Hz. İsa (ə.s)-ın Yer Üzünə Gəliş Əlamətləri -
İslami Mənbələrdə Qeyd Olunan Əlamətlər 011-020

11) Böyük Bir Hadisənin Meydana Gəlməsi

"(1) Hz. Mehdi (ə.s) çıxmadan əvvəl (2) Mədinədə (3) qapqara daşların belə (4) qan içində itəcəyi (5) böyük bir hadisə olacaq. Bu hadisədə bir qadının öldürülməsi (6) bir qamçının yellənməsi qədər asan olacaq. Həmçinin bu hadisə 2 km. qədər yayılacaq". (EI-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-iI Muntazar, 41)

(1) Hz. Mehdi (ə.s) çıxmadan əvvəl...

Hədisin belə başlaması bu hadisənin eyni zamanda hz. Mehdi (ə.s)-ın çıxışından əvvəlki əlamətlərindən olduğunu göstərir. Hədislər və böyük İslam alimlərinin izahlarına görə, hz. Mehdi (ə.s) hicri 1400-cü ilin (miladi 1979-80-ci ilin) əvvəllərində çıxmalıdır. Hədisdə işlənən; "hz. Mehdi (ə.s) çıxmadan əvvəl" ifadəsi, hz. Mehdi (ə.s)-ın ortaya çıxışından qısa müddət əvvəl bu böyük hadisənin baş verəcəyinə işarə edir.

(2) ...Mədinədə...

Ərəb dilində Mədinə sözü eyni zamanda böyük şəhər mənasında da işlədilir. Aşağıdakı hədis buna nümunədir.

Hz. İbni Əmrdən rəvayət edilmişdir. Rəsulullah (s.ə.v) buyurdu:
Ey Ümmət! Altı şey vardır ki, onlar olmadan qiyamət qopmaz... Altıncısı da mədinənin fəthidir.
Deyildi: Hansı mədinə? Buyurdu: Konstantinopol. (İstanbul)
(Bu İstanbulun hz. Mehdi (ə.s) tərəfindən ediləcək mənəvi fəthidir.) (Kıyamet Alametleri, səh. 204 Ramuz EI Ehadis 1/296)

(3) ...Qapqara daşların belə qan içində itəcəyi...

Hədisin bu hissəsində də qanlı hadisənin üzərində baş verəcəyi zəmin səthi təsvir edilir. Qara daş, yəni asfalt yol üzərində qanlı bir hadisə olacağına işarə edilir.

◉ 1 may Taksim hadisəsində 34 ölü və 200 nəfərin yaralanmasından axan qanlar, qara daşlar (yəni asfalt yol) üzərinə tökülmüş və bu qanlar küçələrə yayılmışdır.
Asfalt yol: Kiçik çaqıl daşlarının asfalt materialı ilə qarışdırılmasından əmələ gəlir.
Bu qarışıq yola töküldüyü zaman bütün qara daş halını alır.

(4) ...qan içində itəcəyi...

Qarşıdurmalar nəticəsində axan qan, bəzi hissələrdə asfaltı bir örtük kimi örtmüş və asfalt bəzi yerlərdə görünməz hala gəlmişdir.

(5) ...böyük bir hadisə olacaq...

1 may Taksim hadisəsi anarxiya dövründə çox sayda insanın qətlə yetirildiyi və xeyli qanın axıdıldığı böyük hadisədir.

(6) ...Bir qamçının yellənməsi qədər asan olacaq...

Burada bir bənzətmə edilərək öldürmənin çox asan şəkildə ediləcəyinə diqqət çəkilir. Necə ki, bir qamçını, sadə əl hərəkətləriylə hər tərəfə doğru asanlıqla yelləmək mümkün olursa, eyni asanlıqla qamçı kimi qulpundan tutulan və hər tərəfə yönəldilə bilinən tapança da yalnız tətiyinin çəkilməsiylə hədəfdəki şəxsi öldürə bilər.

