"Yaxşı əməl sahibi olub özünü Allah`a təslim edən, İbrahimin hənif millətinə tabe olan şəxsdən din etibarilə daha gözəl kim ola bilər...?" ("Nİsa" surəsi, 125).
Tarix boyunca insanlar İbrahim peyğəmbərin hansı dinə mənsub olduğu haqda çəkişmişlər. Yəhudilər onu bütün yəhudilərin peyğəmbəri kimi qəbul edir və özlərinin Hz.İbrahimin yolunu izlədiklərini irəli sürürlər. Xristianlar Hz.İbrahimin yəhudilərin peyğəmbəri olduğunu qəbul edir, ancaq onun özündən sonra gələcək Hz.İsaya tabe olduğunu iddia edərək yəhudilərdən ayrılırlar.
B.e.ə. 9 yaxud 8-ci əsrdən qalma bu medal Assuriya xalqının tanrılarına sitayişini göstərir. Assuriyalılar b.e.ə.1900 - 612-ci illəri arasında Mesopotomiyanın ən güclü dövləti idilər. Müxtəlif azğın inanca sahib olan Assuriyalıların ən böyük bütlərinin adı Asshur idi. |
Qİsası, Hz.İbrahim yəhudilər tərəfindən "yəhudi", xristianlar tərəfindən isə "xristian" kimi göstərilir. Halbuki Allah Hz.İbrahimin və onun soyunun dini məsələsində çəkişənlərin bu haqda heç bir məlumatının olmadığını Quranda xəbər verir:
"Yoxsa siz İbrahimin, İshaqın, Yəqubun və onun övladının yəhudi və ya xaçpərəst olduqlarını iddia edirsiniz? Allah sizin nə etdiklərinizdən xəbərsiz deyildir" ("Bəqərə" surəsi, 140).
Ayrıca olaraq Allah Hz.İbrahimin xristian yoxsa yəhudi olmasının mübahisə mövzusuna çevrilməsinin ağılsız bir iş olduğunu digər ayələrdə bu şəkildə bildirir:
"De: "Ey Kitab əhli! Nə üçün İbrahim barəsində höcətləşirsiz? Tövrat və İncil ancaq ondan sonra nazil edilmişdir. Məgər anlamırsınız? Budur, siz o adamlarsınız ki, bilmədiyiniz şeylər barədə də mübahisəyə girişirsiniz. Bəs onda nə üçün xəbəriniz olmayan şey haqqında mübahisə edirsiniz? Halbuki Allah bilir, siz isə bilmirsiniz" ("Ali-İmran" surəsi, 65-66).
Hz.İbrahim haqqında ən doğru məlumatı bizə öyrədən qaynaq Qurandır, çünki Quran Allah`ın təhrif edilməmiş yeganə Kitabıdır. İnsanlar yolgöstəriciləri olan Qurandan deyil, başqa qaynaqlardan istifadə edərsə, böyük bir səhvə yol vermiş olarlar. Quranda müfəssəl şəkildə açıqlanan bir mövzunu gözardı edən insanlar öz zənn və inanclarının işığında mövzulara açıqlama gətirməkdən çəkinməzlər. Halbuki iman edənlər hər mövzuda olduğu kimi peyğəmbərlər və soyları haqqında bir açıqlama gətirərkən Quran ayələrini və Peyğəmbər əfəndimizin (s.ə.v.) sünnəsini əsas götürürlər. Bilirlər ki, insanlara doğru olmayan məlumatları öyrətməyə çalışmaq, xüsusilə də peyğəmbərlər haqqında zənn və təxmin etmək Allah`ın bəyənmədiyi bir əxlaqdır.
"...O sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı - atanız İbrahimin dinində olduğu kimi..." |
Heç şübhəsiz ki, Hz.İbrahimin dini haqqındakı həqiqəti də yenə sadəcə bütün insanların rəhbəri olan Qurandan öyrənə bilərik:
"İbrahim nə yəhudi, nə də xaçpərəst idi. Lakin o, hənif müsəlman idi, müşriklərdən deyildi" ("Ali-İmran" surəsi, 67).
Allah Quranda Hz.İbrahimin yəhudi və ya xristian olmadığını, "hənif" bir dinə mənsub olduğunu dəqiq surətdə ifadə edir. "Hənif" kəlməsi Allah`ın əmrinə təslim olub "Allah`ın dinindən heç bir mövzuda caymayan, ixlaslı adam" mənasını daşıyır. Hz.İbrahimin "hənif" kimi vurğulanan özəlliyi Allah`a bir və tək olaraq iman etməsi və Ona təslim olmasıdır.
Başqa bir ayədə isə Rəbbimiz Hz.Məhəmmədə (s.ə.v.) Hz.İbrahimin dininə uymasını əmr edir:
"Sonra Biz sənə vəhy etdik: "İbrahimin hənif dininin ardınca get! O, müşriklərdən olmayıbdır" ("Nəhl" surəsi, 123).
Allah insanlardan hənif kimi dinə yönəlmələrini istəyir. Allah insanın xasiyyətinin hənif olmağa və Rəbbimizə heç bir şeyi ortaq qoşmamağa uyğun gəldiyini Quranda açıq bir şəkildə vurğulayır:
"Sən üzünü sidqlə o dinə - Allah`ın fitrətinə yönəlt ki, Allah insanları onun üzərində yaratmışdır. Allah`ın yaratdığını dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bilmir" ("Rum" surəsi, 30).
Ayrıca bir çox ayədə də anlaşıldığı kimi, "hənif" kəlməsi ilə ifadə edilən Hz.İbrahimin dini özlüyündə İslamla eynidir. Əslində bütün haqq dinlər təhrif edilməmiş halları ilə təməldə bir və tək olan Allah`ın rizasını, rəhmətini və cənnətini qazanmaq üzərinə qurulub. Bu haqq din Hz.İbrahimdən sonra oğulları, nəvələri və onun soyundan gələn digər saleh insanlar tərəfindən ayaqda tutulmuşdur. Məsələn, Quranda Hz.Yusifin məhbəs yoldaşları ilə etdiyi söhbətə nəzər salınır. Hz.Yusif danışarkən özünün ataları Hz.İbrahimin və onun nəslinin dininə uyduğunu belə ifadə edir:
"Ata-bablalarım, İbrahim, İshaq və Yaqubun dini ardınca getdim. Biz Allah`a heç bir şeyi şərik tutmamalıyıq. Bu, Allah`ın bizə və insanlara olan fəzilətindəndir. Lakin insanların çoxu buna şükr etmir" ("Yusif" surəsi, 38).
Mesopotomiyada Ay və Günəşə sitayiş edənlərin sayı çox idi. Agade kralı Naram Sinin də guya Ay tanrısı tərəfindən müqəddəsləşdirildiyinə və üstün güclərə sahib olduğuna inanırdılar. (Yanda) Aya səcdə edən azğın Naram Sin və onun batil inanclara sahib olan bütpərəst xalqına aid bir qələbə abidəsi görsənir. |
Hansı dövrdə yaşayırlarsa yaşasınlar, "hənif" olan insanların, yəni müsəlmanların ortaq xüsusiyyətləri Allah`a ortaq qoşmadan sadəcə Onu ucaltmaqdır. Peyğəmbərlərin əsas vəzifələrindən biri isə insanları şirkdən və din əxlaqına zidd olan hər cür əməldən qurtarıb əsl dini yaşamağa dəvət etməkdir. Necə ki, Peyğəmbr əfəndimizin (s.ə.v.) hədislərində də insanlar "Allah`a ortaq qoşmaqdan" çəkindirilir:
"Dedim ki, "Ey Allah`ın Rəsulu, ən böyük günah hansıdır?" Mənə: "Allah səni yaratmışkən Ona ortaq qoşmağındır".2
Allah bir ayəsində də İslamın Hz.İbrahimin dini kimi asan olduğunu bildirir:
"Allah yolunda layiqincə cihad edin. O, sizi seçmiş, atanız İbrahimin dinində olduğu kimi sizin üçün bir çətinlik yaratmamışdır. O, sizi əvvəllər də, indi də müsəlman adlandırmışdır ki, peyğəmbər sizə şahid olsun, siz də insanlara şahidlər olasınız. Nə gözəl mövlan, nə gözəl kömək göstərən" ("Həcc" surəsi, 78).
Ayədə də bildirildiyi kimi, Hz.İbrahim kimi bir və tək Allah`a yönələn və dini tam mənası ilə yaşayan insanlar Quranda "müsəlmanlar" adlandırılır. "Müsəlman" kəlməsi ərəb dilindəki "salam" kəlməsindən törəmişdir və "salamata qovuşan" və ya "təslim olan" mənasına gəlir. Müsəlmanlığın özü Allah`a təslim olmaq və bu təslimiyyətin verdiyi salamatçılığı (təhlükəsizliyi, rifahı və dincliyi) yaşamaqdır. Allah`ın insanlara bir hidayət öndəri olaraq göndərdiyi peyğəmbərləri də Rəbbimizə olan təslimiyyətləri, könüldən bağlılıqları və təvəkkülləri ilə bizlərə nümunədir. Onlar hər işlərində Rəbbimizə yönələn, Ona sığınan, sadəcə Onu dost edən və Ondan yardım istəyən təslimiyyətli kimsələrdir. Bu səbəblə də Quranda hər biri "müsəlman" adlandırılır.
Məsələn, Allah Hz.Nuha insanlara: "...Mənim əcrim yalnızca Allah`a aiddir. Və mən müsəlmanlardan olmaqla əmr olundum" ("Yunus" surəsi, 72) şəklində söyləməsini vəhy etmişdir. "Yunus" surəsində Hz.Musanın qövmünə "...Ey qövmüm, əgər siz Allah`a iman edib müsəlman olmuşsanız, artıq yalnızca Ona təvəkkül edin" ("Yunus" surəsi, 84) şəklində xitab etdiyini bildirir. Və yenə Quranda Hz.Süleymanın Səba xalqına "Mənə qarşı böyüklük göstərməyin və mənə müsəlman olaraq gəlin" ("Nəml" surəsi, 31) deyə səsləndiyi bildirilir. "Maidə" surəsində isə Allah həvarilərə bu şəkildə vəhy etmişdir:
"O zaman Mən həvarilərə təlqin etdim: "Mənə və peyğəmbərimə iman gətirin". Onlar "Biz iman gətirdik və şahid ol ki, biz təslim olanlardanıq" dedilər" ("Maidə" surəsi, 111).
Yuxarıdakı ayələrdən də göründüyü kimi, saleh möminlər Allah`a təslim olan, tam şəkildə din əxlaqını yaşayan, ixlas sahibi kimsələrdir. Allah bu insanları "müsəlman" adı ilə şərəfləndirmişdir.
"Ey Peyğəmbər! |
Hz.Yusifin duası isə bizlərə bu mövzuda çox gözəl bir nümunədir. Allah bu duanı belə xəbər verir:
"Rəbbim, Sən mənə bir qədər mülk verdin və mənə yuxu yozmağı öyrətdin. Ey göylərin və yerin yaradıcısı, bu dünyada da, axirətdə də Sən mənim himayədarımsan. Mənim canımı bir müsəlman olaraq al və əməlİsalehlərə qovuşdur!" ("Yusif" surəsi, 101).
Hz.İbrahimin Allah`a olan imanı, dərin sevgisi, Rəbbimizin bütün əmrlərinə könüldən boyun əyməsi, itaəti və üstün əxlaqı Quranda bir neçə dəfə vurğulanır. Bu ayələrdən bəziləri bu şəkildədir:
"Rəbbi İbrahimə: "Təslim ol!" - dedikdə, o: "Aləmlərin Rəbbinə təslim oldum!" - deyə cavab vermişdi" ("Bəqərə" surəsi, 131).
Hər müsəlman Hz.İbrahimin göstərdiyi gözəl əxlaqı, Allah`a imanındakı səmimiyyəti, Allah`a olan təslimiyyətindəki və itaətindəki dərinliyi özünə nümunə götürməlidir. Hz.İbrahimin təbliğ edərkən göstərdiyi dəyanət və qətiyyət də şübhəsiz ki, nümunə götürülməli olan vacib xüsusiyyətlərdəndir.
Ayələrdən də gördüyümüz kimi, Allah Hz.İbrahimi bütün insanlara nümunə göstərmişdir. Ayələrdə Hz.İbrahim kimi digər peyğəmbərlər də Allah`a təslim olmuş, hənif müsəlmanlar olaraq zikr edilirlər. Bu dinlərin hamısı təməli Hz.İbrahimin dininə söykənən haqq dinlərdir. Xristianlıq və yəhudilik zaman keçdikcə təhrif olunmuş, Allah`ın vəhyi etdiyi zamankı hallarından uzaqlaşmışdır. Ancaq ilk vəhy edildikləri dönəmdə hamısı Allah`ı vahid sayan, şirki ən böyük günah kimi qəbul edən, sadəcə Allah`ın rizası üçün yaşamağı tövsiyə edən haqq dinlər idi.
Bu gün həm yəhudilərin, həm də xristianların Hz.İbrahimə göstərdiyi hörmət və sevgi isə onları İslamla ortaq şəkildə birləşdirən önəmli dəyərlərdən biridir. Hər üç ilahi dinin mənsubları da Hz.İbrahimin insanlara göstərdiyi şəkildə Allah`a inanır və Ona qulluq etməyi hədəf seçir. Bu səbəblə Hz.İbrahim və onun hənif dini müsəlmanlarla Kitab Əhli arasında ortaq bir kəlmədir (ancaq xristianların və yəhudilərin Hz.İbrahimin dinini bəzi yönlərdən səhv təfsir etdiyini nəzərə almaq lazımdır). Bir Quran ayəsində müsəlmanların Kitab Əhlini bu ortaq kəlməyə dəvət etdikləri belə xəbər verilir:
"Söylə: "Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin! "Allah`dan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allah`ı qoyub bir-birimizi Rəbb qəbul etməyək!" Əgər onlar yenə də üz döndərərlərsə, o zaman deyin: “İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq!"" ("Ali-İmran" surəsi, 64).
"...Allah`dan savayı şahidlərinizi çağırın! Madam ki, belə bir işi bacarmırsınız, heç bacara da bilməzsiniz, o halda kafirlər üçün hazırlanmış, yanacağı insanlardan və kibrit daşlarından ibarət olan oddan həzər edin!" |
Hər peyğəmbər öz qövmünə Allah`ın əmr və qadağalarını bildirməklə vəzifələndirilir. Nuh qövmünə göndərilən Hz.Nuh, Səmud qövmünə göndərilən Hz.Saleh, Lut qövmünə göndərilən Hz.Lut, Mədyən xalqına göndərilən Hz.Şüeyb, İsrailoğullarına göndərilən Hz.Musa, Hz.İsa və digər bütün peyğəmbərlər Allah`ın mütləq varlığını insanlara anlatmış, onları din əxlaqını yaşamağa çağırmışlar. Ancaq Allah`ın peyğəmbərlik məqamı ilə şərəfləndirdiyi bu xoşbəxt insanlar bəzən öz qövmlərinin böyük hissəsinin inkarı ilə qarşılaşmışdılar. Allah`ın dinini qəbul etmək istəməyən bu inkarçılar sadəcə onlara göndərilən peyğəmbərləri rədd etməklə kifayətlənməmiş, eyni zamanda onlara qarşı çoxcəhətli bir mücadiləyə girişmişdilər. Onlara gələn elçiləri çirkin iftiralarla, təhdid və hücumlarla əngəlləməyə çalışmışdılar. Hətta Allah`ın insanlara hidayət rəhbəri olaraq seçdiyi bu dəyərli insanları yurdlarından sürgün etməyə, tutmağa, öldürməyə çalışmışdılar. Allah "Ənfal" surəsində inkarçıların Peyğəmbərimiz Hz.Məhəmmədə (s.ə.v.) qurduğu tələlərdə müvəffəq olmadıqlarını bu şəkildə xəbər verir:
"Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da çıxardıb qovmaq üçün sənə qarşı hiylə qururdular. Allah da tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır!" ("Ənfal" surəsi, 30).
Kitabın ilk bölümündə də bildirdiyimiz kimi, Hz.İbrahimin qövmü özləri düzəltdikləri daşdan və taxtadan heykəllərə, bütlərə boyun əyir, sadəcə onlara dua edirdi. Atalarından gələn bu azğın inanca kor-koranə bağlanmışdılar. Hz.İbrahim isə bu qövmə təkbaşına Allah`ın varlığını və birliyini başa salacaq güclü bir imana malikdi.
Tarix boyunca bir çox cəmiyyətdə "çoxluq" üstünlük mənasına gəlir. Bir cəmiyyətdə çoxluğun düşüncə və inancı hansı yöndədirsə, o düşüncə və inanc çox zaman doğru qəbul edilmişdir. Cahilliyə cəmiyyətlərində əksəriyyətə qarşı çıxmaq çətindir. Çox insan əksəriyyətin təzyiqi altında əzilir və səhv olduğunu bildiyi halda bir çox düşüncə və plana boyun əyir. Ancaq peyğəmbərlər və onları izləyən saleh möminlər belə deyillər. Onlar çox böyük cəmiyyətlərə qəti şəkildə qarşı çıxa bilmişdilər. Toplumlarından gördükləri təzyiq, hədə-qorxu və ya hücumlar qarşısında böyük bir cəsarət nümunəsi sərgiləyərək Allah`ın dininə sədaqət göstərmiş, ibadətlərini və Rəbbimizin əmrlərini dəqiqliklə yerinə yetirmişlər. Bunun səbəbi isə həmişə sadəcə Allah`dan qorxmaları və Ona arxalanmalarıdır.
Hz.İbrahim də bütün bütpərəst qövmünü təkbaşına qarşısına almışdı. Rəbbimizin "İbrahim özü bir ümmət idi..." ("Nəhl" surəsi, 120) şəklində təriflədiyi Hz.İbrahimin qarşısına aldığı adamların arasında öz atası da vardı. O, əlləri ilə yonduqları daş və taxta parçalarından ibarət olan bütlərin heç bir zaman tanrılıq vəsfinə sahib olmayacağını, yeganə tanrının Allah olduğunu səbrlə izah etmişdi. Bütün cəmiyyətə bu şəkildə qarşı çıxaraq dinlərinin batil olduğunu anlatması və düşmənçilik göstərən insanlarla gözəl bir şəkildə mücadilə etməsi Hz.İbrahimin Allah`a olan güclü imanını, təvəkkülünü, təslimiyyətini, səmimiyyətini və üstün xarakterini bütün açıqlığı ilə gözümüz önünə gətirir. Hz.İbrahim Allah`a olan güclü imanı sayəsində cəsur və qətiyyətli bir adamdır. Onun cəsur xarakteri qövmünə söylədiyi bu sözlərdən açıqca görünür:
"Tayfası onunla mübahisəyə girişdi. İbrahim dedi: "Allah məni doğru yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz? Rəbbimin istədiyi hər hansı bir şey istisna olmaqla, mən sizin Ona şərik qoşduğunuz bütlərdən qorxmuram. Rəbbim hər şeyi elmlə ehtiva etmişdir. Məgər düşünüb öyüd-nəsihət qəbul etmirsiniz? Allah`ın sizə heç bir dəlil endirmədiyi bütləri Ona şərik qoşmaqdan qorxmadığınız halda, mən niyə sizin qoşduğunuz şəriklərdən qorxmalıyam? Əgər bilirsinizsə, bu iki dəstədən hansı əmin olmağa daha layiqdir?" ("Ənam" surəsi, 80-81).
