2.Kitap: Hz. Lut (as)

Hz.Lut'un Həyatı

Allah Quranda bəzi peyğəmbərlərin eyni dövrdə yaşadığını bizlərə bildirir. Məsələn, Hz.Harun Fironla mübarizəsində və qövmünə etdiyi təbliğdə qardaşı Hz.Musaya dayaq olmuşdu. Hz.Yaqubla oğlu Hz.Yusif də Allah`ın eyni dövrdə peyğəmbərlik məqamı ilə şərəfləndirdiyi mübarək insanlardır.

"Biz Luta da bir hökm və elm verdik, onu çirkin işlər görən bir məmləkətdən xilas etdik. Həqiqətən, onlar pis, fasiq bir tayfa idilər.
Biz onu mərhəmətimizə qovuşdurduq, çünki o, doğrudan da, saleh kimsələrdən idi"
("Ənbiya" surəsi, 74-75).

nehir manzarası

Quranda Hz.İbrahim və Hz.Lutun da eyni dövrdə və eyni coğrafiyada yaşadıqları xəbər verilir. Hz.Lut və Hz.İbrahim fərqli qövmlərin içində yaşasalar da də bir-birinə dayaq olmuşlar. Rəbbimiz Quranda bu şəkildə bildirir:

"İbrahim onlara dedi: "Sizin Allah`ı qoyub bütləri tanrı qəbul etməyiniz yalnız dünyada aranızda olan dostluğa görədir. Sonra da qiyamət günü bir-birinizi inkar edəcək, bir-birinizə lənət oxuyacaqsınız. Məskəniniz cəhənnəm odu olacaq, özünüzə də kömək edən kimsələr tapılmayacaqdır!" Bundan sonra Lut iman gətirdi. İbrahim dedi: "Mən Rəbbimin əmr etdiyi yerə hicrət edəcəyəm. Həqiqətən, yenilməz qüvvət, hikmət sahibi Odur!"" ("Ənkəbut" surəsi, 25-26).

Allah`a hicrət etmək Ona könüldən təslim olmaq, tək dost və vəkil olaraq Onu bilmək və Allah`ın himayəsinə sığınmaq mənalarına gəlir. Hz.Lut da azğın qövmünün inkarçı həyat tərzindən uzaqlaşaraq Rəbbimizə hicrət etmiş, bütün peyğəmbərlər kimi səmimiyyəti və Allah`a təvəkkülü ilə insanlığa nümunə olmuş xoşbəxt bir insandır. Hz.Lut və Hz.İbrahim fərqli qövmlərə göndərilmiş, fərqli insanlara təbliğ etmişdilər. Quranda Hz.Lutun təbliğ etdiyi qövmün Allah`ın qadağan etdiyi bir pozğunluq olan homoseksualizmi (eyni cinsdən olanların bir-biri ilə evlənməsi) yaşayan bir cəmiyyət olduğu bildirilir.

Lut Qövmünün Pozğunluğu

nehir manzarası

Carlos de Haes'in "The Picos de Europa" isimli tablosu. 1876

"Dünya həyatı kafirlər üçün zinətlənmişdir. Onlar iman gətirənlərə istehza edirlər. Halbuki, müttəqilər qiyamət günündə onlardan üstündürlər.
Allah istədiyi kəsə saysız-hesabsız ruzi verər"
("Bəqərə" surəsi, 212)

Allah Quranda "Batildən haqqa tapınaraq (pak bir müvəhhid, xalis təkAllah`lı kimi) üzünü Allah`ın fitri olaraq insanlara verdiyi dinə tərəf tut..." ("Rum" surəsi, 30) şəklində buyurur və insanları müəyyən bir fitrət üzrə yaratdığını xəbər verir. Şeytan isə insanlara "Allah`ın yaratdıqlarına dəyişdirmələrini" əmr edir ("Nİsa" surəsi, 119). İnsanı fitrətindən uzaqlaşdırıb hər cür azğınlıqlara salmağa çalışır. Şeytanın insanları sürüklədiyi azğınlıqların ən bariz nümunələrindən biri isə homoseksualizmdir. Necə ki, Allah Quranda şeytanın yönləndirməsi ilə hərəkət edib əxlaqsız bir həyat yaşayan bu insanların vəziyyətini "...Onlar nə möcüzə görsələr, ona inanmazlar. Onlar haqq yolu görsələr, onu qəbul etməz, azğınlıq yolunu görsələr onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və ondan qafil olmalarıdır" ("Əraf" surəsi, 146) şəklində xəbər vermişdir. Bu adamlar Rəbbimizin "Allah sizin tövbələrinizi qəbul etmək istəyir. Öz nəfsinə uyanlar isə sizi böyük bir əyriliklə sapdırmaq istəyirlər" ("Nİsa" surəsi, 27) ayəsi ilə də buyurduğu kimi, bütün insanların doğru yoldan azmasını istəyirlər. Quranda bu insanların alacağı əvəz bu şəkildə bildirilir:

"Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsl gəldi. Onlar da öz əməllərinin cəzasını alacaqlar" ("Məryəm" surəsi, 59).

