Peyğəmbərimizin Görünüşü

Kitabın əvvəlki fəsillərində Peyğəmbərimizin Quran ayələrində bildirilən və bütün insanlar üçün nümunə olan gözəl əxlaq xüsusiyyətlərindən bəhs edildi. Onun ədalətli, şəfqətli, mərhəmətli, sülhsevər, mülayim, səbirli, təvəkküllü, cəsur, təvazökar və qətiyyətli xarakteri müxtəlif misallarla tədqiq edildi.

physical and moral beauty and the perfect behavior of the Prophet Muhammad

A text in which Ali (ra) describes the physical and moral beauty and the perfect behavior of the Prophet (saas), as well as the love and respect people feel for him.

Quran ayələri ilə yanaşı, səhabələrin məlumatları da Peyğəmbərimiz (s) haqqında ətraflı bilgi verir. Peyğəmbərimizin (s) ailəsi və ətrafındakı möminlərlə olan rəftarı, gündəlik həyatından təfərrüatlar, zahiri görünüşü, görənləri heyrətləndirən heybəti (hörmətlə yanaşı, şiddətli həyəcan hissini verən halı, əzəməti), sevdiyi yeməklər, geyimi və gülüşü kimi bir çox təfərrüat İslam alimləri tərəfindən «şəmail» kəlməsi ilə ifadə edilir. «Şəmail» sözü «şimal»dan törəmişdir. Bu kəlmə «xarakter, xasiyyət, hal-hərəkət, davranış» kimi mənaları verir. «Şəmail» sözü əvvəllər geniş mənalar ehtiva etsə də, vaxt ötdükcə xüsusiləşmiş və Peyğəmbərimizin yaşadığı həyat haqqındakı təfərrüatları və şəxsi xüsusiyyətlərini ifadə edən bir termin halına gəlmişdir.

Rəbbimizin aləmlərə üstün etdiyi bu seçilmiş bəndəsinin xarakterinə və görünüşünə dair bildirilən hər bir incəlik, həm də onun üstün əxlaqının da bir əksidir.

Peyğəmbərimizin (s) şəmailindən bəhs edilən bu fəslin hazırlanmasının məqsədi isə onun müxtəlif mənbələrdə qeyd edilən gözəl özəlliklərini tədqiq edib, yaşayışından özümüzə, dövrümüzə tövsiyələr əldə etməkdir.

Peyğəmbərimizin (S) Yaradılışındakı Gözəllikləri

Peyğəmbərimizin səhabələri bu müqəddəs insanın zahiri görünüşünün gözəlliyi, görənləri heyrətləndirən heybətindən, nurundan və duruşundan gülüşünə kimi Allahın onda təcəlla etdirdiyi müxtəlif gözəlliklər haqqında bir çox təfərrüatlar çatdırmışlar. Peyğəmbərimizlə eyni dövrdə yaşamayan müsəlmanlara Allahın Rəsulunu müxtəlif cəhətləri ilə tanıtmışdılar. Bəzi səhabələr onu ümumi xüsusiyyətləri ilə bizə tanıdarkən, bəziləri uzun və ətraflı bəhs etmişdilər. Bunlardan bəziləri belədir:

Peyğəmbərimizin Zahiri Görkəmi Və Yaraşığı

Səhabələri Peyğəmbərimizin (s) gözəlliyindən belə bəhs edirdilər:

«Allah Rəsulu sallallahu aləyhi və səlləm çox yaraşıqlı və cazibədar idi. Mübarək sifəti ayın ondördüncü günündəki bədrlənmiş ay kimi parlaq idi... Burnu çox gözəl idi... Gur saqqallı, irigözlü, düz yanaqlı idi. Ağzı geniş, dişləri inci kimi parlaq idi... Boynu sanki bir gümüş sütun idi... İki çiyni arası geniş, çiyninin sümüklərinin başları qalın idi...»66

Ənəs b. Malik danışır:

«Rəsulullahın boyu nə çox uzun, nə də çox qısa idi. Dərisinin rəngi də nə duru ağ, nə də tünd qarabuğdayı idi. Saçları isə nə düz, nə də qıvrım idi. Qırx yaşına çatanda Allah onu peyğəmbər olaraq vəzifələndirdi. Peyğəmbər olandan sonra 10 il Məkkədə, 13 il də Mədinədə qaldı və 60 yaşlarında ikən vəfat etdi. Bu fani həyata vida edəndə saçında və saqqalında 20 tel ağ saç yox idi».67

landscape

A text in which Ali (ra) describes the physical and moral beauty and the perfect behavior of the Prophet (saas), as well as the love and respect people feel for him. Your friend is only Allah and His Messenger and those who believe.
(Surat al-Ma’ida: 55)

He is Allah—there is no god but Him. He is the Knower of the Unseen and the Visible. He is the All-Merciful, the Most Merciful.
(Surat al-Hashr: 22)

«Rəsulullah (s) ağ, gözəl və mülayim idi».68 Ənəs b. Malik bildirir:

«Peyğəmbərimiz uzun da deyildi, qısa da, əksinə ortaboy idi. Xoş görünüşü var idi. Saçı nə qıvrım, nə də düz idi. Mübarək üzünün rəngi isə nurani ağ idi».69

Bəra b. Azib danışır:

«...Rəsulullahdan daha gözəl adam görmədim. Çiyinlərinə çatan saçları var idi. İki çiyin arası geniş idi. Boyu nə qısa idi, nə də uzun idi».70

Hz.Əlinin nəvələrindən biri olan İbrahim b. Muhəmməd (s) rəvayət edir:

«Babam Hz.Əli Peyğəmbərimizdən bəhs edərkən Onu belə tanıdardı: «Peyğəmbər nə həddindən artıq uzun, nə də qısa idi. O, yaşadığı cəmiyyətin ortaboylusu idi. Saçları nə qıvrım, nə də düz idi, həfif dalğalı idi. Mübarək üzünün rəngi qırmızıya çalan tərzdə ağ, gözləri qara, kirpikləri sıx və uzun, çiyninin yuxarısı isə iri idi. O insanların ən comərdi, ən doğru danışanı, ən mülayim xasiyyətlisi və ən yoldaşcanlısı idi. Onu birinci dəfə görənlər onun heybətindən çox həyəcanlanır, gözəl xarakterini bilərək söhbət edənlər isə onu hər şeydən çox sevərdilər. Onun üstünlüklərini və gözəlliklərini tanıtmağa çalışan adam «Mən ondan əvvəl və ondan sonra onun kimi olan başqasını görmədim» deyərək Onu tərifləmək məsələsində acizliyini və sözün kifayət etmədiyini etiraf edərdi. Allahın rəhməti və salamı ona olsun»».71

landscape

Whoever obeys the Messenger has obeyed Allah. If anyone turns away, we did not send you to them as their keeper.
(Surat an-Nisa’: 80)

Hz.Həsən (r) buyurur:

