Hz. İsa (ə.s)-ın Yer Üzünə Gəliş Əlamətləri -
İslami Mənbələrdə Qeyd Olunan Əlamətlər 041-050

41) Allahın Açıqca Inkar Edilməsi

Allah açıq-aydın inkar edilmədikcə qiyamət qopmaz. (Kitabül Burhan Fi Alametil Mehdiyyil Ahir Zaman, səh. 27)

Allahı inkaretmə azğınlığı olan ateizm, 19-cu əsrin sonundan etibarən yayılmışdır. Materializm və darvinizmin yayılmasıyla özlərinə fəlsəfi və guya elmi dayaq tapdıqları yanılmasına qapılan ateistlərin sayı 20-ci əsrdə artmışdır. Ateistlər bu dövrdə azğın fikirlərini təbliğ etmə imkanı qazanıblar. Ateizm, səmimi iman gətirənlərin aparacağı fikri mübarizə ilə Allahın icazəsi ilə yox olmağa məhkumdur (ateizmin süqutu mövzusu üçün baxın: Harun Yəhya, “İslamın yüksəlişi”, Araştırma nəşriyyatı)

42) Allahdan Başqa Ilahlar Qəbul Edilməsi

Lat-Uzzaya yenidən Allahdan başqa ilah qəbul edilərək sitayiş edilmədikcə qiyamət qopmaz... (Kıyamet Alametleri, səh. 281)

Ümmətimdən bir çox qəbilələr müşriklərə qoşulacaqlar, qiyamətdən əvvəl hamısı küfrə girəcəklər... (Kıyamet Alametleri, səh. 287)

Ümmətimdən bəzi insanlar bütlərə qayıdıb sitayiş edənə qədər qiyamət qopmaz. (Kıyamet Alametleri, səh. 241)

Allahdan başqasını ilah qəbul etmək, şübhəsiz ki, çox böyük azğınlıq və günahdır. Bəzi insanlar, bütlərə tapınmaqdan bəhs edildiyi zaman, təkcə keçmiş cəmiyyətlərin etdiyi kimi taxtadan və ya daşdan yonulmuş heykəllərə sitayiş etməkdən bəhs edildiyini zənn edərlər. Halbuki bu yanılmadır. Şirk qoşan bir insan, yalnız insanların düzəltdiyi bütlərə sitayiş edən insan demək deyil. Allahın Quranda bildirdiyi kimi, şirk qoşmadan iman gətirmək; "dini yalnız Allaha məxsus edərək (yəni yalnız Allahın rizasını və rəhmətini umaraq) iman gətirmək" deməkdir. Axırzamanda isə, şirk qoşmadan, səmimi iman gətirən insanların sayı azalacaq, göstəriş üçün ibadət edən, Allahın haqq dinindən uzaqlaşaraq bəzi batil inanclar qəbul edən insanların sayı artacaq.

43) Materialist Fəlsəfənin Yayılmasına Işarə

“Bismillah hərflərinin dəyəri itirildiyi zaman, Mehdi zühur edər”. (Risalet-ül huruc-ül Mehdi, səh. 29)

Hədisdə "bəsmələ" deyilərkən, insanların din əxlaqına olan aspekti və imani vəziyyətləri nəzərdə tutula bilər. Necə ki, insanların imanlarının zəiflədiyi bir dövrdə hz. Mehdi (ə.s) zühur edəcək və bu cərəyanları fikrən ortadan qaldıracaq. Bu cəhətdən düşünüldüyü zaman, hədisdə işlənən ifadə, materialist və darvinist fəlsəfənin insanlar üzərindəki təsirinin çox olacağına işarə ola bilər. Hz. İsa (ə.s)-dan əvvəl gələcək olan hz. Mehdi (ə.s)-ın vəzifələrindən biri, (bəlkə də ən önəmlisi) bu fəlsəfə və fikir cərəyanlarını yox edərək hz. İsa (ə.s)-a zəmin hazırlamasıdır.

