Şübhəsiz ki, hz. İsa əleyhissalam, yer üzünə enəcək. Əlbəttə ki, onun zühuruna yaxın, əlamətlər və fitnələr olacaq..." (Ukayli "En-Necmu's-sakıb fi Beyanı Enne'l Mehdi min Evladı Ali b. Ebi Talib Ale't-Temam ve'l kamal"; Beklenen Mehdi, 3-cü nəşr, səh. 151)
Yuxarıdakı hədisdə göründüyü kimi, Peyğəmbərimiz (s.ə.v) Axırzamanda hz. İsa (ə.s)-ın yer üzünə qayıtmasından əvvəl müxtəlif əlamətlərin görüləcəyini xəbər vermişdir. Bu hissədə bu xəbər əsasında, hz. İsa (ə.s)-ın yer üzünə ikinci gəlişinin yaxınlaşdığını müjdələyən əlamətlərə yer verəcəyik. Əvvəlki hissələrdə qeyd etdiyimiz kimi, Axırzaman və qiyamət əlamətləri, hz. Mehdi (ə.s)-ın çıxış əlamətləri, Dəccalın fitnəsinin yaxınlaşdığını göstərən əlamətlər, hz. İsa (ə.s)-ın gəlişinin də xəbərçisidir. Quranda, Peyğəmbərimiz (s.ə.v)-in hədislərində və İslam alimlərinin kitablarında yer verilən izahlar bu mövzulardakı əsas mənbələrdir. Bunlarla yanaşı, İncil açıqlamalarından Axırzaman və hz. İsa (ə.s)-ın yer üzünə ikinci dəfə gəlişi mövzusunda Quran və Peyğəmbərimiz (s.ə.v)-in sözləri ilə uyğun olanları da bizə əhəmiyyətli məlumatlar verir.
Lakin bütün bunlara baxmayaraq, bəzi insanlar bu xəbərlərin dövrümüzə işarə etdiyi mövzusunda bəzi şübhələrə qapıla bilərlər. Bu xüsusda xatırlatmaq lazımdır ki, irəliləyən səhifələrdə bəhs ediləcək əlamətlər heç bir şübhəyə yer verməyəcək qədər açıq və aydındır. Lakin ən əhəmiyyətlisi bu xəbərlərin hamısının dövrümüzdə bir-birinin ardınca gerçəkləşdiyi və hələ də gerçəkləşməsidir. Əlbəttə ki, bu işarələrin bir hissəsi 1400 illik İslam tarixinin hər hansı bir dövründə, dünyanın müəyyən bir bölgəsində, müəyyən nisbətdə görülmüş ola bilər. Belə bir vəziyyət həmin dövrün Axırzaman olduğunu, hz. İsa (ə.s)-ın və hz. Mehdi (ə.s)-ın gəlişinin çox yaxın olduğunu göstərməz. Çünki bir dövrün Allahın müjdələdiyi son dövr kimi xarakterizə edilməsi üçün təfsilatlı şəkildə izah edəcəyimiz bütün əlamətlər eyni dövrdə, bir-birinin ardınca gerçəkləşməlidir. Bu vəziyyət hədislərdə belə ifadə edilib:
"Qiyamət əlamətləri bir-birinin ardınca gerçəkləşər. Bir sıradakı muncuqların bir-birinin ardınca qopması kimi". (Ramuz-El Ehadis, 277/6; Suyuti, Camiü's-Sagir, 3/167)
Ümmət bunları etdiyi zaman, əlamətlər bir-birini, toru qopardılıb qaçan balıqların bir-birini qovaladığı kimi qovalayar. (Ölüm, Kıyamet ve Diriliş, İmam Şarani, səh. 478)
Hədislər olduqca aydındır. Axırzaman əlamətləri bir-birinin ardınca eyni dövrdə gerçəkləşəcək. Burada bu xüsusa toxunmaqda fayda var: İrəliləyən səhifələrdə yer verəcəyimiz hadisələrdən bəziləri, dövrümüz üçün adi hadisələr kimi qarşılana bilər. Bəziləri burada bəhs edilən əlamətlərin, yaşadığımız dövrün şərtlərinin gərəyi olaraq, təbii olaraq meydana gəldiyini irəli sürə bilərlər. Əlbəttə ki, bu hadisələrin bir hissəsi dövrümüzdə müxtəlif təsirlərlə təbii olaraq meydana gəlir. Lakin bütün bunların 1400 il əvvəl əskiksiz şəkildə tam bu günün ictimai nizamını tərif edəcək şəkildə təsvir edilmiş olması və bir qədər əvvəl də ifadə etdiyimiz kimi eyni dövrdə, bir-birinin ardınca gerçəkləməsi olduqca mühüm məsələdir. Bu vəziyyət, 14 əsr əvvəl Axırzamanda yaranacaq mühiti təfsilatlı təsvir edərkən Peyğəmbərimiz (s.ə.v)-in bu dövrə diqqət çəkdiyini başa düşməyimiz üçün qəti dəlildir.
Yuxarıdakı məlumatlar əsasında istər İslami mənbələri, istərsə də İncilin açıqlamalarını araşdırdığımız zaman, heyrətamiz bir nəticə ilə qarşılaşırıq. Axırzamana dair işarələr yer üzünün demək olar ki, hər küncündə, bir-birinin ardınca və tam mənasıyla ifadə edildiyi şəkildə, yaşadığımız dövrdə yaşanır. Axırzamanla bağlı xəbərlər sanki zamanımızın əskiksiz bir portretini çəkir. Əlbəttə ki, bu, dərin düşünülməsi lazım olan olduqca möcüzəvi bir hadisədir.
Quranın 54-cü surəsinin adı olan "Qamər"in dilimizdə tərcüməsi "Ay"dır. Bu surənin böyük hissəsində, özlərinə göndərilən peyğəmbərlərin "xəbərdarlıqlarını görməzlikdən gələn" Nuh, Ad, Səmud və Lut xalqının, Firon və ətrafının başlarına gələn fəlakətlərdən bəhs edilir. Eyni zamanda birinci ayədə qiyamət vaxtı ilə əlaqədar çox mühüm bir mesaj verilir:
Saat (qiyamət saatı) yaxınlaşdı və Ay yarıldı. (Qamər surəsi, 1)
Ayədə işlədilən "yarmaq" felinin ərəb dilində qarşılığı "şakka"dır. Bu sözün ərəb dilində fərqli mənaları var. Bəzi Quran təfsirlərində "ikiyə yarılmaq" mənasından istifadə olunur. Bununla yanaşı, "şakka" sözü ərəb dilində "torpağı şumlamaq, torpağı qazmaq" mənalarında işlədilir.
