Kitabın buraya qədər olan hissələrində hz. İsa (ə.s)-ın yer üzünə ikinci dəfə gəlişinin əlamətlərini gördük. Bütün bu əlamətlərin bir-birinin ardınca gerçəkləşdiyinə, hər birinin hədislərdə və Bibliya açıqlamalarında bildirildiyi şəkildə baş verdiyinə şahid olduq. Bu əlamətlərin ardıcıl və tam gerçəkləşmiş olmasının, yaşadığımız dövrün Allahın böyük müjdəsinin gerçəkləşəcəyi dövr olduğunu göstərir. Lakin bütün bu əlamətlərdən başqa Peyğəmbərimiz (s.ə.v)-in və böyük İslam alimlərinin Axırzaman ilə əlaqədar qəti tarixlər verdikləri açıqlamalar da mövcuddur.
İrəliləyən səhifələrdə görəcəyimiz kimi, hicri 1400-cü illər, Allahın icazəsi ilə hz. İsa (ə.s)-ın təkrar yer üzünə qayıdışı, hz. Mehdi (ə.s)-ın zühuru, Dəccalın zühuru və hz. İsa (ə.s)-a məğlub olması, bütün dünyada insanların dəstə-dəstə İslama yönəlməsi kimi, böyük hadisələrin gerçəkləşəcəyi fövqəladə bir dövrdür.
Xüsusilə də hz. Mehdi (ə.s)-ın gəlişi ilə əlaqədar hədislərdə və alimlərin açıqlamalarında bildirilən müxtəlif tarix və dövrlər var.
Hz. İsa (ə.s) və hz. Mehdi (ə.s) eyni dövrdə birlikdə olacaqlarına görə bu tarixlər əslində hz. İsa (ə.s)-ın da yer üzünə ikinci dəfə gəlişinin zamanını bizə bildirir. Bu mövzuyla əlaqədar məlumatları irəliləyən səhifələrdə maddələr halında açıqlayacağıq.
Mücəddid sözünün lüğəvi mənası; "dini canlandıran, yeniləyən" deməkdir. Peyğəmbərimiz (s.ə.v)-in hədislərində hər əsrin əvvəlində dini həqiqətləri dövrün ehtiyaclarına görə açıqlamaq üçün göndərilən bir şəxsdən bəhs edilmişdir. Bu şəxs eyni zamanda Peyğəmbərimiz (s.ə.v)-in varisidir:
Əbu Hüreyrənin rəvayətinə görə; Rəsulullah (s.ə.v) belə buyurub: Həqiqətən Əziz və Cəlil olan Allah hər əsrin əvvəlində bu ümmətin dinini bidətdən ayıracaq, yeniləyəcək (elm sahibi) bir şəxsi göndərər. (Sünen-i Ebu Davud, 5/100)
Böyük İslam alimi İmam Rəbbaninin bu mövzudakı açıqlaması belədir:
Hər əsrin əvvəlində bu ümmətin üləması arasından bir mücəddid gələcək və şəriəti əhya edəcək. (Mektubat-ı Rabbani, 1/520)
Bədiüzzaman Səid Nursi də bu mövzu barəsində bunları söyləyir:
Əshabi Kutubu Sittədəki İmam Hakimin "Müstədrək"-də və Əbu Davudun "Kitabi Sünən"-də, Beyhaki "Şuabı İman"-da təxric edərək buyurdular (meydana qoydular): "Hər əsrdən bir, Allah bir mücəddidi-din (dini yeniləyən) göndərir... " (Barla Lahikası, səh. 119)
Bədiüzzaman hicri 12-ci əsrin "mücəddidi"nin həzrəti Mövlana Xalid olduğunu söyləyir. (Barla Lahikası, səh. 120) Risale-i Nurların da hicri 13-cü əsr üçün bir "mücəddid" hökmündə olduğunu belə ifadə edir:
"Madam ki, tam yüz il sonra, eynilə dörd cəhətdə təvafüq edərək (uyğun gələrək) Risale-i Nur əczaları (cüzləri) eyni vəzifəni yerinə yetirib... Qənaət verir ki, (nassı-hədis ilə - hədisin açıq ifadəsi ilə -) Risale-i Nur təcdidi-din (dini yeniləmə, canlandırma) barəsində bir mücəddid hökmündədir". (Barla Lahikası, səh. 121)
Bədiüzzaman Səid Nursi isə hicri 13-cü əsrin mücəddidir. Bədiüzzaman hicri 14-cü əsrin "mücəddidi"nin də hz. Mehdi (ə.s) olacağını müjdələmişdir:
"İndi İslamlar arasında Nuru-Qurana müxalif halətlərin (halların) əksəriyyəti o sui-qəsdlərin və Sevr müahədəsi (müqaviləsi) kimi qəddaranə müahədələrin (müqavilələrin) dəhşətli nəticələridir. Əgər şəddəli (mim) də şəddəli “ləmlər” kimi bir sayılsa, o zaman min iki yüz səksən dörd edər. Bu tarixdə Avropa kafirləri dövləti-İslamiyənin (İslam dövlətinin) nurunu söndürməyə niyyət edərək on il sonra rusları təhrik edib rusun "doxsan üç" müharibəi-məşuməsiylə (pis müharibəsiylə) aləmi-İslamın (İslam aləminin) parlaq nuruna müvəqqət (müvəqqəti) pərdə çəkdilər. Lakin bunda Rəsailin-Nur (Risale-i Nur) şagirdləri (tələbələri) yerinə Mövlana Xalidin (r.h) şagirdləri (tələbələri) bu bulud zulümatını dağıtdıqlarından bu ayə bu cəhətdə onların başlarına rəmzən (işarə ilə) barmaq basır.
"İndi xatirə gəldi ki, əgər şəddəli “ləmlər” və (mim) iki-iki sayılsa, bundan bir əsr sonra zulümatı (zülm dövrünü, qaranlığı) aradan qaldıracaq zatlar (şəxslər) isə, həzrəti Mehdinin şagirdləri (tələbələri) ola bilər". (Şualar, birinci şua, səh. 85)
Yuxarıdakı açıqlamada göründüyü kimi Bədiüzzaman, İslam aləminin üzərindəki zülm mühitinin özündən "bir əsr sonra" təkcə hz. Mehdi (ə.s) vəsiləsi ilə dağıdılacağını söyləmişdir. Özündən sonrakı əsrdə, yəni hicri 1400-cü illərdə hz. Mehdi (ə.s)-ın görəcəyi işlər sayəsində, müsəlmanların böyük çətinliklərdən xilas olub rahatlığa qovuşacaqlarını açıqlamışdır.
İmam Rəbbani hz. Mehdi (ə.s)-ın Peyğəmbərimiz (s.ə.v)-in vəfatından 1000 (min) il keçdikdən sonra ikinci minillikdə gələcəyini bildirir:
"Lakin gözlənilən budur ki; aradan min il keçdikdən sonra bu gizli dövlət təcid edilə (yenilənə). Ona bir üstünlük verilib suyu tapması, artırıla... Beləcə kəmalatın (fəzilətin, yaxşılığın) əsli zühur edib onun zillətini örtə... Həmçinin nisbəti-aliyyənin mürəvvici (böyük insanlar arasında etibarlı olan) hz. Mehdi (ə.s) gəlsin. Allah ondan razı olsun". (Mektubat-ı Rabbani, 1/569)
Şəriətin təyid haslətləri (təsdiq xüsusiyyətləri), milləti təcdidi bu ikinci minillikdədir. Bu iddianın doğruluğuna ədalətli şahid: Hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın bu minillikdə mövcud olmalarıdır. (Mektubat-ı Rabbani, 1/611)
Rəsulullah (s.ə.v)-in ümməti arasından çıxanlar çox kamildirlər. Yəni Rəsulullah (s.ə.v)-ın irtihali (vəfatı) üstündən min il keçdikdən sonra istəsə az olsunlar. Onların çox kamallı olmaları bunun üçündür ki; şəriətin möhkəmlətməsi, tamam təkliyə hasil ola.
