"Böyük şəhərlər dünən sanki yoxmuş kimi həlak olar". (Kitabül Burhan Fi Alametil Mehdiyyil Ahir Zaman, səh. 38)
Gözəl şəhərlər viran ediləndə... qiyamətlə sənin aranda bu iki barmaq arası qədər məsafə qalmış deməkdir. (Kıyamet Alametleri, səh. 143)
Yer üzü viran olmağa başlayacaq. Nəhayət Misir də viran olacaq, lakin Bəsrə viran olana qədər Misir viran olmadan əmin olacaq. Bəsrənin viran qalması İraqın viran qalmasından olacaq. Necə ki, Misirin viran qalması da, Nilin qurumasından qaynaqlanacaq... (Ölüm Kıyamet ve Diriliş, səh. 530)
Hədislərdə bildirilən böyük şəhərlərin, gözəl diyarların həlak olması və viranə qalması, müharibələr və müxtəlif təbii fəlakətlər nəticəsində baş verən dağıntıları ağla gətirir. Bunlarla yanaşı, yaxın keçmişdə yaradılan nüvə silahları, təyyarələr, bombalar, raketlər və bənzəri silahların müharibələrdə istifadə edilməsi də böyük təxribata səbəb olmuşdur. Bu təxribat gücü yüksək silahlar tarixdəki bənzərləri ilə müqayisə edilməyəcək səviyyədə dağıntılara səbəb olmuşdur. Əlbəttə, hədəf mövqeyindəki "böyük şəhərlər" də bu dağıntılardan birinci dərəcədə təsirlənən yerlər olmuşdur.
İkinci Dünya müharibəsinin bənzərsiz nəticələri buna nümunə kimi verilə bilər. Dünya tarixinin ən böyük müharibəsində, atom bombasından istifadə edilməsi nəticəsində Xirosima və Naqasaki şəhərləri tamamilə yerlə-yeksan olmuşdur. Avropanın paytaxt və mühüm şəhərləri də ağır bombardmanlar nəticəsində böyük ölçüdə dağılmışdır. Britannika Ensiklopediyası II Dünya müharibəsinin Avropa şəhərlərində səbəb olduğu ziyanı belə bildirir:
Yaranan təxribat Avropanın böyük hissəsini Ayın səthinə çevirmişdi: Şəhərlər bombardmanlar nəticəsində yerlə-yeksan oldu, kurort məkanları qovruldu və qapqara oldu, yolları bombaların açdığı çuxurlar bürüdü, dəmiryolları yarıtmaz hala gəldi, körpülər uçdu, limanlar batmış gəmilərlə doldu. Müharibədən sonra Almaniyanın, Amerikan bölgəsi hərbi qubernatoru general Lusius D. Kleyin (Lucius D. Clay) dediyi kimi; "Berlin sanki ölülərin şəhəri idi".(25)
Bir sözlə, II Dünya müharibəsi tarixdə bənzəri görülməyən genişlikdəki təxribatı hədisin işarə etdiyi hadisələrlə tam uyğunlaşır.
Dünyanın viran qalmış yerlərinin abadlaşdırılması, abadlaşdırılmış yerlərinin dağıdılması qiyamətin şərt və əlamətlərindəndir. (Kıyamet Alametleri, səh. 138)
Viran qalmış yerlərin abadlaşdırılması da Axırzaman əlamətlərindəndir. Əvvəlki hissədə ələ aldığımız kimi, müharibələrlə keçən 20-ci əsrdə bir çox şəhər yerlə-yeksan olmuş və yenidən inşa edilmişdir. Berlin, Leninqrad (Sankt-Peterburq), Drezden kimi II Dünya müharibəsi vaxtı tanınmaz vəziyyətə düşən böyük Avropa şəhərləri, müharibədən sonra yenidən inşa edilmiş və bugünkü görünüşlərini almışlar.
Bənzər bir nümunə olaraq Yaponiyanın Kobe şəhəri 1995-ci ilin yanvar ayında böyük bir zəlzələ nəticəsində dağılmışdır. Yaponiya hökuməti və universitetləri, zəlzələləri əvvəlcədən xəbər verən bir üsula sahib ola bilmək üçün, apardıqları çoxsaylı tədqiqatlara 30 il ərzində bir milyard dollar (təxminən 1,5 kvadrilyon lirə) xərcləmişlər. Lakin uğur qazana bilmədilər, çünki yer qabığındakı sarsıntıları tanıyıb təsnif etmək üçün yüz faiz etibarlı modellər yaratmaq qeyri-mümkündür. Zəlzələnin baş verdiyi Kobe və Osaka şəhərlərinin yerləşdiyi bölgə, Yaponiyanın qabaqcıl sənaye və ticarət mərkəzlərindən idi. Buna görə də, zəlzələdən sonra dəyən maddi zərər milyardlarla dollar oldu.(26) Lakin bütün bu zərərə baxmayaraq, yaponlar qısa müddət ərzində Kobe şəhərini yenidən inşa etdilər.
