1. Kitap: Hz. İbrahim (as)

Hz.İbrahimin Qövmünün Xüsusiyyətləri

nehir manzarası

"İbrahim və onunla birlikdə olanlar sizin üçün gözəl örnəkdir..." ("Mumtəhinə" surəsi, 4).

Allah Quranda ilk peyğəmbərin Hz.Adəm olduğunu bildirir. Hz.Adəmdən sonra Quranda adı çəkilən ikinci peyğəmbər Hz.Nuhdur. Hz.İbrahim isə Hz.Nuhdan bir müddət sonra yaşayıb və Quranda verilən məlumata görə, Hz.Nuhun nəslindəndir: "İbrahim də onun yolu ilə gedənlərdən idi" ("Saffat" surəsi, 83). Hz.İshaq, Hz.İsmayıl, Hz.Yaqub, Hz.Yusif, Hz.Musa, Hz.Harun, Hz.Davud, Hz.Süleyman, Hz.Zəkəriyyə, Hz.Yəhya və Hz.İsa isə Hz.İbrahimin nəslindən gələn peyğəmbərlərdəndir.

Tarixi qaynaqlarda Hz.İbrahimin Yaxın Şərqdə, Mesopotamiya bölgəsində yaşadığı yazılır. Quranda isə Hz.İbrahimin oğlu Hz.İsmayılla birlikdə Kəbəni inşa etdiyi bildirilir. Bu məlumat bizə Hz.İbrahimin yaşadığı coğrafiyanın Yaxın Şərq olduğunu göstərir.

Quranda Hz.İbrahimin qövmü haqqında verilən vacib bir məlumat da bu cəmiyyətin bütpərəst olması ilə bağlıdır. Belə ki, bu məlumat tarixi qaynaqlarda da yer alır, o zamanlar Yaxın Şərqdəki qövmlərin əksəriyyətinin bütpərəst inanca sahib olduğu bildirilir. O dövrün bütpərəst cəmiyyətləri öz əlləri ilə düzəltdiyi heykəllərə, ya da Günəş, Ay kimi göy cisimlərinə sitayiş edirdi. Mesopotamiyada aparılan qazıntılar zamanı Günəşə və Aya sitayiş etmək üçün düzəldilən və "Ziqqurat" adı verilən səcdəgahlara dair qalıqlar və məlumatlar tapılıb. Daşdan və ya gildən düzəldilmiş və büt kimi istifadə olunmuş bir çox heykəl qalığı yenə bu bölgədəki arxeoloYi qazıntılarda ortaya çıxıb.

Qİsası, tarixi və arxeoloYi məlumatlar Hz.İbrahimin yaşadığı dövrlərdə Yaxın Şərqin bir "bütpərəstlər diyarı" olduğunu göstərir. Allah Hz.İbrahimi seçmiş, onu peyğəmbərlik vəzifəsi ilə şərəfləndirmişdi. O, saleh bir qul olaraq son dərəcə azğın və zalım olan bu bütpərəstlərin arasında Allah`ın haqq dinini və gözəl əxlaqı təmsil etmişdi.

Rəbbimizin Quranda bildirdiyinə görə, Hz.İbrahimin qövmü daşdan, taxtadan heykəllər düzəldir, sonra da bu heykəlləri tanrı kimi qəbul edib onlara sitayiş edirdi. İbadətlərini bu bütlərin önündə yerinə yetirir, onlara dua edir və onlardan yardım diləyirdi. Onlara zərər verəcəklərinə inanaraq öz əlləri ilə şəkil verdikləri bu hərəkətsiz və cansız taxta və daş parçalarından qorxur, onlardan mədəd umardılar. Ən vacibi də bu batil inanclarında son dərəcə təkid etmələri idi. Özlərindən əvvəlki nəsillərin - atalarının - yaşayışlarını kor-koranə təqlid edir, hər nəsil sonrakı nəslə bu azğın inancı adət halında miras buraxırdı.

Ur Nammu (b.e.ə. 2112-2095) tərəfindən Aya sitayiş etmək üçün tikilən Ur Ziqquratı. Hammurapi abidələrinə görə Şumər şəhərləri arasında ən məşhur olanı Ur şəhəri idi.

