Peyğəmbərimizin Gələcəyə Dair Verdiyi Xəbərlər
Hər insanın, hər cəmiyyətin və hər ölkənin bir taleyi var. Hələ dünyada heç bir insan yaradılmamışdan əvvəl hər bir adamın gələcəkdə nələr yaşayacağı, bir ölkənin hansı hadisələrə şahid olacağı, hər cəmiyyətin keçəcəyi mərhələlər və bu kimi hadisələr Allahın dərgahında bütün təfərrüatları ilə müəyyən edilmişdir. Lakin insanlar əvvəlcədən müəyyən edilən, Allahın yanında yaşanmış, hətta bitmiş bu hadisələrin heç birindən xəbərdar olmazlar. Bunları ancaq yaşadıqca görür və bilirlər. Dolayısı ilə gələcək insanlar üçün qeybdir, yəni bilinməzdir.
Ancaq Allah bəzi bəndələrinə qeyb haqqında məlumatlar verdiyini Quranda bildirmişdir. Bunlardan biri də Hz.Yusif peyğəmbərdir. Hz.Yusif zindanda olarkən Allahın mövcudluğunun dəlillərini anlatdığı iki yoldaşına belə demişdir:
«Belə cavab verdi: "Yeyəcəyiniz təam gəlməmişdən əvvəl mən onun nə olduğunu sizə xəbər verərəm. Bu, Rəbbimin mənə öyrətdiyi elmlərdəndir. Mən Allaha inanmayan və axirəti də inkar eləyən bir tayfanın dinini tərk etdim!» («Yusuf» surəsi, 37)
Ayədə də bildirildiyi kimi, Hz.Yusif qeyb olan bir xəbəri bildiyini söyləyir. Bu, Allahın Hz. Yusif peyğəmbərə verdiyi elm və möcüzədir. Allah bundan başqa, Hz. Yusifə yuxuları yozmaq elmini də bəxş etmişdi. Hz. Yusif Allahın istəyi ilə gələcəkdə baş verən bəzi hadisələri görə bilirdi.
Hz.Yusifə verilən elmin oxşarı başqa peyğəmbərlərə də verilmişdir. Allah ayələrdə elçilərindən seçdiklərinə qeyb xəbərlərini açıqlayacağını belə bildirmişdir:
«Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz. Bəyənib seçdiyi peyğəmbərdən başqa! Allah onların önündə və arxasında gözətçilər qoyar» («Cin» surəsi, 26-27).
Əlbəttə, Rəbbimiz Peyğəmbərimizə də qeyblə bağlı bir çox xəbər vermişdir. Peyğəmbərimiz (s) həm keçmişdə meydana gələn və heç kimin bilmədiyi hadisələri, həm də gələcəkdə baş verəcək bir çox hadisəni Allahın bildirməsi ilə öyrənmişdir.
Bir ayədə Allah bu həqiqəti belə xəbər verir:
«Bu, sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Onlar (Yusifin qardaşları) hiylə quraraq əlbir iş gördükləri zaman, sən ki, onların yanında deyildin!» («Yusuf» surəsi, 102)
|
This is news from the Unseen which We reveal to you. You were not with them when they cast their reeds to see which of them would be the guardian of Mary. You were not with them when they quarrelled. (Surah Al ‘Imran: 44) |
Bu fəsildə Allahın Peyğəmbərimizə həm Quran vasitəsi ilə, həm də xüsusi olaraq ona bildirdiyi və Peyğəmbərimizin (s) hədisləri vasitəsilə bizə gəlib çatan bu qeyb xəbərlərindən bir neçəsi haqqında məlumat veriləcəkdir. (Ətraflı məlumat üçün Harun Yəhyanın «Quran möcüzələri» adlı kitabını oxuya bilərsiniz).
Bu xəbərlərin bir çoxu baş vermişdir və insanlar da bu möcüzələrə şahid olmuşlar. Bu həm Peyğəmbərimizin Allahın elçisi, həm də Quranın Allahın sözü olduğunun dəlillərindən biridir.
Alif Lam Mim. The Romans have been defeated in the lowest land, but after their defeat they will themselves be victorious within three to nine years. The affair is Allah's from beginning to end.
On that day, the believers will rejoice.
(Surat ar-Rum: 1-4)
Peyğəmbərimizə (s) Quran vasitəsi ilə gələcək haqqında verilən xəbərlərdən biri «Rum» surəsinin əvvəlindəki ayələrdə bəhs edilir. Bu ayələrdə Bizans imperatorluğunun bir məğlubiyyətə məruz qaldığı, amma çox qısa vaxt sonra təkrar qalib gələcəyi bildirilmişdir.
Bu ayələr xristian olan bizanslıların bütpərəst bir cəmiyyət olan farslar qarşısında çox ağır məğlubiyyətindən təxminən 7 il sonra, bizim eranın 620-ci ilində göndərilmişdi. Və ayələrdə Bizansın çox yaxında qalib gələcəyi xəbər verilirdi. Halbuki, o əsnada Bizans o qədər böyük itkilərə məruz qalmışdı ki, təkrar qalib gəlməsi bir yana, özünü saxlaması da imkansız görünürdü. Təkcə farslar deyil, avarlar, slavlar və lombardlar Bizans dövlətinə qarşı böyük təhdid idilər. Avarlar indiki İstanbulun yanına qədər gəlmişdilər. Bizans kralı Herakl ordunun xərclərini təmin etmək üçün kilsələrdəki qızıl və gümüş bəzək əşyalarının əridilib pula çevrilməsini əmr etmişdi. Hətta bunlar da kifayət etməyəndə bürüncdən heykəllər də pul üçün əridilməyə başlanmışdı. Bir çox rəhbərlər kral Herakla üsyan etmiş, imperatorluq bölünmə həddinə çatmışdı. Əvvəlcədən Bizans torpağı olan Mesopotamiya, Kilikiya, Suriya, Fələstin və Misir bütpərəst farslar tərəfindən işğal edilmişdi.216
Qısası, hamı Bizansın tarix səhnəsindən silinəcəyini gözləyirdi. Amma elə bu dövrdə «Rum» surəsinin ilk ayələri vəhy edildi və Bizansın doqquz il ötmədən təkrar qalib gələcəyi xəbər verildi. Bu qalibiyyət elə imkansız görünürdü ki, ərəb müşrikləri Quranda xəbər verilən bu zəfərin, qətiyyən baş verməyəcəyini fikirləşirdilər. Lakin bu, Quranın bütün xəbərləri kimi, əlbəttə, baş verdi. «Rum» surəsinin ilk ayələrinin göndərilməsindən təxminən 7 il sonra bizim eranın 627-ci ilinin dekabr ayında Bizans və Sasani (fars) imperatorluğu arasında Ninova xarabalıqları yaxınlığında böyük müharibə baş verdi. Bu dəfə Bizans ordusu farsları məğlub etdi. Bir neçə aydan sonra da farslar işğal etdikləri yerləri Bizansa geri qaytarılmasını nəzərdə tutan bir müqavilə bağlamaq məcburiyyətində qaldılar.217
Beləliklə, Allahın Quranla Peyğəmbərimizə bildirdiyi «Rumun qalibiyyəti» möcüzəli şəkildə həqiqət oldu.