Hz.İbrahimin qövmünə apardığı təbliğatdan onun Allah`a olan dərin və coşğun imanının çox gözəl nümunələri görünür. Hz.İbrahim Rəbbimizin ona verdiyi üstün davranış və hikmət sayəsində son dərəcə təsirli söhbətlər etmiş, çox hikmətli mİsallar vermişdir. Əgər hikmət gözü ilə dəyərləndirilirsə, müsəlman bu təbliğat üsullarından çağdaş dövrdə də istifadə etmək, insanları Allah`a iman gətirməyə Hz.İbrahimin üsulları ilə dəvət etmək olar. Bu səbəblə sonrakı səhifələrdə Hz.İbrahimin təbliğindəki hikmətli açıqlamalarından bəzilərini incələyəcəyik.
(solda) B.e.ə. 2500 - 1100-cü illərdən qalma bir büt. (sağda) Assuriyalılar daşdan, taxtadan hazırlanan bütlərin özlərini fəlakətlərindən qoruduğuna inanacaq qədər qəflətdə idilər. Hadad adlı büt də Kral Esarhaddon (b.e.ə. 7 əsr) tərəfindən qoruyucu bütlərdən sayılırdı. |
"Onların heç bir sözünə cavab verə bilmədiyini və onlara nə bir zərər, nə də bir xeyir verməyə qadir olmadığını görmürdülərmi?!" |
Təbliğ etmək, yəni digər insanları bir və tək Allah`a iman gətirməyə dəvət etmək hər müsəlmanın üzərində olan vəzifələrdəndir. Bu barədə Quranda "yaxşılığı əmr edib pis işlərdən uzaqlaşdırmaq" şəklində ifadə edilir. Bu saleh əməlin də təməlində insanların "xəbərdar edilib qorxudulmaları", yəni Allah`ın bütün kainatı yoxdan var etdiyi, hər insanın Rəbbimiz qarşısında məsul olduğu və axirət günündə mütləq Allah`a hesab verəcəyi, dünya işlərinin əvəzini axirətdə görəcəyi kimi çox önəmli gerçəklərin bildirilməsi və xatırladılması lazımdır.
Ancaq bir adamı Quranda qəsd edilən mənada xəbərdar edib qorxuda biləcək olanlar sadəcə Allah`a səmimi şəkildə iman gətirən, Ondan daxilən bir hörmətlə qorxub çəkinən ixlas sahibi müsəlmanlardır. Allah onlara doğrunu səhvdən ayırma gücü, hikmət və ağıl vermişdir. Haqqında danışılan adamın xarakterinə, ruh halına və həyata baxışına görə başa salınması, sözün ən gözəl şəkildə söylənməsi, qarşı tərəfin verdiyi əks-təsirlərin çox yaxşı dəyərləndirilməsi və bu əks-təsirlərə görə yeni üsullardan istifadə edilməsi lazımdır. Bu adama təbliğ etmək üçün ciddi bir çalışma lazım olarkən bütün cəmiyyəti xəbərdar etmək və hətta Quranda bəhs edildiyi kimi, "ataları xəbərdar edilməmiş qövmlərə", yəni din əxlaqından uzaq həyat sürən, bilgisiz xalqa dini anlatmaq olduqca ağır bir vəzifədir. Allah bir ayəsində təbliğin "hikmətlə və gözəl nəsihətlə" edilməsini belə əmr edir:
“İnsanları hikmətlə, gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!" ("Nəhl" surəsi, 125).
Hər müsəlman Allah`ın varlığını və Quran əxlaqının mütləq digər insanlara da anladıb tövsiyə etmək vəzifəsini daşıyır. Allah Quranda bunun üsullarını da öyrətmişdir. Quran ayələrində iman gətirənlərin öncəliklə yaxınlarını Allah`a və axirət gününə iman gətirməyə dəvət etmələrinin lazımlılığı bildirilir. Rəbbimiz Öz ayələrində bu şəkildə buyurur:
"Elə isə çəkin, Allah`la yanaşı başqa bir tanrıya ibadət etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan! Və ən yaxın qohumlarını qorxut!" ("Şuəra" surəsi, 213-214).
Hz.İbrahimin atasına etdiyi təbliğ buna nümunədir. Hz.İbrahim atasına bütlərə sitayişin Allah`a şirk qoşmaq mənasına gəldiyini və insanın bir tək Allah`a qulluq etməsinin vacibliyini çox hikmətli bir şəkildə izah etmişdi.
Allah Quranda Hz.İbrahimin atası Azərə etdiyi təbliği bu ayələrlə anladır:
"Xatırla ki, bir zaman İbrahim atası Azərə demişdi: "Sən bütləri tanrılarmı qəbul edirsən? Mən səni və sənin tayfanı açıq-aydın zəlalət içində görürəm!"" ("Ənam" surəsi, 74).
"O, bir zaman atasına belə demişdi: "Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir fayda və zərər verə bilməyən bütlərə ibadət edirsən? Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Ardımca gəl ki, səni doğru bir yola çıxardım!" ("Məryəm" surəsi, 42-43).
"...Murdar bütlərdən qaçın, yalan sözlərdən də çəkinin-batildən haqqa dönərək yalnız Allah`a təslim olduğunuz və Ona şərik qoşmadığınız halda... ...Allah`a şərik qoşan kimsə göydən düşən, quşların onu sürətlə alıb apardığı, yaxud küləyin sovurub uzaqlara atdığı bir şeyə bənzər" |
Hz.İbrahimin atasına etdiyi təbliğdə iman gətirənlərin nümunə götürməsi lazım olan ən önəmli amillərdən biri inkarçı insan nə qədər təkəbbürlü və mürtəce olursa olsun, Allah`ın əmr və tövsiyələrini ona anladarkən səbrli davranılmasının və gözəl izahat verilməsinin lazımlılığıdır.
Hz.İbrahimin bu davranışı eynilə Hz.Musanın Firona təbliğindəki davranışı kimidir. Hz.Musa da Allah`ın "Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!" ("Taha" surəsi, 44) əmri ilə Firona təbliğ edərkən yumşaq bir üslub işlətmişdi.
Hz.İbrahimin atasına etdiyi təbliği və atasının verdiyi qarşılığı Allah ayələrdə belə xəbər verir:
O, gecəni və gündüzü, Günəşi və Ayı sizə ram etdi. Ulduzlar da Onun əmrinə boyun əymişdir. Doğrudan da, bunda ağılla düşünənlər üçün ibrətlər vardır!" |
(Atası Azər İbrahimə) dedi: "Ya İbrahim! Sən mənim tapındığım tanrılardan üzmü çevirirsən? Əgər onlara qarşı pis hərəkətlərinə son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Bir müddət məndən uzaq ol!"
İbrahim belə cavab verdi: "Sənə salam olsun! Mən Rəbbimdən sənin bağışlanmağını diləyəcəyəm. O mənə qarşı çox mehribandır. Mən sizi və sizin Allah`dan başqa tapındığınız bütləri tərk edib bir kənara çəkilir və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə ibadət etməklə bədbəxt olmayım"" ("Məryəm" sursi, 44-48).
Hz.İbrahimlə atası arasında olan bu söhbətlərin bəziləri üçün çox önəmli hikməti var. Hz.İbrahimin artıq dərəcədə cəsur və təvəkküllü hərəkəti diqqətçəkicidir. Hz.İbrahim ölüm bahasına da olsa Allah`ın əmrini yerinə yetirmiş və atasını hidayətə dəvət etmişdir. Atasının sevgisini, yardımını, imkanlarını itirməyi nəzərə almış, onun hədə-qorxularına əhəmiyyət verməmiş və ona "məndən uzaqlaş, get" deməsinə baxmayaraq çox böyük bir təvəkkül və səbr göstərmişdir. Allah`ın ona kömək edəcəyini və doğru yolu göstərəcəyini bilmiş, bunun verdiyi rahatlıq və əminlik içində hərəkət etmişdir. Yaşadığı evdən haqsız yerə uzaqlaşdırılmasından sonra dərhal Allah`a dua etməsi və Onun duasını qəbul edəcəyinə güvənməsi bir müsəlmanın sahib olması lazım gələn nümunəvi təvəkkül və ixlası göstərir. Bundan başqa, Hz.İbrahim ona qarşı bu qədər düşməncəsinə davranan atasına qarşı çox gözəl bir əxlaq göstərmiş, yumşaq üslubunu qorumuş və ona "əziz ata" deyə xitab etməkdə davam etmişdir. Bu, hər müsəlmanın dərs almalı olduğu çox üstün bir əxlaq nümunəsidir. O, atasına böyük bir şəfqətlə yaxınlaşmış, onu mütəvazi bir şəkildə hidayətə çağırmış, amma atası inkar etməkdə davam etdikdə Allah`a sığınıb atasından uzaqlaşmışdır. Hz.İbrahimin bu davranışı bir müsəlmanın digər insanlara baxışındakı yeganə ölçünün Allah`ın rizası olması, "Allah üçün sevmək və Allah üçün xoşlanmamaq" olması gərək olduğunu göstərir. Allah hər müsəlmanın sahib olmalı olduğu bu vəsfi ayələrdə belə xəbər verir:
"Müşriklərin cəhənnəmlik olduqları bəlli olduqdan sonra onlarla qohum olsalar belə, Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz! İbrahimin öz atası üçün bağışlanma diləməsi isə ancaq ona verdiyi bir vədə görə idi. Atasının Allah`a düşmən olması İbrahimə aydın olduqda o öz atasından uzaqlaşdı. Həqiqətən, İbrahim yalvarıb-yaxaran və həlim xasiyyətli bir zat idi" ("Tövbə" surəsi, 113-114).
Hz.İbrahimlə atası Azər arasındakı söhbətlərdə diqqəti çəkən digər bir məsələ Azərin öz dininə olan güclü bağlılığıdır. Belə ki, bu bağlılıq öz qanından olan və illərlə böyüdüb yanında saxladığı və özünə qarşı da son dərəcə hörmətlə davranan oğlunu ölümlə hədələməsinə qədər çatmışdı. Hz.İbrahimin Azər tərəfindən belə ağır bir şəkildə hədələnməsinin yeganə səbəbi onun yalnız Allah`a ibadət etməsi və qövmünün şirk dinini rədd etməsidir. Azər oğlu Hz.İbrahimi "daş-qalaq etməklə" hədələyəcək qədər azğınlaşmışdır. Bu vəziyyət inkarçıların zalım xarakterinin bir nümunəsidir.
"Hər bir kəs ölümü dadacaqdır. Şübhəsiz ki, mükafatlarınız qiyamət günü tamamilə veriləcəkdir. Oddan uzaqlaşdırılıb, cənnətə daxil edilən kimsə muradına çatacaqdır. Dünya həyatı isə aldadıcı həzzdən başqa bir şey deyildir" |
Quranda Hz.İbrahimin insanları Allah`a iman gətirməyə dəvət edərkən qarşılaşdığı azğın bir hökmdardan danışılır. Tarixi qaynaqlarda "Nəmrud" kimi xatırlanan bu inkarçı ilə Hz.İbrahim arasında mühüm bir danışıq olmuşdur:
"Allah`ın verdiyi hökmranlıq üzündən İbrahim ilə Rəbbi barəsində mübahisə aparan şəxsi görmədinmi? İbrahim: "Mənim tanrım həm dirildir, həm də öldürür" - dediyi zaman, o: "Mən də həm dirildir, həm də öldürürəm" - demişdi..." ("Bəqərə" surəsi, 258).
Ayədə bildirildiyi kimi, mal-mülkü və iqtidarı ilə qürur duyan bu adam Hz.İbrahimlə çəkişməyə girərək özünün də yaratma vəsfinə sahib (Allah`ı tənzih edərik) ola biləcəyi kimi böyük və ağılsız bir iftiraya əl atmışdı. Mal-mülkü ilə öyünən bu adam özünü müqəddəsləşdirərək Allah`ı inkar edirdi. Təkəbbüründən Allah`ın bütün kainat üzərindəki güc və qüdrətini görmək istəmirdi.
Inkarçı adam - tarixi qaynaqlara görə, Nəmrud - ona Allah`ın varlığını və birliyini təbliğ edən Hz.İbrahimlə çəkişməyə girir. Allah`a qarşı çıxan bu adama Hz.İbrahimin verdiyi cavab isə son dərəcə hikmətli və mənalıdır:
"...Allah Günəşi şərqdən doğdurur, bacarırsansa, sən onu qərbdən doğdur!" - dedikdə, o kafir donub qalmışdı. Həqiqətən, Allah zülm edənləri düz yola yönəltməz!" ("Bəqərə" surəsi, 258).
Allah`ın varlığını və qüdrətini insanlara izah edən peyğəmbərlər hər zaman bu nümunədəki kimi hikmətli söz və ibadətlərdən istifadə etmişlər. Allah`a olan səmimi imanları onların təbliğatını daha da gücləndirmiş, inkarçıların azğın nəzərləri bu şəkildə öz qüvvəsini itirmişdir. Özlərini doğru yolda zənn edən, mallarına, güclərinə və şirk qoşub inandıqları bütlərinə arxalanan inkarçılar isə iman gətirənlər qarşısında hər cəhətdən çarəsiz qalmışlar. Çünki Allah`ın mükəmməl yaradıcılığını və sonsuz gücünü izah edən iman sahibləri qarşısında batil inanclarını müdafiə etmələri mümkün deyildi. Onlar hər zaman məğlub olmağa, ayənin ifadəsi ilə desək, "donub qalmağa", cavabsız qalmağa məhkumdurlar.
Hz.İbrahimin verdiyi cavabda diqqəti cəlb edən digər bir məqam isə onun səmimiyyəti və təbiiliyidir. İçdən gələn, səmimi bir izah forması Allah`ın izni ilə həmişə insanların qəlblərinə və vicdanlarına təsir edir. Çünki Allah`ın varlığı açıq-aydındır və mömin bu həqiqəti içindən gəldiyi kimi təbii bir üslubla izah edir. Ancaq bu təbliğ qarşısında təsirlənsələr belə insanların bir hissəsi şeytanın təsirinə qapılaraq inkar etməkdə davam edirlər. Ümumiyyətlə, dindən uzaq yaşayan bu insanlar Hz.İbrahimlə mübahisə edən adam kimi zənginliyin, gözəlliyin və ya mövqenin öz səylərinin nəticəsi olduğunu düşünərək təkəbbür göstərir, lovğalanırlar. Özlərinə haqsız yerə bir üstünlük verərək Allah`ın böyüklüyünü unudurlar. Şeytan onları malik olduqları güc və iqtidardan istifadə edərək təkəbbürlü olmağa sürükləyir. Bu şəkildə Allah`a qulluq etmələrini əngəlləmək istəyir.
Möminlər də təbliğ edərkən bir çox insanlarla qarşılaşırlar. Bunların çoxu təkəbbür göstərərək Allah`ın gücünü və qüdrətini tam görə bilmir. Bu halda müsəlmanların etməli olduğu işlərdən biri Hz.İbrahim kimi onların təkəbbürünü ortadan qaldıracaq, Allah`ın qarşısında nə qədər aciz olduqlarını hiss etdirəcək nümunələr verməkdir. Bunun nəticəsində inkarçı adam artıq təkəbbür göstərib lovğalanmasının, mal-mülkü ilə öyünməsinin Allah`ın gücü qarşısında heç bir əhəmiyyətinin olmadığını anlayacaq. Öz güc və qüdrətinin məhdud olduğunu, ölümü ilə birlikdə hər şeyin yox olacağını, Allah`ın isə yeganə mütləq güc olduğunu vicdanı ilə hiss edəcəkdir.
"Allah`a və Peyğəmbərə itaət edin. Əgər boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir" |
Hz.İbrahimin onunla mübahisə edən adama qarşı istifadə etdiyi izah tərzi təbliğdə ağıllı, hikmətli və nəticəyə təsir edə biləcək söhbətin nə qədər mühüm olduğunu da göstərir. Müsəlman heç bir zaman mübahisəyə söykənən və nəticəsi olmayan söhbətlərə girməməlidir. Əksinə, hər zaman üçün qarşı tərəfin psixoloYi vəziyyətini və məntiqini təhlil edərək onun batil inanclarını ortadan qaldıracaq, ona Allah`ın varlığını göstərəcək təsirli və məntiqli izahlardan istifadə etməlidir. Bu təsirli və hikmətli izah tərzinə isə ancaq imanda dərinləşmiş, Allah`ın ayələrini dəqiqliyi ilə həyata keçirən və Allah`dan çox qorxan insanların sahib ola biləcəkləri açıq-aydın məsələdir. Çünki hikmət Allah`ın bir lütfüdür və onu Allah`dan istəmək gərəkdir.
Allah bir ayədə "Allah istədiyi şəxsə hikmət bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir verilmişdir..." ("Bəqərə" surəsi, 269) şəklində buyuraraq bu sirri bizlərə xəbər verir.
Bir müsəlman inkar ya da qəflət içində olan bir insana necə təbliğat aparmalıdır? Onu dinə necə dəvət etməlidir? Allah Quranda təbliğ ibadətinin yaxşı düşünülmüş metodlar və üslublarla aparılmasının vacibliyini bildirir. Təbliğin yeganə bir üslubu yoxdur. Bu üslub qarşıdakı adamın vəziyyətinə, içində olduğu şərtlərə, düşüncələrinə və inanclarına görə dəyişir. Məsələn, Allah ayələrdə Hz.Nuhun insanlara Öz varlığını həm "açıqca elan" etməsindən, həm də "gizli-gizli yollarla" anlatmasından, onları dinə yönləndirəcək dolayı metodlardan istifadə etməsindən bəhs edir ("Nuh" surəsi, 9).
Hz.İbrahimin öz qövmünə etdiyi təbliğdə də çox önəmli nümunələr var. Onun ən diqqətçəkici üslublarından biri qövmünə Allah`ı anladarkən onların vicdanlarını hərəkətə gətirəcək, onları düşündürəcək metodlardan yararlanmasıdır. Onlara suallar verərək düşünmələrini istəmiş və beləcə içində olduqları azğınlğı isbat etmişdir. Sitayiş etdikləri saxta tanrıların şüursuz bir taxta və daş parçasından ibarət oluğunu onlara göstərmiş, incə bir planla onların ağılla və qəlblə bundan kifayətlənməsini təmin etmişdir. Qövmünün əsrlərdən bəri içində yaşadığı şirk sistemini bu təbliğ üslubu ilə darmadığın edərkən onlara Allah`ın varlığını və birliyini də açıqlamışdır. Allah Quranda Hz.İbrahimin təbliğini belə bildirir:
"Gecə qaranlığı bürüdükdə o, bir ulduz görüb: "Bu mənim Rəbbimdir!" -dedi. Ulduz batdıqda isə: "Mən batanları sevmirəm" - söylədi. Sonra doğan ayı görüb: "Bu mənim Rəbbimdir! - dedi. Ay batdıqda isə: "Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən zəlalətə düşənlərdən olardım" - söylədi. Daha sonra doğan günəşi görüb: "Bu mənim Rəbbimdir, bu daha böyükdür!" - dedi. Günəş batdıqda isə dedi: "Ey camaatım, mən, həqiqətən, sizin Allah`a şərik qoşduqlarınızdan uzağam! Mən, həqiqətən, batildən haqqa tapınaraq üzümü göyləri və yeri yaradana çevirdim. Mən şərik qoşanlardan deyiləm!"" ("Ənam" surəsi, 76-79).