İkinci mənasına nümunə olaraq, Əbəsə surəsinin 26-cı ayəsində işlədilən mənasını nümunə verə bilərik:
Şübhəsiz ki, Biz suyu axıtdıqca axıtdıq. Sonra yeri yardıqca yardıq. Beləliklə onda dənələr yetişdirdik, üzümlər, yoncalar, zeytunlar, xurmalar. (Əbəsə surəsi, 25-29)
Açıqca göründüyü kimi, bu ayədəki "şakka" ifadəsi "yerin ikiyə yarılması" mənasında deyil, "müxtəlif bitkilərin yetişməsi üçün torpağın şumlanaraq yarılması" mənasında işlədilmişdir.
Məhz tam bu nöqtədə, Quranın çox böyük bir möcüzəsi ilə qarşılaşırıq. Qamər surəsində on dörd əsr əvvəldən bildirilən ayə, 20 iyul 1969-cu ildə Ay səthində aparılan işlərlə gerçəkləmişdir. Amerikalı astronavtların Aya ayaq basaraq, Ay torpağı üzərində elmi tədqiqatlar aparmaları, daş və torpaq nümunələri götürmələri, ayın yarılması ayəsindəki ifadələrə tam uyğun gəlir.
Ayın kəşfi; "bir insan üçün kiçik bir addım, bəşəriyyət üçün böyük bir sıçrayış" şüarı ilə eyniləşdirilmişdir. Bu tarixi səfər kosmik tədqiqatlarda bir dönüş nöqtəsidir; kameralar vasitəsilə sənədləşdirilmiş və o tarixdən indiyədək yaşayan insanların seyr etdikləri bir hadisə olmuşdur. Qamər surəsinin ilk ayəsində Allahın bildirdiyi kimi, bu böyük hadisə eyni zamanda bir qiyamət əlamətidir; dünyanın qiyamətdən əvvəl son zaman kəsiyində olduğunun bir əlamətidir (doğrusunu Allah bilər).
Necə ki, bu mövzuda çox mühüm bir işarə daha var. Qamər surəsində keçən bu ayənin bəzi sözlərinin əbcəd dəyəri bizə Aya ayaq basma ili olan 1969 tarixini verir (əbcəd hesabı mövzusunda ətraflı məlumat almaq üçün baxın: “Hz. İsa (ə.s)-ın çıxış zamanı” hissəsi).
◉ ...Saat yaxınlaşdı və Ay yarıldı...
◉ HİCRİ: 1390 MİLADİ: 1969
Lakin bunu da ifadə etməliyik: Əlbəttə ki, Ayın yarılması hadisəsi, Allahın Peyğəmbərimiz (s.ə.v)-ə verdiyi möcüzələrdən biridir. Bir hədisdə bu möcüzə belə bildirilmişdir:
...Səid ibn Əbu Ərubə, Qatadədən; o da Ənəs ibn Malik (r.ə)-dən rəvayət etdi: Məkkə əhalisi Rəsulullahdan özlərinə bir ayə (möcüzə) göstərməsini istədilər. O da onlara ayı iki bölük göstərdi, hətta Məkkəlilər Hira dağını o iki bölük arasında gördülər. (Sahih-i Buhari ve Tercemesi, 8-ci cild, no.88)
Yuxarıda qeyd edilən möcüzə, ayədə xəbər verilən Ayın yarılması hadisəsidir. Lakin Quran hər dövrə işarə edən bir kitab olduğu üçün, bu ayə ilə dövrümüzdə Ayın kəşfi mövzusuna da diqqət çəkildiyi düşünülə bilər (doğrusunu Allah bilər).
Axırzamanda baş verəcək mühüm bir müharibə hədisdə belə xəbər verilir:
Şəvval ayında qiyam, zilqədədə hərbi danışıqlar, zilhiccədə isə müharibə baş tutacaq. (Kıyamet Alametleri, səh. 166)
Hədisdə bildirilən şəvval, zilqədə və zilhiccə ayları İran-İraq müharibəsinin yaranma mərhələləriylə eyni tarixlərə təsadüf edir:
◉ Şəvval ayında qiyam...
İran şahına qarşı ilk qiyam məlum olduğu kimi, hədisdə ifadə edilən 5 şəvval 1398-ci ildə (8 sentyabr 1976-cı ildə) ildə baş vermişdir.
◉ Zilqədədə hərbi danışıqlar və zilhiccədə isə müharibə baş tutacaq...
Hicri 1400-cü ilin zilhiccə (1980-ci ilin oktyabr) ayında İran-İraq arasındakı müharibə tam mənasıyla başlamışdı.
Digər bir hədisdə isə, bu müharibənin təfsilatları belə təsvir edilir:
Faris istiqamətindən gələcək olan bir qövmdür ki, belə deyəcək: "Ey ərəblər! Siz çox mövhumatçılığa getdiniz! Siz bunlara lazımınca haqq tanımasanız, heç kim sizinlə ittifaq etməyəcək... Bir gün, onlara və bir gün də sizə verilsin və sözlərə qarşılıqlı əməl edilsin... "Onlar Mutıka çıxacaqlar, müsəlmanlar oradan aşağıya, yazıya enəcəklər... Müşriklər o biri tərəfdəki (Rakabe) adlı qapqara bir çayın kənarında dayanacaqlar... Aralarında döyüş olacaq: Allah hər iki ordudan zəfəri qaldıracaq... (Kıyamet Alametleri, səh. 179)
◉ Faris istiqamətindən gələcək olan: İran istiqamətindən gələcək olan
◉ Faris: İran - İranlı
◉ Yazıya enəcəklər: Düzənliyə enəcəklər (İraq düzənliyi)
◉ Mutık: Bölgədəki bir dağın adıdır
◉ Rakabe: Neft quyularının çox olduğu bölgədir
◉ "Ey ərəblər! Siz çox mövhumatçılığa getdiniz! Siz bunlara lazımınca haqq tanımasanız, heç kim sizinlə ittifaq etməyəcək...