Aradan min il keçdikdən sonra, hz. Mehdi (ə.s)-ın gəlişi də bunun üçündür. Onun mübarək qudümünü (gəlişini), Hatem'ür-rüsül Rəsulullah (s.ə.v) müjdələyib. Hz. İsa (ə.s) belə aradan min il keçdikdən sonra nüzul edəcək. (Mektubat-ı Rabbani, 1/440)
Rəsulullah (s.ə.v)-in bu aləmdən köçməsindən min neçə il keçdikdən sonra bir zaman gələr ki; ondakı həqiqəti-Məhəmmədiyə (hz. Məhəmməd (s.ə.v)-in mənəvi şəxsiyyəti) öz mövqeyindən yüksələr, Kəbənin həqiqəti ilə müttəhid olar (birləşər). Məhz o zaman həqiqəti-Məhəmmədiyə (hz. Məhəmməd (s.ə.v)-in həqiqəti, mənəvi şəxsiyyəti) adına Hakikatı Əhmədiyə adı hasil olar, uca Sultan Əhad zatın belə məzhəri (çıxış yeri) olar. Hər iki addan, bir müsəmma (ad verilən) gerçəkləşər ki, əvvəlcə mövqe, həqiqəti-Məhəmmədiyədən (hz. Məhəmməd (s.ə.v)-in mənəvi şəxsiyyətindən) ötrü boş qalar; ta hz. İsa (ə.s)-ın nüzuluna qədər belə gedər. Nəhayət hz. İsa (ə.s) gələr; şəriəti-Məhəmmədiyə (Peyğəmbərimiz (s.ə.v)-in şəriəti) ilə əməl edər. O zaman belə həqiqəti-İsəviyə öz mövqeyindən yüksələr, boş qalan həqiqəti-Məhəmmədiyədə (hz. Məhəmməd (s.ə.v)-in mənəvi şəxsiyyətində) hökm edər. (Mektubat-ı Rabbani, 1-ci cild, səh. 470)
Peyğəmbərimiz (s.ə.v)-in vəfatından min il keçdikdən sonra ikinci minilliyə daxil olunur. İmam Rəbbaninin yuxarıdakı izahlarına görə ikinci minillikdə hz. İsa (ə.s) və hz. Mehdi (ə.s) gələcək.
Cəlaləddin Süyutinin bu mövzudakı açıqlaması isə belədir:
Bu ümmətin ömrü min (1000) ili keçəcək, lakin min beş yüz (1500) ili aşmayacaq. (Kıyamet Alametleri, səh. 299; Cəlaləddin Süyutinin "El-Keşfu Fi Mücazeveti Hazin el-Ümmeti El Elfe Ellezi Dellet Aleyh el-Asar" adlı kitabından nəql)
Bu açıqlamada da göründüyü kimi, Süyuti, hicri 1000-1500 illərinə diqqət çəkmişdir. O zaman bu illər hz. İsa (ə.s)-ın yer üzünə təkrar qayıdışı, hz. Mehdi (ə.s)-ın zühur etməsi, İslam əxlaqının hakimiyyəti kimi müjdələrin gerçəkləşəcəyi dövrdür.
Bədiüzaman Səid Nursi də, bu müjdəni təsdiqləyir və hicri 1506-cı ilə qədər yaşanacaq hadisələrə diqqət çəkir:
"...Birinci cümlə, min beş yüz (1500) məqamıyla Axırzamanda bir taifəyi-mücahidinin (din üçün çalışanların, mübarizə aparanların) son zamanlarına və ikinci cümlə, min beş yüz altı (1506) mövqe ilə qalibanə mübarizənin tarixinə işarə edər.
(...) Bu tarixə qədər (1506) zahir və aşkaranə, bəlkə qalibanə davam edəcəyinə rəmzə (işarəyə) yaxın işarə edər. (Sikke-i Tasdik-i Gaybi, səh. 46)
3) Peyğəmbərimiz (s.ə.v) Hz. Mehdi (ə.s)-ın, Hicri 1400-Cü Illərdə Gələcəyini Açıqca Xəbər Vermişdir
Peyğəmbərimiz (s.ə.v) bir hədisində hər əsrin əvvəllinin əhəmiyyətinə belə diqqət çəkmişdir:
Dünya yaradılandan bəri hər əsrin əvvəlində mühüm bir hadisə olmuşdur. Bir əsrin əvvəlində də Dəccal çıxar və İsa ibn Məryəm (ə.s) enərək onu yox edər. (İbn-i Ebi Hatem; Geleceğin Tarihi 3, səh. 153)
Yuxarıdakı hədisdə göründüyü kimi, hz. İsa (ə.s)-ın əsrin əvvəlində çıxacağı xəbər verilmişdir. Həmçinin Peyğəmbərimiz (s.ə.v) bəzi hədislərində hz. Mehdi (ə.s)-ın zühur tarixi olaraq da açıqca 1400-cü ili vermişdir. Bu hədislərdən biri belədir:
İnsanlar 1400-cü ildə Mehdinin yanında toplanacaqlar. (Risaletül Huruc-ül Mehdi, sf. 108)
Digər bir hədisdə isə hz. Məhəmməd (s.ə.v) belə bildirmişdir:
Hicrətdən 1400 il sonrakı əqidlərdən iki və ya üç əqid say. O zaman Mehdi Əmin çıxar... (Esme-l Mesalik Lieyyam-il Mehdiyy-il Meliki Li Küll-id Dünya Biemrillah-il Malik, Kelde bin Zeyd, 216)
Kitabın əvvəlki hissələrində göründüyü kimi, Peyğəmbərimiz (s.ə.v), hədisləri ilə Axırzaman əlamətləri barəsində bizə bir çox məlumat vermişdir. Hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın gəlişindən əvvəl yaşanacaq hadisələri çox təfsilatlı şəkildə təsvir etmişdir. Bu mövzuyla əlaqədar olaraq Buxari və Müslim, Ömər Ibnül Hattab və Huzeyfedən, İmam Əhməd və Müslim Əbu Zeyd ibn Amr ibn Axtab Əl Ənsaridən belə rəvayət etmişlər:
"Rəsulu-Əkrəm (s.ə.v)... Bu xütbələrində tam olmuş və bundan sonra olacaq hadisələri xəbər verdi, onları bizə öyrətdi və əzbərlətdi". (Buhari, Müslim)
Hz. Hüzeyfə ibn Yəman (r.ə) da bu mövzuda bunları söyləmişdir:
"Allaha and içirəm ki, Rəsulu-Əkrəm (s.ə.v) dünyanın sonuna qədər gələcək fitnələri və bu fitnələri törədən rəisləri ta üç yüzdən daha artıq kəsləri bizə adları, atalarının adları və qəbilələrinin adları ilə xəbər verdi". (Ebu Davud)Peyğəmbərimiz (s.ə.v)-dən bizə çatan bu xəbərlərin hər birinin bir-biri ardınca gerçəkləşmiş olması və hələ də gerçəkləşməyə avam etməsi, yaşadığımız dövrün Axırzaman olduğu mövzusunu qətiləşdirir. Necə ki, Peyğəmbərimiz (s.ə.v)-in hz. Mehdi (ə.s)-ın çıxış tarixi olaraq hədislərində açıqca 1400-cü il tarixini verməsi də bu əlamətləri bir daha təsdiqləyir. O zaman hz. İsa (ə.s)-ın yer üzünə ikinci dəfə qayıdışı da Allahın icazəsi ilə çox yaxındır.
4) Bədiüzzamana Görə Hz. Mehdi (ə.s) 1400-Cü Illərdə Fəaliyyət Göstərəcək
Bədiüzzamanın da, fərqli tarixlərdə verdiyi bütün açıqlamalarda, hz. Mehdi (ə.s)-ın gəliş zamanı olaraq hicri 14-cü əsrin əvvəllərinə işarə edilmişdir. Ustad bir sözündə, hz. Mehdi (ə.s)-ın əsri-səadət dövründən 1400 il sonra çıxacağını belə bildirib:
"İstiqbali-dünyəviyədə (dünyanın gələcəyində) 1400 il sonra gələcək bir həqiqəti əsrlərində karib (yaxın) zənn ediblər". (Sözler, səh. 318)
Ustadın ifadəsində bildirdiyi; "səhabə dövründən 1400 il sonrası" hicri 14-cü əsrin əvvəllərinə, yəni miladi təqvimlə 1979-1980-ci illərə təsadüf edir.