44) Anarxiya Və Qarğaşalıq Günləri

Qiyamətin tam yaxınlığında anarxiya və qarğaşalıq günlər var. (Suyuti, Cami'üs Sagir, 3/211)

Anarxiya və qarşıdurma, geridə qoyduğumuz əsrin ən nəzərəçarpan xüsusiyyətlərindən biridir. Vətəndaş müharibələri və qiyamlar minlərlə insanın həyatı bahasına gəlmiş, təhlükəsizlik və dinclik insanların ən böyük həsrətlərindən birinə çevrilmişdir. Bəzi Afrika ölkələrində heç cür bitməyən vətəndaş müharibələri, başda Cənubi Amerika olmaqla, bəzi ölkələrdə baş verən qiyamlar, Cənubi Asiyada yaşanan qarşıdurma və müharibələr, Yaxın və Orta Şərqdə yaşanan gərginliklər bu qarğaşalığın təkcə bilinən müəyyən nümunələridir.

Bununla yanaşı, xüsusilə son on ildə terror yayılmış, Amerikadan Asiyaya qədər uzanan geniş bir ərazidə, bir çox ölkə terrorist hücumlardan zərər çəkmişdir. Vətəndaş və günahsız insanları hədəf alan terror, insanların qorxulu yuxusuna çevrilir, anarxiya və qarğaşalıq insanlarda narahatlığa səbəb olur.

45) Sülhün Aradan Qalxması

Bütün qəlblərə fəsad düşdüyü üçün xalqın bir hissəsi digər hissəsiylə danışaraq sülh və ittifaq nümayiş etdirərlər. Lakin qəlblərində sülh və ittifaqa müxalif vəziyyət olduğu bir dövr gəlmədikcə qiyamət qopmaz. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 382, no. 701)

Yuxarıdakı hədis dövrümüzdə açıqca yaşanır. Xüsusilə İsrail-Fələstin arasında istənilən təşəbbüs və səyə baxmayaraq, heç cür baş tutmayan sülh, hədisin işarə etdiyi hadisələrdən biri ola bilər (doğrusunu Allah bilər). Həmçinin dövrümüzdə yer üzündə sülhün hakim olması üçün, döyüş və müharibələrin bitməsi üçün, dünyanın hər tərəfində sülh tərəfdarları tərəfindən nümayişlər keçirilir. Lakin bütün bu nümayişlər yalnız Orta və Yaxın Şərqdə deyil, dünyanın bir çox bölgəsində davam edən qarşıdurma, müharibə və qətliamların qarşısını ala bilmir.

46) Qiyamların Olması

...(O əsnada) fitnələr, qarışıqlıqlar, qiyamlar çox olar insanlar bir-birlərini öldürərlər. İnsanlar öz canlarına qıyarlar və yer üzünü bəlalar bürüyər. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 482, no. 901; Kitabü'n-Nihaye, İbn-i Kesir, 1/131)

Daxili çəkişmələr və qiyamların çoxalması, Peyğəmbərimiz (s.ə.v)-in Axırzamanla əlaqədar verdiyi mühüm məlumatlardandır. 20-ci əsrin sonlarından etibarən başda Salvador, Nikaraqua kimi Mərkəzi və Cənubi Amerika ölkələri olmaqla, dünyanın hər tərəfində qiyamlar, çevrilişlər və əks-çevrilişlər yaşanmışdır. 1980-ci illərin əvvəlində Mərkəzi Amerikada, bir qrup idarəçi heyət ilə hərbi liderlər arasında baş verən mənfəət qarşıdurmaları, çöllərdə təşkilatlanan partizan hərəkatlarının da güclənməsiylə təxminən 22 milyon insanı təsiri altına alan böyük qarşıdurma və qarğaşalıq mühitinə çevrilmişdir. Həyata keçirilən qiyamlarla Nikaraquada Somoza höküməti devrilmiş, Honduras, Saldavor və Qvatemalada böyük qiyamlar yaşanmışdır. Bütün bu hadisələr əsnasında təkcə 1982-ci ildə, həmin bu bölgədə 15 min insan həyatını itirmişdir.(27)

47) İnsanların Bir-Birindən Qaçması

"Ey Allahın Elçisi, Ahlas fitnəsi nədir?" "Qaçmaq (yəni insanlar arasındakı həddindən artıq düşmənçilikdən ötrü bir-birlərinə etibar edə bilmədikləri üçün bir-birlərindən qaçmaları) və insanların mallarının talan edilməsidir" deyə buyurdu. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 386, no. 714)

Hədisdə, insanların etibarsızlıq və qorxudan ötrü bir-birlərindən qaçmalarına diqqət çəkilir. Bununla, yurdlarından köç etmək məcburiyyətində qalan insanlara işarə edilməsi mümkündür. Həqiqətən də qarşıdurmalardan ötrü evlərini tərk edən, müharibələr ucbatından torpaqlarından çıxardılan insanların sayı 20-ci əsrin əvvəllərindən etibarən böyük artım göstərmişdir.

