Materialist fəlsəfə və dünyagörüşlərinin təsiri ilə insanların axirəti unutmaları, dünyaya böyük ehtirasla bağlanmaları qiyamətdən əvvəlki dövrün bir xüsusiyyətidir:
İnsanlarda xəsislik və ehtiras çoxalacaq. (Müslim, İmare: 176)
Qiyamət yaxınlaşdı. Halbuki insanlar dünyaya qarşı təkcə ehtiraslarını artırırlar, Allahdan da uzaqlaşırlar. (Suyuti, Camiü's-Sagir, 2/57)
...O gündə riyakarlıqdan utanılmayacaq və çəkinilməyəcək. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 458, no. 835)
Riyakarlıq (ikiüzlülük) hakim olacaq, riya (ikiüzlülük) və göstərişdən utanılmayacaq. (Ölüm Kıyamet ve Diriliş, səh. 470)
Axırzaman, bir-birlərinə kobud söz və söyüşlərlə xitab edən insanların sayca artacağı dövrdür. Bu vəziyyət hədislərdə belə bildirilmişdir:
Son zamanlarda törəyən, bir-birləriylə qarşılaşdıqları zaman salamları lənətləşmədən ibarət olan sərxoş və asi bir nəsil... (Ahmed bin Hanbel, Hakim; Son Zamanlarla İlgili Hadisler, səh. 54)
Bu üç şeylə qarşılaşmayanadək ümmət gözəl bir yol üzərində olacaq: Xeyirxahlıq yox olmadıqca, əxlaqsız uşaqlar çoxalmadıqca, aralarında Əssəkkarun zahir olmadıqca... Dedilər: "Əssəkkarun nədir?" Cavab verdilər: "Axırzamanda gələcək bir nəsildir ki, aralarındakı salamları bir-birini söymək olacaq". (Kıyamet Alametleri, səh. 141-142)
Axırzamanda tez-tez qarşılaşılan bir vəziyyət də ticarət həyatında saxtakarlıq və rüşvətin adi hal almasıdır:
Məndən sonra ümmətimdə fitrət dövrü olacaq. O dövrdə hər kəs halalı axtarmadan mal tələb edəcək, qanlar axıdılacaq və şeir Qurana əvəz tutulacaq. (Deylemi; Geleceğin Tarihi 1, səh. 50)
Qiyamət yaxınlaşdıqda... ölçü və çəkilərdə hiyləyə əl atılacaq. (Ramuz-El Ehadis, 33/7)
Çəki və ölçülərdə hiyləyə əl atıldığı zaman. (Kıyamet Alametleri, səh. 139)
Rüşvət alınması... qiyamət əlamətlərindəndir. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 454)
Bu dövrün başqa bir xüsusiyyəti də dedi-qodu və lağlağanın böyük rəğbətlə qarşılanmasıdır:
Qiyamət yaxınlaşdıqda... o dövrün ən etibarlı insanları yaltaqlıq edənlər olacaq. (Taberani, Deylemi; Son Zamanlarla İlgili Hadisler, səh. 111)
...Dedi-qodu, qeybət və lağ edənlərin çoxalması qiyamət əlamətlərindəndir. (Beyhaki, İbn-i Neccar; Son Zamanlarla İlgili Hadisler, səh. 107)
İnsanlar üzərinə elə bir zaman gələcək, insan bir qövmün içində oturacaq ki, özünü dilə tutacaqlar qorxusuyla qalxa bilməyəcək. (Deylemi; Geleceğin Tarihi 1, səh. 30)
Halbuki Allah, dedi-qodu və lağlağanın pis əxlaq xüsusiyyətləri olduğunu bildirmiş və iman gətirənlərə bunlardan çəkinmələrini əmr etmişdir. Ayələrdə belə buyurulur:
Ey iman gətirənlər, bir qövm (digər bir) qövmü lağa qoymasın, bəlkə özlərindən daha yaxşıdırlar; qadınlar da qadınları (lağa qoymasınlar), bəlkə özlərindən daha yaxşıdırlar. …bir-birinizin qeybətini etməyin! (dalınca danışmayaın). Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Məhz bundan iyrəndiniz. Allahdan qorxun çəkinin!... (Hucurat surəsi, 11-12)