Əbu Naim, Əbu Ümamədən təxric etdi (çıxarış etdi), Rəsulullah (s.ə.v) buyurdu: Sizinlə insanlar (bir nüsxədə rumlar deyilir) arasında dörd sülh olacaq, dördüncü sülh, Herakl əhlindən bir insan vasitəsi ilə olar və bu yeddi il davam edər. Deyildi: "Ey Rəsulullah, o gün insanların imamı kimdir?" Buyurdu: "Övladımdan qırx yaşındakı Mehdidir". (Kıyamet Alametleri, Osman Çataklı, 299/8)
Hədisdə hz. İsa (ə.s) ilə birlikdə yer üzündə olacaq hz. Mehdi (ə.s)-ın çıxış əlamətlərindən biri xəbər verilmişdir. Bu əlamətə görə müsəlmanlarla qeyri-müsəlmanlar arasında 4-cü dəfə bir sülh müqaviləsi bağlanacaq və bu müqavilə 7 il davam edəcək. Bu prosesdən sonra isə hz. Mehdi (ə.s) gələcək. İslam aləmindən bir çox insanın qənaəti, hədisdə keçən "4-cü Sülh"ün, 1979-cu ildə ABŞ-İsrail və Misir arasında Amerikada Kemp Deviddə (Camp David) bağlanan müqavilə olmasıdır (doğrusunu Allah bilər).
Hz. Mehdi (ə.s)-ın beş əlaməti var. Bunlar Süfyani, Yəməni, səmadan bir səyhə (çağırış, nərə), Bəydada bir ordunun batması və günahsız insanların öldürülməsidir. (Nuaym Bin Hammad)
...Özünə bir ordu göndəriləcək. Bunlar yerin bir səhrasında olarkən yerə batırılacaq. (Müslim'den; Geleceğin Tarihi 4, səh. 31)
Bir ordu vuruşmaq üçün gələr, səhraya daxil olduğu zaman, baş və sondakıları batar, ortadakılar da xilas olmaz. (Hanbel, Tirmizi, İbni Mace, Ebu Davud'dan; Geleceğin Tarihi 4, səh. 30)
2003-ci ildə baş verən İraq müharibəsi vaxtı İraq ordusunun böyük hissəsinin birdən-birə ortadan yox olması müharibənin ən diqqətçəkən hadisələrindən biriydi. Bir çox qəzet və televiziyada, respublika gözətçiləri kimi tanına təxminən 60 000 nəfərlik ordunun və fədailər kimi tanınan təxminən 15 000 İraqlı əsgərin itməsi xəbər kimi yayılmışdı. Yuxarıdakı hədislərdə bu mövzuya diqqət çəkilməsi, hz. Mehdi (ə.s)-ın və hz. İsa (ə.s)-ın çıxış əlamətlərindən biri olan "bir ordunun batması" hadisəsinin baş vermiş olduğunu göstərir (doğrusunu Allah bilər). Necə ki, irəliləyən günlərdə də döyüş təyyarələrinin bir hissəsinin səhra qumları altında basdırılmış vəziyyətdə tapılması, hədisdə bəhs edilən, səhrada bir ordunun batması hadisəsinin İraq ordusu ilə əlaqədar olma ehtimalını gücləndirir.
"İraqlıların əlində ölçə biləcəkləri bir çəki aləti və alış-veriş edə biləcəkləri bir pul demək olar ki, qalmayacaq". (Kenzul Ummal, Kitab-ul kıyame kısm-ul efal, 5-ci cild, səh. 45)
Axırzaman və hz. İsa (ə.s)-ın çıxış əlamətlərindən biri də İraqlıların pulunun dəyərini itirməsidir. Bu hədis iki ayrı vəziyyətə işarə edə bilər. Bunlardan birincisi, İran-İraq və Fars körfəzindən müharibələrindən sonra İraqda baş verən iqtisadi tənəzzül ola bilər. Müharibədən ötrü böyük zərər çəkən İraq iqtisadiyyatı, müharibədən sonra davam edən embarqolar nəticəsində heç cür düzəlməmişdir. Xalqın alıcılıq qabiliyyəti azalmış, yoxluq və kasıblıq ən mühüm problemlərdən birinə çevrilmişdir.
Hədisin işarə etdiyi digər bir vəziyyət də, İraq müharibəsindən sonra İraq dinarının tədavüldən çıxardılması ola bilər. Son müharibə ilə birlikdə İraq dinarının sürətlə dəyər itirməsi və tədavüldən qalxması ehtimalından, 2003-cü il tarixli qəzet xəbərlərində geniş bəhs edilmişdi.