Xüsusilə son 20-30 ildə bu artım diqqətçəkən göstəriciyə çatmışdır. 2001-ci ildən etibarən təxminən dünyadakı 23 milyon olan mühacir sayı, 2002-ci ildə demək olar ki, 30 milyona çatmışdır.(28)

48) Dünyanı Qarışıqlıq və Qarğaşalıqların Bürüməsi

Dünya hərc-mərclik içində qaldığı, fitnələr zühur etdiyi, yollar kəsildiyi, bəziləri bəzilərinə hücum etdiyi, böyük kiçiyə mərhəmət etmədiyi və böyüyə təmkinli davranılmadığı zaman Allah, bu vaxt onlardan ədavəti (düşmənçiliyi) yox edərək dəlalət (iman və İslamiyyətdən ayrılmaq, azğınlıq) qalalarını fəth edəcək və əvvəlcə mənim ayaqda tutduğum kimi, Axırzamanda dini ayaqda tutacaq, əvvəllər zülmlə dolu olan dünyanı ədalətlə dolduracaq birini (hz. Mehdi (ə.s)) göndərəcək. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 12)

Rəsulullah (s.ə.v) belə buyurmuşdur: "Məndən sonra fitnələr olacaq. Orada terror və müharibələr var. Sonra onlardan daha şiddətli fitnələr olacaq. Nə vaxt (fitnələrin) bitdi deyilsə, yeni bir qiyam olacaq. Ta ki, mənim nəslimdən bir şəxs (hz. Mehdi (ə.s)) çıxana qədər fitnənin daxil olmadığı bir ərəb evi və çatmadığı bir müsəlman qalmayacaq". (Mer'iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi'si, Feraidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar; Beklenen Mehdi, səh. 147)

Hədislərdə görüldüyü kimi, müəyyən bir yer bildirilməyib, qarışıqlığın dünyanın hər tərəfində yayılacağına işarə edilir. Həqiqətən də hədislərdə təsvir edildiyi şəkildə, bu gün dünyanın beş qitəsində böyük qarğaşalıq, müharibələr, qətliamlar və terror hadisələri davam edir. Hər gün yüzlərlə insan səbəbsiz yerə öldürülür, yurdlarından çıxarılır (ətraflı məlumat üçün baxın: Harun Yəhya, “Qiyamət əlamətləri”, Araştırma nəşriyyatı)

49) Böyük Hadisələrin və Heyrətləndirici Şeylərin Meydana Gəlməsi

Onun dövründə neçə-neçə heyrətamiz hallar zühur edəcək (meydana gələcək). (Mektubat-ı Rabbani, 2/258)

Onun dövründə böyük hadisələr baş verəcək. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 27)

"...Zəlzələlər, kədərlər, böyük hadisələr yaxındır. O gün qiyamət, insanlara, bu əlimin, başına olan yaxınlığından daha yaxındır" deyə buyurdu. (Ebu Davud, Cihad: 37, (2535))

Onun zühur məbdələri (çıxışının başlanğıcı) və müqəddimələri (çıxış əlamətləri) Rəsulullah (s.ə.v)-in irhasatına bənzəyər. (Mektubat-ı Rabbani, 2/258)

Hz. Məhəmməd (s.ə.v)-in doğumundan əvvəl böyük və fövqəladə hadisələr baş vermişdi. Doğulduğu gecə yeni bir ulduz çıxmış, oda sitayiş edən İran padşahlarının sarayının 14 bürcü dağılmış, İranda 1000 ildir ki, yanmaqda olan atəşpərəst odu sönmüş, Səmavi vadisi sel suları altında qalmış, Savə gölü qurumuşdu...

Yuxarıdakı rəvayətlərdə işarə edildiyi kimi, hz. Mehdi (ə.s)-ın ortaya çıxışı da, Peyğəmbərimiz (s.ə.v)-nin çıxışına bənzəyəcək. Onun çıxışı dövründə də böyük və möcüzəvi hadisələr olacaq. Son 100 ildir ki, dünyada baş verən böyük hadisələrin bəziləri belədir:

◉ Kəbə basıldı və çox sayda müsəlmanın qanı axıdıldı.