Hz. Əli (r.ə) deyir: "Rəsulullah əleyhissalatu vəssalam (bir gün):" Gənclərinizin günaha düşdüyü, qadınlarınızın azdığı zaman halınız necə olar?" deyə soruşmuşdu. (Kütüb-ü Sitte, hadis no: 4752; Heysemi, Mecma'u'z-Zevaid'de qeyd etmişdir (7, 281))
Gənclərin din əxlaqından uzaqlaşmaları Axırzaman xüsusiyyətlərindəndir. Təlqinə və istiqamətləndirilməyə daha əlverişli olan gənclər, asanlıqla din əxlaqına uyğun olmayan cərəyanların təsiri altına girə bilir və ya olduqca degenerasiya olunmuş bir həyata yönələ bilirlər. Bunun təməlində həqiqi din əxlaqının insanlara lazımınca öyrədilməməsi yatır. Bəzi Qərb ölkələrində və ya uzun illər kommunist rejimlə idarə edilmiş ölkələrdə bu vəziyyət daha aydın görünür.
Yaşadığımız dövrdə cəmiyyətlərin ictimai strukturlarını təhdid edən çox böyük bir təhlükə var. Bu təhlükə insan bədənini ölümə aparan viruslara bənzər şəkildə hiyləgər bir fəaliyyət göstərərək cəmiyyətləri məhvə sürükləyir. Bu, bir insan cəmiyyətini ayaqda tutan əxlaqi dəyərlərin pozulmasıdır.
Axırzamanda əxlaqi tənəzzülün genişlənəcəyi Peyğəmbərimiz (s.ə.v)-in hədislərindən aydın olur. Fahişəliyin açıqca edilməsinin bir qiyamət əlaməti olduğunu Peyğəmbərimiz (s.ə.v) bir hədisdə belə ifadə etmişdir:
Fahişəlik açıqca edilmədən... qiyamət qopmaz. (Ramuz-El Ehadis, 91/7)
Dövrümüzdə də homoseksuallığın, fahişəlik ticarətinin, qeyri-qanuni cinsi əlaqənin, cinsi cinayətlərin, təcavüz hadisələrinin və cinsi xəstəliklərin çoxalması əxlaqi tənəzzüllün bəzi mühüm göstəriciləridir.
Bəhs olunan mövzular davamlı dünya ictimaiyyətinin gündəmindədir. Bəzi insanlar ətraflarında baş verənlərin, təhlükənin ölçülərindən xəbərsizdirlər və ya bu hadisələri ictimai həyatın bir parçası kimi qiymətləndirmə qəflətinə düşürlər. Lakin statistik göstəricilər təhlükənin ölçülərinin görünməmiş dərəcədə hər keçən gün böyüdüyünü göstərir.
Cinsi xəstəliyin yayılma dərəcəsi insanların önündəki problemlərin böyüklüyünü göz qabağına gətirən mühüm meyardır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qeydlərinə görə, cinsi yolla yayılan xəstəliklər ən çox rast gəlinən xəstəlik qruplarından birini meydana gətirir; 1997-ci ilin hesabatları hər il təxminən 333 milyon yeni hadisənin meydana gəldiyini göstərirdi.(51) Bunlarla yanaşı, QİÇS böyük problem olma mövqeyini qoruyur. ÜST-nin 2000-ci il statistikası o dövrə qədər 18,8 milyon insanın bu xəstəlikdən həyatını itirdiyi həqiqətini göstərir.(52) Ümumdünya Səhiyyə Təşkilatının QİÇS ilə əlaqədar 2000-ci il hesabatındakı bu ifadələr mövzunu belə yekunlaşdırdı: "QİÇS sosial, iqtisadi və demoqrafik strukturlar üzərindəki dağıdıcı təsiriylə bənzərsizdir".(53)
Düşündürücü hadisələr arasında homoseksuallığın yayılması da olduqca diqqətçəkəndir. Homoseksualların bəzi ölkələrdə rəsmi şəkildə evlənə bilməsi, evliliyin gətirmiş olduğu ictimai hüquqlardan istifadə edə bilmələri, dərnək və partiyalar qurmaları, dünya səviyyəsində təşkilatlanmaları, müqəddəs inanclara qarşı çıxmaları, dini dəyərlərə müharibə başlatmaları, Peyğəmbərimiz (s.ə.v)-in dövründən indiyədək keçən on dörd əsrlik müddət ərzində təkcə dövrümüzə məxsus hadisələrdir.