Axırzamanda Bağdad alovlarla yox edilər... (Risalet-ül Huruc-ül Mehdi, 3-cü cild, səh. 177)
2003-cü il İraq müharibəsində, müharibənin ilk günündən etibarən Bağdad, ən çox bombardmana tutulan şəhərlərdən biri olmuşdur. Ağır bombardman, gecələri Bağdadın eynilə hədisdə xəbər verildiyi kimi, alovlanıb yanmasına səbəb olmuşdur. Bağdadın qəzet və televiziya xəbərlərinə əks olunan görünüşləri, yuxarıdakı hədisdə diqqət çəkilən hadisə ilə tam uyğundur. Bu da Axırzamanda olduğumuzu göstərən açıq əlamətlərdən biridir.
Beytül-Məqdisdə sülh müqaviləsi bağlanacaq. (Risalet-ül Huruc-ül Mehdi, 3-cü cild, səh. 184)
Beytül-Məqdis, Məscidül-Əqsanın digər adıdır. Bu hədisdə də Beytül-Məqdis deyilərək Qüdsdə baş tutacaq bir sülh müqaviləsindən bəhs edilə bilər. Necə ki, Fələstin torpaqlarında qarşıdurma və gərginlik əlli ildən uzun müddətdir ki, davam edir. Lakin 1993-cü ildə Osloda aparılan sülh danışıqları bu torpaqlara dinclik və təhlükəsizliyin gəlməsi üçün mühüm bir addım olmuşdur. Hər nə qədər Osloda alınan qərarların bəziləri ədalətli olmasa və bəziləri də tam mənasıyla tətbiq edilməsə də, iki tərəfin müəyyən mövzular üzərində razılığa gəlməsi mühüm irəliləyiş idi. 2003-cü ildə də başda "Yol xəritəsi" cəhdi olmaqla, iki tərəf arasında sülh danışıqları davam etmişdir.
Əbu Nadrə (r.ə) dedi; Cabir (r.ə)-in yanında idik, belə dedi: "Elə bir zaman yaxınlaşır ki, İraq əhalisinə bir kafiz (qab), bir dirhəm (kütlə vahididir) gətirilməyəcək".
Dedik ki; "Bu kimdən ötrü olar". Dedi: "Əcəmlər (qeyri-ərəblər) bunu qadağan edərlər". Sonra dedi: "Şam əhalisinə bir dinar, bir müdi (ölçü vahididir) gətirilməyəcək". "Bu kimdən ötrü olar?" dedik. "Rumlardan ötrü" dedi. (Et-Tac, Ali Nâsıf el-Hüseyni)
Hz. Əbu Hüreyrə (r.ə) belə deyir: "Rəsulullah əleyhissalatu vəssalam: "İraqa ölçəyi və dirhəmi verilməyəcək. Şama da ölçəyi və dinarı verilməyəcək. Misirə ölçəyi və dinarı verilməyəcək. Başladığınız yerə qayıdacaqsınız" deyə buyurdu və üç dəfə təkrarladı". (Müslim, Fiten: 33, (2896); Ebu Davud, Harac: 29, (3035))
İraq və Şama embarqo tətbiq olunması qiyamətdən əvvəl yaşanan hadisələrdən, yəni hz. İsa (ə.s)-ın gəliş əlamətlərdən biridir. İraqa, hədisdə xəbər verildiyi kimi, on ildən uzun müddətdir ki, embarqo tətbiq olunması diqqətçəkəndir. Bununla yanaşı, Suriyaya da embarqo tətbiq olunması ehtimalı tez-tez gündəmə gəlir.
...İraqa hücum etmədikcə qiyamət qopmaz. Həmçinin İraqdakı günahsız insanlar Şama doğru sığınacaq yerləri axtararlar. Şam yenidən qurular, İraq da yenidən qurular. (Kenzul Ummal, Kitab-ul kıyame kısm-ul efal, 5-ci cild, səh. 254)
Hədisdə İraqın yenidən inşa ediləcəyinə diqqət çəkilir. Əvvəlcə İran-İraq müharibəsi, daha sonra Fars körfəzi müharibəsi, son olaraq da 2003-cü ildəki İraq müharibəsindən sonra, İraqda bir çox şəhər yerlə-yeksan olmuşdur. Bu müharibədən sonra yaşanan qarət hallarının da təsiriylə böyük xarabalığa çevrilən İraqın yenidən inşa edilməsi məcburi hal almışdır. Bu vəziyyətdən qəzet xəbərlərində də çox geniş bəhs edilmişdir.
Günahsız və təmiz İraq xalqı Şama qaçar. (Risalet-ül Huruc-ül Mehdi, səh. 210)
2003-cü ildə İraq müharibəsi başlamadan dərhal əvvəl on minlərlə İraqlının, Suriya başda olmaqla müxtəlif ölkələrə köç etmə səyləri bu hədisdəki hadisə ilə böyük bənzərlik təşkil edir. Bu mövzuyla əlaqədar də müxtəlif xəbər və şəkillərə mediada yer verilmişdir.