Bu əxlaq azğınlığı tarixdə fərqli insan cəmiyyətləri arasında da müşahidə olunur. Bu cəmiyyətlərdən biri də bütpərəst Lut qövmüdür. Hz.Lut Rəbbimizə könüldən iman edən gözəl əxlaqlı, təvəkkül sahibi mübarək bir peyğəmbərdir. Qövmünü də Allah`dan qorxub çəkinməyə, Allah`ın qadağan etdiyi bu pozğunluqdan vaz keçməyə və Allah`ın razı olacağı kimi bir həyat yaşamağa dəvət etmişdi. Ancaq qövmü Allah`ın xoşbəxt elçisinin dəvətlərinə düşmənçiliklə cavab vermişdir. Hz.Lutun qövmü göstərdiyi çirkin cəsarət və bu əxlaqsızlığı səbəbi ilə Rəbbimizin əzabına düçar olmuşdur. Quranda Lut qövmünün qarşılaşdığı aqibət belə xəbər verilir:

"Lutu da peyğəmbər göndərdik. Bir zaman o öz tayfasına demişdi: "Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasızlığı sizmi edəcəksiniz? Siz qadınları atıb şəhvətlə kişilərin üstünə gəlirsiniz. Siz, doğrudan da, həddi aşmış bir tayfasınız!" Lut tayfasının cavabı: "Onları məmləkətinizdən çıxarın, çünki onlar təmiz adamlardır!" -deməkdən başqa bir şey olmamışdı. Biz onu və ailəsini xilas etdik. Yalnız övrəti həlak oldu. Onların üstünə yağış yağdırdıq. Bir gör günahkarların axırı necə oldu!" ("Əraf" surəsi, 80-84).

Açıq-aşkar xəbərdar olunsalar da azğınlıqlarına davam edən bu insanlar Hz.Lutu və yanındakı möminləri olduqları şəhərdən sürgün etməklə hədələmişdilər. Və "onlar təmiz adamlardır" ("Əraf" surəsi, 82) deyərək öz aləmlərində möminlərə lağ etdiklərini sanırmışlar. Qövmünün bu azğınlığına qarşı Hz.Lut Allah`ın razılığı üçün təbliğinə davam etmişdi.

Hz.Lut Allah`a olan güclü imanının və dərin Allah qorxusunun bir təcəllisi olaraq səbrli, qətiyyətli və cəsur bir quldur. Apardığı təbliğatda qövmünün ona istehza və hücumla cavab verməsi onun şövqünü və əzmini daha da artırmışdı. Allah`ın insanlara elçi və qorxuducu olaraq göndərdiyi bütün peyğəmbərlər kimi insanlara yaxşılığı əmr edib onları pislikdən çəkindirməyə davam etmiş, Rəbbimizin ona bəxş etdiyi bu şərəfli borcu dəqiqliklə yerinə yetirmişdir. Allah Quranda bu şəkildə buyurur:

"Ya Peyğəmbər! Həqiqətən, Biz səni bir şahid, bir müYdəçi və bir qorxudan kimi göndərdik! Allah`ın izni ilə Ona tərəf çağıran və nurlu bir çıraq olaraq göndərdik! Möminlərə Allah tərəfindən böyük bir mükafat bəxş ediləcəyi ilə müYdə ver! Kafirlərə və münafiqlərə itaət etmə. Onların əziyyətlərinə əhəmiyyət vermə, Allah`a bel bağla. Allah`ın sənə vəkil olması kifayət edər" ("Əhzab" surəsi, 45-48).

"Sonra bir-birinin ardınca peyğəmbərlər göndərdik. Hər ümmətə öz peyğəmbəri gəldikcə onu yalançı saydılar. Biz də onları bir-birinin ardınca məhv edib əfsanələrə döndərdik. İman gətirməyən tayfa məhv olsun!" ("Muminun" surəsi, 44).

Möminlərin də Lut peyğəmbərin bu üstün əxlaqını özlərinə nümunə götürməsi, elədikləri təbliğə həmişə daxili səbrlə davraanması və din əxlaqını insanlara müxtəlif yollarla, ən gözəl şəkildə və qətiyyətlə izah etməsi lazımdır.

