Peyğəmbərimiz (s.ə.v) bundan 1400 il əvvəl, Axırzamanda insanlar arasında iki epidemik xəstəliyin yayılacağını bildirmişdir. Həmçinin Peyğəmbərimiz (s.ə.v)-in bu xəstəliklər barəsində verdiyi təfsilatlı məlumatlar, bunları daha asan müəyyənləşdirə bilməyimizi mümkün edir. Bəhs etdiyimiz xəstəliklər, Axırzaman əlamətlərinin sıx şəkildə yaşandığı son illərdə bir-birinin ardınca ortaya çıxan; hər ikisi də ölümcül və epidemik xəstəliklər olan quş və donuz qripləridir (doğrusunu Allah bilər). Bu mövzudakı bəzi hədislər belədir:
"Altı şey qiyamətdən əvvəl olar: ...Sonra çox ölən olar. Sizin aranızda qoyunların burunlarından axan və qəflətən öldürən xəstəlik kimi, ölümcül iki xəstəlik yayılacaq". (Sahih–i Buhari, cizye (2/278 fethul bari))
"İnsanlarda şiddətli qorxmadıqca, Hz. Mehdi (ə.s) zühur etməz. Ondan əvvəl zəlzələlər, fitnələr, insanların başına gələn bəlalar və taun (vəba) xəstəliyi zühur edəcək... Məhz həmin vaxt (hz. Mehdi (ə.s)) zühur edəcək. Ona yetişənə və onun köməkçilərindən olanlara müjdələr olsun. Ona (hz. Mehdi (ə.s)-a) müxalifət edənlərə və əmrinə qarşı çıxanlara ayıb olsun". (Fera idu Fevaidi'l Fikr Fi'l İmam el-Mehdi el-Muhtazar)
A (H1N1) donuz qripi ilə A (H5N1) quş qripi virusları, bu heyvanların tənəffüs yollarındakı hüceyrələrin reseptorlarına yerləşir. Həm quşlar, həm də donuzların milyonlarla ildir mövcud olan canlılar olmalarına baxmayaraq, Peyğəmbərimiz (s.ə.v)-in bildirdiyi kimi, bu zamanda epidemik xəstəliklərə səbəb olmaları, Axırzamanda yaşadığımıza digər bir dəlilidir. Bəhs edilən vəziyyət, tam da hz. Mehdi (ə.s)-ın zühur dövründə, Allahın əmri ilə insanlar arasında yayılmışdır.
Qiyamətdən əvvəl altı (şey) say: Ölümüm, Məscidül-Əqsanın fəthi, sonra qoyunun kuası (sinədə meydana gələn öldürücü sancı) kimi, saysız ölüm hadisələri... (Kıyamet Alametleri, səh. 123)
Ani ölümlər də qiyamət əlamətlərindəndir. (Kıyamet Alametleri, səh. 147)
Hazırda ani ölümlərə səbəb olan xəstəliklərin sayında artım var. Xüsusilə müxtəlif qidalanma və həyat tərzi pozuntularından ötrü, ürək infarktı nisbətlərinin yüksəlməsi bu ani ölüm səbəblərindən biridir.
"Cinayətlər çoxalmadıqca... qiyamət qopmaz". (Ölüm, Kıyamet ve Diriliş, səh. 468)
...Fitnələr, qorxulu hallar və cinayətlərin görünməsi. (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 39)
Rəsulullah: "Hərc çoxalmadıqca qiyamət qopmaz!" deyə buyurmuşdu. (Yanındakılar:) "Hərc nədir ey Allahın Rəsulu?" deyə soruşdular. "Öldürmək! Öldürmək!" deyə buyurdu". (Müslim, Fiten: 18, 157)
"...Qan tökülməsi... qiyamət əlamətlərindəndir". (Kıyamet Alametleri, səh. 142)
“Qiyamət qopmasından əvvəl mütləq bəzi hərc hadisələri var” deyə buyurdu. Mən də: “Ey Allahın Rəsulu, hərc nədir” deyə soruşdum. Rəsulu-Əkrəm; “öldürməkdir, yəni cinayətlərdir” deyə buyurdu... “Bu öldürməkdəki məqsəd, müşrikləri öldürmək deyil. Lakin bir-birinizi öldürmənizdir. Hətta o dərəcə də ki, insanın qonşusunu, əmisinin oğlunu və yaxın qohumunu öldürməsidir” deyə buyurdu. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 385, no. 711)
Cinayət hadisələrindəki artım Axırzamanın əlamətlərindəndir. Hazırda bəzi insanların adam öldürtmək üçün qatil tutduqları, bəzi insanların qeyri-qanuni təşkilatlanmalarla cinayət şəbəkələri yaratdıqları nəzərə alınsa, bu hədisin xəbər verdiyi hadisələrin gerçəkləşdiyi də görüləcək.