12) 1979-cu Ildə İstanbulda Baş Verən Güclü Gəmi Partlayışı

Hüseyin ibn Əli (r.ə)-dən belə rəvayət olunmuşdur:
"GÖY ÜZÜNDƏ ŞƏRQ TƏRƏFİNDƏN, GECƏNİ İŞIQLANDIRAN BÖYÜK BİR OD GÖRDÜYÜNÜZ VAXT, MƏHZ O AN, HZ. MEHDİ (Ə.S)-IN GƏLİŞ VAXTIDIR".(Mer'iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi'si "Feraidu Fevaidi'l Fikr Fi'l İmam El-Mehdi El-Muntazar)

Əbu Cəfər ibn Məhəmməd ibn Əli (r.ə)-dən rəvayət edildi.
Siz üç və ya yeddi gün ŞƏRQDƏN BİR ODU GÖRDÜYÜNÜZ ZAMAN AL-İ MƏHƏMMƏDİN (HZ. MEHDİ (Ə.S)-IN) ÇIXMASINI GÖZLƏYİN, uca Allahın icazəsi ilə, bir carçı (göydən bir mələk) hz. Mehdi (ə.s)-ın adı ilə səmadan (göydən) nida edəcək ki, şərqdə və qərbdə olan hər kəs bu səsi eşidəcək. Belə ki, qorxudan YUXUDA OLANLAR OYANACAQ, AYAQDA OLAN ÇÖKƏCƏK, OTURAN İSƏ YERİNDƏN ATILACAQ. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 32)

Hədisdə Peyğəmbərimiz (s.ə.v)-in bildirdiyi bu böyük partlayış və ardından ortaya çıxan böyük od 1979-cu ildə, yəni hicri 1400-cü ildə Kadıköy sahillərində meydana gələn İndependenta adlı neft yüklü tankerin güclü partlayışını xəbər verir.

15 noyabr 1979-cu ildə dünyanın 4-cü böyük tankeri olan 150 min qros tonluq İndependenta adlı Ruminiya tankeri İslam aləminin son mərkəzi olan İstanbula gəldiyi bir vaxtda, bir qəza nəticəsində sahilə çıxmışdır. Bu vaxt istanbullular bu böyük partlayışın səsiylə böyük qorxu və dəhşət yaşadılar. Günlərlə böyük od çıxardaraq yanan bu tanker nəticədə Heydərpaşa önlərində batdı. Hədisdə verilən məlumatlardan bu hadisənin hz. Mehdi (ə.s)-ın, çıxış yeri olan İstanbula ayaq basdığı günlər içərisində baş verəcəyi bildirilmişdir. Göy gurultusu kimi çox uca səslə günlərlə davam edən nəhəng od, işıq və tüstü buludu və hərdənbir baş verən partlayışlarla, hz. Mehdi (ə.s)-ın İstanbula gəldiyi insanlara xəbər verilmişdir.

Peyğəmbərimiz (s.ə.v), İstanbulda baş verən bu böyük hadisə anının hz. Mehdi (ə.s)-ın İstanbula gəliş vaxtı olduğunu; "...MƏHZ O AN, HZ. MEHDİ (Ə.S)-IN GƏLİŞ VAXTIDIR" ifadəsiylə açıq şəkildə bildirmişdir.

Həmçinin son 1000 ilin ən böyük mücəddidi olan Ustad Səid Nursi həzrətlərinin külliyatında da, hz. Mehdi (ə.s)-ın hicri 1400-cü il, miladi 1979-cu ildə zühur edəcəyi;

"İSTİQBAL-İ DÜNYƏVİYYƏDƏ (dünyanın gələcəyində) 1400 İL SONRA GƏLƏCƏK BİR HƏQİQƏTİ ..." (Sözler, səh. 318) sözləriylə bildirilmişdir.

