Hz.Muhəmməd (s) Allahın «Buna görə də sən dəvət et və sənə əmr edildiyi kimi səbatlı ol» («Şura» surəsi, 15) ayəsi ilə də bildirdiyi kimi, insanları xəbərdar etməklə vəzifələndirdiyi sonuncu peyğəmbəridir. Peyğəmbərimiz (s) bütün başqa peyğəmbərlər kimi, insanları doğru yola, Allaha iman gətirməyə, axirət üçün yaşamağa və gözəl əxlaqa dəvət etmişdir. Bu dəvəti əsnasında istifadə etdiyi üsullar, mövzuları çatdırmaq üslub və tərzi hər müsəlmana nümunə olmalı, hər bir müsəlman insanları dinə dəvət edərkən Peyğəmbərimiz kimi danışmalı və davranmalıdır.
Quranda Peyğəmbərimizə (s) özünün insanları xəbərdar etməklə vəzifəli olduğunu bildirməsi belə əmr edilmişdir:
«De: "Bu mənim yolumdur. Mən və mənə tabe olanlar açı-Qaşkar bir dəlillə Allaha çağırırıq. Allah pak və müqəddəsdir. Mən isə müşriklərdən deyiləm!"» («Yusuf» surəsi, 108)
Peyğəmbərimiz (s) insanları xəbərdar etmək üçün əlindən gələni artıqlaması ilə etmiş, mümkün olan çox sayda insanı xəbərdar etmək üçün səy göstərmişdir. Bir ayədə belə bildirilir:
«De: "Şahidlik baxımından nə daha böyükdür? Mənimlə sizin aranızda Allah şahiddir. Bu Quran mənə sizi və ona yetişəcək kimsələri xəbərdarlıq edib qorxutmağım üçün vəhy olun¬du. Məgər siz Allahla yanaşı başqa tanrılar olduğuna şahidlik edirsiniz?" De "O tək bir tan¬rıdır. Mən sizin Ona şərik qoşduqlarınızdan tamamilə kənaram!"» («Ənam» surəsi, 19)
O man! what has deluded you in respect of your Noble Lord? |
Peyğəmbərimiz (s) Quranı təbliğ edərkən müşriklərin dədə-babalarından onlara miras qalan azğın dinlərini tamamilə dəyişdirmiş, buna görə də onların təzyiqləri və qarşı çıxmaları ilə üzləşmişdir. Ancaq o, Allahın əmrinə tabe olaraq onların təzyiq və məsxərəyə qoymalarına fikir verməmişdir. Allah Peyğəmbərimizə (s) ayələrdə belə buyurur:
«Sənə əmr olunanı açı-Qaşkar təbliğ et və müşriklərdən üz döndər! Şübhəsiz ki, istehza edənlərə qarşı Biz sənə kifayət edərik» («Yusuf» surəsi, 108).
Günümüzdə də müsəlmanların insanların razılığını nəzərə almadan, «kim nə deyər» deyə fikirləşmədən Quran əxlaqını insanlara çatdırmaları, Peyğəmbərimizin (s) yoluna tabe olaraq «qınayanın qınamasından qorxmamaları» lazımdır. Bu, Allahın razı olacağı və cənnəti ilə müjdələdiyi bir əxlaq və təqva əlamətidir. Peyğəmbərimiz (s) müsəlmanlara onun bu yoluna tabe olmalarını belə bildirmişdir: «Mənim təbliğ etdiklərimi məni görənlər (şahid olanlar) görməyənlərə təbliğ etsin, çatdırsın».33
Peyğəmbərimiz (s) insanların Allahın gücünü lazım olduğu kimi təqdir edib, Ondan qorxub çəkinərək gözəl əxlaqlı olmaları üçün insanlara Allahın qüdrətinin və yarıdılışdakı ehtişamın dəlillərini çatdırmış, onların Allahı sevərək Ondan qorxub çəkinmələrinə vasitəçi olmuşdur. Quranda Peyğəmbərimizə (s) Rəbbimizin yaradılışının dəlillərini və gücünü bu ayələrlə anlatması bildirilmişdir:
«De: "Bir deyin görək, əgər Allah gecəni qiyamətə qədər üstünüzə uzatsaydı, Allahdan başqa hansı tanrı sizə bir işıq gətirə bilərdi?! Məgər eşitmirsinizmi?" De: "Bir deyin görək, əgər Allah gündüzü qiyamətə qədər üstünüzə uzatsaydı, Allahdan başqa hansı tanrı istirahət etdiyiniz gecəni sizə gətirə bilərdi?! Məgər görmürsünüzmü?"» («Qəsəs» surəsi, 71-72)
Ismail Hakki Altunbezer. A Qur'anic verse in celi thuluth script: "Allah has power over all things." (Surat al-Baqara: 20) |
Hz.Muhəmməd (s) axirətə inanmayanlara da Allahın dünyadakı yaradılış dəlillərindən bəhs etmiş və bütün bunları yaratmağa qadir olan Allahın, əlbəttə, axirətdə bunların oxşarlarını da yaratmağa gücü çatdığını bildirmişdir. Peyğəmbərimiz (s) bu vacib həqiqəti tayfasına belə bildirmişdir:
«De: "Yer üzünü gəzib məxluqatı nə cür yaratdığına baxın. Sonra da Allah axirət həyatını yaradacaqdır. Allah hər şeyə qadirdir!» («Ənkəbut» surəsi, 20)
Peyğəmbərimizin (s) Allahın hər cür qüsurdan uzaq olduğunu, heç nəyə ehtiyacı olmadığını insanlara təbliğ etdiyi ayələrdən bəziləri belədir:
«De: "Mən göyləri və yeri yaradan, hamını bəsləyib Özü bəslənməyən Allahdan başqasını özümə Rəbbmi edərəm?!" De: "Mənə ilk müsəlman olmaq əmr edildi və müşriklərdən ol¬ma!" deyə buyuruldu. De: "Əgər mən Rəbbimə asi olsam, böyük günün əzabından qorxaram"» («Ənam» surəsi, 14-15).
Allahın tayı-bərabəri olmayacağını və Rəbbimizin hər şeyin yeganə maliki olduğu Quranda belə bildirilmişdir:
«De: "Göylərin və yerin Rəbbi kimdir?" De: "Allahdır!" De: "Belə olduqda, Onu qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilənlərimi özünüzə dost (hami, tanrı) edirsiniz?!" De: "Heç korla görən və ya zülmətlə nur eyni ola bilərmi?! Yoxsa onlar Allaha Onun yaratdığı kimi yaradan şəriklər qərar verdilər və onların nəzərincə bu yaratma bir-birinə bənzər göründü?!" De: "Allah hər şeyin xaliqidir. O, birdir, qəhr edəndir (hər şeyə gücü yetən, hər şeyə qalib gələndir!)"» («Rəd» surəsi, 16).
Hz.Muhəmməd (s) Allahın mövcudluğunu bildikləri halda, Onun ali qüdrətini fikirləşməyən, buna görə də Onun böyüklüyünü dərk edə bilməyən qövmünə Allahın varlığını və aliliyini dəfələrlə xəbər vermişdir. Bunun ardınca onları nəsihət almağa və qorxub çəkinməyə dəvət etmişdir. Ayələrdə belə buyurulur:
«De: "Əgər bilirsinizsə, (bir deyin görək) bu yer və yer üzündə olanlar kimindir?" Onlar mütləq: "Allahındır!" - deyə cavab verəcəklər. Sən də de: "Bəs elə isə düşünmürsünüz?" De: "Yeddi göyün Rəbbi, o əzəmətli ərşin Rəbbi kimdir?" Mütləq: "Allahındır!" - deyə cavab verəcəklər. Onda sən də de: "Bəs elə isə qorxmursunuz?" De: "Əgər bilirsinizsə, hər şeyin hökmü əlində olan, himayə edən, amma Özünün himayəyə ehtiyacı olmayan kimdir?" Onlar mütləq: "Allahdır!" - deyə cavab verəcəklər. Sən də de: "Bəs elə isə nə cür döndərilirsiniz?"» («Muminun» surəsi, 84-89)
Bəzi adamlar özlərinə inam kimi azğın, səhvlərlə, batil etiqadlarla və zərərli fikir və üsullarla dolu olan yolları seçirlər. Bunların hər biri insanlara dünyada və axirətdə itkidən başqa bir şey gətirməz. Peyğəmbərimiz (s) isə insanları ən şərəfli və gözəl yola, Allahın yoluna çağırmış, insanların dünyada və axirətdə qurtuluşlarına səbəb olmaq üçün səy göstərmişdir:
«De: "Biz Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən bütlərəmi tapınacaq və Allah bizi düzgün yola yönəltdikdən sonra yer üzündə şaşqın dolaşarkən şeytanların az¬dırdığı adam kimi geriyəmi döndəriləcəyik? Halbuki dostları onu: "Bizə tərəf gəl!" - deyərək haqq yola çağırırdılar! De: "Allahın hidayəti doğru yoldur. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr edilmişdir» («Ənam» surəsi, 71).