Bədiüzzaman, hicri 1327-ci ildə Şamda Əməvi məscidində on min insana verdiyi xütbəsində, hicri 1371-ci ildən sonrakı İslam aləminin gələcəyinə istiqamətli izahlar etmiş, Axırzamandan müxtəlif tarixlər vermis və gözlənilən hz. Mehdi (ə.s)-ın mübarizə dövrlərinə diqqət çəkmişdir. Bədiüzzaman, hz. Mehdi (ə.s)-ın vəzifəyə başlaması və inkarçı zehniyyəti fikrən məğlub etməsi ilə əlaqədar bu tarixləri bildirir:
"Ta 1371-ci ildən sonrakı aləmi-İslamın (İslam aləminin) müqəddaratına (taleyinə) nəzər salan Şam xütbəsindəki həqiqətlər... Bəli, indi olmasa da 30-40 il sonra fən və həqiqi mərifət və mədəniyyətin məhasini o üç qüvvəni tam təchiz edib, cihazatını verib o doqquz maniləri məğlub edib dağıtmaq üçün, təhərriyi-həqiqət meyelanını və insaf və məhəbbəti-insaniyəyi o doqquz düşmən taifəsinin cəbhəsinə göndərmiş, inşallah yarım əsr sonra onları darmadağın edəcək". (Hutbe-i Şamiye, 25)
Şamda etdiyi bu çıxışında, hicri 1371-ci ildən sonra yaşanacaq hadisələrə diqqət çəkərək, hz. Mehdi (ə.s)-ın vəzifəyə başlamasının bu tarixdən 30-40 il sonra baş tutacağını bildirmişdir. Bu tarix isə hicri 1401-1411-ci, miladi təqvimlə isə 1980-1990-ci illər arasıdır.
Ustad həmçinin eyni çıxışın davamında, hz. Mehdi (ə.s)-ın, inkarçı fikir sistemini fən, elm və mədəniyyətin imkanları sayəsində fikrən susduracağını xəbər vermişdir. Bu fikri üstünlüyün tarixi olaraq da 1371-ci il tarixindən yarım əsr sonrasını bildirmişdir. Bu da hicri 1421-ci, yəni miladi 2001-ci il deməkdir.
"Bəli, indi (1371-ci il) olmasa da otuz-qırx (30-40) il sonra...
Fənn: Müsbət elmlər, biologiya, fizika, kimya və s.
Həqiqi bacarıq: Hünər, sənət, elm və fənlərlə öyrənilən məlumat.
Mədəniyyətin məhasini: Mədəniyyətin yaxşılıqlarını
O üç qüvvə ilə təchiz edib lazımi ehtiyacını ödəyib o doqquz əngəlləri məğlub edib, dağıtmaq üçün,
Təhərriyi-həqiqət meyelanını: Həqiqəti araşdırma meyli
Məhəbbəti-insaniyəyi: İnsan sevgisini.
O doqquz düşmən sinfinin cəbhəsinə göndərmiş, inşaAllah yarım əsr sonra (50 il) onları darmadağın edəcək".
1371 + 50 = 1421 (miladi 2001)
Bədiüzzaman hicri 1400-cü ilin əvvəllərində hz. Mehdi (ə.s)-ın inkarçı fəlsəfə ilə mübarizəyə başlaması zamanına, 1401-1411=1981-1991-ci illər arası fən, hünər, sənət və mədəniyyətin yaxşılıqlarını birləşdirib bunlarla mübarizəsinə və inkarçı fəlsəfəni fikrən darmadağın edəcəyi tarix olaraq da hicri 1421 = miladi 2001-ci ilə diqqət çəkir. Bədiüzzamanın Axırzamanla əlaqədar digər bir açıqlaması isə belədir:
"Yetmiş birdə fəcri-sadiq başladı və ya başlayacaq. Əgər bu, fəcri-kazib də olsa, otuz-qırx il sonra fəcri-sadiq çıxacaq". (Hutbe-i Şamiye, 23)
Fəcr: Dan yerinin ağarması, günəş doğulmadan əvvəlki qırmızılıq, səhər vaxtı
Fəcri-kazib: Səhərə qarşı üfüqdə yayılmağa başlayan birinci qırmızılıq.
Fəcri-sadiq: Fəcri-kazibdən sonra yayılmağa başlayan ikinci işıqlanma.1371 + 30 = 1401 = 1981
1371 + 40 = 1411 = 1991Bədiüzzaman İslam əxlaqının dünyaya təkrar hakim olmasını Günəşin doğuşuna bənzədir. Günəşin batdıqdan sonra ertəsi gün yenidən doğması kimi, İslam əxlaqının da dünya üzərində təkrar doğub parlayacağına bu bənzətmə ilə işarə edər. Fəcri-kazib və fəcri-sadiq ifadələriylə isə bu doğuşun başlanğıc illərinə diqqət çəkilmişdir.
Buna görə haqqın qarşısında batili təmsil edən düşüncə olan ateizm və materialist fəlsəfənin məhv olmağa başlamasının 1981-1991-ci illərdə, fikrən tam mənası ilə susdurulub məhv edilməsinin isə 2001-ci ildə olacağına işarə etmişdir.
"Bu zamanda elə fövqəladə hakim cərəyanlar vardır ki, hər şeyi öz hesabına aldığı üçün, fərəzə (tutaq ki,) həqiqi gözlənilən və bir əsr sonra gələcək o zat (şəxs) belə bu zamanda gəlsə... (Kastamonu Lahikası, səh. 57)
Bədiüzzaman Səid Nursi, "həqiqi gözlənilən və bir əsr sonra gələcək o zat (şəxs)" deyərək hz. Mehdi (ə.s)-ın öz dövründə hələ gəlmədiyini, müsəlmanlar tərəfindən gözlənildiyini və öz yaşadığı dövrdən bir əsr sonra gələcəyini bildirir. Bədiüzzaman hicri 13-cü əsrdə yaşamışdır. Özündən sonra gələcək əsr olan hicri 14-cü əsr hz. Mehdi (ə.s)-ın çıxış zamanıdır.
Bədiüzzamanın Risale-i Nur Külliyyatında Mehdinin mübarizə və hakimiyyət dövrləri ilə bağlı tarix verdiyi başqa açıqlamaları da mövcuddur:
"Ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Halbuki kafirlər istəməsə də, Allah Öz nurunu tamamlamaqdan başqasını istəmir" (Tövbə surəsi, 32) ayəsindəki "...Allah, Öz nurunu tamamlamaqdan başqasını istəmir" cümləsi barəsində Bədiüzzaman belə deyir:
"İndi xatirə gəldi ki, əgər şəddəli “ləmlər” və (mim) iki-iki sayılsa, bundan bir əsr sonra zulümatı (zülm dövrünü, qaranlığı) aradan qaldıracaq zatlar (şəxslər) isə, həzrəti Mehdinin şagirdləri (tələbələri) ola bilər". (Şualar, səh. 605)
Bu ayənin əbcəd dəyəri isə hicri 1424-cü, yəni miladi 2004-cü ildir. Bu tarix də, hz. Mehdi (ə.s)-ın darvinizmə və materializmə qarşı apardığı fikri mübarizəsində üstün gəldiyi illərə işarə edir.
Bədiüzzaman "...inkar edənlərin vəliləri isə tağutdur..." (Bəqərə surəsi, 257) ayəsindəki "tağut" (batil fikir sistemi) sözünün əbcəd dəyərini 1417 (miladi təqvimlə 1997-ci il) olaraq veriri və bu tarixdə "tağut"un öz daxilində çökəcəyini bildirir.