İnsanlar öz canlarına qıyarlar və yer üzünü bəlalar bürüyər. (Kitabü'n-Nihaye, İbn-i Kesir, 1/131)
Bu mütləqdir ki, yaxın gələcəkdə fitnə, təfriqə və ixtilaf (lar törədən bəzi insan) lar olacaq. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 376, no. 685)
İnsan, qardaşını öldürmədikcə qiyamət qopmaz. (Kıyamet alametleri, səh. 141)
Qəlblər bir-birindən nifrət etmədikcə, fikirlər ayrılmadıqca, doğma qardaşlar dində ixtilafa düşmədikcə qiyamət qopmaz. (Kıyamet alametleri, səh. 142-143)
Zairdə Hutu və Tutsi qəbilələri arasında baş verən vətəndaş müharibəsi, 20-ci əsrdə baş verən vətəndaş müharibələrinə çox mühüm nümunədir. 1964-cü ildə hakimiyyətə gələn polkovnik Cozef Mobutu (Joseph Mobutu) ölkəsinin əlindəki bütün mineral resursları qərbli ölkələrə açdı. Ölkənin ictimai nizamı üçün heç nə etməyən Mobutu illərlə öz sərvətini artırdı. Bununla da başlayan qəbilə vuruşmaları çox böyük soyqırıma da səhnə oldu. Yarım milyona yaxın insan öldü.
Etnik irqlər arasında yaşanan müharibələr, yəni "soy qoruyuculuğu", təkcə Zairdə deyil, bir çox ölkədə vəhşi səhnələrin yaşanması ilə nəticələndi. Allah Quranda din əxlaqından uzaq cahil insanların bu nifrət dolu soy qoruyuculuqlarına belə diqqət çəkmişdir:
Bir zaman o inkar edənlər, öz qəlblərində, “qəzəbli soy qoruyuculuğu”nu (təəssübünü), cahillərin “qəzəbli soy qoruyuculuğunu” qızışdırdıqları zaman, dərhal Allah; elçisinin və möminlərin üzərinə “(qəlbi təskin edən) güvən və sakitləşmə duyğusunu” endirdi və onları "təqva sözü" üzərində "qətiyyətlə ayaqda tutdu". Onsuz da onlar da buna layiq və əhl idilər. Allah hər şeyi layiqincə biləndir. (Fəth surəsi, 26)
Allahın qadağan etdiyi bu düşmənçilik və kin, Axırzamanın ilk dövründə də görüləcək. Hz. İsa (ə.s)-ın təkrar yer üzünə qayıtması isə, bütün bu düşmənçiliyin, müharibələrin, qarşıdurmaların bitdiyi, dünyaya sülh və əmin-amanlığın hakim olduğu mübarək bir dövr olacaq.
Qiyamətin yaxınlaşmasına doğru... savadlılar çoxalar. (Müslim, Ahmed bin Hanbel; Son Zamanlarla İlgili Hadisler, səh. 98; Ramuz-El Ehadis, 1/121)
20-ci və 21-ci əsri ötən əsrlərdən fərqləndirən mühüm bir xüsusiyyət də savadlıların nisbətində baş verən artımdır. Keçmiş dövrlərdə təhsil, cəmiyyətin müəyyən seqmentinin sahib olduğu imtiyaz statusunda qalmışdır. 20-ci əsrin sonlarına doğru isə başda YUNESKO olmaqla, hökumətlər və qeyri-hökumət təşkilatları dünya səviyyəsində kampaniyalar təşkil ediblər. Bu təhsil səfərbərliyi, texnoloji yeniliklərin də insanların xidməti üçün istifadə edilməsi ilə birlikdə dövrümüzdə bəhrəsini verir. YUNESKO-nun 2003-cü ildə dərc olunan hesabatına görə, dünya əhalisinin 84%-i savadlıdır.(54)
Şübhəsiz ki, bu göstərici ötən on dörd əsr ərzindəki ən yüksək göstəricidir.
