Həzrəti İsa (ə.s)-ın qiyamətdən əvvəlki dövrdə yenidən dünyaya gələcəyi, Quranda və hədislərdə bildirilir. Həm xristian, həm də müsəlman aləmi tərəfindən inanılan və gözlənilən bu böyük möcüzə ilə, dünyadakı bütün zülm və haqsızlıqlar bitəcək, yer üzü sülh, bərəkət və ədalətlə dolacaq.
Bu kitabda, hz. İsa (ə.s)-ın yer üzünə gəlməsi mövzusunda İslami mənbələrdə qeyd olunan əlamətlər və bunların dövrümüzdə necə bir-bir reallaşdıqları araşdırılmışdır. Kitab boyu mövzu götürülən bu əlamətlərə şahidlik edənlər, Allahın icazəsi ilə, hz. İsa (ə.s)-ın gəlişinin yaxınlaşdığına ümid edə bilərlər.
Lakin bundan əvvəl, dünyanın belə böyük bir hadisəyə sosioloji səviyyədə də hazırlandığına işarə etmək lazımdır. Son iki əsrdə bəşəriyyətin üst-üstə yaşadığı hadisələr zənciri, bütün dünyada, insanların şüur altında və ya bəzən daha da aydın şəkildə, bir "xilaskar" gözləməsini artırmışdır. Materialist fəlsəfəyə əsaslanan ideologiyaların və həyat tərzlərinin insanları qurtara bilmədiyi, əksinə fəlakətlərə və mənasızlığa sürüklədiyi görülmüşdür və din əxlaqına yönəliş sürətlə artır. Bunun, hz. İsa (ə.s)-ın qayıdış əlamətlərinin bir-bir reallaşdığı bir dövrə təsadüf etməsi də, şübhəsiz ki, çox mənalıdır.
Hz. İsa (ə.s)-ın qayıdışı ilə əlaqədar əlamətlərin nələr olduğu, hədislərdə təfsilatlı şəkildə bildirilib. Həmçinin İncildə qeyd olunan hz. İsa (ə.s)-ın gəlişinin əlamətləri də hədislərdə bildirilən xəbərlərlə bənzəyir.
Kitab boyunca görüləcəyi kimi, bir çox əlamətin, ard-arda və həmişə eyni dövr içərisində reallaşması, şübhəsiz ki, hz. İsa (ə.s)-ın gəlişinin xeyli yaxınlaşmış olmasının mühüm göstəricisidir.
Unutmamaq lazımdır ki, bu kitabda araşdırdığımız hər bir əlamət bizə çox mübarək bir dövrdə yaşadığımızın xatırladıcısıdır. Əsrlərdir gözlənilən bu tarixi müjdə (Allahın icazəsi ilə) gerçəkləşmək üzrədir. Həmçinin bu vəziyyət, səmimi iman gətirən bütün insanlar üçün böyük şövq və həyəcan mənbəyidir. Rəbbimizin istəməsiylə, hz. İsa (ə.s)-ın gəlişi, həqiqi din əxlaqının bütün dünyaya yayılmasına, səmimi iman gətirənlərin təhlükəsizliyə qovuşmasına vəsilə olacaq. Bütün iman gətirənlər kimi, bizim də arzumuz, Rəbbimizin bizi hz. İsa (ə.s) ilə qarşılaşma şərəfinə nail etməsi və onun gəlişindən əvvəlki bu dövrdə, mübarək qonağımızı qarşılamaq üçün ən gözəl şəkildə hazırlıq görməyimizi bizə nəsib etməsidir.