13) Günəşdə Bir Əlamətin Meydana Çıxması

O, (hz. Mehdi (ə.s)), Günəşdə bir əlamət görünənə qədər gəlməyəcək. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 47)

Günəş əlamət kimi doğulmadıqca hz. Mehdi (ə.s) çıxmayacaq. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 33)

Qiyamətin əlamətlərindən biri də Günəşdə baş verəcək fövqəladəliklərdir. 20-ci əsrdə Günəşdə böyük bir partlayış baş vermiş və dünya bu partlayışdan çox təsirlənmişdir. Hədisdə bəhs edilən Günəşdə meydana çıxacaq əlamət, 20-ci əsrdə görülən bu böyük partlayış ola bilər.

14) Günəş Tutulması

Günəş əlamət kimi doğmadıqca hz. Mehdi (ə.s) çıxmayacaq. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 33)

Günəşdə yaranacaq əlamət, 20-ci əsrdə yaşanan partlayışla bərabər, ötən illərdə baş verən böyük Günəş tutulmasına da işarə edə bilər. 11 avqust 1999-cu ildə baş verən Günəş tutulması 20-ci əsrin son tam Günəş tutulmasıdır. İlk dəfə bu qədər çox insan Günəş tutulmasını, həm də bu qədər uzun müddət izləyə bilmiş, nəzər yetirmə fürsəti əldə etmişdir. Bu tutulmada diqqətçəkən bir xüsus da Türkiyənin də bu tam tutulmanın ən yaxşı izlənildiyi ölkələrdən biri olmasıdır. Bartından Silopiyə qədər, təxminən 12 şəhər və 100 rayon tutulmanı müşahidə edə bilmişdir.

11 avqust 1999-cu ildə baş verən Günəş tutulması 20-ci əsrin son tam Günəş tutulmasıdır. Bu əsrin ən böyük Günəş tutulması isə 22 iyul 2009-cu ildə baş vermişdir. 2009-cu ildə baş verən və 6 dəqiqə 39 saniyə davam edən günəş tutulması, 11 iyul 1991-ci ildə Havay və Cənubi Amerikadan izlənilən 6 dəqiqə 53 saniyəlik günəş tutulmasından sonrakı ən uzun günəş tutulmasıdır. Aparılan hesablamalar 2132-ci ilə qədər bugünkündən daha uzun bir günəş tutulması olmayacağını göstərir.

Bu qədər əlamətin bir yerdə və çox qısa zaman kəsiyi çərçivəsində ardıcıl gerçəkləşmiş olması, əlbəttə, çox mühüm hadisədir. Bu əlamətlər Allahın iman gətirən qullarına bir müjdəsidir.

15) Sistemlərin Dəyişməsi

Zamanın inqitaa uğradığı (zamanın kəsildiyi) bir dövrdə hz. Mehdi (ə.s) adlı bir şəxs gələcək... (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 14)

Bu hədisdə Peyğəmbərimiz (s.ə.v), hz. Mehdi (ə.s)-ın "zamanın kəsildiyi", yəni bir çox hədis təfsirçisinin də ifadə etdiyi kimi; "zamanın fərqliləşdiyi", "sistemlərin dəyişdiyi" bir dövrdə gələcəyini bildirmişdir. Bu hədisdə işarə edilən "sistem dəyişikliyi" ilə, 20-ci əsrdə dünyanın hər tərəfinə hakim olan kommunist rejimlərin əsrin sonlarına doğru süquta uğramasının nəzərdə tutulması mümkün ehtimaldır.

20-ci əsrə damğasını vuran qanlı müharibələrin və qətliamların ən böyük səbəblərindən biri, materialist fəlsəfənin məhsulu olan kommunist ideologiyanın hakimiyyətidir. Bu ideologiya, Avropadan Asiyaya, Cənubi Amerikadan Afrikaya qədər dünyanın böyük hissəsində təsirli olmuş, bir çox ölkə on illər boyu kommunist rejimlər tərəfindən idarə olunmuş və ya kommunist təşkilatlar tərəfindən hədəf alınmışdır. 1990-cı illərə qədər davam edən soyuq müharibənin və ən qəddar qətliamların səbəbi kommunizm olmuşdur.