Hz.İbrahimin bu ayələrdə bildirilən Ay, Günəş və ulduzlar haqqındakı açıqlamaları özünün gerçək düşüncələri deyil, qövmünə yönəlik bir təbliğat üslubu kimi görünür (Ən doğrusunu Allah bilir.) Çünki gecə vaxtı gördüyü ulduzların və Ayın qİsa bir zaman sonra (Günəşin doğması ilə) yox olacağını, Günəşin isə doğduqdan sonra təkrar batacağını əlbəttə Hz.İbrahim də bilir. Ancaq müşrik olan qövmü ağıl və məntiqdən yoxsul olduğu üçün Hz.İbrahim belə mərhələli bir izahat metoduna əl atmış ola bilir.
"Mən onun və tayfasının Allah`ı qoyub günəşə sitayiş etdiklərini gördüm. Şeytan əməllərini onlara gözəl göstərmiş, onları yoldan sapdırmışdır. Buna görə də haqq yolu tapa bilmirlər" |
Kitabın ilk bölümündə də üzərində durduğumuz kimi, o dönəmin bütpərəst cəmiyyətləri öz düzəltdikləri heykəllərlə bərabər Günəş, Ay kimi göy cisimlərinə də sitayiş edirdilər. Bu səbəblə Hz.İbrahim onların tanrılıq verdikləri bu cisimlərin nə üçün tanrı ola bilməyəcəklərini onlara sual-cavab yolu ilə açıqlamaq istəmiş ola bilir. Bunun üçün öncə ulduzların bir tanrı olmayacağını Allah`ın ona ilham etdiyi şəkildə isbat etmişdir. Hz.İbrahimin söylədiyi "Mən itib gedənləri sevmirəm" ifadəsi də yenə qövmünə yönəlik vacib bir məsaYdır: bu şəkildə "tanrı" vəsfinə sahib olan varlığın əsla ölməyən və yox olmayan bir varlıq olduğunu dolayı olaraq anlatmışdır (Ən doğrusunu Allah bilir.) Belə ki, bunlar Rəbbimizin "Baqi" (davam edən, fani olmayan) və "Qaim" (idarə edib ayaqda tutan) sifətləridir.
Hz.İbrahim bunun ardından eyni üslubdan qövmünün sözdə tanrılarından biri olan Ay üçün istifadə etmiş və Ayın bir tanrı olmayacağını onlara yenə ağıllı bir yolla göstərmişdi. Daha sonra eyni məntiqi Günəş üçün də tətbiq etmiş və bu vaxt xüsusilə Günəşin "ən böyük" olduğuna diqqət çəkmiş ola bilər. Beləcə, qövmünün tanrı kimi qəbul etməsi ehtimal olunan ən böyük maddi varlığı da aradan qaldırmışdır. Günəşdən o yana qövmünün görə biləcəyi daha böyük bir maddi varlıq yoxdur və bu səbəblə bunun bir tanrı olmadığının anladılması şirk sisteminə önəmli bir zərbədir.
Hz.İbrahim ən sonunda da "Mən müşriklərdən deyiləm" sözləri ilə bütün bunları Allah`ın yaratdığını, Onun tək gerçək Tanrı olduğunu və özü də Allah`a şirk qoşmadan iman etdiyini açıqlamışdır. Hz.İbrahimin bu sözərindən onun şirk sistemini çox yaxından bildiyi anlaşılır. O, bütün bu nümunələri bu təbliğ üslubu kimi vermiş və bu şəkildə onların səhv məntiqlərini, azğınlıqlarını ortaya çıxarmaq istəmişdir. Belə ki, ayələrdən də böyük bir azğınlq içindəki qövmünün onunla çəkişməyə çalışdığı anlaşılır:
"Tayfası onunla mübahisəyə girişdi. İbrahim dedi: "Allah məni doğru yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz? Rəbbimin istədiyi hər hansı bir şey istisna olmaqla, mən sizin Ona şərik qoşduğunuz bütlərdən qorxmuram. Rəbbim hər şeyi elmlə ehtiva etmişdir. Məgər düşünüb öyüd-nəsihət qəbul etmirsiniz?" ("Ənam" surəsi, 80).
Hz.İbrahim qövmünə təbliğ edərkən Allah`ın ilhamı ilə hərəkət etmişdir. İstifadə etdiyi metodlardan, verdiyi nümunələrdən Hz.İbrahimin Allah`ın vəhyi ilə hərəkət etdiyi anlaşılır. Allah "Bu, İbrahimə qövmünə qarşı verdiyimiz dəlilimizdir. Biz istədiyimizi dərəcələrlə yüksəldirik. Şübhəsiz, sənin Rəbbin hökm və hikmət sahibidir, biləndir" ("Ənam" surəsi, 83) ayəsi ilə Hz.İbrahimə qövmünə qarşı dəlillər verdiyini xəbər verir.
Hz.İbrahimin istifadə etdiyi bu təbliğ metodu bütün müsəlmanlar üçün nümunədir. Bir mömin də təbliğ edərkən qarşı tərəfin çürük və əsası olmayan fikirlərini bir-bir darmadağın etməli və bunun qəti dəlillərini ortaya qoymalıdır. Bunun ardınca da təbliğ etdiyi adamları Allah`a iman gətirməyə və yalnızca Ona qulluq etməyə dəvət etməlidir. Əgər bir insanın özünə büt etdiyi anlayış yıxılmazsa və bu qavramları şirk qoşmasına səbəb olan məntiqlər ortadan qaldırılmazsa, o adamın Allah`a gerçək mənada iman etməsi və gerçək mənada müsəlman olması çətinləşir. Bütlərin yıxılması məsələn, insanların uyduğu batil ideologiyaların, fəlsəfələrin və ya bir neçə maddi varlıqların tərk edilməsi, gerçək imanın şərtidir.
Bu heykəldə Hammurapi azğın inanclarına uyğun olaraq Şumərin Günəş tanrısı olaraq qəbul edilən Şamaşı təmsil edən bir büt qarşısında hörmət göstərişində görünür |
Hz.İbrahimin təbliğindən onun Allah`a olan sevgisi, coşğulu imanı və Allah`ın əmrlərini həyata keçirdiyi zaman göstərdiyi dəqiqlik açıq bir şəkildə anlaşılır. Qövmünə və atasına yönəlik etdiyi bir digər təbliğ yolu da onun Allah`ın seçib bəyəndiyi və insanlara üstün qıldığı gözəl bir insan olduğunu bizlərə ən gözəl şəkildə göstərir. Allah ayələrdə bu şəkildə bildirir:
"Onlara İbrahimin hekayətini söylə! O zaman ki, o öz atasına və tayfasına demişdi: "Nəyə ibadət edirsiniz?" Onlar: "Bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik!" -deyə cavab vermişdilər. İbrahim demişdi: "Onları çağırdınız zaman sizi eşidirlərmi? Yaxud sizə bir xeyir və ya zərər verə bilirlərmi?" Onlar: "Xeyr, ancaq biz öz atalarımızın belə etdiklərini gördük!" - deyə cavab vermişdilər. İbrahim demişdi: “İndi nəyə ibadət etdiyinizi görürsünüzmü?. Sizin və ulu babalarınızın?" ("Şuəra" surəsi, 69-76).
Yuxarıdakı ayələrdən də göründüyü kimi, Hz.İbrahim qövmünə bütlərə sitayiş etməyin nə qədər böyük bir azğınlıq və ağılsızlıq olduğunu müxtəlif yollar və nümunələrlə anlatmışdır. Ancaq qövmünün bu xatırlatmalarına verdiyi tək cavab "biz bunu atalarımızdan gördük" olmuşdur. Öncəki bölümdə də üzərində durduğumuz kimi, bu cavab cahiliyyə cəmiyyətində çox tez-tez rastlanan, batil inancları məşrulaşdırmaq üçün istifadə olunan, vərdiş etdiyimiz bir cavabdır. Və haqq dinin qarşısında heç bir istinad nöqtəsi və arqumenti yoxdur. Bu ayələrin davamında Hz.İbrahim qövmünü Allah`a iman gətirməyə dəvət etməkdə və onlara Rəbbimizi tanıtmaqdadır:
"Aləmlərin Rəbbi istisna olmaqla, onlar mənim düşmənimdir. Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək, sonra dirildəcək Odur. Və qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur!" ("Şuəra" surəsi, 77-82).
Ayələrdən də göründüyü kimi, Hz.İbrahimin qövmü şirk qoşduğu bütlərinə sitayiş etməkdə qərarlı olduğunu davamlı olaraq təkrarlamaqdadır. Hz.İbrahim isə onlara Rəbbimizi ən gözəl sifətləri ilə tərifləyərək bunun cavabını verməkdədir. Allah kainatda olan canlı-cansız bütün varlıqları yoxdan var edəndir. Dünya üzərindəki bütün nemətləri insanların xidmətinə verən, onlara saymaqla bitirməyəcəkləri qədər tayı-bərabəri olmayan gözəllikləri bəxş edəndir. İnsanın dünyaya gəlişi, böyüməsi, yeməsi, içməsi, hərəkət etməsi, danışması, gülməsi, qİsası, bütün həyatı Allah`ın istəməsi ilə gerçəkləşir. Hz.İbrahimin də ayələrdə bildirdiyi kimi, insan xəstələndiyi zaman ona şəfanı verən, yaxşılaşdırıb keçmiş sağlam halına qovuşduran aləmlərin Rəbbi olan Allah`dır. Allah icazə vermədikcə nə dərmanların, nə də həkimlərin insanlara şəfa verməsi mümkün deyil.
Insanı var etdiyi kimi əcəl gəldiyi zaman canını alacaq olan da Allah`dır. İnsan hələ dünyaya gəlməzdən öncə neçə il, neçə saat, hətta neçə saniyə həyatda qalacağı Allah dərgahında bəlli olmuşdur. İnsanın həyatı boyunca başına gələcək hər hadisə, söyləyəcəyi hər söz, edəcəyi hər hərəkət onun qədərində yazılmışdır. İnsan Allah`ın təqdir etdiyi qədərinin xaricində hər hansı bir hərəkəti etməyə də, hansİsa bir sözü söyləməyə də güc yetirə bilməz.
Allah dünya həyatını insanlara bir imtahan olaraq yaratmışdır. İnsanlara bir hidayət öndəri olaraq elçilərini göndərmiş, hidayət rəhbəri olaraq da ayələrini vəhy etmişdir. Hər insan axirət günündə həyatı boyunca elədikləri ilə hesaba çəkiləcək. Rəbbimizə iman edən, Ondan qorxub çəkinən, Allah`ın əmr və yasaqlarına dəqiqliklə əməl edən, bütün həyatını Onun razılığını, rəhmətini umaraq saleh əməllə keçirən iman sahibləri tayı-bərabəri olmayan nemətlərlə qarşılaşacaqlar. Allah qullarına qarşı çox mərhəmətli, çox bağışlayan və çox şəfqətli olandır. Allah hesab günündə iman edən qullarının pisliklərini örtəcəyini, onların səhvlərini bağışlayacağını və onlara sonsuz cənnət nemətləri ilə qarşılıq verəcəyini vəd etmişdir.
"Göylərin və yerin qeybi Allah`a məxsusdur. Bütün işlər də axırda Ona qayıdacaqdır. Yalnız Ona ibadət et və yalnız Ona təvəkkül elə..." |
Burada çox önəmli bir mövzunu da xatırlatmaq faydalı olardı. İnsanın təbliğ edərək digər insanları hidayətə çatdırmaq gücü yoxdur. Təbliğ mömin üçün bir ibadətdir. Bu ibadətin müqabilində təbliğ edilən adamın iman gətirib-gətirməməsi tamamilə Allah`ın hidayət verməsinə bağlıdır. Allah qismət etməzsə, heç kimsə iman gətirə bilməz. Belə ki, Hz.İbrahimin Allah`a olan imanından aldığı güclə apardığı bu təbliğatın müqabilində Allah`dan qorxmayan, vicdanlarının səsini dinləməyən və düşüncə qabiliyyətindən məhrum olan qövmü inkarına davam etmişdi. Bundan başqa, iman gətirməyi qəbul etməməklə kifayətlənməyib eyni zamanda daha da azğınlaşaraq Hz.İbrahimi ölümlə təhdid etmişdilər. Hətta bir az sonra incələyəcəyimiz kimi, Hz.İbrahimi atəşə atmağa çalışmışlar. Bu səbəblə bu həqiqətlər unudulmamaldır: iman gətirən bir adam ətrafındakı insanları Allah`a ixlasla və qətiyyətlə iman gətirməyə dəvət etməli, ancaq onların iman gətirməməsinə görə üzülüb kədərlənməməlidir.
Rəbbimiz bir ayədə "...Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın..." ("Kəhf" surəsi, 29) şəklində buyurmaqda və Peyğəmbərimizə (s.ə.v.) “İman gətirməyəcəklər deyə, bəlkə, özünü həlak edəsən?!" ("Şuəra" surəsi, 3) şəklində bildirməkdədir. Allah "Yusif" surəsində bu şəkildə buyurur:
"Sən çox istəsən də, insanların əksəriyyəti iman gətirən deyildir! Halbuki sən bundan ötrü onlardan heç bir mükafat istəmirsən. Bu isə aləmlərə yalnız bir öyüd-nəsihətdir!" ("Yusif" surəsi, 103-104).
Hz.İbrahimin qövmünün içində olduqları sistemin mənasız olduğunu vicdanlı şəkildə görsə də inkarda təkidlə İsrar etməsinin səbəblərindən biri öz mənfəətinə qarşı olan düşkünlüyüdür. Yaşamaqda olduqları şirk sistemi onlara müxtəlif dünyəvi mənfəətlər qazandırır və qurulmuş bu sistemin dəyişməsi onların mənafeyi ilə üst-üstə düşmür (Eynilə Məkkədəki bütlər sayəsində böyük ticari qazanc əldə edən Məkkə liderlərinin Peyğəmbər əfəndimizin (s.ə.v.) apardığı təbliğata qarşı çıxması kimi). Bu, həqiqətdə Allah`ın peyğəmbərləri üçün uyğun gördüyü bir qanundur. Quranda bildirildiyi kimi, hər dönəmdə göndərilən elçilərə qarşı çıxılmış, peyğəmbərlər ölümlə hədələnmiş və heç bir əsli olmayan iftiralara məruz qalmışlar. Bu mübarək, qiymətli insanlar bəzən sehrbazlıq, bəzən dəlilik, bəzən də "şairlik", yəni Allah adına sözlər uydurmaq şəklində çirkin və əsilsiz iftiralara məruz qalmışdılar. Başqa sözlə, peyğəmbərləri günahlandıranlar onları azğın, özlərini isə haqq yolda elan etmək kimi bir saxtakarlığa əl atmaqdan çəkinməmişdilər.
Ancaq unudulmamalıdır ki, bu insanlar böyük bir ağılsızığın təzyiqi altındadır. Mənfəətlərini qorumağa çalışarkən əslində özlərini öz əlləri ilə əbədi davam edəcək bir əzaba sürükləyirlər. Allah gözəl əxlaqları, təqvaları, dərin imanları ilə üstün insanlara nümunə göstərdiyi peyğəmbərlərinə üsyan edən insanların uğrayacağı aqibət barədə xəbər verir:
"...Onlar Allah`ın qəzəbinə düçar olmuş, onlara miskinlik damğası vurulmuşdur. Bunun səbəbi odur ki, onlar Allah`ın ayələrini inkar etmiş, peyğəmbərləri haqsız yerə öldürmüşlər. Bunun bir səbəbi də odur ki, onlar Allah`a qarşı üsyan etmiş və həddi aşmışlar" ("Ali-İmran" surəsi, 112).
"Həqiqətən, Allah iman gətirənlər, yəhudilər, sabiilər, xaçpərəstlər, atəşpərəstlər və müşriklər arasında qiyamət günü hökmünü verəcəkdir..." |
Quranda bildirildiyinə görə, Allah Ondan qorxan qullarına "doğrunu səhvdən ayırma" qabiliyyəti verir. Bu, sadəcə möminlərə xas olan çox böyük bir lütf, üstün bir nemətdir. Hz.İbrahimin qövmünü Allah`a iman etməyə dəvət edərkən əsas götürdüyü metodlar, verdiyi qərarlar və istifadə etdiyi üslub Allah`ın seçkin qullarına bəxş etdiyi bu böyük nemətin önəmli nümunələridir.
Hz.İbrahimin həyatındakı bu nümunələrdən biri qövmünün bütlərinə qurduğu tələdir. Hz.İbrahim çoxsaylı bir cəmiyətə qarşı təkbaşına mücadilə etmişdir. Bu, əlbəttə, təhlükəli bir vəziyyətin mövcudluğunu və bu səbəblə də tədbir görülməsinin vacibliyini göstərir. Belə ki, Hz.İbrahim də inkarçıların ona zərər verməsini və təbliğinin qarşısını almasını əngəlləmək üçün tədbirlər görmüşdü. Məsələn, ətrafındakı müşrikləri uzaqlaşdırmaq üçün "xəstəyəm" demişdi:
"Həmin vaxt o, atasına və tayfasına belə demişdi: "Siz nəyə ibadət edirsiniz? Allah`ı qoyub yalançı tanrılarımı istəyirsiniz? Aləmlərin Rəbbi barəsində zənniniz nədir?" İbrahim ulduzlara bir nəzər saldı. Və dedi: "Mən xəstəyəm!" Beləliklə, ondan üz çevirib getdilər" ("Saffət" surəsi, 85-90).
Hz.İbrahim inkarçı camaatı özündən uzaqlaşdırdıqdan sonra bütlərin yanına getmiş və onları parçalamışdı:
"Parça-parça edib yalnız onların böyüyünü saxladı ki, bəlkə, qayıdıb ona baş çəkdilər" ("Ənbiya" surəsi, 58).
Hz.İbrahimin bütlərin birini salamat saxlamasının da önəmli bir hikməti vardı. Hz.İbrahimin qövmü bütlərin olduğu yerə gedəndə sözdə tanrılarının parça-parça olduğunu və yalnızca ən böyük olan bütün qaldığını gördü. Və bunu edən adamı axtarmağa başladılar. Hz.İbrahimin bütlərə və bu müşrik inanca qarşı olan mücadiləsini bildiklərinə görə bütləri onun qırdığını anladılar və intiqam almaq üçün Hz.İbrahimi axtarıb tapdılar:
"Dedilər: "Bunu tanrılarımıza kim edibsə, o, şübhəsiz ki, zalimlərdəndir!" Müşriklərin bəziləri: "İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik!" - dedilər. Qalanları: "Bunların şahidlik edə bilmələri üçün onu camaatın gözü qabağına gətirin!" - dedilər. Müşriklər İbrahimi tapıb gətirərək: "Ya İbrahim! Tanrılarımızı sənmi bu günə saldın?" - deyə soruşdular" ("Ənbiya" surəsi, 59-62).