Peyğəmbərimiz (s) hədislərində də ən doğru yolun Allahın və Elçisinin yolu olduğunu bildirmişdir: «Şübhəsiz ki, ən gözəl söz Allahın kitabıdır. Ən gözəl yol da Muhəmmədin yoludur».34
Is there another god besides Allah? Say: |
Peyğəmbərimizin (s) insanları çəkindirdiyi ən mühüm mövzulardan biri şirkdir. Quran ayələrində də göründüyü kimi, Hz.Muhəmməd (s) həmişə insanlara Allahın yeganə tanrı olduğunu, Ondan başqa heç bir varlığın heç bir gücə malik olmadığını söyləmiş və müşrikliyə qarşı onları xəbərdar etmişdir. Bir çox ayədə Peyğəmbərimizə (s) insanları şirkə qarşı xəbərdar etməsi xəbər verilmişdir. Bu ayələrdən bəziləri belədir:
«De: "Bu mənim yolumdur. Mən və mənə tabe olanlar açı-Qaşkar bir dəlillə Allaha çağırırıq. Allah pak və müqəddəsdir. Mən isə müşriklərdən deyiləm!"» («Yusuf» surəsi, 108)
«De: "Mən ancaq öz Rəbbimə dua edirəm və heç kəsi Ona şərik qoşmuram!" De: "Mən sizə nə bir zərər, nə də bir xeyir vermək qüdrətinə malik deyiləm! De: "Məni Allahdan heç kəs qurtara bilməz və mən də Ondan başqa heç bir sığınacaq tapa bilmərəm!» («Cin» surəsi, 20-22)
«De: "Mənə dini məhz Allaha məxsus edərək yalnız Ona ibadət etmək əmr olunmuşdur! Mənə ilk müsəlman olmaq buyurulmuşdur!" De: "Əgər Rəbbimə asi olsam, doğrusu, böyük günün əzabından qorxuram!" De: "Mən Allaha dinimi yalnız Ona məxsus edərək tapınıram! Siz də Ondan başqa istədiyinizə ibadət edin!" De: "Əsl ziyan çəkənlər qiyamət günü özlərini və ailələrini ziyana uğradanlardır. Bax, açı-Qaşkar ziyan budur!"» («Zumər» surəsi, 11-15)
«Yaxud öncə yaradan sonra onu yenidən dirildən, sizə göydən, yerdən ruzi verən kimsə?! Məgər Allahla yanaşı başqa tanrımı var?" De: "Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin!"» («Nəml» surəsi, 64)
Mustafa Rakim Efendi. 1797. "I declare Allah to be morally perfect and thank Him. There is no god but Him. He is the mightiest, and there is no power but Allah." |
Xalqına Allahın yeganə tanrı olduğunu xatırladan Hz.Muhəmməd (s) Allaha şərik qoşduqlarının heç bir şeyi yarada bilməyəcəklərini, heç kimə zərər və ya fayda verməyə gücləri çatmayacağını da müxtəlif şəkillərdə təbliğ etmişdir. Bu mövzudakı ayələrdən bəziləri belədir:
«De: "(Allahdan) başqa tanrı güman etdiklərinizi çağırın. Onlar sizi nə möhnətdən qoruma¬ğa, nə də onu dəyişməyə qadir deyillər!"» («İsra» surəsi, 56)
«De: "Mənə bir xəbər verin görüm, sizin Allahdan başqa ibadət etdikləriniz yer üzündə nə yaratmışlar?! Yoxsa onların göylərdə bir şərikliyi var?! Əgər doğru deyirsinizsə, mənə bun¬dan əvvəl bir kitab, yaxud elmdən qalan bir şey gətirin!» («Əhqaf» surəsi, 4)
«De: "Allahdan başqa tanrı zənn etdiklərinizi çağırın". Onlar göylərdə və yerdə zərrə qədər bir şeyə sahib deyillər. Nə onların bunlarda (göylərdə və yerdə) bir şərikliyi var, nə də onlardan bir köməkçisi var!» («Səba» surəsi, 22)
«De: "Mənə bir göstərin görüm, Allahdan başqa ibadət etdikləriniz yer üzündə nəyi yaradıblar? Yoxsa onların göylərdə bir şərikliyi var? Yaxud onlara bir kitab vermişik və oradakı bir dəlilə istinad edirlər?! Xeyr, o zalımlar bir-birinə ancaq yalan vəd verirlər» («Fatir» surəsi, 40).
Əksər insanlar Allahın varlığını qəbul edir, ancaq Allahın gücünü və böyüklüyünü təqdir edə bilmir. Allahdan başqa məxluqların özünə fayda gətirə biləcəyini güman edər, yeganə dostun və köməkçinin Allah olduğunu qavraya bilməzlər. Peyğəmbərimiz (s) isə qövmünə bu həqiqətləri anlatmış və onları şirkdən uzaqlaşdırmağa çalışmışdır. Ayələrdə belə buyurulur:
«Həqiqətən, əgər onlardan: "Göyləri və yeri kim yaratmışdır?!" - deyə soruşsan, mütləq: "Allah!" deyə cavab verəcəklər. De: "Elə isə bir söyləyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan qeyri ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi?! Yaxud: "Əgər Allah mənə bir mərhəmət əta etmək istəsə, onlar Onun mərhəmətinə mane ola bilərlərmi?!" De: "Mənə təkcə Allah kifayət edər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edərlər!"» («Zumər» surəsi, 38).
«De: "Əgər Allah sizə bir pislik, yaxud bir yaxşılıq diləsə, Allahın sizin haqqınızda görəcəyi bu işə kim mane ola bilər?! Onlar özləri üçün Allahdan başqa nə bir hami, nə də bir mədədkar tapa bilərlər» («Əhzab» surəsi, 17).
İnsanın yeganə hamisi və qoruyanı onu yaradan Allahdır. Ancaq Allahdan qorxmayan insanlar bunu qəbul etmək istəməzlər. Ancaq çətin vaxtlarında, əlacsız qalanda, açı-Qaşkar gördükləri bəzi hadisələrdə bu adamlar onlara Allahdan başqa heç kimin kömək edə bilməyəcəyini başa düşərlər. Peyğəmbərimiz (s) də insanlara bu həqiqəti xatırlatmışdır. Bir sıxıntıya, zərərə düşən kimi insanın Allahdan başqa, heç bir kömək edənin olmadığını söyləmişdir. Bu mövzu ilə əlaqəli olaraq Quranda Peyğəmbərimizə (s) xalqına bunları xatırlatmağı bildirilmişdir:
«De: "Mənə deyə bilərsinizmi? Sizə Allahın əzabı gəlsə və ya qiyamət başınızın üstünü al¬sa, Allahdan başqasına dua edib yalvaracaqsınızmı? Əgər doğru danışanlarsınızsa (deyin görək)!" Xeyr, yalnız Ona dua edib yalvaracaqsınız. O əgər istəsə, yalvardığınız bəlanı aradan qaldırar, siz də Ona şərik qoşduğunuz bütlərinizi unudarsınız» («Ənam» surəsi, 40-41).
Peyğəmbərimizin (s) də xatırlatdığı bu həqiqəti unutmayan möminlər bir çətinliklə üzləşmədən də onlara yeganə kömək edə bilənin, onlardan sıxıntını və çətinlikləri tək aradan qaldıracaq gücün Allah olduğunu bilirlər. Quranda belə buyurulur:
«De: "Gizlində dua edib: "Əgər bizi suyun və qurunun zülmətindən qurtarsan, əlbəttə, şükür edənlərdən olarıq", - deyə yalvardığınız zaman sizləri bunlardan xilas edən kimdir?" De: "Sizi ondan xilas edən və hər bir qəmdən qurtaran Allahdır. Sonra siz yenə də (Ona) şərik qoşursunuz"» («Ənam» surəsi, 63-64).
