“Bəli nəfsim əlində olan Allaha and içirəm ki, siz o fitnə dövründə yüksəlib bir-birinizin boyunlarını buran ilanlara dönəcəksiniz” deyə buyurdu. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 368, no. 672)
Peyğəmbərimiz (s.ə.v) yuxarıdakı hədisində bəzi müsəlmanların öz aralarındakı ixtilafa diqqət çəkmişdir. Axırzamanda məqam, mövqe, güc əldə edib sonra birlik olmaq əvəzinə, bir-birlərinə qarşı düşməncəsinə rəftarlar göstərəcəyinə işarə edir. Peyğəmbərimiz (s.ə.v) başqa hədislərində də bəzi müsəlmanlar arasında yaşanacaq həsəd, paxıllıq, düşmənçilik kimi təhlükələrə diqqət çəkmişdir:
Fitnə məhz buradan, şeytanın iki buynuzunun doğulacağı yerdən gələcək. Halbuki siz bir-birinizin boyunlarını vurursunuz... (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 369, no. 675)
...Bir-birinizlə ehtiras yarışına girərsiniz, bir-birinizə həsəd apararsanız, bir-birinizdən üz döndərib ayrılarsınız və bir-birinizə düşmən olarsınız. (Sahih-i Müslim, 4/2274)
Ümmətimə bir zaman gələcək ki, fiqh alimləri bir-birlərinə həsəd aparacaq. Təkələrin (erkək keçi) bir-birlərini qısqandığı kimi, bir-birlərini qısqanacaqlar. (Hatim, Hatib; Geleceğin Tarihi 1, səh. 28)
Məni haqqla göndərən Allaha and içirəm ki, məndən sonra ümmətimdə fitrət dövrü olacaq. O dövrdə hər kəs halalı axtarmadan mal tələb edəcək, qanlar axıdılacaq və şeir Qurana əvəz tutulacaq. (Deylemi; Geleceğin Tarihi I, səh. 50)
İslam aləmi, keçmişdə tarixin ən böyük və ehtişamlı sivilizasiyalarından birini yaratmışdı. 20-ci əsrin əvvəllərində Osmanlı imperiyasının süqut etməsiylə birlikdə, İslam aləminin 20-ci əsrdəki mövqeyi dərindən təsirləndi. İslam Birliyi dağıldı. 21-ci əsrə daxil olduğumuz bu günlərdə İslam aləminin bir çox bölgəsində həllini gözləyən problemlər, razılıq əldə olunması lazım gələn müxtəlif anlaşmazlıqlar hələ də davam edir. Müsəlman ölkələrdən bəziləri elm, texnologiya, iqtisadiyyat kimi sahələrdə böyük təşəbbüslər etmələri lazım olan mövqedədirlər. Hədisdə bildirilən müsəlmanların yaşayacağı "fətrət" dövrü ilə, bəzi müsəlmanların bu gün içində olduqları bu vəziyyətə işarə edilməsi mümkündür.
Lakin unutmamaq lazımdır ki, İslam aləminin keçmişdə olduğu kimi bu gün də bütün dünya üçün əxlaqı, əmin-amanlığı, təhlükəsizliyi və bolluğu ilə nümunə təşkil edəcək ehtişamlı bir sivilizasiya yaratmaları olduqca asandır. Bunun üçün edilməsi lazım olan; Quran əxlaqının və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinin tam yaşanması və bu əxlaqın bir tələbi olan İslam Birliyinin təmin edilməsidir.