Kommunist rejimlər digər ölkələrlə vuruşaraq ideologiyalarını yaymağa çalışmaqla bərabər, öz xalqlarına da böyük zülm tətbiq etmiş, çox geniş kütlələri edamlar, kütləvi qırğınlar, toplama düşərgələrindəki ağır şərtlər və qıtlıqlar kimi üsullarla öldürmüşlər.

Kommunist rejimlər, tarixçilərin hesablamalarına görə, 20-ci əsr boyunca 120 milyon insanın ölümünə səbəb olmuşdur. Bunların əksəriyyəti müharibə zamanı cəbhədə ölən əsgərlər deyil, kommunist dövlətlərin öz xalqlarının içindən öldürdükləri mülki vətəndaşlardır. On milyonlarla kişi, qadın, yaşlı, kiçik uşaq, körpə, yalnız kommunist rejimlərin, qatı və vəhşi xüsusiyyətlərindən ötrü həyatını itirmişdir. Bundan savayı milyonlarla insan kommunistlərin zülmünə uğramış, bundan ötrü köç etməyə məcbur edilmiş, əllərindən malları, tarlaları alınmış və hər an öldürülmə, günahsız yerə həbs olunma və ya zülm görmə qorxusu altında yaşadılmışlar.

Lakin 20-ci əsrin sonlarına doğru, çox güclü və sarsılmaz sanılan bu ideologiyaya sahib rejimlər bir-bir çökməyə, zəifləməyə başlamışlar. Bu çöküşün ən nəzərəçarpan simvolu, 1989-cu ildə Berlin divarının dağılmasıdır. İki il sonra, dünyanın ən böyük və ən güclü kommunist dövləti olan Sovet İttifaqı dağılmış və Şərq Bloku tamamilə parçalanmışdır. Afrikadan Hind-Çinə qədər uzanan bir bölgədə fərqli kommunist rejimlər bir-birinin ardınca çökmüş, 1945-ci ildən dünyanın sabit beynəlxalq sistemi olan "ikiqütblü dünya sistemi" ləğv olunmuş, siyasi şərhçilərin deyimi ilə yeni bir dünya sistemi qurulmuşdur. Olduqca təəccüblü şəkildə nəticələnən bu hadisə ilə, hədisdə diqqət çəkilən "sistem dəyişikliyi" baş vermişdir.

Dövrümüzdə isə, kommunizmin son fikri və siyasi qalıqları da yox olur, dünya bu qanlı ideologiyadan tamamilə təmizlənir. İslam əxlaqının dünyaya yayılması ilə bu sistemlərin dünyanın hər tərəfinə gətirdiyi zülm, ağrı, qaranlıq və yoxluq yer üzündən həqiqi mənada silinəcək, insanlar gözəlliyə, zənginliyə, rifaha və dincliyə qovuşacaqlar. Allah, çətinliklərin, qaranlıqların, müharibə, qətliam və ağrıların ardından, rəhmətinin və böyüklüyünün təcəllisi olaraq insanlara bənzərsiz nemətlər bəxş edəcək.

16) Tozlu Dumanlı Fitnə

Tozlu dumanlı, qaranlıq fitnə görüləcək, bunu digərləri izləyəcək ... (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 26)

Bu hədisdə isə, hz. Mehdi (ə.s)-ın çıxışından əvvəl, tozlu və dumanlı, qaranlıq fitnənin olacağından bəhs edilir. Fitnə, "insanın ağıl və qəlbini bilavasitə haqq və həqiqətdən uzaqlaşdıracaq şey, müharibə, azdırma, qarışıqlıq, ixtilaf, döyüş" kimi mənalara gələn bir kəlimədir.(22) Hədisdə bu fitnənin arxasında toz və duman qoyacağı bildirilir. Həmçinin bu fitnənin "qaranlıq" kimi xarakterizə edilməsi, haradan gəldiyi bəlli olmayan, gözlənilməz bir hadisə olduğuna işarə kimi qəbul edilə bilər.