Hədisin bu hissəsində iki tərəf arasında, irqçilikdən qaynaqlanan bir anlaşmazlığın olacağına diqqət çəkilə bilər. Bu anlaşmazlıqdan ötrü, "Yazı"ya (yəni İraq düzənliyinə) eniləcəyi və müharibənin başlayacağı aydın olur.
◉ Allah, hər iki ordudan zəfəri qaldıracaq...
Bu hədisin də işarə etdiyi kimi, İran-İraq müharibəsi 8 il davam etmiş və minlərlə itki verilməsinə baxmayaraq, bir nəticə alına bilməmişdir. İki tərəf də qəti üstünlük təmin edə bilməmişdir.
"Fərat və Dəclə arasında Zəvra (Bağdad) adlı bir şəhər olacaq. Orada böyük bir müharibə olacaq. Qadınlar əsir götürüləcək, kişilər isə qoyun kəsilən kimi boğazlanacaq". (Kenzul Ummal, Kitab-ul kıyame kısm-ul efal, 5-ci cild, səh. 38, El Muttaki)
Hədisdə keçən "Fərat və Dəclə arasında yaşanacaq bu böyük müharibə ilə" də yaxın keçmişdə baş verən İran-İraq müharibəsinə diqqət çəkilmiş ola bilər. Əvvəlki səhifələrdə də gördüyümüz kimi, iki müsəlman ölkə arasında yaşanan bu böyük müharibədə, hədisdə diqqət çəkilən torpaqlarda böyük qarşıdurmalar yaşanmış, kəndlər, qəsəbələr, şəhərlər ağır bombardman altında yerlə-yeksan olmuşdur. Qadın, uşaq, yaşlı ayrı-seçkiliyi edilmədən bir çox insan müharibədə həyatını itirmişdir. İrəliləyən tarixlərdə ortaya çıxan kütləvi məzarlar, müharibə əsnasında həyatını itirən insan sayının təxmin ediləndən çox olduğunu göstərir.
Talikana (Əfqanistana) yazıq oldu. Şübhəsiz ki, Allahın orada qızıl və gümüş olmayan xəzinələri var. (Kitab-ul Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 59)
Hədisdə Əfqanistanın Axırzamanda işğal ediləcəyinə işarə var. Həqiqətən də rusların Əfqanistanı işğal etməsi olan 1979-cu il, hicri 1400-cü ilə, digər bir sözlə, hicri 14-cü əsrin əvvəlinə təsadüf edir.
Orada qızıl və gümüş olmayan xəzinələri var...
Rəvayətin bu hissəsində də Əfqanistanın maddi zənginliklərinə diqqət çəkilir. Bu gün Əfqanistanda müxtəlif səbəblərlə işlədilməyən böyük neft yataqları, dəmir yataqları və kömür mədənləri müəyyənləşdirilmişdir.
Fərat çayının suyunun kəsilib dayandırılması da hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın çıxış əlamətlərindəndir:
Fərat çayının suyu quruyaraq qızıl xəzinəsini meydana çıxartma vaxtı yaxınlaşır. Hər kim, o zaman orada olsa o xəzinədən bir şey götürməsin. (Riyazü's Salihin, 3/332)
Digər hədislərdə bu hadisənin təfsilatlarıyla əlaqədar mühüm məlumatlar verilir:
Rəsulullah (s.ə.v): “Fərat çayı qızıl bir dağ üzərindən açılmayana qədər qiyamət qopmayacaq. İnsanlar bunun üçün müharibə edəcək və hər yüz insandan doxsan doqquzu öldürüləcək, onlardan hər insan, kaş ki, xilas olan mən olsaydım, deyəcək” deyə buyurub. (Sahih-i Müslim, 11/320)
Rəsulullah (s.ə.v) belə buyurdu: “Yaxında Fərat çayı qızıl xəzinəsini ortaya çıxardar, kim buna hazır olsa, ondan bir şey almasın. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 28)
(Rəsulullah (s.ə.v):) "Fərat çayı bir qızıl dağını ortaya çıxardar" dedi. (Sünen-i Ebu Davud, 5/116)
Göründüyü kimi, hz. İsa (ə.s)-ın yenidən gəlişinin mühüm bir əlaməti olan Fərat çayının suyunun dayandırılması və qızıl dəyərində bir xəzinənin ortaya çıxması bir çox böyük hədis kitabında qeyd olunur.
İndi yuxarıda yer verdiyimiz hədislərdə keçən bu mövzuyla əlaqədar mühüm ifadələri ayrı-ayrılıqda nəzərdən keçirək:
Rəsulullah buyurdu: (1) Fərat çayının suyu çəkilib (2) qızıldan bir dağ meydana çıxmadıqca qiyamət qopmaz... (Riyazü's Salihin, 3/332)
◉ (1) Fərat çayının suyunun çəkilməsi...
Süyutinin kitabında bu hədis "suyun dayandırılması" kimi qeyd olunur. Həqiqətən də Keban su anbarı, Fərat çayının suyunu dayandıraraq kəsmişdir.
◉ (2) "Qızıl"dan bir dağ meydana çıxmadıqca...
İnşa edilən su anbarı sayəsində; elektrikin istehsal olunması, toplanan suyun ərazidə istifadə edilərək torpağın səmərəsinin artması və nəqliyyatın asanlığının təmin edilməsi kimi səbəblərlə, buradakı torpaqlar "qızıl" kimi qiymətli hala gəlmişdir.
Keban su anbarı və Fərat çayı üzərinə sonradan inşa edilən digər su anbarları, betondan nəhəng bir dağı xatırladırlar. Bu su anbarlarından (hədisdəki bənzətməyə görə dağdan) qızıl dəyərində sərvət tökülür. Dolayısilə su anbarları "qızıl dağ" xüsusiyyəti qazanır (doğrusunu Allah bilər).