Bu hadisələr baş vermədikcə qiyamət qopmayacaq... Zaman qısalacaq və vasitələrlə gedilən məsafələr qısalacaq. (Buhari, Fiten: 25; Ahmed bin Hanbel, Müsned, 2/313)
Minik vasitəsinə minmiş kimsə, İraqla Məkkə arasında yolu azma narahatlığından başqa heç bir qorxu yaşamadan səyahət etmədikcə qiyamət qopmaz. (Müntehab-ı Kenzu’l-Ummal, 2/370-371)
Onun dövründə dəvələrə ehtiyac qalmaz. (Geleceğin Tarihi 3, səh. 183)
Yaşadığımız əsrin səsdən sürətli təyyarələri, qatarları və digər təkmilləşmiş nəqliyyat vasitələriylə, keçmiş dövrlərdə aylarla davam edən səfərlər indi bir neçə saat ərzində, üstəlik, olduqca etibarlı, rahat və komfortlu şəkildə edilir. Hədisin işarəsi də bu yolla gerçəkləşir.
Dövrümüzün qabaqcıl texnologiya məhsulu olan nəqliyyat vasitələrinə Allah Quranda belə işarə etmişdir:
Onlara minməyiniz və bəzək üçün atları, qatırları və eşşəkləri (yaratdı). Eləcə də, hələ sizin bilmədiyiniz nələri yaratmaqdadır. (Nəhl surəsi, 8)
Peyğəmbərimiz (s.ə.v) başqa hədislərində isə zamanın qısalması barəsində bu məlumatları verib:
Zaman təqarub edərək (yaxınlaşaraq) gecə ilə gündüz bir-birinə yaxınlaşar... (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 374, no. 681)
Zaman qısalıb il ay, ay həftə, həftə gün, gün saat, saat da od yandıracaq qədər az zaman olmadıqca qiyamət qopmaz. (Tirmizi, İbn-i Mace, Ahmed bin Hanbel; Son Zamanlarla İlgili Hadisler, səh. 109)
Hz. Ənəs (r.ə) deyir: "Rəsulullah əleyhissalatu vəssalam buyurdular ki; zaman yaxınlaşmadıqca qiyamət qopmaz. Bu yaxınlaşma elə olar ki, bir il bir ay kimi, ay bir həftə kimi, həftə də bir gün kimi, gün saat kimi, saat da bir çırağın yanması kimi (qısa) olar. (Tirmizi, Zühd: 24, 2333)
Bu hədislərdə də göründüyü kimi, Axırzamanda keçmişə görə böyük zaman qazancı olacaq. Necə ki, əsrlər əvvəl qitələr arasında həftələrlə zaman tələb edən xəbərləşmə dövrümüzdə internet və rabitə texnologiyaları sayəsində saniyələr ərzində tamamlanır. Keçmişdəki karvanlarla aylarla davam edən səyahətlər nəticəsində əldə edilən əşyaları, zəmanəmizdə qısa müddətdə təmin etmək mümkündür. Çox deyil, hələ bir neçə əsr əvvəl tək bir kitabın yazılması üçün keçən müddətdə, bu gün milyonlarla kitab nəşr oluna bilir. Bütün bunlarla yanaşı, təmizlik, yemək bişirmə, uşaq baxımı kimi gündəlik işlər, təkmilləşmiş texnologiya məhsullarının köməyi ilə vaxt almaqdan kənara çıxmışdır.
Bu nümunələr asanlıqla çoxaldıla bilər. Əlbəttə, burada üzərində dayanılması lazım olan Peyğəmbərimiz (s.ə.v)-in 7-ci əsrdə xəbər verdiyi qiyamət əlamətlərinin dövrümüzdə eynilə gerçəkləşməsidir.