İki böyük İslam ordusu bir-birləriylə müharibə etmədikcə qiyamət qopmayacaq. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 454, no. 831)
O günlərdə münasibətləri pozulmuş möminlər Dəccalın hədəfi olmaqdan xilas ola bilməzlər. (Hakim, Müstedrek, 4:529-530; Mehdi ve Deccal, səh. 93)
Hz. Əbu Hüreyrə (r.ə) belə söyləyir: Rəsulullah əleyhissalatu vəssalam buyurdular: "Müsəlmanlardan iki qrup aralarında vuruşmadıqca qiyamət qopmaz. Bunların aralarında böyük bir müharibə apararlar, lakin davaları birdir". (Buhari, Fiten: 24, Menakıb: 25, İstitabe: 8; Müslim, İman: 248, Fiten: 17)
Peyğəmbərimiz (s.ə.v) 1400 il əvvəl bildirdiyi bu hədislərində zəmanəmizdə yaşanacaq bəzi hadisələrə diqqət çəkmişdir. Necə ki, hədislərdə xəbər verildiyi kimi, hicri 1400-cü illərin əvvəlindən etibarən bəzi müsəlman ölkələr arasında müharibə və qarşıdurmalar yaşanmışdır. İran-İraq müharibəsi və İraqın 1990-cı ildə Küveyti işğal etməsi bu müharibələrə nümunədir.
Axırzamanda ümmətimin başına, sultanlarından şiddətli bəlalar gələr, belə ki, yerlər müsəlmanlara dar gələr. (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 12)
Vay bu ümmətə, o öldürən zalım məliklərdən ötrü. Bu zalımlar, özlərinə itaət edənlər istisna olmaqla, səssiz mütiləri (itaətkar insanları) belə qorxudarlar. (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 13)
Liderlərin zülm etməsi... qiyamət əlamətlərindəndir. (Kıyamet Alametleri, səh. 143)
...Fitnənin girmədiyi heç bir ev və toxunmadığı heç bir müsəlman qalmaz. Bu vəziyyət nəslindən bir insan (hz. Mehdi (ə.s)) çıxana qədər davam edər. (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 25)
(Qiyamətin bir əlaməti) Məscidlər içərisində günahkarların səslərinin yüksəlməsi və günahkarların dinin əmr etdiklərini yerinə yetirən səmimi möminlər üzərinə qalib gəlib onlara hökm etmələridir. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 450)
And içirəm ki, bu ümmətə elə (şiddətli) bəlalar gələcək ki, insan zülmdən, qəddarlıqdan xilas olmaq üçün sığınacaq bir yer tapa bilməyəcək. Belə çətin bir vaxtda, Allah qohumumdan, mənim xanədanımdan bir kimsəni göndərəcək. (Ölüm-Kıyamet -Ahiret ve Ahirzaman Alametleri, səh. 437)
Bu hədislər, hz. Mehdi (ə.s) gəlmədən əvvəl bəzi müsəlman ölkələrdə, din əxlaqından uzaq, zalım və qəddar xarakterli insanların hakimiyyətdə olacaqlarına işarə edir. Bu vəziyyət hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın gəlişinin yaxınlaşdığını göstərən əlamətlərdən biridir.
Peyğəmbərimiz (s.ə.v) digər bir hədisində isə Axırzamanda səmimi möminlərin bütün bu təzyiqlərdən ötrü inanclarını gizlətmək və ibadətlərini gizlincə davam etdirmək məcburiyyətində qala biləcəklərini belə xəbər vermişdir:
Bu gün sizin aranızda münafiqlərin gizli yaşadıqları kimi, bir dövr gələr ki, mömin olanlar da digərlərinin arasında gizli olaraq dini həyatlarını davam etdirməyə çalışarlar. (İbni Sünni; Son Zamanlarla İlgili Hadisler, səh. 12)
Həqiqətən də bu gün İslam aləminin bir hissəsində hakimiyyətdə olan rəhbərlər müsəlman xalqa əziyyət verir və təzyiqçi və despot rejimləri ilə insanları əzirlar. Müsəlmanların dinlərini sərbəst yaşamaları və ibadətlərini yerinə yetirmələri əngəllənir, iqtisadi çətinliklər həyatı çətinləşdirir. Bir hissəsində isə, bələd olmayan rəhbərlərdən ötrü xalq müxtəlif bəlalara məruz qalır. Bu ölkələrdən bəzilərində yaşanan hadisələrin nümunələri bunlardır:
İran ilə apardığı müharibə nəticəsində 3 milyonluq əhalisinin təxminən bir milyonunu itirən İraqda, faşist diktator Səddam Hüseyn xalqına dözülməz işgəncələr və zülm tətbiq etmişdir.
