Hz. İsa (ə.s)-ın Yer Üzünə Gəliş Əlamətləri -
İslami Mənbələrdə Qeyd Olunan Əlamətlər 061-070

61) Müəyyən Illərdə Pozulan Iqtisadiyyat

İnsanlar 95-ci ilə qədər malik olacaq, yəni işləri yaxşı gedəcək, 97-ci və ya 99-cu ildə mülkləri zay olacaq... (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 54)

Bu hədisdə Axırzamanda necə bir iqtisadi vəziyyət olacağı ilə əlaqədar daha təfsilatlı məlumatlar verilir.

Hədisdəki "95-ci il" şəklindəki ifadə ilə 1995-ci ilə diqqət çəkilə bilər. 1995-ci il insanların nisbətən daha firavan bir həyat yaşadıqları, həyat şərtlərinin çox çətinləşmədiyi bir dövrdür. Necə ki, hədisdə bu il ərzində "işlərin yaxşı gedəcəyi" xəbər verilir. Yəni bu dövrdə insanlar həyatlarını yaşaya biləcək gəlir səviyyəsinə sahibdirlər və hələ də mülk əldə edə biləcək qədər zəngindirlər. Lakin 1997-1999-cu illər iqtisadiyyatın çox pisləşdiyi, kasıbçılıq və yoxluğun artdığı bir dövrdür. Bu illər arasında malın və mülkün dəyəri qalmayacaq. Yaxın keçmişdə Argentina nümunəsində də göründüyü kimi, bu hadisə baş vermişdir.

62) Ticarət və Yolların Kəsilməsi

Ticarət və yolların kəsildiyi və fitnələrin çoxaldığı zaman... (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 52)

Hz. Mehdi (ə.s) çıxmadan əvvəl, millətlər arasında ticarət və yollar kəsiləcək, insanlar arasında fitnələr çoxalacaq. (El-Kavlu’l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 39)

Zəmanəmizdə ölkələr arasında aparılan ticarət və iqtisadi əməkdaşlıq müqavilələrinə baxmayaraq, təhlükəsizlik narahatlığı bəzi hallarda ticarət fəaliyyətlərinə mane olur. Məsələn, dünyanın bir çox bölgəsindəki yeraltı resursların digər bölgələrə daşınması mövzusunda yaşanılan problemlərin mühüm hissəsi təhlükəsizlik mahiyyətlidir. Dünyanın müxtəlif guşələrindəki qarşıdurmalar və gərginliklər iqtisadi əməkdaşlıqlara maneə törədir və cəmiyyətlər arası ticarət fəaliyyətləri çox məhdud səviyyədə baş tutur.

63) Qazancın Azalması

Hər kəsin az qazancdan gileylənməsi... Zənginlərə pullarına görə hörmət göstərilməsi... (Kıyamet Alametleri, səh. 146)

Bazarın durğun olması, qazancların azalması... (Kıyamet Alametleri, səh. 148)

İşlərin kasad getməsi. Hər kəs; "sata bilmirəm, ala bilmirəm, qazana bilmirəm!" deyə gileylənəcək. (Kıyamet Alametleri, səh. 152)

İqtisadi çətinliklər bu gün bir çox ölkənin ən mühüm problemlərindən biridir. İnsanlar dolanışıqlarını təmin edəcək gəliri qazana bilmir, bəzən isə məhsullarını satacaq alıcı belə tapa bilmirlər. Yoxsulluq və gəlir bölgüsündəki bərabərsizliklə mübarizə aparmaq məcburiyyətində qalan bəzi ölkələrdə də bu vəziyyət, ictimai nizamı sarsıdır, qarğaşalığa səbəb olur. Argentinada iqtisadi tənəzzüldən ötrü yaşanan qarşıdurmalar bu vəziyyətin nümunələrindən biridir.