Hz.Lut'un Qövmünü Xəbərdar Etməsi

nehir manzarası

"Biz həmçinin İsmaili, Əlyəsəi, Yunisi və Lutu da və
onları aləmlərdən üstün tutduq"
("Ənam" surəsi, 86)

"Lut tayfası da peyğəmbərləri təkzib etdi. O zaman ki, qardaşları Lut onlara dedi: "Məgər qorxmursunuz? Şübhəsiz ki, mən sizin üçün etibar olunası bir peyğəmbərəm! Artıq Allah`dan qorxun və mənə itaət edin!" ("Şuəra" surəsi, 160-163).

Hz.Lut qövmündən elədikləri "çirkin həyasızlığa" son qoymağı və ona tabe olmağı istəmişdir. O, etdiyi bu təbliğin dərhal ardınca onlardan heç bir əvəz gözləmədiyini, yalnız Allah`ın razılığına nail olmaq üçün səy göstərdiyini bildirmişdi:

"Mən bunun müqabilində sizdən heç bir əvəz istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!" ("Şuəra" surəsi, 164).

Hz.Lut bu sözlərindən sonra qövmünün yaşadığı həyatın nə qədər böyük əxlaqsızlıq olduğunu belə tərif etmişdi:

"Doğrudanmı siz bəşər övladından yalnız erkəklərlə yaxınlıq edirsiniz? Və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz həddi aşan bir camaatsınız!" Onlar dedilər: "Ey Lut! Əgər son qoymasan, mütləq qovulacaqsan!" Lut dedi: "Həqiqətən, mən sizin əməlinizə nifrət edənlərdənəm!" ("Şuəra" surəsi, 165-168).

Hal-hazırda bəzi insanlar bu kimi azğınlıqları mümkün və məşru göstərməyə çalışır. Dünyanın dörd bir yanında əxlaqi aşınma və degenarasiyanın artmasının səbəblərindən biri də budur. Halbuki müsəlman bütün həyatını Allah`ın bildirdiyi hökmlərə görə müəyyən edir. Allah`ın "çirkinlik-həyasızlıq" kimi tərif etdiyi bu əxlaqi azğınlıq qarşısında iman sahiblərinin davranışı da Hz.Lut kimi olmalıdır.

Lut peyğəmbərin bütün cəhdlərinə hədə-qorxu və hücumlarla cavab verən bu ağılsız və əxlaqsız insanların sayca çox olmasından qaynaqlanan bir arxayınçılıq hissi içində olduqları da ayələrdən görünür. Dindən uzaq yaşayan insanların bir qismi bu cür yanlış bir nöqteyi-nəzərə sahibdir. Yəni saylarının çox olması onlara bir əminlik hissi verir. Ancaq Rəbbimiz bizə tarix boyunca iman edənlərin sayının həmişə az olduğunu bildirir. Hz.Lutun qövmünün içindəki iman edənlərin sayı üçün də Allah ayəsində "Lakin orada bir evdən başqa müsəlman tapmadıq" ("Zariyat" surəsi, 36) şəklində buyurur. Ancaq Allah`ın köməyi və dəstəyi daim möminlərin yanındadır və mühüm olan da budur. Quranda Rəbbimiz səmimi qəlblə iman edən, sadəcə Allah`ın rizasını gözləyən, axirət yurdu üçün saleh əməllər edən, İslam əxlaqını insanlar arasında yaymaq üçün səy göstərən iman sahiblərinin hər zaman qalib gələcəklərini vəd edir. "Nur" surəsində Rəbbimiz bu şəkildə buyurur:

"Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, onlar üçün onların Allah`ın Özü bəyəndiyi dinini möhkəmləndirəcəyini və onların qorxusunu sonra əmin-amanlıqla əvəz edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, əsl fasiqlərdir!" ("Nur" surəsi, 55).

Rəbbimizin bu ilahi qanunu yüzilliklər boyunca gerçəkləşmiş, hər zaman azlıqda olan möminlər özlərindən sayca çox olan qövmlərinə qarşı mübarizədə çox böyük zəfərlər əldə etmişdir. Allah iman edənləri belə müYdələyir:

"...Neçə dəfə olub ki, az bir dəstə Allah`ın izni ilə, çox bir dəstəyə qalib gəlib! Allah səbr edənlərlədir!"" ("Bəqərə" surəsi, 249).

Hz.Lut'a Gələn Elçilər

nehir manzarası

"Həmçinin namusunu möhkəm qoruyub saxlamış İmranın qızı Məryəmi də mİsal çəkdi. Biz libasının yaxasından ona Öz ruhumuzdan üfürdük. Məryəm Rəbbinin sözlərini, kitablarını təsdiq etdi və itaət edənlərdən oldu"
("Təhrim" surəsi, 12).