Peyğəmbərimiz hədislərində də bütün müsəlmanları şirkə qarşı xəbərdar etmişdir: «(Ən böyük günah) Allah səni yaratdığı halda, Ona şərik qoşmağındır».35
Peyğəmbərimiz başqa bir sözündə isə Allahın şirkdən başqa bütün günahları bağışlayacağını Allahın belə buyurduğunu bildirmişdir:
«Bir adam bilsə ki, Mən qüdrət sahibiyəm, günahları bağışlayaram. O şirk etməyənə kimi Mən onu bağışlayaram».36
Peyğəmbərimiz (s) xüsusilə gizli şirkin insanlar üçün çox vacib bir təhlükə olduğunu isə bu sözləri ilə ifadə etmişdir:
«Mənə görə sizin üçün dəccaldan daha çox qorxduğum şeyi xəbər verimmi? O, gizli şirkdir ki, insanın göstəriş üçün əməl etməsidir».37
«Şirk ümmətimdə düz daşda qaranlıq gecədə qarışqaların gəzməsindən daha gizlidir. Əlaməti ədalətsizliyə görə məhəbbət və ədalətə görə nifrət etməkdir. Din Allah üçün sevgi və Allah üçün nifrətdən başqa nədir? Uca Allah buyurdu: Əgər siz Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin».38
Say: ‘No one in the heavens and the earth knows the Unseen except Allah.’ They are not aware of when they will be raised. |
«Qeyb» kəlməsi Quranda insanların bilmədikləri, görmədikləri gizli olan şeyləri ifadə etmək üçün istifadə edilmişdir. Məsələn, gələcəkdə baş verəcək hadisələr bizim üçün qeybə aid məlumatlardır. Ancaq gələcəyə dair bütün məlumatlar hər adamın, hər ölkənin, hər binanın, hər əşyanın gələcəyi, hər anı ilə Allah dərgahında bilinir.
Peyğəmbərimizə (s) qeyblə bağlı məlumatın ancaq Allaha aid olduğunu insanlara açıqlaması üçün Quranda belə bildirilmişdir:
The first original text of the Qur'an (Surat al-Qadr) is exhibited in the Archives Department of Topkapi Palace in Istanbul. |
«De: "Onların nə qədər qaldıqlarını Allah daha yaxşı bilir. Göylərin və yerin qeybini bilmək ancaq Ona məxsusdur. O, hər şeyi gözəl görür, yaxşı da eşidir! Onların Allahdan başqa heç bir hamisi yoxdur. O, heç kəsi Öz hökmünə şərik etməz!"» («Kəhf» surəsi, 26)
«De: "Allahdan başqa göylərdə və yerdə olan heç kəs qeybi bilməz! Onlar yenidən nə vaxt diriləcəklərini də bilməzlər!» («Nəml» surəsi, 65)
«De: "Rəbbim haqqı (batilin yerinə və ya istədiyinin ürəyinə) nazil edər. O, qeybi ən yaxşı biləndir!"» («Səba» surəsi, 48)
Rəsulullah (s) bəzən qeyblə bağlı bəzi şeylər soruşulanda onlara belə cavab verərdi:
«Bilmirəm. Mən bir bəndəyəm. Mövlam nəyi bildirirsə, onu bilirəm. Onun bildirmədiyini bilmirəm...»39
Bəzi adamlar bir pislik fikirləşəndə ya da tərəfdarları olan adamlarla bir mənfilik planlaşdıranda, dedi-qodu, qeybət edəndə, hiylələr düşünəndə bunları insanlardan gizlədiklərini güman edirlər.
Halbuki Allah hər insanın bütün fikirləşdiklərini, ürəyindən keçirdiklərini, iki adam arasındakı pıçıldaşmaları, göylərdə və yerdə olan hər şeyi bilir. Allah insanın hər an etdiklərinə şahiddir. Hər bir adam da gizli etdiyini və ya xəlvətcə danışdığını güman etdiyi hər şeyin hesabatını axirətdə verəcəkdir. Bəlkə həmin adam etdiyi pisliklə dolu olan həmin danışıqları yadından çıxaracaqdır, amma Allah insanların yadlarından çıxardıqları hər şeyi hesab günündə qarşılarına gətirəcəkdir.
Peyğəmbərimiz (s) də bu məsələyə diqqətləri yönəldərək insanları verəcəkləri hesab üçün xəbərdar etmişdir. Bu mövzudakı ayələrdən bəziləri belədir:
«De: "Ürəklərinizdəkini gizli də saxlasanız, aşkara da çıxartsanız (fərqi yoxdur), Allah onu bilir. Çünki O, göylərdə və yerdə nə varsa bilir. Allah hər şeyə qadirdir!» («Ali-İmran» surəsi, 29)
«De: "Mənimlə sizin aranızda təkcə Allahın şahid olması kifayət edir. Şübhəsiz ki, O, bəndələrindən xəbərdardır, görəndir!"» («İsra» surəsi, 96)
«Əgər onlar üz döndərsələr, de: "Sizə olduğu kimi bildirdim. Sizə vəd olunan şeyin yaxınmı, uzaqmı olduğunu bilmirəm. Şübhəsiz ki, O, aşkar deyilən sözü də, sizin gizlətdiklərinizi də bilir!» («Ənbiya» surəsi, 109-110)
«De: "Siz dininizi Allahamı öyrədirsiniz?" Halbuki Allah göylərdə və yerdə nə varsa, bilir. Allah hər şeyi biləndir!» («Hucurat» surəsi, 16)
Peyğəmbərimizin (s) dövründə və sonrakı dövrlərdə də Quranın haqq kitab olduğunu inkar edənlər olmuşdur. Bu adamlar Quranı Peyğəmbərimizin (s) yazdığını iddia edəcək qədər hədlərini aşmışdılar. Halbuki Quranın insan təfəkkürü ilə yazılmadığı çox aydın şəkildə məlum olan bir məsələdir. Allahın sözü olan Quranın içində bir çox möcüzə, insanların əldə edə bilməyəcəyi bənzərsiz bir hikmət vardır. Peyğəmbərimiz (s) də insanlara bu həqiqəti xatırlatmış və Quranı Allahın göndərdiyini bildirmişdir. Bu mövzudakı ayələrdən bəziləri belədir:
«De: "Onu göylərin və yerin sirrini bilən nazil etmişdir. Həqiqətən, O, bağışlayandır, rəhm edəndir!"» («Furqan» surəsi, 6)
«De: "Bir söyləyin görək, əgər (bu Quran) Allah dərgahındandırsa və sonra siz də onu in¬kar edibsinizsə, (sizin kimi haqdan) uzaq bir nifaq içində olan kəsdən daha çox azmış kim ola bilər?!» («Fussilət» surəsi, 52)
The revelation of the Book is from Allah, the Almighty, the All-Wise. … This is a Book We have sent down to you so that you can bring mankind from the darkness to the light, by the permission of their Lord, to the Path of the Almighty, the Praiseworthy. |
Quranın bir insan tərəfindən yazıldığını iddia edənlər onun malik olduğu möcüzələrdən, Allahın sonsuz hikmət ehtiva edən sözlərindən xəbərsizdirlər. Halbuki Quran bir insanın deyil, bütün insanların və cinlərin də bir yerə yığışaraq yaza bilməyəcəkləri, ərsəyə gətirə bilməyəcəkləri bir kitabdır. Hz.Muhəmmədə (s) bununla bağlı olaraq xalqına bunları bildirməsi əmr edilmişdir:
«De: "Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər"» («İsra» surəsi, 88).
«Yoxsa: "Onu özündən uydurdu!" - deyirlər. De: "Əgər doğru deyirsinizsə, ona bənzər bir surə gətirin və Allahdan başqa, kimə gücünüz çatırsa, onu da çağırın!"» («Yunus» surəsi, 38)
Peyğəmbərimiz (s) bir hədisində isə Quranın Allahın sözü olduğunu belə bildirmişdir:
«Quran Allah azzə və cəllənin kəlamıdır. Elə isə Quranın sahibi olan Rəbbinin qadağan etdiklərini etməmək surəti ilə ona təzim (hörmət) etsin».40
Peyğəmbərimiz (s) Quranın insanları hidayətə apardığını söyləmiş və onlara Quranı özlərinə rəhbər tutmalarını tövsiyə etmişdir. Bu mövzudakı ayələrdən bəziləri belədir:
«De: "Ruhülqüds onu (Quranı) sənin Rəbbindən iman gətirənlərə səbat vermək, müsəlmanları isə doğru yola yönəltmək və müjdə vermək üçün haqq olaraq nazil etmişdir!"» («Nəhl» surəsi, 102)
«De: "Əgər mən azsam, bunun zərəri ancaq mənə olar. Yox, əgər doğru yolla getsəm, bu da Rəbbimin mənə vəhy etdiyi (Quran) sayəsindədir. Həqiqətən, O eşidəndir, yaxındır» («Səba» surəsi, 50).
Peyğəmbərimizin (s) bir hədisində Quranın qurtuluşa aparan bir rəhbər olduğu belə bildirilir:
«Hər kim Quranı qarşısına keçirərsə, Quran onu cənnətə aparar. Hər kim də onu arxasına qoyarsa, onu da cəhənnəmə aparar».41
Cahiliyyə cəmiyyətlərində geniş yayılan səhv inamlardan biri bir adamın başqasının günahını öz üzərinə götürə biləcəyini güman etmələridir. Məsələn, biri yoldaşlarının ibadət etməsinə mane olmağa çalışır və onlara «günahı mənim boynuma» deyirlər. Əlbəttə, belə deyən bir adam ibadətə mane olmağın günahını qazanır, ancaq qarşısındakı adam da bu ibadəti yerinə yetirməməyin günahını alacaqdır. Yəni heç kim ondan bu günahı alıb öz üzərinə götürə bilməz. Hesab günündə hamı ancaq öz etdiklərinə cavabdeh olacaqdır. Heç kimə başqalarının günahları soruşulmayacaq, heç kim də başqasının günahını boynuna götürməyəcəkdir.
