3-cü Hissə: Dənizdə Köç Edən Heyvanlar

Dünyadakı bütün okeanlarda, mülayim bölgələrdə xüsusilə də, tropiklərdə dayaz sahələrdən dərin yerlərə qədər dənizlərdəki bir çox canlı müxtəlif şəkillərdə köçlər reallaşdırar. Bu köçlərdən bəziləri zamanla reallaşan, bəziləri isə daimi olan köçlərdir. Dənizlərdə köç edən canlılar içində ən diqqət çəkici olanlarından biri isə xərçənglərdir.

Uzun Okean Yolçuları: Xərçənglər

fishes

Payızın ortasında xərçənglərin yaşadıqları bölgədə hava şərtləri son dərəcə dəyişkəndir. Yüksək təzyiq nəticəsində küləklər sıxlaşar, səma qaralar, yağış yağar və temperatur düşər. Bununla yanaşı, xərçənglərin yaşadığı dayazlıqlar bulanıqlaşar. Külək nəticəsində dayaz sahələrdə böyük dalğaların səbəb olduğu hərəkətlər meydana gəlir. Bu, xərçənglərin köç mövsümünün gəldiyinin işarələrindəndir.

Xərçənglərin niyə payızda köç etdikləri və bu planlaşdırmanı necə etdikləri tam olaraq bilinmir. Lakin əldəki məlumatlarla, ekoloji amillərin təsirli olduğu düşünülür. Ani temperatur dəyişikliyi və sıx su hərəkətləri xərçənglərdə yer dəyişdirmə meyli meydana gətirə bilər. Burada əhəmiyyətli olan nöqtə, bir xərçəngin içində yaşadığı mühitin iqlim dəyişikliklərini fərq etməsi, bu mühit şərtlərinin öz həyatı üçün bir risk olacağını anlaması və ona görə də əvvəldən tədbir görməsidir. Aldığı tədbirdə də əvvəlcədən hesablanmalı nöqtələr vardır. Məsələn, xərçəng özü üçün uyğun olan mühitin, okeanın harada olduğunu və oraya hansı yolla tez çatacağını əvvəldən bilməlidir. Bütün bu qərarları verdikdən sonra son dərəcə şüurlu şəkildə oraya doğru yönəlməlidir.

Xərçənglərin Heyranedici Köç Metodu

ıstakoz

Sonbaharın ortasında ıstakozların yaşadıkları bölgede hava şartları son derece değişkendir. Yüksek basınç sonucu rüzgarlar artar, gökyüzü kararır, yağmur yağar ve ısı düşer. Bununla birlikte ıstakozların yaşadığı sığlıklar bulanıklaşır. Rüzgar sonucu sığ alanlarda büyük dalgaların oluşturduğu hareketler meydana gelir. Bu, ıstakozların göç mevsiminin geldiğinin işaretlerindendir.

Ümumiyyətlə, xərçənglərin köçləri daha sakit sulara doğru olar. Bu səyahət əsnasında olduqca diqqət çəkici görüntülər meydana gəlir. Hər xərçəng öz önündəkinə toxunacaq şəkildə mövqe alar və təxminən əlli-altmış xərçəng bir yerə gələrək bir karvan meydana gətirərlər. Bu şəkildə okean dibində bir neçə gün və gecə yürüyərlər. (35)

Karvanın üzvləri öz mövqelərini, antenalarının və ön ayaqlarının uclarını daimi olaraq önlərindəki xərçəngin qarnına toxunaraq təyin edər. Bu əlaqə xərçəngin antenası alınsa belə pozulmaz. Antenaları alınan xərçəng önündəki xərçəngə ön ayaqlarının ucuyla daha çox toxunmağa başlayar. Əgər bu uclar da alınsa, o zaman xərçəng ön ayaqlarının ikinci ucları ilə digərlərinə toxunar. Bu şəkildə xərçəng görməsə belə, sıranın qorunmasını zəmanət altına almış olar. Öndəki xərçəngin səbəb olduğu su hərəkəti ehtimalla onu izləyən xərçəngin itən əlaqəni yenidən əldə etməsini təmin edərkən, kimyəvi xəbərdarlıq da onun bir xərçəngi izlədiyini göstərər.

Xərçənglərin köçə toplu olaraq qərar verdikləri düşünülsə belə, bu şəkildə tək sıra meydana gətirərək səyahət etmələrini açıqlaya bilmək çətindir. Bu davranış şəklinin xərçəngə bir çox faydası vardır. Əvvəlcə yol boyunca qarşılaşacağı təhlükələrə tək başına qarşı gələ bilməyəcək olan xərçənglər, birlikdə hərəkət etdiklərində ov olmaqdan xilas ola bilərlər. Çünki hamsının birdən sahib olduqları gözlər, antenalar və digər bütün alıcılar düşməni fərq etmək və çəkindirmək üçün eyni anda istifadə edilmiş olar. Ümumiyyətlə, bu köç yolunda böyük balıqların hücumuna məruz qalarlar. Hücum əsnasında lider öz ətrafında dönər. Bunu görən digər fərdlər təhlükə olduğunu anlayar və onlar da dönərək bir xonça şəkli meydana gətirərlər. Bu sırada xərçənglərdə müdafiə qabıqları meydana gələr. Normal şərtlər altında çox tez yem olacaqkən bu tədbirlər sayəsində düşməndən qorunmuş olarlar. Üstəlik, xərçənglərin ən həssas yerləri qarın bölgələridir. Ən böyük ziyanı bu bölgələrindən görərlər. Silsilə şəklində sıralandıqlarında is arxada olan xərçəng digərinin qarın bölgəsini bağlayaraq onu qorumuş olar. (36)

lobsters

Dikenli ıstakozlar sonbahar göçlerinde liderlerinin hemen arkasında, düzenlibir şekilde dönerek sırayı bir savunma rozeti şekline sokarlar. Bu şekil sayesinde bütün ıstakozlar dışarı ve yukarı bakar durumda oldukları için saldırıya geçen bir düşman her açıdan iğneli antenlerle karşılaşır. (yandaki resim)

İğneli ıstakozlar sonbahar göçünde düzenli bir sıra halinde hareket ederken görülüyor. (altta) Istakoz grubu okyanus tabanında muntazam bir şekilde yürürken tüm hayvanlar bir öndekine temas eder.

Silsilə şəklində köç etmək xərçənglərin hərəkət qabiliyyətlərini də artırar. Tək başına su içində irəliləyərkən qarşılaşılan sürtünmə qüvvəsiylə bir fərdin arxasından gedərkən qarşılaşılan qüvvə arasında yarı- yarıya fərq vardır. Silsilə şəklində etdikləri hərəkət sayəsində xərçənglər daha qısa bir müddətdə daha çox yol getmiş olarlar. Bəzi növlərin saatda 1 kilometr yol getdikləri görülmüşdür.

Aparılan tədqiqatlar xərçənglərin tanımadıqları bir yerə yerləşdirildiklərində də öz bölgələrinə dönə bildiklərini göstərmişdir. Ancaq bütün işlərə baxmayaraq, bunu hansı üsulu istifadə edərək etdikləri tam olaraq aydın olmamışdır. Hörgü hörən xərçəng Panulirus argus yol boyunca bütün yönəlmə işarələrindən məhrum buraxılmasına və tutulduğu yerdən kilometrlərlə uzaqda tanımadığı bir sahəyə yerləşdirilməsinə baxmayaraq, yaşadığı bölgəyə geri dönə bilmişdir. Bu mövzuda edilən bir təcrübə diqqət çəkicidir.

Sahildə tutulan xərçənglər üzəri örtülü, işıq keçirməyən bir konteynerə yerləşdirilərək yük maşını ilə təcrübə sahəsinə aparılmışlar. Səfərin yarısında konteynerə maqnitlər yerləşdirilmişdir. Maqnitlərin bəziləri iplə asılmış və nizamsız şəkildə yelləndirilmişdir, beləcə konteynerin içinə yerləşdirilən maqnit nizamı dəyişən bir mühit meydana gətirmişdir. Səfərin digər yarısında isə xərçənglər eyni konteynerdə, amma maqnitlər olmadan daşınılmışdır. Bütün səfər boyunca konteynerlərin yük maşını hərəkət etdikcə nizamsız olaraq yellənməsi təmin edilmişdir. Əlamətlərin sabitliyini pozmaq üçün yük maşını 37 km uzaqdakı təcrübə sahəsinə getməzdən əvvəl bir sıra nizamsız manevrlər və dairələr etmişdir. Sonra bütün xərçənglər yük maşınından alınmışlar və təbii maqnit sahəsi olan bir tankda gecə boyunca gözlədilmişlər.

Səhər olduqda xərçənglərin gözləri rezin lentlərlə bağlanılmış və daha əvvəlki kimi istiqamətlərini necə tapdıqları test edilmişdir. Maqnitlərlə və maqnitsiz nəql edilən xərçənglər arasında heç bir istiqamətlənmə fərqliliyi olmadığı görülmüşdür. Əksinə hər iki qrup da tərəddüdsüz olaraq tutulmuş olduqları sahəyə doğru yönəlmişlər. (37)

lobster

Batı Atlantik'in dikenli ıstakozu sığ sulardaki mercan kayalıklarında kurduğu yuvasında. Dikenli ıstakozlar deniz tabanında çok çeşitli alanlarda beslenirler. Bu hayvanların sonbaharda niçin toplu olarak göç ettikleri hala tam bilinmemektedir.