«Rəsulullah yaradılışdan heybətli və möhtəşəm idi. Mübarək üzü, bədrlənmiş ayın parlaqlığı kimi nur saçırdı. Ortaboyludan uzun, incə, uzundan qısa idi. Saçları qıvrımla düz arasında idi, əgər öz-özünə iki yerə ayrılıblarsa, onları başının iki tərəfinə salar, deyilsə, ayrımazdı. Saçını uzadardısa, qulağının yumşaq yerini ötərdi. Peyğəmbərimizin rəngi parlaq ağ idi, yəni nurani ağ idi. Alnı açıq idi. Qaşları hilal kimi, gur və bir-birinə yaxın idi. Boynu saf mərmərdən meydana gələnlərin boynu kimi gümüş təmizliyində idi. Bədəninin bütün orqanları bir-biri ilə uyğun idi və yaraşıqlı bir formaya malik idi...»72

Səhabələrdən biri bildirir:

«Həzrəti Peyğəmbər gümüşdən yaradılan kimi nurlu ağ idi, saçları da az-maz dalğalı idi».73

«Peyğəmbərimiz (s) ağ-çəhrayı qarışıq rəngdə idi. Gözləri qara, kirpikləri sıx və uzun idi».74

«Peyğəmbərimizin alnı geniş idi, hilal qaşlı idi və qaşları gur idi. İki qaşının arası açıq idi, xalis bir gümüş kimi idi. Gözləri çox gözəl, bəbəkləri qapqara idi. Kirpikləri bir-birinə keçəcək tərzdə gur idi... Güləndə dişləri çaxan şimşək kimi parıldayardı. İki dodağı də bənzərsiz tərzdə gözəl idi... Saqqalı gur idi. Boynu çox gözəl idi, nə uzun idi, nə də qısa. Boynunun günəş və külək görən hissəsi qızıl ərintili gümüş əyinti kimi gümüşün ağlığı və qızılın da qırmızılığını əks etdirən tərzdə parıldayardı... Sinəsi geniş idi, sinəsinin düzlüyü güzgünü, ağlığı da ayı xatırladırdı... Çiyni geniş idi... Qolları və əzələləri iri idi. Ovucları ipəkdən də yumşaq idi».75

Peyğəmbərimizin hicrəti əsnasında çadırına baş çəkdiyi Ummu Məbəd adlı comərdliyi, namusu və cəsarəti ilə tanınan bir şəxs Peyğəmbərimizi tanımamışdı. Ancaq Peyğəmbərimizi (s) deyilənlərdən tanıyan ərinə onu belə tərif etmişdir:

«Aydın üzlü və gözəl yaradılışlı idi. Zəif və incə də deyildi. Gözlərinin qarası və ağı bir-birində əməllicə ayrılmışdı. Saçı ilə kirpikləri və bığları gümrah idi. Səsi qalın idi. Susanda təmkinli, danışanda da heybətli idi. Uzaqdan baxanda insanların ən gözəli və sevimlisi, yaxından görəndə də şirin və mülayim görünüşü vardı. Çox şirin danışırdı. Orta boylu idi, baxan adam nə qısa, nə də uzun olduğunu hiss edərdi. Üç nəfərin arasında ən gözəl görünəni və nurani olanı idi. Ətrafındakı yoldaşları ona qulaq asardılar, bir şey buyuran kimi də dərhal buyruğunu yerinə yetirərdilər. Danışığı tox və qəti idi».76

Peyğəmbərimizi görənlərin sözlərindən də aydın olduğu kimi, Allahın Rəsulu çox yaraşıqlı, görənlərinin nəfəsini kəsəcək dərəcədə gözəlüzlü və gözəl boy-buxunlu idi. Həmçinin idmançı və çox təsirli bədən quruluşuna malik idi və çox güclü idi.

landscape

Take charity from their wealth to purify and cleanse them and pray for them. Your prayers bring relief to them.
Allah is All-Hearing,  All-Knowing.
(Surat at-Tawba: 103)

Peyğəmbərimizin (s) Şəmaili

Osmanlı dövrünün məşhur alimlərindən biri olan Əhməd Cevdət Paşa Peyğəmbərimizin qeyd edilən xüsusiyyətlərini xülasə halına gətirən əsər ərsəyə gətirmişdir. Bu çalışması «Qısası ənbiya» adlı əsərinin IV fəslində «Bəzi əvsafı səniyyəi Muhəmmədiyyə» sərlövhəsi altında yazmışdır:

«...Mübərək bədəni gözəl idi. Bütün orqanları arasında bir-birinə uyğunluq vardı. Gözəl əndamlı idi. Alnı, sinəsi, çiyinlərinin arası, ovucları geniş, boynu uzun və yaraşıqlı, gümüş kimi saf, çiyinləri, əzələləri, baldırları iri və qalın, biləkləri, barmaqları uzun idi. Əlləri və barmaqları qalındı. Cildi isə ipəkdən yumşaq idi. Başı qaydasında, hilal qaşlı, çəkmə burunlu, oval üzlü idi. Kirpikləri uzun, gözləri qara, gözəl, böyük, iki qaşının arası açıq, lakin qaşları bir-birinə yaxın idi. O seçilmiş peyğəmbərin rəngi parlaq idi, yəni nə ağ, nə də qarabuğdayı, bəlkə də ikisinin arasında və gül kimi qırmızıya meyilli ağ, nurani, parlaq idi. Mübarək üzündə nur parıldayardı. Dişləri inci dənələri kimi sağlam və parıltılı idi. Danışarkən qabaq dişlərindən sanki nur saçılar, gülərkən gözəl ağzı şimşək kimi işıq saçaraq açılardı...
Dünyasını dəyişəndə saçı, saqqalı təzə ağarmağa başlamışdı, başında və saqqalında iyirmiyə yaxın ağ tük var idi.
Hissləri çox güclü idi. Çox uzaqdan eşidər və çox adamın görmədiyi məsafədən görərdi. Qısası, mükəmməl və müstəsna surətdə yaradılmış bir bədənə malik idi... Onu qəfildən görən adam sevinər, onunla danışan adam ona ürəkdən aşiq olardı.
Elm sahiblərinə səviyyələrinə uyğun olaraq hörmət edərdi. Qohumlarına da çox yaxşılıq edirdi. Lakin onları onlardan da fəzilətli olanlardan üstün tutmazdı.
Xidmətçiləri ilə də xoş rəftar edərdi. Özü nə yeyərdisə və geyinərdisə, onlara da ondan yedirər və geyindirərdi.
Əliaçıq, comərd, mərhəmətli, bağışlayan, igid və mülayim xasiyyətli idi. Sözündə duran və sadiq idi.
Gözəl əxlaqı və iti dərrakəsi ilə bütün insanlara və hər cür tərifə layiq idi. Yeyib-içərkən, geyinərkən ehtiyacı olduğu qədərlə kifayətlənər və artığını paylayardı».77

Peyğəmbərimizin Peyğəmbərlik Möhürü

Prophet Muhammad's superior morality, his astonishing beauty and the perfection of his behavior

Another text in which Ali (ra) describes the Prophet's superior morality, his astonishing beauty and the perfection of his behavior.

Allah Hz.Muhəmmədi (s) aləmlərin üzərinə seçmiş və onun «peyğəmbərlərin sonuncusu» («Əhzab» surəsi, 40) olduğunu bildirmişdir. Ondan sonra heç bir peyğəmbər göndərilməyəcəkdir və Quran insanlara hidayət rəhbəri olaraq göndərilən sonuncu kitabdır. Allah Peyğəmbərimizin bu bənzərsiz xüsusiyyətini onun mübarək bədənində bir izlə təcəlli etdirmişdir.