Allah Hz.Muhəmmədə (s) bu mövzunu belə çatdırmasını bildirmişdir:
«De: "Allah hər şeyin Rəbbi olduğu halda, heç mən Ondan başqa Rəbbmi istərəm?" Hər kəsin qazandığı günah ancaq özünə aiddir. Heç bir günahkar başqasının günahını daşımaz. Axır dönüşünüz Rəbbinizədir. O zaman sizə aranızda ixtilaf doğuran məsələlər barəsində xəbər verəcəkdir» («Ənam» surəsi, 164).
The Prophet is closer to the believers than their own selves... |
Peyğəmbərimiz (s): «Heç kim başqasının günahını çəkməz»42, - sözləri ilə xalq arasında yayılan bu səhv inama aydınlıq gətirmişdir.
Bəşər tarixi boyunca Allaha, dinə və Allahın elçilərinə qarşı çıxan cəmiyyətlər həmişə bir fəlakətə məruz qalmış, hətta arxalarında heç bir iz qalmayacaq tərzdə tarix səhnəsindən silinib getmişlər. Bu cəmiyyətlərin aqibəti bütün insanlara bir ibrət olmalı, Allahın qəzəblənməsindən qorxub çəkinərək Allaha üz tutmalıdırlar.
«De: "Yer üzünü gəzib dolaşın, günahkarların axırının necə olduğuna bir baxın!"» («Nəml» surəsi, 69).
«De: "Yer üzünü dolaşın və sonra görün ki, (peyğəmbərlərə) yalançı deyənlərin aqibəti necə oldu?"» («Ənam» surəsi, 11)
«De: "Yer üzünü gəzib dolaşın və əvvəlkilərin axırının necə olduğuna baxın. Onların əksəriyyəti müşrik idi» («Rum» surəsi, 42).
Peyğəmbərimiz (s) yuxarıdakı ayələri rəhbər tutaraq: «Ey xalqım! Ağır olun! Sizdən əvvəlki ümmətlər bu etdiyiniz əməl ucbatından həlak oldular. Peyğəmbərlərinə qarşı ixtilafları və kitablarının bəzisini bəzisinə qarışdırmaları ucbatından»43, - deyərək ətrafındakıları keçmişdəkilərin başlarına gələnlərlə xəbərdar etmişdir.
We destroyed the cities round about you and have variegated the Signs so that hopefully they will turn back. |
Axirətin mövcudluğuna inanmayan və ya şübhə ilə yanaşan insanların ən böyük qorxularından biri ölüm qorxusudur. Ölərkən hər şeylərini itirəcəklərini fikirləşdikləri və dünyaya çox ehtirasla bağlandıqları üçün ölümü qətiyyən düşünməzlər. Halbuki hər insan Allahın onun üçün taleyində müəyyənləşdirdiyi bir vaxtda öləcəkdir və bundan əsla heç bir qaçış yolu tapa bilməyəcəkdir. Peyğəmbərimiz (s) də bu adamlara ölümdən qaçışın onlara heç bir xeyiri olmayacağını bildirmiş və on¬ların ölümdən sonrakı həqiqi həyatlarını fikirləşmələrini təmin etməyə çalışmışdır.
«De: "Əgər ölməkdən, yaxud öldürülməkdən qaçarsınızsa, qaçmaq sizə heç bir fayda verməz. Ancaq az bir müddət dolanıb-keçinərsiniz» («Əhzab» surəsi, 16).
«Belə de: "Sizə vəd olunmuş bir gün vardır ki, ondan bircə an belə nə geri qalar, nə də irəli keçə bilərsiniz!"» («Səba» surəsi, 30)
Peyğəmbərimiz (s) ölümü fikirləşməyi də tövsiyə etmiş və belə buyurmuşdur: «Ölümü ən çox zikr edən və onlara gəlməzdən əvvəl onun üçün ən yaxşı hazırlıq edənlərdir. Ağıllılar bunlardır».44
Who is better: someone who founds his building on heeding and pleasing Allah, or someone who founds his building on the brink of a crumbling precipice so that it collapses with him into the Fire of Hell? Allah does not love wrongdoers. |
İnsanları ən çox maraqlandıran mövzulardan biri də qiyamətin vaxtının nə vaxt baş verməsidir. Halbuki Allah qiyamətin vaxtının Özündən başqa heç kimin bilməyəcəyini bildirmiş və Hz.Muhəmmədə (s) bu mövzuda ondan soruşulan suallara belə cavab verməsini əmr etmişdir:
«İnsanlar səndən qiyamət saatı barədə soruşar. De: "Onu ancaq Allah bilər!" Nə bilirsən, bəlkə də, o saat yaxındır» («Əhzab» surəsi, 63).
«De: "Mən sizin qorxudulduğunuz əzabın yaxın olduğunu, yaxud Rəbbimin onun üçün uzun bir müddət təyin etdiyini bilmirəm!» («Cin» surəsi, 25)
«Əgər onlar üz döndərsələr, de: "Sizə olduğu kimi bildirdim. Sizə vəd olunan şeyin yaxınmı, uzaqmı olduğunu bilmirəm» («Ənbiya» surəsi, 109).
Cahiliyyə cəmiyyətlərində geniş yayılan inamlardan birinin də cəhənnəmdə müəyyən bir müddət qalıb oradan çıxacaqlarıdır. Halbuki Allah cəhənnəm əzabının bəzi adamlar üçün sonsuza kimi davam edəcəyini bildirmişdir. Peyğəmbərimiz (s) də Allahın əmrinə tabe olaraq bir müddət cəhənnəmdə qalacaqlarını iddia edənlərə, Allahın istəyindən başqa, insanların bəzilərinin cəhənnəmdə sonsuza kimi qalacaqlarını xəbər vermişdir:
«Onlar: "Cəhənnəm odu bizə bir neçə gündən artıq əzab verməz" - dedilər. Onlara söylə: "Siz Allahdan belə bir vəd almısınızmı? (Əgər belədirsə) Allah heç vaxt Öz əhdindən dönməz. Yoxsa Allaha qarşı bilmədiyinizi söyləyirsiniz?" Bəli, günah qazanan və qazandığı günahlarla əhatə olunan şəxslər cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar. İman gətirənlər və yaxşı işlər görənlər isə cənnətlikdirlər və orada əbədi olacaqlar» («Bəqərə» surəsi, 80-82).
We made them leaders, guiding by Our command, and revealed to them how to do good actions and establish prayer (salat) and pay the welfare tax (zakat), and they worshipped Us. |
Peyğəmbərimiz bir sözündə cənnətdəki və cəhənnəmdəki həyat haqqında bunları bildirmişdir:
«Cənnətliklər cənnətdə, cəhənnəmliklər də cəhənnəmdə olduqları vaxt ölüm gətirilər. Cənnətlə cəhənnəmin arasına qoyularaq orada kəsilər. Sonra bir səs eşidilər: «Ey cənnət əhli! Artıq əbədiyyət var, ölüm yoxdur. Ey cəhənnəm əhli! Artıq əbədiyyət var, ölüm yoxdur. Cənnətliklərin sevinci bununla daha da artar. Cəhənnəmliklərin də kədəri çoxalar»».45
Əvvəl də qeyd edildiyi kimi, Peyğəmbərimiz (s) təbliğ edərkən, hər hansısa bir şeyi izah edərkən, dua edərkən Allahı zikr edər, Onu ən gözəl adları ilə ucaldardı. Peyğəmbərimizin (s) insanları da bu gözəl davranışa dəvət etməsi belə əmr edilmişdir:
«De: "İstər Allah, istərsə də Rəhman deyib çağırın. Hansını desəniz (fərqi yoxdur), çünki ən gözəl adlar yalnız Ona məxsusdur". Namaz qılarkən səsini nə çox qaldır, nə də çox alçalt. Bu ikisinin arasında orta bir yol tut! Və de: "Özünə heç bir övlad götürməyən, mülkündə heç bir şəriki olmayan, zəif olmadığı üçün heç bir köməkçiyə ehtiyacı olmayan Allaha həmd olsun!" Və Allahı uca tut!» («İsra» surəsi, 110-111)
Peyğəmbərimiz (s) Allahın əmrinə uyğun olaraq Allahın göndərdiyi peyğəmbərlər arasında heç bir ayrı-seçkilik etməməyimizi bildirmiş və sözlərində «Peyğəmbərlərin birini digərindən üstün tutmayın»,46 - deyə buyurmuşdur.