1979-cu ildə Sovet Rusiyası tərəfindən işğal edildiyi gündən etibarən Əfqanistanda, qeyri-sabitlik və qarğaşalıq hakim olmuşdur.
Suriyalı müsəlmanlar Hafiz Əsədin 30 il davam edən diktatorluğu ərzində müxtəlif işgəncələrə məruz qaldılar. Qadınlara təcavüz edildiyi, kişilərə hər cür işgəncələrin tətbiq olunduğu qətliamlarda bəzi şəhərlər tamamilə sıradan çıxdı.
Afrikanın ən kiçik ölkələrindən biri olan Cibuti, 1977-1991-ci illərdə, təxminən 2 min müsəlmanın qətlə yetirildiyi, 7 min insanın da heç bir səbəb göstərilmədən həbs olunub işgəncə gördüyü qatı bir rejimlə idarə olundu.
Somalidə 1969-cu ildən 1991-ci ilə qədər təxminən 20 il ərzində birbaşa müsəlmanları hədəf alan, general-mayor Məhəmməd Siad Barrenin (Mohamed Siad Barre) liderliyi altında təzyiqçi bir rejim tətbiq olundu.
Tunis, 31 il müddətində Həbib Burqibanın (Habib Bourguiba) diktatorluq rejimi altında idarə olundu. Özünü "həyat boyu prezident" elan edən Burqiba (Bourguiba) hakimiyyətdə olduğu müddətdə müsəlman xalqı təzyiq altında saxladı.
Bunu da qeyd etmək lazımdır ki, bəzi müsəlman ölkələrdə yaşanan bu vəziyyət əsil İslam əxlaqının tam mənasıyla bilinməməsindən qaynaqlanır. Müsəlmanlara təzyiq tətbiq edən rejimlərin ortaq istiqamətlərindən biri, bu rejimlərin təməllərinin din əxlaqına uyğun olmayan təzyiqçi, qol gücünə əsaslanan ideologiyaları mənimsəmələridir. Dolayısilə, edilməli olan bəhs edilən ideologiyalarla fikri istiqamətdə mübarizə aparmaqdır. Fikrən məğlubiyyətə uğrayan bir ideologiyanın ayaqda qalması qeyri-mümkündür. Müsəlmanların etməli olduqları şey, bir tərəfdən bu ideologiyaların nöqsanlarını və yanlış yönlərini göz qabağına gətirmək, digər tərəfdən də həqiqi din əxlaqından danışan insanları ən gözəl şəkildə doğru yola dəvət etmək olmalıdır. Quran əxlaqına və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinə uyğun olan bu üsulla, Allahın icazəsi ilə, bütün bu zülmlər bitəcək, müsəlman aləmi parlaq gələcəyə qovuşacaq.
Günahsız insanlar qətl edilənədək hz. Mehdi (ə.s) çıxmayacaq və qətliamlara yerdə və göydəkilər, artıq təhəmmül edə bilməz hala gəldiyi zaman zühur edəcək... (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 37)
Hz. Mehdi (ə.s) hər doqquzdan yeddisi öldürülənə qədər çıxmaz. Günahsız insanların öldürülməsi onlardandır. (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 35)
Günahsız insanlar öldürülmədən hz. Mehdi (ə.s) çıxmaz. Günahsızlar öldürüldüy zaman, onları öldürənlərdən yer və göy əhli nifrət edərlər... (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 35)
Hz. Mehdi (ə.s)-ın çıxışı ilə əlaqədar hədislərdə qətliamların yayılmasından bəhs edilərkən, bu qətliamların günahsız insanları hədəf alacağına xüsusilə diqqət çəkilib. Daha əvvəl də vurğuladığımız kimi, bu gün demək olar ki, bütün müharibələrdə əsil hədəf mülki vətəndaşlardır. Qətliamlar da əsasən mülki və günahsız əhaliyə istiqamətli olaraq gerçəkləşdirilir, çox vaxt uşaqlar, yaşlılar və qadınlar qətlə yetirilir. Xüsusilə də özlərini müdafiə etmək imkanı olmayan bu insanların seçilmiş olması qətliamların irimiqyaslı olması, həyatlarını itirən insanların sayının isə yüksək olmasına səbəb olur.