64) Milli Sərvətin Zənginlər Arasında Bölüşdürülməsi

"...On beş şeyi etməyə başladıqda ona böyük bəlanın gəlməsi vacib olar!" deyə buyurmuşdu. (Yanındakılar:) "Ey Allahın Rəsulu! Bunlar nələrdir?" deyə soruşdular. Əleyhissalatu vəssalam saydı: "Qənimət (yəni milli sərvət, fəqir-füqəraya çatmadan yalnız zəngin və mövqe sahibi insanlar arasında) dövr edən bir əmtəə halına gəlsə". (Tirmizi, Fiten: 39, (2211))

Peyğəmbərimiz (s.ə.v)-in qiyamət əlaməti kimi xəbər verdiyi bu vəziyyət hazırda bütün dünya intensiv şəkildə yaşanır. Bu gün dünyanın ən zəngin insanları dünyadakı sərvətlərin böyük hissəsini nəzarətləri altında saxladıqları bir vaxtda, milyardlarla insan kasıblıq və aclıq içində yaşayır. Təkcə Afrika qitəsindəki milyonlarla insanın yaşadığı aclıq və səfalət bütün dünyanın gözləri qarşısında davam edir.

Beynəlxalq Əmək Təşkilatı 2003-cü ildə verdiyi açıqlamada, 2 milyard insanın gündə 2 dollar, 1 milyard insanın isə təxminən 1 dollarla dolanmaq məcburiyyətində qaldığını ifadə etdi. Təşkilatın mətbuat açıqlamasında, dünyanın ən yoxsul 20%-i ilə ən zəngin 20%-i arasındakı uçurumun, son 40 ildə iki qat dərinləşdiyi də vurğulandı.(38)

“Radikal” qəzetinin 23 sentyabr 2000-ci il tarixli sayında isə “Forbes” jurnalının ən zəngin 400 ABŞ-lı siyahısındakı insanların 1,2 trilyon dollara çatan sərvətlərinin, Türkiyənin milli gəlirinin altı mislinə bərabər olduğu açıqlandı. “ABŞ-ın ən zəngin insanı "ünvanını uzun müddət əlində saxlayan Microsoft şirkətinin başçısı Bill Qeytsin (Bill Gates) 63 milyard dollar olaraq təxmin edilən sərvətinin, 25 milyon əhalisi olan Perunun milli gəlirindən daha çox olduğu halda, Türkiyənin 200 milyard dollarlıq milli gəlirinin üçdə bir hissəsinə bərabər olduğu bildirildi. Xəbərdə ABŞ-ın ən zəngin dördüncü insanı Uorren Baffettin (Warren Buffet) 28 milyard dolları keçən fərdi sərvətinin, əhalisi 2 milyondan çox olan neft zəngini Küveytin milli gəlirini geridə qoyduğu halda, siyahıda 21-ci yerdə gələn Ted Törnerin (Ted Turner) 9,1 milyard dollarlıq sərvətinin 2,7 milyon əhalisi olan Panamanın milli gəlirinə bərabər böyüklükdə olduğu açıqlandı. Ortaya çıxan mənzərə, milli və beynəlxalq miqyasda yoxsulların nisbəti artdığı halda, zənginlərin getdikcə daha da zənginləşdiyini, ən zənginlər siyahısını təşkil edən 400 insanın ümumi sərvətinin bir ildə 20% artdığını göstərir.(39)

“Akşam” qəzetinin 2 fevral 2003-cü il tarixli sayında isə dünyadakı gəlir bölgüsündəki bərabərsizlik belə ifadə edilirdi:

Bəşəriyyətin ən əhəmiyyətli problemi: 2003-cü il Dünya İnkişaf Hesabatına görə, ölkələrarası gəlir bərabərsizliyi getdikcə daha da dərinləşir. Hesabat, dünya gündəmindəki ən mühüm inkişaf probleminin, gəliri gündə 2 dollardan aşağı olan üç milyard insana istehsala töhfə verə biləcəyi bir iş imkanı və olduqca yaxşı bir həyat keyfiyyəti təmin etmək olduğuna işarə edir. Bu gün dünya sülhünü təhdid edən faktorların başında qlobal yoxsulluq ilk cərgələrdə gəlir.

Dünyanın vəziyyəti: Bu gün ən zəngin 20 ölkədəki orta gəlir, dünyanın ən yoxsul 20 ölkəsindəki orta gəlirin 37 mislidir. Ən zənginlərin 20%-nin yaşadığı inkişaf etmiş ölkələr Dünya Ümumi Milli Məhsulunun 86%-ni, ixracat bazarlarının 82%-ni, bütün xarici investisiyaların 68%-ni, bütün telefon xətlərinin 74%-ni əllərində saxladıqları halda, bütün bu sahələrdə ən yoxsul 20%-in payı isə heç vaxt 1,5%-i keçmir.