Bu istiqamətlərdən baxıldığı zaman bəhs edilən hədisin, 11 sentyabr 2001-ci ildə Amerika Birləşmiş Ştatlarının Nyu-York və Vaşinqton şəhərlərində baş verən, dünya tarixinin ən böyük terror hadisəsi kimi xarakterizə edilən hücuma işarə etməsi mümkün ehtimaldır. Televiziya ekranlarında və qəzetlərdə də şahid olunduğu kimi, bu iki böyük terror hadisəsindən sonra böyük toz buludu və duman ətrafı bürümüşdü.

Nyu-Yorkda Dünya Ticarət Mərkəzinə və Vaşinqtonda Pentaqon binasına çırpılan təyyarələrin yanacağının səbəb olduğu partlayışlar nəticəsində böyük duman yaranmış və bu duman bütün şəhərdən və hətta ətraf şəhərlərdən görülə biləcək qədər yüksəlmiş və yayılmışdır. Partlayışlar nəticəsində çökən binalar isə, daha böyük toz buludunun yaranmasına səbəb olmuş, hətta ətrafdakı insanların üstləri tamamilə bu tozla örtülmüşdür.

Bu hadisə, həm dünya tarixinin ən böyük terror hücumlarından biri olması, həm digər əlamətlərlə yaxın dövrlərdə baş verməsi, həm də hədisdə bəhs edilən tərifə bənzər xüsusiyyətlərə sahib olmasından ötrü olduqca əhəmiyyətlidir. Dolayısilə minlərlə günahsız insanın ölümünə və yaralanmasına səbəb olan, bəşəriyyət tarixinin bu ən acınacaqlı terror hadisələrindən biri, hədisdə xəbər verilən və hz. Mehdi (ə.s)-ın çıxışının bir əlaməti kimi bildirilən "tozlu dumanlı, qaranlıq fitnə" ola bilər.

17) Geniş Yayılmış Qətliamların Baş Verməsi

Hz. Mehdi (ə.s)-dan əvvəl, geniş yayılmış qətliamların baş verəcəyi böyük fitnə görüləcək. (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 37)

Çox kədərli vəziyyətlər və acınacaqlı mənzərələr görülər. Fitnələr arxa-arxaya davam edər... Ana, ata, qız, kişi hər kəsi öldürər... Bunların arasında fitnə, zorakılıq, həlak və qaçmalar olar. Nə vaxt bitdi deyilər, yenə də davam edər. (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 36)

Peyğəmbərimiz (s.ə.v)-in hz. Mehdi (ə.s)-ın gəlişi ilə əlaqədar bildirdiyi hədislərin böyük hissəsində, hz. Mehdi (ə.s) gəlmədən əvvəl dünyada qarışıqlıq, etibarsızlıq və narahatlığın hakim olacağı üzərində dayanılır. Müharibələr və qarşıdurmalarla yanaşı, kütləvi qətliamların yaşanacaq olması da bu dövrün nəzərəçarpan xüsusiyyətləri arasındadır. Həmçinin hədisdə qətliamların geniş yayılacağına, yəni bütün dünya səviyyəsində yaşanacağına diqqət çəkilir.