"Ey Ənəs! İnsanlar şəhərləşəcəklər, o şəhərlərdən bəzilərinə: "Bəsrə və Qüseyr" deyiləcək". (Ölüm, Kıyamet ve Diriliş, İmam Şarani, səh. 490)
Xüsusilə 19-cu əsrin ikinci yarısından etibarən təsirini göstərən sənaye inqilabı ilə birlikdə, insanlar çöllük əraziləri tərk edib şəhərlərə yerləşməyə başlayıblar. O dövrdən bəri də şəhərlərdəki əhali hər ötən il getdikcə artır. Aparılan araşdırmalar təkcə ölkəmizdə (Türkiyə) 2020-ci ildə şəhərlərdə yaşayacaq əhalinin, ölkə əhalisinin 80%-ni təşkil edəcəyini göstərir.(55) Əvvəlki əsrlərdə görülməyən bu vəziyyətin, hədisdə bəhs olunan Axırzaman əlaməti olduğu olduqca dəqiqdir.
Hündür-hündür binalar inşa edilmədikcə... qiyamət qopmaz. (Ölüm, Kıyamet ve Diriliş, səh. 468)
Bu hadisələr baş vermədikcə qiyamət qopmayacaq... Hündür binalar inşa etməkdə insanlar bir-birləriylə yarışacaq. (Buhari, Fiten: 25; Ahmed bin Hanbel, Müsned, 2/313)
Binaların göydələnlər halına gəlməsi... (Kıyamet Alametleri, səh. 146)
Hündür mərtəbəli binalar 19-cu əsrin sonlarında inşa edilməyə başlanmışdır. Texnologiyanın inkişafı, poladdan istifadənin genişlənməsi və elektrik liftlərin istifadə edilməsi göydələnlərin inşasını sürətləndirmişdir. Göydələnlər 20-ci və 21-ci əsr memarlığının mühüm parçası olmuş, hazırda da bəziləri üçün sanki etibar simvoluna çevrilmişdir. Bu gün dünyanın ən hündür tikililərindən bəziləri və hündürlükləri müvafiq olaraq belədir(56):
CNN Tower (Kanada) - 555 m.
Oriental Pearl TV Tower (Çin) - 467 m.
Petronas Tower 1 və 2 (Malayziya) - 449 m.
Sears Tower (Çikaqo) - 443 m.
Hədisdə bildirilən, insanların hündür binalar inşa etmə yarışı da, ölkələrin daha hündür göydələnlər inşa edə bilmək üçün böyük rəqabət və yarış içərisinə girmələri ilə tam gerçəkləşmişdir. Bundan 1400 il əvvəl belə bir hadisənin xəbər verilmiş olması, əlbəttə, möcüzədir. Eyni zamanda da Peyğəmbərimiz (s.ə.v)-in xəbər verdiyi qiyamətdən əvvəlki Axırzaman dövrünün hazırda yaşandığının da mühüm əlamətlərindən biridir.
...Bazarlar yaxınlaşmadıqça qiyamət qopmaz. (Mecmeu'z-Zevaid, 7/327)
Dövrümüzdəki alış-veriş imkanları keçmişdəkiylə müqayisə olunmayacaq qədər inkişaf etmişdir. Həm kənd və qəsəbələrə qədər hər yerdə insanların istədikləri kimi, alış-veriş edə biləcəkləri marketlər, alış-veriş mərkəzləri var, həm də nəqliyyatdakı sürət sayəsində insanlar keçmişdə çatma imkanı əldə edə bilmədikləri yerlərə çatıb alış-veriş etmə imkanına malikdir.
Həmçinin dövrümüzdə internet vasitəsilə alış-veriş imkanları da çox inkişaf etmişdir. Bir insan evində oturarkən alış-veriş edə bilir və dünyanın istədiyi bölgəsindəki istədiyi hər məhsulu satın ala bilir. Bu istiqamətiylə düşünüldüyü zaman, bazarlar insanların evlərinin içində kimidir.
İnsana qamçısının ucu danışmadıqca… qiyamət qopmaz. (Ölüm, Kıyamet ve Diriliş, səh. 471)
Qamçı məlum olduğu kimi, keçmiş dövrlərdə xüsusilə at, dəvə kimi minik heyvanlarını sürərkən geniş istifadə olunmuş vasitədir. Yuxarıdakı hədis araşdırıldığı zaman Peyğəmbərimiz (s.ə.v)-in bu sözləriylə bənzətmə etdiyi aydın olur. Dövrümüzdə "qamçının formasına bənzədə biləcəyimiz və danışan cisim nədir?" deyə sual versək, bu sualın ən məntiqli cavabı, antenaları ilə diqqət çəkən radioqəbuledici, mobil telefon və ya bənzəri rabitə vasitələri olacaq. Təkmilləşmiş texnologiyanın məhsulu olan bu cihazlar sahib olduqları qamçıya bənzər antenalarla diqqət çəkirlər. Mobil telefon və ya peyk telefonu kimi kabelsiz rabitə vasitələrinin çox qısa keçmişi olduğunu nəzərə alsaq, Peyğəmbərimiz (s.ə.v)-in 1400 il əvvəl etdiyi təsvirin də nə qədər hikmətli olduğu anlaşılacaq. Qiyamətdən əvvəlki zaman kəsiyində olduğumuza dair bir xəbər daha, beləliklə təcəlli etmişdir.