◉ 2500 illik İran şahlığı süqut etdi və İran Şahı Rza Pəhləvi öldü.

◉ Hindistanın Bombey şəhərində bir fabrikdən sızan qaz 20 000 insanın ölümünə səbəb oldu.

◉ İki müsəlman ölkə olan İran və İraq arasında 8 il davam edəcək bir müharibə başladı.

◉ Ruslar, Əfqanistanı işğal etdi.

◉ Mexiko şəhəri şiddətli zəlzələ nəticəsində yerlə-yeksan oldu.

◉ Şimali Kolumbiyadakı Ruis vulkanı 400 ildir ki, ilk dəfə partladı. Əriyən qar və buzun yaratdığı palçıq ucbatından Armero şəhəri xəritədən silindi. 20 000 insan öldü.

◉ Banqladeşdəki sel 25 000 insanın ölümünə səbəb oldu.

◉ Xristianlığın mərkəzi Romanı su basdı.

◉ 1986-cı ildə Çində tarixinin ən böyük meşə yanğını baş verdi.

◉ Hindistan prezidenti Qandi, Misirin dövlət başçısı Ənvər Sədat, İsveçin Baş naziri Ulof Palme (Olof Palme) öldürüldü.

◉ Papa II İohann Pavel vuruldu.

◉ 1980-ci ilin əvvəllərində ilk QİÇS faktları aşkar edildi. Bu ana qədər on minlərlə insanın ölümünə səbəb olan bu xəstəlik "Əsrin vəbası" adlandırıldı.

◉ 1986-cı ildə kosmik gəmi Çellencer buraxıldıqdan sonra partladı.

◉ 26 aprel 1986-cı ildə Ukraynadakı Çernobıl AES-ində indiyə qədər görülən ən böyük nüvə qəzası baş verdi. Bir çox Avropa ölkəsi yayılan radiasiyadan təsirləndi.

◉ Ozon təbəqəsinin dəlinməsi Dünya iqliminə çox mənfi təsir göstərdi.

◉ Sovet İttifaqı süqut etdi və Qorbaçovla birlikdə Müstəqil Dövlətlər Birliyi yarandı.

◉ İraqın Küveyti ilhaq etməsindən sonra illərlə davam edəcək fars körfəzi müharibəsi başlandı.

◉ Ermənistandakı zəlzələ nəticəsində şəhər xarabalığa çevrildi. 500 000 insan evini tərk etdiyi halda, ölülərin sayı 40 000-i keçdi.

◉ 1989-cu ildə Çində kommunist dəstələr tanklarla tələbələrin üstünə yeridi, Tyanamen (Tiananmen) meydanında 2000 tələbə öldü.

◉ Soyuq müharibənin simvolu olan Berlin divarı inşasından tam 28 il sonra uçdu.

◉ 1990-cı ildə Kəbədəki tuneldəki izdihamda 1400-dən artıq hacı həyatını itirdi.

◉ 1991-ci ildə Banqladeşdə baş verən sel hadisələrindən sonra təxminən 139 000 insan öldü, on milyonlarla insan evsiz qaldı.

◉ Son 20 ildir ki, Amerikada fırtınalar, qasırğalar, tornadolar və sellər dayanmaq bilmədi. Minlərlə insan öldü, milyonlarla insan evini tərk etdi və zərər hər dəfə milyard dollarlarla ölçüldü.

◉ Bosniya və Kosovadakı qətliamlra nəticəsində yüz minlərlə müsəlman öldürüldü və yüz minlərləsi də yurdlarından sürgün edildi.

◉ Ebola virusu on minlərlə insanın ölümünə səbəb oldu.

◉ El-Nino bütün dünya ölkələrinə çox böyük fəlakətlər gətirdi.

◉ 19 oktyabr 1987-ci ildə London Birjası çökdü. Yaşanan böyük təşviş nəticəsində 50 milyard sterlinqlik dəyər itkisi yaşandı.

◉ 19 aprel 1995-ci ildə ABŞ-ın Oklahoma şəhərindəki federal binaya edilən bombalı hücum nəticəsində 168 insan öldü.