Burada dayanıb diqqətli düşünmək lazımdır: xərçənglər yer dəyişdirmələrinə baxmayaraq, hal-hazırda tam olaraq həll edilə bilməmiş bir metodu necə bilib, tətbiqə başlamışlar? Şübhəsiz, bir xərçəngin bir gün öz ağlı ilə belə bir üsul düşünməsi və hər şərtdə istiqamətini tapmağı bacarmağa əzm etmiş olması mümkün deyil. Bu köç davranışlarının zamanla xərçənglərin mərhələli qərarlarıyla meydana gəlməsi də qeyri-mümkündür. Xərçəngin köç qabiliyyətinə özbaşına sahib olması mümkün olmayan, heyrətverici bir xüsusiyyətdir. Bütün bunları düşünüb planlayan, planlarına görə hesablayan, yolunu səhv etmədən onu istədiyi yerə çatdıran ağıl xərçəngin ağlı deyil. Hər şeyi yaradan və yaratdığını ən yaxşı bilən Allah, xərçənglərin də həyatları boyunca qarşılaşacaqları hər şeyi əvvəldən bilər. Onları ehtiyac duyacaqları hər cür bacarıqla təchiz edən üstün güc sahibi Rəbbimizdir. Bu, Allahın yaratmadakı üstün sənətinin göstəricilərindən yalnız biridir:

Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, məxluqatın gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur. (Bəqərə surəsi, 255)

Okean Balıqlarının Köçləri

Okeanlarda yaşayan bir-birindən fərqli balıq növləri müxtəlif uzunluqlarda səfərlər edərlər. Kiçik qaya balıqlarından tonlarla ağırlığındakı balinalara, ya da nəhəng tuna balıqlarına qədər bütün səyahət edən balıqların ayrı bir köç şəkli vardır. Bəzisi hərəkət edən bir qida qaynağına, bəzisi uyğun çoxalma sahələrinə çatmaq üçün, bəzisi də çətin ətraf şərtləri meydana gəldiyində uyğun həyat sahələri tapmaq üçün köç edərlər.

sea, fishes, boat

Şüphesiz, göklerin ve yerin yaratılmasında, gece ile gündüzün art arda gelişinde, insanlara yararlı şeyler ile denizde yüzen gemilerde, Allah'ın yağdırdığı ve kendisiyle yeryüzünü ölümünden sonra dirilttiği suda, her canlıyı orada üretip-yaymasında, rüzgarları estirmesinde, gökle yer arasında boyun eğdirilmiş bulutları evirip çevirmesinde düşünen bir topluluk için gerçekten ayetler vardır. (Bakara Suresi, 164)

Qurudakı təbiətin dəyişməsi ilə müqayisə edildiyində okean dalğaları və qabarma-çəkilmənin nizamlı hərəkətlərinin sabit olduğu və bunun da istiqamət tapma mövzusunda etibarlı olduğu düşünülə bilər. Ancaq dənizlərin dərin bölgələrində vəziyyət belə deyil, hərəkət və dəyişmə vardır, hətta qurudakı qədər çox dəyişmə vardır. Üstəlik, bu dəyişməni görmək və anlamaq qurudakına görə bir az daha çətindir. Okeandakı balıqlar da bu çətinliklərə baxmayaraq, müxtəlif məqsədlərlə köçlərini reallaşdırarlar.

Bəslənmə Köçləri

fishes
fishes

Okean balıqlarının köçləri çox müxtəlifdir. Okeanlarda həmişə bir neçə metrdən yüzlərlə metrə qədər saatlar, ya da günlərlə davam edən fərqli köçlər reallaşar. Bu bir-birindən fərqli səyahətlərin tək ortaq yanları məqsədləridir. Bir çox balıq bəslənmək üçün nizamlı olaraq köç edər.

Sahil balıqları bəslənmək məqsədiylə edəcəkləri bu köçdə qabarma-çəkilmədən faydalanarlar. Qabarma-çəkilmə sayəsində əvvəl sahilə, daha sonra geriyə yerlərinə çatarlar. Beləcə, hər gün bir neçə saatları yemək yeməklə keçər. Bəzi balıqlarsa gündüz-gecə dəyişməsini istifadə edərək bəslənərlər. Karib mərcan qayalıqlarında, tutulunca çıxardığı səsə görə mırıltı balığı olaraq bilinən bir növ rəngli sürü balığı yaşayar. Bu balıqlar gündüzləri yem olmamaq üçün qayalıqların gizli yarıqlarında gizlənərlər, axşam olunca da sürülər halında daha açıqlara, özləri üçün qidanın bol olduğu yerlərə gedərlər. Dəniz otlarının bol olduğu sahələrə dağılar və buradakı onurğasızları yeyərək bəslənərlər. Günəş doğulmadan bir az əvvəl də eyni yolu izləyərək qayalıqlara geri dönərlər. Hər sürü illərlə öz gediş-gəliş yolundan istifadə edər. (38)

Çoxalma Köçləri

atlantic_immigration_herring

Atlantik Ringa balıklarının göç döngüsü

Okean balıqları bəslənməkdən başqa çoxalma məqsədli də köç edərlər. Hər nə qədər bu köçlərin şəkli balıqların növünə görə dəyişsə də, hamısı çox diqqətçəkici təfərrüatlar ehtiva edər. Bir çox balıq uyğun çoxalma sahələrinə çatmaq üçün gündəlik və ya mövsümi köçlər reallaşdırar. Bunun səbəbi kimi, balıqların gündəlik hansınınsa ayda bir yumurta buraxmasıdır. Yumurtlama bölgələrinə edilən səyahətlər qısa ola bildiyi kimi, okeanların qət edildiyi də olar.

Bu köç təşkilatında bəzi balıq növlərində beş-on fərd, bəzilərində isə minlərləsi bir yerə gəlir. Hamısı birlikdə hərəkət etməli olduğunu, bunun özlərinə çox fayda verdiyini bilirmişcəsinə mütləq sürü meydana gətirərlər.

Siyənək balıqları üzərində aparılan çoxalma köçü tədqiqatları bizə bu mövzuda əhəmiyyətli fikirlər verir. Əvvəlcə, bu balıqlar eyni anda iki müstəvidə hərəkət edərlər. Bunlardan biri bəsləndikləri planktonların aşağı- yuxarı hərəkətinə bağlı olaraq bəslənmə səyahətləri, digəri isə yumurtlama sahələrinə etdikləri dairəvi köçləridir.

Bu balıqlar ildə bir neçə ay çoxalma bölgələrində olarlar, daha sonra dağılarlar. Bütün siyənək balıqları eyni yerdə və eyni zamanda yumurtlamazlar. Böyük sürülər halında fərqli zamanlarda və fərqli bölgələrdə toplanarlar. Lakin hər zaman sürü halındadırlar və yetkin siyənəklər hər il eyni çoxalma bölgələrinə gəlirlər. Çoxalma bölgələrini qida qaynağının çoxluğuna görə təyin edərlər. Məhz bu səbəblə, girdabları və sahilləri seçərlər.

Diqqət yetirilsə, köç səfərinin hər mərhələsində bir qərar vermə mexanizmi vardır. Uyğun zaman, uyğun yer, uyğun yol... Heç bir balıq növü bu uyğun şərtləri biləcək və qərar verəcək bir ağıla sahib deyil. Belə bir iddiada olan olsa, ona inanmaq da mümkün deyil. Elə isə hər mərhələdə aydın görülən bu üstün ağılın bütün canlıların Yaradıcısı olan Allaha aid olduğu açıq bir həqiqətdir. Allahdan başqa bir Yaradıcı axtaranlarla əlaqədar olaraq Quranda belə buyurulur:

De: “Allah hər şeyin Rəbbi olduğu halda, mən Ondan başqa məbudmu axtaracağam?” Hər kəsin qazandığı günah yalnız öz əleyhinədir. Heç bir günahkar başqasının günahını daşımaz. Sonra isə dönüşünüz Rəbbinizə olacaq və O, ixtilafa düşdüyünüz məsələlər barədə sizə xəbər verəcəkdir. (Ənam surəsi, 164)

Okeanda Istiqamət Tapma

Charles Darwin

Charles Darwin

Bir balıq böyük okeanda minlərlə kvadrat kilometrlik bir sahədə yumurtlayacağı bölgəni necə tapar? Bu sualla yanaşı daha əvvəl heç getmədiyi bir yerin özü üçün uyğun sahə olduğunu haradan bildiyinin də cavablandırılması lazımdır. Balıqların sahib olduqları insanı heyrətə salan bu qabiliyyətlər və mükəmməl istiqamət tapma bacarıqları köç hadisəsini təkamüllü proses və təsadüflərlə şərh edən təkamülçülərin səyinin boşuna olduğunu açıq şəkildə ortaya qoyur.

Heyvanların buna bənzər ağıllı davranışları təkamülçülərin üzərində çox düşünmək istəmədikləri bir mövzudur. Buna görə belə bir nümunə verildiyində "instinkt" sözüylə ötürmək istəyərlər. Ancaq instinktin qaynağı mövzusunda bir şərh edə bilməzlər. Təkamül nəzəriyyəsinin qurucusu Çarlz Darvin belə instinktlər qarşısında düşdüyü vəziyyəti “Növlərin Mənşəyi” adlı kitabında bu şəkildə etiraf etmişdir:

compass, dolphin, sea

"İnstinktlərin çoxu elə təəccüblüdür ki, onların inkişafı oxucuya bəlkə nəzəriyyəmi tamamilə yıxmağa yetər gücdə görünəcək. (39)

Bu təxmin üzərimə ağırlıq salır. İnstinktlər quruluşlar qədər həssas dəyişikliyə məruz qalmırlar. Kitabımda da ifadə etdiyim kimi, instinkt və ya quruluşun ilk olaraq şüursuz mərhələlərlə dəyişməsini anlaya bilmək olduqca çətindir. "(40)

Darvin bu şərhlərlə instinktlərin özbaşına meydana gələ bilməyəcəyini və bu sualın nəzəriyyəsini yıxmağa kafi bir dəlil olduğunu etiraf edir. Buna baxmayaraq, təkamül nəzəriyyəsini insanlara məqbul göstərmək məqsədiylə bu mövzunu görməzlikdən gəlir. Bunun səbəbini də bu sözlərlə açıqlamışdır:

"Sonunda, .... instinktləri xüsusilə bağışlanmış, ya da yaradılmış güclər olaraq deyil, bütün üzvi varlıqların irəliləməsinə gətirib çıxaran ümumi bir qanunun, yəni çoxalmanın, dəyişmənin, ən güclülərin yaşamasının və ən zəiflərin ölməsinin kiçik əlamətləri olaraq görmək məntiqli bir nəticə olmaya bilər, amma mənim təxəyyülüm üçün kifayətdir. "(41)

Tuna fish

Ton balıklarının göç yolu

Darvin bu sözüylə də instinktləri bir Yaradıcının var etdiyini qəbul etmənin çox daha məqbul bir şərh olduğunu açıq şəkildə etiraf edir. Və arxasından da həqiqət belə olsa da, instinkt olaraq xarakterizə edilən bütün bu qüsursuz qabiliyyətlərin təsadüfən meydana gəldiyini iddia etmənin "təxəyyül" ilə mümkün olduğunu söyləyir. Görüldüyü kimi, instinktlərin varlığını təkamül nəzəriyyəsi ilə açıqlamaq təkamül nəzəriyyəsinin qurucusu olan Darvin üçün belə mümkün olmamışdır.