İslam mənbələrindən və rəvayətlərdə Peyğəmbərimizin (s) kürək sümüklərinin arasında olan bu əlamət «peyğəmbərlik möhürü» adlandırılır. Peyğəmbərimizin (s) möhürünə oxşar peyğəmbərlik əlamətlərinin başqa peyğəmbərlərdə də olduğu, ancaq Peyğəmbərimizinkinin (s) daha fərqli olduğu «əl-Mustədrək»də Vəhb b. Munəbbih tərəfindən belə bildirilmişdir:

«...Allah elə bir peyğəmbər göndərməmişdir ki, onun sağ əlində peyğəmbərlik xalı (şamətun nubuvvə) olmasın. Ancaq peyğəmbərimiz Muhəmməd aleyhissalam bunda müstəsna təşkil etmişdir. Çünki Onun peyğəmbərlik xalı (sağ əlində deyil) kürək sümükləri arasındadır. Peyğəmbərimizdən bu haqda soruşulanda: "Kürək sümüklərim arasında olan bu xal məndən əvvəlki peyğəmbərlərin xalı kimidir..."78, -demişdir».

Cabir b. Səmurə bildirir:

«Mən Rəsulullahın kürək sümükləri arasında olan peyğəmbərlik möhürünü gördüm. O, göyərçin yumurtası böyüklüyündə qırmızımtıl yumru idi».79

İmam Əlinin nəvələrindən olan İbrahim b. Muhəmməd bildirir:

«Babam Hz.Əli Peyğəmbərimizin görünüşündən bəhs edərkən Rəsulullahın görünüşü (hilyəsi) haqqındakı hədisi ətraflı danışar və: «Kürək sümükləri arasında peyğəmbərlik möhürü var idi. Və o peyğəmbərlərin axırıncısıdır», - deyərdi».80

Əbu Nadirə danışır: «Səhabələrdən Əbu Səid əl-Xudridən Allah Rəsulunun peyğəmbərlik möhürünün necə olduğunu soruşdum. Kürəyində gül tumurcuğu kimi bir ət parçası olduğunu dedi».81

«Kürəyinin arasında peyğəmbərlik möhürü var idi. Bu möhür sağ çiyninə daha yaxın idi».82

Muhəmməd b. Musənnə, Muhəmməd b. Hazm Şubə Simaqdan: «Cabir ibni Səmurənin belə dediyini eşitdim: Allah Rəsulunun (s) kürəyində möhür gördüm, göyərçin yumurtası kimi idi».83

Peyğəmbərimizin Saçı

Peyğəmbərimizin saçının uzunluğu ilə əlaqəli müxtəlif fikirlər var. Fikirlər arasında belə bir fərqin olması isə təbiidir, çünki bu məlumatları xəbər verənlər Peyğəmbərimizi müxtəlif vaxtlarda gördükləri üçün saçının uzunluğu da hər dəfəsində fərqli ola bilər.

Ancaq bu təriflərdən aydın olur ki, Peyğəmbərimiz (s) saçını ən qısa qulağı ətrafında, ən çoxu isə çiyinlərinə qədər uzatmışdır. Ənəs b. Malik bildirir:

«Həzrəti Peyğəmbərin saçları qulaqlarının orta tərəfinə qədər uzanmışdı».84

Peyğəmbərimizin xanımlarından biri bildirir:

«Allah Rəsulunun mübarək saçları qulaqları ilə çiyinləri arasında idi. Allahın salamı və duası ona olsun».85

landscape

So believe in Allah and His Messenger and in the Light We have sent down. Allah is aware of what you do.
(Surat at-Taghabun: 8)

Bəra b. Azib bildirir:

«Peyğəmbərimiz ortaboy idi. Çiyinləri geniş idi. Saçları isə qulaq yumşaqlarına dəyərdi».86

Əbu Talibin qızı Ummu Hani bildirir:

«Rəsulullah Məkkəyə gələndə evimizi şərəfləndirmişdi. Bu əsnada mübarək başı dörd hörgülü idi».87

Peyğəmbərimizin (s) Saç Və Saqqal Təmizliyi

Peyğəmbərimiz təmizliyə çox əhəmiyyət verdiyi üçün saçlarının və saqqalının təmizliyinə də çox əhəmiyyət vermişdir. Bəzi mənbələrdə onun yanında həmişə daraq, güzgü, misvaq (diş təmizləmək üçün), kürdan, qayçı, sürmədan kimi əşyaların olduğu bildirilir.88

Peyğəmbərimiz (s) səhabələrinə də eyni tövsiyələri etmiş və «Kim saç buraxıbsa, onun təmiziliyinə fikir versin», 89 buyurmuşdur. Peyğəmbərimizin (s) saçı və saqqalı ilə əlaqəli başqa bildirilənlər də belədir:

Hz.Adda ibn Xaliddən:

«Mübarək saqqalı çox gözəl idi».90

Möminlərin analarından biri bildirir:

«Rəsulullah (s).. saçını darayıb yağlayanda...»91

Simak b. Harb rəvayət edir:

«Cabir b. Səmurədən eşitdim. Ona Həzrəti Peyğəmbərin saçlarının ağarması ilə bağlı soruşulmuşdu. O da: Başını yağlayanda saçlarının ağartısı görünməzdi, amma başına yağ sürtməyəndə saçının ağardığı görünürdü»92, - dedi.

Peyğəmbərimizin (s) zahiri görünüşünə və təmizliyinə əhəmiyyət verməsi möminlərə gözəl nümunə olmuşdur. Bir rəvayətdə Peyğəmbərimizin bu mövzudakı davranışı belə bildirilir:

«Bir gün Peyğəmbər (s) səhabələrinin yanına çıxacağı vaxt küpdəki suya baxaraq sarığını və saqqalını səhmana saldı və belə dedi: «Allah qardaşlarının qarşısına çıxarkən bəndəsinin qardaşları üçün bəzənməsini sevər»».93

Peyğəmbərimizin (S) Geyim Tərzi

Səhabələr Peyğəmbərimizin (s) geyimi haqqında da müxtəlif məlumatlar çatdırmışlar. Bununla yanaşı, Peyğəmbərimizin möminlərə necə geyinməli olduqları ilə bağlı tövsiyələri də onun bu mövzuya verdiyi əhəmiyyəti göstərir. Məsələn, Peyğəmbərimiz hədislərdən belə buyurmuşdur:

«Allah gözəldir, gözəlliyi sevər. Gözəl geyinmək təkəbbürlənmək deyil. Təkəbbürlənmək (malik olduğun neməti özündən bilib) haqqı rədd etmək, xalqı aşağı görməkdir».94

«Allah gözəldir, gözəli sevər və bəndəsinə verdiyi nemətin əsərini üzərində görməkdən xoşu gələr».95

landscape

Know that the Messenger of Allah is among you. If he were to obey you in many things, you would suffer for it. However, Allah has given you love of faith and made it pleasing to your hearts, and has made disbelief, deviance and disobedience hateful to you.
People such as these are rightly guided.
(Surat al-Hujurat: 7)