İnsana (öz) səsi danışmadıqca... qiyamət qopmaz. (Ölüm, Kıyamet ve Diriliş, səh. 471)
Hədisdəki mesaj olduqca aydındır: İnsanın öz səsini eşitməsinin Axırzamanın bir xüsusiyyəti olduğu bildirilir. Şübhəsiz ki, insanın öz səsini eşidə bilməsi üçün əvvəlcə səsini qeydə almalı və sonra da dinləməlidir. Səs qeydəalma və köçürmə texnologiyası da 20-ci əsrin bir məhsuludur; bu inkişaf elmi dönüş nöqtəsi olmuş, rabitə və media sektorlarının yaranmasına gətirib çıxartmışdır. Səs qeydəalma prosesi xüsusilə kompüter və lazer texnologiyalarındakı son inkişaflarla mükəmməl səviyyəyə çatmışdır.
Bir sözlə, dövrümüzün elektron alətləri, mikrofonları və dinamikləri səsin qeydə alınması və dinlənilməsinə imkan verir və bizə yuxarıdakı hədisin verdiyi xəbərin təcəlli etdiyini göstərir.
İnsanlar bir qab buğda əkdikləri vaxt, qarşılığında yeddi yüz qab götürəcəklər... İnsan bir neçə ovuc toxum atacaq, 700 ovuc toplayacaq... Çox yağış yağmasına baxmayaraq, bir damlası belə hədər getməyəcək. (El Kavlul Muhtasar Fi Alamatil Mehdiyyil Muntazar, səh. 43)
Peyğəmbərimiz (s.ə.v) Axırzamanda yaşanacaq texnoloji inkişaflarla əlaqədar, daha bir çox məlumat vermişdir. Hədislərdə müasir əkinçiliyə keçilməsi, yeni istehsal texnikalarının yaradılması, toxum yetişdirilməsi işləri və yağış sularının yeni anbarlar, gölməçələr yaradılaraq dəyərləndirilməsi nəticəsində yaranacaq istehsal artımına işarə edilir.
Hal-hazırda texnologiya çox böyük sürətlə inkişaf edir, məhsulların həm keyfiyyətində, həm də istehsal miqdarında artım əldə edilə bilir. Xüsusilə də genetika elmində yaşanan sürətli inkişaf, texnologiyanın bəzi növlərində olduğu kimi, kənd təsərrüfatı texnologiyasında da böyük inqilab yaşadır.
Ərəbistanda da çaylar və bağçalar meydana gəlmədikcə qiyamət qopmaz. (Ahmed b. Hanbel, Müsned, 17/22, hadis no: 8819)
Ərəb torpaqlarından çaylar və dərələr axmadıqca qiyamət qopmaz. (Ölüm, Kıyamet ve Diriliş, İmam Şarani, səh. 471)
Axırzamanda məhsullarda yaşanacaq bolluğa işarə edən başqa bir texnoloji inkişaf da səhraların yaşıllaşdırılmasıdır. Dünyada quraq sahələrin 43%-ni səhraların təşkil etdiyi düşünülsə, bu mövzunun kənd təsərrüfatı texnologiyası üçün nə qədər böyük əhəmiyyət daşıdığı daha asan aydın olar. Dövrümüzdə suyun səmərəsiz səhra torpaqlarına qədər çatdırılmasıyla, ən quraq torpaqlarda belə istehsal prosesi həyata keçirilə bilir. Əgər bu yüksək texnologiya bütün səhralarda tətbiq olunsa, qıtlığın astanasında olan bir çox ölkə çox məhsuldar əkin sahələrinə qovuşacaq. Əlbəttə ki, bunun üçün çox böyük texnologiya lazımdır.