Digər tərəfdən ən zəngin 20% ilə, ən yoxsul 10% arasında fərq 1960-cı ildə 30-a 1 olduğu halda, 1990-cı ildə 60-a 1, 1997-ci ildə 74-ə 1, 2000-ci ildə isə 79-a 1 olmuşdur. İfrat yoxsulluq içində yaşayanların, yəni gündəlik gəliri bir dollardan aşağı olanların sayı 1 milyard 200 milyonu keçmişdir.

Bu gün dünyadakı ən zəngin 3 insanın sərvətləri 600 milyon insanın yaşadığı ən yoxsul ölkələrin Ümumi Milli Məhsulundan artıqdır...

Dünyadakı təbii ehtiyatların 80%-i dünya əhalisinin 16%-i tərəfindən istehlak edildiyi halda, dünya əhalisinin beşdə bir hissəsi də təmiz su mənbələrindən belə məhrumdur. Təkcə ishaldan ölənlərin sayı ildə 50 milyonu ötür. İnkişafda olan ölkələrdə əhalinin böyük hissəsi çöllərdə yaşadığı halda, bu torpaqlardakı təbii ehtiyatların azalması nəticəsində bu ölkələr daha da yoxsulluğa gedir. O qədər ki, yoxsulluq həddindən aşağı yaşayan ölkələrdəki qadın və uşaqlar vaxtlarının 4-5 saatını yandırılası odun axtarmağa, 4-6 saatını isə su tapmaq və hərəkət üçün sərf edirlər".(40)

Bu vəziyyət Peyğəmbərimiz (s.ə.v)-in hədislərində açıqca bildirdiyi kimi, bir Axırzaman əlamətidir. Rəbbimizin icazəsi ilə bu, hz. İsa (ə.s)-ın gəlişinin və hz. Mehdi (ə.s)-ın açıqca zühur etməsinin çox yaxın olduğunun və insanların bu yoxsulluq və çətinliklərdən xilas olacağı Qızıl əsrin bir müjdəçisidir. Qızıl əsrdə dünyanın içində olduğu bu vəziyyət tamamilə dəyişəcək. Çünki bu dövrdə Quran əxlaqı tam yaşanacaq. Həmçinin Allah Quranda insanlara belə əmr etmişdir:

...Belə ki, (bu mallar və sərvət) aranızdakı zənginlər arasında dövr edən var-dövlət olmasın. Rəsul sizə nə versə, artıq onu götürün, sizə nəyi qadağan etsə, artıq ondan çəkinin və Allahdan qorxun. Şübhəsiz ki, Allah, cəzası şiddətli olandır. (Həşr surəsi, 7)

65) Zəlzələlərin Çoxalması

Şübhəsiz ki, tarix boyunca çox az təbiət hadisəsi zəlzələlər qədər insanlara təsir etmişdir. Hər an, hər yerdə baş verə bilən zəlzələlər əsrlər boyu çox sayda insanın ölümünə və astronomik ölçülərdə maddi zərərə səbəb olmuş, bu xüsusiyyətlərindən ötrü insanlar üçün qorxu mənbəyi olmuşdur. 20-ci və 21-ci əsrin texnologiya şəraiti belə zəlzələlərin vurduğu ziyanın təkcə müəyyən ölçülərdə qarşısını ala bilmişdir.

Texnologiyanın, özlərinə təbiətə hökm edə biləcəyi yanılmasına qapılan bəzi insanlara isə daha əvvəl ifadə etdiyimiz kimi, 1995-ci ilədki Kobe zəlzələsi mənalı dərs vermişdir. Xatırlandığı kimi, Yaponiyanın böyük sənaye və nəqliyyat mərkəzində yaşanan zəlzələ heç gözlənilməz bir zərərə gətirib çıxartmışdır. Bu zəlzələ yalnız 20 saniyə davam etməsinə baxmayaraq, “Time” jurnalında ifadə edildiyinə görə, 100 milyard dollar yaxın zərərə səbəb olmuşdur.(41)

Bütün bu hadisələr Peyğəmbərimiz (s.ə.v)-in 1400 il əvvəl söylədiyi bu sözləri ağla gətirir:

Bu hadisələr baş vermədikcə qiyamət qopmayacaq... zəlzələlər çoxalacaq... (Ramuz-El Ehadis, 476/11)

Qiyamətdən əvvəl iki böyük hadisə var... və sonra da zəlzələli illər. (Ramuz-El Ehadis, 187/2)

Sığınacaq evlər, sizi daşıyacaq heyvanlar tapa bilməyəcəyiniz günlər yaxınlaşmışdır. Çünki evlərinizi zəlzələlər dağıdacaq... (Kıyamet Alametleri, səh. 146)

Anlaşmazlıqlar və tez-tez zəlzələlər baş verəcək... (Kıyamet Alametleri, səh. 166)

Son bir neçə il ərzində baş verən böyük və davamlı zəlzələlər, dünya ictimaiyyətinin gündəmində davamlı ilk cərgələrdə gəlir. ABŞ Milli Zəlzələ İnformasiya Mərkəzinin məlumatlarına görə 1999-cu ildə, yer üzündə kiçik və ya böyük gücdə 20 832 zəlzələ baş vermişdir. Bu zəlzələlər nəticəsində rəsmi açıqlamalara görə təxminən 22 711 insan həyatını itirmişdir.(42)

Keçmişə baxdığımız zaman zəlzələ sayının çox az olduğunu görərik. ABŞ Geoloji Araşdırma Təşkilatının (USGS) hesabatlarına görə 1556-1975-ci illər arasındakı təxminən 400 ildə baş verən 5 bal və daha böyük gücdəki zəlzələlərin sayı cəmi 110-dur. Eyni təşkilatın açıqlmasına görə, 1980-2003-ci illər arasında təkcə 23 il müddətində baş verən 6,5 bal və daha böyük gücdəki zəlzələlərin sayı isə 1685-dir.(43) Şübhəsiz ki, bu göstəricilər hicri 1400-cü ilin əvvəlindən etibarən zəlzələlərin sayındakı artımı çox açıq şəkildə göstərir.

Quranda da zəlzələ ilə qiyamət arasındakı əlaqəyə işarə edən ayələr var. Quranın 99-cu surəsinin adı Zəlzələ (böyük sarsıntı, zəlzələ) surəsidir. Səkkiz ayədən ibarət olan bu surədə yerin şiddətli sarsıntısı təsvir edilir, bunun ardınca da qiyamət günü insanların dirildiləcəkləri və Allahın hüzurunda hesab verəcəkləri, etdikləri əməllər zərrə ölçüsündə belə olsa onların qarşılığını alacaqları bildirilir:

Yer, o şiddətli sarsıntı ilə sarsıldığı,
Yer, ağırlıqlarını çölə atıb çıxartdığı,
Və insan: "Buna nə olur?" dediyi zaman,
O gün (yer) xəbərlərindən danışacaq.
Çünki sənin Rəbbin ona vəhy etmişdir.
O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün dəstə-dəstə atılıb çıxarlar.
Artıq kim zərrə qədər yaxşı iş görsə, onu görər. Artıq kim zərrə qədər şər (pislik) işləsə, onu görər. (Zəlzələ surəsi, 1-8)

66) Torpaq Çökmələri

(Qiyamət) əlamətlərinin ilki torpaq çökmələridir... (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 518)

Bu ümmətin sonradan gələn nəsilləri öncədən gəlib keçənləri (müxtəlif ittihamlar və bəhanələrlə) təhqir etdiyi zaman artıq qırmızı küləkləri, yerə batmağı (həsfi) və ya surət dəyişdirməyi (məshi) və ya göydən daş yağmasını (kəzfi) gözləyin. (Tirmizi, Fiten: 39, səh. 2211; Kütüb-i Sitte, 14-cü cild, səh. 341)

Axırzamanda əyləncələrin və çəngilərin meydan aldığı və içkinin də mübah sayıldığı zaman yerə batma, daş yağma zühur edəcək və insan qılığından çıxma olacaq. (Ramuz El Ehadis, 2-ci cild, səh. 302/8)

67) Evlərin Məzar Olması

"İnsanlara ölüm gəlib evlər məzar olduğu zaman halın necə olar?" deyə buyurdu. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 392, no. 726)