Peyğəmbərlərimizin hər biri Allahın sevdiyi, dost tutduğu, etibar etdiyi, cənnəti ilə müjdələdiyi mübarək, müqəddəs, təqvalı insanlardır. Bütün peyğəmbərlər Allahın dinini insanlara təbliğ etmişlər, hamını Hz. Muhəmməd (s) kimi, Allahın yoluna çağırmışdılar. Bu, Peyğəmbərimizin bizə bildirdiyi çox vacib davranış və inamdır. Quranda isə bu haqda belə buyurulur:
«Söylə: "Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun oğullarına nazil edilənə, Rəbbi tərəfindən Musa, İsa və peyğəmbərlərə verilənlərə inandıq və onların heç birini bir-birindən ayırmırıq. Biz yalnız Ona təslim oluruq!"» («Ali-İmran» surəsi, 84).
«Belə deyin: "Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladlarına göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən peyğəmbərlərə verilən şeylərə inanmışıq. Onların heç birini digərindən ayırmırıq. Biz ancaq Allaha təslim olanlarıq!"» («Bəqərə» surəsi, 136)
Kitab boyunca da bəhs edildiyi kimi, Peyğəmbərimiz (s) bütün aləmlərə nümunə olan əxlaqa malik idi və insanları da gözəl əxlaqlı olmağa dəvət etmiş, onlara Allahın razı qalacağı əxlaqın və davranışların necə olmalı olduğunu izah etmişdir. Quranda Peyğəmbərimizə (s) gözəl əxlaq haqqında insanlara xatırlatması əmr edilən bəzi ayələr belədir:
«De: "Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Açıq və gizlin pis işlərə yaxın düşməyin. Allahın haram buyurduğu ca¬na qıymayın. Bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız! Yetimin malına, xeyirxah məqsəd istisna olmaqla, həddi büluğa çatana qədər yaxın düşməyin. Ölçüdə və çəkidə düz olun. Biz hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyirik. Söz söylədiyiniz zaman qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdi yerinə yetirin. (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb öyüd-nəsihət qəbul edəsiniz!» («Ənam» surəsi, 151-152)
«De: "Rəbbim yalnız aşkar və gizli alçaq işləri, hər cür günahı, haqsız zülmü, Allahın haqqında heç bir dəlil nazil etmədiyi hər hansı bir şeyi Ona şərik qoşmağınızı və Allaha qarşı bilmədiyiniz şeyləri deməyinizi haram buyurmuşdur» («Əraf» surəsi, 33).
We only sent you for the whole of mankind, bringing good news and giving warning. But most of mankind do not know it. |
Peyğəmbərimizin (s) gözəl əxlaqı tövsiyə etdiyi hədislərdən bəziləri isə belədir:
«Rəbbim mənə doqquz şeyi əmr etdi: Gizli və aşkar halda da, Allahdan qorxmağımı, əsəbi və sakit halda da, ədalətli söz söyləməyimi, kasıb və imkanlı ikən qənaətcil olmağımı, məndən ayrılana da, qohumluq əlaqələrini qorumağımı, məni məhrum edənə də, verməyimi, mənə zülm edəni bağışlamağımı, susqunluğumun təfəkkür olmasını, danışığımın zikr olmasını, doğru və gözəl olanı əmr etməyimi...»47
«Sənə zülm edəni bağışla. Səndən küsənə sən get, sənə pislik edənə yaxşılıq et. Əleyhinə də olsa, haqqı söylə».48
«Harada olursan ol, Allahdan çəkin və pisliyin ardınca yaxşılıq et, bu onu yox edər. İnsanlara yaxşı əxlaqla davran».49 «İnsanlara gözəl əxlaqla davran».50 Peyğəmbərimiz (s) Yəmənə göndərdiyi elçilərinə bunları tövsiyə etmişdir: «Sirkə balı dağıtdığı kimi, pis xasiyyət də əməli pozar».51 «Möminin şərəfi dini, əsilzadəliyi gözəl əxlaqı, mürüvvəti də ağlıdır».52
Peyğəmbərimiz qürurun və təkəbbürlüyün pis əxlaq xüsusiyyəti olduğunu və təkəbbürlü adamların aqibətinin cəhənnəm olacağını bildirmişdir. Onları bu böyük təhlükəyə qarşı da xəbərdar etmişdir. Peyğəmbərimiz (s) hər vəziyyətdə təvazökarlığı, mərhəmətli, sevimli davranışları ilə insanlara ən gözəl nümunə olmuşdur. Peyğəmbərimizin (s) təkəbbürlük haqqındakı xəbərdarlıqlarından bəziləri belədir: «Uca Allah gözəldir, gözəlliyi sevər. Təkəbbürlük isə haqqın ləğvi, insanların təhqiridir».53 «İnsan özünü xalqdan böyük görüb uzaq tuta-tuta zalımlar arasına yazılar və onların başına gələn müsibətə düçar olar».54 Peyğəmbərimiz (s) dədə-babaları ilə öyünən və buna görə təkəbbürlənən insanları da tənbeh etmiş və belə demişdir:
«İnsanlar ya cəhənnəm kömüründən başqa bir şey olmayan ölmüş əcdadları ilə öyünməkdən əl çəkərlər, ya da Allahın dərgahında burnu ilə pislik yuvarlayan may böcəyindən də aşağı səviyyəyə düşərlər. Uca Allah sizi cahiliyyə təkəbbürlüyündən təmizlədi. Artıq o, təqvalı bir mömin, yaxud bədbəxt günahkardır. İnsanların hamısı Hz.Adəmin övladlarıdır. Adəm isə torpaqdan yaradılmışdır».55
The metaphor of those who spend their wealth in the Way of Allah is that of a grain which produces seven ears; in every ear there are a hundred grains. Allah gives such multiplied increase to whoever He wills. Allah is All-Encompassing,All-Knowing. |
Peyğəmbərimiz (s) həmişə səhabələrinə gözəl geyinmələrini, səliqəli və xoş görünmələrini tövsiyə etmişdir. Ancaq eyni zamanda onlara geyimlərinə və ya gözəlliklərinə görə təkəbbürlənən insanların dünyada və axirətdə alçaldılacaqlarını da xatırlatmış, hər cür şəraitdə təvazökar olmalarını tövsiyə etmişdir. Həmin tövsiyələrindən biri belədir:
«Bir adam nəfsinin xoşuna gələn əynindəki paltarla, saçları da düzəldilmiş tərzdə gedərkən, yeriyərkən təkəbbürlənmişdi ki, birdən yerə batdı. Qiyamət qopana kimi orada çətinliklə batmağa davam edəcək».56
"İnfaq etmək" bir adamın malını və canını Allahın yolunda, Allahın razı olacağı tərzdə xərcləməsidir. Ətrafındakılar infaq haqqında Peyğəmbərimizə (s) bəzi suallar vermiş və Allah Rəsulu da onlara infaqın necə olacağını izah etmiş, onları infaq etmək üçün həvəsləndirmişdir. Quranda Peyğəmbərimizə (s) infaq haqqında deməsi bildirilən ayələr belədir:
«Səndən (Allah yolunda) nə verəcəkləri haqqında soruşanlara söylə: "Verəcəyiniz şey ata-anaya, qohumlara, yetimlərə, miskinlərə və müsafirə (yolçulara) məxsusdur". Şübhəsiz ki, Allah etdiyiniz xeyirli işi biləndir» («Bəqərə» surəsi, 215).
«...Nəyi paylamalı olduqlarını soruşanlara isə de: "Ehtiyacınızdan artıq qalanını". Allah sizə Öz ayələrini bu cür bildirir ki, bəlkə fikirləşəsiniz» («Bəqərə» surəsi, 219).
«De: "Həqiqətən, Rəbbim bəndələrindən istədiyinin ruzisini bol edər, (istədiyininkini də) azaldar. (Allah yolunda) nə xərclərsiniz, Allah onun əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır!"» («Səba» surəsi, 39)
And remind them, for truly the believers benefit from being reminded. I only created jinn and man to worship Me. |
Peyğəmbərimizin (s) müsəlmanları xəsislikdən çəkindirən, onlara comərdliklə Allah yolunda xərcləmələrini xatırladan sözlərindən bəziləri belədir:
«Zülmdən çəkinin. Çünki zülm qiyamət günü qaranlıqlar olacaqdır. Xəsislikdən də uzaqlaşın, çünki xəsislik sizdən əvvəlkiləri həlak etmiş, onları bir-birlərinin qanlarını tökməyə, haramlarını halal hesab etməyə sövq etmişdir».57
«Kasıbları sevin və onlara yaxın olun. Siz onları sevsəniz, Allah da sizi sevər. Siz onlara yaxın olsanız, Allah da sizə yaxın olar. Siz onları geyindirsəniz, Allah da sizi geyindirər. Siz onları yedirsəniz, Allah da sizi yedirər. Siz comərd olun ki, Uca Allah da sizə qarşı comərd olsun».58
Allah Quranın 72-ci surəsi olan «Cin» surəsində cinlərin də Hz.Muhəmmədin (s) təbliğini, Qurana qulaq asdıqlarını və bəzilərinin müsəlman olaraq Peyğəmbərimizə (s) tabe olduqlarını bildirir. Bu mövzu ilə bağlı ayələrdən bəziləri belədir:
«De: "Mənə vəhy olundu ki, bir dəstə cin dedilər: "Biz çox qəribə bir Quran eşitdik. O, haqq yolu göstərir. Biz ona iman gətirdik və biz bir daha heç kəsi Rəbbimizə şərik qoşmayacağıq» («Cin» surəsi, 1-2).