Halbuki, təkamülçülərin açıqlaya bilmədikləri bu ağıllı davranışları haqqında danışılan canlılar daha ilk doğulduqları andan etibarən göstərərlər. Hamısı özlərini yaradan Allahın onlara verdiyi ilhamla soylarını davam etdirərlər. Özlərinə aid bir ağılları və mühakimə qabiliyyətləri yoxdur. Onları hər şeydən daha yaxşı tanıyan, ehtiyaclarını onlardan daha yaxşı bilən üstün güc sahibi Allah, onları bu xüsusiyyətləriylə yaratmışdır. İndi Allahın bu canlılara yollarını hansı üsullarla tapdırdığına nəzər salaq.

İstiqamət Tapma Texnikaları

world

Balıqlar okeanlararası köç edərkən istiqamətlərini tapmaq üçün bir-birindən fərqli bir çox üsuldan faydalanarlar. Mərcan qayalığı balıqları üzərində edilən tədqiqatlar onların istiqamət tapmada mərcanlardan faydalandıqlarını göstərmişdir. Elm adamları xüsusilə çıxıntılı bir mərcan qayalığını balıqların nizamlı köç yolları üzərindən alıb yerini dəyişdirdiklərində balıqların da səyahət yollarını mərcanın yeni yerinə görə dəyişdirdiklərini təsbit etmişlər. Sahil boyunca köç edən digər balıq növləri də istiqamətlərini təyin etmədə ehtimal ki, eyni üsuldan faydalanırlar. Sahilə paralel olaraq üzən bu balıqlar sahilin ərazi şəkli ilə tamamilə uyğun bir köç naviqasiyası izləyirlər.

Quruda və havada köç edən bəzi canlılar kimi balıqlar da köç yolları üçün Günəşdən faydalanaraq istiqamətlərini taparlar. Bir çox balıq gecələri sığındıqları yerlərdən sahildəki qida yerlərinə doğru üzərkən bu üsuldan istifadə edər. Bu əsnada Günəşdən faydalandıqlarına dair ən əhəmiyyətli tapıntı sahildən uzağa aparılıb buraxılan tutuquşu balıqlarının günəşli günlərdə birbaşa olaraq sahilə doğru üzərkən buludlu günlərdə məqsədsiz olaraq üzmələridir. Bunlar elm adamlarının təsbit edə bildikləri nümunələrdir. Ancaq gecələri və buludlu günlərdə köç edən tuna balıqlarının istiqamətini necə tapdığı tədqiqatlar üçün hələ də heyranlıq duyduqları bir sirdir. İnsanlardan çox daha üstün bir qabiliyyətlə bu balıqlar yollarını çaşmadan getməli olduqları yerə çatarlar. Suyun altındakı bir balığın quşbaxışı bir görünüşə sahibmişcəsinə bir hədəf istiqamətində naviqasiya izləməsi, üzərində düşünülməli olan iman həqiqətlərindəndir. Allah bu canlıları həyatları boyunca ehtiyac duyacaqları sistemlərlə yaratmışdır və onlara bütün davranışlarını və istiqamət tapmadakı qabiliyyətlərini ilham edir. Bu ilham sayəsində balıqlar ucsuz-bucaqsız okeanlar içində istiqamətlərini tapa bilirlər.

Bu canlıların öz istiqamətlərini təyin edərkən faydalandıqları bir başqa texnika də quşlarda olduğu kimi- dünyanın maqnit və bəzi elektrik sahələrindəki dəyişiklikləri bilmələridir. Köpək balıqları üzərində edilən bəzi tədqiqatlar onların dünyanın maqnit sahəsindəki dəyişiklikləri fərqləndirə bildiklərini göstərmişdir. Elektrik sahələrlə əlaqədar tədqiqatlar da yenə köpək balıqları üzərində edilmişdir. Başlarında və burunlarında elektrik sahələrinə həssas olan çuxurların var olduğu tapılmış, istiqamət tapma qabiliyyətləri bu fiziki xüsusiyyətləriylə açıqlanmağa çalışılmışdır.

aquarium

Karada ve denizde olanların tümünü O bilir, O, bilmeksizin bir yaprak dahi düşmez; yerin karanlıklarındaki bir tane, yaş ve kuru dışta olmamak üzere hepsi apaçık bir kitaptadır. (Enam Suresi, 59)

Göklerin ve yerin yaratılması ile onlarda her canlıdan türetip-yayması O'nun ayetlerindendir. Ve O, dileyeceği zaman onların hepsini toplamaya güç yetirendir. Göklerin ve yerin yaratılması ile onlarda her canlıdan türetip-yayması O'nun ayetlerindendir. Ve O, dileyeceği zaman onların hepsini toplamaya güç yetirendir. (Şura Suresi, 29)

Okeandakı axıntılar dünyanın maqnit sahəsinin təsiriylə güclü elektrik sahələri meydana gətirərlər. Məhz bu elektrik sahələrindən yaranan axıntılar bir köpək balığı üçün okeanda diqqətə çarpan şoselər kimidir. Lakin hər nə qədər bütün bunlar kafi bir şərh kimi gəlirsə də, okean balıqlarının istiqamətlərini tapması bunların heç biri ilə tam olaraq açıqlana bilməz. Məsələn, tuna balıqları, köpək balıqları kimi elektrikə həssas çuxur orqanlara sahib deyildirlər. Elə isə bu canlılar çatacaqları yerləri tapmaq üçün hansı mexanizmlərdən istifadə edərlər? Tədqiqatçılar bu mövzuya heç bir şərh gətirə bilməzlər. Ancaq unudulmamalıdır ki, irəlidə bir gün bu mövzuyla əlaqədar da bir mexanizm olsa, yenə də balıqların köçündəki fövqəladə vəziyyət davam edəcək. Çünki bir balığın belə qüsursuz bir qabiliyyətə öz qərarıyla və ya təsadüflərin təsiriylə sahib olması mümkün deyil. Ağıl və şüur sahibi bir varlıq olaraq insan özü üçün belə bir orqan inkişaf etdirmək istəsə, edə bilməz. Halbuki, balıqlar milyonlarla ildir bu xüsusiyyətlərə sahibdirlər. Allahın varlığı və yaradılış həqiqəti xaricində heç bir düşüncə, kainatdakı canlıların nizamını və həyatları boyunca göstərdikləri böyük ağılı açıqlaya bilməz. Allah kainatdakı hər şeyi yaradan və hamısına bir nizam içində şəkil verəndir. Onlara həyatları boyunca göstərdikləri üstün ağılı da kəsilməz olaraq Allah ilham edir:

Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. O sizin nə əməl sahibi olduğunuzu və qullarının Onun hüzuruna qaytarılacaqları günü bilir. Allah onlara nə etdiklərini bildirəcəkdir. Allah hər şeyi bilir. (Nur surəsi, 64)

Köç Edən Planktonlardakı Üstün Ağıl

plancton

Plankton yunanca bir kəlmədir və gəzmək, ya da süründürülmək mənasını verir. Buna görə okean və dənizlərdə süründürülən həm bitki, həm də heyvan orqanizmlərin ortaq adıdır. Planktonların bəzisi gözlə görülməyəcək qədər kiçikkən, bəzisinin də boyu nəhəng dəniz analarında olduğu kimi 3 metrə çatar.

