmişdir. Onların bu təzyiqlərinə qarşı səbir və dözümlülük göstərən Peyğəmbərimizə (s) şeytanın mənfi təlqinlərinə və mənəvi hücumlarına qarşı Allahdan belə yardım istəməsi əmr edilmişdir:

«Və de: "Ey Rəbbim! Mən şeytanların vəsvəsələrindən Sənə sığınıram! Onların yanımda ol¬malarından Sənə pənah gətirirəm, ey Rəbbim!"» («Muminun» surəsi, 97-98).

Peyğəmbərimizə (s) dualarında Allahdan bağışlanmasını istəməsi və Rəbbimizin mərhəmətini zikr etməsi belə əmr edilmişdir:

«De: "Ey Rəbbim! Bağışla və rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!» («Muminun» surəsi, 118)

Hədislərdə isə Peyğəmbərimizin Allaha ona gözəl əxlaq və yaxşı bir xarakter verməsi üçün dua etdiyi və dualarında Allaha belə yalvardığı bildirilir:

«Allahım! Yaradılışımı və əxlaqımı gözəlləşdir. Allahım! Məni əxlaqın pisliklərindən uzaqlaşdır».32

Allahın: «De: "Əgər duanız olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar?"» («Furqan» surəsi, 77) ayəsi ilə də bildirdiyi kimi, dua möminlər üçün çox vacib bir ibadətdir. İnsan acizliyini ifadə edərək, Allah istəməsə, heç nəyə gücü çatmayacağını bilərək, umaraq və qorxub çəkinərək, hər məsələdə Allaha üz tutmalı, hər şey üçün Ona dua etməlidir. Peyğəmbərimizin və Quranda duaları qeyd edilən başqa peyğəmbərlərimizin duaları möminlər üçün ən gözəl nümunələrdir. Onlar dualarında həm Allaha necə təslim olduqlarını, Allahı yeganə dost və köməkçi olaraq gördüklərini göstərmişlər, həm də Rəbbimizi ən gözəl adları ilə ucaltmışdılar. Peyğəmbərimizin dualarında xüsusi vaxt ayırmadan, həmişə dua etdiyi və ehtiyac içində qalanda və qalmayanda da dərhal Rəbbimizə üz tutduğu müşahidə edilir.

 

İqtibaslar

4- Kutubi-Sittə, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, XVI cild, Akçağ Yayınları, Ankara, 1992, s. 499.

5- Kutubi-Sittə, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, XVI cild, Akçağ Yayınları, Ankara, 1992, s. 314.

6- Kutubi-Sittə, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, II cild, Akçağ Yayınları, Ankara, 1992, s. 208.

7- G.Ahmed Ziyaüddin, Ramuz əl Hadis, II cild, Gonca Yayınevi, İstanbul, 1997, 357/1

8- «Səba» surəsi, 46; «Nəcm» surəsi, 2; «Təkvir» surəsi, 22.

9- Tirmizi, Təbərani; Huccətülislam İmam Gazali, İhyau Ulumiddin, II cild, Tərcümə: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 798.

10- Sünən-i Əbu Davud, 4/331.

11- Musnəd-i Ahmed b. Hanbel, 4/158, İbnu Kesir, 4/128. 12- www.enfal.de/veda.htm

13- Majid Khoduri, İslamda Savaş ve Barış, Fener Yayınları, İstanbul, 1998, s . 209-210.

14- Muhammed Hamidulllah, İslam Müesseselerine Giriş, Düşünce Yayınları, İstanbul, 1981, s. 128.

15- İbn Kesir, El-Bidaye, III/224-225; Hamidullah, El-Vesaik, No:1, s.39-44; Yrd. Doç. Dr. Orhan Atalay, Doğu-Batı Kaynaklarında Birlikte Yaşama, Gazeteciler ve Yazarlar Vakfı Yayınları, İstanbul, 1999, s.40.

16- Muhammed Hamidulllah, İslam Müesseselerine Giriş, Düşünce Yayınları, İstanbul, 1981, s.162-163.

17- Kutubi-Sittə, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, XVI cild, Akçağ Yayınları, Ankara, s. 482.

18- EbuNuyam el-Ilye, Beyhaki, ez-Zühd'də açıqlamışdılar; Huccətülislam İmam Gazali, İhyau Ulumiddin, II cild, Tərcümə: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s.793

19- Kutubi-Sittə, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, XVI cild, Akçağ Yayınları, Ankara, s. 311.

20- Tirmizi; Huccətülislam İmam Gazali, İhyau Ulumiddin, IV cild, Tərcümə: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s.594.

21- Hz. Said İbni Ebu Berde; G.Ahmed Ziyaüddin, Ramuz əl Hadis, II cild, Gonca Yayınevi, İstanbul, 1997, 510/5.

22- Kutubi-Sittə, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, XVI cild, Akçağ Yayınları, Ankara, s. 315.

23- Kutubi-Sittə, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, XVI cild, Akçağ Yayınları, Ankara, s. 315.

24- G.Ahmed Ziyaüddin, Ramuz əl Hadis, I cild, Gonca Yayınevi, İstanbul, 1997, 70/10.

25- G.Ahmed Ziyaüddin, Ramuz əl Hadis, II cild, Gonca Yayınevi, İstanbul, 1997, 446/11.

26- Kutubi-Sittə, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, VII cild, Akçağ Yayınları, Ankara, s. 293

27- Kutubi-Sittə, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, XVI cild, Akçağ Yayınları, Ankara, s. 327

28- Kutubi-Sittə, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, XVI cild, Akçağ Yayınları, Ankara, s. 136

29- http://www.sevde.de/Pey-ornek/18.htm

30- Konyalı Mehmed Vehbi, Tam Metni Sahih-i Buxari, IV cild, Üçdal Neşriyat, İstanbul 1993, s.340

31- G.Ahmed Ziyaüddin, Ramuz əl Hadis, I cild, Gonca Yayınevi, İstanbul, 1997, 96/2

32- Tırmizi, İmam Ahmed ve Hakim'den; Huccətülislam İmam Gazali, İhyau Ulumiddin, II cild, Tərcümə: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 789

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Quranda Peyğəmbərimizin Gözəl Əxlaqı
  • Peyğəmbərimizin Təbliği
  • Peyğəmbərimizin Görünüşü
  • Peyğəmbərimizin (s) Gözəl Həyatı
  • Peyğəmbərimizin Gələcəyə Dair Verdiyi Xəbərlər
  • Nəticə: Peyğəmbərimizə Tabe Olanlar Qurtulanlardır