You who believe! respond to Allah and to the Messenger when He calls you to what will bring you to life! Know that Allah intervenes between a man and his heart and that you will be gathered to Him. You who believe! Heed Allah and believe in His Messenger. He will give you a double portion of His mercy and grant you a light by which to walk and forgive you... |
Allah yenə «Cin» surəsində müsəlman olan cinlərin belə dediklərini bildirir:
«Doğrusu, biz hidayət yolunu göstərəni (Quranı) dinlədiyimiz zaman ona iman gətirdik. Kim Rəbbinə iman gətirsə, nə (yaxşı əməllərinin mükafatının) əskilməsindən, nə də haqsızlığa məruz qalmaqdan qorxar. Şübhəsiz ki, aramızda müsəlmanlar da var, (haqq yoldan) çıxanlar da. Müsəlman olanlar haqq yolu axtarıb tapanlardır» («Cin» surəsi, 13-14).
Bu cinlər aralarından bəzilərinin Allaha qarşı yalan danışaraq, batil inamlar uydurduqlarını bildirirlər. Cinlərin daha əvvəl inandıqları bu batil dinin xüsusiyyəti «Cin» surəsində belə bildirilir:
«Həqiqətən, Rəbbimizin cəlalı çox ucadır. O Özünə nə bir zövcə götürmüşdür, nə də bir uşaq! Doğrusu, bizim səfehimiz Allah barəsində tamamilə yalan söyləyirmiş. Biz elə güman edirdik ki, nə insan, nə də cin tayfası Allah barəsində yalan danışmaz» («Cin» surəsi, 3-5).
Başqa bir ayədə isə Peyğəmbərimizin ibadət üçün qalxanda cinlərin onun ətrafında qələbəlik yaradaraq az qala bir-birinin üstünə çıxdıqları bildirilir:
«Allahın bəndəsi (Muhəmməd əleyhissəlam) qalxıb Ona ibadət edəndə onlar az qalmışdı ki, bir-birinin üstünə minələr» («Cin» surəsi, 19).
Ayələrdən də aydın olduğu kimi Hz.Muhəmməd (s) bütün insanlara və bütün cinlərə peyğəmbər olaraq göndərilmişdir. Qurani-Kərim də həm insanlar, həm də cinlər üçün bir yol göstərəndir, rəhbərdir.
They will not help you in any way against Allah. |
Quranı və Hz.Muhəmmədin (s) peyğəmbərliyini inkar edənlər Peyğəmbərimizə (s) çoxlu çətinliklər törətmişlər, onun təbliğ fəaliyyətinə mane olmağa, hətta onu öldürməyə, həbs etməyə, sürgünə göndərməyə çalışmışdılar. Lakin Peyğəmbərimiz (s) hər dəfə onlara Allahın gücünü, mövcudluğunu, özünün haqq bir elçi və Quranın da haqq kitab olduğunu bildirmiş, onları axirət əzabı ilə xəbərdar edib qorxutmuşdur. Ancaq Peyğəmbərimiz (s) fəthdən sonra da heç kimi zorla dinə gətirməyə çalışmamış, hamıya öz inamında azad olduğunu bildirmişdir.
Bu mövzudakı bəzi Quran ayələri belədir:
«Əgər səni yalançı hesab etsələr, de: "Mənim əməlim mənə, sizin əməliniz isə sizə aiddir. Mənim etdiyim əməllərin sizə, sizin etdiyiniz əməllərin mənə heç bir dəxli yoxdur!"» («Yunus» surəsi, 41)
«De ki, mənə, həqiqətən, belə vəhy olunur: "Sizin tanrınız ancaq bir olan Allahdır. Bundan sonra müsəlman olacaqsınızmı?" Əgər onlar üz döndərsələr, de: "Sizə olduğu kimi bildir¬dim. Sizə vəd olunan şeyin yaxınmı, uzaqmı olduğunu bilmirəm. Şübhəsiz ki, (Allah) aşkar deyilən sözü də, sizin gizlətdiklərinizi də bilir! Mən bilmirəm, bəlkə də, (cəzanızın) təxirə salınması sizi imtahana çəkmək və bir müddət sizə gün-güzəran vermək üçündür". De¬di: "Ey Rəbbim! Ədalətlə hökm et. Sizin mənə aid etdiyiniz sifətlərə qarşı kömək diləniləsi kimsə yalnız Rəbbimiz olan Rəhmandır!"» («Ənbiya» surəsi, 108-112)
«De: "Ey camaatım, əlinizdən gələni edin. Mən də yerinə yetirirəm. Axirət yurdunun aqibətinin kimə nəsib olacağını biləcəksiniz. Şübhəsiz ki, zalımlar nicat tapmayacaqlar!» («Ənam» surəsi, 135)
So call and go straight as you have been ordered to. Do not follow their whims and desires but say, “I believe in a Book... sent down by Allah sent down by Allah and I am ordered to be just between you.” |
Peyğəmbərimiz Allahın mövcudluğunu, Quranı və onun peyğəmbərliyini inkar edənlərə qarşı çox səbirli və anlayışlı davranmış, heç vaxt təzyiqə və məcburiyyətə müraciət etməmişdir. Hətta onların arasında ədalətli davranacağını və onlarla mənasız mübahisələrə girilməyəcəyini bildirmişdir. Peyğəmbərimizin Allahın əmrinə tabe olaraq söylədiyi bu ayələr Quranda belə bildirilir:
«Buna görə də sən dəvət et və sənə əmr edildiyi kimi səbatlı ol. Onların nəfslərindən gələn istəklərə uyma və de: "Mən Allahın nazil etdiyi kitaba inandım. Mənə sizin aranızda ədalətlə hökm etmək əmr olunmuşdur. Allah bizim də Rəbbimizdir, sizin də Rəbbiniz. Bizim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aiddir. Bizimlə sizin aranızda heç bir mübahisə yoxdur. Allah hamımızı bir yerə toplayacaqdır. Axır dönüş də yalnız Onadır!"» («Şura» surəsi, 15)
Allah sonsuz mərhəmətli, şəfqətli və bağışlayandır. Allah Quranda hər bəndəsinin tövbəsini qəbul edəcəyini, bir insan günahlarından əl çəkərsə, günahlarını bağışlayacağını müjdələyir. Peyğəmbərimiz (s) də inkar edənlərə Allahın bu müjdəsini çatdırmışdır:
«Kafir olanlara de: "Əgər onlar əl çəksələr, keçmişdəki günahları bağışlanar. Yox, əgər yenə qayıtsalar, əvvəlkilərin başına gələnlər onların da başına gələr» («Ənfal» surəsi, 38).
Peyğəmbərimiz hədislərində də insanlara həmişə tövbə edə biləcəklərini belə xatırlatmışdır: «Tövbə qapısı açıqdır. Günəş Qərbdən çıxana kimi qapanmaz».59
“So worship anything you will apart from Him!’Say: As for those who disbelieve, their wealth and children will not help them against Allah in any way. They are the Companions of the Fire. remaining in it timelessly, for ever. |
Peyğəmbərimizin (s) hər sözündə və hər davranışında Allaha olan etibarını, təslimiyyətini və sədaqətini görmək mümkündür. Peyğəmbərimiz (s) ən çətin vaxtlarında da Allahın mütləq kömək edəcəyindən, möminlərin qalib gələcəyindən və inkar edənlərin məğlubiyyətə məruz qalacaqlarından arxayın olmuşdur. Quranda deməsi əmr edilən bu ayələr də bunun bir nümunəsidir:
«Kafir olanlara de: "Siz tezliklə məğlub olacaq və cəhənnəmə sürüklənəcəksiniz!" Necə də pis yerdir!» («Ali-İmran» surəsi, 12)
Peyğəmbərimiz bir hədisində isə belə buyurmuşdur:
«Sizə vəd edilən mütləq yerinə yetiriləcəkdir. Siz Allahı aciz buraxa bilmərsiniz».60
İnkar edənlərin ən bariz xüsusiyyətlərindən biri axirətin mövcudluğuna inanmamalarıdır. Peyğəmbərimizin (s) dövründə də inkar edən adamlar axirətdə insanların təkrar dirildiləcəklərinə inanmamışdılar. Peyğəmbərimiz (s) isə onların iddialarına ən hikmətli və mənalı tərzdə cavab vermişdir. Quranda Peyğəmbərimizə bu hikmətli ayələri söyləməsi əmr edilmişdir:
«Onlar: "Biz sür-sümük, çürüyüb ovxalanmış torpaq olduğumuz halda, dirildilib yeni məxluqmu olacağıq?" - deyirlər. De: "İstər daş olun, yaxud dəmir! Və ya ürəyinizdə (özünüzü dağlar, göylər kimi) böyük bir məxluq bilin! (Yenə diriləcəksiniz!)". Onlar deyəcəklər: "O halda bizi kim (yenidən dirildib həyata) qaytaracaqdır?" De: "İlk dəfə sizi yoxdan yaradan!" Onlar sənə başlarını bulayıb: "Bu nə vaxt olacaqdır?" - deyə soruşacaqlar. De: "Bəlkə də, bu yaxın zamanda!"» («İsra» surəsi, 49-51)
«Məgər biz öldükdən, torpaq və sür-sümük olduqdan sonra dirildiləcəyikmi?! Eləcə də əvvəlki atalarımız da?!" De: "Bəli, özü də zəlil olaraq (dirildiləcəksiniz)» («Saffat» surəsi,16-18).