Həm bitki, həm heyvan planktonlar okeanlarda şaquli və üfüqi olmaq üzrə iki istiqamətdə köç edərlər. Bunlardan ən əhəmiyyətlisi şaquli köçdür. Lakin ümumiyyətlə, iki istiqamətdə hərəkət eyni anda reallaşar. Yuxarı doğru hərəkətin əsas səbəbi bəslənmədir. Olduqları su sütununda qida tapmaq üçün aşağı-yuxarı hərəkət edərlər. Bitki mənşəli planktonlar hərəkət edə bilmək üçün orqanizmlərindəki qaz, yağ və duz miqdarlarına nəzarət edərlər. Qaz, ya da yağ miqdarının artması və duzun atılması orqanizmin yuxarı çıxmasını təmin edər. Bunun əksi də aşağı enmək üçün istifadə edilər. Heyvan mənşəli planktonlar isə ayaqları, sərt tükləri və üzgəcləriylə hərəkət edərək üzərlər. Heyvan mənşəli planktonlar köçlərini zamana və çoxalma dövrlərinə görə nizamlayarlar. Onların köçlərinə nəzarət edən ən əhəmiyyətli amilin işıq olduğu təxmin edilir.

planctons

Birçok canlının besin kaynağı olan planktonlar

Axşam qaranlığında işığın azalmasıyla planktonlar səthə doğru hərəkət edərlər, şəfəqdə də işığın artmasıyla dərinlərə geri dönərlər. (42) Köçlərinə qidanın və düşmənin varlığı da təsir edər. Əksəriyyəti mikroskopik ölçülərdə olan bu canlıların köçlərinin planlaşdırılması öz faydalarına görə nizamlaya bilmələri üçün özlərini gözləyən təhlükələri və faydaları əvvəldən bilib ona görə də tədbir görmələri lazımdır. Bu isə, bir mühakimə qabiliyyətinə sahib olmaları deməkdir. Çünki heyvan mənşəli planktonların bəsləndiyi bitki mənşəli planktonlar günəşin bol olduğu səthlərdə olarlar. Lakin heyvan mənşəli planktonlarla bəslənən canlılar da gündüz onları səthdə daha rahat görəcəklərindən gündüz bəslənmələri təhlükəlidir. Buna görə heyvan mənşəli planktonlar gündüzləri dərinliklərdə olub, gecələri bəslənmək üzrə səthə çıxarlar. Planktonların necə hərəkət edəcəklərindən, nə vaxt və nə istiqamətdə hərəkət edəcəklərinə qədər hər mərhələdə göstərdikləri bu şüurlu davranışlar son dərəcə heyranlıq vericidir. Onlara bu şüurlu davranışları öyrədən əlbəttə hər şeyin Rəbbi olan Allahdır:

Böyük Ərşin Rəbbi olan Allahdan başqa ibadətə layiq olan məbud yoxdur”. (Nəml surəsi, 26)

Allahla yanaşı başqa bir məbuda yalvarma! Ondan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. Onun Üzündən başqa hər şey məhv olacaqdır. Hökm Onundur və siz Ona qaytarılacaqsınız. (Qəsas surəsi, 88)

Allah dənizlərdən səmaya qədər yaratdığı hər canlını yaratma sənətinin dəlilləriylə təchiz etmişdir. Düşünə bilən və ağıl edə bilən insanlar bu dəlilləri çox açıq şəkildə görə bilər və Allahı gərəyi kimi təqdir edərlər. Halbuki, inkar edənlər, həqiqətlər çox dəqiq bir şəkildə ortadaykən bu dəlilləri görməzlikdən gəlməyə davam edər və inkar etməkdə israr edərlər. Onların hansı dəlili görürsə görsünlər, iman etməyəcəklərini Allah Quranda bizə bildirmişdir:

… Onlar istənilən ayəni görsələr belə, yenə də ona inanmazlar.. (Ənam surəsi, 25)

Okeanlardakı Heyrətverici Köç Macərasının Üzvləri: İlan Balıqları

planctonic_animals

Günlük dikey göç döngüsü derin okyanuslarda süreklidir. Şafağa yakın zamanda hayvansal planktonlar suyun derinliklerine, bitkisel planktonların bol olduğu yerlerin (koyu sarı şerit) uzağına göç ederler. Akşam karanlığında planktonik hayvanlar bitkisel planktonlarla beslenmek ve düşmanlardan saklanmak için yüzeye doğru harekete geçerler.

Şimali Atlantik okeanında Bermudun cənubunda olan Sarqas dənizi, Şimali Atlantik cərəyanının sıxlaşdığı və yüngül küləklərin olduğu bir bölgədir. Ayrıca şirin su ilan balıqları adı verilən balıqlar tərəfindən edilən ən uzun okean köçlərindən birinin başlanğıc və bitmə nöqtəsidir.

İlan balıqlarının köçü ən çox açıqlana bilməz və ən heyrətverici köçlərdən biridir. Avropa və Şimali Amerikanın çay və dərələrində 720-ə qədər növdə ilan balığı yaşayar. Bunların milyonlarlasının doğulduqları yer Atlantik okeanındakı Sarqas dənizidir. Ancaq heç bir yetkin ilan balığı orada tutulmamışdır. Çünki balıqlar doğulduqdan bir müddət sonra sürətlə buranı tərk edib Avropa və Amerikadakı çaylara doğru üzərlər. Daha sonra da yetkinliyə çatıb təxminən ömürləri olan 15 ili doldurduqlarında geriyə köç başlayar və Sarqas dənizinə dönərlər. Burada yumurtladıqdan sonra da yenə eyni bölgədə ölərlər. Yumurtadan çıxan balalar eyni şəkildə köç macərasını davam etdirəcəklər. (43)

Bu macərada diqqət çəkən bir çox nöqtə vardır. İllərdir bir çox tədqiqat aparılaraq bu suallara cavab axtarılmışdır. Lakin əldə edilən nəticələr bu suallara cavab verməkdən çox uzaqdır. Hər kəsi heyrətə salan bu canlılar köç səfərləri boyunca müxtəlif möcüzəvi davranışlar göstərərlər. Bu sualları saymaq mümkündür:

◉ Doğulduqları yeri tərk edib illər sonra ölmək üçün niyə yenə eyni yerə gəlirlər?

◉ Olduqları dərə, çay və göllərdən tanımadıqları dənizə necə çatarlar?

◉ Çay ilan balıqlarını minlərlə kilometrlik yorucu səfərə sövq edən nədir?

◉ Ucsuz-bucaqsız Atlantik okeanında, kompassız Sarqas dənizini necə taparlar?

◉ Yeni doğan ilan balıqları okeandan çaylara doğru tərs istiqamətdə necə gedərlər?

snakefish

Bu canlılar səfərlərinə Sarqas dənizindən başlayarlar. Doğulduqlarında yanlarında təxminən 6000 kilometrlik bir səfərdə onlara bələdçilik edəcək kimsə yoxdur. Onlar buna baxmayaraq, çaşmadan və yanılmadan Bermudun cənub qərbində olan Sarqas körfəzindən yola çıxıb, Avropaya və Şimali Amerikaya valideynlərinin yaşadıqları çaylara gedərlər. Bu kiçik canlılara bu nöqtədə cərəyanlar kömək edər. Gulf Stream deyilən isti su cərəyanı onların Avropaya doğru yol almalarına kömək olar. (44) Sonda həyatlarını davam etdirəcəkləri çaylara çatarlar. Burada yaşayıb, yetkinliyə çatdıqlarında hamısı eyni anda sözləşmişcəsinə çaylardan okeana doğru üzməyə və doğulduqları, yumurtlayacaqları Sarqasa doğru səfərə çıxarlar. Bu dövr bu şəkildə davam edər.

6-7 sm uzunluğundakı şəffaf gənc ilan balıqları çaya və dəhnə sahilinə yaxın üzərək cərəyana qarşı gəlirlər. Şüşə ilan balıqları olaraq adlandırılan bu canlıların dönüşü fərqli yerlərdə, fərqli mövsümlərdə başlayaraq payızdan yazın sonlarına qədər davam edər. Bu gənc ilan balıqları mükəmməl bir müqavimətlə çayın yuxarısına doğru getməyə çalışar, kiçik şəlalələrdən sürüklənərək keçərlər. (45)

fishes, birds

Allah gökleri ve yeri hak olarak yarattı. Şüphesiz, bunda iman edenler için bir ayet vardır. (Ankebut Suresi, 44)

Burada əhəmiyyətli bir təfərrüat vardır: ilan balıqlarının üzmə qabiliyyətləri zəifdir. Buna baxmayaraq, ilan balıqları okeanın dərinliklərində, çoxalıb ölmək üçün on minlərlə kilometr qət edərək köç edirlər. Yaxşı, amma niyə? İlan balıqları özlərinə yaxın bir çox yer varkən niyə xüsusilə, Sarqas dənizini seçirlər? Elm adamları avropalı ilan balıqlarının nə üçün köç etdiyini deyil, nə üçün bu qədər uzağa köç etdikləri sualının cavabını tapmağa çalışırlar. Həm də yumurtadan çıxan ilan balıqlarının niyə olduqları bölgədə qalmadıqları, istisnasız olaraq valideynlərinin gəldiyi bölgələrə doğru uzun bir yol qət etmələri də olduqca təəccüblüdür. Bu canlıların daha dünyaya gələr-gəlməz, özlərinə yol göstərən böyük bir ilanbalığı olmadığı halda belə bir səfərə çıxmaları, özlərinə bu məlumatın doğulmadan əvvəl verildiyini göstərir. O halda bir canlıya hələ dünyaya gəlmədən bu məlumatı verə biləcək olan kimdir?

Bu suallara təkamülçülərin verə biləcək cavabları yoxdur. Bu dərəcə qüsursuz bir təşkilatı, ağıllı və xətasız davranışları heç bir təsadüf zənciri açıqlaya bilməz. İlan balıqları nümunəsində də görüldüyü kimi köç hadisəsində reallaşan möcüzələr zəncirinin tək şərhi yaradılışdır. Allah bu canlılarda çox üstün bir ağıl təcəlli etdirərək yaradılış dəlillərini insanlara göstərir. Ön mühakimədən uzaq bir şəkildə düşünüldüyündə ilan balıqlarının köç səyahətləri Allaha iman etmək üçün kifayətdir.

Allah sonsuz elm sahibidir. Bu canlıları da ilk yaratdığı andan etibarən ömürləri boyunca qarşılaşacaqları hadisələrdə çətin vəziyyətdə qalmayacaqları xüsusiyyətlərlə təchiz etmişdir. Bədən quruluşları, edəcəkləri işlər və yaşayacaqları ətrafa uyğunluqları kimi təfərrüatlar qüsursuzdur. Kainatdakı bütün sistemlər kimi köç də çox mürəkkəb olduğu qədər hikmətli və nizamlı bir quruluşdur. Quranda Allahın yaratmasında qüsur axtaranların vəziyyəti və bu mövzudakı səylərinin boşa gedəcəyi belə xəbər verilir:

Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli Allahın yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb göyə diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir. (Mülk surəsi,3-4)

snakefish

Balinaların Dairəvi Köçləri

whale

Humpback balinaları kutup bölgelerindeki geniş yazlık beslenme alanlarıyla tropiklerdeki daha sınırlı olan kışlık üreme alanları arasında göç ederler. Bu yolculukları esnasında nadiren beslenirler.