68) Külək və Qasırğalar

Qiyamətdən əvvəl on əlamət görmədən O, qopmayacaq. Onuncusu, insanları dənizə atacaq qasırğadır...
Onuncusu insanları dənizə atacaq küləkdir... (Kıyamet Alametleri, səh. 288)

"Şəhərlərin yox olmasına" səbəb olan digər bir faktor da təbii fəlakətlərdir. Təbii fəlakətlərin yaşadığımız dövrdə həm say, həm də böyüklük etibarilə artdığı statistik həqiqətdir. Son on ildə baş verən iqlim dəyişikliklərinin səbəb olduğu fəlakətlər dönüş nöqtəsi kimi qəbul edilir. Amerika Milli İqlim Məlumat Mərkəzinin qeydlərinə görə 1998-ci ildə çox sayda iqlimlə əlaqədar fəlakət baş vermişdir.(44) Məsələn, müşahidəçilər, 1998 Mitch qasırğasının Mərkəzi Amerikanın tarixində baş verən ən pis fəlakətlərdən biri olduğunu müəyyənləşdiriblər.(45) 26 oktyabr 1998-ci il tarixində meydana gələn Mitç qasırğası Honduras və Nikaraquada 10 000-dən artıq insanın ölümünə səbəb olmuşdur.(46)

Ötən əsrin son illərində baş verən ən mühüm atmosfer hadisələrindən bir neçəsi belədir:

1987-ci ilin oktyabr ayında Cənub-Şərqi İngiltərə 1703-cü ildən bəri baş verən ən böyük fırtına ilə üzləşdi. Fırtınadan ötrü təxminən 15 milyon ağac devrildi və meşələrin böyük hissəsi yox oldu. Təkcə 16 insanın öldüyü fırtınada binalar böyük ziyan gördü, gəmilər sahilə sürükləndi.(47)

20 mart 1998-ci ildə Corciya ştatında baş verən tornadodan ötrü 12 insan ölmüşdür.

27 may 1997-ci ildə Texasda baş verən tornadodan ötrü ölən insan sayı 27-dir.

13 may 1996-cı ildə Banqladeşin qərbində baş verən fırtınalar nəticəsində təxminən 500-1000 ölüm halı yaşanmışdır. Eyni fırtınalar 30 000 insanın yaralanmasına və 100 000 insanın evsiz qalmasına səbəb olmuşdur.

1992-ci ildə Endryu qasırğasının vurduğu ziyan təkcə Meksika körfəzində təxminən yarım trilyon dollardır. Endryu qasırğası, Baham adalarında isə təxminən 250 milyon dollar ziyana səbəb olmuşdur. ABŞ-nın şərqində 2 milyona yaxın insan qasırğadan ötrü evlərindən evakuasiya olunmuşdur.(48)

2002-ci ilin avqust ayında Avropanın orta və şərq bölgələrində təsirli olan sellərdə ölənlərin sayı 114-ə çatmışdır. 21 sentyabr 2003-cü ildə Cənubi Koreyada, son 40 ildə baş verən ən şiddətli qasırğa nəticəsində isə 2 gündə təxminən 200 insan ölmüşdür.(49)

Son illərdəki qasırğa, fırtına, tufan və tornado kimi fəlakətlər də başda Amerika qitəsi olmaqla, dünyanın bir çox yerində dağıdıcı ziyana səbəb olmuşdur. Bunlarla yanaşı, sellər də bəzi yaşayış mərkəzlərinin su və palçıq altında qalmasına gətirib çıxartmışdır. Həmçinin zəlzələlər, vulkanlar və sunami dalğalarının törətdiyi böyük təxribatlar da unudulmamışdır. Nəticə etibarilə, bütün bu fəlakətlərin "böyük şəhərlərdə" səbəb olduğu dağıntılar mühüm işarə olmuşlar.