Peyğəmbərimiz bəlkə bu adamlar inkarlarından dönər və iman gətirərlər deyə, onlara axirətin dünya həyatından daha xeyirli və üstün olduğunu xatırlatmışdır. Onun bu sözlərindən bəziləri belədir:
«Ey insanlar! Dünya nəğd verilən bir maldır. Yaxşı da, pis də ondan payını alır. Axirət isə sadiq bir vəddir. Orada qadir olan Hökmdar hökm edər. Haqq yerini tapar. Batil isə zay olub gedər. Ey insanlar, axirət övladı olun, dünyanın qulu olmayın. Çünki övlad anaya tabedir. (Yəni dünya uşağı olsanız, dünya kimi məhv olmağa layiq olarsınız.) Allahdan qorxaraq əməl edin. Bilin ki, əməlləriniz sizinlə üzləşəcəkdir. Və siz mütləq yenidən Allaha qovuşacaqsınız. Hər kim zərrə miqdarında xeyir edərsə, onun əvəzini görəcək, hər kim də zərrə miqdarı şər iş görərsə, onun əvəzini görəcəkdir».61
Allahın elçilərinin ən vacib vəzifələrindən biri insanları xəbərdar etmək və onları Allahın əzabı və cəhənnəm ilə qorxutmaqdır. Rəsullar bununla insanların qorxub çəkinmələrinə, gözəl əxlaqlı yaşamalarına və bəzilərinin axirətdə cənnətə layiq olmalarına səbəb olurlar. Peyğəmbərimiz də insanları cəhənnəm əzabı ilə xəbərdarlıq etmiş, onları inkardan, pisliklərdən və dinsizlikdən qorumağa çalışmışdır. Peyğəmbərimizin (s) cəhənnəmlə xəbərdar edib qorxutması bəzi ayələrdə belə bildirilir:
«Ayələrimiz onlara açı-Qaşkar surətdə oxunduğu zaman kafir olanların çöhrəsində bir ikrah sezərsən. Onlar ayələrimizi oxuyanların üstünə az qala hücum çəksinlər. De: "Sizə bundan daha pisini xəbər verimmi? Cəhənnəm... ! Allah onu kafirlərə vəd etmişdir. O nə pis məskəndir!"» («Həcc» surəsi, 72)
«(Mənim vəzifəm) Allah dərgahından olanı və Onun göndərdiklərini təbliğ etməkdir. Allaha və Onun Peyğəmbərinə asi olanları cəhənnəm odu gözləyir. Onlar orada həmişəlik qala¬caqlar!"» («Cin» surəsi, 23)
Peyğəmbərimiz cəhənnəmi özündən uzaq görənlərə cəhənnəmdəki əzabı təfərrüatları ilə bildirmiş, Quranda bildirildiyi kimi, inkar edənlərin cəhənnəmdəki vəziyyətlərini, əzabdan xilas olmaq üçün necə yalvaracaqlarını söyləmiş və insanların cəhənnəmdən qorxub çəkinmələrinə səbəb olmaq üçün səy göstərmişdir.
Say: “My people, do as you think best; |
Peyğəmbərimiz (s), həmin dövrdəki inkarçılar say və güc olaraq daha üstün kimi görünmələrinə baxmayaraq, onların davranışlarına və təhdidlərinə fikir verməmiş, Quranı böyük qətiyyətlə insanlara çatdırmış və doğru yoldan qətiyyən dönməyəcəyini açı-Qaşkar və qəti olaraq bildirmişdir. Qətiyyət və səbir möminlərə məxsus çox vacib bir xüsusiyyətdir və hər müsəlman Peyğəmbərimizin qətiyyətini və əzmkarlığını nümunə götürməlidir. Bununla bağlı bəzi ayələr belədir:
«De: "Sizin Allahdan qeyri tapındığınız bütlərə ibadət etmək mənə qadağan edilmişdir". De: "Mən sizin nəfsinizin istəklərinə əsla uymaram. Belə ola biləcəyi təqdirdə mən azar və doğ¬ru yola yönəlmişlərdən olmaram!" De: "Mən Rəbbimdən açı-Qaydın bir dəlilə istinad edirəm. Siz isə onu yalan hesab etdiniz. Sizin tələm-tələsik istədiyiniz (əzab) məndə deyildir. Hökm ancaq Allahındır. Haqqı yalnız O bəyan edər. O ayırd edənlərin ən yaxşısıdır!"» («Ənam» surəsi, 56-57)
«De: "Ey kafirlər! Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm! Siz də mənim ibadət etdiyimə ibadət etməzsiniz! Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm! Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz! Sizin də öz dininiz var, mənim də öz dinim!» («Kafirun» surəsi, 1-6)
Do they then seek the judgement of the Time of Ignorance? Who could be better at giving judgement than Allah for people with certainty? |
Peyğəmbərimiz (s) Kitab əhlini də ən gözəl tərzdə xəbərdar etmiş, onların təhrif edilmiş, şirk içində bir dinə deyil, Allahın sonuncu vəhyinə inanmalarını təbliğ etmişdir.
Peyğəmbərimizin (s) inkar edənlərə olduğu kimi, Kitab əhlinə də heç bir təzyiq göstərməmiş, onlara ancaq nəsihət vermişdir.
Kitab əhlinin ən bariz xüsusiyyətlərindən biri, xüsusilə yəhudilərin özlərini Allahın yeganə sevimli bəndələri olaraq qəbul etmələri və özlərindən başqa heç kimin cənnətə daxil ola bilməyəcəklərini iddia etmələridir. Onların bu iddiaları Quranın bəzi ayələrində qeyd edilmişdir. Peyğəmbərimizin (s) isə onların bu əsassız, heç bir dəlilə əsaslanmayan iddialarına verdiyi cavab Quranda belə bildirilir:
«Onlara: "Allahın nazil etdiklərinə inanın!" - deyildikdə, onlar: "Biz özümüzə göndərilənə inanırıq", - deyərək, ondan başqasını inkar edirlər. Halbuki o onların əllərində olanı təsdiq edən bir həqiqətdir. Onlara söylə: "Əgər siz inanan kəslərsinizsə, bəs nə üçün əvvəllər Allahın peyğəmbərlərini öldürürdünüz?» («Bəqərə» surəsi, 91)
«Sən onlara de: "Əgər Allah yanında axirət evi başqa insanlara deyil, yalnız sizə məxsusdursa və əgər siz doğru deyirsinizsə, onda ölüm istəyin!" Onlar öz əməllərini bildiklərinə görə ölümü əsla istəməzlər. Allah zalımları tanıyandır!» («Bəqərə» surəsi, 94-95)
«Dedilər: "Cənnətə yəhudilərdən və xaçpərəstlərdən başqası girməyəcək!" Bu ancaq onla¬rın xülyalarıdır. Onlara söylə: "Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin!"» («Bəqərə» surəsi, 111)
«Yəhudilər və xaçpərəstlər dedilər: "Biz Allahın oğulları və sevimliləriyik". De: "Bəs onda Allah nə üçün günahlarınıza görə sizə əzab verir?" Xeyr, siz də Onun yaratdığı bir bəşərsiniz. O, istədiyini bağışlar, istədiyinə əzab verər. Göylərin, yerin və onların arasında olan hər bir şeyin ixtiyarı Allahın əlindədir və axır dönüş də Onun hüzurunadır!» («Maidə» surəsi, 18)
«Onlar: "Doğru yolu tapmaq üçün yəhudi, yaxud da xaçpərəst olun!" - deyirlər. Sən de: "Biz batildən haqqa tapınan (haqq yolda olan) İbrahim dinindəyik, çünki o, Allaha şərik qoşanlardan deyildi» («Bəqərə» surəsi, 135).