Müharibələr və ya müxtəlif qarşıdurmalar vaxtı törədilən qətliamlarla yanaşı xüsusilə son illərdəki terrorist hərəkatlar da xalqın kütləvi şəkildə məhv edilməsi ilə nəticələnir. Terrorizmin məqsədi xalq arasında qorxu və dəhşət yaymaq olduğundan, bu cür hücumların əsil yönəldiyi təbəqə əksəriyyətlə mülki vətəndaşlardır. Alış-veriş mərkəzləri, restoranlar, kafelər, məktəblər kimi müdafiəsiz, qadınların, gənclərin və uşaqların olduğu yerləri hədəf seçən bu hərəkatlardan ötrü dünyanın müxtəlif ölkələrində bir çox insan həyatını itirir.
Əbu Hüreyrə (r.ə) belə söyləyir: Rəsulullah əleyhissalatu vəssalam buyurdular: "İnsanlar elə günlər görəcək ki, qatil nə üçün öldürdüyünü, öldürülən də nə üçün öldürüldüyünü bilməyəcək". (Müslim, Fiten: 56, (2908))
Cinayətlərdəki artım Axırzaman əlamətlərindən biridir. Qəzetlərdə, çox kiçik bir mübahisədən ötrü və ya qarşısındakı insanın reaksiyasını xoşlamadığını, dinlədiyi musiqidən narahat olduğunu irəli sürərək, çox az miqdarda pul əldə edəcəyini düşünərək insan öldürənlərin xəbərlərinə tez-tez rast gəlinir.
Bu mütləqdir ki, yaxın gələcəkdə (bir-birini təqib edən) bəzi fitnələr olacaq. Sonra təkrar fitnələr olacaq. Sonra yenə fitnələr olacaq. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 375, no. 684)
...Sonunda da bəlalar, fitnələr və xoşlamayacağınız bir çox pis işlər isabət edəcək. Arxa-arxaya elə fitnələr gələr ki, sonra gələn getdikcə daha böyük olduğu üçün, əvvəl gələni asan və yüngül mövqeyində qoyar. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 394-395, no. 733)
Yuxarıdakı hədislərdə, dünyaya davamlı yayılan və uzun müddət davam edən bir fitnədən bəhs edilir. "Fitnə" sözü isə daha əvvəl ifadə edildiyi kimi; "müharibə, qarışıqlıq, dava, ixtilaf" kimi mənalarda işlədilir. Sözün bu mənaları düşünüldüyü zaman xüsusilə son bir əsrdir ki, hədisdə də ifadə edildiyi kimi, arxa-arxaya heç bitmədən davam edən müharibələr, daxili çəkişmələr, qarışıqlıq hadisələri dünyanın hər tərəfində bitmədən davam edir. Xüsusilə geridə qoyduğumuz 20-ci əsr "Müharibələr əsri" kimi adlanır. İçində olduğumuz 21-ci əsr yenə müharibələr və terror hadisələri ilə başlamışdır və hələ də bunlar dünyanın hər tərəfində davam edir.
20-ci əsrin müharibələrində 180 milyon insan həyatını itirdi. Bəşəriyyət tarixində ilk dəfə bir əsr ərzində bu qədər çox sayda insan müharibələr ucbatından həyatını itirdi. Yenə 20-ci əsrdə, hər biri ən azı 6000 nəfərin ölümünə səbəb olan təxminən 165 müharibə və qarşıdurma baş verdi.(29)
Son dövrdə dünyanın hansı bölgələrində müharibə və daxili qarışıqlıq yaşandığına baxdığımız zaman, dünyanın bir yerdə bitib digər yerdə başlayan fitnələrdən xilas ola bilmədiyini görmək mümkündür. Bosniya-Herseqovina, Kosova, İran, İraq, Əfqanistan, Çeçenistan, Fələstin, Kamboca, Efiopiya, Somali, Yəmən, Uqanda, Əlcəzair, Ruanda, Mozambik, Angola, Konqo, Liberiya, Burundi, Sudan, Livan, Argentina, Şimali İrlandiya, Salvador, Nikaraqua müharibələrin və daxili çəkişmələrin yaşandığı ölkələrdən sadəcə bəziləridir.