5) Peyğəmbərimiz (s.ə.v) Dünyanın Ömrünün 7000 Il Olduğunu Bildirib
Hər əsrdə din əxlaqını bidətlərdən qurtarmaq və yeniləmək üçün Allah tərəfindən bir insanın göndərildiyi, böyük və mötəbər əhli-sünnə alimlərinin “Sünəni-Əbu Davud”, “Məktubatı-Rəbbani” kimi əsərlərində açıqca bildirilmişdir. Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən hədislərdə Axırzamanda zühur edəcəyi müjdələnən hz. Mehdi (ə.s)-ın zühur vaxtı olaraq isə hicri 1400-cü il verilmişdir. Bu 100 illik müddətdə İslam əxlaqı müəyyən müddət ərzində bütün dünyaya hakim olacaq, din əxlaqına qarşı mübarizə aparan dəccal sistemi isə tamamilə ortadan qalxacaq. Lakin təxminən 100 il qədər davam edəcək bu yüksəlmə dövrünün ardınca, yəni hicri 1500-cü illərlə birlikdə dünya yenidən pozulma mərhələsinə daxil olacaq. Əhli-sünnənin böyük hədis və fiqh alimlərindən biri olan İmam Əhməd İbn Hənbəl kimi bir çox alimin bir-birlərindən nəql etdikləri bir hədisdə Peyğəmbərimiz (s.ə.v) özünə qədər dünyada keçən zamanın 5600 il olduğunu bildirərək bəşəriyyət tarixinin başlanğıcı barəsində mühüm bir məlumat vermişdir:
Əhməd İbn Hənbəl əsasında nəql etdi. İsmayıl ibn Əbdülkərim, Əbdüssaməddən O da Vəhbdən rəvayət etdi; DÜNYADAN BEŞ MİN ALTI YÜZ İL KEÇMİŞDİR. (Ali B. Hüsameddin el-Muttaki, Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir zaman, səh. 89)
Digər tərəfdən başqa bir çox hədisdə də dünyanın ömrünün 7000 il olduğuna dair açıq izahlar var:
Ənəs Malikdən təxric etdi (çıxarış etdi). O dedi ki, Rəsulullah (s.ə.v) buyurdu: DÜNYANIN ÖMRÜ, AXİRƏT GÜNLƏRİNDƏN YEDDİ GÜNDÜR. Allah buyurdu ki; "SƏNİN RƏBBİNİN YANINDAKI BİR GÜN, SİZİN SAYDIĞINIZ MİN İL KİMİDİR" RƏBBİN QATINDA BİR GÜN SİZİN SAYDIQLARINIZDAN MİN İL KİMİDİR. Kim bir din qardaşının Allah yolunda bir ehtiyacını qarşılasa, Allah onun üçün, gündüzlərini orucla, gecələrini də ibadətlə keçirmişcəsinə BU DÜNYANIN YEDDİ MİN İLLİK ÖMRÜ MÜDDƏTİNCƏ SAVAB YAZAR. (Ali B. Hüsameddin el-Muttaki, Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 88)
Dakka ibn Zeyd əl-Cühənidən rəvayət etdilər. Mən gördüyüm bir yuxunu Rəsulullah (s.ə.v)-ə danışdım. Bu yuxuda Peyğəmbər (s.ə.v) yeddi pilləli bir minbərin ən üst pilləsində idi. O buyurdu ki; GÖRDÜYÜN BU YEDDİ PİLLƏLİ MİNBƏR DÜNYANIN ÖMRÜ OLAN YEDDİ MİN İLDİR. (Ali B. Hüsameddin el-Muttaki, Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 89)
Əhli-sünnə alimlərindən Hüsaməddin əl-Müttəqinin əsəri olan “Kitabül bürhan fi əlamətil Mehdiyyil Axırzaman” kitabında qeyd olunan bu hədislərə görə Peyğəmbərimiz (s.ə.v) dünyanın ömrünün 7000 il olduğunu bildirir. Eləcə də, bir çox əhli-sünnə alimlərinin əsərlərində, məsələn, Müttəqi həzrətlərinin, Kenzul-Ümmal, hədis №: 16459-da, Muhəmməd Tahir ibn Əli əl-Hindinin əsəri Tezkiretul-mevduat, I/223-də, İmam Sahavi, əl-Makasidul-həsənə (Deylemidən rəvayət edilib), I/693, hədis №: 1243-de, əl Munavinin Feyzul-Qədr, III/547; hədis №: 4278 (Deylemidən rəvayət edilib), Bəyazid Bistami Həzrətlərinin Miftahul-cifr adlı əsərində dünyanın ömrünün 7000 il olduğu mövzusuyla əlaqədar hədislərə yer verilmişdir. Bu da əhli-sünnə alimlərinin həmfikirliklə bu mövzunu qəbul etdiklərini göstərən çox aydın bir dəlildir.
Hicri 1300-cü ilin və son min ilin ən böyük mücəddidi olan Ustad Səid Nursi həzrətləri isə İslam əxlaqının hakimiyyət dövrü üçün hicri 1500-cü ili göstərmişdir. Ustad bu tarixlərə qədərki dövrün müsəlmanların açıq və aşkar qalibiyyət dövrləri olacağını bildirmişdir. Bundan sonrakı illərdə isə İslam əxlaqının dünya üzərindəki yüksəliş dövrünün bitəcəyi və kafirlər üçün qiyamət qopmasının hicri 1545-ci il etibarilə mümkün ola biləcəyimi söyləmişdir (doğrusunu Allah bilər).
"Ümmətimdən bir taifə (tayfa) Allahın əmri gələnə qədər (qiyamətə qədər) haqq üzərində olacaq".
"Ümmətimdən bir taifə (tayfa).." fıqrasının (hissəsinin) məqamı-cifrisi (cifr hesabına görə nəticəsi, ədədi qiyməti) 1542 (2117) edərək nəhayəti-davamına (varlığının sonuna) işarə edər. "Haqq üzərində olacaq" (şəddə sayılır) fıqrası (hissəsi) belə; məqamı-cifrisi (cifr hesabına görə nəticəsi, ədədi qiyməti) 1506 (2082), bu tarixə qədər zahir və aşkaranə (açıq və ortada), bəlkə qalibanə; sonra da 1542-yə (2117) qədər, gizli və məğlubiyyət içində vəzifəyi-tənviriyəsinə (işıqlandırma vəzifəsinə) davam edəcəyinə rəmzə (işarəyə) yaxın işarə edər. "Allahın əmri gələnə qədər" (şəddə sayılır) fıqrası (hissəsi) belə; məqamı-cifrisi (cifr hesabına görə nəticəsi, ədədi qiyməti) 1545 (2120), kafirin başında QİYAMƏT QOPMASINA işarət edər. (Kastamonu Lahikası, səh. 33)
Peyğəmbərimiz (s.ə.v) başqa bir çox səhih hədisində isə dünyanın yalnız 1 günlük ömrü qalmış olsa da, Allahın bu ömrü uzadıb hz. Mehdi (ə.s)-ı mütləq zühur etdirəcəyini bildirmişdir. Bu olduqca mühüm açıqlamadır. Çünki hz. Mehdi (ə.s)-ın Peyğəmbərimiz (s.ə.v)-in rəvayətinə baxmayaraq, hicri 1400-cü ildə çıxmayacağı kimi hədislərə müxalif açıqlamalar verən, bəhs olunan insanların bu hədisləri də görməzlikdən gəldiyi son dərəcə ortadadır. Halbuki Peyğəmbərimiz (s.ə.v) bu hədisləri, hz. Mehdi (ə.s)-ın zühurunun və onun vəsiləsi ilə İslam əxlaqının hakim olmasının insanlar üçün nə qədər mühüm olduğuna çox açıq şəkildə diqqət çəkmişdir.
Abdullah (r.ə)-dən rəvayət edilmişdir: Rəsulullah (s.ə.v) buyurdu ki; əhli-beytimdən adı adıma uyğun olan bir insan başa keçəcək... DÜNYANIN TƏKCƏ BİR GÜNLÜK ÖMRÜ QALMIŞ OLSA, ONUN (HZ. MEHDİ (Ə.S)-IN) BAŞA KEÇMƏSİ ÜÇÜN ALLAH O GÜNÜ MÜTLƏQ UZADAR. (Sünen-i Tirmizi 4/92)
Hz. Əlidən rəvayət olunduğuna görə Rəsulullah (s.ə.v) belə buyurdu: QİYAMƏTİN QOPMASI ÜÇÜN ZAMANDA TƏKCƏ BİR GÜNDƏN BAŞQA VAXT QALMAMIŞ DA OLSA, ALLAH (C.C) MƏNİM ƏHLİ-BEYTİMDƏN BİR ZATI (ŞƏXSİ) GÖNDƏRƏCƏK. (Sünen-i Ebu Davud, 5/92)
İbn Macə və Əbu Naim, Əbu Hüreyrədən təxric etdilər (çıxarış etdilər), o dedi, Peyğəmbər (s.ə.v) buyurdu: ƏGƏR DÜNYADAN BİR GÜN QALSA, ALLAH O GÜNÜ UZADAR VƏ ƏHLİ-BEYTİMDƏN BİRİNİ MƏLİK (HÖKMDAR) EDƏR. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Muntazar, 10 El-Kavlu-l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, 27 Ölüm-Kıyamet -Ahiret ve Ahir Zaman Alametleri, səh. 437)
Allahın, "dünyadan bir gün qalsa da, o günü uzadıb hz. Mehdi (ə.s)-ı zühur etdirəcəyini" bildirən Peyğəmbərimiz (s.ə.v)-in sözləri, hz. Mehdi (ə.s)-ın zühuru üçün lazım gəlsə zamanın uzadılacağı istiqamətindədir. Demək ki, belə olan halda, hz. Mehdi (ə.s)-ın zühuru yüz il sonraya təxirə salınıb bu əsrdə gözlənilməkdən imtina edilməyəcək, əksinə hz. Mehdi (ə.s)-ın zühuru yenə hicri 1400 içində gözlənilməyə davam ediləcək. Bu çox əhəmiyyətlidir ki, hicri 1499-cu ilin son gününə qədər hicri 1400-cü illərin içində olunar. Hz. Mehdi (ə.s)-ın zühuru üçün Allahın lazım gəlsə zamanı uzatması da, yenə hicri 1500-cü illərə qədər olacaq. Hz. Mehdi (ə.s) bu dövr ərzində İslam əxlaqını, fəzilətini və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsini dünyaya yayma fəaliyyətlərinə müxtəlif formalarda davam edəcək. Lakin bəhs edilən uzatma dünyanın 7000 illik ömrünü keçməyəcək uzatma olacaq, sonrasında isə Peyğəmbərimiz (s.ə.v)-in bildirdiyi; İslam əxlaqının dünya üzərindəki təsirinin qalxmağa başlaması ani geriləmə şəklində deyil, ağlın ixtiyarını qaldırmadan yavaş-yavaş meydana gələcək. Ardından dünyanın 7000 illik ömrünün sonu olan qiyamətin qopma hadisəsi də, Ustad Səid Nursi həzrətlərinin bildirdiyi kimi, inşaAllah hicri 1500-cü il etibarilə gözləniləcək (doğrusunu Allah bilər).