Peyğəmbərimiz (s) möminlərə də Kitab əhli ilə danışarkən: «Biz Allaha, mələklərinə, kitablarına və peyğəmbərlərinə inandıq deyin», - buyurmuşdur.62
Peyğəmbərimiz (s) Kitab əhlini şirk qoşmadan iman gətirməyə və Quran əxlaqını yaşamağa çağırmış, lakin ona itaət etməyənlərə qarşı da çox mülayim və ədalətli davranmışdır. Kitab əhlini ibadətlərində sərbəst buraxmış, hər cür adətlərini yerinə yetirmələrinə icazə vermiş, öz əhlinə də onlara qarşı ədalətlə davranmalarını buyurmuşdur. Bu haqda Peyğəmbərimizin (s) belə dediyi rəvayət edilmişdir:
«Kim bir zimmiyə əziyyət verərsə, mən ondan şikayətçiyəm. Mən (bu dünyada) kimdən şikayətçi olsam, qiyamət günü də şikayətçi olaram».63 (Zimmi müsəlmanların hakimiyyətinin tabeçiliyində olan müsəlman olmayanlara deyilir).
Hz.Peyğəmbərin (s) və onun ardınca gedənlərin müxtəlif xristian, yəhudi və başqa dini qruplarla bağladığı müqavilələrin mətnləri bu gün də bir sənəd kimi mühafizə olunur. Məsələn, Peyğəmbərimizin (s) xristian olan İbn Harris b. Kəb və dindaşları üçün hazırlatdığı müqavilə mətnində: «Şərqdə və Qərbdə yaşayan bütün xristianların dinləri, kilsələri, canları, namusları və malları Allahın, Peyğəmbərin və bütün möminlərin himayəsindədir. Nəsranilik (xristianlıq) dinində yaşayanların heç biri İslam dinini qəbul etməyə məcbur edilməyəcək. Xristianlardan biri hər hansı bir cinayətə və ya haqsızlığa məruz qalarsa, müsəlmanlar ona kömək etmək məcburiyyətindədirlər»64 maddələrini yazdırandan sonra: «Kitab əhli ilə ən gözəl tərzdə mücadilə edin...» («Ənkəbut» surəsi, 46) ayəsini oxumuşdur.
Quranda Peyğəmbərimizə (s) Kitab əhlinə qarşı necə davranmalı olduqlarını ümmətinə belə bildirməsi xəbər verilir:
«De: "Siz Allah barəsində bizimlə mübahisəmi edirsiniz? Halbuki, O həm bizim, həm də si¬zin Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Ona sadiq olan bizik!"» («Bəqərə» surəsi, 139)
Truly it is revelation sent down by the Lord of all the worlds. |
Peyğəmbərimiz (s) Kitab əhlini dinə dəvət edərkən onlara Allaha şirk qoşmamalarını söyləmiş və onları müsəlmanlarla müştərək bir məsələyə gəlməyə dəvət etmişdir:
«Söylə: "Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin! "Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi Rəbb qəbul etməyək!" Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: "İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq!"» («Ali-İmran» surəsi, 64)
«De: "Ey kitab əhli! Dininizdə haqsız yerə ifrata varmayın. Əvvəlcə yolunu azmış, bir çoxlarını da azdırmış və doğru yoldan çıxmış bir tayfanın nəfsinin istəklərinə uymayın!"» («Maidə» surəsi, 77)
Hz.Muhəmməd (s) səhabələrindən Muazı Yəmənə göndərmiş və yola salarkən ona Kitab əhlini əsasən Allaha ibadət etməyə çağırmasını söyləmişdir:
«Sən Kitab-əhli olan bir xalqa gedirsən. Onları dəvət edəcəyin ilk şey Allaha ibadət olsun...»65
33- Kutubi-Sittə, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, II cild, Akçağ Yayınları, Ankara, s. 398
34- Buxari, I'tisam 2, Ebed 70; Kutubi-Sittə, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, II cild, Akçağ Yayınları, Ankara, s.338
35- Kutubi-Sittə, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, II cild, Akçağ Yayınları, Ankara, s. 130
36- G.Ahmed Ziyaüddin, Ramuz əl Hadis, II cild, Gonca Yayınevi, İstanbul, 1997, 329/1
37- G.Ahmed Ziyaüddin, Ramuz əl Hadis, I cild, Gonca Yayınevi, İstanbul, 1997, 163/6
38- G.Ahmed Ziyaüddin, Ramuz əl Hadis, I cild, Gonca Yayınevi, İstanbul, 1997, 215/16
39- Molla Cami, Nefahatü'l-Üns, tərc. Abdulkadir Akçiçek, İstanbul 1981, s. 325; http://www.aitco.com/ ~islam/islam/islam164/trk/ nefahatul_uns.htm
40- G.Ahmed Ziyaüddin, Ramuz əl Hadis, I cild, Gonca Yayınevi, İstanbul, 1997, 227/10
41- G.Ahmed Ziyaüddin, Ramuz əl Hadis, I cild, Gonca Yayınevi, İstanbul, 1997, 227/9 42- G.Ahmed Ziyaüddin, Ramuz əl Hadis, II cild, Gonca Yayınevi, İstanbul, 1997, 364/7
43- G.Ahmed Ziyaüddin, Ramuz əl Hadis, II cild, Gonca Yayınevi, İstanbul, 1997, 450/10
44- Kutubi-Sittə, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, II cild, Akçağ Yayınları, Ankara, s.330
45- Kutubi-Sittə, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, 1IV cild, Akçağ Yayınları, Ankara, s.417
46- G.Ahmed Ziyaüddin, Ramuz əl Hadis, II cild, Gonca Yayınevi, İstanbul, 1997, 470/5 47- Kutubi-Sittə, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, XVI cild, Akçağ Yayınları, Ankara, s. 317
48- Kutubi-Sittə, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, XVI cild, Akçağ Yayınları, Ankara, s. 317
49- Kutubi-Sittə, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, XVI cild, Akçağ Yayınları, Ankara, s. 328
50- İbni Kesir, Sire, 4:194-195; Salih Suruç, Kainatın Efendisi Peygamberimizin Hayatı, Yeni Asya Yayınları, İstanbul, 1998, s.507.
51- İbn Hıbban; Huccətülislam İmam Gazali, İhyau Ulumiddin, III cild, Tərcümə: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 111.
52- İbn Hıbban, Hakim; Huccətülislam İmam Gazali, İhyau Ulumiddin, III cild, Tərcümə: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 111-112.
53- Kutubi-Sittə, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, XV cild, Akçağ Yayınları, Ankara, s. 24.
54- Tirmizi, Birr 61, (2001); Kutubi-Sittə, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, XV cild, Akçağ Yayınları, Ankara, s.28.
55- Əbu Davud, Ədəb 120, (5116); Tirmizi, Menaqıb (3950, 3951); Kutubi-Sittə, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, XV cild, Akçağ Yayınları, Ankara, s.29
56- Buxari, Libas 5; Muslim, Libas 49, (2088); Kutubi-Sittə, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, XV cild, Akçağ Yayınları, Ankara, s. 32
57- Muslim, Birr 56; Kutubi-Sittə, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, XVI cild, Akçağ Yayınları, Ankara, s. 357
58- G.Ahmed Ziyaüddin, Ramuz əl Hadis, I cild, Gonca Yayınevi, İstanbul, 1997, 17/15 59- G.Ahmed Ziyaüddin, Ramuz əl Hadis, I cild, Gonca Yayınevi, İstanbul, 1997, 242/2 60- Buxari, I'tisam 2, Ebed 70; Kutubi-Sittə, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, II cild, Akçağ Yayınları, Ankara, s.338
61- G.Ahmed Ziyaüddin, Ramuz əl Hadis, I cild, Gonca Yayınevi, İstanbul, 1997, 184/4 62- G.Ahmed Ziyaüddin, Ramuz əl Hadis, II cild, Gonca Yayınevi, İstanbul, 1997, 42/4 63- Acluni, Keşfu'l-Hafa' II, 218
64- İbn Hişam, Ebu Muhammed Abdulmelik, (v.218/834), es-Siretü'n-Nebeviyye, Daru't-Turasi'l-Arabiyye, Beyrut, 1396/1971, IV/241-242; Hamidullah, el-Vesaik, s.154-155, No.96-97; Yrd. Doç. Dr. Orhan Atalay, Doğu-Batı Kaynaklarında Birlikte Yaşama, Gazeteciler ve Yazarlar Vakfı Yayınları, İstanbul, 1999, s.95
65- Kutubi-Sittə, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, VII cild, Akçağ Yayınları, Ankara, s.327