Bu ayələrdə mövcud olan başqa bir möcüzə də həmin dövrdə heç kimin müəyyənləşdirməsi mümkün olmayan coğrafi bir həqiqətin xəbər verilməsidir.
|
The Romans have been defeated in the lowest land... (Surat ar-Rum: 2-3) |
«Rum» surəsinin 3-cü ayəsində rumların «dünyanın ən alçaq yerində» məğlub olduqları bildirilir. Ərəb dilində «ədna əl ard» olan bu ifadə bəzi tərcümələrdə «yaxın yer» olaraq da tərcümə edilir. Ancaq bu tərcümə əsl ifadənin tam əvəzi deyil, məcazi mənasıdır. «Ədna» kəlməsi ərəb dilində «alçaq, aşağı» demək olan «dəni» sözündən törəmişdir və «ən alçaq» mənalarına gəlir. «Ard» isə yer üzü deməkdir. Dolayısı ilə «ədna əl ard» ifadəsi də «yer üzünün ən alçaq yeri», «dünyanın ən aşağı yeri» mənasına gəlir.
Bizans imperatorluğu ilə Sasanilər (farslar) arasındakı müharibə dünyanın ən aşağı yerində baş vermişdir. Bu döyüşün baş verdiyi yer Suriya, Fələstin və indiki İordaniya ərazilərinin kəsişdiyi bölgə Lut gölünün hövzəsidir. Məlum olduğu kimi, dəniz səviyyəsindən 395 metr aşağı olan Lut gölünün ətrafı dünyanın «ən aşağı» ərazisidir. Yəni rumlar eynilə ayədə bildirildiyi kimi, «dünyanın ən aşağı yeri»ndə qalib gəlmişdilər.
Burada diqqət etməli olduğumuz məsələ Lut gölünün dəniz səviyyəsindən aşağı olmasının ancaq müasir dövrdəki ölçülərlə müəyyən edilməsidir. Əvvəllər kiminsə Lut gölünün dünyanın ən aşağı yeri olduğunu bilməsi mümkün deyildi. Amma bu ərazi Quranda «dünyanın ən aşağı yeri» olaraq bildirilir. Bu, Quranın ilahi bir söz olduğunu və Peyğəmbərimizin də (s) Allahın Rəsulu olduğunu bir daha sübut edir.
Glory be to Him who took His servant on a journey by night from the Masjid al-Haram to the Masjid al-Aqsa, whose surroundings We have blessed, in order to show him some of Our Signs. He is the All-Hearing, the All-Seeing. )
(Surat al-Isra': 1)
Allah bu ayədə Peyğəmbərimizi bir gecə Məscidi-Əqsaya apardığını və oranı göstərdiyini bildirir. Bu, çox böyük möcüzədir. Məlum olduğu kimi, Məscidi Haram Məkkədə, Əqsa məscidi isə Qüdsdədir. Peyğəmbərimiz bu hadisə baş verəndə Məkkədə idi. Həmin dövrün şəraitində isə bir gecə ərzində Məkkədən Qüdsə getmək mümkün deyil. Həmçinin bunu da bildirməliyik ki, Peyğəmbərimiz Qüdsü və Məscidi Əqsanı əvvəllər heç vaxt görməmişdir.
Ertəsi gün bu böyük möcüzəni ətrafındakılara danışanda Məkkəli müşriklərin ona inanmadıqları və dəlil göstərməsini istədikləri rəvayət edilir. Qureyşlilərin arasında Məscidi-Əqsanı görənlər var idi və Peyğəmbərimizdən həmin yerin necə olduğunu danışmasını tələb etmiş, bununla bağlı müxtəlif suallar soruşmuşdular.
|
The Dome of the Rock and the al-Aqsa Mosque (1890). |
It is He Who appointed you successors on the earth and raised some of you above others in rank so He could test you regarding what He has given you. Your Lord is Swift in Retribution; and He is Ever-Forgiving, Most Merciful. (Surat al-An‘am: 165) |
Peyğəmbərimiz Məscidi-Əqsanı olduğu kimi danışandan sonra müşriklər Peyğəmbərimizin (s) Məscidi-Əqsa haqqında düzgün məlumat verdiyini söyləmişlər, sonra da həmin yolla gələn karvanlarla rastlaşıb -rastlaşmadığını soruşmuşlar. Peyğəmbərimiz (s) bu suala: «Bəli, həmin karvanlarla rastlaşdım, Rəvhada idi. Bir dəvələri itmişdi, onu axtarırdılar. Yüklərinin arasında bir su qədəhi vardı. Susadım, onu götürüb içdim və yenə olduğu yerinə qoydum. Gələndə soruşarsınız ki, orda su qalmışdımı?», - buyurdu. Qureyşlilər: «Bu da başqa bir əlamətdir», - deyəndən sonra Peyğəmbərimizə karvan haqqında təfərrüatları soruşmağa davam etmişdilər. Peyğəmbərimiz (s) isə soruşduqlarının hamısına cavab vermiş və belə demişdir: «Aralarındakı filan adam qabaqda, boz rəngli bir dəvənin üzərində dikilmiş iki xaral olduğu halda filan gün günəşin doğuşu ərəfəsində gələrlər». Bundan sonra onlar: «Bu başqa bir səbəbdir», - deyərək Allah Rəsulunun dediyi gün sürətlə Səniyyəyə tərəf qaçaraq günəşin çıxmasını gözlədikləri rəvayət edilir. Həqiqətən də günəşin doğması ilə birlikdə bəhs edilən karvan görünmüşdür. Karvanın qabağında isə, Peyğəmbərimizin bildirdiyi kimi, boz dəvə də var idi.218
Allahın Peyğəmbərimizə (s) həyatı boyunca heç görmədiyi bir məkanı, ora getmədən göstərməsi çox vacib bir möcüzədir. Həmin dövrdə Məkkədən Qüdsə, bir gecədə gedib-çıxmağın mümkün olmaması isə bu möcüzəni daha aydın göstərir.
«And olsun ki, Allah Təala Öz Peyğəmbərinin yuxusunun çin olduğunu təsdiq etdi. Siz, inşal¬lah, əmin-amanlıqla, başınızı qırxdırmış, qısaltmış halda və qorxmadan Məscidül-Hərama daxil olacaqsınız. Allah sizin bilmədiklərinizi bilir. O bundan əlavə tezliklə bir qələbə də bəxş edəcəkdir».