Dünya tarixi müharibələr və qarşıdurmalarla doludur, lakin 20-ci əsrdə və 21-ci əsrin əvvəllərində baş verən müharibələr, terror aktları və qətliamlar, bütün dünya tarixində baş verənlərdən bir çox xüsusiyyəti ilə seçilir. Daha əvvəl də bəhs edildiyi kimi, bu müharibələrdəki ölü sayı bütün müharibələrdəkindən xeyli çoxdur. Həmçinin, tarix boyu müharibələr həmişə regional səviyyədə qalmış, bir yerdən digərinə sıçrayaraq bütün dünyaya yayılmamışdır. Lakin 20-ci əsrdən başlayaraq bu qarşıdurmalar bütün dünyaya yayılmışdır. Ötən əsrdə müharibə və ya qarşıdurma görməmiş, terror hadisələrini yaşamamış tək bir ölkə belə yox kimidir.
20-ci əsr müharibələrini digərlərindən fərqləndirən digər bir xüsusiyyət isə, istifadə edilən silahların gücüdür. Tanklar, ağır toplar, bombardman təyyarələri, bu əsrdə meydana çıxmış ölüm maşınlarıdır. Digər tərəfdən nüvə silahlarından istifadə edilməsi nəticəsində olduqca dəhşətamiz qətliamlar yaşanmış, atom bombaları ilə yox edilən Xirosima və Naqasaki şəhərlərində təkcə bu müharibəni görən nəsillər deyil, bir və ya bir neçə nəsil sonrası da böyük zərərlər görmüşdür.
Hazırda bioloji müharibə ən böyük təhlükələrdən biri hesab edilir. Necə ki, 11 sentyabr terror hücumlarından sonra ABŞ-da mühüm ünvanlara məktublarla göndərilən qarayara basilləri bunun bir nümunəsidir. 2001-ci ilin oktyabrında, ABŞ-da mətbuat təşkilatları və siyasi təşkilatlara məktubla göndərilən qarayara basilləri, ikisi ölümlə nəticələnən 10 qarayara hadisəsinə səbəb olmuşdur.(30) Nəticədə, hədisdə bəhs edilən və dünyanın bir çox yerinə yayılan fitnənin, 20-ci əsrdə başlayan və 21-ci əsrdə davam edən müharibələr, qarşıdurmalar, qarğaşalıq və terror hadisələri olması ehtimalı çox yüksəkdir. Bütün bunlar hz. İsa (ə.s) və hz. Mehdi (ə.s) ilə birlikdə yaradılacaq Qızıl Əsr dövrünün yaxınlaşdığının və Axırzamanın yaşandığının əlamətləridir.
İnsanların ümidsiz olduğu və "Mehdi filan heç yoxmuş" dediyi bir vaxtda Allah hz. Mehdi (ə.s)-ı göndərər... (Kitab-ul Burhan fi-Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 55)
Yuxarıdakı hədisdə Axırzaman əlamətlərindən birinin, insanların "hz. Mehdi (ə.s)-ın gəlməyəcəyi istiqamətində" ümidsizliyə qapılmaları olduğu bildirilir. Bu ümidsizliyin yayılması, hz. İsa (ə.s)-ın da gəliş əlamətlərindən biridir.