Bu sual Hz.İbrahimin ən böyük bütü qırmayıb salamat saxlamasının səbəbini də ortaya çıxarırdı:
"Bəlkə, onların bu böyüyü bunu etmişdir. Əgər danışa bilirlərsə, özlərindən soruşun!" - deyə cavab verdi" ("Ənbiya" surəsi, 63).
Inkarçılar Hz.İbrahimin bu cavabı üzərinə bütlərin danışmağa gücünün çatmayacağını istər-istəməz düşündülər və anladılar. O günə qədər bu daş parçalarının heç bir gücünün olmayacağını anlatmış Hz.İbrahimə inanmayan bu insanlar onun bu hikmətli planı ilə bu gerçəyi qavradılar:
"Bunun nəticəsində onlar öz-özlərinə müraciətlə: "Siz, doğrudan da, zalimlərsiniz" -dedilər" ("Ənbiya" surəsi, 64).
Ancaq inkarçıların bu peşmançılığı qİsa çəkdi. Gerçəyi anlasalar da atalarından miras qalan müvəqqəti dünyəvi mənafelərinə uyğun olan şirk sistemini davam etdirmək üçün təkrarən Hz.İbrahimə qarşı çıxdılar:
"Sonra yenə də öz küfrlərinə qayıdaraq İbrahimə: "Axı sən bilirsən ki, bunlar danışmırlar!" - dedilər. İbrahim dedi: "Elə isə Allah`ı qoyub sizə heç bir xeyir və zərər verə bilməyən bütlərəmi ibadət edirsiniz? Tfu sizə də, Allah`dan başqa ibadət etdiyiniz bütlərə də! Əcaba, başa düşmürsünüz?" Belə dedilər: "Əgər bir iş görəcəksinizsə, onu yandırın və tanrılarınıza kömək edin!"" ("Ənbiya" surəsi, 65-68).
Hz.İbrahimin bu hadisədə ortaya qoyduğu hərəkətlər incə bir planı və hikməti göstərir. Qövmünə "xəstəyəm" deyərək onları yanından uzaqlaşdırmış və beləcə özünə rahat bir fəaliyyət imkanı yaratmışdır. Sonra bütləri qırmış, amma ən böyük olan bütə toxunmamışdı. Bunu bütlərin qırıldığını görən qövmünün verəcəyi reaksiyanın nədən ibarət ola biləcəyini düşünərək etmişdi. Hz.İbrahimin qurduğu bu tələ onun Allah`ın vəhyi ilə hərəkət edən üstün ağıl və bəsirət sahibi bir elçi olduğunu bizlərə göstərir. O, Allah`ın ilhamı ilə çox hikmətli bir tələ qurmuş və Allah`ın izni ilə çox gözəl bir nailiyyət əldə etmişdi. Bütləri qırdıqdan sonra bunun ən böyük büt tərəfindən edildiyini söyləməklə qövmünü öz inancını hesaba çəkməyə yönəltmişdi. Bəri başdan dəqiq qurduğu plan beləcə hissə-hissə gerçəkləşmişdi.
Hz.İbrahimin bütləri qırmasındakı əsl məqsədlərdən biri qövmünün sahib olduğu inanc sisteminin nə qədər ağıldankənar olduğunu onlara başa sala bilmək idi. Çünki qövmünün əgər bu etdiklərinin mənasız olduğunu anlamazsa, təkrarən yeni bütlər düzəldib onlara eyni şəkildə ibadət etməyə davam edəcəyini bilirdi. Bu səbəblə önəmli olan məsələ bütlərə sitayişin Allah`ın vəhyinə və imana qarşı olan batil bir azğınlıq olduğunu onlara başa salmaq idi.
Yeməyən, içməyən, hərəkət edə bilməyən heykəllərin bir insana zərər verə biləcəyini yaxud da bir fayda gətirə biləcəyini düşünmək çox böyük bir ağılsızlıqdır. Bunu düşünənlər, yəni bütpərəstlər bir sıxıntı, ya da çətinliklə qarşılaşanda bütlərdən mədəd umur, onlardan yardım istəyir, onların istəməyəcəyini düşündükləri bir şeyi etmirdilər. Çünki bu bütlərdən qorxur, cansız bütlərin bütün kainatı və canlıları var etdiyinə, bütün kainatı idarə etdiyinə, insanlara sağlıq, bərəkət, ruzi, güc, anlayış verdiyinə inanırdılar. Bu dərəcə qəflətə girəcək qədər ağılsız və anlayışsızdırlar. Allah müşriklərin nə qədər böyük bir azğınlıq içində olduqlarını ayələrdə bu şəkildə xəbər verir:
"Məgər onların yeriyən ayaqları, ya tutan əlləri, ya görən gözləri, yaxud eşidən qulaqları var?! De: "Haydı, çağırın şəriklərinizi, mənim barəmdə istədiyiniz hiyləni qurun və mənə heç möhlət də verməyin!" ("Əraf" surəsi, 195).
Ancaq bu anlayışsızlığın sadəcə Hz.İbrahim dövründə qaldığını zənn etmək səhv olardı. Bütpərəstlik fərqli adlar altında olsa belə hələ də yaşayır. Məsələn, Hz.İbrahimin qarşılaşdığı bütpərəstlərin inancları müasir dövrdə darvinistlərin inandıqları ilə çox böyük bir oxşarlığa malikdir.
"Onu qoyub heç bir şey yarada bilməyən, əksinə özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verə bilən, diriltməyə, öldürməyə, həyat verməyə və yenidən diriltməyə gücləri çatmayanları özlərinə tanrılar qəbul etdilər" |
Hz.İbrahim zamanındakı müşrik qövmlər daşdan, torpaqdan və taxtadan heykəllər düzəldir, daha sonra öz əlləri ilə düzəltdikləri bu bütlərə sitayiş edirdilər. Azğın inanclarına görə sitayiş etdikləri heykəllərin kainatın fəaliyyəti üzərində bir gücə sahib olduğuna inanırdılar. Bu batil inanca görə, bütlər qərar vermək, bunları həyata keçirmək, canlıları cəzalandırmaq, ya da mükafatlandırmaq səlahiyyətinə malikdir. Başqa sözlə, müşriklər bu heykəlləri meydana gətirən cansız maddənin sözdə yaratma və insanları idarə etmə gücünə sahib olduğunu zənn edidilər. Heç şübhəsiz ki, bu, çox böyük bir azğınlıq, Allah`ın Quran ayələrində bildirdiyi çox böyük bir günahdır. Belə ki, Allah bir Quran ayəsində bu şəkildə buyurur:
"Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allah`a şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur" ("Nİsa" surəsi, 48).
Hal-hazırda da Darvinin təkamül nəzəriyyəsini müdafiə edənlər Hz.İbrahim zamanında yaşayan bu insanların azğın inanclarına çox bənzəyən bir batil anlayışın ardınca gedirlər. Onlar da karbon, hidrogen, oksigen, kalsium, maqnezium, dəmir kimi elementlərin, tərkibində müxtəlif minerallar olan palçıqlı suyun zamanın və təsadüflərin yardımı ilə üstün bir gücə və azad iradəyə sahib olmasına inanırlar. Darvinistlərin azğın iddialarına görə, dünyanın ilk dövründəki palçıqdan zaman içində təsadüflərin yardımı ilə canlı aləm meydana gəlmişdir. Təbiətdəki bütün gözəllikləri, heyvanları və ən vacibi şüurlu bir insanı yaratma qərarını sözdə yenə bu palçıqlı su, zaman və təsadüf üçlüyü vermişdir. Bu batil inancın kökü cansız maddələri ağıl və iradə sahibi, qərar verə və bu qərarları həyata keçirə bilən varlıqlar kimi qəbul etməyə qədər getməkdə və beləcə maddə adətən bir tanrı kimi görülməkdədir. Bu vəziyyətdə kainatda görülən hər varlığın öz-özünə və təsadüflər nəticəsində meydana gəldiyi iddia edilir və hər varlıq təsadüflərlə birlikdə tanrı kimi qəbul olunur (Allah`ı tənzih edərik). Halbuki öz bədənindən başlayaraq ətrafını əhatə edən canlı və cansız varlıqları incələyən hər insan bütün kainatı sonsuz bir gücə, ağıla və elmə sahib olan bir Yaradıcının var etdiyini görəcək. Üzərində yaşadığı planetlə bədəni arasındakı qüsursuz uyğunluq, kosmosdakı qalaktikalar, ulduzlar və bütün digər göy cisimləri arasındakı tarazlıqdan saymaqla qurtarmayan qədər misli-bərabəri olmayan nemətlərlə bəzənmiş yer üzünə qədər hər bir detal sonsuz mərhəmət və şəfqət sahibi olan bir Yaradıcının varlığının dəlillərindəndir. O üstün Yaradıcı aləmlərin Rəbbi olan Uca Allah`dır. Rəbbimiz insanın bir az düşünərək tapa biləcəyi bu açıq gerçəyi Hz.İbrahim kimi elçilərin vasitəsi ilə də bütün insanlara bildirmişdir. İnsanlar tarix boyunca bir çox insanlara anladılan gerçəkləri inkar etmiş, Allah`ın varlığını inkarda dirənmişdilər. Allah son vəhyi olan Quranda bu cür insanların varlığını belə bildirir:
"Allah`a ürəkdən and içdilər ki, əgər onlara bir ayə gəlsə, ona mütləq inanacaqlar. Onlara de: "Ayələr ançaq Allah`ın yanındadır. Siz nədən bilirsiniz ki, onlara ayə gəldikdə yenə də iman gətirməyəcəklər?" Biz onların ürəklərini və gözlərini əvvəlcə ona iman gətirmədikləri kimi tərsinə çevirər və onları öz azğınlıqları içində şaşqın bir vəziyyətdə qoyarıq. Əgər Biz mələkləri onlara göndərsəydik, ölülər onlarla danışsaydı və hər şeyi dəstə-dəstə toplayıb onların qarşısına qoysaydıq belə, Allah istəmədikcə, onlar iman gətirməzdilər. Lakin onların əksəriyyəti bilməz" ("Ənam" surəsi, 109-111).
Sizi yaradan, sonra sizə ruzi verən, sizi öldürən |
Göründüyü kimi, şüursuz mineralların, atomların və təsadüflərin qüsursuz layihələr ortaya çıxardığını iddia etməklə heykəllərin önündə əyilib taxta heykəldən sağlıq və bərəkət istəmək eyni azğınlığın davamından başqa bir şey deyil. Dəyişən yeganə şey bu azğınlığa verilən adlar, bunu tərif etmək üçün istifadə edilən anlayışlardır.
"Qubbətus-Səhra" məscidindən bir görüntü (Carl Verner, 1863, Mathaf Qalleri, London). |
"İbrahimin durduğu yeri namazgah edin!" -dedik. İbrahimə və İsmailə də: "Evimi təvaf edənlər, orada qalıb həmişə ibadətdə olanlar, rüku və səcdə ilə namaz qılanlar üçün təmizləyin! - deyə tövsiyə etdik" |
Hz.İbrahimin içində yaşadığı, Allah`a ortaqlar qoşan azğın cəmiyyətin sahib olduğu inanca görə, kainatı düzənləyən, idarə edən, canlıları yönləndirən, hərəkət etdirən müxtəlif bütlər vardı. Darvinistlər də bənzər bir şəkildə bütün canlıların və kainatdakı qüsursuz nizamın cansız maddələrin (atomların, molekulların, təbii güclərin, cisimlərin kimyəvi və fiziki xüsusiyyətlərinin) təsiri ilə yarandığına inanırlar. Bir bütpərəstin bütləri belə güclü sayması kimi darvinistlər də "maddənin öz-özünü təşkil etməsi", "təbiətin bu müxtəliflikləri yaratması" kimi anlayışlarla cansız maddələrin xəyali bir yaratma gücünün olduğunu iddia edir, onları bütləşdirirlər.
Bu vəziyyət təkamül nəzəriyyəsini müdafiə edən məşhur nəşrlərdə açıqca görünür. Bu nəşrlərdə yer alan yazılarda darvinistlərin bütlərindən tez-tez bəhs edilir, bu bütlərin başında dayanan bütü də "Ana təbiət" adlandırırlar. Bu azğınlığı müdafiə edənlər kainatdakı bütün inkişaf və yeniliklərin, dəyişmələrin sözdə Ana təbiətin - ya da Təbiətin - idarə etməsinə və onun iradəsi ilə gerçəkləşdiyinə inanırlar. Canlılardakı qüsursuz gözəlliklərin, bütün canlıların meydana gəlməsini, ölümünü, təbii fəlakətlərin Ana təbiətdən gəldiyini bilir, bunları onun əzabı və ya möcüzəsi sayırlar. Təbiətdəki bir gözəllikdən bəhs edərkən "təbiətin insana ərməğanı", bir fəlakətdən bəhs edərkən də "Ana təbiətin qəzəbi" kimi azğınlıqlarını göz önünə sərən cümlələrdən istifadə edirlər. Ancaq Ana təbiətin gücünü haradan aldığına və yaxud da kim olduğuna dair heç bir açıqlama gətirməzlər. Bu, əlbəttə, çox böyük bir ağılsızlıq, çox çirkin bir iftiradır. Bəhs etdiyimiz adamlar Allah`a açıq-aşkar şirk qoşur və bu batil inanclarını da sözdə elmi bir bünövrəyə bağlamağa çalışırlar. Darvinizmin müasir tənqidçilərindən biri olan amerikalı mütəfəkkir, professor Filipp Conson təkamül nəzəriyyəsinə və ümumi olaraq çağımızdakı materialist fəlsəfəyə olan inancın bir növ bütpərəstlik olduğunu belə açıqlayır:
“İnkar hər zaman biz insanlar üçün çaşdırıcı bir vasitə olmuşdur. Açıq ateizm isə inkarın ən səthi və qabarıq formasıdır... (Inkarın) digər bir köhnə strategiyası isə Yaradıcının yerinə nəzarətimiz altındakı bir başqa varlığı yerləşdirməkdir. Bunun adı bütpərəstlikdir. İbtidai qəbilələr bütlərini taxtadan və ya gildən düzəldirdlər. Müasir intellektuallar isə öz nəzəriyyələrini bütləri halına gətirməkdədir... "Tanrı" kəlməsindən istifadə etsələr belə bunu təsadüf və təbiət qanunları kimi göstərirlər. Bu strategiyadan istifadə edənlərin hamısı Yaradıcının yerinə yaradılmış varlıqları qoyurlar ki, bu da bütpərəstliyin özüdür".3
Həqiqətən də "Bütün kainatı yoxdan var edən Rəbbimizin yerinə, özü də yaradılmış olan aciz varlıqları qoymaq" (Allah`ı tənzih edərik) min illərdən bəri gələn bütpərəstliyin təməl daşıdır. Hz.İbrahim də eyni azğın dünyagörüşünə sahib olan qövmü ilə mücadilə etmişdi. Allah ayələrində bunu belə bildirir:
"O, bir zaman atasına belə demişdi: "Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir fayda və zərər verə bilməyən bütlərə ibadət edirsən?" ("Məryəm" surəsi, 42).
Darvinistlər kainatdakı canlı və cansız bütün maddələrin, atomların, molekulların, təbiət güclərinin, cisimlərin kimyəvi və fiziki xüsusiyyətlərin təsiri və təsadüflərin köməyi ilə zaman ötdükcə meydana gəldiyinə inanırlar. Halbuki təkamülçülərin istədikləri bütün şərtlər bir yerə yığılsa da, bir canlının meydana gəlməsi mümkün deyil. Təkamülçülər şəkildəki kimi bir böyük vedrəyə canlıları meydana gətirən bütün atomları, hormonları, proteinləri və istədikləri bütün elementləri qoysunlar, daha sonra bunları istədikləri üsulları qarışdırsınlar və istədikləri qədər -lazım olarsa, milyonlarla il- gözləsinlər. Nə edərlərsə etsinlər və nə qədər gözləyirlərsə gözləsinlər, bu vedrədən bircə canlı məxluq, hətta bircə canlının bir hüceyrəsini də çıxara bilməzlər. |
"İbrahim atasına və tayfasına: "Sizin tapınıb durduğunuz bu heykəllər nədir?" - dediyi zaman. Onlar: "Biz atalarımızı onlara ibadət edən gördük!" - deyə cavab vermişdilər. İbrahim onlara: "And olsun ki, siz də, atalarınız da (haqq yoldan) açıq-aşkar azmısınız!" - demişdi" ("Ənbiyə" surəsi, 52-54).
Maddənin ağlının olmaması, bu səbəblə də maddi varlıqlara ağıl istinad etməyin böyük bir səhv olduğu açıq-aşkar məsələdir. Atomların, molekulları, palçıqlı suyun yaxud da təsadüflərin bir şüuru, qərar vermə gücü, düşünmə qabiliyyəti yoxdur. Atomlar şüursuz, cansız maddələrdi. Halbuki kainatda var olan hər şeyin ancaq üstün bir şüur və iradənin varlığı ilə həyat tapa biləcəyi açıq bir gerçəkdir. Bu üstün şüur və iradənin hamısı aləmlərin Rəbbi olan Allah`a aiddir. Bütün kainat sonsuz elm sahibi olan Allah`ın yaratmasıdır. Kainatın hər detal və incəliyində Allah`ın yaradıcı gücündəki qüsursuzluq, üstün ağıl və qeyri-adi elm açıqca görünür. Allah canlı-cansız bütün varlıqları yoxdan var etmiş, bu varlıqların hər birinə insanı böyük bir təəccüb içində buraxan mükəmməl özəlliklər bəxş etmişdir.
Hz.İbrahim Ayın, Günəşin ya da ulduzların bir yaradıcı güclərinin olmayacağını insanlara göstərmiş və bu şəkildə onları şirk qoşmaqdan daşınıb Allah`a iman etməyə çağırmışdı. Bu vaxt tutduğu yol isə - daha öncə də bildirdiyimiz kimi - özündə bizlər üçün çox önəmli olan işarələri ehtiva edir. Hz.İbrahim əvvəlcə "ola bilməyəcəkləri" - yəni bütpərəstliyin əsasını təşkil edən inancların batil və gücsüz olduğunu - insanlara Allah`ın ilhamı ilə ən hikmətli və ən təsirli şəkildə göstərmişdir. Müasir dövrümüzdə bəziləri darvinizm və materializm kimi ateist fəlsəfələrin keçərsizliyinin və bunları müdafiə edən kimsələrin səhvlərinin açığa çıxarılmasına ehtiyac olmadığını söyləyirlər. Onların fikrincə, Allah`ın üstün yaratma sənətinin söylənilməsi kifayətdir və darvinizmin geçərsizliyinin söylənilməsinə ehtiyac yoxdur. Halbuki bu, son dərəcə səhv bir fikirdir. Çünki insanların illərdən bəri alışdığı səhv düşüncə şəkillərini aradan qaldırmağın ən önəmli yollarından biri onların ağıllarında yer alan bütün sual işarələrinin bir-bir açıqlanmasıdır. Bu səbəblə də insanlara Allah`ın varlığının dəlillərini, Rəbbimizin yaratma gerçəklərini anladarkən bir yandan da təkamül nəzəriyyəsinin geçərsiz olmasının mütləq açıqlanması lazımdır. Beləcə, insanlar öz fikirlərinin nə qədər əsassız olduğunu, illərlə böyük bir yalanın arxasınca getdiklərini qavrayacaq və Allah`ın varlığının açıq bir gerçək olduğunu daha asan anlayacaqlar.