Peyğəmbərimizin (s) nəvəsi Hz.Həsən onun geyimi haqqındakı fikrini belə ifadə etmişdir:

«Peyğəmbərimiz bizə əldə etdiyimizin ən yaxşısını geyinməyimizi və tapa bildiyimiz ən yaxşı ətirləri sürməyimizi əmr edərdi».96

Peyğəmbərimizin (s) bu mövzudakı başqa hədisi də belədir:

The Prophets(Saas) MannerofDress

«Ey möminlər! Yeyin, için, geyinin və Allah yolunda xərcləyin. Ancaq israfa, təkəbbürlüyə və qürura qaçmayın».97

Peyğəmbərimiz səhabələrindən biri zahiri görünüşünə fikir verməyəndə və ya səliqəsiz olanda dərhal ona xəbərdarlıq edərdi. Bununla bağlı bir rəvayəti atasından eşidən Əbul Havas belə bildirmişdir:

«Üstümdə adi bir paltar olduğu halda Rəsulullah aləyhissalatu vəssəlamın yanına gəlmişdim. Mənə:

Sənin malın yoxdur?, - deyə soruşdu. Bəli, var, - deyə cavab verəndə Hansı maldan? - dedi.

Allah mənə hər cür mal vermişdir, - deyəndə:

«Elə isə Uca Allah sənə bir mal verəndə Allahın verdiyi bu nemətin əsəri və fəziləti üzərində görülməlidir», - buyurdu».98

Buna oxşar bir hadisəni isə Cabir belə bildirmişdir:

The Prophet's (Saas) Manner of Dress

«Rəsulullah aleyhissalatu vəssalam minik heyvanlarımızı güdən bir adamımızı gördü. Üstündə köhnəlmiş iki hissəli paltar var idi. «Onun bu köhnələrdən başqa geyinməyə heç nəyi yoxdur?», - deyə soruşdu. «Bəli, var», - dedim. Paltar torbasında iki geyimi də var. Mən onları geydirmişdim». «Elə isə çağır onu, bunları geyinsin», - deyə əmr etdi. (Çağırdım, Peyğəmbərin əmrini çatdırdım) O da onları geyindi. Qayıtmaq üçün dönəndə Rəsulullah aləyhissalatu vəssalam: «Niyə bu yeniləri geyinmir? Bu daha yaxşı deyil?», - deyə buyurdu.99

Peyğəmbərimizin (s) geyim tərzi ilə əlaqəli səhabələrin çatdırdığı məlumatlardan bəziləri isə bunlardır:

İbnu Abbas bildirir: «Mən Rəsulullah aleyhissalatu vəssəlamın üstündə mümkün olan ən gözəl paltarı gördüm».100

caftan

Ummu Sələmə danışır:

«Peyğəmbərimizin ən çox sevdiyi paltar çeşidi köynək (qamis) idi».101

Səhabələrdən Qurrə bildirir:

«Mən beyət eləmək üçün Muzəynə qəbiləsindən bir qrup adamla birlikdə Rəsulullahın yanına gəldik. Peyğəmbərimizin köynəyinin yaxası düyməsiz olduğuna görə...»102

Ənəs b. Malik anladır:

«Peyğəmbərimiz geyindiyi paltarların arasında Hibərəi Yəmanini çox sevirdi».103

(Hibərə Yəməndə pambıqdan toxunulan, qırmızı çubuqlu yaşıl parçadır. Qədimdəkilərin «alaca» adlandırdıqları naxışlı paltarlar üçün istifadə edilən bir ifadədir. Bu da parçanın düz deyil, naxışlı olduğunu və bir neçə rəngdən ibarət olduğunu göstərir). Əl-Bəra b. Azib danışır:

«Qırmızı naxışlı paltarın Peyğəmbərimiz qədər başqasına yaraşdığını görmədim. Rəsulullahı bu paltarla görəndə mübarək saçları çiyinlərinə dəyəcək qədər sallanmışdı».104

Səmurə b. Cundub rəvayət edir:

«Həzrəti Peyğəmbər: «Ağ paltar geyinin. Çünki o, çox təmiz və xoşdur», - buyurmuşdur».105

Möminlərin analarından biri bildirir:

«Rəsulullah bir səhər vaxtı üstündə qara yundan toxunan izar (sinədən aşağı örtülən paltarlara deyilir) olduğu halda evdən çölə çıxmışdı».106

Peyğəmbərimizin Üst Paltarları

cloth

Əşas b. Suleyn bildirir:

«Mənə bibim, ona da əmisi danışmışdı. Bibimin əmisi demişdi: "Bir gün Mədinənin küçələrindən biri ilə gedirdim. Bu əsnada arxamdan bir səs eşitdim: «İzarını yuxarı qaldır. Çünki izarın yerdə sürünməməsi onun daha təmiz qalmasını və uzun müddət dözümlü olmasına səbəb olar»", - deyirdi. Dönüb arxaya baxanda bu sözləri Rəsulullahın dediyini gördüm».107

Sələmə b. əl-Əqvadan:

«Səhabələrdən biri uzunluğu ayaqlarının yarısına qədər çatan izar geyinər və «Yoldaşımın, yəni Rəsulullahın (s) izarları da eyni ilə belə idi», - deyərdi».108

Peyğəmbərimizin Üzüyü Və Möhürü

The seal of the Prophet (saas) is available in the Topkapi Palace

The seal of the Prophet (saas) is available in the Topkapi Palace.

Ənəs b. Malik danışır:

«Peyğəmbərimizin möhürü gümüşdən hazırlanmışdı. Qaşı isə Həbəş daşından idi». Rəsulullah əcnəbi dövlət başçılarına məktub yazdırmaq istəyəndə bir möhür üzük hazırlanmasını istədi. «Peyğəmbərimizin barmağındakı üzüyün parıltısı hələ gözümün qarşısında durur». «Peyğəmbərimizin möhürləri qaşına üç sətirdə «Muhəmməd Rəsulullah» sözü yazılmışdı. Birinci sətirdə «Muhəmməd», ikinci sətirdə «Rəsul», üçüncü sətirdə də «Allah» sözləri yazılmışdı».109

 

Peyğəmbərimizin Yeriyişi

Abu Huraira (ra) reports:

"I did not see anyone more handsome than Rasulullah (saas). It was as if the brightness of the sun had shone from his blessed face. I did not see anyone walk faster than him, as is the earth folded for him. A few moments ago he would be here, and then there. We found it difficult to keep pace when we walked with him and he walked at his normal pace."111

One of Ali (ra)'s grandchildren, Ibrahim bin Muhammad (ra), says that the Prophet (saas) had an easy manner of walking:

When 'Ali (ra) described Rasulullah (saas), he used to say: 'When he walked, because of the speed and force of the legs, it seemed as if he was descending from a high place'."112

Hassan (ra) describes how:
"When he walked, he lifted his legs with vigour, leaned, slightly forward and placed his feet softly on the ground. He walked at a quick pace and took a rather long step. He did not take small steps. When he walked it seemed as if he was descending to a lower place. When he looked at something, he turned his whole body towards it. He always looked down. His blessed glance was focused more to the ground than towards the sky. His noble habit was to look at something with a slight glance. He made salaam (greeted) first to whomsoever he met."113

Peyğəmbərimizin Oturuşu

Qaylə binti Mahrəmə anladır:

«Rəsulullahı (s) çox təvazökar oturarkən gördüm, heybətindən bədənim titrəməyə başladı».116

Cabir b. Səmurə:

«Mən Peyğəmbərimizi sol tərəfinə qoyulmuş bir yastığa söykənmiş vəziyyətdə gördüm».117

The City of Fayoum by Gérome.