Axırzamanda müharibələr, yoxluq, aclıq, ədalətsizlik, əxlaqi tənəzzül və müxtəlif epidemik xəstəliklərlə iç-içə yaşayan insanların böyük əksəriyyəti bütün bu mənfiliklərin aradan qalxacağına dair inanclarını itirərlər. Müsəlmanlar arasında da bir çox insan, Qızıl əsrin başlayıb, İslam əxlaqının dünya üzərində hakim olacağı istiqamətindəki ümidlərini itirər və fitnələrin artaraq davam edəcəyinə inanar.
Necə ki, dövrümüzdə bu ruh halının nümunələri tez-tez görünür. Peyğəmbərimiz (s.ə.v)-in hz. İsa (ə.s)-ın yer üzünə qayıtması, hz. Mehdi (ə.s)-ın zühuruyla birlikdə yaşanacaq gözəlliklərlə əlaqədar çox sayda hədisi olmasına baxmayaraq, bir çox insan belə bir dövrün olmayacağını zənn edir. Məhz bu zənn də Axırzaman əlamətlərindən biridir. Həqiqi din əxlaqının hakimiyyəti, bu ümidsizlik halının insanlar arasında yayıldığı bir vaxtda, Allahın insanlara olan rəhməti sayəsində başlayacaq.
Halbuki Allahın icazəsi ilə hz. İsa (ə.s) yaşadığımız bu əsrdə təkrar dünyaya qayıdacaq, hz. Mehdi (ə.s) zühur edəcək və həqiqi din əxlaqı bütün dünyaya hakim olacaq. Yer üzü o gəlmədən əvvəl necə zülm və haqsızlıqla doludursa, o gəldikdən sonra, Rəbbimizin icazəsi ilə, ədalət, sülh, təhlükəsizlik və bərəkətlə dolacaq.
Kasıblar çoxalacaq. (Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, səh. 455)
Aclıq və həyat bahalılığı mümkün qədər yayılacaq. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 440)
Dəccalın zühurundan üç il əvvəl, olduqca böhranlı günlər olacaq, aclıq hökm sürəcək... (Kıyamet Alametleri, səh. 220)
Hz. Mehdi (ə.s)-ın gəlişindən əvvəl yaşanılacaq aclıq və yoxsulluqla bağlı, Peyğəmbərimiz (s.ə.v)-in yuxarıdakı hədislərə bənzər bir çox hədisi var. Şübhəsiz ki, tarix boyu aclıq və səfalət həmişə olmuşdur. Lakin Axırzamanda yoxsulluq bütün dünyada böyük miqyasda artacaq. Həmçinin bu vəziyyət hz. İsa (ə.s)-ın gəlişinin xəbərçisidir.
Bu gün dünyanın hər tərəfində yeyilən və içilən şeylərdən məhrum, qeyr-sağlam şərtlər altında yaşayan, sığınacaq bir yer tapa bilməyən insanlar var. Bu vəziyyət Afrika, Asiya, Cənubi Amerika başda olmaqla, Amerika və Avropa ölkələrində də intensiv şəkildə davam edir. İnsanların kiçik bir hissəsi çox böyük rifah içində yaşadığı halda, 2 milyarda yaxın insan aclıq sərhədində yaşayır. 2000-ci illərə girərkən yazılan bir məqalədə dünyanın içində olduğu vəziyyət belə açıqlanır:
Yeni min illiyə addım atarkən, hər gün yoxsulluqla əlaqəli səbəblərdən ötrü 35 000 uşağın həyatını itirdiyi bir dünya ilə qarşı-qarşıya gəlirik. Bu da hər 2,5 saniyədə bir uşağın öldüyünü göstərir. Elə bir dünya ilə qarşılaşırıq ki, yoxsulluq sərhəddinin altındakı insan sayı gün keçdikcə artır və son zamanlarda bu göstərici 1,5 milyarddır. Bu, Çinin əhalisindən daha çox, Avropa İtifaqının ümumi əhalisinin dörd mislinə bərabərdir.