Darvinizmin niyə keçərsiz olmasının maddə-maddə anladılması bu anlayışı müdafiə edən insanların istinad etdiyi bütün qaynaqları ortadan qaldırır. Beləcə, bütün "səhvlər və imkansızlıqlar" ortaya çıxmış olur. Hz.İbrahim də Allah`a olan möhkəm imanından qaynaqlanan üstün qavrayışı və bəsirəti sayəsində daş və taxta bütlərin yaxud da Günəşin, Ayın, ulduzların bu şəkildə tanrı olmayacağını dəlilləri ilə və ən hikmətli şəkildə ortaya qoymuşdur. Allah`ın varlığını və yaradılış gerçəyini təbliğ edən insanlar da gözəl əxlaqı və güclü imanı ilə Allah`ın insanlara nümunə göstərdiyi Hz.İbrahimlə eyni üslubu izləyə bilirlər.
"De: "Allah`ın bizim üçün yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allah`a təvəkkül etsinlər!" |
Hz.İbrahimin qövmü ilə darvinistlr arasındakı digər bir bənzərlik də təbliğ qarşısında verdikləri cavablardır. Bütpərəstlər daş və taxta heykəllərin heç bir şeyə gücünün çatmayacağını başa düşmüş və bunu özləri də dilə gətirmişdilər. Allah "Onlar bir-birinə müraciətlə: "Axı siz özünüz haqsızsınız" dedilər ("Ənbiya" surəsi, 64) ayəsi ilə bizlərə bu gerçəyi bildirir. Ancaq gerçəklikləri açıq görmələrinə və qəlbdən qəbul etmələrinə baxmayaraq inkarda dirənmiş, bütlərinə sədaqət göstərməkdə qərarlı olmuşdular.
Darvinistlər də təkamül nəzəriyyəsinin elm qarşısında bütün sübutlarını itirdiyini, günümüzdə darvinizmi elmi dəlillərlə isbat etməyin imkansız hala gəldiyi çox yaxşı bilirlər (Ətraflı məlumat üçün bax: "Təkamülçülərin etirafları", II nəşr, Harun Yəhya, Araşdırma Yayınçılıq). Allah`ın üstün yaratma dəlillərini ortaya qoyan hər çalışma onları daha da böyük bir ümidsizliyə və uğursuzluğa sürükləməkdədir. Canlılardakı qüsursuz nizam nümunələri, kompleks sistemlər, mükəmməl yaradılış detalları alimlər tərəfindən bir-birinin ardınca açıqlanmaqda, darvinizmin iddiaları elm qarşısında bir-bir ortadan qaldırılmaqdadır. Ancaq darvinistlər bunu açıqca qəbul etmir, bu düşüncələrini sadəcə sətir aralarında və istəmədən dilə gətirir, amma tam mənası ilə qəbul edə bilmirlər. Bu mövzudakı hər mübahisədə darvinistlər nəzəriyyələrini kor-koranə müdafiə edir, qarşı tərəfin dəlillərini isə görmürlərmiş kimi fikirlərinə davam edirlər.
Bu məqamda iman edənlər çox vacib bir gerçəyi əsla unutmamalıdır: vacib olan şey bir gerçəyi sözlə təsdiq etmək görünüşdə qəbul etmək deyildir. Vacib olan şey qəlbən bu gerçəyin fərqində olmaqdır. Darvinistlər də yaradılış gerçəyini qəlbən qəbul etmiş vəziyyətdədir. Onların öz səmimi düşüncələrini insanların önündə dilə gətirməsi bu gerçəyi dəyişdirməkdədir. Üstəlik darvinistlərin yaradılış gerçəyini vicdanən çox yaxşı başa düşdükləri halda onu rədd etməsi Quranda bizlərə bildirilən bir gerçəyi də ortaya qoyur: "Sadəcə az bir camaatın iman edəcəyi".
Iman edənlərin üzərinə düşən vəzifə isə gerçəkləri təkrar-təkrar başa salmaq, başa düşənlər üçün yeni metod və üslublar tapmaq, insanlara Allah`ın dinini ən gözəl şəkildə təbliğ edə bilmək üçün geniş şəkildə bir zehni fəaliyyət həyata keçirmək olmalıdır. Bu mücadiləni həyata keçirəcək adamlar Allah`a təslimiyyətli və təvəkküllü olmalıdır. Çünki qarşılarındakı adamlara hidayət verəcək olan Allah`dır. Bütün anladılanlar təbliğ edilən adamlara ancaq Allah`ın bunu istəyəcəyi təqdirdə təsir göstərəcəkdir.
Hz.İbrahim də qövmünə təbliğ edərkən çox səbrli davranmış, təvəkkülü və təslimiyyəti ilə bütün insanlara nümunə olmuşdur. O, hər vəziyyətdə Allah`ın onunla birlikdə olduğunu bilmiş, hər anı olduğu kimi, çətin görünən hadisələri də Allah`ın yaratdığına və Rəbbimizin hər hadisəni ən gözəl və ən xeyirli şəkildə sonuclandıracağına iman etmişdi. Qövmünün hədələri qarşısında əlindən gələn bütün cəhdləri göstərmiş, ancaq nəticənin Allah`a aid olduğunu bilərək Ona arxalanıb etimad etmişdi. Allah onun bu gözəl təvəkkülü qarşısında onu daim güclü və uğurlu etmişdir.
ADNAN OKTAR: Önce, onların bir kere putunu kırmak lazım. Hz. İbrahim (as) gibi, Hz. Musa (as) gibi. Hz. Musa (as) biliyorsunuz, önce o altından olan buzağıyı bir devirmişti ve asasını da atıp onun yılan haline geldiğini insanlara göstertti. Böylece de evrimin olmadığını, yani Firavun'un dediği gibi insanların ve canlıların, Nil'in çamurlarından tesadüfen oluşmadığını bir ispat etti önce. Önce bir yaratılışı ispat etti. Bizim de yapacağımız önce bir yaratılışı ispat etmektir, Darwinizm'in geçersizliğini insanlara bir anlatmaktır. Beyinlerindeki o putu, o kiri bir kere temizlemektir. Onu temizledikten sonra tertemiz bir yapının üzerine İslam'ı, Kuran'ı anlatmak çok kolaydır. Fakat en dikkat edilecek şey, tabi iman hakikatlerine çok önem vermek. Mesela bir sivrisineğin yapısını anlatmak, hayatını anlatmak, arının hayatını anlatmak bilmeyen bir insanı çok şaşırtır. Çok çok mükemmel ve çok hayret vericidir bu hayvanların hayatı, yapısı ve fiziksel özellikleri. Mesela örümceğin hayatını anlatabilirler. Ama en şiddetli netice alacakları şey, bütün görüntünün beyinde olduğunu insanlara tarif etmektir. Eğer bunu iyi kavratırlarsa hakkel yakin derecesinde insanlar iman ederler. Buna aklı başında hiç bir insan dayanamaz. Bu bilginin karşısında duracak hiç bir insan düşünemiyorum ben. (Ekin TV, 19 Ocak 2009)
ADNAN OKTAR: En başta sevgiyi kalbine oturtması lazım, çok samimi olacak, kendini sıkmayacak, Allah'a kendini teslim edecek, Allah'tan korkacak, Kuran'ı en az birkaç kere okusun. Ondan sonra Peygamber Efendimiz (sav)'in yoluna, ehli sünnet itikadına tam ram olacak, tam bağlanacak, onun dışında felsefenin ezilmesi çok önemlidir. Şimdi Hz. İbrahim (as) ne yaptı? Geldi putları kırdı. Resulullah (sav) ne yaptı? Putları kırdı. Hz. Musa (as) ne yaptı? Putu kırdı. Ahir zamanın putu ne? Darwinizm, materyalizm. O zaman ilk görevimiz nedir? Putları kırmak, putu kırmak. Darwinizm putunu kırmak, var gücü ile ilim baltası ile onu yerle bir edecek. Bunun için nurani silahlara ihtiyaç var, onu da benim kitaplarımdan, eserlerimden, internet sitemizden istifade ederek elde edebilirler. Onunla da o güzel vazifeyi yerine getirmiş olurlar. Putlar kırıldı mı zaten tevhid inancının yolu sonuna kadar açılmış oluyor. İstediğimiz gibi o zaman hareket ederiz. Tabi bölücü olmamak, Müslümanları parçalara ayırmamak, Şii, Alevi, Sünni diye ayırmamak çünkü hepsi "la ilahe illallah muhammeden resulullah" diyorlar, hepsine sevgi göstermek, hepsini dost ve kardeşimiz olarak bağrımıza basmak son derece önemli, aksi şeytana hizmet olmuş olur. Allah esirgesin. Zaten bir avuç Müslüman var dünyada, mesela İran, Suudi Arabistan, Suriye, Irak zaten bir avucuz. Ama fitne çıkaranlar bunları birbirine düşürmeye çalışıyorlar. Suriye'yi Irak'a, Irak'ı Suriye'ye, İran'ı Türkiye, Türkiye'yi İran'a, Suudi Arabistan'la Irak'ın arasını açıp birbirleri ile savaştırmak istiyorlar, bu masonik oyunlardır... Müslüman ülkeleri birbirine düşürmek istiyorlar. Kimse bu oyuna gelmesin, "la ilahe illallah muhammeden resulullah" diyen herkes bizim kardeşimizdir. Hepsini bağrımıza basarız inşaAllah. (Kocaeli TV, 15 Aralık 2009)
"De: "Allah`ın bizim üçün yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allah`a təvəkkül etsinlər!" |
Hz.İbrahimin qövmü inkarda İsrar edən ən kobud və davakar bir cəmiyyət idi və ayələrdə də bildirildiyi kimi, bu qiymətli insanla mübahisəyə girməyə çalışmışdı. Hz.İbrahim isə başına gələn hər hadisədə böyük bir səbr göstərmiş, Allah`ı vəkil tutub Ona həmd edərək üstün bir əxlaq göstərmişdir. Hz.İbrahim qövmünə təbliğ edərkən daima bütün təbii dəlilləri ortaya qoymuş, Allah`ın ona bəxş etdiyi üstün hikmət sayəsində ən təsirli nümunələri vermiş və son dərəcə qaneedici bir metoddan istifadə etmişdir. O, Allah`ın xoşuna gələcəyi kimi bir əxlaq göstərmiş, insanlara hər zaman şəfqətlə və mərhəmətlə yaxınlaşmışdı.
Hz.İbrahim tətbiq etdiyi planla qarşısındakı bütpərəst cəmiyyətin batil inancının bütün təməl qaynaqlarını ortadan qaldırmışdı. Bu azğın inancların ən kiçik bir əqli təməli olmayan, məntiqə zidd gələn, Allah`ın vəhyinə tərs bir inanc olduğunu əsaslandırmışdı.
Qövmü və xüsusilə də atası Azər isə Hz.İbrahimə qarşı güc tətbiq etmək istəmişdi. Halbuki Hz.İbrahim sadəcə məfkurəvi bir çalışma etmiş, inkarçılara qarşı fikri bir mübarizə aparmağın nə qədər vacib olduğunu ortaya qoymuşdu. Qarşısındakılar onu daş-qalaq etmək, evindən qovmaq və hətta öldürmək istəmiş, amma o, qövmünün zülmlərinə gözəlliklə reaksiya vermişdi. Bu, Allah`ın iman edənlərə Quranda da əmr etdiyi üstün bir əxlaq özəlliyidir:
"Yaxşılıqla pislik eyni ola bilməz! Sən yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!" ("Fussilət" srəsi, 34).
Hz.İbrahim təvəkkül etmiş, camaatının düşməncəsinə davranışı qarşısında hər zaman Allah`a olan gücü, imanı, səmimiyyəti, təslimiyyəti, ixlası ona güc vermiş, Allah`ın varlığını anlatmaq üçün çox təsirli metodlar tətbiq etmişdi. Həyatı boyunca çox böyük bir qətiyyət və şövqlə inkarçılara qarşı fikri mübarizə aparmış və Allah`ın rizası, rəhməti, cənnətindən başqa heç bir əvəz gözləməmişdi.
Bunu əsla unutmaq olmaz ki, hər kəsin iman etdiyi və Allah`ın rizasına görə yaşadığı bir cəmiyyət içində iman gətirmək daha asandır. Bu cəmiyyətdə insan ətrafındakı adamların həyatlarını gözləməyərək doğru yolu asanlıqla tapa bilir. Ancaq imansızların, Allah`ı inkar edənlərin sayca çox olduğu bir şəraitdə iman gətirmək, Allhın razı olacağı kimi bir həyat sürmək üçün daha ciddi bir qətiyyət lazımdır və bu səbəblə daha məqbul ola bilir (Ən doğrusunu Allah bilir). Hz.İbrahim də bu yönü ilə Allah`ın insanlardın üstün tutduğu xoşbəxt bir peyğəmbərdir.
Günümüzdə bəzi adamlar ətrafındakı insanların bir qismini Allah`ın varlığını inkar etməsi və Quran əxlaqının xaricindən həyat sürməsi səbəbi ilə ümidsizliyə düşməkdə, Allah`ın rizasını qazanmaq yönündəki istəklərini itirməkdədir. Halbuki müsəlman bütün dünya inkar etsə belə Allah`a könüldən təslim olmaq, Onun xoşlanacağı kimi bir həyat sürmək mükəlləfiyyətini daşıyır. Allah "Həqiqətən, İbrahim Allah`a müti, batildən haqqa tapınan bir imam idi. O heç vaxt müşriklərdən olmamışdı" ("Nəhl" surəsi, 120) ayəsi ilə Hz.İbrahimin gerçək imanı təkbaşına yaşaya bilən, sadəcə Allah`a yönələn bir qul olduğunu bildirir. Bu səbəblə də bütün iman edənlərin eynilə Hz.İbrahim kimi dəqiq qərar verib şərait nə olursa olsun, inkarçıların yalanları və tələləri qarşısında zəifləməməsi lazımdır.
Hz.İbrahimi Alova Atmaq Istəmələri
Bütlərinin sındırılmasından qəzəblənən inkarçılar Hz.İbrahimə şiddətlə və zorakılıqla cavab verməyi qərara almışdılar. Bunun üçün də Hz.İbrahimi alova ataraq yandırmaq kimi böyük bir əzazilliyə əl atmışdılar:
"Onlar dedilər: "Bunun üçün bir bina tikin, özünü də oda atın!" Onlar onun üçün belə bir hiylə qurmaq istədilər, Biz isə onları çox səfil bir vəziyyətə saldıq" ("Saffət" surəsi, 97-98).
"Allah bizə yollarımızı nicat, səadət yollarını göstərdiyi halda, biz nə üçün Ona təvəkkül etməməliyik..." "...Bizə verdiyiniz bütün əziyyətlərə, əlbəttə, dözəcəyik. Təvəkkül edənlər də yalnız Allah`a təvəkkül etsinlər!" |
Başqa bir ayədə də Allah qövmünün Hz.İbrahimə nə qədər düşməncəsinə yaxınlaşdığını, onu mütləq öldürmək üçün tələ hazırladığını bu şəkildə bildirir:
"Tayfasının cavabı: "Onu öldürün, yaxud da yandırın!" -deməkdən başqa bir şey olmadı. Amma Allah onu oddan xilas etdi. Həqiqətən, bunda iman gətirən bir tayfa üçün ibrətlər vardır!" ("Ənkəbut" surəsi, 24).
Müşriklərin Allah`ın varlığının dəlillərini açıqca gördükləri halda içlərində Hz.İbrahimi alova atacaq qədər böyük bir qəzəb hiss etmələri bu adamların elçilərə və iman sahiblərinə olan kin və dözümsüzlüyünün vacib bir nümunəsidir. Allah Quranda inkarçılar tərəfindən alova atılan digər möminlərdən də xəbər verir:
"Xəndək sahibləri qətl edildilər. O xəndəklər ki, çırpı ilə alovlandırılmışdı. O zaman onlar kənarında oturub, möminlərin başlarına gətirdiklərinə tamaşa edirdilər. Onlardan yalnız yenilməz qüvvət sahibi, şükrə layiq olan Allah`a iman gətirdiklərinə görə intiqam alırdılar" ("Buruc" surəsi, 4-8).
"O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: "...Onları Rəbbi tərəfindən bağışlanmaq və rəhmət gözləyir. |
Ancaq Allah inkarçıların bütün hiylələri kimi onların zülmünü də boşa çıxarır. Möminlər onlara verilən işgəncə səbəbi ilə Allah dərgahında böyük bir savab qazanarkən onlara bu zülmü edən inkarçılar da əbədi bir cəhənnəm əzabına düçar olurlar.
Ilk baxışda Hz.İbrahimin çoxsaylı inkarçı tərəfindən yandırılaraq öldürüləcəyi zənn edilir. Fəqət, ölüm ancaq Allah`ın diləməsi ilə olduğu kimi atəş də yalnız Allah`ın istəyi ilə "yandırma" özəlliyinə sahibdir. Hər şeyi yaradan Allah o an alova Hz.İbrahimə qarşı "soyuq və sərin" olmağı əmr etmiş, inkarçıları isə elə özlərinin qazdığı quyuya salmışdı:
"Biz də: "Ey atəş! İbrahimə qarşı sərin və zərərsiz ol!" -deyə buyurduq. Onlar hiylə qurmaq istədilər, lakin Biz onları daha çox ziyana uğratdıq. Biz onu da, Lutu da aləmlər üçün mübarək etdiyimiz yerə qovuşdurduq" ("Ənbiya" surəsi, 69-71).
Allah bütün elçilərinə yardım etdiyi kimi Hz.İbrahimə də bu çətin anında ən gözəl şəkildə kömək etmişdir. Hz.Musaya Firon və əsgərləri çatdığı anda dənizin yarılaraq yol açılması və ardınca Firon ordusunun dənizdə boğulması kimi Hz.İbrahimə qurulan tələ də böyük bir möcüzə ilə pozulmuşdur. İbrahim peyğəmbər inkarçıların qurduğu bu tələ qarşısındakı dəyanəti, cəsarəti və təvəkkülü ilə möminlərə nümunədir. Son dərəcə güclü bir imanı olduğu üçün başına gələn bütün hadisələrin bir alın yazısı, Allah`ın bir planı olduğunu anlayır. Bunun üçün qeyri-mümkün kimi görünən bir hadisədə də Allah`ın köməyinin və dəstəyinin həmişə möminlərin yanında olacağını bilir. Çünki bu, Allah`ın vədidir, Allah möminlərin əleyhinə inkarçılara yol verməz ("Nİsa" surəsi, 141).
Möminlərin də Allah`a olan imanı, təvəkkülü və gözəl əxlaqı ilə ayələrdə öyülən İbrahim peyğəmbəri özlərinə nümunə götürərək çətinliklər qarşısında hər zaman Allah`a güclü bir təvəkkül göstərməsi və hər şeyi yaradanın Allah olduğunu əsla unutmaması lazımdır. Necə ki, zərər gətirəcəyi düşünülən hadisələrin hamısı əslində bir imtahan olaraq yenə möminlərin xeyrin gerçəkləşir. Bu durumda müsəlmanın daim şövqlü və əzmli olması və hər zaman Rəbbimizə güvənməsi Allah`ın rizasını qazanmağa ən uyğun davranış olacaq.