(«Fəth» surəsi, 27)
Peyğəmbərimiz Mədinədə ikən yuxusunda möminlərin əmin-amanlıqla Məscidi-Hərama daxil olduqlarını və Kəbəni təvaf etdiklərini görmüş və möminləri bu xəbərlə müjdələmişdir. Çünki Məkkədən Mədinəyə hicrət edən möminlər həmin vaxtdan etibarən Məkkəyə daxil ola bilmirdilər. Peyğəmbərimizin (s) bu yuxusunu açıqlayandan sonra, rəvayətlərə görə, möminlər Məkkəyə umrə niyyəti ilə getmişlər, ancaq müşriklər onların Məkkəyə daxil olmalarına icazə verməmişdilər. Münafiqlər isə fitnə çıxarmaq üçün bunu fürsət bilmişdilər, nə Kəbəyə gedə bildiklərini, nə də saçlarını qısalda bildiklərini söyləyərək Peyğəmbərimizin (s) gördüyü yuxunu yalanlamağa çalışmışdılar. Allah Peyğəmbərimizə (s) dərgahından bir yardım və dəstək olaraq «Fəth» surəsinin 27-ci ayəsini vəhy etmiş və yuxusunun doğru olduğunu, Allah əgər istəyərsə, möminlərin Məkkəyə girə biləcəklərini bildirmişdir. Həqiqətən də bir müddət sonra əvvəl Hudeybiyə sülhü və ardınca gələn Məkkənin fəthi ilə müsəlmanlar eynilə ayədə bildirildiyi kimi, əmin-amanlıq içində Məscidi Hərama girmişdilər. Beləliklə, Allah Peyğəmbərimizin əvvəlcədən xəbər verdiyi müjdənin həqiqət olduğunu göstərmişdi.219
Burada mühüm olan başqa bir məqam isə budur: Peyğəmbərimiz möminlərə bu müjdəni verəndə, buna səbəb ola biləcək heç bir şərait yox idi. Hətta şərtlər tamamilə əksini göstərir, müşriklər möminləri Məkkəyə buraxmamaqda qətiyyətli görünürdülər. Bu isə ürəyində xəstəlik olanların Peyğəmbərimizin (s) sözlərinə şübhə ilə yanaşmalarına səbəb olmuşdu. Ancaq Peyğəmbərimiz (s) Allaha güvənərək insanların nə deyəcəklərinə heç əhəmiyyət vermədən Allahın ona bildirdiyinə iman gətirmiş və bunu insanlara açıqlamışdır.
Dediklərinin Quran ayələri ilə təsdiq edilməsi və yaxın gələcəkdə sözlərinin baş verməsi isə Peyğəmbərimizin (s) və Quranın mühüm bir möcüzəsidir.
>«Biz İsrail oğullarına kitabda: "Siz yer üzündə iki dəfə fitnə-fəsad törədəcək və çox dikbaşlıq edəcəksiniz!" - deyə bildirdik. Onlardan birincisinin vaxtı gələndə üstünüzə çox güclü qullarımızı göndərdik. Onlar evlərinizin arasında gəzib dolaşırdılar. Bu vəd artıq yerinə yetirildi. Sonra sizə onların üzərində təkrar zəfər çaldırdıq, var-dövlət, oğul-uşaq verməklə kömək göstərdik və sayca sizi daha çox etdik».
(«İsra» surəsi, 4-6)
«İsra» surəsindəki bu ayələrdə bildirildiyi kimi, İsrail oğulları yer üzündə iki dəfə fitnə çıxaracaqdılar. Bunlardan ilk «fitnə və təkəbbürlü yüksəliş»lərindən sonra Allah onların üstünə güclü bir ordu göndərdiyini bildirir. Həqiqətən də İsrail oğulları Hz.Yəhyanı öldürdükləri və Hz.İsanı öldürmək üçün hiylə qurduqları dövrün, yəni təkəbbürlü yüksəlişlərinin və fitnəkarlıqlarının dərhal arxasından miladdan sonra 70-ci ilində romalılar tərəfindən Qüdsdən sürgün edilmişdilər. Qüdsdəki Hz.Süleyman məbədi isə yerlə-yeksan edilmişdir.
Miladdan sonra 70-ci ildə Fələstindən sürgün edilmələrindən sonra yəhudilər bütün dünyaya yayılmışdılar. Hz.İsanın qatilləri olaraq görüldükləri üçün də Avropada yaşadıqları ölkələrdə ümumiyyətlə alçaldılmış, çətin şərtlərdə yaşamışdılar, hətta çox vaxt dinlərini gizləmək məcburiyyətində qalmışdılar. Peyğəmbərimizə (s) bu ayə vəhy edildiyi vaxt da yəhudilər çətin şərtlərdə yaşayırdılar və bir dövlətləri də yox idi. Ancaq Allah ayələrdə İsrail oğullarına təkrar güc verəcəyini xəbər vermişdir.
|
At the time when the Prophet (saas) was informed in a verse that the Children of Israel would regain their strength, the Jews were living under very difficult conditions and had no state of their own. Years later, however, a Qur'anic miracle took place when David Ben- Gurion (left) declared the foundation of the state of Israel in 1948. |
Peyğəmbərimizin (s) sağlığından çox uzaq və çətin bir ehtimal olaraq görünən bu hadisə daha sonra tam olaraq gerçəkləşdi. Yəhudilər Fələstinə geri qayıtdılar və 1948-ci ildə İsrail dövlətini qurdular. İsrailin dövrümüzdəki siyasi və hərbi gücü, təsiri isə bilinən bir həqiqətdir.
İsrail oğulları ilə əlaqəli olan bu ayədə və başqa ayələrdə mühüm olan məqamlardan biri həmin dövrdə imkansız görünən və olmasına dair heç bir inkişaf və ya ipucu olmayan hadisələrin gələcəkdə baş verəcəyinin xəbər verilməsidir. Əlbəttə, bütün bunlar Quranın bir möcüzəsidir.
>«Bir zaman Peyğəmbər öz zövcələrindən bəzilərinə gizli bir söz demişdi. (Həmin xanımlardan biri) bu sözü xəbər verdikdə və Allah bunu ona əyan etdikdə, (Peyğəmbər) bunun bir qismini bildirmiş, bir qismini bildirməkdən isə vaz keçmişdi. Əhvalatı bildirdikdə o: "Bunu sənə kim xəbər verdi?" - deyə soruşmuş, o da: "Bunu mənə hər şeyi bilən, hər şeydən agah olan Al¬lah xəbər verdi!" - deyə cavab vermişdi».
(«Təhrim» surəsi, 3)
Bu ayədə bildirildiyi kimi, Peyğəmbərimiz xanımlarından bəzilərinə bir sirr vermişdir. Ancaq onlar bu sirri saxlamayaraq bir-birlərinə ötürmüşdülər. Allah Peyğəmbərimizə onların bu davranışını bildirmiş və aralarındakı gizli danışıqları onlara xəbər vermişdir. Bunun üzərinə Peyğəmbərimiz zövcələrinə, aralarındakı gizli danışığı bildiyini söyləmişdir.