Allah belə bir qövm içində böyüyən Hz.İbrahimə göylərin, yerin və ikisinin arasındakı hər şeyin Yaradıcısının Özü olduğunu, bunun əksinə inananların böyük bir azğınlıq içində olduğunu vəhy etdi. Ancaq bütpərəst qövm Hz.İbrahimin də özləri kimi düşünməsini və yaşamasını istəyirdi. Hz.İbrahim isə qövmünün bu azğın inancından üz çevirdi, onların inandığı saxta tanrıların hamısını rədd etdi, tək və haqq olan Allah`a iman gətirdi. Allah imanını daha da artırması və sağlamlaşdırılması üçün Hz.İbrahimə Özünün göylərdə və yerdəki qüdrətinin və hakimiyyətinin dəlillərini göstərdi:

"Beləcə, İbrahimə göylərin və yerin mülkünü göstərdik ki, tam qənaətlə inananlardan olsun!" ("Ənam" surəsi, 75).

Yuxarıda da bildirdiyimiz kimi, Hz.İbrahim bütpərəstlərdən olan və ataları da bütlərə inanan bir qövmün içində yetişmişdi. Onlarla birlikdə böyümüş, onların təhsilini almışdı. Ancaq qövmü azğın və batil bir yaşayış içində ikən o, qövmünün digər fərdlərindən çox fərqli bir xarakter və çox üstün bir əxlaq göstərmiş, Allah`a imanı ilə qövmündən ayrılmışdı.

Hz.İbrahim sadəcə şirkdən (yəni Allah`a ortaq qoşmaqdan) ayrılmaqla qalmayıb şirk içində olan bu cəmiyyətə Allah`ın varlığını anlatmış, onları Allah`a iman gətirməyə dəvət etmişdi. Fəqət qövmündəki insanlar Hz.İbrahimin anlatdığı gerçəkləri qəbul etməmişdi. Buna göstərdikləri səbəb isə atalarının dininə tabe olmalarıdır:

Mesopotmiyada aşkar edilən arxeoloYi tapıntılarda həmin bölgədə yaşayan cəmiyyətlər batil inanclarına uyğun olaraq müxtəlif bütlərə sitayiş edərkən təsvir edilir. Şəkildə Assuriya kralı Tukulti-Ninurta (b.e.ə. 1243-1207) guya od tanrısı Nuskunun qarşısında əyilərkən görünür. Nuskunun özü şəkildə göstərilmir, ancaq taxtı göstərilir.

"Onlara: "Allah`ın göndərdiyinə tabe olun!" - deyildiyi zaman, onlar: "Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik!" -deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə?" ("Bəqərə" surəsi, 170).

Hz.İbrahimin qövmünün neçə əsrlərdən bəri bu azğın və bütpərəst dini tərk etməməsinin səbəblərindən biri dindən uzaq yaşayan insanların ümumi bir səhvidir: doğru, ağıla uyğun və haqq olana görə deyil, əksəriyyətə görə hərəkət etmək. Onların düşüncəsinə görə, əgər əksəriyyət bir inancı və düşüncəni qəbul edirsə, bu inanc doğru inanc kimi qəbul edilməlidir. Əksini düşünmək, yəni cəmiyyət tərəfindən ümumi qəbul edilən bir düşüncəni sorğulamaq, araşdırmaq, hesaba çəkmək gərəksizdir. Bu hal Quranda Allah`ın tərif etdiyi, insanların qorunmaları lazım gələn vacib bir yanlışlıqdır. Allah Quranda insanları bu haqda belə xəbərdar edir:

"Əgər sən yer üzündə olanların çoxusuna itaət etsən, onlar səni Allah`ın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar!" ("Ənam" surəsi, 116).

Hz.İbrahim isə - bütün digər peyğəmbərlər və saleh möminlər kimi - iman etməyənlərin bu böyük səhvindən çox uzaqdır. O, bütün qövmünü, yaxınlarını və əqrəbalarını özü ilə üz-üzə qoymaq bahasına da olsa doğrulardan vaz keçməmişdi. Qəti bir qərarla Allah`a iman etmiş və heç bir çətinlik və təzyiq onu yolundan döndərə bilməmişdi.