The City of Fayoum by Gérome.

Who could do greater wrong than someone who invents a lie against Allah when he has been called to Islam? Allah does not guide wrongdoing people.
(Surat as-Saff: 7)

Peyğəmbərimizin Danışığı

Peyğəmbərimiz təsiredici üslubu, hikmətli və qəti çıxışı ilə tanınan bir şəxs idi. Onun təbliği insanlarda böyük təsir oyandırır, hamı söhbətindən zövq alırdı. Səhabələrdən bizə çatdırılan müxtəlif rəvayətlər də onun bu xüsusiyyətini göstərir. Bu mövzuda bəzi məlumatlar belədir:

«Allah Rəsulu insanların ən bəlağətli, ən düzgün danışanı və ən şirin sözlü olanı idi (sanki ağzından bal axırdı). O belə deyirdi: «Mən ərəbin ən fasihiyəm (səhvsiz, aydın və gözəl danışanı)».118

Peyğəmbərimizin xanımlarından biri Rəsulullahın (s) sözlərini belə tərif edir:

«O sizin danışdığınız kimi sözü tez-tez və dalbadal sıralamazdı, sözləri az və mənalı idi. Halbuki siz cümlələri bir-birinə əlavə edib dayanırsınız».119

«Allah Rəsulu çox vəciz (az sözlə çox məna ifadə edən) danışırdı. Belə danışmağı ona Allahın dərgahından Cəbrail gətirmişdi. Qısa cümlələrdə bütün məqsədini bildirirdi. Vəciz sözlü cümlələr deyərdi, sözlərində nə artıqlıq, nə də əksiklik olardı. Kəlmələri bir ahəng içində bir-birini izləyər, sözləri arasında dayanar və beləliklə, qulaq asanlar sözlərini öyrənib əzbərləyərdilər. Səsi gur və şirin idi. Lazım gələndə danışardı, pis sözlər deməzdi. Əsəbi və sakit vaxtlarında (özü üçün deyil, Allahın razılığı üçün) həmişə haqqı deyərdi».120

«Yaxşı olmayan söz danışanlardan üz döndərərdi. Xoşuna gəlməyən, çirkin saydığı bir sözü danışmaq məcburiyyətində qalanda, onu kinayə yolu ilə ifadə edərdi».121

«Özü susanda yanındakılar danışardı. Onun yanında mübahisə edilməzdi».122

«Səhabələrin üzlərinə qarşı çox gülərüz və gülümsər idi, onların danışıqlarını bəyənər, diqqətlə dinləyər, özünü onlardan biri hesab edərdi».123

Xanımlarından biri Peyğəmbərimizin (s) danışığı haqqında belə deyir: «Danışığı seçilmiş sözlərdən ibarət idi. Hər eşidən onu başa düşərdi».124

Əbu Umamədən:

«İnsanların ən gülərüzlüsü və xoşcanlısı idi».125

Ənəs bunu bildirmişdir:

«Peyğəmbərimiz (s) xalqın ən çox iltifat edəni idi».126

Peyğəmbərimizin Gözəl Ətiri

Peyğəmbərimiz təmizliyə çox əhəmiyyət verirdi. Özündən həmişə tərtəmiz, xoş və gözəl iy gələr, müsəlmanlara da təmizliyi tövsiyə edərdi. Səhabələrdən rəvayət edilən məlumatlarda Peyğəmbərimizin (s) bu gözəl xüsusiyyəti haqqında ətraflı məlumatlar verilir. Bunlardan bəziləri belədir.

Ənəs b. Malik danışır:

«Rəsulullah Mədinə küçələrinin birindən keçəndə Onun ətrindən xalq həmin yoldan Peyğəmbərin keçdiyini deyərdi. Biz Peyğəmbərimizin (s) gəlişini ətirinin gözəlliyindən bilərdik».127

Painting called Lilium Auratum. 1871

Painting called Lilium Auratum. 1871.

You who believe! Heed Allah and let each self look to what it has sent forward for tomorrow Heed Allah. Allah is aware of what you do.
(Surat al-Hashr: 18)

İbni Əbi Adi, Humeyd, Ənəsdən bildirir:

«Rəsulullahın əlindən daha yumşaq nə bir yun parçası, nə də bir ipəyə (ömrümdə) toxunmadım. Rəsulullahın (s) ətirindən daha gözəl bir iy də iyləmədim».128

Muaz b. Hişam atasından, Qatadə, Ənəsdən belə rəvayət etmişdir:

«Rəsulullah (s) gözəl ətiri ilə tanınırdı. Rəsulullah (s) gözəl idi. Ətiri də xoş idi. Bununla yanaşı, ətiri sevərdi».129

«Bədəni təmiz, ətiri xoş idi. Ətir sürtüb-sürtməməsindən asılı olmayaraq, dərisinin rəngi ən gözəl ətirlərdən də gözəl qoxurdu. Hər kim onunla əllə görüşsə, bütün günü onun təmiz ətirini hiss edərdi, əli ilə bir uşağın başını sığallasa, təmiz ətiri ilə həmin uşaq başqalarının arasında seçilərdi».130

Peyğəmbərimizin Sevdiyi Yeməklər

«Çox isti yeməyi sevməzdi».131

«Ən çox xoşladığı yemək ət idi».132

«Balqabağı çox sevərdi».133

«Ovlanan quş ətlərini yeyərdi».134

«Xurmalardan Acvə xurmasını sevərdi».135

Allah Rəsulunun xanımlarından biri onun sevdiyi yeməklər haqqında bunları bildirmişdir: «Şirniyyatı və balı sevərdi».136

«Həzrəti Peyğəmbərin yediyi ərzaqların bir hissəsi belə sadalanır: Qoyunun qabaq budu, kürək əti, qabırğa əti, kabab, toyuq, toy quşu, ət şorabası, tirit, boranı, zeytun yağı, kəsmik, yemiş, halva, bal, xurma, ənbər balığı...»137

Rəsulullahın (s) həyat yoldaşı bunlara aşağıdakıları da əlavə etmişdir:

«Qovun, qarpızı yaş xurma ilə yeyərdi».138

Səhabələrdən Cabir xəbər verir:

«Təzə xurma və yemiş çox yeyərdi və «bunlar gözəl nemətlərdir», - deyərdi».139

«Heç vaxt hansısa yemək haqqında mənfi danışmamışdı. Xoşuna gəlsə, yeyər, xoşuna gəlməsə, yeməzdi. Xoşu gəlməyəndə də, başqasına pisləməzdi».140

Peyğəmbərimizin sevdiyi bəzi yeməklər haqqında söylədiyi sözlərdən bir hissəsi isə belədir:

«Ətin ən gözəl yeri bel ətidir».141

«Sirkə nə gözəl qidadır».142

«Göbələk qüdrət halvasıdır».143

«Sinaməki və sənnut (kərə yağı tulumuna qoyulan bal) yeməyə davam edin. Çünki bu iki şeydə ölümdən başqa hər xəstəlikdən, şübhəsiz ki, şəfa vardır».144

«Zeytun yağından yeyin və istifadə edin. Çünki bu yağ bərəkətlidir».145

Nubia and Egypt and the Mosque of Sultan Hassan by David Roberts

Nubia and Egypt (left) and the Mosque of Sultan Hassan (right) by David Roberts.