Balinalar hal-hazırda yaşayan ən böyük canlılardır. Ən böyükləri boyu 35 metr və 130 ton ağırlığı olan mavi balinalardır. Balinaların piqme deyilən ən kiçik növü də 6 metr uzunluğunda və 5 ton ağırlığındadır. Bu iri canlılar adətən 2 qrupa ayrılırlar. Bəsləndikləri kiçik balıqları, qabıqlı canlıları və planktonları süzmək üçün ağızlarının içində "balina çubuğu" deyilən (balina çubuğu saç və dırnaqlarımızdakı, atların dırnaqlarındakı və öküzlərin buynuzlarındakına bənzər bir maddədən hazırlanmışdır) bir quruluşa sahib olan dişsiz balinalar və müxtəlif balıq, dəniz quşları və dəniz məməliləri kimi istiqanlı canlıları yeyən dişli balinalar.

Balinaların köçləri tropik dənizlərdən qütb dənizlərinə qədər uzanan illik dairəvi səyahətlərdir. Köçləri ən diqqət çəkənlər də dişsiz balinalardır. Bu balina növü isti tropik, ya da tropik ilə mülayim qurşaq arasındakı sularda çoxalar. Nəslin davamı üçün bu çoxalma yerinin xüsusiyyətləri əhəmiyyət daşıyır, çünki balaların yaşaması üçün mütləq isti sularda olmalıdır. Yeni doğan balaların dərilərinin altında qoruyucu yağ təbəqəsi yoxdur. Əgər balalar bu xüsusiyyətləriylə qütb dənizlərində doğulmuş olsaydılar, donaraq ölərdilər. Buna görə balinaların doğum yerlərinin isti tropik sularda olması son dərəcə hikmətlidir.

Bala balinalar bir neçə ay yalnız ana südü ilə bəslənərlər. Balina südünün yağı və zülalı zəngin olduğundan balanın böyüməsi və xüsusilə də, yağın yığılması çox sürətli olar. Bu, gənc bala üçün həyati bir xüsusiyyətdir, çünki bəzən qütb sularında anasının əlaqəsinə və sürətlə güc qazanmağa möhtacdır.

Doğum etdikdən sonra balalarını böyüdən balinalar bir müddət sonra qida tapa bilmək üçün şimal dənizlərinə doğru hərəkət edərlər. Dişsiz balinalar ilin heç olmasa dörd ayı bəslənmədən yaşaya bilərlər. Bu sırada yazda yığdıqları yağları istifadə edərlər. Hətta çoxalma sahələrinə doğru etdikləri dönüş səfərində hamilə olmalarına və bəzən də bir bala əmizdirmələrinə baxmayaraq, bəslənmədən 7.000 kilometrdən çox üzə bilərlər. (46)

Bitki mənşəli planktonlarla bəslənən balinaların bəslənmək üçün seçdikləri bölgənin xüsusiyyətləri də diqqətçəkicidir. Quruda olduğu kimi dənizdə də bütün həyat bitkilərin varlığına bağlıdır. Fotosintez sayəsində qeyri-üzvi quruluş daşlarından üzvi maddələr sintez edilər. Nitratı, fosfatı və sulfatı bol olan qidalarla zəngin dib suyu Antartikaya doğru hərəkət edər, qitənin yaxınlarında səthə yüksələr və okean cərəyanlarıyla səthdə şimala doğru daşınar. Qidalarla zəngin olan bu sularda bitki mənşəli planktonlar daha çox böyüyərlər. Nəticədə, Antarktika dənizi tropik dənizlərə görə 10-20 qat daha çox plankton ehtiva edər. Bunu bilirmişcəsinə balinalar bəslənmək üçün bu bölgələrə gəlirlər.

Dişli balinalar isə dişsiz balinalar qədər köç etməzlər. Bəziləri isə çaylarda yaşayar, buna görə hərəkətləri də məhduddur.

grey whales

Gri balinalar kutuplardaki yazlık beslenme alanlarından sıcak denizlerdeki yavrulama alanlarının bulunduğu sığ sahillere göç ederler.

Dişsiz balinaların okeanda xüsusi çoxalma və bəslənmə sahələrinə etdikləri uzun səyahətləri araşdıran elm adamları üçün balinaların istiqamət tapma mövzusundakı üsulları maraq mövzusu olur. Bu mövzuda ən çox qarşıya qoyulan şərh balinaların dünyanın maqnit sahəsindəki dəyişiklikləri qəbul edə biləcək bir quruluşa sahib olduqlarıdır. Beyinlərini əhatə edən toxumalarda bu işə yarayacaq maqnit anbarlar olduğu düşünülür. Beləcə, balinalar dünyanın maqnit sahəsindən istifadə edərək sadə bir xəritə və planlaşdırma əldə edərlər. Bu onların öz mövqelərini görmələrini və irəliləmələrini təmin edər. Bunu bacara bilmək üçün də regional maqnit sahədəki kiçik dəyişikləri fərq edə bilərlər.

Bura qədər izah etdiyimiz hər şey tək-tək möcüzələr zəncirinin halqalarıdır. Allah doğulacaq balanın nəyə ehtiyacı olacağını, bədən quruluşunun necə olacağını əvvəldən bilir. Çünki yer üzündən səmaya qədər bütün kainatı yaradan və hər an da yaratmağa davam edən Allahdır. Onun elmi hər şeyi əhatə etmişdir.

aquarium mirror

Gerçekten, gece ile gündüzün art arda gelişinde ve Allah'ın göklerde ve yerde yarattığı şeylerde korkup-sakınan bir topluluk için elbette ayetler vardır. (Yunus Suresi, 6)

Bu canlılar doğduqdan sonra harada qida tapa biləcəklərini və o bölgəyə haradan gedəcəklərini də bilməzlər. Bu canlıların hər birinin bədənlərindəki mükəmməllik və göstərdikləri ağıl və təşkilat şübhəyə yer buraxmayacaq şəkildə yaradılışı isbatlayar. Bu məlumatlardan xəbərdar olan hər kəs bunların əsla təsadüflər nəticəsində ola bilməyəcəyini də təqdir edə bilər. Bir heyvanın belə məlumatlara sahib olacaq qədər şüur və ağıl sahibi olduğunu iddia edə bilməz. Çünki bir çox insan belə bu məlumatı bəlkə burada oxuyaraq öyrənir. Bir balinanın bu məlumata sahib olması əlbəttə, fövqəladə bir vəziyyətdir.

Səmimi olaraq bu məlumatları qiymətləndirənlər Allaha iman edərkən, zülm və təkəbbür içində olanlar isə həqiqəti gördükləri halda Allahın açıq-aşkar olan varlığını inkar edərlər. Bu kəslər dünyada olduğu qədər axirətdə də məğlub olacaqlar. Allah heç bir şeyə ehtiyacı olmayandır:

Göyləri, yeri və onlarda yaydığı canlıları yaratması Onun dəlillərindəndir. Allah istədiyi vaxt yaratdıqlarını bir yerə toplamağa qadirdir. (Şura surəsi, 29)

Dəniz Tısbağalarının Uzun Köçləri

green turtle

Dəniz tısbağaları maraqlı həyatları və uzun köçləriylə okeanların ən diqqətçəkici canlılarındandır. İndiyə qədər haqlarında ən çox tədqiqat aparılan canlılardan biri olmalarına baxmayaraq, uzun məsafələrdəki köçləri əsnasında necə bu dərəcə qüsursuz şəkildə yollarını tapa bildikləri tam olaraq açıqlana bilməmişdir. Köçləri əsnasında bəsləndikləri sahədən çoxalma sahələrinə doğru səyahət edərlər.

Dəniz tısbağalarının çox fərqli növləri vardır. Bu növlər içində köç mövzusunda ən diqqətçəkici olan, Cənubi Amerikanın Braziliya sahillərində bəslənən yaşıl tısbağa (chelonia mydas)dır. Hər il bu tısbağaların minlərləsi Braziliya sahillərindən Atlantik okeanındakı Ascension adalarına doğru köç edərlər. Bu köç səfəri təxminən 2.300 kilometrə qədərdir. Çatdıqları adanın yalnız 11 km genişliyində olduğu nəzərə alındığında tısbağaların səyahətlərindəki istiqamət tapma bacarığı daha dəqiq aydın olar. Dəniz tısbağalarının hərəkətlərini araşdırmaq üzrə edilən bir təcrübədə işarələnən bir dişi tısbağanın izlədiyi yollar araşdırılmışdır. Cənubi Queensandda yuvası olan və X38756 kodu ilə işarələnən yetkin bir dişi yeddi il səkkiz ay boyunca görülməmiş, 1989-da 2.543 km uzaqdakı Karpentariya körfəzindəki çoxalma bölgəsində tapılmışdır. Səksən gün sonra da yenidən öz çimərliyində yumurtlayarkən tapılmışdır. Heyvanın yumurtalığı üzərində aparılan tədqiqat aradan keçən səkkiz il boyunca heç bir çoxalmanın reallaşmadığını göstərir.

sea turtle, eggs

Bu müddət ərzində tısbağa minimum 5.100 km səyahət etmişdi. Bu səfərinin tutulduğu gün başladığı fərz edilsə, tısbağanın çoxalma yerinə geri dönmək üçün gündə 32 kilometr qət etməsi deməkdir. Karpentariya körfəzini keçmək üçün əvvəlcə şimal-şərqə getmiş, daha sonra Torres boğazını keçdikdən sonra ümumiyyətlə, cənuba yönəlmiş səyahəti boyunca bir qisminin onun getdiyi istiqamətdə, bir qisminin isə, əksinə istiqamətdə olduğu, çox müxtəlif cərəyanlara məruz qalmasını göstərirdi. Əgər bu tısbağa təsadüfi dolanaraq səyahət etmiş olsaydı, bu qədər tez dönüş səyahəti edə bilməzdi. (47)

Bu məqsədli və hədəfi təyin olunmuş səfər ağıla çox əhəmiyyətli bir sualı gətirəcək.