Dünyanın ən zəngin üç ailəsinin sərvətləri birləşdirildiyi zaman, ən az inkişaf etmiş ölkələrdəki 600 milyon insanın illik gəlirlərindən daha çox edir. Bununla yanaşı, dünyanın ən kasıb 80 ölkəsindən çoxunun adambaşına illik gəliri 10 il əvvəlkinə görə daha aşağıdır.(31)
Hazırda bütün dünyada kasıblıq çox ciddi ölçülərə çatmışdır. BMT Uşaq Fondunun (UNİCEF) son hesabatı nəzərə alınsa, dünya əhalisinin dörddə bir hissəsi "təsəvvüredilməz çətinlik və yoxsulluq şəraitində" yaşayır.(32) Bir milyard üç yüz milyon insan gündə 1 dollar, üç milyard insan da gündə 2 dollar ilə dolanır.(33) Təxminən bir milyard üç yüz milyon insan təmiz sudan, iki milyard altı yüz milyon insan təməl səhiyyə xidmətlərindən məhrumdur.(34)
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2000-ci il hesabatına görə, 826 milyon insan qeyri-kafi qidalanır. Digər bir sözlə, hər altı nəfərdən biri aclıq çəkir.(35)
Gəlir paylanmasındakı ədalətsizlik də son bir neçə on il ərzində həddindən artıq dərəcədə, təsəvür ediləndən xeyli böyümüşdür. BMT mənbələri göstərir ki, 1960-ci ildə dünya əhalisinin ən kasıb 20%-i ilə ən zəngin 20%-i arasındakı gəlir nisbəti 1-in nisbəti 30-a (1/30) olduğu halda, 1995-ci ildə 1-in nisbəti 82-yə (1/82) olmuşdur.(36) Sosial ədalətdəki tənəzzülə bir nümunə isə, dünyanın ən zəngin 225 nəfərinin sərvətinin dünya əhalisinin 47%-nin illik gəlirinə bərabər olmasıdır.(37)
Statistik məlumatların ortaya qoyduğu bu aktual məlumatlar eyni zamanda, Peyğəmbərimiz (s.ə.v)-in bəhs etdiyi kasıblığın artacağı xəbərinin də göstəriciləridir. Peyğəmbərimiz (s.ə.v)-in işarə etdiyi dövrün dövrümüzün şərtlərini təsvir etdiyi aydındır. Keçmiş əsrlərə baxıldığı zaman, quraqlıq, müharibələr və ya fəlakətlər kimi səbəblərlə sıxıntı və çətinliklər yaşandığı lakin bunların müvəqqəti və regional səviyyədə qaldığı görülür. Halbuki yaşadığımız dövrdə yaşanılan kasıblıq və dolanışıq çətinliyi daimi, sistemli və irimiqyaslı xarakter daşıyır.
Şübhəsiz ki, Rəbbimiz sonsuz şəfqət və mərhəmət sahibidir; insanlara zülm edən deyildir. Əlbəttə ki, belə hallar dini, əxlaqi və vicdani dəyərlərdən məhrum, eqloistlik və mənfəət əlaqələri üzərində qurulmuş bir dünya sisteminin labüd nəticəsidir. Necə ki; "insanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq, quruda və dənizdə fəsad ortaya çıxdı. Ümid olunur ki, dönərlər deyə (Allah) onlara etdiklərinin bir hissəsini özlərinə daddırır" (Rum surəsi, 41) ayəsində dünyadakı fitnənin səbəbinin insanların Allahın dinindən üz döndərmələri olduğu xəbər verilir.
Qızıl əsrin başlamasıyla birlikdə bütün bu çətinliklər aradan qalxacaq. Aclıq, yoxsulluq və səfalət, öz yerini bolluq, bərəkət və zənginliyə verəcək. O dövrdə ehtiyac və yoxluq içində heç bir insan qalmayacaq, din Allahın Quranda təsvir etdiyi kimi yaşanacaq və insanlar; "onların mallarında dilənib istəyən (və iffətindən ötrü istəməyib) yoxsulun olan üçün də bir haqq vardır" (Zəriyət surəsi, 19) ayəsində bildirildiyi kimi, mallarını ehtiyac sahiblərinə paylayacaqlar. Onsuz da İslam əxlaqının yaşandığı bir cəmiyyətdə bəzi insanların varlı, bəzi insanların isə yoxsul olması da qeyri-mümkündür. Çünki əgər bir insan iman gətiribsə, Allahın; "yoxsula yemək verməyə dəstək olmazdı. Bundan ötrü də bu gün, özü üçün heç bir mehriban dost yoxdur” (Haqqə surəsi, 34-35) ayələrində bildirdiyi vəziyyətə düşməkdən qorxar. Bu da cəmiyyətdə böyük ictimai ədalət, rifah və bərəkətin yaranmasına vəsilə olar.