Ona görə də inkarçıların tələ, sui-qəsd və hücumları möminin kədərli olmasına və qəm-qüssə duymasına əsla səbəb olmamalıdır. Əksinə, hər zaman üçün şövqünün artmasına və Allah`a yaxınlaşmasına vəsilə olur. Belə ki, Allah Quranda Peyğəmbərimizə (s.ə.v.) bu mövzuda belə əmr etmişdir:
"Səbr et. Sənin səbr etməyin yalnız Allah`ın köməyilədir. Onlardan ötrü kədərlənmə və qurduqları hiylələrə görə də ürəyini qısma! Həqiqətən, Allah Ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlədir!" ("Nəhl" surəsi, 127-128).
Allah, "Ey ateş, İbrahim'e karşı soğuk ve esenlik ol" (Enbiya Suresi, 69) ayetiyle ateşin Hz. İbrahim (as)'a zarar vermediğini bildirmiştir. Bununla inkar edenlerin tuzakları bozulmuş, onlar Allah'ın kutlu elçisine en ufak bir zarar dahi verememişlerdir. Bu ayet aynı zamanda günümüze dair önemli bir işaret de içermektedir. (Doğrusunu Allah bilir.)
Bilindiği gibi, günümüzde yüksek teknoloji ile farklı özelliklere sahip kumaşlar ve malzemeler üretilmektedir. Bu malzemelerle ateşe dayanıklı giysiler, araçlar yapılmaktadır. Örneğin kişiyi ateş, alev, kıvılcım ya da başka yanıcı etkilere karşı koruyan iplik ve kumaşlardan giysiler yapılmaktadır. Aleve karşı dirençli olan bu giysiler daha zor tutuşur, daha yavaş yanar ve alev ya da ısı kaynağı ortadan kalktığında kendiliğinden söner. Bu tür giysiler yanma sırasında kişiye üzerindekileri çıkartmak ya da alevleri söndürmek gibi doğru hareketleri yapmak için daha fazla zaman kazandırmaktadır.
Cam, aramid, novoloid, sulfar ve saran liflerinden üretilen kumaşlar da alev alarak yanmaz ve yüksek ısılara dayanıklıdır. Farklı ipliklerden üretilen bu kumaşların yanmaya karşı koruyucu olmaları için kumaşın ağırlığı, dokuması, yapısı, gerilimi ve çeşitli testlerde gösterdikleri performans dikkate alınır. Aleve dayanıklı kumaşlardan tasarlanan gömlek, pantolon, ceket, kazak, ayakkabı, eldiven, çorap ve başlık gibi giysiler petrol rafinerileri, kimyasal madde üreticileri, elektrik ve doğalgaz tesisleri, çelik endüstrisi, alüminyum imalatçıları, kaynak yapılan işletmeler, havacılık ve uzay endüstrisi, inşaat sanayi, acil durum ve yangın söndürme görevlileri tarafından kullanılır.4
Yukarıdaki ayette de ahir zamanda ortaya çıkan bu büyük bilimsel gelişmeye işaret ediliyor ve ateşe karşı dayanıklı kumaş ve maddelerin üretileceğine dikkat çekiliyor olabilir. Şüphesiz doğrusunu Allah bilir.
Hz.İbrahim şirk qoşan qövmünə sitayiş etdikləri bütlərin heç bir şeyə gücünün çatmayacağını sual verməklə onları düşündürmüşdü:
"...Elə isə Allah`ı qoyub sizə heç bir xeyir və zərər verə bilməyən bütlərəmi ibadət edirsiniz?" ("Ənbiyə" surəsi, 66).
Sual vermək insanların öz məntiqlərindən istifadə edərək içinə düşdükləri vəziyyəti görməyinə şərait yaradır. Bu çox önəmli bir təbliğat metodudur. Allah`ı inkar edən insanlar səmimi və hikmətli suallar qarşısında çox böyük bir çətinliyə düşərlər. Çünki Allah`ın varlığı açıq dəlillərlə ortadadır. Allah`ın dinindən üz çevirərək və Allah`ı unudaraq bir həyat qurmağın böyük bir aldanış olacağı aydındır. Ağıl və vicdan sahibi olan insanlar Allah`ın sonsuz güc və qüdrətini anlayar, Onun hər şeyə gücünün çatdığını, sonsuz elm və hikmət sahibi olduğunu bilir və bütün həyatlarını Allah`ın rizası üzərində qururlar. Şeytanın təsiri ilə bu gerçəklikləri düşünməyən qafil insanları oyandırmanın təsirli yolu isə onları bu qəflət yuxusundan oyandıracaq, gözlərini açacaq suallar verməkdir. Allah Quranın bir çox ayəsində insanları müxtəlif suallarla düşünməyə dəvət edir:
"Bəs içdiyiniz suya nə deyirsiniz? Onu buluddan endirən sizsiniz, yoxsa Biz?! Əgər istəsəydik, onu acı edərdik. Elə isə niyə şükr etmirsiniz? Bəs yandırdığınız oda nə deyirsiniz? Onun ağacını yaradan sizsiniz, yoxsa Biz? Biz onu ibrət dərsi və səhrada olan müsafirlərin faydalanması üçün yaratdıq. Belə olduqda sən ulu olan Rəbbinin adını müqəddəs tutub zikr et!" ("Vaqiə" surəsi, 68-74).
"Ey qövmümüz! Allah`ın carçısını qəbul edin və ona iman gətirin. Allah günahlarınızdan keçər və sizi şiddətli əzabdan xilas edər! Allah`ın carçısını qəbul etməyən yer üzündə qaçıb canını Ondan qurtara bilməz və ona Allah`dan başqa kömək edən dostlar da tapılmaz. Belələri açıqaşkar azmışlar!" "O dedi: "Ey Rəbbim! Mən qövmümü gecə-gündüz dəvət etdim! Lakin dəvətim onların qaçmalarını daha da artırmaqdan başqa bir şeyə yaramadı. Sənin onları bağışlamağın üçün mən nə zaman onları dəvət etdimsə, onlar barmaqlarını qulaqlarına tıxadılar, libaslarına büründülər, İsrar edib durdular və təkəbbür göstərdilər. Sonra mən onları uca səslə dəvət etdim. Daha sonra onlara aşkar söylədim və gizli bildirdim" |
Möminlər din əxlaqını anladarkən qarşılarındakı adamın vəziyyətinə, şüurunun açıqlığına və vicdanlı davranıb-davranmamasına görə bir çox metodları sınaqdan çıxara bilərlər. Əgər təbliğ edilən adam Allah`ın ayələrinə qarşı duyğulu, vicdanı açıq bir adamdırsa, Allah`ın izniylə onun din əxlaqını qavraması çox asan olur. Fəqət, Hz.İbrahimin qarşısındakılar kimi təkəbbürlü və zalım bir cəmiyyətdirsə, bu halda onları bu şəkildə "oyandırmaq", qəflət halından çıxarmaq, fikrən sarsıtmaq lazımdır. Belə insanlar təkübbürü üzündən doğrunu görməyəcək, görsə də qəbul etməyəcək bir şüursuzluq içindədir. İnadla öz inanclarının doğruluğunu müdafiə edir və fərqli bir fikri dinləməyə hətta razılıq da vermirlər. Belə bir vəziyyətdə qarşı tərəfin müdafiə etdiyi fikri darmadağın etmək üçün o adama suallar vermək ən hikmətli və ən tez nəticə verəcək üslublardan biridir. Beləcə, adam öz müdafiə etdiyi azğın inancında ziddiyyətə düşəcək. Və öz ağılsızlığına, batil və azğın bir inanca necə girdiyinə xüsusilə özü şahid olacaqdır.
Sual verməyin digər bir önəmi də qarşı tərəfin anladılanlar üzərində düşünməkdən qaçmasını əngəlləməkdir. Çünki insan Quranda bildirildiyi kimi, höcətə və mübahisəyə meylli bir varlıqdır. Yəni fərqli bir fikrin anladılmasının müqabilində bir çox adam ümumiyyətlə əks hücuma keçib öz fikrini müdafiə etməyə çalışacaq. Bu nəticəsiz çəkişməni əngəlləməyin bir üsulu sual verməklə və beləcə adamın öz fikrini soruşmağa yönəltməkdir. Şeytan insanların Allah`ın, axirət gününün, cənnət və cəhənnəmin varlığı kimi önəmli mövzular üzərində düşünməsini əngəlləmək istədiyindən onları daim gerçəklərdən qaçacaqları bir davranışa yönəltməyə çalışır. Sual metodundan bu tipli adamlara qarşı istifadə oluna və sözügedən adamların Allah`ın varlığı, dünya həyatının məqsədi, ölümdən sonra nələrin olacağı, hesab günü kimi daha öncə bəlkə də heç düşünmədikləri gerçəklər üzərində düşünməsi təmin edilə bilər.
Hz.İbrahim Allah`ın hidayət verdiyi və insanları iman etməyə çağırmaqla vəzifələndirdiyi müqəddəs bir elçidir. O, hər elçi kimi insanları doğru yola, Allah`ın rizasını qazanmağa, axirət üçün yaşamağa və gözəl əxlaqlı olmağa çağırmışdır.
Elçilərin bu dəvətlər zamanı istifadə etdiyi metodlar, mövzuları izah etmə formaları, üslubları hər müsəlmana nümunə olmalı, hər müsəlman insanları din əxlaqına dəvət edərkən bu mübarək insanlar kimi danışmalı və davranmalıdır.
Peyğəmbərlərin Allah`a iman etməyə və daha öncəki azğın inanclarını tərk etməyə dəvət etdiyi cəmiyyətlər ümumiyyətlə söz anlamayan azğın insanlardan ibarət idi. Ancaq Rəbbimizin Peyğəmbərimizə (s.ə.v.) "Buna görə də sən dəvət et və sənə əmr edildiyi kimi səbatlı ol. Onların nəfslərindən gələn istəklərə uyma və de: "Elə isə sən buna görə, dəvət et və əmr olunduğun kimi düzgün istiqamətə tabe ol..." ("Şura" surəsi, 15) ayəsi ilə də əmr etdiyi kimi, bütün elçilər təbliğlərində Allah`ın razı olacağı şəkildə davranmış və üstün bir əxlaq göstərmişlər. Hz.İbrahimin qarşısında da atalarının batil dininə son dərəcə bağlı olan höcət bir qövm vardır. Hz.İbrahim onlara şirk sisteminin sərsəmliyini göstərdiyi halda onunla mübahisəyə girmişdilər:
"Tayfası onunla mübahisəyə girişdi. İbrahim dedi: "Allah məni doğru yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz? Rəbbimin istədiyi hər hansı bir şey istisna olmaqla, mən sizin Ona şərik qoşduğunuz bütlərdən qorxmuram. Rəbbim hər şeyi elmlə ehtiva etmişdir. Məgər düşünüb öyüd-nəsihət qəbul etmirsiniz? Allah`ın sizə heç bir dəlil endirmədiyi bütləri Ona şərik qoşmaqdan qorxmadığınız halda, mən niyə sizin qoşduğunuz şəriklərdən qorxmalıyam? Əgər bilirsinizsə, bu iki dəstədən hansı əmin olmağa daha layiqdir? İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır! Bu bizim İbrahimə öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz şəxsi dərəcə-dərəcə yüksəldərik. Şübhəsiz ki, Rəbbin hikmət, elm sahibidir" ("Ənam" surəsi, 80-83).
Hz.İbrahimin təbliğində ən diqqətçəkici cəhətlərdən biri də səmimiyyəti və açıq danışan olmasıdır. O, Allah`ın varlığını anladarkən adamların vicdanlarına yönəlik, təsirli söz söyləyir. Onları açıqca xəbərdar edir, sadəcə Allah`dan qorxmağa dəvət edir. Bu isə onlara və şirk qoşduqları bütlərinə qarşı nə cür cəsur, dəyanətli və qətiyyətli olduğunu göstərir. Hz.İbrahim qövmünün inancının azğınlığını, sarsaqlığını səmimi bir şəkildə anladır və bunu təsirli bir metodla ifadə edir. Bu, Allah`ın Quranda iman edənlərə bildirdiyi bir əmridir:
"Onlar elə şəxslərdir ki, Allah onların ürəklərindəkini bilir. Sən onlardan üz çevir, onlara öyüd ver və onlara özləri haqqında təsirli söz de!" ("Nİsa" surəsi, 63).
Qövmü ona qarşı çıxarkən Hz.İbrahimin Allah`a olan dərin imanından qaynaqlanan istəyi və qətiyyəti səmimi, ağıllı və vicdanlı bir insana təsir edəcək bir davranış üstünlüyüdür. Ancaq qövmü heç bir sözü anlamağa çalışmayan cahil bir cəmiyyət olduğu üçün Hz.İbrahim bundan sonra başqa metodları sınamışdır. Onların davakar və höcət üslublarına Allah`ın ayələrində də bildirdiyi kimi, ən gözəl şəkildə cavab vermişdir. Allah iman gətirənlərə bir ayədə bu şəkildə əmr edir:
"Əgər onlar səninlə mübahisə edərlərsə, belə de: "Mən özümü ardımca gələnlərlə birlikdə Allah`a təslim etmişəm". Kitab verilmiş şəxslərə və savadsızlara de: "Siz də təslim oldunuzmu?" Əgər təslim olarlarsa, doğru yola yönəlmiş olarlar, yox, əgər üz döndərərlərsə, sənin vəzifən ancaq haqqı tətbiq etməkdir. Allah, şübhəsiz ki, bəndələrini görəndir!" ("Ali-İmran" surəsi, 20).
Biz hər ümmətə: "Allah`a ibadət edin, Tağutdan çəkinin! -deyə peyğəmbər göndərmişdik. Onların bir qismini Allah doğru yola yönəltmiş, bir qismi isə haqq yoldan azmalı olmuşdur. Yer üzündə dolaşıb görün ki, yalançı hesab edənlərin axırı necə oldu!" ("Nəhl" surəsi, 36). |
Əvvəlki fəsildə də üzərində durduğumuz kimi, Hz.İbrahim qövmünü Alaha iman gətirməyə dəvət edərkən hər cür planlar cızmış və çox fərqli metodları nəzərdən keçirmişdi. Bu metodların biri də mümkün təhlükələri və ala biləcəyi əks-təsirləri düşünərək əvvəlcədən müxtəlif tədbirlər görməkdir. Quranda peyğəmbərlərin Allah`ın vücudca və elmcə dəstəklədiyi, üstün bir hikmət, anlayış və qavrayış qabiliyyəti verdiyi, Allah`ın ilhamı ilə çox ağıllı və təsirli tədbirlər görən, bəsirət sahibi qullar olması xəbər verilir. Bu üstün özəlliklər Hz.İbrahimdə də ən mükəmməl şəkildə ortaya çıxır. Ona Allah`ın verdiyi məsuliyyəti ən gözəl şəkildə yerinə yetirmiş, insanları hidayət yoluna dəvət etmək üçün əlindəki bütün imkanlardan sona qədər istifadə etmişdir.
Hz.İbrahimin qarşısında çox basırıq bir cəmiyyət vardı. Üstəlik bu cəmiyyət onu öldürməklə, daş-qalaq etməklə və yurdundan qovmaqla hədələməkdədir. Hz.İbrahim isə ona qarşı hər cür tələ qurmağa çalışan bu müşrikləri mütləq yanından uzaqlaşdırmaq istəyir. Bunun üçün də onlara "xəstəyəm" demişdir:
"Həmin vaxt o, atasına və tayfasına belə demişdi: "Siz nəyə ibadət edirsiniz? Allah`ı qoyub yalançı tanrılarımı istəyirsiniz? Aləmlərin Rəbbi barəsində zənniniz nədir?" İbrahim ulduzlara bir nəzər saldı. Və dedi: "Mən xəstəyəm!" Ondan üz çevirib getdilər" ("Saffat" surəsi, 85-90).
Hz.İbrahimin söylədiyi sözlə inkarçıları yanından uzaqlaşdırması son dərəcə hikmətli və ağıllı bir hərəkətdir. Çünki onun xəstə olduğunu eşidən adamlar özlərinə bir zərər gəlməsin deyə ondan uzaqlaşmış, beləcə Hz.İbrahimə bir zərər verə bilməmişlər. Bu şəkildə tək qalan Hz.İbrahim bütləri sındırmaq üçün də vaxt qazanmışdı. Əgər belə bir şey söyləməsəydi, inkarçı qövmü ondan ayrılmayacaq, o da bütləri sındırıb tələ hazırlamaq imkanı tapmayacaqdı. Hz.İbrahimin insanları şirk kimi bir günahdan təmizləmək üçün qurduğu bu incə plan onun Allah qorxusu, Allah sevgisi və iman gücü ilə hərəkət etməsinin ən gözəl nümunələrindəndir. Allah`ın ona verdiyi təbliğ vəzifəsini yerinə yetirmək üçün çox böyük bir cəsarət və qətiyyətlə, heç bir çətinlik qarşısında qorxmadan çalışmışdır. İnsanlardan heç bir əvəz gözləməmiş, pisliklərə yaxşılıqla cavab vermiş, bunları edərkən də sadəcə Allah`ın rizasını hədəfləmişdi.
Quranda "bir şeyi qüsurlu göstərərək zalımların əlindən qurtarma" ilə bağlı daha bir nümunə verilir. Bu nümunələrdən biri Hz.Musa ilə birlikdə səfərə çıxan Hz.Xızır hekayəsində yer alır. Ayələr bu şəkildədir:
"Bundan sonra onlar durub yola düşdülər. Gəmiyə mindikləri zaman onu deşdi. Musa dedi: "Sən gəmidə olanları suya qərq etmək üçünmü gəmini deşdin? Doğrusu, günahı böyük bir şey etdin"" ("Kəhf" surəsi, 71).
"Belə ki, gəmi dənizdə çalışıb-vuruşan bir dəstə yoxsula mənsub idi. Mən onu xarab etmək istədim, çünki həmin adamların arasında hər bir saz gəmini zorla ələ keçirən bir padşah var idi" ("Kəhf" surəsi, 79).
Allah`ın xüsusi bir elmlə dəstəklədiyi mübarək bir qulu olan Hz.Xızırın gəmini deşməsində də çox böyük bir ağıl, bəsirət və uzaqgörənlik diqqəti çəkir. Ayələrdə Hz.Xızırın Allah`a güclü imanı, təvəkkülü, təslimiyyəti və daha bir çox özəlliyi ilə təriflənən, hər hərəkəti xeyir və hikmət üzrə olan bir qul olduğu bildirilir. Hz.Xızır bir gəmini deşmişdi və bunu edərkən çox önəmli bir neçə məqsədi vardı. İrəlidə bu gəmidəkilərə və gəmiyə zərər verəcək əzazil bir şah olduğunu bilir, mərhəməti ilə dərhal yoxsullara yardım etməyə qaçır. Onların sıxıntı içinə düşməsini, əzazil kimsələrdən zülm görməsini əngəlləmək istəmişdir. O səbəblə də yoxsulluq və ehtiyac içində olan bu insanları qorumaq üçün dərhal gəmilərində bir deşik açmış, beləcə gəmini nöqsanlı göstərərək zalımların əlindən qurtarmışdı. Bu arada gəmini uyğun ölçülərdə, təkrar təmir ediləndə asanca istifadə edilə biləcək şəkildə dağıtmışdı. Beləcə, gəmini görən adam onu qüsurlu zənn edəcək və istifadə etməkdən vaz keçəcəkdi. Ancaq möminlər əzazil adamların mallarını ələ keçirmə təhlükəsi ortadan qalxdıqdan sonra gəmini asanlıqla yenidən təmir edib istifadə edə biləcək hala gətirəcəkdilər.