Peyğəmbərimizin Hədislərində Bildirdiyi Qeyb Xəbərlərindən Bəziləri
«Siz Misiri fəth edəcəksiniz. Həmin yer (pula) «qirat» deyilən yerdi. Oranın xalqına xeyir tövsiyə edin. Onların bir zimmət, bir də rəhim (haqqı) vardır».220
Peyğəmbərimiz (s) hədislərində Misirin fəth ediləcəyini müjdələyir. Peyğəmbərimiz (s) bu müjdəni verdiyi ərəfədə Misir romalıların hakimiyyəti altında idi. Həmçinin müsəlmanların hələ heç gücləri də yox idi. Ancaq Peyğəmbərimizin (s) bu sözləri həqiqət olmuş, vəfatından çox vaxt ötməmiş ikinci xəlifənin dövründə, miladdan sonra 641-ci ildə, Misir Amr bin Asın rəhbərliyi altında müsəlmanlar tərəfindən fəth edilmişdir.221 Bu hadisə Peyğəmbərimizin (s) gerçəkləşən qeyb xəbərlərindən biridir.
«Kisra öləndən sonra ondan başqa Kisra yoxdur. Qeysər də öləndən sonra başqa Qeysər yoxdur. Nəfsim əlində olan Cəlal sahibinə and olsun ki, siz hər ikisinin də xəzinələrini Allah yolunda xərcləyəcəksiniz».222
Bu hədisdə bildirilən «Kisra» kəlməsi keçmişdə İran hökmdarları üçün istifadə edilən bir addır. Qeysər (Sezar) sifəti isə Roma imperatoru üçün istifadə edilirdi.
Peyğəmbərimiz hər iki hökmdarın malik olduğu xəzinələrin müsəlmanlara qalacağını müjdələmişdir.
Burada diqqət yetirməli olduğumuz məsələ Peyğəmbərimizin (s) bu xəbəri müjdələdiyi dövrdə müsəlmanların hərbi, iqtisadi və siyasi baxımdan hələ belə böyük bir fəthə girişməyə güclərinin olmamasıdır. Həmçinin bu dövrdə İran və Bizans imperatorluqları da Yaxın Şərqə hakim ən güclü iki dövlət idi. Peyğəmbərimizin xəbər verdiyi bu hadisələr də baş vermişdir. İkinci xəlifənin dövründə İran fəth edilmiş və qənimətləri ələ keçirilmişdi. Bu fəthlə birlikdə kisraların səltənəti də sona çatmışdır.223
Qeysərin ölümü və xəzinələrinin müsəlmanlara qalması isə, xüsusilə müsəlmanların xəlifələr dövründə Roma imperatorluğuna aid çox vacib mərkəzləri fəth etmələri ilə baş vermişdir. Əbu Bəkrin dövründən başlayaraq Qeysərin hakimiyyəti altındakı İordaniya, Fələstin, Şam (Dəməşq), Qüds, Suriya, Misir kimi mühüm mərkəzlərin hamısı fəth edilmişdir. İstanbulun 1453-cü ildə Osmanlı hökmdarı Fateh Sultan Mehmet tərəfindən fəth edilməsi və Roma imperatorluğunun süqutu ilə birlikdə Qeysər də tarixə dəfn edilmişdir.224
|
Sultan Mehmet the Conqueror's capture of Constantinople and the collapse of the Roman Empire meant the end of the title of Caesar. |
Amerikalı tədqiqatçı M.G.S. Hodgson «İslamın sərgüzəşti» adlı kitabında müsəlmanların Bizans və Sasani (İran) imperatorluqlarına aid yerlərin fəthini belə açıqlayır:
«Hz. Muhəmməd məkkəli bir ərəb olaraq Mədinədə dini əsaslara görə təşkilatlanmış bir cəmiyyət qurur, Sasani (İran) və Roma imperatorluqlarına hücum edəcək bu cəmiyyəti Ərəbistan yarıma¬dasının əksər hissəsinə yayır».225
Beləliklə, Peyğəmbərimizin (s) dövründə siyasi və iqtisadi baxımdan çox çətin kimi görünən bu vacib fəthlər Allahın Hz. Muhəmmədə bəxş etdiyi möcüzələr olaraq baş vermişdir.
«Uca Allah Kisranı oğlu Şirəveyhin hücumunə məruz qoydu. Şirəveyh filan ayda, filan gecədə və gecənin filan saatında onu öldürdü».226
«Mənim dinim və hakimiyyətim Kisranın mülkünün və səltənətinin gedib çıxdığı yerə çatacaqdır».227
Peyğəmbərimiz (s) hökmdarları İslama dəvət etməyə qərar vermiş və səhabələrindən Abdullah b. Huzeyfəni İran Kisrası Pərviz ibn Hörmüzə elçi olaraq göndərmişdi. İran Kisrası isə təkəbbüründən əsəbiləşmiş və Peyğəmbərimizin dəvətinə tabe olmamışdır. Hətta Peyğəmbərimizə iki elçi göndərərək müsəlmanların ona təslim olmalarını tələb etmişdir. Peyğəmbərimiz isə bu iki elçini əvvəl İslam dininə dəvət etmişdir. Sonra isə iki elçini ertəsi gün onlara qərarını bildirəcəyini söyləmişdir.228
Ertəsi gün Peyğəmbərimiz elçilərə Allahın ona bildirdiyi bu xəbəri çatdırmışdır:
«Uca Allah Kisranın oğlu Şirəveyhi atasına düçar etdi. Şirəveyh atasını filan ayda, filan gecədə və gecənin də filan saatında öldürdü!»229
Peyğəmbərimiz elçilərə belə demişdir:
«Bazana (Kisranın vasitəçi olaraq elçi göndərməsini əmr etdiyi başçı) deyin ki: «Mənim dinim və hakimiyyətim Kisranın var-dövlətinin və səltənətinin çatdığı yerə kimi gedib çıxacaqdır». Yenə ona deyin: "Əgər sən müsəlman olsan, hazırda rəhbərlik etdiyin yerləri sənə verəcəyəm, səni Əbnalardan (Cənubi Ərəbistanda məskunlaşan iranlılar) meydana gələn qövmə hökmdar edəcəyəm"».230
Bundan sonra elçilər Yəmənə qayıdaraq baş verənləri danışdılar. Eşitdiklərindən çox təsirlənən Bazan bunu: «Allaha and olsun ki, bu hökmdar sözü deyil. Güman edirəm ki, bu şəxs dediyi kimi bir peyğəmbərdir»231 sözləri ilə ifadə etdi.
Sonra da adamlarından: «O necə adam idi?», - deyə soruşdu. Peyğəmbərimizin (s) heybətindən çox təsirlənən elçilər «Biz ondan daha heybətli, heç bir şeydən qorxmayan və mühafizəçisiz olan bir hökmdar görmədik. Təvazökar idi və piyada olaraq camaatın arasında gəzirdi», - dedilər.