O Prophet! We have sent you as a witness, and a bringer of good news and a warner, and a caller to Allah
by His permission and a light-giving lamp.
(Surat al-Ahzab: 45-46)

Peyğəmbərimizin Sevdiyi Içkiləri

Rəsulullahın (s) xanımlarından biri bildirir:

«Şərbətlərin arasında şirin və soyuq olanını sevərdi».146

«Peyğəmbərimiz bal şərbəti, xurma və quru üzüm şirəsi kimi içkiləri xoşlayardı».147

«Peyğəmbərimizin ən çox xoşladığı içki soyuq və şirin şərbətlərdi».148

«Şərbətlərin arasında ən çox bal şərbətini sevərdi».149

«İçkilərin arasında ən çox südü sevərdi».150

Peyğəmbərimiz (s) süd haqqında belə buyurmuşdur:

«Allah bir adama yemək yedirəndə həmin adam «Allahım, bizə bu yeməyi bərəkətli elə və bizə bundan xeyirli ruzi ver», - deyə dua etsin. Allah bir adama bir miqdar süd içirəndə həmin adam: "Allahım, bizə bu südü bərəkətli elə və bizə daha çox süd ver", - deyə dua etsin. Çünki yeməyin və içkinin yerini tutan süddən başqa bir şey bilmirəm».151

landscape

We made them leaders, guiding by Our command, and revealed to them how to do good actions and establish prayer (salat) and pay the welfare tax (zakat), and they worshipped Us.
(Surat al-Anbiya': 73)

Peyğəmbərimizin (s) Su Haqqında Dedikləri

Peyğəmbərimiz (s) xüsusilə səyahət əsnasında səhabələrinə su payladardı. Məsələn, səfər əsnasında bir yerdə dayanmış və yanındakılardan su istəmişdir. Əlini və üzünü yuyandan sonra sudan içmiş və yanındakı səhabələrinə də «Siz də bir miqdarını üzünüzə, boynunuza vurun»,152 - demişdir.

Rəsulullah (s) su içəndən sonra belə dua etmişdir:

«Mərhəməti ilə suyu şirin olaraq yaradan, acı və duzlu yaratmayan Allaha şükür olsun».153

Rəsulullah (s) başqa bir sözündə isə su haqqında belə buyurmuşdur:

«Allah suyu təmizləyici olaraq yaratdı. Dadını, rəngini və ya ətrini dəyişdirən maddələrdən başqa heç nə onu murdarlamaz».154

The Prophet Mosque, Medina.

The Prophet Mosque, Medina.

...They will have Gardens with rivers showing under them. When they are given fruit there as provision, they will say, “This is what we were given before.’ But they were only given a simulation of it.”
(Surat al-Baqara: 25)

What is the Garden promised to those who have done their duty like? It has rivers flowing under it and its foodstuffs and cool shade never fail. That is the final fate of those who have done their duty. But the final fate of the disbelievers is the Fire.
(Surat ar-Ra‘d: 35)

Peyğəmbərimizin (s) Gözəl Xasiyyətlərindən Bəziləri

food

For this We sent a Messenger to you from among you to recite Our Signs to you and purify you and teach you the Book and Wisdom and teach you things you did not know before.
(Surat al-Baqara: 151)

Huccətulislamlardan biri böyük müsəlman alimlərin məlumatlarını bir yerə yığaraq Peyğəmbərimizin gözəl xasiyyətlərindən bəzilərini belə xülasə etmişdir:

«Rəsulullah insanların ən mülayimi, ən cəsuru, ən ədalətlisi və ən namuslusu idi. O, insanların ən comərdi idi. Allahın ona bəxş etdiklərindən xurma, arpa, nə olsa, ancaq illik yeyəcəyini ayırar, geri qalanını Allah yolunda xərcləyərdi. Onda olan bir şey istənəndə, verərdi. O, həya olaraq da, insanların ən mükəmməli idi. Rəbbi üçün əsəbiləşər, özü üçün hirslənməzdi. Özü və ya səhabələrinin ziyanına da olsa, haqqı icra edərdi.

Allah Rəsulu insanların ən təvazökarı, sözü uzatmadan ən bəlağətli danışanı, ən gülərüzlüsü idi. Dünya işlərindən heç nə onu nigarançılığa salmazdı.

Mədinənin uzaq yerindəki xəstələrə də baş çəkər, gözəl ətirdən xoşlanar, pis iylərdən diksinərdi. Kasıblarla oturar, yoxsullarla birlikdə yeyərdi. Heç kimlə qaba davranmazdı, ondan üzr istəyənin üzrünü qəbul edərdi. Zarafat edəndə də, həmişə haqqı söyləyərdi. Mübah olan oyunları görəndə qadağan etməzdi, xanımları ilə yarışardı. İmkansız insanları yoxsul olduqlarına görə aşağı görməz, imkanlı olana da var-dövlətinə görə hörmət etməzdi. Onu da, bunu da bərabər bilərək Allaha dəvət edərdi». Uca Allah üstün xasiyyəti və mükəmməl siyasəti onda birləşdirmişdi... Uca Allah əxlaqı bütün gözəlliklərini, yaxşı yolları, əvvəlkilərin və sonrakıların başlarına gəlmiş hadisələrin xəbərlərini, axirətdə qurtuluşa və səadətə aparan məsələləri, dünyada qibtə edilərək arxası ilə gediləcək və gedilməyəcək hər şeyi ona öyrətmişdi.