Ötən əsrdə iki böyük dünya müharibəsi baş vermiş və sırf bu müharibələrdə 65 milyon insan həyatını itirmişdir. 20-ci əsr boyunca siyasi səbəblərlə qətlə yetirilən mülki vətəndaşların sayının 180 milyonu keçdiyi təxmin edilir. Bu, daha əvvəlki əsrlərlə müqayisədə fövqəladə dərəcədə böyük ədəddir. Əslində 20-ci əsrə qədər dünyadakı müharibələr çox vaxt bir cəbhə vuruşması şəklində yaşanır, yəni müəyyən xətt üzərində döyüşən ordular arasında baş verirdi. Halbuki 20-ci əsrdəki silah texnologiyası və buna bağlı yaradılan hərbi strategiyalar, "bütünlüklə müharibə" anlayışını ortaya çıxartmış, müharibələr yalnız cəbhədəki əsgərləri deyil, cəbhə arxasındakı mülki vətəndaşları da böyük ölçüdə hədəf almışdır. Şəhərlərin bombalanması, kimyəvi, bioloji və nüvə silahları, soyqırım, toplama düşərgələri kimi anlayışlar, ilk dəfə 20-ci əsrdə ortaya çıxmışdır.

Həmin bu vəhşilik davam edir, bu gün 21-ci əsrdə hələ də dünyanın hər yerində qanlı müharibələr və qarşıdurmalar davam edir. Bu müharibələrin ortaq xüsusiyyəti isə, yuxarıdakı hədisdə də bildirildiyi kimi, kütləvi qətliamların yaşandığı müharibələr olmasıdır. Bir tərəfdən kütləvi qırğın silahlarından istifadə edilməyə başlanması, digər tərəfdən də qarşıdurmanı və qan tökməyi təşviq edən ideologiyaların fikri hakimiyyəti, qətliamların çox genişmiqyaslı olmasına səbəb olur.

Yaxın tarixə baxıldığı zaman, bir çox insanın həyatını itirdiyi müxtəlif qətliam nümunələri görüləcək. Məsələn, Bosniya müharibsi, əsasən mülki əhalinin hədəf alındığı, qadın, uşaq, yaşlı deyimədən minlərlə insanın qətlə yetirildiyi bir müharibə kimi tarixə keçmişdir. Müharibədən sonra ortaya çıxarılan kütləvi məzarlar isə qətliamın ölçülərini göz qabağına gətirən təəccüblü dəlil olmuşdur.

Afrika qitəsində də tez-tez müxtəlif etnik qruplar arasında şiddətli qarşıdurmalar yaşanır və minlərlə insan həyatını itirir. 1997-ci ilin yayında 5 böyük ölkəni, Zair, Ruanda, Uqanda, Burundi və Tanzaniyanı əhatə edən bir bölgəyə təsir edən bir müharibə, iki böyük qəbilə arasında yaşandı: Hutu və Tutsi qəbilələri. Bu etnik müharibədə yarım milyona yaxın insan həyatını itirdi. On minlərlə insan meşələrdə aclıq, yoxsulluq, epidemik xəstəliklərlə mübarizə apardı və çox böyük hissəsi öldü. Kiçik uşaq və körpələr belə sırf başqa bir qəbilədən olduqları üçün vəhşicəsinə öldürüldülər.

18) Şam və Misir Məliklərinin Öldürülməsi

Ondan əvvəl Şam və Misir məlikləri (hökmdar, məmləkət sahibi) öldürüləcək... (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 49)

Bu hədisdə hz. Mehdi (ə.s)-ın gəlişindən əvvəl Şam və Misir rəhbərlərinin öldürüləcəklərinə diqqət çəkilir.

Misirin yaxın tarixi araşdırıldığı zaman hədisdə də bildirildiyi kimi, bir "məlikin" öldürüldüyü görülür: 1970-ci ildə Misirin prezidenti olan və 11 il hakimiyyətdə qalan Ənvər Sədat.

Ənvər Sədat 1981-ci ildə bir rəsmi parad zamanı müxalifləri tərəfindən təşkil edilən bir sui-qəsd nəticəsində həyatını itirmişdir. Misir tarixində öldürülən rəhbərlərdən digərləri də, 1910-cu ildə sui-qəsdə məruz qalan baş nazir Butros Qali, 1945-ci ildə öldürülən Misirin baş naziri Əhməd Maher Paşa və 1948-ci ildə yenə bir sui-qəsd nəticəsində öldürülən Misirin baş naziri Mahmud Nukraşi (Mahmoud Nukrashy) Paşadır.