Səhra bölgələrində əkinçiliyin həyata keçirilə bilməsi üçün, suvarma məsələsi həll edilməli və əkinəyararlı torpaqlar təmin edilməlidir. Bunun üçün üzərində çalışılan texnologiyalardan biri kompüterin nəzarəti altında aparılan suvarmadır. Bu texnologiya ilə su axını bilavasitə bitkilərin kök nahiyələrinə istiqamətləndirilir və tək bir damla suyun belə israf edilməsinin qarşısı alınır. Hər cür suyun təmizlənərək istifadəyə verilməsi də səhra əkinçiliyində çox mühüm yer tutar. Bunun üçün sel və dəniz sularının çox sürətli şəkildə istifadəyə verilməsi də, kənd təsərrüfatı texnologiyasının əsasını təşkil edir. Bu yolla çox böyük su mənbəyi təmin edilmiş olacaq və ölkə iqtisadiyyatlarına böyük dəstək təmin ediləcək. Peyğəmbərimiz (s.ə.v) hədislərində suyun səmərəli şəkildə istifadə edilməsinə də işarə etmişdir:
...Ümmətin istər yaxşıları, istərsə də pisləri, misli heç vaxt görünməmiş şəkildə, bir çox nemətlərə sahib olacaq. Çox yağış yağmasına baxmayaraq, bir damlası belə hədər getməyəcək, torpaq tək bir toxum istəmədən məhsuldar və bərəkətli olacaq. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 23)
Onun dövründə... ömürlər uzanacaq. (El Kavlul Muhtasar Fi Alamatil Mehdiyyil Muntazar səh. 43)
Peyğəmbərimiz (s.ə.v)-in verdiyi bu xəbərin üstündən on dörd əsr keçmişdir. Qeydlər, orta ömür müddətinin, yaşadığımız bu dövrdə digər bütün dövrlərdən daha çox olduğunu açıqca göstərir. Hətta 20-ci əsrin əvvəli ilə sonları arasında belə böyük fərq var. Məsələn, 1995-ci ildə dünyaya gəlmiş bir uşağın 1900-cü ildə dünyaya gəlmiş bir uşağa görə orta hesabla 35 il daha uzun yaşayacağı təxmin edilir.(57) Bu mövzudakı diqqətçəkən digər bir nümunə də, keçmişdə 100 ildən artıq yaşayan insanların olduqca nadir, dövrümüzdə isə çox sayda olmasıdır.
BMT-nin əhali fondunun qaynaqlarına görə, son bir neçə ildə dünya əhalisi yüksək ölüm göstəricisindən aşağı ölüm göstəricisinə doğru diqqətəlayiq keçid mərhələsindədir. Demoqrafik inqilab kimi xarakterizə edilən bu hadisənin mərkəzində də yaşlıların sayı və nisbət etibarilə artımı yer alır. Bu cür sürətli və irimiqyaslı inkişafın sivilizasiya tarixinin heç bir dövründə görülmədiyi də həmin mənbədə vurğulanır.(58)
Şübhəsiz ki, ömür müddətindəki bu artım səbəbsiz deyil. Tibb texnologiyasının inkişafına bağlı olaraq səhiyyə xidmətlərindəki yüksəlmə insanların belə bir nemətə qovuşmasına imkan yaratmışdır. Bunlarla yanaşı, genetika elmindəki inkişaflar və hələ də böyük sürətlə irəliləməkdə olan İnsan Genomu Layihəsi səhiyyə sahəsində yepyeni bir dövr başlatmaq üzrədir. Bu irəliləyişlər keçmiş dövrlərdə yaşayan insanların xəyal belə edə bilməyəcəyi ölçüdədir. Bütün bu inkişaflara əsaslanaraq, bunu söyləmək mümkündür: Yaşadığımız dövrün insanları yuxarıdakı hədisin xəbər verdiyi uzun və sağlam həyat standartına nail olmuşdur. Həmçinin bu standart, yaxın gələcəkdə daha da yüksələcəkmiş kimi görünür.