Hz.İbrahimə gələn elçilər bu mübarək insanı saleh bir övladla müYdələmişdi. Elçilərin verdiyi digər bir xəbər isə Lut qövmü ilə bağlıdır:

"Elçilərimiz İbrahimə müYdə gətirdikləri zaman: "Biz bu məmləkət əhlini məhv edəcəyik, çünki onlar zalimdirlər" -dedilər" ("Ənkəbut" surəsi, 31).

Ayələrdə Hz.Luta gələn elçilər isə bu şəkildə xəbər verilir:

"Elçilərimiz Lutun yanına gəldikləri zaman əndişəyə düşdü, ürəyi sıxıldı və: "Bu, çox çətin bir gündür!" - dedi" ("Hud" surəsi, 77).

Quranda Hz.Lutun içində yaşadığı azğın qövmün Hz.Luta elçilər gəldiyini xəbər alaraq onların yanına getdiyi bildirilir:

"Cəlalıma and olsun ki, onlar öz qonaqlarını onlara təslim etməyi tələb etmişdilər..." ("Qəmər" surəsi, 37).

Hz.Lut isə qövmünü bu şəkildə xəbərdar edir:

"Tayfası tələsik yanına gəldi. Onlar əvvəl də pis işlər görürdülər. Lut onlara dedi: "Ey qövmüm! Bunlar (balalarım və ya ümmətimin qadınları) mənim qızlarımdır. Onlar (nigah baxımından) sizin üçün daha təmizdirlər. Allah`dan qorxun və məni qonaqların yanında rüsvay etməyin, Məgər aranızda ağlı başında bir adam yoxdur?" Onlar dedilər: "Sənin qızlarına heç bir rəğbətimiz olmadığını, şübhəsiz, bilirsən. Nə istədiyimizi də, yəqin ki, bilirsən!"" ("Hud" surəsi, 78-79).

Hz.Lutun "budur, mənim qızlarım" ifadəsi ilə işarə etdiyi məsələ öz qızları ola biləcəyi kimi qövmündəki digər gənc qızlar da ola bilər. O bu ifadəsi ilə qövmünə Allah`ın məşru qıldığı şəkildə, yəni bir kişi ilə bir qadın arasında və nikah altında gerçəkləşəcək bir bağlılığa qane olmalarını tövsiyə edirdi (Ən doğrusunu Allah bilər). "Məgər aranızda ağlı başında bir adam yoxdur?" ifadəsi isə qövmün hamısının azğınlıq içində olduğunu göstərir. Hz.Lut Allah`ın seçdiyi şərəfli və gözəl əxlaqlı bir insan olaraq əxlaqına yaraşmayan bir həyat tərzi keçirən bu qövm arasından çıxmaq istəyirdi:

"Lut dedi: "Kaş sizə çatan bir gücüm-qüvvətim olaydı, yaxud möhkəm bir arxaya söykənəydim!"" ("Hud" surəsi, 80).

Ancaq Rəbbimiz Lut qövmünün bu azğınlığına qarşı şiddətli bir əzabla qarşılıq verəcəyini elçiləri vasitəsilə Hz.Luta bildirdi:

"Lut dedi: "Siz yad adamlarsınız!" Belə cavab verdilər: "Xeyr, biz sənin yanına onların şübhə etdikləri şeylə gəlmişik! Biz sənə doğru xəbər gətirmişik. Biz, həqiqətən, doğrudanışanlarıq! Gecənin bir vaxtı ailəni yola çıxart, sən özün də onların arxasınca get. Sizdən heç kəs dönüb geri baxmasın. Sizə əmr olunan yerə gedin!" Və ona vəhy etdik ki, səhər çağı onların kökü kəsilmiş olacaq" ("Hicr" surəsi, 62-66).

"Dedilər: "Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla sənə toxuna bilməzlər. Gecənin bir vaxtında ailənlə birlikdə çıx get. Heç kəs dönüb geri baxmasın. Təkcə övrətin istisnadır. Onlara toxunacaq əzab övrətinə də toxunacaqdır. Onların vaxtı səhərdir. Səhər yaxın deyilmi?"" ("Hud" surəsi, 81).

Ayədə bildirilən əhəmiyyətli bir həqiqət də Hz.Lutun həyat yoldaşının da həlak ediləcək qövmə daxil olmasıdır. O, Hz.Lut kimi Allah`ın aləmlərə üstün qıldığı, peyğəmbərlik mərtəbəsi ilə şərəfləndirdiyi qiymətli bir qulunun xanımı olmuş, ancaq bir nemət və şərəf olan bu sifət ona - səmimiyyətsizliyi və inkarı üzündən - bir şey qazandırmamışdı.

