Peyğəmbərimiz Uca Allanın «...O, Allahın Rəsulu və peyğəmbərlərin sonuncusudur» («Əhzab» surəsi, 40) ayəsində bildirildiyi kimi, insanlar üçün sonuncu peyğəmbər olaraq göndərdiyi, ən axırıncı kitabını vəhy etdiyi, gözəl əxlaqı, təqvası, Allaha olan yaxınlığı ilə insanlara nümunə etdiyi, Rəbbimizin dərgahında üstünlüyü olan, Allahın və möminlərin dostu, ən yaxını və vəlisidir.
Allah «Həqiqətən, Biz sənə ağır bir kəlam vəhy edəcəyik» («Muzəmmil» surəsi, 5) ayəsi ilə bildirdiyi kimi, sonuncu peyğəmbər olan Hz.Muhəmmədə (s) mühüm bir məsuliyyət vermişdir. Peyğəmbərimiz (s) isə Allaha olan güclü imanı ilə Allahın ona verdiyi məsuliyyəti ən gözəl tərzdə yerinə yetirmiş, insanları Allahın yoluna, hidayətə dəvət etmiş və bütün inananların rəhbəri və aydınladanı olmuşdur.
Peyğəmbərimizi (s) görməsək də, Quran ayələrindən və hədislərdən onun gözəl davranışlarını, danışıqlarını, göstərdiyi gözəl əxlaqı tanıya bilər, ona oxşamaq, axirətdə onunla yaxın bir dost ola bilmək üçün əlimizdən gələn səyi artıqlaması ilə göstərə bilərik.