Uca Allah onun buyruqlarına itaət və hərəkətlərində onun ardınca getməyi bizə müvəffəq etsin».155

 

İqtibaslar

66- Büyük Hadis Külliyatı, Cəmul-fəvaid min Camiil-usul və Məcmaiz-zəvaid, İmam Muhəmməd bin Muhəmməd bin Süleyman ər-Rudani, V cild, İz Yayıncılık, s. 31

67- Sünen-i Tirmizi Tercümesi, Tərcümə: Osman Zeki Mollamehmetoğlu, Yunus Emre Yayınevi, İstanbul, 4.cild, s.201

68- Hz.Əbu Tufeyl (ra),G.Ahmed Ziyaüddin, Ramuz əl Hadis, I cild, Gonca Yayınevi, İstanbul, 1997, 519/1

69- Tirmizi İmam Əbu İsa Muhəmməd, Şəmaili Şərifə, II cild, Hilal Yayınları, Ankara, 1976, s.7-8

70- Süneni Tirmizi Tercümesi, Tərcümə: Osman Zeki Mollamehmetoğlu, Yunus Emre Yayınevi,İstanbul, IV.cild, s. 210

71- Tirmizi İmam Əbu İsa Muhəmməd, Şəmaili Şərifə, I cild, Hilal Yayınları, Ankara,1976, s.18-19

72- Tirmizi İmam Əbu İsa Muhəmməd, Şəmaili Şərifə, I cild, Hilal Yayınları, Ankara,1976, s.18-22-23

73- Tirmizi İmam Əbu İsa Muhəmməd, Şəmaili Şərifə, I cild, Hilal Yayınları, Ankara,1976, s. 28-29

74- Hz.Əli (ra), G.Ahmed Ziyaüddin, Ramuz əl Hadis, II cild, Gonca Yayınevi, İstanbul, 1997, s. 519/4

75- Huccətülislam İmam Gazali, İhyau Ulumiddin, II cild, Tərcümə: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 820

76- İbni Sa'd, Tabakat, I, 230-231; Təbərani, əl-Mu'cem'ul-Kebir, IV, 49, nu:3605, VII, 105, nu:6510; Hakim, əl-Mustədrək, III, 9-10; Beyhaki, Dəlailun-Nubüvvə, I, 276-284; İbn'Asakir, Tarihu Medineti Dumeşk, III, 314-336, Prof. Dr. Ali Yardım, Peygamberimizin Şemaili, Damla Yayınevi, III nəşr, İstanbul, 1998, s.48

77- Ahmed Cevdet Paşa, Kısas-ı Enbiya, IV Cüz, Kanaat Matbaası, İstanbul 1331, s.364-365

78- Tirmizı'nin Şemail isimli kitabının tercümesinden, Prof. Dr. Ali Yardım, Peygamberimizin Şemaili, Damla Yayınevi, III nəşr, İstanbul, 1998, s. 73

79- Tirmizi İmam Əbu İsa Muhəmməd, Şəmaili Şərifə, I cild, Hilal Yayınları, Ankara,1976, s. 36

80- Tirmizi İmam Əbu İsa Muhəmməd, Şəmaili Şərifə, I cild, Hilal Yayınları, Ankara,1976, s. 38

81- Tirmizi İmam Əbu İsa Muhəmməd, Şəmaili Şərifə, I cild, Hilal Yayınları, Ankara,1976,, s. 42

82- Huccətülislam İmam Gazali, İhyau Ulumiddin, II cild, Tərcümə: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 820

83- Tirmizi İmam Əbu İsa Muhəmməd, Şəmaili Şərifə, I cild, Hilal Yayınları, Ankara,1976, s. 36

84- Tirmizi İmam Əbu İsa Muhəmməd, Şəmaili Şərifə, I cild, Hilal Yayınları, Ankara,1976, s. 49

85- Tirmizi İmam Əbu İsa Muhəmməd, Şəmaili Şərifə, I cild, Hilal Yayınları, Ankara,1976, s. 50

86- Tirmizi İmam Əbu İsa Muhəmməd, Şəmaili Şərifə, I cild, Hilal Yayınları, Ankara,1976, s. 50

87- Tirmizi İmam Əbu İsa Muhəmməd, Şəmaili Şərifə, I cild, Hilal Yayınları, Ankara,1976, s. 51

88- Ali el-Kari, Cem'ul-Vesail fi Şerh'iş- Şemail, İstanbul, s. 96-97

89- Əbu Davud, Sünen, IV, 74, nu:4062

90- G.Ahmed Ziyaüddin, Ramuz əl Hadis, II cild, Gonca Yayınevi, İstanbul, 1997, 519/16

91- Tirmizi İmam Əbu İsa Muhəmməd, Şəmaili Şərifə, I cild, Hilal Yayınları, Ankara, 1976, s. 58

92- İbn Adiyye el-Kamil; Huccətülislam İmam Gazali, İhyau Ulumiddin, III cild, Tərcümə: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 679

93- İbn Adiyye el-Kamil; Huccətülislam İmam Gazali, İhyau Ulumiddin, III cild, Tərcümə: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 679

94- Kutubi-Sittə, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, VII cild, Akçağ Yayınları, Ankara, s. 208

95- Kutubi-Sittə, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, VII cild, Akçağ Yayınları, Ankara, s. 208

96- Buxari, ət-Tarixul-Kəbir, I, 382, nu:1222

97- Buxari, əl-Camius-Səhih, VII, 33; İbn Mace, Sünen, II, 1192, nu:3605

98- Nesai, Zinet 83, (8, 196), Prof. Dr. Ali Yardım, Peygamberimizin Şemaili, Damla Yayınevi, III nəşr, İstanbul, 1998, s. 119

99- Muvatta, Libas 1, (2, 910); Kutubi-Sittə, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, XV cild, Akçağ Yayınları, Ankara, s. 64-65

100- Əbu Davud., Libas 8, (4037); Kutubi-Sittə, Muhtasarı Tercüme ve Şerhi, Prof. Dr. İbrahim Canan, XV cild, Akçağ Yayınları, Ankara, s.69

101- Tirmizi İmam Əbu İsa Muhəmməd, Şəmaili Şərifə, I cild, Hilal Yayınları, Ankara, 1976, s.85

102- Tirmizi İmam Əbu İsa Muhəmməd, Şəmaili Şərifə, I cild, Hilal Yayınları, Ankara, 1976, s.88

103- Sünen-i Tirmizi Tercümesi, Tərcümə: Osman Zeki Mollamehmetoğlu, Yunus Emre Yayınevi, İstanbul, 3.cild, s. 283

104- Tirmizi İmam Əbu İsa Muhəmməd, Şəmaili Şərifə, I cild, Hilal Yayınları, Ankara, 1976, s.94

105- Tirmizi İmam Əbu İsa Muhəmməd, Şəmaili Şərifə, I cild, Hilal Yayınları, Ankara, 1976, s.98

106- Tirmizi İmam Əbu İsa Muhəmməd, Şəmaili Şərifə, I cild, Hilal Yayınları, Ankara, 1976, s.99

107- Tirmizi İmam Əbu İsa Muhəmməd, Şəmaili Şərifə, I cild, Hilal Yayınları, Ankara, 1976, s.154

108- Tirmizi İmam Əbu İsa Muhəmməd, Şəmaili Şərifə, I cild, Hilal Yayınları, Ankara, 1976, s.155

109- Tirmizi İmam Əbu İsa Muhəmməd, Şəmaili Şərifə, I cild, Hilal Yayınları, Ankara, 1976, s.114-117

110- Tirmizi İmam Əbu İsa Muhəmməd, Şəmaili Şərifə, I cild, Hilal Yayınları, Ankara, 1976, s.157

111- Tirmizi İmam Əbu İsa Muhəmməd, Şəmaili Şərifə, I cild, Hilal Yayınları, Ankara, 1976, s.158

112- G.Ahmed Ziyaüddin, Ramuz əl Hadis, II cild, Gonca Yayınevi, İstanbul, 1997, 541/1

113- G.Ahmed Ziyaüddin, Ramuz əl Hadis, II cild, Gonca Yayınevi, İstanbul, 1997, 541/2