Şam sözü isə, təkcə Suriyadakı Şam şəhəri üçün işlədilməz. Şam, ərəb dilində "sol" mənasını verər və qədimdən bəri Hicaz bölgəsinin (Məkkə və Mədinə şəhərlərinin olduğu bölgə) sol tərəfində qalan ölkələri ifadə edər.(23) Şam bölgəsi rəhbərlərindən də sui-qəsdə mərzu qalan çox sayda insan olmuşdur. Bunlardan bir neçə nümunə belədir;

1920-ci ildə öldürülən Suriyanın keçmiş prezidenti Salah əl-Din Bitar (Salah Al-Deen Beetar),
1921-ci ildə öldürülən Suriyanın baş naziri Drobi (Droubi) Paşa,
1949-cu ildə sui-qəsdə məruz qalan Suriyanın baş naziri Muhsin əl-Barazi (Muhsin al-Barazi),
1951-ci ildə öldürülən İordaniya kralı Abdullah,
1982-ci ildə bombalı sui-qəsdə məruz qalan Livanda falangist lideri Bəşir Camayel (Bachir Gemayel)...(24)

19) Keçmiş İordaniya Kralı Abdullahın Öldürülməsi

Hz. Mehdi (ə.s)-ın çıxış əlamətlərindən biri də, Haşimilərdən yüksək səviyyəli birinin öldürülməsidir. (Risalet-ül Huruc-ül Mehdi, səh. 12)

Məlum olduğu kimi İordaniya, Haşimilər krallığı kimi adlanır. İordaniya, Osmanlıdan ayrıldıqdan sonra bir müddət İngiltərənin idarəsi altında idi. İngiltərə 1946-cı il London müqaviləsinin tələbinə görə İordaniyanın müstəqilliyini tanıdı. Həmçinin İordaniya əmirliyinin başındakı Abdullaha da İordaniya krallığı rütbəsi verildi. Kral Abdullah, daha sonra, 1951-ci ildə yenə ingilislər tərəfindən öldürtdüldü. Hədisdə diqqət çəkilən hadisə də beləliklə gerçəkləşmiş oldu.

20) Misirlilərin Əsir Alınması

"Şam əhli, Misirli qəbilələri əsir alacaq". (El Kavl-ul Muhtasar Fi Alamat-il Mehdiyy-il Muntazar, səh. 49)

Daha əvvəl də ifadə etdiyimiz kimi, Şam bölgəsi, Hicazın (Məkkə və Mədinənin yerləşdiyi bölgənin) sol tərəfində qalan bölgədir. Bu gün bu bölgədə mövcud olan dövlətlər arasında İsrail də var. Dolayısilə bu hədislə İsrail dövlətinin Misirlə olan müharibələrinə və Misir torpaqlarının işğal etməsinə işarə edilə bilər.

26 oktyabr 1956-cı ildə İsrail Misirə hücum etdi və Sina yarımadasını işğal etməyə başladı. Birləşmiş Millətlər Təşkilatının araya girməsiylə qızğın vuruşmalar bir müddət dayandı və İsrail sərhəddinə BMT Sülhməramlı Qüvvələri yerləşdi. 1967-ci ildəki altıgünlük müharibə isə İsrail-Misir arasındakı başqa bir müharibə idi. 5 iyunda İsrail hava qüvvələri, Misirin bəzi hava bazalarına hücum etdi. Bu hücumlardan ötrü çox böyük zərər görən Misir hava qüvvələri 5 iyundan sonrakı günlərdə qarşıdurmalarda heç bir fəaliyyət göstərə bilmədi. Sinadakı Misir qüvvələri geri çəkildi. 9 iyunda İsrail, Qolan təpələrinə hücum etdi və bölgəyə hakim oldu. Həmçinin İordan çayının qərb sahili və Qüdsü də yavaş-yavaş ələ keçirirdilər. Bu müharibənin sonunda İsrail, Qəzza zolağı ilə bütün Sina yarımadasını, İordan çayının qərb sahilini, Qüds şəhərini və Qolan təpələrini ələ keçirdi. Daha sonra bağlanılan müqavilələrlə İsrail Sinadan tamamilə çəkildi. Lakin bu gün hələ də İordan çayının qərb sahili, Qolan təpələri və Qüds İsrail işğalı altındadır.