Hz. Mehdi (ə.s) üçün 2 əlamət vardır ki... Bunun birincisi, Ramazanın birinci gecəsi Ayın, ikincisi də, ortasında Günəşin tutulmasıdır. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 47)
Ramazanın birinci gecəsi Ay, ortasında Günəş tutulacaq. (Kıyamet Alametleri, səh. 199)
Onun səltənəti dövründə, Ramazan ayının on dördündə Günəş tutulacaq, o ayın ilkində isə Ay qaralacaq... (Mektubat-ı Rabbani, 380-ci məktub, 2/1163)
Mehdinin zühurundan əvvəl bir Ramazan ayında Günəş iki dəfə tutulacaq. (Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, səh. 440)
...Günəşin orucluq ayının ortasında, Ayın isə sonunda tutulması... (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 37)
Ramazanda iki dəfə Ay tutulacaq. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 53)
Hz. Mehdi (ə.s)-ın gəlişi Razaman ayında Ayın iki dəfə tutulmasına səbəb olacaq. (Kıyamet Alametleri, səh. 200)
Yuxarıdakı rəvayətlərdə diqqəti çəkən ən mühüm xüsuslar Ramazan ayının ortasında həm Günəş tutulması, həm də bir ay içində Ayın və Günəşin iki dəfə tutulmasıdır.
Əgər bu hədislərdə təsvir edilən hadisələr diqqətlə araşdırılsa, rəvayətlər arasında müxtəlif fərqlər olduğu nəzərə çarpar. Yuxarıdakı 1, 2 və 3-cü rəvayətlərdə Ay, Ramazanın birinci günü, 4-cü rəvayətdə isə sonuncu günü tutulacaq. Belə olan halda, ediləcək ən doğru şey, eyni hadisəyə işarə edən fərqli rəvayətlərin ortaq cəhətlərini müəyyənləşdirmək olacaq. Buna görə də, yuxarıdakı bütün hədis rəvayətlərindən çıxan ortaq nəticələr bunlardır:
◉ 1)Ramazan ayında Ay və Günəş tutulmaları olacaq.
◉ 2)Bu tutulmalar orta hesabla 14-15 gün fasilə ilə olacaq.
◉ 3)Bu tutulmalar iki dəfə təkrarlanacaq.
Bu təsbitlərə uyğun olaraq, 1981-ci ildə (hicri 1401-ci ildə) Ramazan ayının 15-ci günü Ay, 29-cu günü də Günəş tutulmuşdur. Yenə "ikinci olaraq", 1982-ci ildə (hicri 1402-ci ildə) Ramazan ayının 14-cü günü Ay, 28-ci günü də Günəş tutulmuşdur.
Həmçinin bu hadisədə Ayın Ramazanın tam ortasında BÜTÖV AY halında tutulması və diqqətləri çəkəcək bir əlamət kimi meydana çıxması da olduqca mənalıdır.
Bu hadisələrin hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın digər çıxış əlamətləriylə eyni dövrdə baş vermsəi və hicri 14-cü əsrin əvvəllərində, üst-üstə iki il (1401-1402) möcüzəvi tərzdə təkrarlanması rəvayətlərin işarəsinin bu hadisələr ola biləcəyini gücləndirir.
Üstəlik, heyrət oyandıracaq şəkildə bənzər tutulma hadisəsi 2002-ci və 2003-cü illərdə də baş vermişdir.
GERÇƏKLƏŞƏN TUTULMA TARİX Ay tutulması Hicri 1423-cü ildə Ramazan ayının ortasında 20 noyabr 2002-ci il 15 gün sonra Günəş tutulması Hicri 1423-cü ildə Ramazan ayının sonunda 4 dekabr 2002-ci il Ay tutulması Hicri 1424-cü ildə Ramazan ayının ortasında 9 noyabr 2003-cü il 15 gün sonra Günəş tutulması Hicri 1424-cü ildə Ramazan ayının sonunda 23 noyabr 2003-cü il
Hz. Mehdi (ə.s)-ın zühurundan əvvəl, (hər tərəfi) işıqlandıran quyruqlu bir ulduz çıxacaq. (Kıyamet Alametleri, səh. 200)
O gəlmədən əvvəl, şərqdən işıq verən quyruqlu ulduz görünəcək. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 53)
O ulduzun çıxması, Günəş və Ay tutulmasından sonra olacaq. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 32)
...Nə vaxt ki, məliklər səyahət, zənginlər ticarət, kasıblar istirahət, hafizlər nümayiş etmək üçün həccə gedərlər; məhz o zaman, quyruğu olan bir ulduz zühur edəcək. (Kıyamet Alametleri, səh.123)
Hədislərdə ifadə edildiyi kimi:
◉ 1986-ci ildə (hicri 1406-cı ildə) yəni 14-cü əsrin əvvəllərində "Halley" quyruqlu ulduzu Yer kürəsinin yaxınlığından keçmişdir. Bu quyruqlu ulduz, parlaq işıqlı ulduzdur.
◉ Hərəkət istiqaməti şərqdən qərbə doğrudur.
◉ 1981 və 1982-ci (hicri 1401-1402-ci illərdə) illərdə baş verən Ay və Günəş tutulmaları hadisəsindən sonra ortaya çıxmışdır.
Bu ulduzun çıxışının da digər çıxış əlamətləri ilə eyni zamanda baş verməsi, Halley quyruqlu ulduzunun hədisdə işarə edilən ulduz olduğunu təsdiqləyir.
Tarix boyu bu quyruqlu ulduzun keçdiyi zamanlarda müsəlmanlar baxımından çox mühüm, hətta dönüş nöqtəsi sayıla biləcək hadisələr baş vermişdir. Bunlardan bir hissəsi Peyğəmbərimiz (s.ə.v)-dən nəql edilən rəvayətlərdə də bildirilmişdir:
Bu ulduz ilk çıxdığı zaman;
◉Hz. Nuh (ə.s)-ın qövmü həlak olmuşdur.
◉ Hz. İbrahim (ə.s) oda atılmışdır.
◉ Hz. Musa (ə.s) ilə mübarizə aparan Firon və qövmü məhv edilmişdir.
◉ Hz. Yəhya (ə.s) öldürüldüyü zaman da görülmüşdür.
Siz o ulduzu gördüyünüz zaman fitnənin şərindən Allaha sığının. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 32)
Bu ulduz keçdiyi zaman baş verdiyi rəvayət edilən digər mühüm hadisələr isə bunlardır:
◉ Hz. İsa (ə.s) dünyaya gəlmişdir.
◉ Peyğəmbərimiz (s.ə.v)-ə ilk vəhy gəlməyə başlamışdır.