Allah`ın Hz.İbrahimə Peyğəmbərlik Verməsi

nehir manzarası

Rəsulullah (aleyhissalatu vəssalam) buyurdu: "Hər peyğəmbərin peyğəmöbərlərdən dostları var. Mənim dostum, cəddim ivə Rəbbimini xəlili olan İbrahimdir". Allah`ın Rəsulu (aleyhissalatu vəssalam) sonra bu ayəni oxudu:

"Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, bu Peyğəmbər və ona iman gətirənlərdir. Allah möminlərin dostudur!" ("Ali-İmran" surəsi, 68).

Tarix boyunca yaşamış olan bütün cəmiyyətlər Allah`ın varlığından, birliyindən, sonsuz güc və qüdrət sahibi olmasından, axirət gününün varlığından və Rəbbimizin qullarından istədiklərindən mütləq xəbərdar olmuşlar. Allah bu gerçəyi Quranda belə xəbər verir:

"Biz hər ümmətə: "Allah`a ibadət edin, Tağutdan çəkinin! -deyə peyğəmbər göndərmişdik. Onların bir qismini Allah doğru yola yönəltmiş, bir qismi isə haqq yoldan azmalı olmuşdur. Yer üzündə dolaşıb görün ki, yalançı hesab edənlərin axırı necə oldu!" ("Nəhl" surəsi, 36).

Elçilər Allah`ın xüsusi olaraq seçdiyi və üstün vəsflər verdiyi xoşbəxt insanlardır. Onlar hər zaman güclü imanları, gözəl əxlaqları, üstün xarakterləri və nümunəvi hərəkətləri ilə ətrafındakıların diqqətini çəkmiş, içində yaşadıqları qafil və azğın cəmiyyətdən ayrılmışlar. Onları digər insanlardan ayıran ən vacib vəsflərdən biri isə Allah`dan vəhy almalarıdır. Allah "Nİsa" surəsində bu şəkildə buyurur:

"Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi, sənə də vəhy göndərdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladlarına, İsaya, Əyyuba, Yunisə, Haruna və Süleymana da vəhy göndərdik. Biz Davuda da Zəburu verdik" ("Nİsa" surəsi, 163).

Allah`ın vəhyini peyğəmbərləri vasitəsilə insanlara çatdırması bütün insanlar üçün çox böyük bir lütfdür. Çünki Allah ayələri ilə insanlara hidayət yolunu göstərmiş, ibadət formalarını öyrətmiş, gözəl əxlaqı tərif etmiş və Öz dinini qüsursuz şəkildə bildirmişdir. Rəbbimiz saleh davranış və ibadətlərin nə olduğunu peyğəmbərlərə vəhyi yolu ilə bildirdiyini "Ənbiya" surəsində bu şəkildə xəbər verir:

"Biz onları əmrimizlə doğru yola gətirən imamlar etdik. Biz onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər" ("Ənbiya" surəsi, 73).

Həyatları boyunca Allah`ın rizasını, rəhmətini və cənnətini qazanmağı hədəfləyən peyğəmbərlər Allah`ın əmrlərini tam şəkildə yerinə yetirərək hər zaman nümunəvi bir həyat yaşamışlar.

1-Türkiyə 2- Urfa 3-Balıqlıgöl 4-Hərran 5 -Hərran 6 -Suriya 7 -Liviya 8 - Şam 9 -İsrail 10 -Ölü dəniz 11 - Əl-Xəlil 12 -Iordaniya 13 -Misir 14 -Qırmızı dəniz 15 -Iraq 16 - BABİL 17 -Səudiyyə Ərəbistanı 18 -Mədinə 19 - Məkkə 20 -Iran 21 -Bağdad 22 - Ur

Yuxarıdakı xəritədə qırmızı xəttli cizgilərlə işarə edilən yol Hz.İbrahimin etdiyi səfərləri tarixi faktlarla göstərilir. Hz.İbrahim Şumər şəhəri Urdan çıxmış, Məkkəyə qədər getmişdir. Yan səhifədə Ur şəhərinin divarlarının kənarında aparılan qazıntılar zamanı b.e.ə.2000=ci ilə aid bir yaşayış yerinin qalıntıları ortaya çıxarıldı. Tarixçilər Hz.İbrahim qövmünün də şəkildəkinə oxşar evlərdə yaşamış ola bilcəkləri bildirilir.