Böyük əhli-sünnə alimi Bərzənci həzrətləri də dünyanın ömrünün hicri 1600-cü ilə çatmayacağını, yəni hicri 1500-cü illər içində qiyamətin qopmasının Allahın icazəsi ilə gözlənildiyini bildirir (doğrusunu Allah bilər).
BU ÜMMƏTİN ÖMRÜ MİN İLİ KEÇƏCƏK, LAKİN MİN BEŞ YÜZ İLİ AŞMAYACAQ... (Kıyamet Alametleri, Medineli Allame Muhammed b. Resul el-Hüseyni el-Berzenci, Pamuk nəşriyyatı, İstanbul, 2002, səh. 299)
Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən hədisə əsaslanaraq, Süyuti həzrətləri isə verdiyi açıqlamada belə bildirir:
"MƏNİM ÜMMƏTİMİN ÖMRÜ 1500 İLİ ÇOX KEÇMƏYƏCƏK". (Suyuti, el-Keşfu an Mücavezeti Hazihil Ümmeti el-Elfu, el-havi lil Fetavi, Suyuti. 2/248, tefsiri Ruhul Beyan. Bursevi. (Arapça) 4/262, Ahmed bin Hanbel, Kitâbu'l-İlel, səh. 89)
6) Quranda Axırzaman Ilə Bağlı Digər Bəzi Məlumatlar
Quran möminlərin həyatlarının bütün sahələrini əhatə edən, hər hökmün tam qeyd olunduğu Allahın bənzərsiz kitabıdır. Quranın ən böyük möcüzələrindən biri, ilk vəhyin enməsindən indiyədək, hər əsrdə yaşayan bütün müsəlmanların, Quranın öz əsrlərinin bütün ehtiyaclarını həll etdiyini görmələridir.
Quranda, xüsusilə peyğəmbər hekayələrində Axırzamana işarə edən ayələr var. Bu hekayələr üzərində düşünüldüyü zaman, dövrümüzdəki hadisələrə işarə edən çox mühüm sirlər tapmaq mümkündür. Allah Quranda möminləri hekayələr barəsində düşünməyə təşviq edir:
And olsun ki, onların hekayələrində təmiz ağıl sahibləri üçün ibrətlər var. (Bu Quran) uydurulacaq bir söz deyil, lakin özündən əvvəlkilərin təsdiqləyicisi, hər şeyin müxtəlif formalarda açıqlaması və iman gətirəcək cəmiyyət üçün hidayət və rəhmətdir. (Yusif surəsi, 111)
Quran hər əsrə hökm edən bir kitabdır və ayələrin çoxunda birdən çox məna var. Ayələrdəki işarələr də bunun açıq dəlillərindəndir. Quranda, Peyğəmbərimiz (s.ə.v) dövründə yaşanan hadisələr bildirildiyi kimi, Axırzamandakı hadisələr də işari şəkildə bildirilir. Ayələrdə Peyğəmbərimiz (s.ə.v) dövründə möminlərin apardıqları mübarizə, ədalətli tətbiqləri və yaşayışları bildirilərkən, eyni zamanda bütün əsrlərə istiqamətli nəsihətlər də var. Hər bir ayədə, diqqətli oxuyanlar üçün bir neçə mənalar var. Həmçinin ayələrdə insanların ehtiyac duyduqları hər şey açıqlanır.
Bir ayədə Quranın bu xüsusiyyəti; "...Biz Kitabı sənə hər şeyin açıqlayıcısı, müsəlmanlara da bir hidayət, rəhmət və müjdə olaraq nazil etdik" (Nəhl surəsi, 89) şəklində bildirilir. Bir çox ayədə isə, Qurandakı nümunələr üzərində düşünməyimiz və onlardan ibrət çıxarmağımız nəsihət edilir. Allah, Quran ayələri barəsində düşünməyi əmr etdiyi ayələrdən bir neçəsində belə buyurur:
And olsun ki, bu Quranda hər nümunədən insanlar üçün müxtəlif açıqlamalar verdik. İnsanların əksəriyyəti isə, ancaq inkarda müqavimət göstərdilər. (İsra surəsi, 89)
And olsun ki, Biz bu Quranda, bəlkə öyüd alıb düşünərlər deyə, insanlar üçün hər bir nümunədən verdik. (Zumər surəsi, 27)
İslam əxlaqının dünyaya hakim olması, Peyğəmbərimiz (s.ə.v)-in vəfatından sonra qiyamətə qədər gerçəkləşəcək Axırzaman əlamətlərinin ən əhəmiyyətlilərindən biridir.
Qurani Kərimdə, hz. İsa (ə.s)-ın yer üzünə təkrar qayıdacağına dair dəlilləri əvvəlki hissələrdə təfsilatlı şəkildə gördük. Bu aydın dəlillərlə yanaşı, Quranda Axırzaman, hz. Mehdi (ə.s) və Quran əxlaqının dünyada hakim olması barəsində də bir çox işari mənada ayələr var. Quranda müsəlmanların İslam əxlaqını yer üzünə hakim edəcəklərinin xəbər verildiyi ayələrdən biri Nur surəsindədir:
Allah aranızdan iman gətirənlərə və saleh əməllər işləyənlərə vəd etmişdir: şübhəsiz ki, özlərindən əvvəlkiləri necə “güc və iqtidar sahibi” etdisə, onları da yer üzündə “güc və iqtidar sahibi” edəcək, özləri üçün seçib bəyəndiyi dinlərini özlərində hakim edib möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcək. Onlar yalnız Mənə ibadət edər və heç nəyi Mənə şərik qoşmazlar. Kim bundan sonra inkar etsə – məhz onlar fasiqlərdir. (Nur surəsi, 55)
Peyğəmbərimiz (s.ə.v)-in də, Axırzaman mövzusuna Quranda işarə olduğunu bildirən müxtəlif hədisləri var:
Mehdi eynilə Zülqərneyn və Süleyman kimi dünyaya hökm edəcək. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 29)
Göründüyü kimi bu hədis, Quranda qeyd olunan hz. Zülqərneyn (ə.s) və hz. Süleyman (ə.s) hekayələrini, hz. Mehdi (ə.s) mövzusuyla əlaqəli şəkildə araşdırmağımıza işarə edir.
Aşağıdakı hədislərlə də Kəhf və Talut hekayələrində Axırzamana işarə edən çox mühüm işarələr olduğu xəbər verilir. Peyğəmbərimiz (s.ə.v)-in, Axırzaman və hz. Mehdi (ə.s) ilə əlaqədar hədislərini burada verilən nümunələrdə də göründüyü kimi, xüsusilə Qurandakı hekayələrlə əlaqə yaradaraq izah etməsi, söylədiyimiz məsələyə çox güclü dəlildir. Peyğəmbərimiz (s.ə.v) belə buyurub:
Əshabi-Kəhf, Mehdinin köməkçiləri olacaq. (Kitab ul Burhan Fi Alamet-il Mehdiyy il Ahir Zaman, səh. 59)
Mehdinin köməkçilərinin sayı Talut ilə çayı keçənlər qədərdir. (Kitab ul Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 57)
Bu nöqteyi-nəzərdən araşdırıldığı zaman, Quranda İslam əxlaqının yer üzünə hakim olacağı bir dövrün varlığına işarə edən bir çox ayə olduğu görünür. Ayələrdəki gerçəkləşəcək hadisələrlə əlaqədar işarələrlə yanaşı, bu hadisələrin tarixlərinə istiqamətli işarələr də var.