Bazan bir müddət gözləyib Peyğəmbərimizin Kisra haqqındakı dediklərinin düz çıxıb-çıxmayacağını görmək istədi. Beləliklə, Peyğəmbərimizin Allahın elçisi olduğuna arxayın olacağını bildirdi. Aradan qısa bir müddət ötəndən sonra Kisranın oğlu Şivəreyhdən Bazana bu mənada bir məktub gəldi:
«Mən Kisranı öldürdüm. Bu məktub sənə gəlib çatan kimi mənim adımdan xalqın beyətini al, Kisranın sənə yazdığı şəxs haqqında da yeni bir əmrim gələnə kimi gözlə və heç bir təşəbbüsə keçmə».232
Bazan və adamları hesablarında bu hadisənin eynilə Peyğəmbərimizin (s) bildirdiyi vaxtda meydana gəldiyini gördülər.233
Bazan bu böyük möcüzəni görəndən sonra iman gətirdi və müsəlman oldu. Onun ardınca Yəməndə oturan Əbnalar müsəlman oldu.234
Bazan Peyğəmbərimizin təyin etdiyi ilk başçı idi və İran-Sasani valilərindən imana gələn ilk şəxs idi.235
Peyğəmbərimizin 628-ci ilində İran Kisrası Pərvizi İslama dəvət edən bir məktub göndərdiyi və İran Kisrasının oğlu tərəfindən 628-ci ildə öldürüldüyü tarixi mənbələrdə də bildirilən bir hadisədir.236
Peyğəmbərimizin (s) Axırzaman Əlamətləri Haqqında Bildirdikləri
Axırzaman qiyamətdən əvvəl dünyada yaşanacaq bir dövrdür. Peyğəmbərimizin (s) axırzamanda baş verəcək hadisələr haqqındakı bir çox xəbəri bizə çatmışdır. Bu hadisələrin hazırda yaşadığımız dövrdə bir-bir baş verməsi Peyğəmbərimizin (s) möcüzələrindən biridir. (Ətraflı məlumat üçün Harun Yəhyanın «Qiyamətin əlamətləri», «Hz.Süleyman», «Axırzaman əlamətləri və Dabbətul arz» kitablarına baxın). Hz.Muhəmməd (s) öz yaşadığı dövrdən 1400 il sonra meydana gələn hadisələri, sanki həmin dövrü müşahidə etmiş kimi ətraflı bildirmişdir.
>«Qiyamətdən əvvəl anarxiya və xaos günləri vardır».237
|
Acts of violence and terror, one of the signs of the final times, are continuing with increasing violence all over the world. The parallel between the warning issued by the Prophet (saas) in the past and the events being experienced today reveals to us one of the miracles of this blessed man. |
>«Dünya hərc-mərclik içində qalanda, fitnələr zühur edəndə, yollar kəsiləndə, bəziləri bəzilərinə hücum edəndə...»238
|
The wars in many countries of the world, in which innocent people are killed for no reason, are another of the portents of Doomsday related by the Prophet (saas). |
>«Allah açı-Qaşkar inkar edilməyənə kimi qiyamət qopmaz».239
|
Examples of widespread atheist websites. |
«Böyük şəhərlər dünən sanki yox imiş kimi məhv olar».240
|
One of the portents of Doomsday related in the hadiths is the destruction of cities. The recent earthquakes in Mexico (right) and Tokyo (below) are manifestations of this. |
"Aclıq və bahalıq çox geniş yayılacaq".241
|
Despite the rich resources in the world, many countries are suffering from terrible starvation. This is another sign which everyone must think about. |
«Kişilər kişilərlə, qadınlar qadınlarla kifayətlənəndə qiyamət yaxınlaşacaq».242
|
Homosexuals, of which the Prophet (saas) spoke some 1,400 years ago, can now be seen in many parts of the world. |
«Qiyamət yaxınlaşanda yolun ortasında qadınla cinsi münasibətdə olacaq qədər həya aradan qalxar».243
«Cinayətlər çoxalmayana kimi qiyamət qopmaz».244
Taliqana (Əfqanıstana) yazıq oldu. Şübhəsiz ki, Uca Allahın orada qızıl və gümüş olmayan xəzinələri vardır. Orada Allahı haqqı ilə bilən insanlar vardır.245
Hədisdə Əfqanıstanın axırzamanda işğal ediləcəyinə işarə var. Rusların Əfqanıstanı işğalı 1979-cu ilə, hicrətin 1400-cü ili, başqa bir ifadə ilə hicrətin XIV əsrinin başlanğıcına uyğun gəlir.
|
These pictures show examples of the oppression suffered by the people of Afghanistan during the invasion by the Russian army in 1979. |
Rəsulullah: «Fərat çayı qızıl bir dağın üzərindən açılmayana kimi qiyamət qopmayacaqdır...»246
Fərat çayının suyu çəkilərək qızıl xəzinəsini açığa çıxarması vaxtı yaxınlaşır. Hər kim həmin vaxtı orada olarsa, o xəzinədən heç nə almasın.247
|
Water Crisis in The Neighboring Countries Tension in Syria and Iraq rises as the time draws near when of the flow of water from Euphrates will be shut. Turkey will shut the flow of water from Euphrates between January 13-February 13.
As can be seen from the diagram below, the dam resembles a huge concrete mountain. From this dam (the mountain according to the analogy of the hadith) pours a fortune as valuable as gold. For that reason the dam assumes the nature of a "mountain of gold." (Allah knows best.)
Thanks to the new dam, these lands have come to be "worth their weight in gold" since electricity can now be produced, the fertility of the soil has been increased now that the water collected can be used for irrigation, and communications have been made easier. |
Dünyanın xaraba olan yerlərinin bərpası, bərpa edilmiş yerlərin xarabaya qalması qiyamətin şərti və əlamətlərindəndir.248
|
The Reichstag (German Parliament) after its destruction in 1945. The picture below shows the same building in 1999, after reconstruction. Many buildings are being restored and brought back to their former appearance in the same way. |
Mehdi üçün 2 əlamət var... Bunun birincisi, Ramazan ayının birinci gecəsi Ayın, ikincisi də ortasında Günəşin tutulmasıdır.249
Mehdinin çıxmasından əvvəl bir Ramazan ərzində Günəş iki dəfə tutulacaqdır.250
Ramazanda iki dəfə Ay tutulması olacaqdır.251
Yuxarıdakı hədislərdən çıxan ortaq nəticələr bunlardır:
1. Ramazan ayında Ay və Günəş tutulmaları olacaqdır.
2. Bu tutulmalar təxminən 14-15 gün ara ilə olacaqdır.
3. Tutulmalar iki dəfə təkrarlanacaqdır.
Buna uyğun olaraq 1981-ci ildə (hicrətin 1401-ci ilində) Ramazan ayının 15-ci günü Ay, 29-cu günü Günəş tutulmuşdur. Yenə «ikinci olaraq», 1982-ci ildə (hicrətin 1402-ci ilində) Ramazan ayının 14-cü günü Ay, 28-ci günü də Günəş tutulmuşdur.