Tısbağanın çoxalmaq üçün başlatdığı köç dövrünü bacara bilməsi üçün köhnə səyahətlərindəki xatirələrin və istiqamət tapma məlumatlarının tısbağanın yaddaşına yığılması lazımdır. Bu məlumatlar necə yığılmışdır? Bu təşkilatdakı mükəmməlliyin səbəbi olaraq tısbağanın yaddaşını görmək şübhəsiz ki, ağıla və məntiqə ziddir. Bu canlıların sahib olduqları bacarıqlarla yaradıldıqları şübhə yaratmayan bir həqiqətdir.

Bu şəkildə böyük bir səfərlə çoxalma bölgəsinə çatan tısbağalar buraya yaxın yerlərdə cütləşərlər. Ancaq dişilər aldıqları spermalardan istifadə etməz, saxlayar və təxminən çoxalma çimərliklərindən 100 kilometr irəliyə gedərlər. Burada yığdıqları spermalarla yumurtalarını dölləyərlər. Kürt dövrü tısbağanın iki həftəsini alar və bu dövrün ardından tısbağa çoxalma çimərliyinə gedər və təxminən 120-yə qədər yumurta qoyar. Bu əməliyyatı eyni mövsüm içində təxminən 10 dəfə təkrarlayar. Bu çoxalma mövsümü əsnasında çoxalma bölgəsinə yaxın bir dəniz sahəsində olar, yumurta qoyma əməliyyatını tamamlayınca da balaların çıxmasını gözləmədən bəslənmə bölgəsinə geri dönər. Çoxalma bölgəsindəykən tısbağa çox az bəslənər, bu sırada bəslənmə bölgəsindəykən yığmış olduğu yağ ehtiyatlarını, ehtiyacı olan enerjini ona sərf edər.

sea turtle

Brezilya sahillerinden ayrılan yeşil deniz kaplumbağaları çiftleşmek ve yumurtlamak için Ascension Adalarına göç ederler. Bu kaplumbağa türünün yön bulma becerisi bilim adamlarını şaşkınlığa sürüklemektedir.

Minlərlə Kilometrlik Yolu Qət Edərək Illər Sonra Eyni Yeri Necə Taparlar?

Bir dişi fərd ümumiyyətlə, ard-arda iki il çoxalmaz. Bir çox növ üçün iki çoxalma köçü arasında ən az 2, ən çox 8 il keçər. Lakin burada diqqət çəkən, ikinci dəfə çoxalma bölgəsinə getməsi lazım olduğunda tısbağanın təkrar özündən təxminən 2.300 kilometr uzaqdakı əvvəlki çoxalma sahəsinə getməsidir. Minlərlə kilometr uzaqlıqdakı bu yeri eyni şəkildə tapa bilmələri bu dəniz canlılarının köçlərindəki ən möcüzəvi istiqamətlərdən biridir.

Çoxalma çimərliklərində buraxılan yumurtalar 7 və 13 həftə sonra çatlayarlar. Burada da böyük bir möcüzə reallaşar. Dəniz tısbağaları insanlar kimi cinsiyyət xromosomlarına sahib deyildirlər. Cinsiyyəti təyin edən yuvanın istiliyidir və bu təyin etmə kürt dövrünün ortalarında reallaşar. İsti evlər tamamilə dişi balalar meydana gətirər, sərin yuvalarda isə yalnız erkəklər meydana gələr.

Tısbağaların Allahın ilhamı ilə hərəkət etdikləri, dünyaya gözlərini açdıqları andan etibarən müəyyəndir: Yumurtalarından çıxan kiçik fərdlər, başlarında onlara yol göstərən bir tısbağa olmadan, heç bir təcrübədən faydalanmadan necə davranacaqlarını bilərlər. Yumurtadan çıxdıqdan sonra dərhal dənizə yönəlməz, axşamı gözləyərlər. Beləcə, həm günəşin qovurucu istilərindən, həm də qumluqdakı təhlükələrdən qorunmuş olarlar. Axşam olduqda düz dənizə yönələrlər. Bu yönəlmənin səbəbi hələ tam aydın ola bilməməklə yanaşı tısbağaların işığa həssas bir sistemlərinin olduğu düşünülür. Dəniz istiqaməti hər zaman quru cəhətdən daha parlaqdır, bu kiçik canlılar da bu parlaqlığa yönəlmiş ola bilərlər.

sea turtle

Balalar bu şəkildə dənizə çatarlar. Artıq onlar üçün riskli bir səfər başlamışdır. Çimərlikdə yumurtadan çıxan balalardan bir qismi xərçənglər və quşlar tərəfindən ovlanar. Suya girdikləri an daha böyük bir risk altına girərlər. Düz açıq okeana doğru üzən balaların bir çoxu dayaz sulardan keçərkən balıqlara, ya da köpək balıqlarına yem olarlar. Bir neçə gün dayanmadan üzdükdən sonra istirahət etməyə və səthdə qarşılaşdıqları planktonlarla bəslənməyə başlayarlar. Bu gənc tısbağalar okean döşəməsində bəslənmə bölgəsinə yerləşib yetkin olana qədər eyni sahədə onlarla il qalarlar. Yetkinliyə çatıb çoxalma dövrünə gəldiklərində isə, təəccüblü şəkildə doğulduqları yerə doğru köç səyahətinə başlayarlar.

Dəniz tısbağaları doğumdan etibarən tək qalar, həm də həyatları boyunca da növlərinin digər fərdləriylə çox az ünsiyyət qurarlar. O halda bu canlılara nə vaxt, hara köç edəcəklərini, necə bəslənəcəklərini, çoxalma və bəslənmə sahələrinin yerini öyrədən bir başqa tısbağa deyil. O halda yeni yumurtadan çıxan bir tısbağa bütün bu məlumatlara necə sahib olar?

Daha əvvəl də ifadə etdiyimiz kimi, bütün canlılara hələ daha dünyaya gəlmədən əvvəl ehtiyacları olacaq qabiliyyətləri verən, onlara həyatları boyunca etmələri lazım olan hərəkətləri öyrədən Uca Allahdır.

Bir tısbağa həyatının böyük bir hissəsini yalnız keçirər. Ancaq bu onun üçün bir əskiklik deyil, çünki bu şəkildə yaşaya biləcək xüsusiyyətlərlə yaradılmışdır: Ekoloji əlamətləri fərq edə biləcəyi çox üstün qabiliyyətlərlə təchiz edilmişdir. Güclü bir qoxu hissinə və görüş gücünə malikdir. Xarici qulaqlarının olmamasına baxmayaraq, insanların eşitmə sərhədinin kənarındakı çox aşağı tezlikli səsləri belə eşidə bilər.

Sahib olduqları bütün bu kompleks sistemlər, onları hər şeyi bilən Allahın yaratdığının bir dəlilidir. Allah onları yalnız yaşaya biləcək dərəcədə mükəmməl xüsusiyyətlərlə təchiz edərək yaratmışdır. Bu mövzuda düşünən insanlar Allahın gücünün sonsuzluğuna bir daha şahid olar və Rəbbimizə qarşı məsul olduqlarının şüuruyla hərəkət edərlər. Allah Quranda bunun əksinə hərəkət edənlərin sığınma yerlərinin atəş olduğunu bildirir:

Doğrudan da, gecə ilə gündüzün bir-birini əvəz etməsində, Allahın göylərdə və yerdə yaratdıqlarında Allahdan qorxan adamlar üçün dəlillər vardır. Şübhəsiz ki, Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər, dünya həyatından razı qalıb onunla rahatlıq tapanlar və ayələrimizdən xəbərsiz olanların –məhz onların qazandıqları günahlara görə sığınacaqları yer Oddur. (Yunis surəsi, 6- 8)

Dəniz Tısbağalarının Yollarını Necə Tapdıqları Tam Olaraq Bilinmir...

sea turtle

Köç edən tısbağalar həm onlarla il okean içində dönüb gəzdikdən sonra doğum yerlərini, həm də bəslənmə sahələrindən sonra yuvalarını tapa bilirlər. Bununla əlaqədar çox sayda tədqiqat aparılmış, lakin bir nəticə əldə edilməmişdir. Bilinən yalnız bu canlıların üstün bir ağıl göstərərək hər dəfə yollarını tapa bildikləridir.

Bu mövzuda bir çox fikir ortaya atılmış, lakin heç biri kafi olmamışdır. Bəzi tısbağa növlərinin sahil zolağını izləyərək, okeanı keçən növlərin cərəyanlarla sürüklənən qoxuları izləyərək, bəzilərinin isə dünyanın fərqli yerlərinin maqnit sahə dəyişiliklərinə reaksiya verərək doğru bölgələrə çatdıqları düşünülür.

Bu ehtimalları nəzərdə tutaraq və eyni əməliyyatı tısbağalarda var olduğu düşünülən xüsusiyyətlərə sahib insanların etdiyini fərz edərək tısbağaların bacardıqları işin çətinliyini bir daha düşünək: ömrünüzdə ilk dəfə bir yerə gedirsiniz. Bura sizin yaşamağınız və həyatınızı davam etdirə bilməyiniz üçün uyğun şərtlərə sahibdir. Lakin necə oldusa, buranı heç yanılmadan tapdınız. Sonra kilometrlərlə uzağa, yenə sizin üçün uyğun olan başqa bir yerə doğru yola çıxdınız və bura da həyatınızda ilk dəfə gəlirsiniz. Yola çıxmazdan əvvəl də gəldiyiniz bu yerə təkrar gəlməyiniz lazım olduğunu əvvəldən təxmin edib, buranın hər cür xüsusiyyətini ağlınızda tutursunuz. Qoxusunu, ətrafındakı təbiət şəkillərini, bölgənin maqnit sahəsini, hər xüsusiyyətini sanki ağlınıza yazırsınız. Kilometrlərlə uzaqdan təkrar bura gələrkən də bu qeydli məlumatlara müraciət edirsiniz. Əlbəttə ki, bunları edərkən də elə bir bədən sisteminə sahibsiniz ki, həm kompas kimi olduğunuz yerin maqnit sahəsini təyin edə bilir, həm də ömrünüz boyunca sizə lazım olan mühitlərin hansı xüsusiyyətlərə sahib olduğunu özünüz təsbit edib ölçürsünüz.