Bu müharibələr zamanı olduqca çox sayda misirli, İsrail əsgərləri tərəfindən əsir alındı. Bir çox misirli də həyatını itirdi.

Qeydlər

22) Osmanlıca-Türkçe Ansiklopedik Büyük Lügat, Türdav, İstanbul, 2000, səh. 274

23) Osmanlıca-Türkçe Ansiklopedik Büyük Lügat, Türdav, İstanbul, 2000, səh. 896

24) http://www.shrc.org/books/hr.20year/ hr6.htm

25) Britannica Encyclopedia 2000, "The blast of World War II"

26) Restless Earth, H.J.de Blij, M.H.Glantz, S.L.Harris, The National Geographic Society, 1997, səh. 8

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Allahın Vədi: Hz. İsa (ə.s) Yer Üzünə Qayıdacaq
  • Hz. İsa (ə.s)-ın Qayıtmasının Xəbərçiləri
  • Hz. İsa (ə.s)-ın Yer Üzünə Gəliş Əlamətləri - İslami Mənbələrdə Qeyd Olunan Əlamətlər 001-010
  • Hz. İsa (ə.s)-ın Yer Üzünə Gəliş Əlamətləri - İslami Mənbələrdə Qeyd Olunan Əlamətlər 011-020
  • Hz. İsa (ə.s)-ın Yer Üzünə Gəliş Əlamətləri - İslami Mənbələrdə Qeyd Olunan Əlamətlər 021-030
  • Hz. İsa (ə.s)-ın Yer Üzünə Gəliş Əlamətləri - İslami Mənbələrdə Qeyd Olunan Əlamətlər 031-040
  • Hz. İsa (ə.s)-ın Yer Üzünə Gəliş Əlamətləri - İslami Mənbələrdə Qeyd Olunan Əlamətlər 041-050
  • Hz. İsa (ə.s)-ın Yer Üzünə Gəliş Əlamətləri - İslami Mənbələrdə Qeyd Olunan Əlamətlər 051-060
  • Hz. İsa (ə.s)-ın Yer Üzünə Gəliş Əlamətləri - İslami Mənbələrdə Qeyd Olunan Əlamətlər 061-070
  • Hz. İsa (ə.s)-ın Yer Üzünə Gəliş Əlamətləri - İslami Mənbələrdə Qeyd Olunan Əlamətlər 071-080
  • Hz. İsa (ə.s)-ın Yer Üzünə Gəliş Əlamətləri - İslami Mənbələrdə Qeyd Olunan Əlamətlər 081-090
  • Hz. İsa (ə.s)-ın Yer Üzünə Gəliş Əlamətləri - İslami Mənbələrdə Qeyd Olunan Əlamətlər 091-100
  • Hz. İsa (ə.s)-ın Yer Üzünə Gəliş Əlamətləri - İslami Mənbələrdə Qeyd Olunan Əlamətlər 101-110
  • Hz. İsa (ə.s)-ın Yer Üzünə Gəliş Əlamətləri - İslami Mənbələrdə Qeyd Olunan Əlamətlər 111-126
  • Hz. İsa (ə.s)-ın Yer Üzünə Gəliş Əlamətləri - İncildə Məsihin Qayıdış Əlamətləri 127-142
  • Hz. İsa (ə.s) Bu Əsrdə Gələcək
  • Nəticə: Hz. İsa (ə.s)-ın Mübarək Dövrü