Axırzaman cəmiyyətlərindəki əxlaqi degenerasiyanı təsvir edən hədislərin yaşadığımız dövrdə tam mənasıyla ortaya çıxdığı aydın həqiqətdir. Bu da bizə bir daha, Allahın icazəsi ilə, hz. İsa (ə.s)-ın yenidən dünyaya gəlişinin olduqca yaxın olduğunu xatırladır.
Cəmiyyətdə qeyri-qanuni cinsi əlaqələrin yayılmasının da qiyamətin, yəni hz. İsa (ə.s)-ın gəlişinin bir əlaməti olduğu Peyğəmbərimiz (s.ə.v) tərəfindən belə bildirilmişdir:
Zinanın çoxalması qiyamət əlamətlərindəndir. (Buhari, Tecrid: 1/16)
Əxlaqi dəyərlərin, utanma hissinin zəifləməsi isə hədislərdə belə təsvir edilmişdir:
Qiyamət yaxınlaşdıqda... qadınlar yolun ortasında cinsi əlaqədə olacaq qədər həya yox olar. (Taberani, Hakim; Son Zamanlarla İlgili Hadisler, səh. 111)
Zina uşaqları çoxalacaq. O qədər ki, kişi küçənin ortasında qadınla zina edəcək. (Kıyamet Alametleri, səh. 140)
Bir zaman gələcək qadınla yolun ortasında zina ediləcək. Heç kim buna etiraz etməyəcək. (Kıyamet Alametleri, səh. 142)
Son dövrdə hər kəsin gözü qabağında açıqca yol ortasında fahişəlik edən insanlara, qəzet və televiziya xəbərlərində tez-tez rast gəlinir. Burada, hədisdə qiyamət əlaməti kimi bildirilən bir hadisə daha tam diqqət çəkildiyi şəkildə ortaya çıxır və bir çox insan bu həqiqətə şahid olur.
Hədislər göstərir ki, homoseksuallığın normal həyat tərzi kimi qəbul edilməsi qiyamətdən əvvəlki dövrün mühüm əlamətidir:
Kişilər qadınlara bənzəyəcək, qadınlar da kişilərə bənzəyəcək. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 451)
Kişilər kişilərlə, qadınlar qadınlarla kifayətləndiyi vaxt... qiyamət yaxınlaşmış olacaq. (Ramuz-El Ehadis, 448/8; Ölüm Kıyamet ve Diriliş, səh. 480)
Vəba kimi epidemik xəstəliklər, yəni qoyun (davar) qıran deyilən heyvan xəstəliyi ki var, o sizi tutacaq... (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 417, no. 761)
"Ey Malik oğlu Əvf! Qiyamətdən əvvəl altı (əlamət) sayımmı?" Dedim ki; "Onlar nələrdir ey Rəsulullah?" O da belə buyurdu: "...Sizin aranızda vəba və qarayara kimi ölümcül iki xəstəlik yayılacaq". (Sahih-i Buhari; Beklenen Mehdi, 3-cü nəşr, səh. 147)
Epidemik xəstəliklər müxtəlif dövrlərdə bütün dünyada insanlar arasında öz təsirini göstərmişdir. Lakin dövrümüzdəki xəstəliklərin, keçmişdəkilərlə müqayisə olunduqda olduqca sürətlə yayıdıqları görünür. Keçmişdə yalnız müəyyən bölgələrdə öz təsirini göstərən xəstəliklər, hazırda nəqliyyatın qazandığı sürət nisbətində bir çox ölkəyə bir anda yayıla bilirlər.