◉ Osmanlı dövləti tarix səhnəsində yer almağa başlamışdır.
◉ İstanbul Fateh Sultan Mehmed tərəfindən fəth edildikdə də bu ulduz görülmüşdür.
Halley quyruqlu ulduzu ilə əlaqədar bəzi ədədlərin "19" rəqəminin tam misilləri olması da olduqca diqqətçəkəndir:
Halley quyruqıu ulduzu 76 ildən bir keçir
◉ 76 = 19 x 4
Bu ulduz ən son hicri 1406-cı ildə göründü
◉ 1406 = 19 x 74
Bu mövzuyla əlaqədar digər bir maraqlı vəziyyət də budur: Yuxarıda da hesabladığımız kimi Halley ulduzunun keçmiş olduğu hicri 1406-ci il 19 ədədinin tam 74 mislidir. "74" ədədi isə eyni zamanda Qurani Kərimdə 19 möcüzəsinə işarə edilən MÜDDƏSSİR surəsinin sıra nömrəsidir.
Quranın Müddəssir surəsinin (74-cü surə) 30-cu ayəsində "19" ədədinin möminlər üçün bir rəhmət, inkar edənlər üçün isə bir fitnə vəsiləsi olduğu bildirilir.
Halley quyruqlu ulduzunun 19 ilə olan bu diqqətçəkən əlaqəsi də, inkar edənlər üçün bir fitnə, möminlərə üçünsə bir rəhmət müjdələdiyinə işarə edə bilər.
Müddəssir surəsinin 1-ci və 2-ci ayələrində hz. Məhəmməd (s.ə.v)-ə "EY ÖRTÜNƏN! QALX VƏ QORXUT" deyə buyurulur. Bu, ayələrin açıq mənasıdır. Lakin bu ayələrin Axırzamana istiqamətli ikinci bir örtülü, gizli işarələri də ola bilər. Bəlkə də "EY GİZLƏNƏN" deyilərək Rəsulullah (s.ə.v)-in nəslindən gələcək olan və hicri 1406-cı ildə çıxış əlamətlərindən biri (quyruqlu ulduzun çıxış hadisəsi) baş verəcək olan hz. Mehdi (ə.s)-a işarə edilə bilər.
Muddəssir surəsi
◉ 1) Ey örtüyünə bürünən
◉ 2) Qalx və qorxut (xəbərdar et)
◉ Muddəssir: Örtünən-bürünən-gizlənən deməkdir.
Digər bir möcüzəvi işarə isə, Halley ulduzunun, 1986-cı ildəki (hicri 1406-cı ildəki) keçişinin, hz. Məhəmməd (s.ə.v)-ə peyğəmbərlik vəzifəsinin verildiyi 607-ci ildən indiyədək 19-cu dəfə keçməsidir.
Mükərrər olaraq (təkrarən), ŞƏRQ CƏNİBİNDƏN (TƏRƏFİNDƏN) ÇIXAN ƏMUD-U NURANİDƏN (nurlu sütundan) soruşursunuz. Biləsən ki, səhabələrin verdiyi xəbərə görə, Rəsulullah (s.ə.v) belə buyurmuşdur: "Vəd edilən Mehdinin zühur müqəddimələri olan (zühur əlamətləri olan) Abbasi Məlik Xorasana çatdığı zaman, ŞƏRQ TƏRƏFİNDƏN İKİBAŞLI (1) MÜNƏVVƏR (2) BİR BUYNUZ (3) ÇIXAR".
Hər kim onu görsə, fitnələrin şərindən Allaha sığınsın. Şərq tərəfindən meydana çıxan o ağlıq; əvvəllər nurlu bir sütun halında idi. Sonra, ona bir əyrilik gəldi; buynuz formasını aldı. Ehtimaldır ki, onun üçün; ikibaşlı, adının verilməsi, bu məqbula görə olsun: Hər iki tərəfində də incəlik olub dişə bənzəyər; buna görə də, hər iki tərəfi də baş adlandırmaq məqbul görülüb. Necə ki, bir süngünün də hər iki tərəfi incə olsa, onun üçün də, ikibaşlı, ifadəsindən istifadə edər.
Qardaşım Şeyx Məhəmməd Tahir Bedahşi Confordan gəldi. Belə izah edir:
◉ O sütunun üst tərəfində də iki başı var; iki dişə bənzəyir. İkisi arasında da qısa bir məsafə var.
Bu mənanın diaqnozu səhrada baş tutdu. Eyni xəbəri, digər bir topluluq da verdi. Halbuki bu zühur, hz. Mehdi (ə.s)-ın zühuru dövründə olacaq zühur deyil. Çünki, onun zühuru, əsrin əvvəllərində olacaq. Hazırda belə, əsrin əvvəlindən, on səkkiz il keçmişdir. Hədisdə, hz. Mehdi (ə.s)-ın əlamətləri barəsində belə deyilmişdir:
"ŞƏRQ TƏRƏFİNDƏ QUYRUQLU BİR ULDUZ ÇIXIB İŞIQ VERƏCƏK".
Bu ulduz belə çıxmışdır. Lakin odurmu, yoxsa onun bənzəridirmi? Bu ulduza, quyruqlu ulduz, adının verilməsi, ehtimal ki, bu izahatlara əsaslanır; sabitlərin hərəkəti, MƏĞRİBDƏN (QƏRBDƏN) MƏŞRİQƏDİR (ŞƏRQƏDİR) (4)... Bu ulduzun vəziyyəti də, onun hərəkətinə görədir. Yəni üzü məşriqə (şərqə) doğru, arxası da məğrib (qərb) tərəfinədir. Bu uzun ağlıq belə, onun arxa tərəfindədir. Bu məna zərurəti olaraq, ona; Quyruq... adının verilməsi yerindədir. Onun hərgünkü irtifı (hərəkət istiqaməti) isə, məşriqdən məğribədir (şərqdən qərbədir). Lakin o, qısri (özünəməxsus vəziyyətində ağırlıq daşıyan) hərəkəti ilə fələki-azamın (ərşin) hərəkətinə bağlıdır. Həqiqəti-halı (işin əsil yönünü), ən yaxşı bilən Sübhən Allahdır". (İmam-ı Rabbani, Mektubat-ı Rabbani, 381-ci məktub, səh. 1184)
İmam Rəbbaninin də təfsilatlı şəkildə təfsir etdiyi "ikidişli münəvvər (parlaq) bir buynuz çıxar" ifadəsi 24 fevral 2009-cu ildə dünyaya ən yaxın nöqtədən keçən Lulin quyruqlu ulduzuna işarə edir. Hədisdəki bütün ifadələr Lulin quyruqlu ulduzunun xüsusiyyətləriylə tam uyğunluq təşkil etməsi çox böyük möcüzədir və hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın gəlişini gözləyən bütün möminlər üçün də çox böyük müjdədir.