Həmçinin bu hadisədə Ayın Ramazan ayının tam ortasında BƏDRLƏNMİŞ AY halında tutulması və diqqətləri çəkəcək bir əlamət olaraq ortaya çıxması da son dərəcə mənalıdır.
|
Top right: A picture of the July 31, 1981, solar eclipse. Bottom right: Sky Telescope Magazine, July 1999. Bottom right: A picture of the 1981 eclipse carried by Sky Telescope magazine in its July 1999 edition. Left: The calendar on the left shows the dates of the lunar and solar eclipses of 1981 and 1982. |
O gəlməmişdən əvvəl, şərqdən işıq saçan bir quyruqlu ulduz görünəcəkdir.252
O ulduzun çıxması, Günəş və Ay tutulmasından sonra olacaqdır.253
Şərq tərəfindən bir quyruqlu ulduz çıxıb işıq saçacaqdır. Onun hər günkü keçid istiqaməti şərqdən qərbədir.254
- 1986-cı ildə (hicri 1406-cı ildə), yəni XIV əsrin əvvəllərində «Halley» quyruqlu ulduzu dünyamızın yaxınlığından keçmişdir. Bu quyruqlu ulduz parlaq, işıqlı bir ulduzdur.
- Hərəkət istiqaməti şərqdən qərbə tərəfdir.
- 1981 və 1982-ci (1401 - 1402) illərdə meydana gələn Ay və Günəş tutulmaları hadisəsindən sonra ortaya çıxmışdır.
|
20th Chronicle (3/1986) p. 1278 On March 6, the Soviet Vega-1 spacecraft flew within 5,500 miles of Halley's comet, sending back the first pictures of the comet's icy core. |
İnsanlar başlarında bir imam olmadığı halda, həcc edərlər. Minaya gələndə ətrafları, itlərin bir-birinə girişdiyi kimi qəbilələrin bir-birinə girməsi ilə böyük döyüşlər baş verər. Belə ki, ayaqlar qan gölü içində qalar.255
Şərqdən üç və ya yeddi gün ardıcıllıqla böyük bir atəş çıxacaq, göydə qaranlıq müşahidə ediləcək, göydə həmişə görünən qırmızılığın əksinə, başqa qırmızımtıllıq yayılacaq.256
|
In 1979, there was a massacre in an attack on the Kaaba during the hajj pilgrimage, just as had been revealed in a hadith. This bloody attack on the Kaaba took place on Muharram 1, 1400, (November 21, 1979), in other words on the first day of Hijri 1400, at the beginning of the period when signs of the final times began to follow one another. |
|
The inside story on the clashes in Mecca: THE HARAM ESH-SHARIF (THE TEMPLE MOUNT) WAS UNDER THE THREAT OF OCCUPATION (right picture) Iranian pilgrims attempted to hold a demonstration carrying posters of Khomeini. CLASH IN MECCA: Death toll at 402 (left picture) Seven years after the attack on the Kaaba in 1979 (Hijri 1400) in Hijri 1407, an even bloodier incident took place during the hajj. Hadjis demonstrating on the streets were attacked: 402 people were killed and many more injured. It was a great sin for Muslims (Saudi soldiers and Iranian hadjis) to kill one another next to the Beyt-ul Muazzama. These bloody incidents bear a great similarity to the climate described in the hadiths. |
Bir atəş sizi saracaqdı. Həmin atəş bu gün Bərəhut adlandırılan vadidə sönmüş vəziyyətdir. O atəş içində müdhiş əzab olduğu halda, insanları əhatələyər. O atəş insanları, malları yandırıb yaxar. Səkkiz gün ərzində küləklə bulud kimi uçaraq dünyanın hər tərəfinə yayılar. Gecənin istiliyi günortanın hərarətindən daha da şiddətlidir. Həmin atəş insanların başının üstündən ərşin altına kimi təxminən dünya ilə səma arasında göy gurultusu kimi dəhşətli gurultusu olar, - buyurdu.257
- Kuveytdə yanan neft insanların və heyvanların ölümünə səbəb olmuşdur. Mütəxəssislərə görə, gündə yarım milyon ton neft yanaraq tüstü halında atmosferə qarışır. Hər gün 10 min tondan çox hiss, kükürd, karbondioksid və çox miqdarda xərçəng xəstəliyi yaradan hidrokarbonatlar bulud kimi körfəzin üzərində asılı durur... Təkcə Körfəz deyil, onun timsalında dünya yanır.258
- Yandırılan iki quyu Türkiyənin bir gündə çıxara bildiyi miqdarda neft hasil edir və dumanlar 55 km uzaqlıqda Səudiyyə Ərəbistanından da görünürdü.259
- Körfəzdə sönməyə dair fəlakət xəbərləri: Kuveytdə yandırılan yüzlərlə neft quyusu alov-alov yanır. Mütəxəssislərin «söndürmək üçün çox çətin» dedikləri neft quyularındakı yanğının Türkiyədən Hindistana kimi geniş bir ərazini ən azı 10 il müddətdə təsir edəcəyi bildirilir.
Yandırılan neft quyularından çıxan atəş və tüstülər davamlı olaraq atmosferi kirlədir. Kuveyt gecələr gündüz mənzərəsi kimi idi. Alovlarla yüksələn duman rəngli tüstü Kuveyt səmalarında payızdan qış fəslinə keçidi xatırladır... Kuveytin yenidən yaşayış yeri halına gəlməsi üçün ən az bir illik vaxta ehtiyacı var. Kilometrlərlə uzanan alovlarla birlikdə yüksələn tüstülər Kuveyt səmalarını tamamilə əhatə edərək, ölkəni yaşanmaz hala gətirir və imkanlılar Kuveyti tərk edirlər.260
|
In July 1991, Iraq invaded Kuwait, and as a result of the burning of the Kuwaiti oil wells Kuwait, and the Persian Gulf were engulfed in flames. |
O, (Mehdi), Günəşdən bir əlamət olana kimi gəlməyəcəkdir.261
1999-cu ilin avqust ayının 11-də baş verən Günəş tutulması əsrimizin axırıncı tam Günəş tutulmasıdır. İlk dəfə bu qədər çox insan Günəş tutulmasını bu qədər uzun müddət seyr edə bilmiş, görmək imkanı tapmışdılar. Aşağıda 1999-cu ildə baş verən Günəş tutulması ilə əlaqədər dərc edilən bəzi qəzet xəbərləri verilib. Bu hadisə də hədisdə bildirilən «Günəşdən bir əlamət» olaraq dəyərləndirilə bilər. (Doğrusunu Allah bilir)
|
This portent from the Sun may be the great explosion that took place in the twentieth century. On the left of the picture to the side is an image of the Sun taken in 1996. The image on the right was taken in 2000, and shows its latest appearance, after the explosion. |
|
23.02.2009 Güneş Gazetesi 03.04.2009 Dokuz Sütun |
Tozlu-dumanlı, qaranlıq bir fitnə görünəcək, bunun ardınca digərləri gələcək... 262
Fitnə «insanın ağlını və ürəyini birbaşa haqq və həqiqətdən azdıracaq şey, döyüş, azdırmaq, qarışıqlıq, ixtilaf, dava» kimi mənalara gələn bir kəlmədir. Hədisdə bu fitnənin ardınca toz və duman buraxacağı bildirilir.
Həmçinin bu fitnənin «qaranlıq» olaraq bildirilməsi, hardan gəldiyi bilinməyən, gözlənilməyən bir hadisə olduğuna işarə olaraq qəbul edilir. Bu prizmadan məsələyə yanaşanda, hədisin 2001-ci ilin 11 sentyabr ayında Amerika Birləşmiş Ştatlarının Nyu York və Vaşinqton şəhərlərində meydana gələn, dünya tarixinin ən böyük terror hadisəsi olaraq qeyd edilən, hücuma məruz qalmasına işarə etməsi ehtimalı ola bilər.