Dəccalın çıxmasından əvvəl, səma üç il yağışını tutar. Birinci ildə normal yağışın üçdə bir hissəsini tutub üçdə iki hissəsini yağdırar. Yer üzü bitkisinin üçdə bir hissəsini bitirməz. İkinci ildə səma normal yağışının üçdə iki hissəsini yağdırmaz. Yer üzü də bitkisinin üçdə iki hissəsini bitirməz. Üçüncü ildə isə səma bütün yağışını kəsər, yer üzü də bitkisindən heç bitirməz. (Ebu Davud, İbni Mace, Taberani; Geleceğin Tarihi 3, səh. 241)
Hədisdə xəbər verildiyi kimi, yer üzündə yaşanılacaq quraqlıq Dəccalın çıxışından əvvəl baş verəcək hadisələrdən biridir. Necə ki, yaxın keçmişdə quraqlıq dünyanın bir çox ölkəsinə təsir etmişdir.
Quraqlıq mövzusunda son illərdə qəzetlərdə bəhs edilən xəbərlərdən bəziləri isə belədir:
Hər il 100 milyon hektar məhsuldar sahə yox olur.
Səhralaşmanın, 110 ölkədə bir milyarddan artıq insanı təhdid etdiyi vurğulanarkən, daha çox gecikmədən, təsirli bir mübarizə proqramının tətbiq edilməsi istənilir. (02.09.2003 ntvmsnbc)
Ümumdünya Ətraf Mühit Gününün bu ilki mövzusu “su”
Birləşmiş Millətlər Təşkilatı (BMT), Ümumdünya Ətraf Mühit Günündə su çətinliyinə diqqət çəkərək, su problemi ucbatından 2 milyard insanın ölümlə üz-üzə olduğunu bildirdi. (05.06.2003 ntvmsnbc)
Dünyada quraqlıq həyəcanı
2025-ci ilə qədər susuzluğun, dünyada hər 3 insandan birini təhdid edəcəyi ifadə bildirildi. (15.08.2001 ntvmsnbc)
Lakin Peyğəmbərimiz (s.ə.v)-in digər hədislərində bu quraqlıqdan sonra yağışlarda artım olacağı da xəbər verilmişdir. Quraqlığın yaşanması kimi, yağışlarda artım olması da, hz. İsa (ə.s)-ın gəliş əlamətlərindəndir.
29) http://users.erols.com/mwhite28/war-1900.htm
30) Bilim ve Teknik Dergisi, dekabr 2001, səh. 34
31) http://www.oxfam.org.hk/english/resource/document/millennium.shtml
32) UNICEF, "Children and Poverty: Key Facts", 2000, http://www.unicef.org/copenhagen5/factsheets.htm
33) Manufacturing Dissent, "World Statistics – The Rich and the Poor", 1999, http://www.reagan.com/HotTopics.main/HotMike/document-8.13.1999.6.html
34) UNICEF, "Children and Poverty: Key Facts", 2000, http://www.unicef.org/copenhagen5/factsheets.htm
35) FAO, "The state of food insecurity in the world", 2000, http://www.fao.org/FOCUS/E/SOFI00/sofi001-e.htm
36) Human Development Report 1998, United Nations Development Programme, New York, Eylül 1998- www.oneworld.org/ni/issue310/facts.htm
37) Manufacturing Dissent, "World Statistics – The Rich and the Poor", 1999, http://www.reagan.com/HotTopics.main/HotMike/document-8.13.1999.6.html