◉ 22 mart 1997-ci ildə Hale-Bopp quyruqlu ulduzu, saatda 160 km. sürətlə Yerin 195 milyon km. yaxınlığından keçdi. Çılpaq gözlə seyr edilə bilən Hale-Boppun keçişi, bütün dünyada milyonlarla insan tərəfindən böyük maraqla qarşılandı.

◉ 10 may 1997-ci ildə İrandakı 7.1 bal şiddətindəki zəlzələ nəticəsində 1500 insan öldü.

◉ 4 fevral 1998-ci ildə Əfqanistandakı 6.1 bal şiddətindəki zəlzələ nəticəsində 5 min insan həyatını itirdi.

◉ 25 yanvar 1999-cu ildə Kolumbiyadakı 6 bal şiddətindəki zəlzələ nəticəsində 1171 insan həyatını itirdi.

◉ 21 sentyabr 1999-cu ildə Tayvandakı 7.6 bal şiddətindəki zəlzələ nəticəsində 2100-dən artıq insan həyatını itirdi.

◉ 11 sentyabr 2001-ci ildə ABŞ-da, tarixin ən böyük terror hücumu təşkil edildi: İki sərnişin təyyarəsi, səhər iş rejiminin başladığı saatlarda 18 dəqiqə fasilə ilə Nyu Yorkdakı Dünya Ticarət Mərkəzinin yerləşdiyi iki göydələni vurdu. Ardınca digər bir təyyarə Pentaqona düşdü. Hücumda beş mindən çox insan öldü.

◉ Hindistanda şiddəti 7.9 bal olan bir zəlzələ baş verdi və minlərlə insan həyatını itirdi.

◉ Avropada yaşanan həddindən artıq istilər 10 minlərlə insanın ölümünə səbəb oldu.

◉ 60 000 ildən bir baş verən bir hadisə meydana gəldi və Mars planeti Yerə ən yaxın mövqeyi aldı.

◉ 2003-cü il noyabr ayında dünyanın ən quraq bölgələrindən olan Məkkədə baş verən sel fəlakəti nəticəsində 12 insan həyatını itirdi.

50) Kosmosda Insan Əli Formasında Bir Təsvir Yaranması

...Əsma binti Umeys dedi: "O GÜNÜN (HZ. MEHDİ (Ə.S)-IN ZÜHURUNUN) ƏLAMƏTİ SƏMADAN UZADILMIŞ VƏ İNSANLARIN ÖZÜNƏ BAXDIĞI BİR ƏLDİR". (Celalettin Suyuti'nin Tasnifinden Hadisler, Ahir Zaman Mehdisinin Alametleri, Ali Bin Hüsameddin El Muttaki, səh. 69)

...MƏHZ O ZAMAN (HZ. MEHDİ (Ə.S)-IN ZÜHURU ZAMANINDA) SƏMADA ÖZÜNÜ BƏLLİ EDƏN BİR ƏL GÖRÜNƏR... (Celalettin Suyuti'nin Tasnifinden Hadisler, Ahir Zaman Mehdisinin Alametleri, Ali Bin Hüsameddin El Muttaki, səh. 51)

SƏMADA ZÜHUR EDƏN BİR ƏL və "əmiriniz Mehdidir" şəklindəki bir nida eşidilənə qədər təfrqiə (ayrılıq) və ixtilaflar davam edəcək. O GÜNÜN ƏLAMƏTİ: SƏMADAN BİR ƏL UZANACAQ və insanlar ona baxacaq və görəcəklər. (Ahmed İbn-i Hacer-i Mekki (Heytemi), Beklenen Mehdinin Alametleri, El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 53)

Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən bu hədislərdə göydə bir "əl"in görünəcəyi və bu əlin hz. Mehdi (ə.s)-ın gəliş əlamətlərindən olduğu bildirilir. Bu dövrə qədər ixtilafların davam edəcəyi və hz. Mehdi (ə.s)-ın səmadan, yəni radio, televiziya və internet kimi kommunikasiya vasitələrinin vəsiləsi ilə, həmişə gündəm mövzusu olacağı hədislərdən aydın olur. Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) tabeliyində olan Çandra kosmik rentgen rəsədxanası tərəfindən çəkilən bir kosmik fotoşəkildə əl formasındakı bir neytron ulduzlar topası başqa bir ulduz topasını əllə tuturmuş kimi görünür. Hədislərdə bildirilən əl ifadəsi, NASA tərəfindən "Tanrının əli" kimi adlandırılan və kosmosda baş verən bir göy hadisəsinin vəsilə olduğu bu təsvirə işarə edə bilər (doğrusunu Allah bilər).