Ayələrin davamında Hz.Xızırın Allah`ın əmrlərini tərəddüdsüz yerinə yetirən, mərhəmət və şəfqəti ilə diqqəti çəkən, iman edənlərə pərəstişi və yardımsevərliyi ilə tanınan, səbri və qətiyyəti ilə təriflənən hikmət sahibi bir qul olması anlaşılır (Müfəssəl məlumat üçün bax: ""Kəhf" surəsindən axır zamana işarətlər", Harun Yəhya).
"Belə ki, gəmi dənizdə çalışıb-vuruşan bir dəstə yoxsula mənsub idi. Mən onu xarab etmək istədim..." |
"...Çünki həmin adamların arasında |
Hz.İbrahim də inkarçı qövmlə mücadilə edərkən qurduğu bir plan üzrə qövmünün bir tanrı sayıb sitayiş etdiyi bütlərin hamısını sındırmış, yalnız birini salamat saxlamıhdı. Bunu görən insanlar Hz.İbrahimi bütləri sındırmaqda suçlamış və onu özlərinə görə cəzalandırmaq istəmişdi. Hz.İbrahimin inkarçılara qarşı hazırladığı plan - daha öncə də bildirdiyimiz kimi - burada ortaya çıxır:
"Bəlkə, onların bu böyüyü bunu etmişdir. Əgər danışa bilirlərsə, özlərindən soruşun!" - deyə cavab verdi" ("Ənbiya" surəsi, 63).
Hz.İbrahimin bu cavabı ilə daş və taxta bütlərin bütün kainatı idarə etməsinə, canlılar üzərində hakim olmasına inanan bütpərəst qövmü çox böyük bir dalana salmış, alçaltmış və o, heç bir cavab verə bilməmişdi. Çünki bu bütlərin heç bir gücü olmayan, cansız daş və taxta parçalarından heykəllər olması aşkar məsələdir. Bu açıq-aşkar gerçəyi qəbul etməkdən başqa çarələrinin olmaması ortadadır. Ancaq vicdanın və qəlbin inandığı bu gerçəkləri açıq şəkildə söyləyə bilməzlər. Bunun səbəblərindən biri isə Allah`ın Quranda da bildirdiyi kimi, "zülm və təkəbbürləri"dir ("Nəml" surəsi, 14).
Hz.İbrahimin təbliğində vurğulanacaq digər vacib məqam isə yeni bir izahata başlamazdan əvvəl qövmünün bütün səhv inanclarını tamamən ortadan qaldırmış olmasıdır. Allah Hz.İbrahimə çox böyük bir hikmət, üstün bir anlayış və təbliğ gücü vermişdir. O, öz qövmünü Allah`a iman gətirməyə dəvət edərkən ən hikmətli, ən təsirli və ən ağıllı üslubdan istifadə etmişdi. Allah`ın ilhamı ilə qövmünün azğın və yanlış dinini tamamən ortadan qaldırmış, şirk dininin nə qədər böyük bir səhv və azğınlıq olduğunu ən təsirli şəkildə ortaya qoymuşdu. Beləcə, Rəbbimizin insanlara xəbərdarlıq edən və xilaskar kimi göndərdiyi və aləmlərdən üstün tutduğu bu mübarək elçisi Allah`ın izni ilə batil bir anlayışın yerinə Allah`ın varlığına, Onun üstün güc və qüdrətinə iman etməyə söykənən, haqq olan bir görüş və düşüncə tərzi yerləşdirmişdi.
Hz.İbrahimin qövmünü Allah`ın vəhyi ilə hidayətə dəvət edərkən əsas götürdüyü bu hikmətli yol bütün müsəlmanların din əxlaqını anladarkən nümunə ala biləcəkləri çox önəmli bir rəhbərdir. Hz.İbrahimin qövmünə etdiyi bu təbliğ bir cəmiyyəti Allah`a iman etməyə dəvət edərkən əvvəlcə o cəmiyyətin sahib olduğu bütpərəst dinin ziddiyyətlərini və çıxış yolunun olmadığını ortaya qoymağın son dərəcə hikmətli və təsirli bir yol olduğunu göstərir. Beləliklə, inancların çürük bir əsasa söykəndiyini görən insanların haqq dinin üstünlüyünü qavraması, Allah`ın bütün kainatı yoxdan yaratdığını, sonsuz güc və qüdrət sahibi olduğunu və bütün varlıqları əhatə etdiyini görə bilmələri - Allah`ın diləməsi ilə - daha asan olacaqdır.
Allah`ın Hz.İbrahimə verdiyi ən böyük nemətlərindən biri onu mələkləri ilə dəstəkləməsidir. Rəbbimizin Quranda xəbər verdiyinə görə, Hz.İbrahimə insan surətində gələn mələk elçilər onun evində qonaq olmuşdular:
"Həqiqətən, elçilərimiz İbrahimin yanına müYdə ilə gəlib: "Salam!" - dedilər. İbrahim də: "Salam!" - deyə cavab verdi və dərhal qızarmış bir buzov gətirdi" ("Hud" surəsi, 69).
Göründüyü kimi, Hz.İbrahim gələn qonaqların fərqli adamlar olduğunu dərhal başa düşmüşdür. Cavabında heç tanımadığı bu qonaqlara çox üstün bir qonaqpərvərlik nümunəsi göstərmiş, dərhal çox gözəl hədiyyə etmişdir. Hz.İbrahimin tanımadığı qonaqlarına dərhal hədiyyə etməsi onun üstün əxlaqının daha bir təzahürüdür. Hədiyyə etməyin qonaqlardan bir tələb gəlməmiş edilməsi müsəlmanların nümunə almalalı olduğu incə düşüncə xüsusiyyətlərindən biridir. Hz.İbrahimin göstərdiyi incə düşüncə nümunələrindən digəri də bu hədiyyəni hiss etdirmədən hazırlamasıdır:
"O ailəsinin yanına getdi və bir buzov gətirdi. Onu qabaqlarına qoyub: "Bəlkə, yeyəsiniz!" - dedi" ("Zariyat" surəsi, 26-27).
Hz.İbrahim qonaqlarından ac olub-olmadıqlarını soruşmamış, yemək hazırladığını belə onlara hiss etdirməmişdi. Çünki insanın evinə gələn bir qonaq yeməyə ehtiyacı olduğunu deməkdən utana və izzəti-nəfsi ucbatından bunu dilə gətirməyə bilər. Hz.İbrahimin yeməyi sezdirmədən hazırlatması qonaqlara göstərilən hörmətin və qayğının bir nümunəsidir.
Hz.İbrahim qonaqlarına "kök, qızardılmış bir buzovu" hədiyyə etmişdi. Bu da verilən yeməyin son dərəcə ləzzətli və gözəl olduğunu göstərir. Onlara ən ləzzətli, ən təzə və ən dadlı yeməklərdən birini hazırlamışdır. Hz.İbrahimin hədiyyə edərkən "yeməzmisiniz" deyə soruşması da yenə Allah`ın bütün inananlara nümunə göndərdiyi bu xoşbəxt elçisinin üstün əxlaqının və incə düşüncəli davranışının çox gözəl nümunələrindən biridir.
Hz.İbrahimin qonaqları onun onlara təqdim etdiyi yeməklərdən yeməmişdilər:
"İbrahim qonaqların əllərinin yeməyə uzanmadıqlarını gördükdə onların bu hərəkəti xoşuna gəlmədi və qorxuya düşdü. Onlar dedilər: "Qorxma, biz Lut tayfasına göndərilmişik!"" ("Hud" surəsi, 70).
Qonaqlarına qarşı çox yaxşı davrandığı və onlara hörmət etdiyi halda qonaqların onlara verilən yeməyi yeməmələri Hz.İbrahimə ortada bir fövqəladəliyin olduğunu göstərmişdi. İnsan surətində ona gəlmiş olan bu mələklər şübhəsiz ki, çox nəzakətli və əsilzadə bir əxlaq göstərmişdilər. Hz.İbrahim də onların çox qiymətli qonaqlar olduqlarını dərhal anladığı üçün onlara qarşı son dərəcə qonaqpərvərlik göstərmişdi. Elçilər bunun müqabilində öz kimliklərini açıqlamış və sonra da Hz.İbrahimi saleh bir uşaqla müYdələmişdilər:
"O zaman ki, onlar onun hüzuruna daxil olub: "Salam!" -dedilər. (İbrahim də qonaqların yeməyə əl uzatmadıqlarını görüb:)"Biz, həqiqətən, sizdən qorxuruq!" - dedi. Onlar: "Qorxma, biz səni çox bilikli bir oğulla müYdələyirik!" -deyə cavab verdilər" ("Hicr" surəsi, 52-53).
, |
Elçilərin bu müYdəsi qarşısında Hz.İbrahim və xanımı çaşmışdı, çünki ikisi də yaşlı idi. Üstəlik Hz.İbrahimin xanımının da uşağı olmurdu. Elçilərin bu müYdəsinin müqabilində Hz.İbrahim onlara bu sözlərlə cavab vermişdir:
"İbrahimin arvadı durmuşdu. O güldü. Bundan sonra Biz onu İshaqla, İshaqın da ardınca Yəqubla müYdələdik. Dedi: "Vay halıma! Mən qoca bir qarı, bu ərim də ixtiyar bir kişi olduğu halda, mən necə doğa bilərəm?! Bu çox təəccüblü bir şeydir!"" ("Hud" surəsi, 71-72).
Bu, Hz.İbrahim üçün böyük bir möcüzənin xəbəri idi. Elçilərin bu xəbərindən çaşan Hz.İbrahimin arvadı heyrətlə necə doğacağını soruşanda elçilər onun bu sualına "...Onlar dedilər: "Sənin Rəbbin belə deyir, axı. O, hökm və hikmət sahibidir, hər şeyi biləndir" ("Zariyat" surəsi, 30) deyə cavab vermişdilər. Allah başqa bir ayəsində də Hz.İbrahimin və arvadının bu əmrə təəccüblənməməsinin lazım olduğunu bildirmişdir:
"...Sənin Rəbbin belə buyurmuşdur. Şübhəsiz ki, O, hikmət sahibidir, biləndir!" ("Hud" surəsi, 73).
Elçilər Hz.İbrahimə ayrıca bunu da xatırlatmışdı:
"Dedilər: "Allah`ın əmrinə təəccübmü edirsən? Ey ev əhli! Allah`ın bərəkəti və mərhəməti üstünüzdə olsun. Allah təriflənib şükr olunmağa, öyülüb mədh edilməyə layiqdir!"" ("Hicr" surəsi, 55).
Allah`dan ümidi kəsmək dindən uzaq yaşayan insanlara aid bir ruh halıdır. Bu insanlar bir neçə arzuları yerinə yetməyəndə ümidsizliyə düşür və istəklərinin heç bir zaman gerçəkləşməyəcəyinə inanırlar. Bu, onların Allah`ı lazımi şəkildə təqdir edə bilmədiyini göstərir. Hz.İbrahim isə daim Allah`a ümid edərək gözəl əxlaqi xüsusiyyətlər göstərmişdir.
Mömin Allah`ın gücünün fərqində olaraq hər şeyi Allah`dan istəyir və Ona ümidvar olur. Unutmaq olmaz ki, səbəbləri və bunlara bağlı olaraq meydana çıxan nəticələri yaradan, dünya üzərindəki qanunları qoyan Allah`dır. Allah əgər bir şeyin olmasını diləyərsə, ona sadəcə "Ol" deyər və o hadisə də dərhal gerçəkləşər. Allah dərgahında hər şey mümkün olduğu üçün mömin hər tələbində ümid içindədir. Allah sonsuz qüdrətini bir Quran ayəsində bu şəkildə bildirir:
"Göyləri və yeri icad edən Odur. Bir işin yaranmasını istədiyi zaman, ona yalnız: "Ol!" - deyər, o da olar" ("Bəqərə" surəsi, 117).
Bu sirri qavrayan insan keçilməsi imkansız kimi görünən əngəlləri də Allah`ın bir hikmətlə yaratdığını bilir. Sonsuzluğu yaradan Allah istədiyi anda bunu tərsinə çevirə bilər. Necə ki, Hz.İbrahimin hekayəsində də bu şəkildə olmuş, Allah qoca yaşlarına və arvadı sonsuz olsa da onlara bilikli bir uşaq vermişdir. Öldürən də, dirildən də, yaşadan da yalnız Allah`dır.
Ayələrdə Allah möcüzəvi bir hadisəni bizlərə bildirmiş və uşaq sahibi olmaları mümkün olmayan Hz.İbrahimi və arvadını bir uşaq sahibi edəcəyini xəbər vermişdir. Bu ayə eyni zamanda günümüzdə sonsuzluğun müalicəsində və tibb elmində olan inkişaflara da bir işarə ola bilər (Ən doğrusunu Allah bilir).
"Bir şeyi istədiyi zaman buyuruğu ona ancaq: "Ol!" -deməkdir. |
Hz.İbrahimə gələn elçilərin gətirdiyi birinci xəbər uşaq müYdəsidir. İkinci xəbər isə Hz.İbrahimlə birlikdə iman etmiş olan Lut peyğəmbərin inkarçı qövmünün yaxın zamanda həlak ediləcəyidir (Lut peyğəmbər Hz.İbrahimlə eyni dönəmdə, eyni coğrafiyada yaşamış və eyni bir qövmü bu azğınlıqdan vaz keçməyə və iman gətirməyə dəvət etmişdi. Kitabın ikinci bölümündə Hz.Lutun həyatını incələyəcəyik). Elçilərin verdiyi bu xəbəri Allah Quranda belə bildirir:
"Sonra İbrahim dedi: "Ey elçilər! Sizin işiniz nədir?" Onlar dedilər: "Biz günahkar bir qövmə göndərilmişik. Onların başına gildən daşlar yağdırmaq üçün gəlmişik. Həddi aşanlar üçün sənin Rəbbinin dərgahında xüsusi nişan qoyulmuşdur!" ("Zariyat" surəsi, 31-34).
Elçilərlə Hz.İbrahim arasındakı danışıq ayələrdə bu şəkildə xəbər verilir:
"Elçilərimiz İbrahimə müYdə gətirdikləri zaman: "Biz bu məmləkət əhlini məhv edəcəyik, çünki onlar zalimdirlər" -dedilər. İbrahim dedi: "Orada Lut da var!" Onlar: "Biz orada kimin olduğunu yaxşı bilirik. Biz onu və ailəsini mütləq xilas edəcəyik. Yalnız övrətindən başqa. O qalanlardan olacaq!" - deyə cavab verdilər" ("Ənkəbut" surəsi, 31-32).
"İbrahimin qorxusu çəkildikdə və ona müYdə gəldikdə Lut tayfası barəsində Bizimlə mübahisə etməyə başladı. Həqiqətən, İbrahim həlim xasiyyətli, yalvarıb-yaxaran və özünü tamamilə təslim etmiş bir zat idi. Mələklər dedilər: "Ey İbrahim! Bundan əl çək, Rəbbinin əmri artıq gəlmişdir. Onlara mütləq qarşısı alınmaz bir əzab gələcəkdir" ("Hud" surəsi, 74-76).
Allah`ın elçilərinin gətirdiyi həlak olma xəbəri bir başqa ayədə belə xəbər verilir:
"Belə cavab verdilər: "Biz günahkar bir tayfaya göndərilmişik. Yalnız Lutun ailəsindən başqa! Biz, sözsüz ki, onların hamısını xilas edəcəyik! Ancaq zövcəsi istisna olmaqla! Qət etdik ki, o, əzaba uğrayanlardan olacaqdır!"" ("Hicr" surəsi, 58-60).
Allah içində möminlərin olduğu bir qövmü əsla həlak etməyəcəyini Quranda bildirir. Bu səbəblə Allah göndərdiyi mələklərlə Hz.İbrahimə və Hz.Luta nə etmələri lazım olduğunu xəbər verir. Beləcə, Hz.Lut və Hz.İbrahim o bölgədən ayrılaraq hicrət etmişdilər.
Hz.İbrahimə gələn elçilər həqiqətən onun daha əvvəlcədən Allah`a etdiyi duanın cavabını müYdələmişdi. Bu dua Hz.İbrahimin Allah`dan saleh bir varis istəməsidir:
"Ey Rəbbim! Mənə salehlərdən olan bir övlad bəxş et!" ("Saffat" surəsi, 100).
"...Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim ixtiyar sahibimsən. Mənim canımı müsəlman olaraq al və məni əməlİsalehlərə qovuşdur!" ("Yusuf" surəsi, 101). |
Hz.İbrahim Allah`dan xüsusilə öz nəslindən bir övlad deyil, saleh bir insan istəyir. Hz.İbrahimin Allah`dan duası özündən sonra dini yüksək tutacaq hər hansı bir saleh müsəlmandır. Hz.İbrahimin bir övlad gözləməsi elçilərə verdiyi cavablardan da anlaşılır. Elçilər onu "alim bir uşaqla" müYdələyəndə "İbrahim: "Qocalıq məni basdığı vaxtdamı mənə müYdə verirsiniz? Məni nə ilə muştuluqlayırsınız?" - deyə soruşdu" ("Hicr" surəsi, 54) deyə cavab vermişdi. Ancaq Allah Hz.İbrahimə mömin bir nəsil yaratmaq istəmiş, bu səbəblə bir möcüzə gerçəkləşdirərək sonsuz və yaşlı olan xanımını uşaq sahibi olmağa əlverişli etmişdi. Və əvvəlki bölümlərdə də bildirdiyimiz kimi, bu müYdəni elçiləri vasitəsilə xəbər vermişdi:
"Biz də ona həlim xasiyyətli bir oğlan uşağı ilə müYdə verdik" ("Saffat" surəsi, 101).
Hz.İbrahimdə gördüyümüz bu nümunə onun soyundan gələn Hz.Zəkəriyyə üçün də keçərlidir. Allah Quranda Hz.Zəkəriyyənin duasını və daha sonra onu saleh bir uşaqla müYdələməsini belə xəbər verir:
"Bu sənin Rəbbinin öz qulu Zəkəriyyaya olan mərhəmətinin xatırlanmasıdır! Rəbbinə gizlicə dua edib yalvardığı zaman belə demişdi: "Ey Rəbbim! Artıq sümüyüm sustalmış, başım ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə dua etməklə heç vaxt naümid olmamışam. Mən özümdən sonra gələn qohum-əqrəbamdan qorxuram. Zövcəm də ki, qısırdır. Buna görə də mənə Öz dərgahından bir oğul bəxş et ki, O həm mənə, həm də Yəqub nəslinə varis olsun. Ey Rəbbim! Həm də elə et ki, o riza qazanmış olsun!" "Ey Zəkəriyya! Sənə bir oğulla müYdə veririk ki, adı Yəhyadır. Biz bu adı əvvəllər heç kəsə verməmişik!" Zəkəriyya dedi: "Ey Rəbbim! Zövcəm doğmayan bir qadın, mən də qocalıb əldən düşmüş ikən mənim necə oğlum ola bilər?" "Dediyin kimidir, lakin Rəbbin buyurdu ki, bu işi görmək Mənim üçün asandır. Necə ki, ilk əvvəl səni heç bir şey deyilkən yaratmışdım!"" ("Məryəm" surəsi, 2-9).