Ondan əvvəl Şam (Dəməşq) və Misir məlikləri öldürüləcəkdir...263
Anwar Sadat, who came to power in Egypt in 1970 and remained there for 11 years, was killed by his opponents during a military march-past in 1981. Other Egyptian leaders who have been killed include Prime Minister Boutros Ghali, assassinated in 1910, and Prime Minister Mahmoud Nukrashy Pasha, assassinated in 1948. Bashir Gemayel, the assasinated phalange President of Lebanon |
|
|
The word Sham is not only used for the city of Damascus in Syria. The world means "left" in Arabic, and has long been used to refer to those countries to the left of the Hijaz region (where the cities of Mecca and Medina stand). Many leaders have been killed in the region. Some of these are: Former Syrian Prime Minister Salah al-Deen Beetar (bottom left), killed in 1980, Syrian Prime Minister Droubi Pasha, killed in 1921, Syrian Prime Minister Muhsin al-Barazi, assassinated in 1949, King Abdullah of Jordan, killed in 1851, and Lebanese Phalange leader Bashir Gemayel (above right), killed in a bomb attack in 1982. |
"Şam əhli misirli qəbilələri əsir alacaqlar".264
|
On October 26, 1956, Israel attacked Egypt and began to occupy the Sinai Peninsula. The fighting ended shortly afterwards following intervention by the United Nations, and a UN peacekeeping force was stationed on the Israeli border.
The 1967 Six-Day War was another war between Israel and Egypt. By the end of the war, Israel had captured all of the Gaza Strip and the Sinai peninsula, the West Bank of the River Jordan, the city of Jerusalem and the Golan Heights. |
Bu hadisələr meydana gəlməyənə kimi qiyamət qopmayacaqdır... zəlzələlər çoxalacaq...265
Qiyamətdən əvvəl iki böyük hadisə var... və sonra da zəlzələli illər.266
Axırzaman Əlamətləri Günümüzdə Bir-Birinin Ardınca Baş Verir
Peyğəmbərimizdən rəvayət edilən hədislərdə axırzamanın və Qızıl dövrün əlamətləri xəbər verilmişdir. Günümüzdə baş verən hadisələri bu əlamətlərlə müqayisə edəndə isə axırzamanın hazırda yaşadığımız dövr olduğunu göstərən və eyni zamanda Qızıl dövrün gəlişini müjdələyən bir çox işarələr görürük.
Bunu da qeyd etməliyik ki, bu fəsildə bəhs etdiyimiz hədislərdə bildirilən əlamətlərin bir hissəsi 1400 illik İslam tarixinin hər hansı bir dövründə, dünyanın müəyyən bir ərazisində müəyyən faizdə görünə bilər. Belə bir vəziyyət həmin dövrün axırzaman olduğunu göstərməz. Çünki bir dövrün axırzaman olaraq adlandırılması üçün qiyamət əlamətlərinin hamısı eyni dövrdə, ardıcıllıqla baş verməlidir. Bu vəziyyət bir hədisdə belə ifadə edilmişdir:
«Qiyamət əlamətləri bir-birinin ardınca baş verir. Bir boyunbağıdakı muncuqların dalbadal qopması kimi...»267
Axırzamanın başlanğıcı, hədislərdə fitnələrin çoxaldığı, müharibələrin və iğtişaşların artdığı, dünyada əxlaqsızlığın çox yayıldığı, din əxlaqından uzaq bir xaos şəraiti olaraq bildirilmişdir. Həmin dövrdə dünyanın hər yerində təbii fəlakətlər baş verəcək, yoxsulluğun səviyyəsi heç bir dövrdə olmadığı qədər artacaq, cinayətlərin nisbətində çox böyük yüksəlmə olacaq, cinayətlər və qətliamlar bir-birini təqib edəcəkdir. Ancaq bu, axırzamanın ilk mərhələsidir, ikinci mərhələdə Allah bəşəri bu xaos şəraitindən xilas edəcək, bolluq, bərəkət, rifah və əmin-amanlıq dolu bir həyat ilə bəndələrini nemətləndirəcəkdir.
«Hündür binalar tikilməyənə kimi... qiyamət qopmaz».268
«Bu hadisələr baş verməyənə kimi qiyamət qopmayacaqdır... Hündür binalar tikməkdə insanlar bir-birləri ilə yarışacaqlar».269
«Bu hadisələr baş verməyənədək qiyamət qopmayacaqdır... Vaxt qısalacaq və vasitələrlə məsafələr qısalacaq».270
Vaxt qısalıb il ay, ay həftə, həftə gün, gün saat, saat da od yandıracaq qədər az vaxt halına gəlməyənə kimi qiyamət qopmaz.271
Yaşadığımız əsrin səsdən sürətli təyyarələri, qatarları və başqa inkişaf etmiş nəqliyyat vasitələri ilə qədim dövrlərdə aylarla davam edən səyahətlər indi bir neçə saatın ərzində, həm də daha güvənli, rahat və komfortlu tərzdə edilə bilirlər. Hədisin işarəsi də bu şəkildə baş vermişdir.
Əsrlərlə əvvəl qitələr arasında həftələrlə davam edən xəbərləşmək hazırda internet və rabitə texnologiyaları ilə saniyələr ərzində həll edilir. Keçmişin karvanları ilə aylarla davam edən səyahətlər nəticəsində əldə edilən əşyalarını hazırda dərhal təmin etmək mümkündür. Çox deyil, hələ bir neçə əsr əvvəl bircə kitabın yazılması üçün lazım olan vaxtda bu gün milyardlarla kitab çap edilə bilir. Bütün bunlarla yanaşı, təmizlik, yemək bişirmək, uşağa baxmaq kimi gündəlik işlər «texnologiya ecazkarlığı» alətlərin köməyi ilə vaxt almadan həyata keçirilir.
Bu misallar asanlıqla çoxaldıla bilər. Əlbəttə, burada üzərində durmalı olan Peyğəmbərimizin (s) VII əsrdə xəbər verdiyi qiyamət əlamətlərinin günümüzdə eyni ilə baş verməsidir.
|
1. Türkiye Gazetesi, 1 February 2002 | 2. Hürriyet Gazetesi, 19 March 2000 |
İnsana qamçısının ucu danışmayana kimi... qiyamət qopmaz.272
Bilindiyi kimi, qamçı qədim dövrlərdə, xüsusilə at, dəvə kimi minik heyvanlarını sürərkən geniş yayılmış bir vasitədir, hədis tədqiq ediləndə Peyğəmbərimizin (s) bir təşbeh etdiyi məlum olur. Dövrümüzdə yaşayan insanlara belə bir sual soruşaq: «Qamçının şəklinə oxşada biləcəyimiz və danışan nəsnə nədir?»