Allahın şərəfli elçisinin gəlişi üçün hazırlıq görmək istəyən iman sahiblərini tənbəlliyə aparmaq istəyənlər ola bilər. Bu insanlar müxtəlif bəhanələrlə hz. İsa (ə.s) üçün hazırlıq görməyi lüzumsuz göstərməyə çalışa bilərlər. Bunun üçün istifadə edəcəkləri bəhanələrdən biri də saxta məsihlərin ortaya çıxması olacaq. Hərdənbir əqli cəhətdən sağlam olmayan və ya müxtəlif mənfəətlər ardınca qaçan bəzi insanlar hz. İsa (ə.s) olduqlarını iddia ediblər. Bəzi ətraflar isə, bu cəhalət içindəki insanların etdiklərini öz mənfəətləri üçün istifadə etməyə çalışmış; "hz. İsa (ə.s) gələcək şəklindəki şərhlər, saxta məsihlərin ortaya çıxmasına səbəb olur" şəklində açıqlamalar veriblər. Bu açıqlamalarla hz. İsa (ə.s)-ın yer üzünə yenidən gəlişi üçün görüləcək hazırlıqları ləngitmək və hətta dayandırmaq istəyiblər. Lakin Allahın vəd etdiyi bu mübarək dövrün gəlişini heç kim gecikdirə bilməyəcək. Çünki bu cür insanlar çox mühüm bir həqiqəti görə bilmirlər: "saxta məsihlərin ortaya çıxması, hz. İsa (ə.s)-ın gəlişinin bir əlamətidir, müjdəsidir". Peyğəmbərimiz (s.ə.v) hədislərində belə bir xəbər vermişdir:
Hər biri Allahın Rəsulu olduğunu iddia edən otuza yaxın yalançı göndərilmədikcə qiyamət qopmayacaq. (Tirmizi, Fiten: 43; Ebu Davud, Melahim: 16)
Hər biri özünün tək məbud olan Allahdan Rəsul olaraq göndərildiyini iddia edən altmış yalançının çıxması. (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 36)
Yuxarıdakı hədislər bizə dövrümüzdəki hadisələri xatırladır. Bəzi saxtakarlar müsəlmanların və xristianların gözləntilərindən sui-istifadə edərək peyğəmbərlik iddiaları ilə ortaya çıxarır və bəzən də böyük fəlakətlərə səbəb olurlar.
Mütəxəssislər saxta məsih axınlarının 1970-ci illərdə ortaya çıxmağa başladığını, o tarixdən indiyə qədər də sürətli artım içində olduqlarını ifadə edir. Mütəxəssislərə görə, bu artıma səbəb olan başlıca iki təməl xüsus var. Bunlardan biri kommunizmin süqut etməsi, digəri isə internet texnologiyasının təmin etdiyi imkanlardır.(59) Aşağıdakı sitatlar mövzu ilə əlaqədar seçilmiş bir neçə nümunədir:
Federal agentlər və məzhəb üzvləri arasındakı 51 günlük gərginlik faciə ilə nəticələndi. Məzhəbin Uako, Texas yaxınlarındakı tikililəri tamamilə yandı. 33 yaşı olan “Branch Davidians” hərəkatının lideri və məsihi David Koreş (David Koresh) digər 74 insanla birlikdə öldü.(60)
Keçən həftə İsveçrə və Kanadada, saxta Məsih Luk Juret (Luc Jouret)-in tərəfdarlarından və onların uşaqlarından ibarət olan 53 insan öldü. Bu iki ölkənin polisləri ölümlərin səbəbinin kütləvi intihar, kütləvi qətliam və ya ikisinin qarışığı olub olmadığını araşdırır.(61) Ən pis məzhəb qətliamının qorxunc dəlili... Uqandada yeni məzarlar tapıldıqca, liderləri tərəfindən aldadılan fanatik bir məzhəbin 1000-ə yaxın tərəfdarının öldüyündən narahatlıq duyulur...(62)
Elə bir hadisə idi ki, səbəb olduğu şok dalğaları dünyanın hər yanına yayıldı: Müasir tarixin ən pis kütləvi intiharı. Bir məzhəbin üzvləri olan 900-dən artıq insan Cənubi Amerika meşələrində tapıldı. Ölülər Cim Conun (Jim Jonesin) tərəfdarları idi.(63)
Saxta peyğəmbərlərə Quran ayələrində də diqqət çəkilmişdir. Bu mövzudakı bir ayə belədir:
Allaha qarşı yalan uydurandan və ya özünə heç nə vəhy olunmadığı halda: "Mənə də vəhy gəldi" deyən və "Allahın nazil etdiyinin bənzərini də mən endirəcəyəm" deyəndən daha zalım kim ola bilər? Sən bu zalımları, ölümün “şiddətli sarsıntısı” zamanında mələklərin əllərini uzadaraq onlara: "Canlarınızı (bu qıs-qıvraq yaxalanışdan) çıxardın, bu gün Allaha qarşı nahaq sözlər söylədiyinizə və Onun ayələrindən təkəbbürlənərək (üz döndərdiyinizdən) ötrü alçaldıcı əzabla qarşılıq görəcəksiniz" (dedikləri vaxt) bir görsən... (Ənam surəsi, 93)
Ayənin davamında bildirildiyi kimi, bu insanlar ayənin hökmünü girə bilər və uydurduqları yalanın qarşılığını görə bilərlər.