◉ (1)...ikidişli...:
Lulin quyruqlu ulduzunun arxa hissəsindəki quyruğun şaxəli olması, hədisdəki ikidişli ifadəsinə tam uyğun gəlir.
◉ (2)...münəvvər (parlaq)...:
Hədisdə bəhs olunan münəvvər (parlaq) sifəti, Lulin quyruqlu ulduzunun dünyaya yaxınlaşdıqca 6 ulduz parlaqlığı qədər artan parlaqlığına işarə edir.
◉ (3)...bir buynuz...:
Lulin quyruqlu ulduzunu digər quyruqlu ulduzlardan fərqləndirən ən mühüm fərqi, ulduzun nüvəsinin arxa hissəsində yerləşən quyruğunun qarşısında, nüvənin ön hissəsində, yəni hərəkət istiqamətində də bir quyruğunun olmasıdır. Lulin quyruqlu ulduzunun çəkilmiş fotoşəkillərinə baxıldığı zaman da əks istiqamətdəki iki quyruğun forma etibarilə bir buynuzu xatırlatdığı ilk baxışda nəzərə çarpır.
◉ (4) ...məğribdən (qərbdən) məşriqədir (şərqədir)...:
Hədisin davamında qeyd olunan; "sabitlərin hərəkəti, məğribdən (qərbdən) məşriqədir (şərqədir)..." ifadəsi hədisdə hərəkət edən bir cismə, quyruqlu bir ulduza diqqət çəkildiyini təsdiqləyən mahiyyətdədir. Necə ki, digər göy cisimləri məşriqdən (şərqdən) məğribə (qərbə) doğru saat istiqamətinin əksi istiqamətdə hərəkət etdiyi halda, Lulin quyruqlu ulduzunun hərəkəti saat istiqamətində, yəni məğribdən (QƏRBDƏN) məşriqədir (ŞƏRQƏDİR). Başqa heç bir göy cismində görülməyən bu xüsusiyyətin Lulin quyruqlu ulduzunda olması və bunun təxminən 1400 il əvvəl Peyğəmbərimiz (s.ə.v) tərəfindən hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın çıxışının xəbərçisi olaraq bildirilmiş olması, şübhəsiz ki, çox böyük möcüzədir.
Onun (hz. Mehdi (ə.s)-ın) çıxacağı il insanlar həccə, başlarında bir əmir olmadan gedəcəklər... Birlikdə Beyti Şərifi təvaf edəcəklər, sonra Minaya endikləri zaman, itlər kimi bir-birinə hücum edəcəklər, hacılar qarət ediləcək, qanlar əqabə cəmrəsinin üstünə axacaq. (Kıyamet Alametleri, səh. 168-169)
İnsanlar başlarında bir imam olmadan həccə gedərlər. Minaya endikləri zaman, ətrafları, itlərin mühasirəyə alması kimi mühasirəyə alınıb, qəbilələrin bir-birinə girməsi ilə böyük döyüşlər olar. Belə ki, ayaqlar qan gölü içində qalar. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 35)
Yuxarıdakı hədislərdə "onun çıxacağı il" cümləsi ilə, hz. Mehdi (ə.s)-ın çıxış tarixində Həcc vaxtı baş verəcək bir qətliama diqqət çəkilir. 1979-cu ildə, Həcc vaxtı baş verən Kəbə basqınında eynilə belə bir qətliam yaşanmışdır. Bu qanlı Kəbə basqını da Axırzamanın başlanğıcının və hz. Mehdi (ə.s)-ın çıxışının digər əlamətlərinin gerçəkləşdiyi dövrün əvvəlində, yəni hicri 1400-cü ilin ilk günündə, 1 məhərrəm 1400-cü ildə (21 noyabr 1979-cu ildə) baş vermişdir.
Yenə hədisdə qanların axacağından bəhs edilərək öldürülmə hadisələrinə diqqət çəkilmişdir. Basqın vaxtə Səudiyyə əsgərləri ilə döyüşçülər arasında baş verən döyüşdə 30 nəfərin öldürülməsi bu rəvayətin qalan hissəsini də təsdiqləyir.
1979-cu ildə (hicri 1400-cü ildə) baş verən bu Kəbə basqınından 7 il sonra hicri 1407-ci ildə, Həcc vaxtı olduqca böyük qanlı bir hadisə baş vermişdir. Bu hadisədə küçələrdə nümayiş keçirən hacılara hücum edilərək 402 nəfər qətlə yetirilmiş, çox qan axıdılmışdır. Beytül Muazzamanın yanında, müsəlmanların (Səudiyyə Ərəbistanı əsgərləri ilə İranlı hacıların) bir-birlərini öldürmələri ilə bir hədisdə xəbər verildiyi kimi, "böyük günahlar işlənmişdir". Bu qanlı hadisələr əlaqədar hədislərdə təsvir edilən mühitlə çox böyük bənzərliklər daşıyır:
Rəsulullah (s.ə.v) buyurdu: Ramazanda bir səda, şəvvalda bir səs, zilqədədə qəbilələr arasında döyüş olar. Hacılar qarət edilər. Minada ölülərin çox olacağı bir döyüş olar, belə ki, orada daşları qan gölü içində buraxacaq qədər qan axar. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 31)
Ramazanda bir səda olar. Şəvvalda da bir səda olar. Zilqədədə qəbilələr bir-biriylə vuruşar. Zilhiccədə hacılar qarət edilər. Məhərrəmdə göydən belə nida eşidilər: "Diqqət yetirin. Filan kimsə Allahın xalqının xeyirlilərindəndir. Onu dinləyin və ona tabe olun". (Ramuz El Hadis, 2/518-5)
Şəvval ayında qiyam, zilqədədə hərbi danışıqlar, zilhiccədə isə müharibə baş verəcək. Hacılar qarət ediləcək, qanları (əqabə cəmrəsinin) üstünə axacaq. (Kıyamet Alametleri, səh. 166)
Zilqədə ayında qəbilələr döyüşər, hacılar qaçırılar, məlhamələr (qanlı müharibələr) olar. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 34)
Şəvvalda döyüş nərələri, zilhiccədə müharibə və qital (müharibə, döyüş) olar, yenə zilhiccədə hacı qarət edilər, hətta küçələr qandan keçilməz və haramlar çeynənər. Beytül Muazzamanın yanında böyük günahlar işlənər. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 37)
Hədislərdə işlənən ifadələri araşdırdığımız zaman da, eyni dövrlə əlaqədar mühüm hadisələrə işarələr olduğu görüləcək:
◉ Beytül Muazzamanın yanında böyük günahlar işlənər.