Bu tarixlər müxtəlif hesablama üsullarıyla müəyyənləşdirilir. Bu üsulların başında isə əbcəd hesabı gəlir. Bu hesablama üsulu, çox keçmiş tarixlərə qədər uzanan və hələ Quran nazil olmamışdan əvvəl geniş istifadə olunan bir yazı formasıdır. Qədim dövrlərdən bəri, bütün hadisələr, hərflərə rəqəm dəyəri verilərək yazılır və beləliklə də, hər hadisənin tarixi də qeydə alınmış olardı. Bu tarixlər, istifadə edilən hər hərfin xüsusi rəqəm dəyərlərinin cəmlənməsi ilə əldə edilirdi.
Keçmişdəki bəzi İslam alimləri, əbcəd üsulu ilə ayələrə baxaraq bir çox hadisənin tarixini əvvəlcədən təxmin ediblər. Bu gün də Quranda işlənən bəzi ayələrə baxıldığı zaman, bu ayələrin mənalarına uyğun bəzi tarixlərə uyğun gəldiyini görərik. Həmçinin bu ayələrdə bəhs edilən hadisələrin əbcəd hesablarıyla əldə edilən tarixlərdə gerçəkləşdiyini gördükdə isə, həmin ayələrdə hadisə ilə bağlı gizli işarə ola biləcəyini anlayarıq (doğrusunu Allah bilər).
İrəliləyən səhifələrdə bəzi ayələrin içindəki əlaqədar hissələrinin əbcəd hesablarını verəcəyik. Əbcədləri hesablanmış bu ayələrin məna cəhətdən məzmunlarına baxıldığı zaman, müəyyən tarixlərə istiqamətli mühüm işarələr olduğu görülə bilər.
And olsun Kitab əhlindən ölmədən əvvəl ona iman gətirməyəcək heç kim yoxdur. Qiyamət günü o da onların əleyhinə şahid olacaq. (Nisa surəsi, 159)
"...Kitab əhlindən ölmədən əvvəl ona iman gətirməyəcək heç kim yoxdur..."
HİCRİ: 1439, MİLADİ: 2017
Yuxarıdakı ayədə hz. İsa (ə.s)-ın ölümündən əvvəl bütün Kitab əhlinin ona inanacağı xəbər verilir. Bu hadisənin təkcə Axırzamanda, hz. İsa (ə.s)-ın ikinci dəfə yer üzünə gəldiyi zaman gerçəkləşəcəyini kitabın əvvəlində bildirmişdik. Eyni ayənin yuxarıda ifadə edilən hissəsinin əbcəd dəyərinin bizə göstərdiyi tarix isə 2017-ci ildir. Bu rəqəmin, hz. İsa (ə.s)-ın yer üzünə təkrar gələcəyi və ya yer üzündə olacağı bir tarixə işarə etməsi mümkündür (doğrusunu Allah bilər). Aşağıdakı əbcəd dəyərlərinin də bənzər şəkildə hz. İsa (ə.s)-ın yer üzündə olacağı dövrün tarixlərinə işarə olması mümkündür.
Şübhəsiz ki, O (İsa) qiyamət saatı üçün bir elmdir (əlamətdir). Elə isə ondan yana heç bir şübhəyə qapılmayın və Mənə tabe olun. Dosdoğru yol budur. (Zuxruf surəsi, 61)
"Şübhəsiz ki, O qiyamət saatı üçün bir elmdir (əlamətdir). Elə isə ondan yana heç bir şübhəyə qapılmayın..."
MİLADİ: 2026
"Qorxma!" dedik. "Mütləq sən üstün gələcəksən". (Taha surəsi, 68)
MİLADİ: 1956
Bir zaman Allah peyğəmbərlərdən: “And olsun, sizə Kitab və hikmət verdikdən sonra, sizə özünüzdəkini təsdiqləyən bir elçi gəldikdə (1) ona qəti iman gətirəcək və yardım edəcəksiniz” deyə qəti əhd almış və: “Razısınızmı və verdiyim bu ağır məsuliyyəti qəbul edirsinizmi?” demişdi. Onlar: “Razıyıq!” demişdilər. Allah da: “Elə isə, şahid olun, Mən də sizinlə bərabər şahid olanlardanam (2)” demişdir.
(1) MİLADİ: 1956
(2) HİCRİ: 1416, MİLADİ: 1994Biz isə, yer üzündə gücdən salınanlara (1) lütf etmək, onları öndərlər və varislər etmək (2) istəyirik. (Qəsas surəsi, 5)
(1) MİLADİ: 1996
(2) ... öndərlər ... və varislər etmək - MİLADİ: 2021Biz səni yalnız müjdə verən və xəbərdar edib qorxudan kimi göndərdik. (Furqan surəsi, 56)
MİLADİ: 1981
(həmçinin surə nömrəsi (25) x ayə nömrəsi (56) = 1400 (miladi 1981)Məhz beləliklə Biz yer üzündə Yusifə güc və imkan (iqtidar) verdik. Belə ki, orada (Misirdə) istədiyi yerdə qaldı. Biz istədiyimizə mərhəmətimizi nəsib edər və yaxşı işlər görənlərin mükafatını puç etmərik. (Yusif surəsi, 56)
MİLADİ: 2017
Dedi: "Bir-birinizə düşmən olaraq hamınız oradan enin. Artıq sizə Məndən bir yol göstərən gələcək; kim Mənim hidayətimə tabe olsa artıq o azmaz və bədbəxt olmaz. (Taha surəsi, 123)
MİLADİ: 1982
De: "Hər kəs gözləyir, siz də gözləyin. Sonunda, dümdüz (dosdoğru) yolun sahibləri kimlərmiş və doğru yola gələn kimlərmiş, çox yaxında öyrənəcəksiniz". (Taha surəsi, 135)
MİLADİ: 2023
Və onları, öz əmrimizlə hidayətə yönəldən öndərlər etdik və onlara yaxşı işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar Bizə ibadət edənlərdi. (Ənbiya surəsi, 73)
MİLADİ: 1984
Əlif, Ləm, Mim. Rum (orduları) məğlubiyyətə uğradı. (Rum surəsi, 1-2)
MİLADİ: 1980
Bir neçə il ərzində. Bundan əvvəl də, sonra da əmr Allahındır və o gün möminlər sevinəcəklər. (Rum surəsi, 4)
MİLADİ: 2010
And olsun, Biz Zikrdən sonra Zəburda: “Şübhəsiz ki, yer üzünə Mənim saleh qullarım varis olacaqlar” deyə yazdıq. (Ənbiya surəsi, 105)
MİLADİ: 2051
İstəsək, onların üzərinə göydən bir ayə (möcüzə) endirərik ki, ona boyunları əyilmiş qalarlar. (Şuəra surəsi, 4)
MİLADİ: 2022
Bu əvvəlki xəbərdarlıq edənlərdən bir xəbərdar edəndir. (Nəcm surəsi, 56)
MİLADİ: 2031
Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salat edərlər (salam verərlər). Ey iman gətirənlər, siz də ona salat edin (salam verin) və tam təslimiyyətlə ona salam verin. (Əhzab surəsi, 56)
MİLADİ: 1986
Şübhəsiz ki, Biz səni haqla müjdə verən və xəbərdar edən biri olaraq göndərdik. Heç bir ümmət yoxdur ki, içində bir xəbardar edən gəlib-keçmiş olmasın. (Fatir surəsi, 24)
MİLADİ: 1983
Özləriylə, içlərində bərəkətlər yaratdığımız məmləkətlər arasında (biri digərindən) görünə bilən şəhərlər yaratdıq və orada yerimə (imkanlarını) təqdir etdik: "Oralarda gecələr və gündüzlər təhlükəsizlik içində gəzib dolaşın" (dedik). (Səba surəsi, 18)
MİLADİ: 2023
Özlərinə Kitab verdiyimiz kəslər onu (peyğəmbəri) övladlarını tanıdıqları kimi tanıyırlar. Buna baxmayaraq onların bir qismi, bildikləri halda həqiqəti gizlədirlər. (Bəqərə surəsi, 146)
MİLADİ: 1959
Biz ayələrimizi həm afaqda, həm də onların özlərində mütləq göstərəcəyik; belə ki, şübhəsiz, onun haqq olduğu özlərinə açıqca bəlli olsun. Hər şeyin üzərində Rəbbinin şahid olması kifayət deyil? (Fussilət surəsi, 53)