Şübhəsiz ki, saxta məsihlərin yalanlarının tamamilə ortaya çıxacağı günlər yaxındır. Çünki Peyğəmbərimiz (s.ə.v) yalançıların ardından hz. İsa (ə.s)-ın geri dönüşünü də müjdələmişdir.
Həqiqi iman sahibləri, hz. İsa (ə.s)-ı, əlamətlərindən dərhal tanıyacaqlar. Etdiyi hər hərəkət hikmətli və bənzərsiz olacaq, bu əlamətlərlə digər insanlardan seçiləcək və heç bir isbata ehtiyac duymadan dərhal tanına biləcək. Saxta məsihlərin özlərini isbat etməyə çalışmaları isə onların saxta olduqlarının ən bariz dəlilidir.
Hz. İsa (ə.s)-ın dəlilləri, etdikləri olacaq. O, dinsiz cərəyanları, inkarın və əxlaqsızlığın insanlar arasında yayılması üçün səy göstərənlərin sistemlərini çox böyük təxribata uğradacaq. Allahın vəhyi ilə hərəkət etdiyi üçün inkar edənlərin tələlərini puç etməsi, din əxlaqını insanlar arasında yayması, küfrün səylərini təsirsiz hala gətirməsi onun üçün çox asan olacaq. Möcüzələriylə Allahın dininin haqq olduğunu və iman gətirənlərin mütləq üstün gələcəklərini isbat edəcək. Rəbbimiz iman gətirənləri Quranda belə müjdələyir:
Onlar, Allahın nurunu ağızları ilə söndürmək istəyirlər. Halbuki Allah Öz nurunu tamamlayandır; kafirlərin xoşuna gəlməsə də. Elçilərini hidayət və haqq din üzrə göndərən Odur. Belə ki, onu (haqq din olan İslamı) bütün dinlərdən üstün edəcək; müşriklərin xoşuna gəlməsə də. (Saff surəsi, 8-9)
51) WHO, "Young People and Sexually Transmitted Diseases", Fact sheet no: 186, dekabr 1997; http://www.who.int/inf-fs/en/fact186.html
52) WHO, "Report on the Global HIV/AIDS Epidemic", iyun 2000, http://www.unaids.org/epidemic_update/report/Epi_report.htm#aids
53) WHO, "Report on the Global HIV/AIDS Epidemic", iyun 2000, http://www.unaids.org/epidemic_update/report/Epi_report.htm#aids
54) UNESCO Statistical Yearbook, 1997- http://www.education.nic.in/htmlweb/arhrne.htm
55) 21. Yüzyıla Girerken Dünyaya Yeni Bir Bakış, Erol Yarar, Müsiad nəşriyyatı, İstanbul 1996, səh. 24; http://www.basarm.com.tr/yayin/malihukuk/bilgitoplumu/01.htm
56) 2003 Dünya Almanak, Dünya nəşriyyatı, səh. 263
57) M. Encarta Encyclopedia 2000, "Aging"
58) United Nations Population Division, Department of Economic and Social Affairs, The Ageing of the World's Population, 2000, http://www.un.org/esa/socdev/ageing/agewpop.htm
59) Time, 7 aprel 1997, "The lure of the cult"
60) Britannica CD 2000, "From Year in Review 1993: Chronology"
61) Time, 17 oktyabr 1994, "In The Reign Of Fire"
62) The Guardian, 29 mart 2000, "Grim evidence of worst cult slaughter"
63) CNN, "Jonestown, 1978", http://www.cnn.com/SPECIALS/1999/century/episodes/08/timelines/headlines/infoboxes/jonestown.html