Hz.Lutun xanımının bu şəkildə həlak edilməsi Allah`ın "seçkin və xeyirli" kimsələr qıldığı peyğəmbərlərin yaxını olma və ya onların soyundan gəlmə kimi bağların insanların axirət əzabından yaxa qurtarmasını təmin etməyəcəyini göstərir. Bir insanın nicat tapması o adamın Allah`a olan dərin imanı, təslimiyyəti, itaəti və Allah`dan şiddətlə qorxub çəkinməsi ilə bağlıdır. Əgər adamın qəlbində belə səmimi bir iman yoxdursa, Allah`ın elçilərinin ən yaxını belə olsa heç kəs üçün qurtuluş yoxdur. Hətta Allah`ın elçilərinin yaxınında olub, ondan tərbiyə alıb yenə də inkar etməsi o adamın Allah qatında məsuliyyətini daha da artıra bilər. Necə ki, Allah Quranda peyğəmbərlərin xanımları haqqında bu şəkildə buyurur:

"Siz ey Peyğəmbərin zövcələri! Sizdən hansı biriniz açıq-aşkar bir çirkin iş görsə, onun əzabı ikiqat olar. Bu, Allah üçün asandır! Sizdən hər kim Allah`a və Rəsuluna itaət edib yaxşı işlər görsə, onun mükafatını ikiqat verərik. Biz onun üçün tükənməz ruzi hazırlamışıq. Siz ey Peyğəmbərin zövcələri! Allah`dan qorxacağınız təqdirdə siz qadınların heç biri kimi deyilsiniz. Buna görə də yumşaq danışmayın, yoxsa qəlbində mərəz düşər. Gözəl danışın! Evlərinizdə qərar tutun. İlkin cahiliyyət dövründəki kimi açıq-saçıq olmayın. Namaz qılın, zəkat verin, Allah`a və Rəsuluna itaət edin. Siz ey ev əhli! Allah sizdən çirkinliyi yox etmək və sizi tər-təmiz etmək istər!" ("Əhzab" surəsi, 30-33).

Rəbbimiz bu mövzuda Hz.Lutun və Hz.Nuhun inkarçı xanımlarını bizlərə dərs olaraq mİsal verir. Ayədə ayrıca Fironun iman edən xanımı da səmimiyyəti, Allah qorxusu və içdən duası ilə çox gözəl bir nümunə olaraq bildirilir:

"Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini mİsal çəkdi. Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə xəyanət etdilər və onları Allah`dan heç vəchlə qurtara bilmədilər. Onlara: "Başqaları ilə birlikdə siz ikiniz də cəhənnəmə girin!" -deyildi. Allah iman gətirənlərə isə Fironun zövcəsini mİsal çəkdi. O zaman o: "Ey Rəbbim! Mənim üçün Öz dərgahında - cənnətdə bir ev tik, Məni Firondan və onun əməlindən qurtar. Məni zalim qövmdən xilas et!" - demişdi" ("Təhrim" surəsi, 10-11).

Həlakın Gerçəkləşməsi

Hz.Lutun qövmünün həlak edəcəyinin xəbəri elçilər tərəfindən ilk öncə Hz.İbrahimə bildirilir:

"Dedi: "Ey elçilər! Sizin işiniz nədir?" Onlar dedilər: "Biz günahkar bir qövmə göndərilmişik. Onların başına gildən daşlar yağdırmaq üçün gəlmişik. Həddi aşanlar üçün sənin Rəbbinin dərgahında xüsusi nişan qoyulmuşdur! Nəhayət, orada olan möminləri çıxartdıq. Lakin orada bir evdən başqa müsəlman tapmadıq" ("Zariyat" surəsi, 31-36).

Elçilər Hz.İbrahimdən sonra Hz.Luta getmiş və ona da bu həlak barədə xəbər vermişdilər. Müsəlman cəmiyyət isə bu həlakdan qorunacaqdı. Allah Lut qövmünü necə bir əzabla həlak etdiyini belə bildirir:

"And olsun ki, onlar öz qonaqlarını onlara təslim etməyi tələb etmişdilər. Biz də onları kor etdik “İndi əzabımı və təhdidlərimi dadın!" - dedik" ("Qəmər" surəsi, 37).

"Əmrimiz gəldiyi zaman o yurdun altını üstünə çevirdik və üzərinə odda bişmiş bərk daşlar yağdırdıq. Onlara Rəbbinin dərgahında əlamət qoyulmuşdu. O zalimlərdən də uzaq deyildir!" ("Hud" surəsi, 82-83).