69) Şiddətli Yağışın Yağması

Ev və daxma qoymayan şiddətli yağış yağana qədər qiyamət qopmaz. (Kıyamet Almetleri, səh. 253)

Göydən şiddətli yağış yağıb daş binalar istisna olmaqla, bütün kərpic evlər dağılmadıqca qiyamət qopmaz. (Ahmed b. Hanbel, Müsned 13/291, Hadis no. 7554)

İnsanlara YAĞIŞIN BOLLUĞU, lakin məhsuldarlığın azlığıyla səciyyələnən aldadıcı illər gələcək. O dövrdə yalançı insan təsdiqlənəcək, DOĞRU İNSAN YALAN SAYILACAQ; XAİN İNSANA ETİBAR EDİLƏCƏK, ETİBARLI İNSAN XAİNLİKLƏ İTTİHAM EDİLƏCƏK... (İbn-i Mace: 4036)

İntensiv yağışlardan ötrü sel fəlakətlərinin çoxalması qiyamətdən əvvəl yaşanacaq Axırzamanın işarələrindən biridir. Ötən günlərdə dünyanın müxtəlif bölgələrindən gələn sel fəlakəti xəbərləri də yaşadığımız dövrün Axırzaman olduğunu təsdiqləyən xüsusiyyətdədir.

Peyğəmbərimiz (s.ə.v), bundan 1400 il əvvəl yaşadığımız Axırzamanda çoxalan yağışların ciddi fəlakətlərə səbəb olacağını hədislərində bildirmişdir:

Tarixin heç bir dövründə olmadığı qədər çox sayda fəlakət xəbərini hər gün televiziyalarda izləyir, qəzetlərdə oxuyuruq. Təbii fəlakətlərin son illərdə həm say, həm də böyüklük etibarilə artdığı statistik həqiqətdir. Yaşadığımız dövrdə yaşanan təbii fəlakətlər dünyanın bir çox ölkəsində milyonlarla insana təsir etmiş və hesablana bilməyəcək böyüklükdə maddi ziyana gətirib çıxartmışdır. Son illərdə sellərdən ötrü yaşanan itkiləri araşdırmalı olsaq, Axırzamanın mühüm əlamətlərindən birinin baş verməkdə olduğunu çox açıq şəkildə görə bilərik.

2008-ci ildə Hindistanda iyun-sentyabr ayları arasındakı yağışlardan ötrü yaranan sel fəlakətində mindən artıq insan öldü. Pakistanda son dövrlərdə şiddətli yağışların səbəb olduğu sellər nəticəsində 32 insan həyatını itirdi. Çində ötən ilin may ayında baş verən şiddətli zəlzələnin mərkəzi olan Vınçüen şəhəri, intensiv yağışların təsiri altında qaldı. Bəzi bölgələrdə ciddi sel fəlakəti və torpaq çökməsi baş verdi. Təxminən 1 milyon 880 min insanın həyatına təsir edən bu fəlakətlər nəticəsində 8 insan həyatını itirdi.

Çində ötən ay şiddətli yağışlardan ötrü baş verən sel fəlakəti nəticəsində 7 nəfər öldü, 22 nəfər isə yoxa çıxdı. Vyetnamın şimalındakı bölgələrdə bu ayın əvvəlində şiddətli yağışların səbəb olduğu sel və torpaq çökmələri nəticəsində 22 insan həyatını itirdi, 14 insan itkin düşdüyü bildirildi. Sel fəlakətləri bəzi Avropa ölkələrinə də təsir göstərdi. İngiltərənin şimal bölgəsində ötən ay və bu ay öz təsirini göstərən leysan yağış və su basqınları həyata mənfi təsir göstərdi. Çexiya Respublikasında da ötən ayın son həftəsində öz təsirini göstərən yağışların səbəb olduğu sellər nəticəsində 13 insan öldü. Şiddətli yağış, xüsusilə ölkənin cənub hissəsini öz təsiri altına aldı.

2000-ci ildə Mozambikdə 1 milyon insan sel ucbatından evsiz qaldı.

2002-ci ildə Hindistan, Nepal və Banqladeşdə mövsümi musson yağışlarının törətdiyi fəlakətlər nəticəsində təxminən 1000 insan öldü. Çində 2003-cü ildə baş verən şiddətli yay yağışları nəticəsində 2000 insan öldü, 300 min insan evsiz qaldı. 1991-ci ildə Banqladeşdə baş verən sel hadisələrindən sonra 120 000-dən artıq insan öldü, milyonlarla insan evsiz qaldı.

2007-ci ildə Asiyada sellərdən ötrü 216 insan öldü, 20 milyon insan evsiz qaldı. 2007-ci ildə Şimali Koreyada ifrat yağışların səbəb olduğu sel fəlakəti nəticəsində 214 insan öldü, 80 insan itkin düşdü.