Həmçinin dövrümüzdə tez-tez yeni və məlum olmayan epidemik xəstəliklər ortaya çıxır. Son 20-30 il ərzində ən çox eşidilən epidemik xəstəliklərdən bir neçəsi QİÇS, SARS, Ebola, Dəli Dana kimi xəstəliklərdir. Bunların insanlar üçün nə qədər böyük təhlükə meydana gətirdikləri çox yaxşı bilinir.
2002-2003-cü illərdə epidemik xəstəliklərin təhlükələri ilə əlaqədar mətbuat-nəşriyyat orqanlarında bəhs edilən xəbərlərdən yalnız bir neçəsi belədir:
Yerli orqanlar, may-avqust ayları arasında bataqlıqlarda ağcaqanadların çoxalması ilə ortaya çıxan malyariya epidemiyasında 4200 insanın öldüyünü bildiriblər. (10.09.2003, www.ntvmsnbc.com)
Tədqiqatçılar, QİÇS xəstəliyindən ölənlərin sayının 2020-ci ildə 70 milyon insana çatacağı xəbərdarlığını verdi. (27.06.2003 www.ntvmsnbc.com)
SARS-ın, bəzi ölkələrdə nəzarət altına alına bildiyi, bəzi ölkələrdə isə yavaşladığı xəbərləri gəlməsinə baxmayaraq, SARS hələ də qorxuducu olmağa davam edir. (29.04.2003 www.ntv-msnbc.com)
İranda ölümcül bir virusun malların 30%-nə yoluxduğu bildirilərək, xalqa, virusun səbəb olduğu ''Krım-Konqo qızdırma xəstəliyi" kimi tanınan epidemik xəstəliyə qarşı xəbərdarlıq verildi. İRNA-nın xəbərinə görə, Səhiyyə Nazirliyi Xəstəlik İdarəsi Mərkəzinin rəhbəri Məhəmməd Mehdi Quya (Muhammed Mehdi Guya), virusun ötən ildən indiyədək 140-dan artıq insana yoluxduğunun müəyyənləşdirildiyini, bu insanlardan 20-sinin öldüyünü söylədi. (25.05.2002, www.hürriyetim.com.tr)
51) WHO, "Young People and Sexually Transmitted Diseases", Fact sheet no: 186, dekabr 1997; http://www.who.int/inf-fs/en/fact186.html
52) WHO, "Report on the Global HIV/AIDS Epidemic", iyun 2000, http://www.unaids.org/epidemic_update/report/Epi_report.htm#aids
53) WHO, "Report on the Global HIV/AIDS Epidemic", iyun 2000, http://www.unaids.org/epidemic_update/report/Epi_report.htm#aids
54) UNESCO Statistical Yearbook, 1997- http://www.education.nic.in/htmlweb/arhrne.htm
55) 21. Yüzyıla Girerken Dünyaya Yeni Bir Bakış, Erol Yarar, Müsiad nəşriyyatı, İstanbul 1996, səh. 24; http://www.basarm.com.tr/yayin/malihukuk/bilgitoplumu/01.htm
56) 2003 Dünya Almanak, Dünya nəşriyyatı, səh. 263
57) M. Encarta Encyclopedia 2000, "Aging"
58) United Nations Population Division, Department of Economic and Social Affairs, The Ageing of the World's Population, 2000, http://www.un.org/esa/socdev/ageing/agewpop.htm
59) Time, 7 aprel 1997, "The lure of the cult"
60) Britannica CD 2000, "From Year in Review 1993: Chronology"
61) Time, 17 oktyabr 1994, "In The Reign Of Fire"
62) The Guardian, 29 mart 2000, "Grim evidence of worst cult slaughter"
63) CNN, "Jonestown, 1978", http://www.cnn.com/SPECIALS/1999/century/episodes/08/timelines/headlines/infoboxes/jonestown.html