Sodom ve Gomorra

Alman tədqiqatçısı Werner Keller arxeoloYi və geoloYi tədqiqatlara əsaslanaraq hazırladığı açıqlamada Lut qövmünün yaşadığı Sodom və Qomorra şəhərlərinin yerlərinin Siidm Vadisi olduğu bildirilir. Keller kitabında buranın Lut gölünün ən aşağı uc yerində yerləşən bölgə olduğunu və vaxtında burada geniş yaşayış yerləri olduğundan bəhs edir. Bölgədə meydana gələn fəlakət nəticəsində gölə axıb tökülən şəhərin qalıqlarının bir hissəsi gölün sahilində tapılmışdır. Bu tapıntılar Lut qövmünün həyat səviyyəsinin yüksək olduğunu göstərir.

Ayənin başındakı "altını üstünə çevirmək" felinin şiddətli bir zəlzələ ilə bölgənin yerlə-yeksan olduğunu ifadə etməsi mümkündür. Ayənin davamında xəbər verilən "üzərinə odda bişmiş bərk daşlar yağdırdıq" ifadəsi ilə vulkanik bir partlayışa və bunun sonunda püskürən "odda bişmiş" qaya və daşlara işarə edilə bilər. "Şuəra" surəsinini 173-cü ayəsində eyni hadisə "...Üstünə bir yağış yağdırdıq. Qorxudulanların yağışı nə yaman yağışdır!" şəklində bildirilir. Yəni qövm bir tərəfdən qorxulu bir zəlzələ, digər tərəfdən də üzərlərinə yağan vulkanik lavalar və qaynar daşlarla yox edilə bilir (Ən doğrusun Allah bilir).

nehir manzarası

Allah'ın ayette bildirdiği "üstünü altına çevirmek" fiilinin şiddetli bir deprem ile bölgenin yerle bir olduğunu anlatıyor olması mümkündür. Nitekim Lut Gölü ya da diğer adıyla Ölü Deniz, aktif bir sismik bölgenin, yani bir deprem kuşağının tam üstünde yer almaktadır.

Allah ayetin devamında "üzerlerine balçıktan pişirilmiş, istif edilmiş taşlar yağdırdık" şeklinde buyurmaktadır. Alman arkeolog Werner Keller bu durumu şu şekilde açıklar: "Bu deprem sırasında, yer kabuğunun çatlayıp çöküşü, kabuğun altında uyuyan volkanlara serbest yol vermiştir. Şeria'nın yukarı vadisinde bugün de sönmüş kraterlere rastlanmakta olup, buralarda kireç katmanları üzerinde geniş lav kütleleri ve bazalt katmanları yer almıştır." 22

"Məgər onlara özlərindən əvvəlki Nuh, Ad,
Səmud tayfasının, İbrahim qövmünün,
Mədyən əhalisinin və şəhərləri alt-üst olmuş Lut tayfasının xəbəri gəlib çatmadımı?
Peyğəmbərləri onlara aşkar möcüzələrlə gəlmişdilər.
Allah onlara zülm edən deyildi, lakin onlar özlərinə zülm etdilər"
("Tövbə" surəsi, 70)

Tarixçilər Lut qövmünün başına gələn bu böyük fəlakətin yerinin "Lut gölü" və ya "Ölü dəniz" kimi məlum olan gölün sahilləri olduğunu düşünürlər. Müasir dövrdə İsrailin işğalı altındakı Qərbi Şeriya ilə Iordaniya arasında qalan Lut gölünün yanında yer alan tarixi Sodom və Qomorra şəhərləri Hz.Lutun təbliğ etdiyi pozğun camaatın yaşadığı yerlər kimi qəbul edilir. Bölgədə aparılan arxeoloYi araşdırmalar Lut gölünün sahillərində yerləşən bu şəhərlərin böyük bir zəlzələ nəticəsində aşağı çökdüyünü göstərir. Tədqiqatçılara görə, Lut gölünün bir hissəsini yerin dərinliklərinə girən Lut qövmünün qalıqları təşkil edir (Ətraflı məlumat üçün bax: Harun Yəhya, "Qövmlərin həlakı").

orman manzarası

"Siz qadınları qoruyub şəhvətlə erkəklərin yanınamı gedirsiniz?
Həqiqətən, siz cahil bir tayfasınız!" Lut tayfasının cavabı yalnız:
"Lutun ailəsini yurdunuzdan qovub çıxardın. Çünki onlar təmiz qalmaq istəyən insanlardır!" -deməkləri olmuşdu"
("Nəml" surəsi, 55-56)

Pompey Xalqı Lut Qövmü Ilə Eyni Aqibəti Yaşadı

Pompey Romada əxlaqi degenerasiyanın simvolu idi. Pompey xalqı da eynilə Lut qövmü kimi cinsi azğınlıqlara yönəlmiş, Allah`ın əmr etdiyi əxlaqa və həyata zidd olan bir həyat tərzini seçmişdi. Ancaq onların da aqibəti Lut qövmü kimi oldu. Çünki Allah`ın əmrlərinə qarşı çıxan hər xalq bunun əvəzini mütləq dünyada ya da axirətdə alacaq. Bu, Allah`ın bir qanunudu və Allah "Sən Allah`ın sünnəsində heç bir dəyişiklik tapmazsan!" ("Fatir surəsi, 43) ayəsi ilə bu gerçəyi bizlərə xəbər verir.