Yuxarıdakı hədisdə, Beytül Muazzamanın içində deyil, yanında baş verəcək hadisələrə diqqət çəkilir. 1407-ci ilin zilhiccə ayında (həcc mövsümündə) baş verən hadisələr də ilkindən fərqli olaraq Kəbənin içində deyil, yanında baş vermişdir. Ən başda bəhs etdiyimiz hadisə isə, 1 məhərrəm 1400-cü ildə Beytül Muazzamanın bilavasitə içərisində yaşanmışdır. Hər iki hadisə də rəvayətlərin işarəsinə uyğun şəkildə gerçəkləşmişdir.
Kəbədə qan axıdılması, hacıların qətlə yetirilməsi kimi, hədislərdə xəbər verilən belə mühüm iki böyük hadisənin hz. Mehdi (ə.s) barəsində bildirilən bütün əlamətlərin baş verdiyi dövrdə bir-birinin ardınca gerçəkləşməsinin çox xüsusi vəziyyət olduğu aydındır.
◉ ...Zilhiccədə döyüş və qital (müharibə, döyüş) olar.
Hədislərdə, bu döyüş və qarşıdurmalardan, hacıların öldürülməsi mövzusu ilə birlikdə bəhs edilməsi, bəhs edilən hadisələrin eyni zaman kəsiyində baş verəcəklərini göstərir. Eyni dövr, İran-İraq müharibəsinin baş verdiyi, Yaxın Və Orta Şərq ölkələrində qarşıdurma və qarışıqlıqların ən sıx yaşandığı dövr idi.
Şərqdən üç və ya yeddi gün arxa-arxaya böyük bir od zühur edəcək, göydə qaranlıq görüləcək, göydə adi qırmızılığın əksinə tam fərqli bir qırmızılıq yayılacaq. Yer üzünün eşidib anlaya biləcəyi bir dillə nida ediləcək. (Kıyamet Alametleri, səh. 166)
"İkdiddurer" adlı kitabda hz. Mehdi (ə.s)-ın zühur əlamətləri bəhsində keçir: Şərqdə, səmada üç gecə görünən böyük bir alovun çıxması. Mutad (qeyri-adi) şəfəq qırmızılığı kimi olmayan bir qırmızılığın səmada görülüb üfüqdə yayılması. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 32)
Əbu Cəfər ibn Məhəmməd ibn Əli (r.ə.)-dən rəvayət edildi. Siz üç və ya yeddi gün, Şərq tərəfdən alovu gördüyünüz zaman Ali Məhəmmədin çıxmasını gözləyin, uca Allahın icazəsi ilə, bir carçı hz. Mehdi (ə.s)-ın adı ilə səmadan nida edəcək ki, şərqdə və qərbdə olan hər kəs bu səsi eşidəcək. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 32)
And içirəm ki, bir od sizi bürüyəcək. Bu od bu gün Bərəhut adlı vadidə sönük vəziyyətdədir. Bu od möhtəşəm əzab olduğu halda insanları bürüyər. Bu od insanları, malları yandırıb yox edər. Səkkiz gün ərzində küləklə bulud kimi uçaraq dünyanın hər tərəfinə yayılar. Gecədəki hərarəti, gündüzdəki hərarətindən daha şiddətlidir. Bu od insanların başının üstündən ərşin altına qədər yaxınlaşaraq yer üzü ilə səma arasında göy gurultusu kimi qorxunc gurultusu olar” deyə buyurdu. (Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, səh. 461)
Hz. Mehdi (ə.s)-ın çıxışından əvvəl baş verəcək əlamətlərindən olan bu do barəsində qısa açıqlama vermək yerində olacaq.
Bəziləri bu odu; səbəbsiz yerə birdən-birə ortaya çıxan, sönmək nədir bilməyən, hətta hər kəsin olduğu yerdən mütləq görəcəyi tərzdə bir əlamət kimi gözləyir. Halbuki qiyamət əlamətlərinin baş verdiyi əsnada imtahan davam etdiyindən onların başa düşülməsi, hər kəsin məcburən qəbul edəcəyi açıqlıqda olmaz. Beləliklə də, insanlar ağıllarından, vicdanlarından və iradələrindən istifadə edərək qərar verərlər. Əgər qiyamət əlamətləri ilə əlaqədar hədislər ən incə nöqtəsinə qədər (məsələn; hansı şəhərdə hansı tarixdə, nə cür gerçəkləşəcəyi) anladılsaydı, daha əvvəl də ifadə etdiyimiz kimi, hər kəs məcburən qəbul edər, insanlar arasında dərəcə fərqi qalmazdı. Buna görə də, qiyamət əlamətləri ilə əlaqədar hədislər xüsusilə yarı örtülü şəkildə bildirilmişdir.
Od əlamətini də bu cür qiymətləndirmək lazımdır. Bir od səbəbsiz yerə çıxmaz; ya bir qəza ilə ehmal nəticəsində və ya qəsdli hadisə ilə çıxar. Mehdinin çıxış əlaməti olaraq deyilməsi, onun çox qəribə və qeyri-adi əlamət şəklində çıxmasını tələb etməz. Mühüm məsələ bu odun, hədisdə təsvir edilən odun xüsusiyyətlərinə və ortaya çıxış vaxtına uyğun olmasıdır. Bu odu tanımaq və müəyyənləşdirə bilmək üçün görüləcək ilk iş, xüsusiyyətlərinin ortaya çıxardılmasıdır.
