“Yırğalana-yırğalana yerimək” dedikdə ağlınıza ilk nə gəlir? Ümumiyyətlə, insanların ağlına, yırğalana-yırğalana gedərək analarını izləyən ördək balaları gəlir.
Ördəklər qidalanarkən iki üsuldan istifadə edərlər: Bəziləri üzərkən, dibə dalmadan böcəklər və bitkilərlə qidalanarlar. Bunları tez-tez başları və gövdələrinin ön hissəsi suya salınmış, quyruqları dik vəziyyətdə yemək axtararkən görərsiniz. Ördəklərin bəzi növləri isə suya dalaraq qidalarının demək olar ki, hamısını suyun altından əldə edərlər. İri pərdəli ayaqları suya dalmalarına kömək edər, lakin buna görə quruda yerimələri çətin olar. Onsuz da nəsil vermə mövsümü xaricində sudan çıxmazlar.
Ördək kimi su quşları havanı bədənlərinin içində daşıyarlar. Bu, suyun üstündə qalmalarını təmin edən səbəblərdən biridir. Bir ördəyin bədənində kiçik şarlara bənzəyən hava kisəcikləri var. Bu kisəciklər havayla dolduqlarında ördəyin suyun üzündə qala bilməsinə imkan yaradar. Ördək dalmaq istədiyində hava kisəciklərindəki havanı bədənindən boşaldar. Bədəninin içində daha az hava qaldığı üçün asanlıqla suyun içinə batar.
Həmçinin, su quşlarının çoxu yaxşı üzgüçüdürlər. Yaxşı üzmələrinin bir səbəbi də ayaq barmaqlarının arasındakı torlardır. Bir ayaqlarını geriyə itələdiklərində bu torlar onlara daha çox itələmə qüvvəsi vermək üçün genişlənər. Su quşlarında yaxşı üzmək üçün lazım olan bütün xüsusiyyətlərin bir yerdə cəmlənməsi, əlbəttə ki, bir təsadüf nəticəsində reallaşmamışdır. Bu xüsusiyyətlərin hamısını su quşlarına onları yaradan Allah vermişdir.
Erkək ördəklər dişi ördəklərdən daha parlaq tüklərə sahibdirlər. Yuvasında kürt yatmış dişilər üçün bu əhəmiyyətli bir müdafiədir. Çünki solğun rəngləri sayəsində düşmənləri onları görə bilmədiyi üçün dişilər yuvalarında daha təhlükəsizlikdə olarlar. Dişilərin ətrafa uyğun solğun rəngləri və kamuflyaj formaları onları yaxın məsafədə belə görməyi olduqca çətinləşdirər. Erkəklər kürt yatmaz və yuva quran dişilərini qorumaq üçün parlaq rəngli tüklərini istifadə edərək düşmənlərin diqqətini özlərinə çəkərlər. Bir düşmən yuvanın yaxınına gəldiyində erkək dərhal qanadlanaraq, çoxlu səs-küy salar və düşməni yuvadan uzaqlaşdıra bilmək üçün əlindən gələn bütün səyi göstərər.
Sıraya düzülmüş halda gəzən ördəklərin yetkin olanları balalarla nadir olaraq maraqlanarlar. Balalar yumurtadan çıxdıqdan bir neçə saat sonra qaçıb üzməyə, öz başlarına qidalanmağa başlayarlar. Balaca ikən belə necə qidalanacaqlarını bilən balalar Allahın onlara ehtiyacları olan mövzuları ilham etməsiylə həyatlarını davam etdirərlər.
Özünüzü bir düşünün. Əgər doğulduqdan bir saat sonra sizi suya atsaydılar nə olardı? Təbii ki, su udub boğulardınız. Amma Rəbbimiz ördək balalarına doğuşdan üzmə qabiliyyəti verdiyi üçün onlar boğulmazlar.
Ördəklərin uçarkən saatda 50 km sürəti aşdıqlarını bilirdinizmi? Yaxşı, ətraflarındakı vəhşi heyvanlara yem olmamaq üçün də uçarkən dayanmadan istiqaməti dəyişdirdiklərini necə, bilirdinizmi? Ördəklərin istiqaməti dəyişdirməyi haradan bildikləri sualına bir cavabı olan varmı? Əlbəttə, bu da Allahın digər canlılara verdiyi xüsusiyyətlər kimi sevimli ördəklərə özlərini qorumaları üçün verdiyi bir xüsusiyyətdir.