MİLADİ: 1990
Və insanların Allahın dininə dəstə-dəstə girdiklərini gördüyün zaman, dərhal Rəbbini həmd ilə təqdis et və Ondan bağışlanma dilə. Çünki O, tövbələri çox qəbul edəndir! (Nəsr surəsi, 2-3)
MİLADİ: 2016
Sənin zikrini (şənini) ucaltmadıqmı? (İnşirah surəsi, 4)
MİLADİ: 2009
Və heç ŞÜBHƏSİZ; BİZİM ORDULARIMIZ, ÜSTÜN GƏLƏCƏK OLANLAR ONLARDIR. (Saffat surəsi, 173)
MİLADİ: 1994
"Elçilərini hidayət və haqq dinlə göndərən Odur. Belə ki, onu (haqq din olan İslamı) bütün dinlərdən üstün edəcək; müşriklər xoşlamasa da". (Saff surəsi, 9)
MİLADİ: 1980 və şəddəsiz 2021
Onu satın alan Misirli (Əziz) arvadına: "Onun yerini üstün tut (ona yaxşı bax), ümid edilir ki, bizə bir faydası toxunar və ya onu övladlığa götürərik!" dedi. Beləliklə biz, Yusifi yer üzündə (Misirdə) məskun etdik. Ona sözlərin şərhindən (olan məlumatı) öyrətdik. ALLAH, ƏMRİNİ QƏLƏBƏ İLƏ BAŞA ÇATDIRANDIR, lakin insanların çoxu bilmir. (Yusif surəsi, 21)
MİLADİ: 2014
Kim Allahı, Rəsulunu və iman gətirənləri dost (vəli) tutsa, şübhəsiz ki, qalib gələcək olanlar, Allahın tərəfdarlarıdır. (Maidə surəsi, 56)
MİLADİ: 2055
Allah göylərin və yerin nurudur (1). Onun möminlərin qəlbində olan nuru, içində çıraq olan bir taxça kimidir; çıraq bir şüşə içərisindədir; şüşə, sanki inci kimi bir ulduzdur ki (2), şərqə və qərbə aid olmayan daim günəş şüaları altında qalan mübarək zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa da, sanki işıq saçır. Bu, nur üstündə nurdur. Allah istədiyini Öz nuruna yönəldər (3). Allah insanlar üçün nümunələr verər. Allah hər şeyi Biləndir. (Nur surəsi, 35)
(1) MİLADİ: 1959
(2) MİLADİ: 2037
(3) MİLADİ: 1980Rəbbinin nemətindən dayanmadan danış. (Duha surəsi, 11)
HİCRİ: 1376, MİLADİ: 1956
De: "Hər kəs gözləyir, siz də gözləyin. Sonunda, dümdüz (dosdoğru) yolun sahibləri kimlərmiş və doğru yola gələn kimlərmiş, çox yaxında öyrənəcəksiniz". (Taha surəsi, 135)
MİLADİ: 2023
And olsun, onlara öz aralarından bir elçi gəlmişdi, lakin onu yalançı hesab etdilər; beləcə onlar, zülmlərinə davam etdikləri zaman əzab onları yaxaladı. (Nəhl surəsi, 113)
MİLADİ: 2007
Şübhəsiz ki, sənə beyət edənlər Allaha beyət etmişlər. Allahın əli onların əllərinin üstündədir. Bu halda, kim əhdini pozsa, artıq o, ancaq öz əleyhinə pozmuş olar. Kim Allahla etdiyi əhdi yerinə yetirsə, artıq O da, ona böyük mükafat verəcək. (Fəth surəsi, 10)
MİLADİ: 2025
"Çəkinib rəhmətə qovuşmağınız üçün, aranızdan sizi xəbərdar edib qorxudacaq bir insan vasitəsi ilə bir zikr (kitab) gəlməsinə təəccübləndiniz?" (Əraf surəsi, 63)
HİCRİ: 1433, MİLADİ: 2011
“…Doğrusu, Allah sizin üçün onu seçdi və onun məlumat və bədən gücünü artırdı…” (Bəqərə surəsi, 247)
HİCRİ: 1418, MİLADİ: 1996
Sonra onların ardınca sizi yer üzündə xələflər etdik ki, görək necə davranacaqsınız. (Yunis surəsi, 14)
MİLADİ: 2048
ƏLBƏTTƏ, RƏBBİN SƏNƏ RAZI OLDUĞUN NEMƏTİ VERƏCƏK, beləcə sən məmnun qalacaqsan. (Duha surəsi, 5)
Miladi vav ilə 2015, vav-sız 2009
Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş olarsınız və əgər pislik etsəniz o da (öz) əleyhinizədir. Sonunda vəd gəldiyi zaman (yenə elə qullar göndərərik ki,) üzünüzü “pis vəziyyətə salsınlar” birincisində ona girdikləri kimi məscidə (Qüdsə) girsinlər və ələ keçirtdiklərini “darmadağın edib məhv etsinlər”. (İsra surəsi, 7)
MİLADİ: 2019
Və heç şübhəsiz; bizim ordularımız üstün gələcək olanlar onlardır. (Saffat Surəsi, 173)
HİCRİ: 1410, MİLADİ: 1988 (şəddəli)
Elə isə kafirlərə itaət etmə və onlarla (Quranla) böyük MÜBARİZƏ apar. (Furqan surəsi, 52)
HİCRİ: 1400, MİLADİ: 1979
Rəbbimiz, içlərindən onlara bir elçi göndər, onlara ayələrini oxusun, Kitabı və hikməti öyrətsin və onları təmizləsin!... (Bəqərə surəsi, 129)
MİLADİ: 1980
Məhz qəlblərində xəstəlik olanları: "Zamanın, fəlakətləriylə əleyhimizə dönüb bizə toxunmasından qorxuruq" deyərək aralarında səy göstərdiklərini görərsən. Ümid edilir ki, Allah bir qələbə və ya dərgahından bir əmir gətirəcək ki, onlar nəfslərində gizlətdiklərindən ötrü peşman olacaqlar. (Maidə surəsi, 52)
MİLADİ: 1996
Və sevəcəyiniz başqa bir (nemət) daha var: Allahdan “kömək və zəfər (nüsrət)” və yaxın bir qələbə. Möminlərə müjdə ver! (Saff surəsi, 13)
HİCRİ: 1402, MİLADİ: 1981
Allah aranızdan iman gətirənlərə və saleh əməllər işləyənlərə vəd etmişdir: şübhəsiz ki, özlərindən əvvəlkiləri necə “güc və iqtidar sahibi” etdisə, onları da yer üzündə “güc və iqtidar sahibi” edəcək, özləri üçün seçib bəyəndiyi dinlərini özlərində hakim edib möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcək. Onlar yalnız Mənə ibadət edər və heç nəyi Mənə şərik qoşmazlar. Kim bundan sonra inkar etsə – məhz onlar fasiqlərdir. (Nur surəsi, 55)
MİLADİ: 2013
Beləcə, Rəbbin səni seçəcək, sözlərin şərhindən sənə öyrədəcək və daha əvvəl ataların İbrahimə və İshaqa tamamladığı kimi, sənin və Yaqub ailəsi üzərindəki nemətini tamamlayacaq... (Yusif surəsi, 6)
HİCRİ: 1443, MİLADİ: 2020 (şəddəsiz)
Peyğəmbərləri onlara dedi ki: Allah sizə Talutu (məlik olaraq) göndərdi... (Bəqərə surəsi, 247)
HİCRİ: 1420, MİLADİ: 1998
Həqiqətən, biz ona yer üzündə çox möhkəm iqtidar verdik və ona hər şeydən bir yol (səbəb) verdik. (Kəhf surəsi, 84)
HİCRİ: 1440, MİLADİ: 2017 (şəddəli)
Beləcə ikisi, iki dənizin birləşdiyi yerə çatdıqda balığı unutdular; (balıq) dənizdə axına doğru öz yolunu tutdu. (Kəhf surəsi, 61)
HİCRİ: 1405, MİLADİ: 1984
Dedi: Rəbbimin məni möhkəm iqtidarla hakim qıldığı (güc, nemət və imkan) daha xeyirlidir. Madam ki, elədir, mənə (insani) güclə kömək edin ki, sizinlə onlar arasında möhkəm bir maneə yaradım. (Kəhf surəsi, 95)