Tarix boyunca yaşamış olan bütün cəmiyyətlər Allah`ın varlığından, birliyindən, sonsuz güc və qüdrət sahibi olmasından, axirət gününün varlığından və Rəbbimizin qullarından istədiklərindən mütləq xəbərdar olmuşlar. Allah bu gerçəyi Quranda belə xəbər verir:

"Biz hər ümmətə: "Allah`a ibadət edin, Tağutdan çəkinin! -deyə peyğəmbər göndərmişdik. Onların bir qismini Allah doğru yola yönəltmiş, bir qismi isə haqq yoldan azmalı olmuşdur. Yer üzündə dolaşıb görün ki, yalançı hesab edənlərin axırı necə oldu!" ("Nəhl" surəsi, 36).

Elçilər Allah`ın xüsusi olaraq seçdiyi və üstün vəsflər verdiyi xoşbəxt insanlardır. Onlar hər zaman güclü imanları, gözəl əxlaqları, üstün xarakterləri və nümunəvi hərəkətləri ilə ətrafındakıların diqqətini çəkmiş, içində yaşadıqları qafil və azğın cəmiyyətdən ayrılmışlar. Onları digər insanlardan ayıran ən vacib vəsflərdən biri isə Allah`dan vəhy almalarıdır. Allah "Nİsa" surəsində bu şəkildə buyurur:

"Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi, sənə də vəhy göndərdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladlarına, İsaya, Əyyuba, Yunisə, Haruna və Süleymana da vəhy göndərdik. Biz Davuda da Zəburu verdik" ("Nİsa" surəsi, 163).

Allah`ın vəhyini peyğəmbərləri vasitəsilə insanslara çatdırması bütün insanlar üçün çox böyük bir lütfdür. Çünki Allah ayələri ilə insanlara hidayət yolunu göstərmiş, ibadət formalarını öyrətmiş, gözəl əxlaqı tərif etmiş və Öz dinini qüsursuz şəkildə bildirmişdir. Rəbbimiz saleh davranış və ibadətlərin nə olduğunu peyğəmbərlərə vəhyi yolu ilə bildirdiyini "Ənbiya" surəsində bu şəkildə xəbər verir:

"Biz onları əmrimizlə doğru yola gətirən imamlar etdik. Biz onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər" ("Ənbiya" surəsi, 73).

Həyatları boyunca Allah`ın rizasını, rəhmətini və cənnətini qazanmağı hədəfləyən peyğəmbərlər Allah`ın əmrlərini tam şəkildə yerinə yetirərək hər zaman nümunəvi bir həyat yaşamışlar.

Bu da onu göstərir ki, Allah Hz.Musaya Tövratın vəhyindən də əvvəl Hz.İbrahimə "səhifələr" nazil etmişdir. Bu səhifələrdə Hz.İbrahimin Allah`a təslimiyyətə istinad edən hənif dini var. Peyğəmbər əfəndimiz (s.ə.v.) də bu məsələ ilə bağlı bu şəkildə buyurur:

"Ey Allah`ın Rəsulu, Hz.İbrahim və Hz.Musanın səhifələrində onlardan hər hansı bir şey sizə endirildimi" deyə soruşdum, bu cavabı verdi:

- Ey Əbu Zərr! (Bəli, bu mənadakı ayələr nazil oldu deyib oxudu:) "Şübhəsiz ki, yaxşı təmizlənən və Rəbbinin adını zikr edib də namaz qılan kimsə umduğuna çatmışdır. Bəlkə siz dünya həyatını üstün tutarsınız. Halbuki axirət daha xeyirli, daha davamlıdır. Şübhəsiz ki, bunlar əvvəlki səhifələrdə, İbrahimlə Musanın səhifələrində də vardır".1

Dipnotlar

1. Kütüb-i Sitte, Prof. Dr. İbrahim Canan, A'la Suresi, 860

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • 1. Kitap: Hz. İbrahim (as) _ Hz.İbrahimin Qövmünün Xüsusiyyətləri
  • 1. Kitap: Hz. İbrahim (as) _ Hz.İbrahim'in Dini
  • 1. Kitap: Hz. İbrahim (as) _ Hz.İbrahim'in Gözəl Əxlaqi
  • 2. Kitap: Hz. Lut (as) _ Hz.Lut'un Həyatı
  • Sonsöz