114- Tirmizinin «Şəmail» adlı kitabının tərcüməsindən; Prof. Dr. Ali Yardım, Peygamberimizin Şemaili, Damla Yayınevi, III nəşr, İstanbul, 1998, s. 66-67

115- Ahmed Cevdet Paşa, Kısas-ı Enbiya, IV Cüz, Kanaat Matbaası, İstanbul 1331, s. 364-365; Prof. Dr. Ali Yardım, Peygamberimizin Şemaili, Damla Yayınevi, III nəşr, İstanbul, 1998, s. 51

116- Tirmizi İmam Əbu İsa Muhəmməd, Şəmaili Şərifə, I cild, Hilal Yayınları, Ankara, 1976, s. 160

117- Tirmizi İmam Əbu İsa Muhəmməd, Şəmaili Şərifə, I cild, Hilal Yayınları, Ankara, 1976, s.163

118- Təbərani, Hakim; Huccətülislam İmam Gazali, İhyau Ulumiddin, II cild, Tərcümə: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 800,

119- Əl Fevaid, Huccətülislam İmam Gazali, İhyau Ulumiddin, II cild, Tərcümə: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 800

120- Əbu Davud, Huccətülislam İmam Gazali, İhyau Ulumiddin, II cild, Tərcümə: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 800

121- Buxari, Huccətülislam İmam Gazali, İhyau Ulumiddin, II cild, Tərcümə: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 800

122- Tırmizi; Huccətülislam İmam Gazali, İhyau Ulumiddin, II cild, Tərcümə: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 800

123- Tırmizi; Huccətülislam İmam Gazali, İhyau Ulumiddin, II cild, Tərcümə: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 800

124- G.Ahmed Ziyaüddin, Ramuz əl Hadis, II cild, Gonca Yayınevi, İstanbul, 1997, 521/4

125- G.Ahmed Ziyaüddin, Ramuz əl Hadis, II cild, Gonca Yayınevi, İstanbul, 1997, 545/4

126- G.Ahmed Ziyaüddin, Ramuz əl Hadis, II cild, Gonca Yayınevi, İstanbul, 1997, 545/5

127- İbn Səd Tabaqat, I, 398-399; Məcməuz Zəvaid, VIII, 282; el-Metalib'ül-Aliye, IV , 25; Behcet'ül Mehafil, II, 254; Prof. Dr. Ali Yardım, Peygamberimizin Şemaili, Damla Yayınevi, III nəşr, İstanbul, 1998, s.280

128- Buxari, 1/503; Muslim, 2/257; İbn-i Kesir, Peygamberimizin Şemaili, Mucizeleri, Çelik Yayınevi, s. 46

129- İbn-i Kesir, Prof. Dr. Ali Yardım, Peygamberimizin Şemaili, Damla Yayınevi, III nəşr, İstanbul, 1998, s. 51

130- Ahmed Cevdet Paşa, Kısas-ı Enbiya, IV Cüz, Kanaat Matbaası, İstanbul 1331, s.364-365

131- Beyhaki, Huccətülislam İmam Gazali, İhyau Ulumiddin, II cild, Tərcümə: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 802

132- Ebbuşeyh, Huccətülislam İmam Gazali, İhyau Ulumiddin, II cild, Tərcümə: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 803

133- G.Ahmed Ziyaüddin, Ramuz əl Hadis, II cild, Gonca Yayınevi, İstanbul, 1997, 552/7

134- Huccətülislam İmam Gazali, İhyau Ulumiddin, II cild, Tərcümə: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 803

135- Əbuşşeyx, Huccətülislam İmam Gazali, İhyau Ulumiddin, II cild, Tərcümə: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 803

136- G.Ahmed Ziyaüddin, Ramuz əl Hadis, II cild, Gonca Yayınevi, İstanbul, 1997, 552/11

137- Əbu Davud, III, 496-497, nu: 3840; Nesai, VII, 207-209; Prof. Dr. Ali Yardım, Peygamberimizin Şemaili, Damla Yayınevi, III nəşr, İstanbul, 1998, s. 219

138- G.Ahmed Ziyaüddin, Ramuz əl Hadis, II cild, Gonca Yayınevi, İstanbul, 1997, 552/5

139- G.Ahmed Ziyaüddin, Ramuz əl Hadis, II cild, Gonca Yayınevi, İstanbul, 1997, 549/1

140- Buxari ve Muslimde aynı anlamda rivayetler yer alır. Huccətülislam İmam Gazali, İhyau Ulumiddin, II cild, Tərcümə: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 804

141- Haydar Hatipoğlu, Sünen-i İbni Mace Tercemesi ve Şerhi, Kahraman Yayınları, IX cild, İstanbul 1983, s. 62

142- Haydar Hatipoğlu, Sünen-i İbni Mace Tercemesi ve Şerhi , Kahraman Yayınları, IX cild, İstanbul 1983, s. 70

143- Haydar Hatipoğlu, Sünen-i İbni Mace Tercemesi ve Şerhi, Kahraman Yayınları, IX cild, İstanbul 1983, s. 209

144- Haydar Hatipoğlu, Sünen-i İbni Mace Tercemesi ve Şerhi, Kahraman Yayınları, IX cild, İstanbul 1983, s. 213

145- Haydar Hatipoğlu,Sünen-i İbni Mace Tercemesi ve Şerhi, Kahraman Yayınları, IX cild, İstanbul 1983, s. 73

146- G.Ahmed Ziyaüddin, Ramuz əl Hadis, II cild, Gonca Yayınevi, İstanbul, 1997, 521/15

147- Arızat'ül Ahzevi Şerhu Sünen'it Tirmizi, VIII, 89-90, Prof. Dr. Ali Yardım, Peygamberimizin Şemaili, Damla Yayınevi, III nəşr, İstanbul, 1998, s. 255,

148- Prof. Dr. Ali Yardım, Peygamberimizin Şemaili, Damla Yayınevi, III nəşr, İstanbul, 1998, s.261

149- G. Ahmed Ziyaüddin, Ramuz əl Hadis, II cild, Gonca Yayınevi, İstanbul, 1997, 521/17

150- G. Ahmed Ziyaüddin, Ramuz əl Hadis, II cild, Gonca Yayınevi, İstanbul, 1997, 521/18

151- Haydar Hatipoğlu, Sünen-i İbni Mace Tercemesi ve Şerhi, Kahraman Yayınları, IX cild, İstanbul 1983, s. 75

152- Konyalı Mehmed Vehbi, Tam Metni Sahih-i Buxari, IV cild, Üçdal Neşriyat, İstanbul 1993, s.64-65

153- İmam Gazali, İhyau Ulumiddin, II cild, Huzur Yayınevi, İstanbul 1998, s.16

154- İmam Gazali, İhyau Ulumiddin, I cild, Huzur Yayınevi, İstanbul 1998, s.295

155- Huccətülislam İmam Gazali, İhyau Ulumiddin, II cild, Tərcümə: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 795-796

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Peyğəmbərimizin Görünüşü
  • Peyğəmbərimizin (s) Gözəl Həyatı
  • Nəticə: Peyğəmbərimizə Tabe Olanlar Qurtulanlardır