Bəhs edilən ulduz topasının yaratdığı əl formasının duruşu hədisdəki uzanma ifadəsinə də tam uyğun gəlir. NASA tərəfindən çəkilən fotoşəkildəki əl forması bir yerə uzanılmış görünüşündədir. Həmçinin insanların hz. Mehdi (ə.s) dövründəki təkmilləşmiş yüksək səviyyəli kosmos və astronomiya texnologiyası sayəsində kosmosda baş verən bu göy hadisəsini teleskoplar vasitəsilə baxaraq görə bilmələri də hədisdəki ifadələrlə tam uyğunluq təşkil edir. Hz. Mehdi (ə.s)-ın zühur əlamətləri, dolayısilə hz. İsa (ə.s)-ın gəliş əlamətləri; "...köhnəlmiş ipi qopan bir boyunbağının dənələri kimi bir-birinin ardınca gələn əlamətləri gözləsinlər" (Ebû Hureyre (ra), Tirmizî) hədisində deyildiyi kimi, son 30 illik müddət ərzində ardıcıl gerçəkləşmiş və gerçəkləşməyə də davam edir.

Qeydlər

27) Chronicle of 20th Century, Dorling Kindsey Publishing, New York, 1995, səh. 1214

28) http://www.ihh.org/multeciler.php

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Allahın Vədi: Hz. İsa (ə.s) Yer Üzünə Qayıdacaq
  • Hz. İsa (ə.s)-ın Qayıtmasının Xəbərçiləri
  • Hz. İsa (ə.s)-ın Yer Üzünə Gəliş Əlamətləri - İslami Mənbələrdə Qeyd Olunan Əlamətlər 001-010
  • Hz. İsa (ə.s)-ın Yer Üzünə Gəliş Əlamətləri - İslami Mənbələrdə Qeyd Olunan Əlamətlər 011-020
  • Hz. İsa (ə.s)-ın Yer Üzünə Gəliş Əlamətləri - İslami Mənbələrdə Qeyd Olunan Əlamətlər 021-030
  • Hz. İsa (ə.s)-ın Yer Üzünə Gəliş Əlamətləri - İslami Mənbələrdə Qeyd Olunan Əlamətlər 031-040
  • Hz. İsa (ə.s)-ın Yer Üzünə Gəliş Əlamətləri - İslami Mənbələrdə Qeyd Olunan Əlamətlər 041-050
  • Hz. İsa (ə.s)-ın Yer Üzünə Gəliş Əlamətləri - İslami Mənbələrdə Qeyd Olunan Əlamətlər 051-060
  • Hz. İsa (ə.s)-ın Yer Üzünə Gəliş Əlamətləri - İslami Mənbələrdə Qeyd Olunan Əlamətlər 061-070
  • Hz. İsa (ə.s)-ın Yer Üzünə Gəliş Əlamətləri - İslami Mənbələrdə Qeyd Olunan Əlamətlər 071-080
  • Hz. İsa (ə.s)-ın Yer Üzünə Gəliş Əlamətləri - İslami Mənbələrdə Qeyd Olunan Əlamətlər 081-090
  • Hz. İsa (ə.s)-ın Yer Üzünə Gəliş Əlamətləri - İslami Mənbələrdə Qeyd Olunan Əlamətlər 091-100
  • Hz. İsa (ə.s)-ın Yer Üzünə Gəliş Əlamətləri - İslami Mənbələrdə Qeyd Olunan Əlamətlər 101-110
  • Hz. İsa (ə.s)-ın Yer Üzünə Gəliş Əlamətləri - İslami Mənbələrdə Qeyd Olunan Əlamətlər 111-126
  • Hz. İsa (ə.s)-ın Yer Üzünə Gəliş Əlamətləri - İncildə Məsihin Qayıdış Əlamətləri 127-142
  • Hz. İsa (ə.s) Bu Əsrdə Gələcək
  • Nəticə: Hz. İsa (ə.s)-ın Mübarək Dövrü