Təqlidçi Quş: Tutuquşu

Tutuquşular dünyanın isti bölgələrində böyük bir toplu halda yaşayan çox rəngli ictimai quşlardır. Yemlərini yoldaşlarıyla bölüşmə səxavətliliyi göstərmələri son dərəcə maraqlıdır. Ekvatorial meşələrdə tutuquşu sürüləri ağacların üstündə səs-səsə verib uçuşarlar. Başqa bir sürünün verdiyi cavablardan meyvə dolu ağacların yerlərini öyrənərlər.

Papağan

Tutuquşular yemlərini ayaqlarıyla tutub sanki buterbrod yeyirmiş kimi dişləyərlər. Ev tutuquşularının ən sevdiyi yeməklərdən biri bizim də sevərək yediyimiz günəbaxan tumudur. Yumru dillərinin köməyiylə yeyilməsi bir az zəhmət tələb edən tumların qabığını asanlıqla ikiyə ayırıb içini yeyərlər.

İldə 2-8 arasında yumurtalayarlar. Kürt dövründə (yəni balalar hələ yumurtada ikən) erkək və dişi tutuquşular növbə ilə yumurtanın üstündə yatarlar. Tüksüz olaraq yumurtadan çıxan balalar ana və atasının ağızlarında onlar üçün hazırladıqları həzm edilmiş yemlərlə bəslənərlər.

Tutuquşuların ən böyük xüsusiyyəti səsləri təqlid etmələridir. Tez-tez eşitdikləri sözləri eynilə söyləyə bilərlər. Amma söylədiklərini özləri başa düşməzlər, yalnız eşitdikləri səsin eynisini çıxararlar. Hətta zəng və telefon səsini belə təqlid edərlər. Ona görə evdə tutuquşu saxlayırsınızsa tez-tez qapının və telefonun çaldığına aldana bilərsiniz.

Papağan

Bu parlaq rəngli və danışqan heyvanlar yer üzündə yaradılmasaydı biz belə bir canlının varlığını xəyal belə edə bilməzdik. Yəni “tutuquşu deyə rəngarəng bir quş olsaydı və insanların danışmalarını təqlid edə bilsəydi” deyə düşünə bilməzdik. Allahın bizə öyrətmədiyi, ya da göstərmədiyi heç bir şeyi öz başımıza hazırlaya bilmərik, xəyal belə edə bilmərik. Yaratma, nümunəsiz və bənzərsiz var etmə sifətləri yalnız uca Rəbbimizə aiddir. Bu həqiqəti Allah Quranda belə bildirmişdir:

O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır... (Həşr surəsi, 24)

Allah bizim üçün bu cür növbənöv gözəlliklər yaradır. Hər an hər yerdə davamlı bizə möcüzələrini göstərir. Bütün bunların qarşılığında Allahın bizdən istədiyi isə bu mükəmməl yaradılışındakı sonsuz gözəllikləri görüb Ona şükr etməyimiz, yəni Ona təşəkkür etməyimiz və Onu heç bir zaman ağlımızdan çıxarmamağımızdır.

Siz də bundan sonra bunun kimi gözəlliklər gördüyünüzdə Allaha şükür edin və başqalarına da şükür etmələri üçün gördükləriniz haqqında danışın.

Papağan

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Qozu Sevən Sincablar
  • Kökü Sevən Dovşanlar!
  • Sadiq Dostlarimiz: İtlər
  • Kiçik Ağ Quzular
  • Vəfali Dostumuz: Atlar
  • Pijamali Atlar: Zebrlər
  • Xalli Qüllə : Zürafə
  • Nəhəng Fillər
  • Buynuzlariyla Məşhur Olan Marallar
  • Cepli Kangrular
  • Yatağan Koalalar
  • Əzizlənmək İstəyən Dəcəl Pişiklər
  • Meşələr Krali: Aslan
  • Vəhşi Pişik: Pələng
  • Maskali Pandalar
  • Bal Vurğunu Ayilar
  • Nəhəng Qar Adamlar: Qütb Ayilari
  • Sürətli Üzgüçü Suitilər
  • Smokinli Pinqvinlər
  • Baliqçi Pafinlər
  • Göylərin Hakimləri: Quşlar
  • Uzun Ayaqli Leyləklər
  • Çəhrayi Quş: Qizilqaz
  • Zərif Qu Quşular
  • Dəvəquşulari (O Qədər Böyükdür ki, Uça Bilmir!)
  • Bəzəkli Tovuz Quşu (Heyvanlar Aləminin Ən Bəzəklisi)
  • Təqlidçi Quş: Tutuquşu
  • Yaşil Baş Ördəklər
  • Rəng Möcüzəsi: Kəpənəklər
  • Dənizlərin Sakinləri: Baliqlar
  • Təlxək Baliği
  • Gülərüz Delfinlər
  • Nəhəng Balinalar
  • Nəticə
  • Təkamül Yalanı