2007-ci ildə Meksikada sel fəlakətindən ötrü evləri uçan 500 min insan evsiz qaldı.

Hz. Mehdi (ə.s)-ın zuhuru vaxtı cüt quyruqlu bir ulduz çıxacaq və elə parlaq olacaq ki, bütöv ay kimi parlayacaq. Bu ulduzun çıxışından sonra elə çox yağış yağacaq ki, böyük ziyan olacaq. Lakin xalq bu yağışları sevinclə qarşılayacaq. Çünki bundan əvvəlki 3 ildə heç yağış yağmamış olacaq. (12. İmam, Murtaza Lakha, R &K Tyrell mətbəəsi, Londra, 1993)

CÜT QUYRUQLU ULDUZUN GÖRÜNMƏSİNDƏN 3 İL ƏVVƏL YAŞANACAQ QURAQLIQ VƏ BUNDAN SONRA YAŞANACAQ SEL HADİSƏLƏRİ:

➢"Lulin" quyruqlu ulduzu, 24 fevral 2009-cu ildə dünyaya ən yaxın məsafədən keçmişdir.
➢Eyni hədisdə bildirildiyi kimi, digər ulduzlardan fərqli olaraq iki quyruğa malikdir və parlaqlığı digər ulduzlardan 6 qat daha çoxdur.
➢Hədisdə deyildiyi kimi, ulduzun görünməsindən əvvəlki 3 il ərzində yağışlar dünyada olduqca azalmış və bir çox bölgədə quraqlıq yaşanmışdır. İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Paneldə, "İqlim Dəyişikliyi 2007" hesabatına görə 2007-ci il və sonrasındakı bir neçə ildə, yağış yağmayan bölgələrin daha da quraqlaşacağı və buralarda aclıq və xəstəliklərin artacağı bildirilmişdir.
➢Eyni hədisdə bildirildiyi kimi, 2009-cu ilin mart ayında Dim su anbarının qapaqları ifrat dolma nəticəsində qırılmış və minlərlə insan evlərindən evakuasiya edilmək məcburiyyətində qalmışdır. Hazırda yaşanan sel fəlakətləri də bu yağış artımının nəticəsidir.
➢9 SENTYABR 1979-CU İLDƏ İSTANBULDA BÖYÜK SEL FƏLAKƏTİ YAŞANMIŞDIR.

Hz. Mehdi (ə.s)-ın hədislərdə bildirildiyinə görə, hicri 1400-cü il, yəni miladi 1979-cu ildəki zühuruna təsadüf edir.
"İnsanlar 1400-cü ildə hz. Mehdi ətrafında toplanacaqlar". (Risaletül Huruc-ül Mehdi, səh. 108)

➢9 SENTYBAR 2009-CU İL – HAL-HAZIRDA YAŞANAN SEL FƏLAKƏTİ.

70) İldırımların Çoxalması

Qiyamətin yaxınlaşdığı vaxtda, ildırımlar o qədər çoxalacaq ki, insanlar (bir-birlərinə belə) deyəcəklər: "Dünən kimi ildırım vurdu?" Onlar da (belə) cavab verəcəklər: "Dünən filankəsi və filan (kimsələri) ildırım vurdu". (El-Hakim, Müstedrek, 4/444)

Evlərinizi zəlzələlər dağıdacaq, heyvanlarınızı ildırımlar yandırıb kömürə döndərəcək. (Naim bin Hammad; Geleceğin Tarihi 4, səh. 69)

Hədislərdə ildırımların çoxalmasının da qiyamət əlamətlərindən biri olduğu xəbər verilmişdir. Tam da hədisdə ifadə edildiyi kimi, ildırım düşməsindən ötrü can və mal itkisinin çoxalması son illərdə tez-tez rast gəlinən vəziyyət olmuşdur. Bu itkilərdən çox vaxt xəbərlərdə bəhs edilir. 1998-ci ildə Konqoda futbol meydançasına düşən ildırım nəticəsində, meydançada futbol oynayan 11 futbolçunun ölümü bu nümunələrdən biridir. Bənzər şəkildə 2001-ci ildə Meksikada futbol meydançasına düşən ildırımdan ötrü də 6 insan həyatını itirmişdir. Bunlardan başqa ildırımların düşməsi bir çox insanın həyatını itirməsinə və heyvanların tələf olmasına səbəb olur.