Bu sualın ən məntiqli cavabı antenaları ilə diqqətimizi cəlb edən simsiz cib (mobil) telefonu və ya oxşar rabitə vasitələri olacaqdır. Cib telefonu və ya peyk telefonu kimi simsiz rabitə vasitələrinin çox qısa bir keçmişi olduğunu nəzərə alsaq, Peyğəmbərimizin (s) 1400 il əvvəl etdiyi təsvirin nə qədər hikmətli olduğu aydın olacaqdır. Qiyamətdən əvvəl zaman kəsiyinin içində olduğumuza dair bir xəbər də beləliklə təcəlli etmişdir.
İnsana (öz) səsi danışmayana kimi... qiyamət qopmaz.273
Hədisdəki mesaj çox aydındır: İnsanın öz səsini eşitməsinin axırzamanın bir xüsusiyyəti olduğu bildirilir. Şübhəsiz ki, insanın öz səsini eşidə bilməsi üçün əvvəlcə səsini yazması, sonra da qulaq asması lazımdır. Səs yazan və reproduksiya texnologiyası da XX əsrin bir məhsuludur. Bu inkişaf elmi bir mərhələ olmuş, xəbər ötürmə və media sektorlarının inkişafına səbəb olmuşdur. Səsin yazılması xüsusilə kompüter və lazer texnologiyalarındakı inkişaflarla daha da təkmilləşmişdir.
Qısası, günümüzün elektron alətləri, mikrafonları və səs gücləndiriciləri səsin yazılmasına və qulaq asılmasına imkan yaradır və bizə yuxarıdakı hədisin verdiyi xəbərin təcəlli etdiyini göstərir.
Həmin günün əlaməti: Səmadan bir əl uzanacaq, insanlar ona baxacaq və görəcəklər.274
O günün əlaməti səmada uzadılmış və insanların özünə baxdığı bir əldir.275
Yuxarıdakı hədislərdə bildirilən «əl» kəlməsinin ərəb dilindəki əsli «yəd»dir. Bu sözün lüğətdəki mənaları «əl»lə yanaşı, «güc, qüdrət, vasitə, qüvvət»dir. Bu hədisdə də həmin mənalarda işlədilməsi mümkündür.
İnsanların baxanda görə biləcəkləri bir «güc, qüdrət, vasitə, qüvvət» keçmiş vaxtlar üçün çox məna daşımır. Ancaq bu günün dünyasının imtina edilməz bir hissəsi olan televizor, kamera və kompüter kimi cihazlar hədislərdə bildirilən hadisəyə dəqiq olaraq aydınlıq gətirir. Yəni bu hədisdə bildirilən «əl» ifadəsi güc mənasında işlədilmişdir. Göydən dalğalar halında gələn görüntülərlə, yəni televizor yayımına işarə etdiyi bildirilir.
«İnsanlar bir miqdar buğda əkəndə əvəzində yeddi yüz miqdar tapacaq... İnsan bir neçə ovuc toxum atacaq 700 ovuca həsəd edəcəkdir... Çox yağış yağmasına baxmayaraq, bir damcısı da boşa getməyəcək».276
|
a)The increase in wheat production was described in on the website www.worldbank.org/html/cgiar/press/wheat3.html: Wheat is century's miracle crop. ‹smail Serageldin, World Bank vice president for Environmentally Sustainable Development and CGIAR chairman, said: 'WHEAT IS THIS CENTURY'S MIRACLE CROP' He continued: 'Increased wheat productivity has prevented widespread food shortages and stabilized the food security of Asia, Latin America and, to some extent, Africa.' b)The figures for wheat production between 1981-2 and 1999-2000 on the www.economic.idsc.gov.eg/book/agri cul.htm website show a 90% rise. |
|
Zaman Gazetesi, 7 October 1996 Technology is advancing at a rapid pace today. The quality and quantity of products are being greatly increased. This rapid development, particularly in genetic science, is creating a revolution in agricultural technology, the same way as in all aspects of technology. |
Onun dövründə... ömürlər uzanacaqdır.277
|
More than half of the developments regarding life extension have taken place in the twentieth century. Information on this subject is available on the website you see below (www.hsph.harvard.edu/review/special.htm) According to this page, "Life expectancy in the United States, for example, has risen from 47 years in 1900 to 78 years in 1995….First, when people are poor, they die young, and miniscule increases in per capita incomes can have a major impact on life expectancy. Second, even if you were enormously wealthy in 1900, there were 25 years of life expectancy you could not buy, which in 1990 could be gained even at relatively modest incomes." The website below (www.viewzone.com/aging.html) includes some statistics. According to these, new born babies will have a potential average life span of 76 years, but this average is subject to change, because "In 1796, life expectancy was 24 years. A hundred years later it doubled to 48. Right now, it's 76." "Over half the baby boomers here in America are going to see their hundredth birthday and beyond in excellent health," says Dr. Ronald Klatz of the American Academy of Anti-Aging. |
Nəticə
Allah Quranda peyğəmbərlərin əksəriyyətini möcüzələrlə göndərdiyini bildirir. Məsələn, Hz.Musa əsasını atanda əsası ilan şəklinə bürünmüşdü, əlini qoynuna salanda əli ağ olaraq çıxmışdı. Əsasını dənizə vuranda isə dəniz iki yerə ayrılaraq inananlara quru yol olmuşdu. Hz.İsa isə atasız dünyaya gəlmişdi, hələ beşikdə ikən danışmışdı, bir möcüzə olaraq xəstələri yaxşılaşdıra bilirdi... Bütün bu möcüzələr peyğəmbərlərin insanları razı salmaları, özlərinə inandırmaları üçün Allah dərgahından onlara verilmiş böyük dəstək və yardımdır.
Allah Hz.Muhəmmədin (s) də həm Quranda bildirilən möcüzələrlə, həm də ona bildirdiyi qeyb xəbərləri ilə dəstəkləmişdir. Peyğəmbərimiz (s) yaxın və uzaq gələcəkdə baş verəcək hadisələri bəzi təfərrüatları ilə xəbər vermişdir. Bunların baş verdiyini görmək isə həm möminlərin həvəslərinin artmasına səbəb olur, həm də iman gətirməyənlərin ürəklərinin İslama isinişərək iman gətirmələrinə səbəb olur.
Yaşadığı dövrdə baş verməsi imkansız kimi görünən, hətta necə gerçəkləşəcəyi xəyal edilə bilməyən hadisələrin bir-birinin ardınca baş verməsi Allahın Peyğəmbərimizə xüsusi bir elm verdiyinin açıq bir dəlilidir.
Bunu da bildirmək lazımdır ki, hidayət tapmayanlar Peyğəmbərimizin və Quranın aydın dəlillərinə, möcüzələrinə baxmayaraq, iman gətirməyəcəkdir. Allah bu həqiqəti Quranda belə bildirir:
«Allaha ürəkdən and içdilər ki, əgər onlara bir ayə gəlsə, ona mütləq inanacaqlar. De: "Ayələr ancaq Allahın yanındadır. Siz nədən bilirsiniz ki, onlara ayə gəldikdə yenə də iman gətirməyəcəklər?"» («Ənam» surəsi, 109)