Əlbəttə ki, bir insanın bütün bunları -texnoloji alətlərdən istifadə etmədən bacarması mümkün deyil. Bu səbəbdən, bütün bunları dəniz tısbağalarının öz ağıl və bacarıqlarıyla etdiyinə inanmaq da eyni şəkildə ağıldankənardır.

Necə ki, otuz ildən çox müddətdir araşdırılmasına baxmayaraq, dəniz tısbağalarının köçləri və yollarını tapma mexanizmləri hələ diqqətə çarpan deyil. Həm də hansı sistemlə bunu bacardıqları tapılmış olsa belə, bu sistemi özlərinin inkişaf etdirə bilməyəcəyi açıqdır. Kainatdakı hər şeyi yaradan, kainatın hər küncündə sonsuz ağlını təcəlli etdirən Allahdır. Allah Öz sonsuz elmindən dilədiyi qədərini dilədiyinə verər. Allahı inkar edənlər isə, milyonlarla il araşdırsalar da, bundan başqa bir şərh tapa bilməzlər. Allahdan başqa bir İlah olmadığı Quranda belə bildirilir:

Sizin məbudunuz yalnız Özündən başqa heç bir məbud olmayan Allahdır. O, elm ilə hər şeyi əhatə edir”. (Taha surəsi, 98)

Axıntılarla Mübarizə Aparan Qızılbalıqların Köç Səfəri

salmon

Şelalelerden atlayarak kendilerini tehlikeye atan somonların amacı dünyaya ilk geldikleri yere dönmektir. Bunu başarabilmeleri için seneler önce içinde gezindikleri akarsuyu bulmaları gerekir. Nitekim bu akarsuyun denize döküldüğü yeri somonlar adeta pusula ya da harita kullanır gibi bulurlar.

Tərs istiqamətdə, yəni axıntıya qarşı üzmək, bəzən 3 metrlik şəlalələrdən atlamaq, bu əsnada bəzən qayalara dəymə riskiylə qarşı-qarşıya olmaq, bəzən okeanın duzlu sularında, bəzən də çaylarda yaşamaq məcburiyyətində olmaq... Bunlar qızılbalıqların çoxala bilmək üçün reallaşdırdıqları köç səfərindəki təfərrüatlardan yalnız bir neçəsidir.

Qızılbalıqlar köç edən canlılar içində ən heyrət oyandıranlardan biridir. Şimali Amerikanın Qərb sahillərindəki çaylarda yaşayan qızılbalıqların ən əhəmiyyətli xüsusiyyətləri köç səfərləri əsnasında çayları və vadiləri aşa bilmələridir. Dişi qızılbalıqları çoxalma dövründə yumurtalarını dayaz bir axar suya buraxar. Yumurtadan çıxan balalar yumurtanın içində hazır olan bəsləyici kisələrlə bəslənərlər. Bir neçə həftə keçincə də axar suda yemək axtara biləcək hala gələrlər. Təxminən 1 il boyunca bu axar suda yaşayarlar.

Minlərlə qızılbalıq eyni anda hərəkət etməyə başlayaraq çay yatağı boyunca köç edər. Həftələrlə davam edəcək olan bu səfərlərinin sonundakı hədəfləri Sakit okeanıdır.

Qızılbalıqların bir xüsusiyyəti də həm şirin, həm də duzlu suda yaşaya biləcək bir quruluşa sahib olmalarıdır. Okeana çatan kimi qızılbalıqların bədənində quruluşca bir dəyişiklik olar və duzlu suda yaşayacaq hala gələrlər. Sonrakı 1 və ya 4 illik müddət boyunca okeanda nəhəng məsafələr qət edəcəklər. Səfər nəticəsində qızılbalıqlar yetkinləşmiş və həyatlarının ən son və çətin səfərinə hazır hala gəlmişlər. Evlərinə, yəni doğulduqları axar su yatağına geri dönməyə hazırdırlar.

İllər əvvəl dənizə çatmaq üçün keçdikləri çay yatağında, indi tam tərs istiqamətdə, yəni axıntıya qarşı üzməyə başlayarlar. Qarşılarına çıxan heç bir maneə onları qorxutmaz. Belə ki, şəlalələrlə qarşılaşdıqlarında belə böyük bir sürətlə axan tonlarla suyun içindən yuxarı tullanaraq yollarına davam edərlər. 3 metrlik maneələri də tullanaraq aşa bilərlər. Bədənlərində açılan yaralara fikir vermədən yola davam edərlər. Və sonunda, illər əvvəl doğulduqları çay yatağına çatar və orada yumurtalarını buraxarlar. Vəzifələrini tamamlayan qızılbalıqlar qısa bir müddət sonra da ölərlər.

Kömək almadan və istiqamət göstərən bir vasitədən istifadə etmədən minlərlə kilometrlik məsafədən doğulduğu yerə getməli olan bir adamın bunu müəyyən bir zaman içində, yalnız bir dəfə keçdiyi kələ-kötür yollardan səhvsiz bir şəkildə keçərək bacarması olduqca aşağı bir ehtimaldır. Ancaq qızılbalıqlar, insanlar üçün mümkün olmayan bu ehtimalı doğulan kimi bacaracaq qabiliyyətdədirlər. Belə bir qabiliyyətin qızılbalıqların öz səylərilə meydana gələ bilməyəcəyi, ya da təsadüflərin bu balıq növünə insandan daha üstün qabiliyyətlər verə bilməyəcəyi çox açıqdır.

Qızılbalıqların səfərlərindəki mükəmməlliyin tam olaraq başa düşülməsi üçün çay boyunca irəliləyən bir qızılbalığın hədəfə çatana qədər nələrə diqqət yetirməli olduğunu düşünək:

Əvvəlcə qızıbalıq istiqamətini təsbit edərkən bəzi əhəmiyyətli qərarlar almalıdır. Balıq qurunun olduqca daxili hissələrində, bir çayın hər hansı bir qolunda dünyaya gəlmişdir. Çaylar da bəzən müxtəlif qollardan meydana gələrlər. Bu səbəbdən qızılbalıq gəldiyi yerə təkrar çata bilmək üçün çayın hər qola ayrılışında doğru tərəfə yönəlmək məcburiyyətindədir. Necə ki, qızılbalıqlar həyatlarında yalnız bir dəfə keçdikləri yolları çaşmadan tapar; hər dəfə özlərini doğulduqları yerə aparacaq çay qolu istiqamətində gedərlər.

Qızılbalıqların səfərlərini çox daha təəccüblü edən bir incəlik vardır. Balıq səfəri boyunca çox böyük bir səy göstərər və həddindən artıq bir enerji sərf edər, lakin buna baxmayaraq, hər hansı bir qida qəbul etməz. Çünki yorucu köçü əsnasında özünə lazım olacaq enerjini əvvəldən yığmışdır. Həm də bu yığımı səhvsiz bir hesablama ilə etmiş və yanacağını tam olaraq nizamlamışdır.

Qızılbalıqların köçlərini araşdırarkən bütün bunlarla yanaşı dəniz və axar suların duzluluq nisbəti, su istiliyi kimi xüsusiyyətlərinin də nəzərə alınması lazımdır. Bu nöqtədə qarşılaşdığımız həqiqət budur: Qızılbalıqlar həm dəniz, həm də axar su mühitlərinə qüsursuz uyğunlaşma təmin edəcək bir təchizata sahibdirlər.

salmon

Somonlar hem tatlı hem de tuzlu suda yaşayabilecek bir yapıda yaratılmışlardır. Bu yaratılışın amacı ise, balığın yapacağı mucize yolculukta gizlidir. Somon balıklarının hedeflerine ulaşmaları için binlerce kilometre yüzmeleri gerekir. Atlantik somon balıklarının büyük kısmı yolculukları esnasında yaklaşık 4.000 kilometrelik bir mesafe katederler.

Bütün çətinliklərə baxmayaraq, qızılbalıqlar bu çətin səfərlərini müvəffəqiyyətlə tamamlayar; doğulduqları yerə dönərək yumurtalarını buraxarlar. Qızılbalıq nəsli də milyonlarla ildir davam edən bu böyük səfərlərinə davam edər.

Milyonlarla ildir yaşayan bütün qızılbalıqlar, qeyri-mümkün kimi görünən bu işi eyni bacarıqla bacarırlar. Necə və niyə?

Tədqiqatlar qızılbalıqların bu səfəri yerinə yetirmələri üçün xüsusi bir duyğu sistemiylə yaradıldıqlarını göstərir. Qızılbalıqlar okeanlarda istiqamətlərini tapa bilmələri üçün, dünyanın maqnit sahəsini qəbul edən təbii kompaslarla yaradılmışlar. Bunun sayəsində Sakit okeanın nəhəng suları içində istiqamətlərini səhv etmədən taparlar. Ancaq əsl məsələ, qızılbalıqların öz doğulduqları axar su yatağını necə tapdıqları sualıdır, çünki bu, təbii kompasdan çox daha fərqli bir sistem tələb edir.

Bu mövzuda aparılan tədqiqatlar qızılbalıqların dünyanın ən həssas qoxubilmə orqanlarından biriylə yaradıldıqlarını ortaya qoyur. Dünya üzərindəki hər axar suyun özünə xas kimyəvi tərkibi vardır. Qızılbalıqlar da doğulduqları axar suyu "qoxusunu izləyərək" tapırlar. (48)

salmon

Kuzey Atlantik Okyanusu'nda Atlantik somon balıklarının çok geniş bir alana yayılan göç hareketleri.