Qeydlər

38) ntvmsnbc, 7 iyun 2003; http://www.gezegenimiz.com/NewsTopic.asp?KategoriAdi=A%C3%A7l%E2%80%BAk&idKategori=2

39) Radikal qəzeti, 23 sentyabr 2003; http://www.radikal.com.tr/2000/09/23/ekonomi/01tur.shtml

40) Akşam qəzeti, 2 fevral 2003; http://www.aksam.com.tr/arsiv/aksam/2003/02/02/ozgurplatform/ozgurplatformprn4.html

41) Time, 6 fevral 1995, "Economic Aftershock"

42) US Geological Survey National Earthquake Information Center, "Earthquake Facts and Statistics", 2000, http://wwwneic.cr.usgs.gov/neis/eqlists/eqstats.html http://wwwneic.cr.usgs.gov/neis/bulletin/1999_stats.html

43) U.S. Geological Survey (ABŞ Geoloji Araşdırma Təşkilatı) http://neic.cr.usgs.gov:1711/neis/eqlists/

44) National Climatic Data Center, "Billion Dollar U.S. Weather Disasters", oktyabr 2000, http://www.ncdc.noaa.gov/ol/reports/billionz.html

45) M. Encarta Encyclopedia 2000, "Central America"

46) http://www.stvincent.ac.uk/Resources/Weather/Severe/index.html

47) http://www.stvincent.ac.uk/Resources/Weather/Severe/oct87.html

48) http://www.stvincent.ac.uk/Resources/Weather/Severe/index.html

49) 2003 Dünya Almanak, Dünya nəşriyyatı, səh. 395

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Allahın Vədi: Hz. İsa (ə.s) Yer Üzünə Qayıdacaq
  • Hz. İsa (ə.s)-ın Qayıtmasının Xəbərçiləri
  • Hz. İsa (ə.s)-ın Yer Üzünə Gəliş Əlamətləri - İslami Mənbələrdə Qeyd Olunan Əlamətlər 001-010
  • Hz. İsa (ə.s)-ın Yer Üzünə Gəliş Əlamətləri - İslami Mənbələrdə Qeyd Olunan Əlamətlər 011-020
  • Hz. İsa (ə.s)-ın Yer Üzünə Gəliş Əlamətləri - İslami Mənbələrdə Qeyd Olunan Əlamətlər 021-030
  • Hz. İsa (ə.s)-ın Yer Üzünə Gəliş Əlamətləri - İslami Mənbələrdə Qeyd Olunan Əlamətlər 031-040
  • Hz. İsa (ə.s)-ın Yer Üzünə Gəliş Əlamətləri - İslami Mənbələrdə Qeyd Olunan Əlamətlər 041-050
  • Hz. İsa (ə.s)-ın Yer Üzünə Gəliş Əlamətləri - İslami Mənbələrdə Qeyd Olunan Əlamətlər 051-060
  • Hz. İsa (ə.s)-ın Yer Üzünə Gəliş Əlamətləri - İslami Mənbələrdə Qeyd Olunan Əlamətlər 061-070
  • Hz. İsa (ə.s)-ın Yer Üzünə Gəliş Əlamətləri - İslami Mənbələrdə Qeyd Olunan Əlamətlər 071-080
  • Hz. İsa (ə.s)-ın Yer Üzünə Gəliş Əlamətləri - İslami Mənbələrdə Qeyd Olunan Əlamətlər 081-090
  • Hz. İsa (ə.s)-ın Yer Üzünə Gəliş Əlamətləri - İslami Mənbələrdə Qeyd Olunan Əlamətlər 091-100
  • Hz. İsa (ə.s)-ın Yer Üzünə Gəliş Əlamətləri - İslami Mənbələrdə Qeyd Olunan Əlamətlər 101-110
  • Hz. İsa (ə.s)-ın Yer Üzünə Gəliş Əlamətləri - İslami Mənbələrdə Qeyd Olunan Əlamətlər 111-126
  • Hz. İsa (ə.s)-ın Yer Üzünə Gəliş Əlamətləri - İncildə Məsihin Qayıdış Əlamətləri 127-142
  • Hz. İsa (ə.s) Bu Əsrdə Gələcək
  • Nəticə: Hz. İsa (ə.s)-ın Mübarək Dövrü