HİCRİ: 1409, MİLADİ: 1987 (şəddəsiz)
Ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Halbuki kafirlər istəməsə də, Allah Öz nurunu tamamlamaqdan başqasını istəmir. (Tövbə surəsi, 32)
HİCRİ: 1423, MİLADİ: 2002
Yoxsa onlar: "Allaha qarşı yalan uydurmuşdur!" deyirlər? Halbuki əgər Allah istəsə, sənin qəlbinə möhür vurar. Allah, batili yox edib ortadan qaldırar və öz sözləri ilə haqqı haqq olaraq gücləndirər (gerçəkləşdirər). Çünki O, kökslərdə olanı biləndir. (Şura surəsi, 24)
MİLADİ: 2014
Bir zaman Məryəm oğlu İsa da: "Ey İsrail oğulları! Həqiqətən, mən sizin üçün Allahdan göndərilmiş bir elçiyəm. Məndən əvvəlki Tövratı təsdiqləyən və məndən sonra adı "Əhməd" olan bir elçinin də müldələyicisiyəm" demişdi. Lakin o, onlara açıq-aydın dəlillər gəldikdə: "Bu, açıqca sehrdir!" dedilər. (Saff surəsi, 6)
MİLADİ: 2011
Şübhəsiz ki, O (İsa) qiyamət saatı üçün bir elmdir (əlamətdir). Elə isə ondan yana heç bir şübhəyə qapılmayın və Mənə tabe olun. Dosdoğru yol budur. (Zuxruf surəsi, 61)
MİLADİ: 2026
Onlar ki, onları yer üzündə yerləşdirsək, iqtidar sahibi etsək, namazı dosdoğru qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin sonu Allaha aiddir. (Həcc surəsi, 41)
HİCRİ: 1400, MİLADİ: 1979
Yaratdıqlarımızdan haqqa yönəldən və onunla ədaləti tətbiq edən bir ümmət var. (Əraf surəsi, 181)
MİLADİ: 1987
Artıq xeyr; and içirəm (gündüz) yox olub (gecə) dönən (planet) lərə, müəyyən axın içində yerini tutanlara... (Təkvir surəsi, 15-16)
HİCRİ: 1459, MİLADİ: 2036
(Peyğəmbərlər) qələbə istədilər. Sonunda hər inadkar dikbaş məğlubiyyətə uğrayaraq (yox olub) getdi. (İbrahim surəsi, 15)
MİLADİ: 1993
Onlar ki, yanlarındakı Tövrat və İncildə (gələcəyinin) yazılmış olduğunu görəcəkləri ümmi xəbər gətirən (Nəbi) olan elçiyə (Rəsula) itaət edərlər; o, onlara marufu (yaxşılığı) əmr edir, münkəri (pisliyi) qadağan edir, təmiz şeyləri halal, murdar şeyləri isə haram edir və onların ağır yüklərini, üzərlərindəki zəncirləri endirir. Ona iman gətirənlər, dəstək olub müdafiə edənlər, kömək edənlər və onunla birlikdə endirilən nuru izləyənlər; məhz onlar nicat tapanlardır. (Əraf surəsi, 157)
MİLADİ: 2025
Allah üçün lazımınca cihad edin. O, sizi seçmiş və din mövzusunda sizə çətinlik yaratmamışdır, atanız İbrahimin dinində olduğu kimi, (1). O (Allah) bundan daha əvvəl də, bunda (Quranda) da sizi "müsəlmanlar" adlandırdı (2); elçi sizin üzərinizdə şahid olsun, siz də insanlar üzərində şahid olasınız deyə (3). Artıq dosdoğru namazı qılın, zəkatı verin və Allaha sarılın, sizin mövlanız Odur. Budur, O necə də gözəl Mövla, necə də gözəl Yardımçıdır. (Həcc surəsi, 78)
(1) MİLADİ: 1911
(2) MİLADİ: 2034
(3) MİLADİ: 2026Bir də deyirlər ki; "Rəbbindən üzərinə bir ayə (möcüzə) endirilsin görək!.." De: "Qeyb ancaq Allaha məxsusdur, siz gözləyin; mən də sizinlə birlikdə gözləyənlərdənəm". (Yunis surəsi, 20)
MİLADİ: 2002 (şəddəsiz)
Məhz göyün və yerin Rəbbinə and olsun ki, şübhəsiz ki, o (sizə vəd edilən) sizin (aranızda) danışdıqlarınız qədər, əlbəttə, qəti həqiqətdir. (Zariyat surəsi, 23)
HİCRİ: 1459, MİLADİ: 2036
Sonunda onlar özlərinə vəd ediləni gördükləri zaman, köməkçi olmaq baxımından kimin daha zəif və say baxımından kimin daha az olduğunu artıq öyrənmiş olacaqlar. (Cin surəsi, 24)
MİLADİ: 1995 (şəddəli və tənvinli)
Onları mərhəmətimizə qovuşdurduq, şübhəsiz ki, onlar saleh kimsələr idi. (Ənbiya surəsi, 86)
MİLADİ: 2066
(Uşağın doğulub böyüməsindən sonra ona dedik:) "Ey Yəhya, Kitabdan möhkəm yapış". Hələ uşaq ikən ona hikmət verdik. (Məryəm surəsi, 12)
MİLADİ: 2067
Bu halda sən səbr et. Həqiqətən, Allahın vədi haqdır. Günahın üçün bağışlanma dilə; axşam və səhər Rəbbini həmd ilə təqdis et. (Mümin surəsi, 55)
MİLADİ: 2001
"Ey Davud! Həqiqət budur ki, Biz səni yer üzündə xəlifə təyin etdik (1). Elə isə insanlar arasında ədalətlə hökm et, arzu və ehtiraslara (nəfsə) uyma (2); sonra səni Allahın yolundan azdırar. Şübhəsiz ki, Allah yolundan azanlara, haqq-hesab gününü unutduqları üçün şiddətli əzab var". (Sad surəsi, 26)
(1) MİLADİ: 2021
(2) HİCRİ: 1446, MİLADİ: 2023Onun mülkünü möhkəmləndirmişdik. Ona hikmət və valehedici izahat qabiliyyəti bəxş etmişdik. (Sad surəsi, 20)
HİCRİ: 1426, MİLADİ: 2004
Biz də ona həlim xasiyyətli bir uşaqla müjdə verdik. (Saffat surəsi, 101)
MİLADİ: 2019 (şəddəli)
Deyərlər: "Əgər doğru deyirsinizsə, bu qələbə nə vaxtdır?" (Səcdə surəsi, 28)
MİLADİ: 2041
Yaxud: "Onda divanəlik var" deyirlər? Xeyr, o, onlara haqq ilə gəlmişdir və onların əksəriyyəti haqqı çirkin qarşılayır. (Muminun surəsi, 70)
MİLADİ: 2022 (şəddəsiz)
Onlardan əvvəlkilər də hiylə qurmuşdular; lakin hiylə qurmağın (tədbirlərin, qarşılıq verməyin) hamısı Allaha məxsusdur (1). Hər bir nəfsin nə qazandığını O bilir. Bu yurdun sonu kimindir, inkar edənlər çox yaxında biləcəklər (2). (Rad surəsi, 42)
(1) MİLADİ: 1988
(2) MİLADİ: 1990 (şəddəsiz), 2974 (şəddəli)Onlar özlərinə mələklərin, yaxud Rəbbinin yaxud da Rəbbinin bəzi ayələrinin (əlamətlərinin) gəlməsini gözləyirlər? Rəbbinin bəzi ayələri (əlamətləri) gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış insana iman gətirməsi fayda verməyəcək. De: “Gözləyin, şübhəsiz ki, Biz də gözləyirik”. (Ənam surəsi, 158)
MİLADİ: 1983
Özlərinə haqq gəldikdə onu yalan saydılar (1); lakin lağa qoyduqlarının xəbərləri onlara gələcək (2). (Ənam surəsi, 5)
(1) MİLADİ: 2015, (2) MİLADİ: 1990
Ey insanlar, şübhəsiz elçi sizə Rəbbinizdən haqqla gəldi. Elə isə iman gətirin, sizin üçün xeyirlidir. Əgər inkar etsəniz, şübhəsiz ki, göylərdə və yerdə olanların hamısı Allahındır. Allah biləndir, hökm və hikmət sahibidir. (Nisa surəsi, 170)
MİLADİ: 2014