Qızılbalıqların Inanılmaz Səfərlərinə Bir Nümunə

Axar suların özlərinə xas qoxuları ola biləcəyini təxmin edə bilmərik. Ancaq həqiqətdə dünya üzərindəki hər axar suyun özünə xas bir kimyəvi tərkibi vardır. Bu tərkiblərin arasındakı fərqlər çox vaxt o qədər kiçikdir ki, dərhal heç bir canlı tərəfindən qəbul edilməz.

Qızılbalıqlardan başqa...

Qızılbalıqların istiqamət tapma qabiliyyətlərini gözlər önünə sərən ən maraqlı hadisələrdən biri Şimali Kaliforniyadakı “Prairie Creek” adlı balıq yetişdirmə fermasında yaşandı. Bu fermada edilən bir kəşf, inanılmaz bir köç macərasını ortaya çıxardı. (49)

1964-cü il, 2 dekabrda fermanın balıq yetişdirmə hovuzlarından birində, digər yüzlərlə bala balığın arasında üzən iki yaşına çatmış böyük qızılbalıq tapıldı. Balığın arxa üzgəcində “Prairie Creek” balıq yetişdirmə fermasının xüsusi metal qısqacının izi vardı. Bu vəziyyət bu balığın bundan iki il əvvəl bu fermada yetişdirilən, sonra da okeana buraxılan qızılbalıqlardan biri olduğunu göstərirdi. Amma balıq okeandan geri dönərək fermanın bağlı hovuzuna necə girmiş ola bilərdi?

Fermadakı bir təfərrüat bu sualın cavabını verirdi: hovuzun sularının boşalması üçün istifadə edilən kanala açılan və metal bir qapaqla bağlı olan qutunun qapağı qırıq idi: balıq doğulduğu yerə geri dönə bilmək üçün fermanın su kanallarına girmiş və sonra da bu qutunun qapağını qırıb hovuza çatmış ola bilərdimi?

Hadisənin bundan başqa bir şərhi yox idi. Amma balığın okeandan bu hovuza qədər getməli olduğu yol düşünüldüyündə bu, qeyri-mümkün kimi görünürdü.

Qızılbalığın doğulduğu fermaya dönə bilməsi üçün səfərinə bu nöqtədən, yəni Redwood Creek çayının okeana qovuşduğu yerdən başlaması lazım idi. Balıq daha sonra axıntıya qarşı 5 kilometr üzəcək və ilk yol ayrıcına gələcəkdi. Bu yol ayrıcında doğru qərarı verib şimala yönələcək, ancaq bir müddət sonra daha çətin bir yol ayrıcına gələcəkdi. Çünki bu yol ayrıcında qızılbalıq üçün bir-birinə çox bənzər iki siqnal vardı. Qızılbalığın dünyaya gəldiyi balıq ferması yol ayrıcının tam ortasında yer alırdı. İlk ağıla gələn seçim, qızılbalığın sağ tərəfə getməsi idi, çünki fermanın suları sağ tərəfdən axırdı.

Amma nədənsə, sol tərəfi seçdi və doğulduğu fermaya arxa tərəfdən yaxınlaşmağa başladı.

Bu təəccüblü qərarın səbəbi, bölgədən keçən magistralın altında gizli idi. Magistralın altında, balıq yetişdirmə fermasının artıq sularının atıldığı bir kanal vardı. Normal zamanlarda bu kanaldan çox az su gəlir və çaya çatmadan torpaq tərəfindən udulardı. Amma o il çox yağış yağmışdı...

Yağış səbəbiylə kanalın suları çaya qədər çata bildi. Bu dayaz axıntı qızılbalığa yol göstərmək üçün kafi idi.

Qızılbalıq tanış qoxunu izləyərək çaydan çıxıb, su kanalı boyunca irəliləmiş olmalı idi. Yalnız 5-10 santimetr yüksəkliyində olan suda həm üzməli, həm də sürünməli idi.

Sonra da tunelin içindəki kompleks su borularının içində doğru yolu tapmalı idi. Bunları bacarsa belə, nəticədə yenə də qapağa qısılacaqdı.

Fermadakı bu taxta cığırın altında olan, beton kanalın içində sıxışacaqdı.

Amma qızılbalıq vaz keçmədi. Bu kanaldan hovuza bağlanan 12 santimetr genişliyindəki borunu tapdı, bu boru boyunca irəlilədi və son bir maneə ilə daha qarşılaşdı: Borunun önündəki metal qapaq. Bu maneəni isə sərt baş zərbələriylə keçdi...

Məhz bu inanılmaz səfərin sonunda, qızılbalıq 2 il əvvələ dünyaya gəldiyi kiçik hovuza çatdı.

dolphin

Balıq yetişdirmə fermasındakı əməkdaşların ağlına bu naviqasiyanı hesabladıqdan sonra bir fikir gəldi. Görəsən, yuvaya dönən başqa qızılbalıqlar da varmı? Bəlkə bir şey taparıq deyə taxta cığırın taxtalarını söküb altındakı kanala baxdılar. Və heyrətləndilər:

◉ Kanalın içində, Balıq yetişdirmə fermasının metal qısqaclarını daşıyan tam 70 qızılbalıq vardı.

◉ Qızılbalıqların bütün bu fövqəladə hekayəsi bizlərə yaradılış haqqında əhəmiyyətli dəlillər təqdim edir.

◉ Diqqət yetirilsə, balığın reallaşdırdığı səfərin hər mərhələsi diqqətlə hesablanmışdır.

◉ Əvvəlcə qızılbalığa doğulduğu çay yatağına illər sonra geri dönməsini əmr edən bir "proqram"ın var olması, təkbaşına böyük bir möcüzədir.

◉ Bundan əlavə, balığın nəhəng okeanda yolunu tapmasını təmin edən təbii kompas sisteminə və dünyanın ən həssas qoxu qəbuluna sahib olması da şübhəsiz, bir təsadüf deyil.

Bütün bunlar, qızılbalığın ona təyin olunan köç yolu üçün xüsusi olaraq yaradılmış bir canlı olduğunu göstərir.

Qızılbalıqların reallaşdırdığı bu səfərin hər mərhələsi diqqətlə hesablanmış bir çox sistem sayəsində reallaşır.

◉ 1) Balığa doğulduqdan sonra dənizə getməsini, burada illərlə uzun bir səfər etməsini, sonra da doğulduğu çay yatağına geri dönməsini əmr edən bir "proqram"ın var olması, təkbaşına böyük bir möcüzədir. Bununla yanaşı, balıqda;

◉ 2) Bu proqram uyğun olaraq bədəninin şirin sudan duzlu suya uyğunlaşmasını təmin edən genetik məlumat,

◉ 3) Nəhəng okeanda heç çaşmadan yolunu tapmasını təmin edən təbii kompas sistemi,

◉ 4) Və doğulduğu axar suyun qoxusunu tapmasını təmin edəcək fövqəladə dərəcədə həssas qoxu qəbulu vardır.

Şübhəsiz, qızılbalıqların sahib olduqları bu fövqəladə sistemlərin hər biri təkamülçülərin qarşıya qoyduğu "təsadüf" iddiasını tək başına yıxmağa kifayətdir. Qızılbalığın səfəri, "təsadüf" sözünü etibarsız edən bir plan və yaradılış möcüzəsidir.

Qızılbalıqları bu fövqəladə xüsusiyyətlərlə birlikdə yaradan isə, bütün canlıların Yaradıcısı və bütün aləmlərin Rəbbi olan Uca Allahdır. Bir ayədə belə buyrulur:

Göylərdə və yerdə kimlər varsa, hamısı Onundur. Onun yanında olanlar Ona ibadət etməyə təşəxxüs göstərmir və bundan yorulmurlar. (Ənbiya surəsi, 19)

Qeydlər

35- David Attenborough, The Trials of Life, s.123

36- John Owen, Fantastic Journey, s.109

37- (2 Haziran 2003) (Nature 421, 60 - 63 (2003); doi: 10.1038/nature01226, True navigation and magnetic maps in spiny lobsters, Larry C. Boles And Kenneth J. Lohmann, Department of Biology, University of North Carolina, Chapel Hill, North Carolina 27599, USA, Correspondence and requests for materials should be addressed to L.C.B. (e-mail: LBoles@email.unc.edu)

38- John Owen, Fantastic Journey, s.113

39- Charles Darwin, Türlerin Kökeni, Onur Yayınları, Beşinci Baskı, Ankara 1996, s. 273

40- 'Francis Darwin, The Life and Letters of Charles Darwin, Cilt.II, New York:D. Appleton and Company, 1888, s. 111

41- Charles Darwin, Türlerin Kökeni, s. 310

42- John Owen, Fantastic Journey, s.121

43- David Attenborough, The Trials of Life, s.130-131

44- Görsel Bilim ve Teknik Ans., Cilt 5, s.1784

45- John Owen, Fantastic Journey, s.128

46- John Owen, Fantastic Journey, s.161

47- John Owen, Fantastic Journey, s.138-142

48- Animal Behavior, Phychobiology, Ethology and Evolution, David McFarland, Oxford University Press, 1986, sf:253

49- Harika Canlılar 1, Belgesel film (VCD), Okur Yapımcılık.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • 1-ci Hissə: Köç Təşkilatindaki Üstün Ağil
  • 2-ci Hissə: Havada Köç Edən Heyvanlar
  • 3-cü Hissə: Dənizdə Köç Edən Heyvanlar
  • 4-cü Hissə: Quruda Köç Edən Heyvanlar
  • 5-ci Hissə: Təkamül Nəzəriyyəsinin Çixilmaz Yollarindan Biri: Heyvanlarda Köç
  • Nəticə: Allah Hər Şeyin Hakimidir