Hz.İbrahim kimi Hz.Zəkəriyyə də Allah`dan saleh bir varis istəmişdi. Heç unudulmamalıdır ki, əgər bir insana Allah hidayət verməmişsə, heç kimsə onu doğru yola yönəldə bilməz. Necə ki, Allah Quranda "...Allah dilədiyini doğu yola salar. Doğru yolda olacaq kəsləri daha yaxşı O bilir!" ("Qəsəs" surəsi, 56) şəklində buyurur. Rəbbimiz bu mövzuda bizlərə Hz.Nuhun oğlunu da bir nümunə olaraq vermişdir. Bu adam Hz.Nuh kimi səmimiyyəti, səbri, təvəkkülü və gözəl əxlaqı ilə aləmlərə nümunə qıldığı qiymətli bir elçisinin oğludur. Ancaq Hz.Nuhun çağırdığı hidayət yoluna uymamış və inkarçılardan olmuşdu. Allah Hz.Nuhun oğlunu tufanda digər inkarçılarla birlikdə həlak etmişdi ("Hud" surəsi, 43).
Rəbbimiz Hz.İbrahimi isə saleh uşaqlarla müYdələmişdi. Quranda Allah`ın peyğəmbərlik mərtəbəsi ilə şərəfləndirdiyi bu mübarək qulların Hz.İsmayıl və Hz.İshaq olduqları bildirilir. Onlar da Hz.İbrahim kimi Allah`a olan bağlılıqları, gözəl əxlaqları və təslimiyyətləri ilə seçilmiş xoşbəxt elçilərdir. Quranda Hz.İbrahimin Hz.İshaq və Hz.İsmayıl müYdələndikdən sonra Rəbbimizə olan səmimi duası və şükrü bu şəkildə xəbər verilir:
“İxtiyar çağımda mənə İsmail və İshaqı bəxş etmiş Allah`a həmd olsun! Həqiqətən, Rəbbim duaları eşidəndir!" ("İbrahim" surəsi, 39).
Rəbbimiz Quranda Hz.İsmayılın "xeyirli olanlardan olduğu" və "aləmlərə üstün qılındığı"nı bildirir. Ayələrdə İsmayıl peyğəmbər barədə "O öz vədinə sadiq və bir elçi, bir peyğəmbər idi..." ("Məryəm" surəsi, 54-55) şəklində buyrulur. Allah Quranda Hz.İsmayıldan razı olduğunu da bütün insanlara bildirir.
Hz.İshaq hələ Hz.İbrahim həyatda ikən Rəbbimiz ona Hz.Yaqubu ərməğan etmişdi. Hz.Yaqub da Allah`ın peyğəmbərlik məqamı ilə şərəfləndirdiyi saleh bir mömindir. Allah Quranda bu seçkin qulunun üzərindəki nemətini tamamladığını ("Yusif" surəsi, 7) bildirir. Hz.Yaqub ayələrdə Allah`a olan səmimi imanı, əvəzsiz axirət yurdunu anan ixlas sahibi bir qul olması ("Sad" surəsi, 46) ilə öyülən mübarək bir insandır. Allah Hz.İshaqın və Hz.Yaqubun üstün əxlaq özəlliklərini ayələrdə belə xəbər verir:
"Biz ona İshaqı, üstəlik Yəqubu da bəxş edib onların hamısını saleh kimsələr etdik. Biz onları əmrimizlə doğru yola gətirən imamlar etdik. Biz onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər" ("Ənbiya" surəsi, 72-73).
"Ona salehlərdən olan İshaqın peyğəmbər olacağı ilə mücdə verdik" ("Saffat" surəsi, 112).
"Rəbbi İbrahimə: "Təslim ol!" - dedikdə, o: "Aləmlərin Rəbbinə təslim oldum!" - deyə cavab vermişdi. İbrahim və Yəqub bunu öz oğlanlarına vəsiyyət edib: "Ey oğlanlarım, |
Quranda Hz.İbrahim hər işində Rəbbimizə yönəlməsi, Ona səmimi və qəlbən dua etməsi və Allah`a imanda qərarlı olması ilə təriflənir. Hz.İbrahim başına gələn hər cür çətinlik və sıxıntı qarşısında göstərdiyi təslimiyyətli davranışı ilə bütün iman sahibləri üçün bir nümunədir. Hz.İbrahimin uşaqları ilə bağlı duası da bu səmimiyyəti açıq şəkildə göstərir:
"Ey Rəbbimiz! Mən əhli-əyalımdan bəzisini Sənin Beytülhəramının yaxınlığında, əkin bitməz bir vadidə sakin etdim. Ey Rəbbimiz! Onlar namaz qılsınlar deyə belə etdim. Elə et ki, insanların bir qisminin qəlbləri onlara meyl etsin. Onlara meyvələrindən ruzi ver ki, şükr edə bilsinlər!" ("İbrahim" surəsi, 37).
Allah Hz.İbrahimin və nəslinin üzərindəki böyük lütfünü "Yusif" surəsində bu şəkildə bildirir:
"Rəbbin səni seçib üstün tutacaq, sənə yuxu yozmağı öyrədəcək, bundan əvvəl babaların İbrahimə və İshaqa nemətini tamamlayıb verdiyi kimi, sənə və Yəqub nəslinə də tamamlayıb verəcək. Həqiqətən, Rəbbin biləndir, hikmət sahibidir!"" ("Yusif" surəsi, 6).
Allah digər ayələrdə Hz.İbrahimin soyu haqqında belə buyurur:
"Biz ona İshaqı və Yəqubu bəxş etdik, peyğəmbərliyi və kitabı onun nəslinə əta etdik, dünyada onun mükafatını verdik. O, axirətdə də mütləq salehlərdən olacaqdır!" ("Ənkəbut" surəsi, 27).
"Qüvvət və bəsirət sahibi olan bəndələrimiz İbrahimi, İshaqı və Yəqubu da yad et! Biz yurdu anmaq xislətini onlara məxsus elədik. Şübhəsiz ki, onlar dərgahımızda seçilmiş ən yaxşı kimsələrdəndirlər!" ("Sad" surəsi, 45-47).
"İbrahim müşrikləri və onların Allah`dan başqa tapındıqları bütləri tərk edib getdiyi zaman Biz ona İshaqla Yəqubu bəxş etdik və onların hər ikisini peyğəmbər etdik. Öz mərhəmətimizdən ehsan buyurub təriflərini dillər əzbəri etdik" ("Məryəm" surəsi, 49-50).
Rəbbimiz ayələrdə Hz.İbrahimin ailəsini aləmlərə üstün tutduğunu, Kitab və hikmətlə dəstəklədiyini və onlara böyük bir mülk nəsib etdiyini bildirir:
"Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər üzərində seçilmiş etdi" ("Ali-İmran" surəsi, 33).
"Yoxsa onlar Allah`ın Öz nemətindən bəxş etdiyi şeyə görə insanlara həsəd aparırlar? Halbuki Biz İbrahim övladına da kitab və hikmət vermişdik və onlara böyük mülk bəxş etmişdik" ("Nİsa" surəsi, 54).
“İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır! Bu bizim İbrahimə öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz şəxsi dərəcə-dərəcə yüksəldərik. Şübhəsiz ki, Rəbbin hikmət, elm sahibidir" ("Ənam" surəsi, 82-83).
"Sonradan gələnlər arasında onun üçün qoyduq. İbrahimə salam olsun! Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq! Şübhəsiz ki, o Bizim mömin bəndələrimizdən idi!" ("Səffat" surəsi, 108-111).
Allah Hz.İbrahimi gözəl, xeyirli və təmiz bir nəsillə mükafatlandırmışdı. Qövmü itaətsiz, təkəbbürlü və Allah`ı inkar etməkdə İsrarlı olan bir cəmiyyət ikən Hz.İbrahimin özündən sonra qövmünə varis buraxacağı oğlanları peyğəmbər olaraq seçilmişdi:
"Biz İshaqı və Yəqubu Ona əta etdik. Onların hər birini hidayətə çatdırdıq, Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq" ("Ənam" surəsi, 84).
Hz.İsmayıl və Hz.İshaq Hz.İbrahimlə birlikdə insanları Allah`a iman gətirməyə dəvət etmişdilər. Hz.İsmayıl atası Hz.İbrahimlə birlikdə müqəddəs Kəbəni inşa etmişdir.
Makam-ı İbrahim, Hz. İbrahim (as)'ın Kabe'yi inşa ederken iskele olarak kullandığı taşın bulunduğu yerdir. |
Allah Quranda Hz.İbrahimin Hz.İsmayılla birlikdə Kəbəni inşa etdiyini bildirir. Ərəbistanın Məkkə şəhərində olan Kəbə insanların sadəcə Allah`a ibadət etmək üçün istifadə edəcəkləri bir məkan kimi inşa olunan ilk binadır. Allah "insanlar üçün ilk qurulan ev" olan Kəbədə "Hz.İbrahimin məqamı"nın olduğunun belə bildirir:
"Həqiqətən, insanlar üçün ilk bina olunan ev Məkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır. Orada aydın nişanələr - İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır. Onun yoluna gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu inkar edərsə özünə zülm etmiş olar. Əlbəttə, Allah aləmlərə möhtac deyildir!" ("Ali-İmran" surəsi, 96-97).
Hz.İbrahim Allah`ın ona verdiyi Kəbəni inşa etmək vəzifəsini oğlu Hz.İsmayılla birlikdə yerinə yetirmişdi. Allah Quranda bu mövzuda Hz.İbrahimə belə vəhy etdiyini bildirir:
"Yadına sal ki, bir zaman İbrahimə Kəbənin yerini bildirib belə buyurmuşduq: "Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku edən və səcdəyə qapananlar üçün təmizlə!" Insanları həccə çağır ki, onlar sənin yanına piyada və hər uzaq yoldan yollanan hər cür arıq dəvələr üstündə gəlsinlər. Belə ki, öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allah`ın onlara ruzi verdiyi heyvanların üstündə Onun adını çəksinlər. Onlardan özünüz də yeyin, biçarə yoxsula da yedirdin!" ("Həcc" surəsi, 26-28).
Allah Hz.İbrahimə Kəbənin təmizlənməsini əmr etmişdi. Bu, fiziki bir təmizlik ola biləcəyi kimi mənəvi mənada da bir təmizlik ola bilər. Bu səbəblə bu ayə ilə Allah Kəbənin həm fiziki, həm də mənəvi mənada (şirkdən və Allah`dan başqalarına sitayiş edən müşriklərin kirindən) təmizlənməsini əmr etmişdi. Allah digər ayədə Hz.İbrahimlə Hz.İsmayılın Kəbəni inşa etmək vəzifəsini belə bildirir:
"Onu da yadına sal ki, İbrahim və İsmail evin bünövrəsini ucaltdıqları zaman: "Ey Rəbbimiz! Bizdən qəbul et, Sən, doğrudan da, eşidənsən, bilənsən!" - deyə dua etdilər" ("Bəqərə" surəsi, 127).
Hz.İbrahim və Hz.İsmayıl Kəbəni inşa edərkən, yəni əməli bir iş və ibadət edərkən Rəbbimizə davamlı olaraq dua etmişdilər. Peyğəmbərlərin bu gözəl xüsusiyyətindən ibrət dərsi alaraq Allah`a hər mövzuda dua edə, bir iş edərkən də Allah`dan yardım diləyə, Onu zikr və təsbih edib ucalda bilərik. Çünki Allah insanın gizlininin gizlinini bilən, onu hər an eşidən, görən və hər etdiyindən xəbərdar olandır. Möminlər Allah`ın bütün dualarına icabət edəcəyini bilir və dua etməyi Allah`a yaxınlaşmaq üçün bir vəsilə sayırlar. Bir çox hallarda bəzi insanlar sadəcə müəyyən zamanlarda, müəyyən yerlərdə dua edə biləcəklərini zənn edərək duanı müəyyən bir şəkilə salmağa çalışır. Halbuki peyğəmbərlərin Quranda xəbər verilən duaları da bizə göstərir ki, mömin bir iş edərkən də, yatarkən də, oturarkən də Allah`a daxilən dua edə, hər zaman Allah`a yönələ bilir. Bunun üçün heç bir qanun yoxdur. İnsan hər an Allah`a yönələ bilir, hər an Onu qəlbən xatırlayıb ən gözəl ismləri ilə Rəbbimizi yüksəldə bilir.
Hz.İbrahimlə Hz.İsmayıl da Kəbəni inşa edərkən etdikləri dualarının sonunda Allah`ı yüksəltmişdilər. Hər iki peyğəmbər Allah`dan eşitdiyini dilə gətirib Allah`ı öymüşdü. Bu da göstərir ki, dua sırasında da Allah`ı sifətləri ilə anmaq və Ona bu sifətlərlə dua etmək məqbuldur. Necə ki, Allah bir ayəsində belə buyurur:
"Ən gözəl adlar Allah`ındır. Onu bu adlarla çağırıb dua edin. Onun adları barəsində küfr edənləri tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar!" ("Əraf" surəsi, 180).
Peyğəmbərlər kimi möminlərin də Allah`ın böyüklüyünü, hər şeyi gördüyünü, eşitdiyini, hər şeyə güc verdiyini, hökm və hikmət sahibi olduğunu dilə gətirərək Allah`ı anması bir mömin əlamətidir. Quranda peyğəmbərlərin duaları ilə bağlı bir çox ayə möminlərin necə dua edəcəyinə yol göstərir.
"Hz.Ömər" məscidinin içində Hz.İbrahimin ilk dəfə inşa etdiyi dövrdən qaldığına inanılan müqəddəs daş. |
Allah`ın Hz.İbrahim qissəsində xəbər verdiyi hadisələrdən biri də qurban hadisəsidir. Hz.İbrahimin və oğlu Hz.İsmayılın başından keçən bu sınamanı Rəbbimiz ayələrdə bu şəkildə xəbər verir:
"Biz də ona həlim xasiyyətli bir oğlan uşağı ilə müYdə verdik. O, yüyürüb qaçmaq çağına çatdıqda dedi: "Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör nə fikirləşirsən!" O dedi: "Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbrlilərdən olduğumu görəcəksən!"
Onların hər ikisi təslim olduğu və üzüüstə yerə yıxdığı zaman Biz ona belə xitab etdik: "Ya İbrahim! Artıq sən röyanın düzgünlüyünü təsdiq etdin!" Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan indi. Biz ona böyük bir qurbanlıq əvəz verdik" ("Saffat" surəsi, 101-107).
Allah yuxarıdakı ayələrdə Hz.İbrahimi necə bir sınaqdan keçirdiyini bizlərə xəbər verir. İslam alimləri də bu ayələri ümumiyyətlə eyni şəkildə təsvir edirlər. Məsələn, Əlmalılı Həmdi Yazır Qurani-Kərim təfsirində Hz.İbrahimin yuxusunda gördüklərinin bir vəhy, bu vəhyin yerinə yetirilməsinin isə bir əmr olduğunu bildirir. Ayələrin davamını isə bu şəkildə açıqlayır:
"...Bu səbəbdən ona məcbur etdirməyib, əvvəlcə yerinə yetirilmə şəklini məsləhət etmək üzrə bu fikrini soruşaraq təbliğ etdi ki, bununla ilk öncə onun itaət və boyun əyməklə əcr və savab qazanmasını təmin etmək istədi. Düşünməli, bunu söylərkən "Ey övladım!" deyə çağıran bir atanın qəlbində nə yüksək bir şəfqət duyğusu çırpınır və ona nə qədər böyük bir vəzifə eşqi, Allah sevgisi hakim olurdu... Bunun belə ilahi bir əmr olduğunu anlayan və Allah`ın səbr edənlərlə bərabər olduğunu bilən o yumşaq xasiyyətli oğul "Ey ata!" dedi, "Nə əmr olunursan et! Məni inşallah səbr edənlərdən görəcəksən".5
Təhrif edilən Əhdi-Ətiqə görə Hz.İbrahim və xanımı Sara Əl-Xəlil şəhərində yerləşən Machpelah mağarasına dəfn edilmişlər. Bu bölgə günümzdə İsrailin işğalı altındadır. | |
"Biz ona böyük bir qurbanlıq əvəz verdik" |
Ömər Nəsuhi Bilmənin təfsirində Hz.İbrahimin və oğlunun başına gələn bu imtahan aşağıdakı kimi izah edilir:
"Həzrəti İbrahim də, oğlu da Allah-Təalanın əmrinə itaət edib təslimiyyət göstərdilər və İbrahim əleyhissəlam (alnının bir yanı üstünə yatırdı) onu kəsmək üçün elə bir vəziyyətə gətirdi... Onun rəhmani bir yuxu olduğunu anlayaraq əmr olunduğu vəzifəni eləməyə əzm etdin, səbrin, əmri ilahiyə itaətin təzahür etmiş oldu. Artıq Haqq Təala lütf etmiş, o, oğlunun yerinə bir qurban heyvanın kəsilməsini əmr etmiş, Həzrəti İbrahimi elə bir fədakarlıqdan qurtarmışdı".6
Ayə və təfsirlərdən Hz.İbrahim və oğlu Hz.İsmayılın Allah`a olan qəlbdən itaəti, təslimiyyəti və könüldən bağlılığı açıq bir şəkildə anlaşılır. Bu üstün əxlaq bütün möminlərə çox gözəl bir nümunə, misli-bərabəri olmayan bir rəhbərdir. Bu səbəblə bütün iman edənlər onların yolu ilə getməli və Allah`ın ayələrini tətbiq etməkdəki tələbkarlıqları ilə, zülmə və sıxıntılara təslim olmaması ilə, səbrli və təvəkküllü adam kimi tanınmalıdır. Allah "Səffat" surəsinin davamında belə deyir:
"Sonradan gələnlər arasında onun üçün yaxşı ad qoyduq. İbrahimə salam olsun! Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq! Şübhəsiz ki, o Bizim mömin bəndələrimizdən idi!" ("Saffat" surəsi, 108-111).
2- Kütüb-i Sitte, Prof. Dr. İbrahim Canan, 2. cilt, s. 130
3- Philip Johnson, The Wedge of Truth: Splitting the Foundations of Naturalism, Intervarsity Press, 2000, s. 154
4- http://www.firewear.com/spcgide.htm. http://www.iastate.edu/~tc-ext/flame.html
5- Elmalılı Muhammed Hamdi Yazır, http://www.kuranikerim.com/telmalili/saffat.htm
6- Ömer Nasuhi Bilmen, Kuran-ı Kerim'in Türkçe Meali Alisi ve Tefsiri, cilt 9, s. 2994