Pompeyin həlakı Vezuvi vulkanının püskürməsi ilə baş vermişdir. Vezuvi vulkanı Italiyanın, xüsusilə də Neapol şəhərinin simvoludur. Təxminən 2000 ildən bəri susqun olan Vezuvi “İbrət dağı" adlandırılır. Məşhur Sodom və Qomorra şəhərlərinin başına gələn fəlakətlə Pompey faciəsi bir-birinə çox bənzəyir. Vezuvinin qərb yamacında Neapol, şərq yamacında isə Pompey şəhəri yer alır. Təxminən 2000 il öncə baş vermiş bir lava və kül püskürməsi böyük bir fəlakət olaraq bu şəhərin insanlarını ani bir şəkildə yaxalamışdı. Fəlakət elə ani olmuşdu ki, hər şey 2000 il əvvəl olduğu kimi qaldı. Sanki zaman donduruldu.

Pompeyin qalıntılarından çıxarılan daşlaşmış insan cəsədlərindəne bir neçə nümunə

(Solda) Bu freskdə Pompey xalqını bir yerə toplayan ziyafətlərdən biri təsvir edilmişdir.

(Sağda) Pompey dövrünə aid fresklər

Pompeyin belə fəlakətlə yer üzündən silinməsində əlbəttə, dərs alına biləcək hikmətlər var. Tarixi qeydlər şəhərin yox olmazdan öncə tam bir səfahət və azğınlıq mərkəzi olduğunu göstərir. Ancaq Vezuvinin lavaları bir anda bütün şəhəri xəritədən sildi. Hadisənin ən maraqlı tərəfi isə şəhərin gündəlik yaşayışı içində Vezuvinin qorxunc partlamasına baxmayaraq heç kəsin qaça bilməməsi və olduğu yerdə donub fəlakətdən bixəbər olması idi. Yemək yeyən bir ailə o andakı kimi eynilə daşlaşmışdı. Pozğunluq əsnasında daşlaşmış bir çox insan tapılmışdı. Daha əhəmiyyətlisi odur ki, bu insanlar arasında eyni cinsdən olanlar, kiçik oğlan və qız uşaqları da vardı. Pompey qalıqlarından çıxarılan daşlamış insan cəsədlərinin bəzilərinin üzləri heç pozulmadan qalmışdı. Ümumi üz ifadəsi çaşqınlıqdı. Çünki bu xalq Allah`ın ayələrində bildirildiyi kimi, "birdən-birə" yox olmuşdu. Allah bu mövzuda "bir şəhər xalqını" belə nümunə verir:

"Onlara ancaq dəhşətli bir səs oldu. Dərhal məhv olub getdilər" ("Yasin" surəsi, 29).

orman manzarası

"Ey Rəbbim! Məni və ailəmi bunların gördüyü işdən qurtar!" Artıq Lutu və bütün ailəsini xilas etdik..."

"Ancaq geridə qalan bir qadın istisna olmaqla! Sonra da o biriləri məhv edib kökünü kəsdik" ("Şuəra" surəsi, 169-172).

Hz.Lut'un Və Hz.İbrahim'in Hicrəti

Pompeydə mövcud olan bu abidələrdə un üyüdmək üçün istifadə edilən dörd ədəd dəyirman görünür.

Ayələrdə Hz.İbrahim və Hz.Lutun Allah`ın əmri ilə hicrət edib gözəl bir yurdda yerləşdikləri bildirilir. Rəbbimiz Quranda bu iki mübarək insana və soylarına qismət etdiyi xeyirli aqibəti bu şəkildə xəbər verir:

"Biz onu da, Lutu da aləmlər üçün mübarək etdiyimiz yerə qovuşdurduq. Biz ona İshaqı, üstəlik Yəqubu da bəxş edib onların hamısını saleh kimsələr etdik. Biz onları əmrimizlə doğru yola gətirən imamlar etdik. Biz onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər. Biz Luta da bir hökm və elm verdik, onu çirkin işlər görən bir məmləkətdən xilas etdik. Həqiqətən, onlar pis, fasiq bir tayfa idilər. Biz onu mərhəmətimizə qovuşdurduq, çünki o, doğrudan da, saleh kimsələrdən idi" ("Ənbiya" surəsi, 71-75).