Məlum olduğu kimi, 1991-ci ilin iyul ayında İraqın, Küveyti işğal etməsindən sonra, Küveytə məxsus neft quyularını oda verməsi nəticəsində Küveyt və Bəsrə körfəzini çox böyük bir od bürümüşdü. Bu odla əlaqədar həmin dövrdəki yazılı mənbələrdə yer verilən bəzi açıqlamalar belədir:
◉ Küveytin yanan neft, insan və heyvanlar arasında ölümə səbəb oldu. Mütəxəssislərə görə gündə yarım milyon ton neft tüstü şəklində atmosferə qarışdı. Hər gün 10 min tondan çox his, kükürd, karbon və böyük miqdarda xərçəngtörədici xüsusiyyətə sahib karbohidrogenlər bulud kimi körfəz üzərində asılı vəziyyətdə dayandılar... Təkcə körfəz deyil, onun timsalında dünya yandı. (M. Necati Özfatura, Kurtlar Sofrasında Ortadoğu, səh. 175)
◉ Oda verilən iki quyu, Türkiyənin bir gündə istehsal edə bildiyi qədər neft verirdi və tüstü 55 km. uzaqlıqdakı Səudiyyə Ərəbistanından belə görünürdü. (Hürriyyet, 23 yanvar 1991-ci il)
◉ Küveytdə oda verilən yüzlərlə neft quyusu alovlanıb yandı. Mütəxəssislərin "söndürmək olduqca çətindir" dedikləri neft quyularındakı yanğının Türkiyədən Hindistana qədər olan geniş bölgəyə ən azı 10 il müddətində təsir edəcəyi bildirildi.
Oda verilən neft quyularında çıxan alov və tüstü atmosferi fasiləsiz çirkləndirdi. Küveyt gündüzləri gecə mənzərəsi nümayiş etdirirdi. Alovlarla birlikdə yüksələn hisə verilmiş rəngdəki tüstü, Küveyt səmasında payızdan qış fəslinə keçişi xatırlatdı... Küveytin yaşanılası hala gəlməsi üçün ən azı bir illik müddətə ehtiyac olduğu açıqlandı. Kilometrlərlə uzaqdan görülən alovlarla birlikdə yüksələn tüstü, Küveyt səmasını tamamilə bürüyərək ölkəni yaşanmaz hala gətirdi və zənginlər Küveyti tərk etdilər.
Dəhrandakı araşdırma mərkəzinin müdiri Abdulla Dabbaqın (Abdullah Dabbag) “Nyu-York Tayms”da dərc olunan açıqlamasına görə, Bəsrə körfəzindəki çirklənmə nəticəsində 106 növ balıq, 180 növ molyusk və bölgədə yaşayan 450 növ heyvan həyat mübarəziəsi verdi. 600 neft quyusundan yüksələn tüstülərin qonşu ölkələrə yayıldığı, həmçinin kükürd kimi tərkibində xərçəng əmələ gətirən maddələr olan tüstülərin turşu yağışına çevrilərək əkinçilikdə məhsuldarlığı azaltdığı açıqlandı. (M. Necati Özfatura, Kurtlar Sofrasında Ortadoğu, səh. 171)
And içirəm ki, bir od sizi bürüyəcək. Bu od bu gün Bərəhut adlı vadidə sönük vəziyyətdədir... (Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, səh. 461)
◉ * Bərəhut: Bir vadi və ya bir quyu adıdır. (Kamus Tercemesi, 1/550)
Əvvəlki səhifələrdə qeyd etdiyimiz hədisin yuxarıdakı ilk hissəsində, od üçün "sönük vəziyyətdədir" deyilir. Od, alışan bir maddənin yanmasıyla meydana gəldiyinə görə burada sönük vəziyyətdə gözləyən odun özü deyil, odun yandıracağı xammaldır. O zaman burada torpaq altından çıxardılan neftə işarə edilə bilər. Necə ki, hədisdəki Bərəhut adlı yer, bir quyunun adıdır. Bu quyu neft quyusu kimi düşünülə bilər. Zamanı gəldikdə bu quyulardan çıxardılan neft, yanmağa hazır bir od halına gəlir.
◉ "Bu od möhtəşəm əzab olduğu halda insanları bürüyər". Bu od, yalnız yanan bir od deyil, eyni zamanda insanlarının canlarını və mallarını əllərindən alaraq əzab içində, ələm-kədərə düçar edəcək və bütün təbiəti çirklədəcək bir oddur.
◉ "Bu od insanları, malları yandırıb yox edər". Bu od bəzi insanların ölümünə səbəb olur. Bununla yanaşı malları yandıraraq, maddi zərərə səbəb olduğu kimi, bütün ətrafı və təbiəti çirklədərək də insanların dolanışıq mənbələrini yox edir.
◉ "Səkkiz gün ərzində küləklə bulud kimi uçaraq dünyanın hər tərəfinə yayılar". Bu odun, "küləklə bulud kimi uçan" özü deyil, tüstüsüdür. Burada bənzətmə edilərək tüstünün buludlara qədər yüksələcəyi də izah edilmişdir. Bu tüstü küləyin təsiriylə bütün istiqamətlərə doğru yayılar.
◉ "Gecədəki hərarəti, gündüzdəki hərarətindən daha şiddətlidir". Bu odun həm gündüz, həm də gecə davamlı yandığı aydın olur.
◉ "Bu od insanların başının üstündən ərşin altına qədər yaxınlaşaraq yer üzü ilə səma arasında göy gurultusu kimi qorxunc gurultusu olar". Bu odun çox hündürlüyə çatdığına və bu oddan göy gurultusu kimi çox şiddətli gurultu ilə partlayışlar baş verdiyinə işarə edilir.
◉ "Göydə adi qırmızılığın əksinə tam fərqli bir qırmızılıq yayılacaq". Hədisin bu hissəsində, hadisənin gecə vaxtlarında baş verəcəyinə işarə edilmişdir. Gecə vaxtı baş verən böyük partlayışın alovları çox kəskin işıqlandırar. Bu qırmızı alovların yaratdığı qırmızı işıqlanma, xalqa məlum olan qırmızı "dan yeri" işıqlanmasından çox fərqlidir. Çünki gecə vaxtı bu cür gündüz kimi işıqlanma fövqəladə hadisədir.