Həm Hz.Lut, həm də Hz.İbrahim hicrət ediblər, yəni yaşadıqları evlərini və yurdlarını Allah`ın əmri ilə tərk ediblər.

Hicrət ancaq saleh möminlər tərəfindən həyata keçirilə bilən bir ibadətdir. Dindən uzaq yaşayan insanlar hər şeylərini, bütün varlıqlarını bir anda buraxıb naməlum bir yerə köçməyə cürət edə bilməzlər. Evləri, əşyaları, mal və mülkləri onlar üçün çox önəmlidir. Halbuki bir mömin hara gedirsə getsin, Allah`ın ona qismət etdiyinin ən xeyirlisi olacağını bildiyi üçün heç tərəddüd etmədən var-yoxunu buraxıb Allah`ın rizası üçün hicrət edə bilər. Hz.İbrahim və Hz.Lut bu təslimiyyəti və təvəkkülü ən gözəl şəkildə göstərmişlər. Allah`ın rizasını qazanmaq üçün dünyadan üz döndərmiş, əvəzində isə Rəbbimiz onları həm dünya həyatında bərəkətli bir yerdə məskunlaşdırmış, həm də axirətdə sonsuz cənnət nemətlərini bəxş etmişdir.

Allah`a güvənən və həyatlarıın hər anında mütləq bir xeyirlə qarşılaşacaqlarını bilən möminlər də hər zaman peyğəmbərlər kimi Allah`a təslimiyyətli davranmalıdır. Çünki gələcək qorxusu və dünyaya aid istəklər ancaq din əxlaqından uzaq yaşayan insanlara xas xüsusiyyətlərdir. Rəbbimiz maddi mənfəətlərinin ardınca düşməmələrinin bir mükafatı olaraq möminləri həm dünyada, həm də axirətdə misli görünməmiş nemətlərlə müYdələyir.

orman manzarası

"Əgər o məmləkətlərin əhalisi iman gətirib çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq. Lakin onlar yalançı hesab etdilər, Biz də onları qazandıqlarına görə məhv etdik"
("Əraf" surəsi, 96)

"Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik"
("Nəhl" surəsi, 97)

Bununla yanaşı Quranda Allah`dan böyük bir nemət olaraq peyğəmbərlərin sahib olduqları böyük mülkdən bəhs edilir. Hz.Davuda dünya həyatında bir mülk verilmiş, Hz.Süleyman kimsənin gücünün çatmadığı bir qüvvətə və zənginliyə sahib olmuşdu. Allah Quranda Hz.İbrahimə və soyuna da böyük bir mülk verdiyini bildirir:

"Yoxsa onlar Allah`ın Öz nemətindən bəxş etdiyi şeyə görə insanlara həsəd aparırlar? Halbuki Biz İbrahim övladına da kitab və hikmət vermişdik və onlara böyük mülk bəxş etmişdik" ("Nİsa" surəsi, 54).

Mal-mülk və iqtidar inkarçılar və ya qəflətdəki insanlar üçün dərhal hər zaman təkəbbürə və ərköyünlüyə səbəb olur. Halbuki peyğəmbərlər və onların yolunu davam etdirən möminlər Allah`ın onlara verdiyi mal-mülkdən Onun rizasına uyğun olaraq din əxlaqının yayılması üçün xeyir işlərdə istifadə edirlər. Ayrıca möminlərin önəmli bir cəhəti də mülkün tamamən Allah`a aid olduğunu bilməsidir. Saleh müsəlmanlar onlara dünya həyatına dair nemətlər veriləndə Rəbbimizə şükr edər. Ancaq bu nemətlər əskiləndə də yenə Allah`a qəlbən həmd edər və gözəl bir şəkildə səbr göstərərlər. Çünki onlar dünya həyatında bir sınaqdan keçirildiklərini və Allah`ın insanları tayı-bərabəri olmayan cənnət neməti ilə mükafatlandıracağını bilirlər:

“İman gətirib hicrət edənləri, Allah yolunda malları və canları ilə vuruşanları Allah yanında ən yüksək dərəcələr gözləyir. Onlar nicat tapanlardır. Rəbbi onları Özündən bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan cənnətlərlə mücdələr. Onlar orada əbədi qalacaqlar. Böyük mükafat, həqiqətən, Allah yanındadır!" ("Tövbə" surəsi, 20-22).

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • 1. Kitap: Hz. İbrahim (as) _ Hz.İbrahimin Qövmünün Xüsusiyyətləri
  • 1. Kitap: Hz. İbrahim (as) _ Hz.İbrahim'in Dini
  • 1. Kitap: Hz. İbrahim (as) _ Hz.İbrahim'in Gözəl Əxlaqi
  • 2. Kitap: Hz. Lut (as) _ Hz.Lut'un Həyatı
  • Sonsöz